Məhkəmə qərarları › İş №1(004)-284/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-284/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-284/2023 22.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 xaricdən ucuz qiymətə “İphone” markalı mobil telefon aparatları gətirdə bilən tanışlara sahib şəxs görüntüsü yaratmaqla ona Almaniya Federativ Respublikasından ucuz qiymətə “İphone 14 pro max” markalı mobil telefon apartı gətirədəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib Zərərçəkmiş şəxs1 aldatmaqla özünə inandırmış, bundan sonra sonuncunun onun vermiş olduğu vədlərə inanaraq özü və dostları Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs3 hər biri üçün ayrı-ayrılıqda “İphone 14 pro max” markalı mobil telefon aparatları gətirməsi təklifini qəbul edib, Zərərçəkmiş şəxs1 01 ədəd 128 GB yaddaş tutumuna malik “İphone 14 pro max” markalı mobil telefon aparatına görə 660 (altı yüz altmış) manat, Zərərçəkmiş şəxs2 01 ədəd 128 GB yaddaş tutumuna və 01 ədəd 1 TB yaddaş tutumuna malik olmaqla, 02 ədəd bənövşəyi rəngli “İphone 14 pro max” markalı mobil telefon aparatına görə 5.950 (beş min doqquz yüz əlli) manat, Zərərçəkmiş şəxs3 isə 01 ədəd 128 GB yaddaş tutumuna malik bənövşəyi rəngli “İphone 14 pro max” markalı mobil telefon aparatına görə 1.200 (bir min iki yüz) manat ödənilməsi barədə razılıq əldə edərək, 17 sentyabr 2022-ci il tarixdə ünvan 3 ünvanda quraşdırılmış ödəmə terminalı vasitəsilə 6.120 (altı min yüz iyirmi) manat və 18 sentyabr 2022-ci il tarixdə isə ünvan 4 ünvanda bank hesabına köçürmə üsulu ilə 1.690 (bir min altı yüz doxsan) manat olmaqla ümumilikdə 7.810 (yeddi min səkkiz yüz on) manat məbləğində yəni, xeyli miqdarda əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, törədilmiş əməldə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə tədqiq edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 təxminən 2022-ci ilin avqust ayından həmin vaxt təcrübədə olduğu “sigortalı.az” şirkətində işləyədiyi vaxtdan tanıyır, həmin şəxslə əvvəllər hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin sentyabr ayının 16-da o, mobil telefonu ilə Almaniya Federativ Respublikasındakı tanışlarından biri ilə görüntülü şəkildə danışıb “İphone 14 pro max” markalı mobil telefon sifariş etmişdir. Zəngi sonlandırdıqdan qısa müddət sonra iş yoldaşı Ceyhun ona özü üçün də “İphone 14 pro max” markalı mobil telefon istəmişdir. Lakin o, telefonların alış-satışı ilə məşğul olmadığı üçün Ceyhunun təklifini geri çevirmişdir. Həmin günün axşamı Zərərçəkmiş şəxs1 “whatsapp” proqramından ona mesaj yazaraq özü ilə yanaşı dostları üçün də “İphone 14 pro max” markalı mobil telefon istədiyini, ümumilikdə 04 ədəd “İphone 14 pro max” markalı mobil telefon sifariş etmək istədiyini demiş və ondan 01 ədəd mobil telefonun qiymətini soruşmuşdur. Bundan sonra həmin tanışından maraqlanmış və 01 ədəd mobil telefonun ortalama qiymətinin 1.400 və ya 1.500 ABŞ dolları olduğunu öyrənmiş və bu barədə Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Zərərçəkmiş şəxs1 razılaşdıqdan sonra sonuncu və dostlarının bildirdiyi parametrlərlə 04 ədəd “İphone 14 pro max” markalı mobil telefonun ümumi qiyməti 01 ABŞ dolları 01 manat 70 qəpik ekvivalentində olmaqla 6.600 ABŞ dolları olmuşdur. Bundan sona o, Zərərçəkmiş şəxs1 ilə razılaşmışdır ki, o, 04 ədəd mobil telefonun pulunu ilkin olaraq telefonları sifariş edəcəyi şəxsə ödəyəcək, Ceyhun da növbəti gündən 03 ədəd mobil telefonun qiyməti 01 ABŞ dolları 01 manat 70 qəpik ekvivalentində olmaqla 4.600 ABŞ dolları ödəyəcək, yerdə qalan 01 ABŞ dolları 01 manat 70 qəpik ekvivalentində olmaqla 2.000 ABŞ dollarını da telefonları Ceyhuna təhvil verdikdən sonra Zərərçəkmiş şəxs1 ödəyəcəkmiş. Beləcə, razılaşmalarına uyğun olaraq o, 04 ədəd tünd bənövşəyi rəngli “İphone 14 pro max” markalı mobil telefonun pulu olan 6.600 ABŞ dollarını telefonları sifariş etdiyi şəxsə ödəmişdir. Növbəti gün, yəni 17 sentyabr 2022-ci il tarixdə Ceyhun onun 5239 1515 1123 9439 nömrəli Kapital Bank-a məxsus bank kartına 5.000 və 1.120 manat olmaqla ümumilikdə 6.120 manat pul göndərmişdir. 18 sentyabr 2022-ci il tarixdə də Ceyhun onun 5239 1515 1123 9439 nömrəli Kapital Bank-a məxsus bank kartına 990 və 700 manat məbləğlərində olmaqla, ümumilikdə 1.690 manat pul göndərmişdir. Bundan başqa Ceyhun telefonlarla bağlı ona hər hansı ödəniş etməmişdir. O, 23 sentyabr 2022-ci il tarixinə kimi telefonların Bakı şəhərinə çatacağını və telefonları Ceyhuna təhvil verəcəyini bildirmişsə də, telefonlar həmin vaxta kimi gəlib çatmamışdır. Bundan sonra Ceyhun hər dəfə ondan mobil telefonların nə yerdə qaldığını, nə səbəbə gəlib çatmadığını soruşduqda o, hər dəfə Zərərçəkmiş şəxs1 müxtəlif bəhanələr gətirərək telefonun gəlməsini müxtəlif vaxtlara kimi uzatmışdır. Hətta dəqiq xatırlamadığı tarixdə sentyabr ayının sonunda Toğrul, Ceyhun və o, “Tarqovu”-da “second cup” adlı kafedə görüşmüşdürlər. O, Zərərçəkmiş şəxs2 ilk dəfə həmin görüş zamanı görmüşdür. Həmin görüş zamanı Toğrul və Ceyhun ondan nə səbəbə telefonları gətirtmədiyini və ya pullarını qaytarmadığını soruşduqda o, Toğrulla Ceyhuna heç bir cavab verməmişdir. Bu zaman Toğrul pulları Elman adlı şəxsə verib-vermədiyini soruşduqda o, Elmanın bu məsələyə aidiyyatı olmadığını, malların guya gömrükdə qaldığını və telefonları gətirtməyin alınmayacağı təqdirdə pullarını qaytaracağını demişdir. Bundan sonra mobil telefonların gəlib çıxmadığını görüb qərara almışdır ki, Ceyhunun vermiş olduğu pulu hissə-hissə Zərərçəkmiş şəxs1 özünə qaytarsın. Ceyhun buna razı olmamışsa da, o, dəqiq xatırlamadığı tarixdə bir gün ərzində 03 dəfə 1.000 manat pulu Ceyhunun müxtəlif bank hesablarına göndərmişdir. Sonuncu 1.000 manat pulu özünün LeoBanka məxsus 4098 5844 5021 9439 hesablı bank kartından Ceyhunun 4098 5844 5021 8985 nömrəli “Leobank”-a məxsus bank kartına göndərmişdir. Lakin Ceyhun digər 1.000 manat pulları kimi həmin 1.000 manat pulunu da onun öz 4098 5844 5021 9439 hesablı “LeoBank” bank kartına geri göndərmiş, beləcə Zərərçəkmiş şəxs1 sonuncuya göndərmiş olduğu 3.000 manat pulu geri qaytarmışdır. Daha sonra da Ceyhun Yasamal RPİ-nin 28-ci PB-nə ondan şikayət etmişdir. O, Zərərçəkmiş şəxs1 2022-ci ilin avqust ayından etibarən tanıyır, həmin şəxs “sigorta.az” şirkətində təcrübədə olarkən onun iş yoldaşı olmuşdur. O, Zərərçəkmiş şəxs1 sonuncu və dostlarının sifariş etmiş olduğu tünd bənövşəyi rəngli 04 ədəd “iphone 14 pro max” markalı mobil telefonu Almaniya Respublikasındakı tanışı vasitəsilə Bakı şəhərinə gətirdib Ceyhuna təhvil verəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 04 ədəd “iphone 14 pro max” markalı mobil telefonu Bakı şəhərinə gətirtmək və Ceyhuna təhvil vermək üçün 5.000, 1.120, 990 və 700 manat olmaqla ümumilikdə 7.810 (yeddi min səkkiz yüz on) manat pul almışdır. O, Zərərçəkmiş şəxs1 xatırlamadığı dəqiq tarixdə ümumilikdə 3.000 manat göndərmişsə də, Zərərçəkmiş şəxs1 həmin pulu ona geri qaytararaq onun göndərmiş olduğu puldan imtina etmiş və ona vermiş olduğu pulu bütöv şəkildə almaq istədiyini söyləmişdir. O, Zərərçəkmiş şəxs1 pul alarkən və ya bununla bağlı həmin şəxslə yazışarkən yanında heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs1 almış olduğu ümumilikdə 7.810 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, “***-***-**-**” mobil nömrəsinin sahibi Elman adlı şəxsi real həyatda tanımamış, sonuncu ilə yalnız “İnstagram” sosial şəbəkəsində danışmışdır. Lakin Elman adlı şəxslə Ceyhun və dostlarına Almaniyadan mobil telefon gətirilməsi ilə bağlı heç bir söhbət etməmişdir. O, Ceyhun və dostları üçün mobil telefon gətirdəcəyini sonunculara vəd verib 7.810 manat pullarını ələ keçirən zaman heç kimə onun pivə zavodu olan bir tanışı olduğunu və həmin tanışı vasitəsi ilə Almaniyadan telefon gətirdəcəyini deməmişdir. Bunların hamısı Ceyhunun uydurmalarıdır. O, Ceyhuna ad çəkmədən telefon gətirən tanışlarının olduğunu bildirmişdir. Buna səbəb Ceyhunun inamını qazanmaq istəməyi olmuşdur ki, guya onun Almaniyada tanışları vardır. O, Zərərçəkmiş şəxs1 və dostlarına Almaniya Federativ Respublikasından mobil telefon gətirdəcəyini bildirib 7.810 manat pullarını ələ keçirən zaman Ceyhuna nə əvvəl, nə də ki sonra həmin puldan hər hansısa bir məbləğdə gəlir vercəyini bildirməmiş və verməmişdir. O, X9 Respublikasından 04 ədəd iphone 14 pro markalı mobil telefon gətirmək müqabilində 6.600 ABŞ dolları yəni, 11.220 manat pul qarşılığında razılaşsa da, həmin razılığa əsasən Ceyhun və dostları ilkin olaraq ona 7.810 manat verməli, qalan pulları isə o, mobil telefonları Ceyhuna təqdim etdikdən sonra ödəməli idilər. Lakin Ceyhunun verdiyi 7.810 manat pul ehtiyaclarını ödməsi üçün onu qane etdiyindən o, Ceyhundan yerdə qalan pulu istəməmişdir. O, istəsəymiş Ceyhundan ümumilikdə 11.220 manat pulun yerdə qalanını da müxtəlif bəhanələrlə ala bilərmiş, ancaq onun belə bir niyyəti olmamışdır. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyərək onlarla barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqda məhrumetmə və azadlığın məhdudlaşdırılması ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında işlədiyi “Sigortalı.az” sığorta agentliyində işləyərkən tanımışdır. 16 sentyabr 2022-ci il tarixdə Yaxşıxanım işdə olarkən ondan bir qədər aralıda görünütülü şəkildə Almaniyadakı dostlarından biri ilə danışmış və telefonda danışdığı şəxsə “iphone 14 pro max” markalı mobil telefon aparatı sifariş etmişdir. Həmin vaxt onun da mobil telefon almaq fikri olduğundan Təqsirləndirilən şəxs onun üçün də tanışı vasitəsilə telefon sifariş edə biləcəyini soruşmuşdur. Yaxşıxanım ona heç bir problem olmadığını bildirmişdir. 16 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Elmlər metrostansiyasının yaxınlığında olarkən o, Zərərçəkmiş şəxs2 işdə Yaxşıxanım adlı iş yoldaşının olduğunu, həmin şəxsin Almaniyadan mobil telefon gətirən tanışlarının oluğunu, beləcə daha ucuz qiymətə “İphone 14 pro max” mobil telefon sifariş edə biləcəklərini söyləmişdir. Bu zaman Toğrul ondan iki ədəd “İphone 14 pro max” markalı mobil telefon aparatı sifariş etməsini xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 zəng edərək Toğrula dediyi kimi Yaxşıxanım adlı iş yoldaşının olduğunu, həmin şəxsin Almaniyadan mobil telefon gətirən tanışlarının oluğunu, beləcə daha ucuz qiymətə “İphone 14 pro max” mobil telefon sifariş edə biləcəklərini söyləmişdir. Emil də 01 ədəd 128 GB yaddaş tutumuna malik bənövşəyi rəngli mobil telefon aparatı sifariş etməsini xahiş etmişdir. Beləcə o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ümumilikdə 04 ədəd bənövşəyi rəngli “İphon 14 pro max” markalı mobil telefon sifariş etmək qərarına gəlmişdirlər. Bundan sonra o Yaxşıxanıma mesaj yazaraq 04 ədəd “İphone 14 pro max” mobil telefon aparatı sifariş etmək istədiyini bildirmişdir. Yaxşıxanım da cavabında heç bir problem olmadığını, tanışları vasitəsilə Almaniya Federativ Respublikasından 04 ədəd “İphone 14 pro max” gətirdəcəyini demişdir. Bundan sonra o, telefonların ümumilikdə neçəyə başa gələcəyini soruşduqda Təqsirləndirilən şəxs 04 ədəd “İphone 14 pro max” markalı mobil telefonun ümumilikdə 6.600 ABŞ dollarına başa gələcəyini söyləmişdir. 17 sentyabr 2022-ci il tarixdə o, dostu Zərərçəkmiş şəxs2 02 ədəd “iphone 14 pro max” markalı mobil telefonun pulu olan 3.500 ABŞ dolları məbləğində pul vəsaitini, Zərərçəkmiş şəxs3 isə 01 ədəd “iphone 14 pro max” markalı mobil telefonun pulu almışdır. Həmin gün Emil ilə birlikdə ümumilikdə 6.120 manat məbləğində pulu Yaxşıxanımın "xxxx" ASC-də olan hesabına ödəmişdir. 18 sentyabr 2022-ci il tarixdə 990 manat və 700 manat məbləğində pul vəsaitini Yaxşıxanımın həmin bank kartına ödəmişdir. 23 sentyabr 2022-ci il tarixdə mobil telefonların gəlmədiyini görüb iş yerində Yaxşıxanımdan mobil telefonların harada olduğunu soruşmuş, Yaxşıxanım isə mobil telefonların Almaniyadan Türkiyəyə gələrkən malların gömrükdə saxlanıldığını və tezliklə Bakıya gələcəyini söyləmişdir. O, təxminən 05 gün gözləyib telefonların gəlmədiyini gördükdə yenidən Yaxşıxanımla əlaqə saxlamışdır. Yaxşıxanım da ona telefonu gətirməli olan şəxslərin özlərinin Bakıya gəldiyini, lakin baqajların hələ də gəlmədiyini bildirmişdir. Bu zaman o, Yaxşıxanımın ona və dostlarına qarşı dələduzluq etdiyini anlamış və bundan sonra Təqsirləndirilən şəxs pulunu tələb etməyə başlamışdır. Bundan sonra Yaxşıxanımın ona mobil telefonları Elman adlı şəxsdən sifariş etdiyini dediyini bildimişdir. Bundan sonra Toğrul sentyabr ayının 28-i ərəfələrində onun yanında Elmanın “***-***-**-**” mobil nömrəsi ilə əlaqə saxlayıb sonuncuya onların Təqsirləndirilən şəxs ondan telefon sifariş verdiyini soruşmuşlar. Elman da Təqsirləndirilən şəxs instagram sosial platformasından tanıdığını, Yaxşıxanımla danışan zaman həqiqətən Almaniya Federativ Respublikasında olduğunu, lakin Təqsirləndirilən şəxs hər hansı mobil telefon sifariş vermədiyini, mobil telefonların alış-satışı ilə məşğul olmadığını, gedib pullarını Yaşıxanım Cəfərovadan tələb etmələrini söyləmişdir. Sentyabr ayının sonunda o, Toğrul və Yaxşıxanım “second cup” adlı kafedə görüşmüşdürlər. Orada o və Toğrul Yaxşıxanımdan nə səbəbə telefonları gətirtmədiyini və ya pullarını qaytarmadığını soruşduqda Yaxşıxanım onlara heç bir cavab verməmişdir. Bu zaman Toğrul pulları Elman adlı şəxsə verib-vermədiyini soruşduqda Təqsirləndirilən şəxs Elmanın bu məsələyə aidiyyatı olmadığını, pulu pivə zavodu olan başqa şəxsə verdiyini, malların gömrükdə qaldığını və telefonları gətirtmək alınmayacağı təqdirdə pullarını qaytaracağını demişdir. Lakin Yaxşıxanım bu vədinə də əməl etməyərək nə telefonlarını gətirtmiş, nə də pul qaytarmışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanımışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 onun tanışlarıdır. 16 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Elmlər metrostansiyasının yaxınlığında “Çado” adlı çay evində olarkən Zərərçəkmiş şəxs1 ona işlədiyi yerdə Yaxşıxanım adlı iş yoldaşının olduğunu, həmin şəxs Almaniya Respublikasından ucuz qiymətə “İphone 14 pro max” mobil telefon sifariş edə biləcəklərini söyləmişdir. Bu zaman o, telefonun ucuz qiymətə başa gələcəyini görüb iki ədəd “İphone 14 pro max” markalı mobil telefon aparatı sifariş etməyi qərara almışdır. O, bu barədə Ceyhun onun yanında Yaxşıxanıma “whatsapp” proqramından mesaj yazaraq özü, o və dostu Zərərçəkmiş şəxs3 üçün ümumilikdə 04 ədəd “İphone 14 pro max” mobil telefon aparatı sifariş etmək istədiyini bildirmişdir. Yaxşıxanım da cavabında heç bir problem olmadığını, tanışları vasitəsilə Almaniya Federativ Respublikasından 03 ədəd bənövşəyi rəngli 128 GB yaddaş tutumuna malik, 01 ədəd bənövşəyi rəngli 1 TB yaddaş tutumuna malik olmaqla ümumilikdə 04 ədəd “İphone 14 pro max” gətirdəcəyini demişdir. Bundan sonra Ceyhun telefonların ümumilikdə neçəyə başa gələcəyini soruşduqda, Təqsirləndirilən şəxs 04 ədəd “İphone 14 pro max” markalı mobil telefonun ümumilikdə 6.600 ABŞ dollarına başa gələcəyini söyləmişdir. 17 sentyabr 2022-ci il tarixdə Elmlər metrostansiyasının yaxınlığında o, 3.500 ABŞ dolları məbləğində pul vəsaitini Ceyhuna əlbəəl vermişdir. Pulu Ceyhuna verdikdə Zərərçəkmiş şəxs1 ona 23 sentyabr 2022-ci il tarixə kimi mobil telefonlarının Bakıya gələcəyini bildirmişdir. Həmin gün axşam saatlarında Ceyhun ona zəng edərək vermiş olduğu 3.500 ABŞ dolları məbləğində pul vəsaitinin üzərinə 100 ABŞ dolları məbləğində pul vəsaiti qoyduğunu, 5.000 və 1.120 manat şəklində olmaqla, ümumilikdə 6.120 manat məbləğində pul vəsaitini Yaxşıxanımın bank kartının hesabına göndərdiyini demişdir. 23 sentyabr 2022-ci il tarixdə mobil telefonların gəlmədiyini görüb Ceyhundan mobil telefonların nə səbəbə çatmadığını, Yaxşıxanımın telefonları kimdən sifariş etdiyini soruşmuşdur. Ceyhun da ona Yaxşıxanımın mobil telefonları Elman adlı şəxsdən sifariş etdiyini dediyini bildirmişdir. Bundan sonra o, 28 sentyabr 2022-ci il tarixdə Elmanın mobil nömrəsi ilə əlaqə saxlayıb ondan 04 ədəd “İphone 14 pro max” markalı mobil telefon sifariş verdiklərini, lakin sifarişlərin gəlib çatmadığını bildirmişdir. Ardınca o, Elmanın Almaniyada olarkən festivalda çəkdirdiyi şəkili Şahid1 “whatsapp” proqramından göndərərək Yaxşıxanımın ona və dostlarına Şahid1 Almaniyada çəkmiş olduğu həmin fotonu göstərib Almaniyada tanışının olduğunu, Almaniyadakı tanışı vasitəsilə mobil telefon sifariş verdiyi barədə məlumat verdiyini bildirmişdir. Elman da ona Təqsirləndirilən şəxs instagram sosial platformasından tanıdığını, Yaxşıxanımla danışan zaman həqiqətən Almaniya Federativ Respublikasında olduğunu, lakin Təqsirləndirilən şəxs hər hansı mobil telefon sifariş vermədiyini, özünün də mobil telefonların alış-satışı ilə məşğul olmadığını, gedib pullarını Yaşıxanım Cəfərovadan tələb etmələrini söyləmişdir. Bundan sonra o, Elmanın bu işlə əlaqəsinin olmadığını, Təqsirləndirilən şəxs dələduzluq etdiyini görüb bir daha Elmanla əlaqə saxlamamışdır. Yaxşıxanımdan nə səbəbə telefonlarını gətirtmədiyini və ya pullarını qaytarmadığını öyrənmək üçün sonuncu ilə görüşməyi tələb etmişdirlər. Bu məqsədlə sentyabr ayının sonunda o, Ceyhun və Yaxşıxanım “second cup” adlı kafedə görüşmüşdürlər. O, Təqsirləndirilən şəxs ilk dəfə həmin görüş zamanı görmüşdür. Həmin görüş zamanı o və Ceyhun Yaxşıxanımdan nə səbəbə telefonları gətirtmədiyini və ya pullarını qaytarmadığını soruşduqda Yaxşıxanım onlara heç bir cavab verməmişdir. Bu zaman o, pulları Elman adlı şəxsə verib-vermədiyini soruşduqda Təqsirləndirilən şəxs Elmanın bu məsələyə aidiyyatı olmadığını, pulu pivə zavodu olan başqa şəxsə verdiyini, malların gömrükdə qaldığını və telefonları gətirtmək alınmayacağı təqdirdə pullarını qaytaracağını demişdir. Lakin Yaxşıxanım bu vədinə də əməl etməyərək nə telefonlarını, nə də pullarını qaytarmışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanımışdır Zərərçəkmiş şəxs1 əv Zərərçəkmiş şəxs2 ilə dostluq münasibəti vardır. 16 sentyabr 2022ci il tarixdə axşam saatlarında Ceyhun ona zəng edərək Yaxşıxanım adlı iş yoldaşının olduğunu, həmin şəxsin Almaniyadan bir ədədi 2550 manatdan olmaqla “İphone 14 pro max” mobil telefon sifariş edə biləcəklərini söyləmişdir. Bu zaman o, telefonun ucuz qiymətə başa gələcəyini görüb bir ədəd “İphone 14 pro max” markalı mobil telefon aparatı sifariş etməyi qərara gəlib 01 ədəd telefon üçün Ceyhuna əlbəəl olaraq 1200 manat pul verib qalan pulu telefon gələndən sonra ödyəcəyini bildirmişdir. Ceyhun da onunla razılaşaraq verdiyi pulun üzərinə öz pulunu və dostları Toğruldan aldığı pulları da əlavə edib Yaxşıxanım adlı qadına göndərmişdir. Həmçinin Ceyhun ona bildirmişdir ki, verdikləri pulların müqabilində həmin qadın Ceyhun, o və Toğrul üçün ümumilikdə Almaniya Federativ Respublikasından 03 ədəd bənövşəyi rəngli 128 GB yaddaş tutumuna malik, 01 ədəd bənövşəyi rəngli 1 TB yaddaş tutumuna malik ümumilikdə 04 ədəd “İphone 14 pro max” gətirdəcəyinə söz verib. Bundan sonra o, Ceyhundan telefonların ümumilikdə neçəyə başa gələcəyini soruşduqda, sonuncu Yaxşıxanım ilə danışıqlarına əsasən 04 ədəd “İphone 14 pro max” markalı mobil telefonun ümumilikdə 6.600 ABŞ dollarına başa gələcəyini demişdir. Yaxşıxanımın deməsinə görə 23 sentyabr 2022-ci il tarixə kimi mobil telefonların Bakıya gələcəyini bildirmişdir. 23 sentyabr 2022-ci il tarixdə mobil telefonların gəlmədiyini görüb Ceyhundan mobil telefonların nə səbəbə çatmadığını, Yaxşıxanımın telefonları kimdən sifariş etdiyini soruşmuşdur. Ceyhun da ona Yaxşıxanımın mobil telefonları Elman adlı şəxsdən sifariş etdiyini dediyini bildirmişdir. Onlar bu işlə məşğul olan zaman öyrənmişdirlər ki Yaxşıxanım onların telefonlarının gətirilməsi ilə bağlı həmin Elman adlı şəxsə heç bir sifariş verməmiş, onları müxtəlif bəhanələrlə aldadaraq pullarını ələ keçirmişdir. Bu zaman o, Yaxşıxanımın ona və dostlarına qarşı dələduzluq etdiyinə əmin olmuş və bundan sonra Təqsirləndirilən şəxs davamlı olaraq zəng edib pullarını tələb etməyə başlamış, lakin Yaxşıxanım müxtəlif bəhanələr gətirərək pullarını geri qaytarmırmış. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında “instagram” sosial şəbəkəsində tanımış, lakin real həyatda görməmişdir. 2022-ci ilin sentyabr ayında o, Almaniya Federativ Respublikasında olarkən həmin ölkədəki “Apple” şirkətinin mağazalarından birinin qarşısında insanların “iphone 14 pro max” markalı mobil telefon almaq üçün növbəyə dayandığı şəkili “elman_111” instagram səhifəsinin “story” bölümündə paylaşmışdır. Şəkili paylaşdıqdan sonra Təqsirləndirilən şəxs özünün hazırda xatırlamadığı instagram profilindən paylaşımına rəy yazaraq Almaniya Federativ Respublikasında 01 ədəd “iphone 14 pro max” markalı mobil telefonun qiymətini soruşmuşdur. O da 01 ədəd “iphone 14 pro max” markalı mobil telefonun qiymətinin ortalama 1.400 avro olduğunu bildirmişdir. Bundan başqa onunla Təqsirləndirilən şəxs arasında mobil telefonla bağlı hər hansı mesajlaşma və ya söhbət olmamışdır. 2022-ci ilin sentyabr ayının axırı - oktyabr ayının əvvəllərində Ceyhunun dostu Toğrul adlı şəxs ona zəng edərək Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını düşündüklərini, sözügedən şəxsə 04 ədəd “iphone 14 pro max” markalı mobil telefon sifariş verdiklərini, lakin sifarişlərin gəlib çatmadığını bildirmişdirlər. Ardınca Toğrul onun Almaniyada olarkən festivalda çəkdirdiyi şəkili ona “whatsapp” proqramından göndərərək Yaxşıxanımın sözügedən şəxslərə onun Almaniyada çəkmiş olduğu həmin fotonu göstərib Almaniyada tanışının olduğunu, Almaniyadakı tanışı vasitəsilə mobil telefon sifariş etdiyi barədə məlumat verdiyini bildirmişdir. O da Toğrula Təqsirləndirilən şəxs “instagram” sosial platformasından tanıdığını, Yaxşıxanımla danışan zaman həqiqətən Almaniya Federativ Respublikasında olduğunu, lakin Təqsirləndirilən şəxs ona hər hansı mobil telefon sifariş vermədiyini, mobil telefonların alış-satışı ilə məşğul olmadığını, pullarını gedib Yaşıxanım Cəfərovadan tələb etmələrini söyləmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 120-123-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 şəxsən tanımır, həmin şəxslərlə şəxsi tanışlığı, o cümlədən hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. Dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs2 ona zəng edərək qızının Zərərçəkmiş şəxs2 və dostlarına qarşı dələduzluq etdiyini bildirərək ondan qızının almış olduğu 7.810 manat məbləğində pul vəsaitini ödəyib-ödəməyəcəyini soruşmuşdur. O da Zərərçəkmiş şəxs2 ilk öncə özünü təqdim etmiş və Toğrula qızının almış olduğu pulu ən geci 2022-ci ilin noyabrının 10-a kimi bütöv şəkildə və ya hissə-hissə qaytaracağını demişdir. Onun 2022-ci ilin noyabrın 10-a kimi tanışından alacağı borc pulu var imiş, lakin həmin şəxs ona pulunu qaytarmadığı üçün o, vəd etdiyi tarixə kimi Ceyhun və dostlarının pulunu ödəyə bilməmişdir. Noyabrın 10-u pulun ödənilmədiyini görüb Toğrul onunla əlaqə saxlamışdır. Bu zaman o, Toğruldan 3-4 gün vaxt istəmişdir. Toğrul da ona pulu qaytarmağı uzatdığını, baş vermiş hadisə ilə bağlı polisə şikayət edəcəyini söyləmişdir. O, telefonla danışdıqdan sonra qızı Təqsirləndirilən şəxs 1.000 manat pul verərək pulu Ceyhunun kartına ödəməsini, qalan pulu da hissə-hissə qaytaracağını Ceyhun və dostlarına bildirməsini tapşırmışdır. O, pulu Yaxşıxanıma verdikdən sonra saat 17:44-də Təqsirləndirilən şəxs LeoBanka məxsus 4098 5844 5021 9439 hesablı bank kartından Ceyhunun 4098 5844 5021 8985 nömrəli “Leobank”-a məxsus bank kartına 1.000 manat pul göndərmişdir. X6 göndərmiş olduğu pul vəsaitini sonuncunun kart hesabına geri göndərərək Yaxşıxanıma pulu bütöv şəkildə qaytarmasını bildirmişdirlər. Bundan qısa müddət sonra isə Ceyhungil pulu istəməməyə başlamışdır. Onlar da pulun Ceyhungil tərəfindən qəbul edilmədiyini görüb daha pulu ödəməmişdirlər. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və tanışlarından pul alması barədə məlumatı olmamışdır. O, bu barədə Toğrul ona zəng etdikdən sonra öyrənmişdir. Qızı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 almış olduğu ümumilikdə 7.810 manat məbləğində pul vəsaitindən ona və ya ailə üzvlərinə hər hansı məbləğdə pul vəsaiti verməmişdir. Qızı Təqsirləndirilən şəxs müəyyən mələğdə borcları olmuşdur ki, Zərərçəkmiş şəxs1 almış olduğu ümumilikdə 7.810 manat məbləğində pul vəsaiti ilə də həmin borclarının bir qismini ödəmişdir. Onun bildiyi qədərilə qızı Təqsirləndirilən şəxs xaricdən telefon gətirən tanışı olmamışdır. Özü də heç vaxt bu işlərlə məşğul olmamışdır. Qızının Zərərçəkmiş şəxs1 və dostlarının bu üsulla yəni xaricdən mobil telefon gətirmək adı ilə pulunu ələ keçirməsinə səbəb Təqsirləndirilən şəxs şəxsi borclarının çox olması və borc sahiblərinin ödənişlə bağlı qızını sıxması olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə və avtomobillərə baxış keçirilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvana gələrək Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Yaxşıxanım İskəndərovaya ümumilikdə 7820 manat sonuncu dəfə 18 sentyabr 2022-ci il tarixdə həmin ünvanda 700 manat ödəniş etmişlər. (i.v. 8-11) “Baxış keçirilməsi və götürmə haqqında” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 28-ci PB-nə məxsus xidməti otaqlardan birində Zərərçəkmiş şəxs1 təqdim etmiş olduğu 02 ədəd A4 formatlı vərəqədə çap olunmuş kağız parçalarına, ödənişlərlə bağlı 05 ədəd A4 formatlı vərəqədə çap olunmuş kağız parçalarına və 01 ədəd qara rəngli yaddaş kartına Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilərək müəyyən edilmişdir ki, «WhatsApp» sosial media vasitəsindəki mesajlaşmalar 16 sentyabr 2022-ci il tarixdə və 17 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında aparılmışdır. Mesajlaşmaların məzmunundan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs vasitəsilə sonuncunun Almaniya Federativ Respublikasındakı tanışından 03 ədəd 128 GB yaddaş tutumuna, 01 ədəd 01 TB yaddaş tutumuna malik “İphone 14 pro max” mobil telefon aparatı sifariş etdiyi, hətta Yaxşıxanımın da özü üçün tanışından 01 ədəd “İphone 14 pro max” markalı mobil telefon aparatı sifariş etdiyi görünür. Habelə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pulu kartına atmasını tapşırdığı, 18 sentyabr 2022-ci il tarixdə “6120 azn (3600$)”, telefonu götürəndə “5100 azn (3000$)” məbləğində pul vəsaitini göndərməsini bildirdiyi və Təqsirləndirilən şəxs özünə məxsus “KapitalBank”-a aid 5239 1515 1123 9439 nömrəli bank kartının şəklini Zərərçəkmiş şəxs1 göndərdiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 iştirakı ilə bank əməliyyatlarının əks olunduğu vərəqlərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 5.000 manat məbləğində pul vəsaitini və 1.120 manat məbləğində pul vəsaitini xx.xx.2022ci il tarixdə uyğun olaraq saat 19:24:24 və 19:27:14-də Təqsirləndirilən şəxs “KapitalBank”-a məxsus 5239 1515 1123 9439 nömrəli bank kartına Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 82B Bravo Express-də 50299 nömrəli terminaldan MilliÖn elektron ödəmə sistemi vasitəsilə göndərmişdir. Habelə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs1 18 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov 31/38 ünvanında özünə məxsus hesab nömrəsi 5261 6333 3347 3610 olan “RabitəBank”-a məxsus bank kartından saat 11:56-da 990 manat və özünə məxsus hesab nömrəsi 4098 0944 2134 1635 olan “Uni Bank”-a məxsus bank kartından saat 20:17-də 700 manat məbləğində pul vəsaitini Yaxşıxanımın 5239 1515 1123 9439 nömrəli Kapital Bank-a məxsus bank kartına göndərdiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 iştirakı ilə 01 ədəd qara rəngli yaddaş kartına baxış keçirən zaman ekranda “Yaxşıxanım - Səs yazısı Whatsapp” adlı fayl açılmışdır. Həmin fayla daxil olduqda 07:27 saniyədən ibarət səs yazısı açılmışdır. Baxış zamanı səs yazısının “Second cup” adlı kafedə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən qeydə alındığı, danışığı qeydə alınan şəxsin isə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Səs yazısına Zərərçəkmiş şəxs1 iştirakı ilə qulaq asılan zaman səs yazısının əvvəlində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 telefonları sifariş etdiyi Almaniya Federativ Respublikasındakı tanışının məhz telefonların alqı-satqısı ilə məşğul olduğunu bildirir və Zərərçəkmiş şəxs1 pulu ona göndərdiyini etiraf edir. Daha sonra Zərərçəkmiş şəxs1 ondan könüllü şəkildə mobil telefon aparatı sifariş etdiyini, özünün bu işdə də heç bir marağının olmadığını bildirir. Səs yazısının 01:26-cı saniyəsində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul vəsaitlərini “Elman” adlı şəxsə verib-vermədiyini soruşur. Təqsirləndirilən şəxs da bunu inkar edərək “Elman” adlı şəxsə pul vermədiyini qeyd edir. Səs yazısı zamanı Zərərçəkmiş şəxs2 bir neçə dəfə Təqsirləndirilən şəxs telefonları sifariş etdiyi və ya pulu verdiyi şəxsin kim olduğunu soruşsa da, Təqsirləndirilən şəxs həmin şəxsin kimliyini açıqlamamışdır. Ardınca Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onu tanımadığını bildirərək yalnız Ceyhunu tanıdığını, əvvəllər özünün də Rusiya Federasiyasında telefon işi ilə məşğul olduğunu, xaricdən telefon alarkən telefonun pulunu ödəməmişdən qabaq mobil telefon aparatlarının ilk öncə fotoşəkil və İMEİ kodlarının göndərildiyini, lakin dostu Ceyhunun almaq istədikləri mobil telefon aparatlarının fotoşəkil və İMEİ kodlarını əldə etmədən pulu göndərdiyini söyləyir. Bu zaman da Təqsirləndirilən şəxs heç kimi ondan telefon alması üçün məcbur etmədiyini bildirir ki, bu barədə Ceyhuna da sual verdikdə sonuncu onun dediklərini təsdiqləyir. Səs yazsının 02:38-ci saniyəsində Təqsirləndirilən şəxs pulun heçdə hamısını Zərərçəkmiş şəxs1 almadığını, 2-3 dəfə istədikdən sonra heç yerdə qalan məbləği də istəmədiyini deyir və bütün məsuliyyətin onun üzərində olduğunu, Ceyhun pulu ona verdiyi üçün həmin pulu da məhz ondan ala biləcəklərini bildirir. Səs yazısının 03:04-cü saniyəsində Zərərçəkmiş şəxs2 yenidən Təqsirləndirilən şəxs sual verərək mobil telefon aparatını kimdən aldığını, o cümlədən telefonun alınıb-alınmaması barədə sübut olubolmadığını soruşur. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 cavabında zamanı gəldikdə, ona deyil, Zərərçəkmiş şəxs1 bəzi məsələləri söyləyəcəyini, lazım olan vaxtda lazım olanı söyləyib sübut da edəcəyini deyir. Səs yazısının 03:40-cı saniyəsində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs mobil telefonları sifariş etdiyi şəxsin mobil nömrəsini verməsini, həmin şəxslə əlaqə saxlayaraq telefonların onda olub-olmadığını bilmək istədiyini söyləyir. Təqsirləndirilən şəxs da həmin şəxsin bu gün Bakıya gəldiyini qeyd edir. Bu zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs həmin şəxs özü gəlibsə, nə səbəbə malın gəlmədiyini soruşduqda Təqsirləndirilən şəxs malın gömrükdə qaldığını, gec-tez götürəcəyini bildirir. Səs yazısının 04:16-cı saniyəsində Zərərçəkmiş şəxs2 Yaxşıxanıma telefonları sifariş etdiyi şəxsə zəng etməsini təklif edir. Yaxşıxanım da bunu rədd edərək zəng etməkdən imtina edir. Zərərçəkmiş şəxs2 zəng etməməkdə məqsədinin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda isə sonuncu zəng etməməyinin səbəbini müəyyən ifadələrə görə Ceyhunla prinsipinin olmasında göstərir. Bundan sonra X7 Cəfərovaya 4.600 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarılmalı olduğunu, həmin məbləğin də o qədər çox olmadığını söyləyir. Təqsirləndirilən şəxs da cavabında dünən Ceyhuna bu gün səhər olmasa da, gün ərzində pul vəsaitini çatdıracağını dediyini bildirir. Əlavə olaraq Təqsirləndirilən şəxs bunun necə və nə cür olmasının da Zərərçəkmiş şəxs1 aidiyyatı olmadığını, Zərərçəkmiş şəxs1 pulu ona verdiyini, pulun da tərəfindən qaytarılacağını söləyir. Ceyhun da ona pulu altıncı gündən etibarən qaytaracağını bildirdiyini söyləyir, Yaxşıxanım da ona vəziyyəti bildiyini və heç kimə də nəyisə inandırmaq məcburiyyətində olmadığını qeyd edir. Daha sonra Təqsirləndirilən şəxs pulun bu gün ərzində çatdırılacağını bir daha deyir və təsdiq edir. Zərərçəkmiş şəxs2 ondan axşam pulu qaytarması məsələsinin alınmaması halında nə olacağını soruşduqda da Yaxşıxanım bayaq işlətmiş olduğu ifadəni təsdiq edərək pulu gün ərzində çatdıracağını, hətta Zərərçəkmiş şəxs1 kartına göndərəcəyini bildirir. Səs yazısının 06:45-ci saniyəsində Zərərçəkmiş şəxs1 bəs pulu qaytara bilməsə nə olacağını soruşduqda isə, Təqsirləndirilən şəxs cavabında israrla pulu axşama qaytaracağını, pulu qaytarmaq məsələsinin alınmamaq kimi şansının olmadığını söyləyir. Bundan sonra səs yazısının sonunadək səs yazısında iş üçün əhəmiyyətli hər hansı hal müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə təqdim etdiyi içərisində sonuncu ilə Təqsirləndirilən şəxs ona və tanışlarına xaricdən mobil telefon gətirməsi barədə «WhatsApp» mobil tətbiqetməsi vasitəsi ilə aparılmış yazışmlar olan 02 ədəd A4 formatlı vərəqədə çap olunmuş kağız parçaları, həmçinin ödənişlərlə bağlı 05 ədəd A4 formatlı vərəqədə çap olunmuş kağız parçaları və 01 ədəd qara rəngli yaddaş kartı iş üzrə subut əhəməiyyəti kəsb edə biləcəyi üçün Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Azər Əliyev tərəfindən götürülmüşdür. (i.v. 19-28) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu dələduzluq əməli nəticəsində iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurmuş olduğu ümumilikdə 7.810 (yeddi min səkkiz yüz on) manat maddi ziyandan Zərərçəkmiş şəxs1 1.480 (bir min dörd yüz səksən) manat məbləğində pul vəsaitini ödəmişdir. (i.v. 40) 06 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 97-102) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs ona və tanışlarına xaricdən mobil telefon gətirməsi barədə “WhatsApp” mobil tətbiqetməsi vasitəsi ilə aparılmış yazışmalar olan 02 ədəd A4 formatlı vərəqədə çap olunmuş kağız parçaları, həmçinin ödənişlərlə bağlı 05 ədəd A4 formatlı vərəqədə çap olunmuş kağız parçaları və 01 ədəd qara rəngli yaddaş kartı maddi sübut kimi tanınmış və cinayət işinin materillarına əlavə edilmişdir. (i.v. 124-138) Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə təsdiq etdiyi ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 77-78) Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rövşən Mirəliyev tərəfindən qəbul edilmiş 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X8 ilə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyinə görə barəsində istintaqı aparılan ********* saylı cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmişdir. (i.v. 107-109) Şəmkir Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli 1(076)-2/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. (i.v. 110-119) “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 159-160) AA1821785 nömrəli şəxsiyyət vəsiqəsi və AZ-T № 134615 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 anası Təqsirləndirilən şəxsdır. (i.v. 94-95) AA2123272 nömrəli şəxsiyyət vəsiqəsi və AZ-İİİ № 721411 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 anası Təqsirləndirilən şəxsdır. (i.v. 94, 96) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş notarial təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş notarial təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Bununla əlaqədar ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş notarial təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Cinayət Məcəlləsinin müvafiq norması baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs daha əvvəl bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən, hazırkı cinayət işi üzrə onun cinayət məsuliyyətindən azad olunması istisna edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməklə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs ona və tanışlarına xaricdən mobil telefon gətirməsi barədə “WhatsApp” mobil tətbiqetməsi vasitəsi ilə aparılmış yazışmlar olan 02 ədəd A4 formatlı vərəqədə çap olunmuş kağız parçaları, həmçinin ödənişlərlə bağlı 05 ədəd A4 formatlı vərəqədə çap olunmuş kağız parçaları və 01 ədəd qara rəngli yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmlar olan 02 ədəd A4 formatlı vərəqədə çap olunmuş kağız parçaları, həmçinin ödənişlərlə bağlı 05 ədəd A4 formatlı vərəqədə çap olunmuş kağız parçaları və 01 ədəd qara rəngli yaddaş kartı cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar