Məhkəmə qərarları › İş №1(004)-285/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-285/2020

30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-285/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, 131 nömrəli ünvanda yerləşən evin qonaq otağında şəxsi münasibətlər zəminində aralarında baş vermiş ailə münaqişəsi zamanı anası Zərərçəkmiş şəxs onun qeyri-rəsmi münasibətdə olduğu qadını təhqir etməsindən əsəbləşərək sonuncunun göz, alın və sol qol nahiyyəsinə yumruqla bir neçə zərbə vurub Zərərçəkmiş şəxs sağ gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sağ gözaltı nahiyənin və sol sol alın nahiyəsinin qançırı sağ said nahiyəsinin sıyrığı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X5 onun anasıdır. X9 ayrıldıqdan sonra ünvan 3 ünvanında anası ilə birlikdə yaşayırlar. Təxminən 2 ildir Şahid ilə qeyri-rəsmi olaraq dini nigahda münasibətləri var. Münasibətlərindən anasının ilk vaxtlardan xəbəri olmuşdur. Bu münasibətə görə o və anası ilə arasından dəfələrlə mübahisə olmuşdur. Lakin heç bir mübahisə zamanı onu vurmamışdır. Anası Yeganə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək valideyinlərinin yaşadığı ünvan 4 A ünvanında getmişdir. Anası getdikdən sonra o Şahid yaşadıqları ünvana özü dəvət etmişdir. xx.xx.2020-ci il tarixdə o səhər saatlarında yatılı imiş bu zamanı anası evə gəlmiş və Aygünü evdən qovmuşdur. O isə bundan saat 16 radələrində yuxudan durduqdan sonra xəbər tutmuşdur. Bununla bağlı anası ilə aralarında sözlü mübahisə yaşanmışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində anası Zərərçəkmiş şəxs yaşadıqları ünvana gəlmişdir. Masanın arxasında əyləşib yemək yeyən zaman o içəri daxil olmuş və onun ilə söhbət etmək istəmişdir. O aralarında olan mübahisələri danışıb bir dəfəlik yoluna qoymaq istəyirmiş lakin o onu əsəbləşdirəcək hərəkətlər etmişdir. Anası onu əsəbləşdirməyə davam etmiş və o özünü itirmiş stolun üstündə olan boşqabı götürərək yerə vurmuşdur. O isə ayağa duraraq stolun üzərində olan stəkanın götürmüş və yerə vurmuşdur. Bu zaman anası ona Aygünün məsələsinin bu evdə danışılmayacağını bildirmiş və bundan sonra o Aygünün sadəcə olaraq problemlərindən biri olduğunu bildirmişdir. Mübahisə zamanı o əsəbi olaraq anasının göz və alın nahiyyəsindən vurmuşdur. Anası Zərərçəkmiş şəxs evdən getməsini tələb etmiş və o evdən getmişdir. Əməlini etiraf etməsini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Keçmiş həyat yoldaşı Nəcəfov Azaddan ayrıldıqdan sonra ünvan 3 ünvanında oğlu ilə birlikdə yaşayır. Oğlunun 2 ildir qeyri-rəsmi olaraq X3 ilə münasibəti var. Şahid yüngül həyat tərzi yaşayır və oğlu Eldardan 6 yaş böyükdür. Onun isə bundan 1 ildir xəbəri var. Bu münasibət görə onun oğlu ilə aralarında dəfələrlə mübahisə olmuşdur. Bir neçə dəfə onların yaşadıqları ünvana həmin qız ilə birgə gəldiyinə görə onun ilə aralarında mübahisə olmuş və Eldar onu bu mübahisənin nəticəsi olaraq döymüşdür. Lakin bunun ilə bağlı heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Sonuncu olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək valideyinlərinin yaşadığı ünvan 4A ünvanında olmuşdur. Sonra yaşadığı ünvana geri qayıtmışdır. Geri qayıdan zaman həmin ünvanda Şahid olduğunu görmüşdür. Bundan sonra o esəbləşmiş və Aygünü evdən qovmuşdur. Aygün taksi sifariş vermiş və getmişdir. Bundan sonra saat texminən 16 radələrində oğlu yuxudan durmuş və Aygünün olmadığı görmüşdür. Aygün ilə telefon ilə danışmış və onun Zərərçəkmiş şəxs tərəfdən evdən qovulduğunu bilmişdir. Bununla bağlı onun ilə aralarında sözlü mübahisə baş vermişdir. Ondan onu nəyə görə qovduğunu soruşduqda o isə ona uzun illərdir bu ünvanda yaşadıqlarını yüngül həyat tərzi yaşayan qadının onların evlərində işi olmadığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 22:00 yaşadıqları ünvana gəlmişdirlər. Masanın arxasında əyləşib yemək yeyən zaman oğlu Eldar içəri daxil olmuş və Aygünün bu evdə qalacağını və bir daha onun tərəfindən qovulmayacağını bildirmişdir. O isə bunun ilə razılaşmadığından aralarında sözlü mübahisə baş vermişdir. Bunun üzərinə Eldar stolun üstündə olan boşqabı götürərək onun üzünə vurmuşdur. O isə ayağa duraraq esəbindən stolun üzərində olan stəkanın götürüb yerə vurmuşdur. Bundan sonra Eldar ayağa qalxaraq onun göz və alın nahiyyəsindən və hal-hazırda xatırlaya bilmədiyi sayda zərbə vurmuşdur. O yerə yıxılmışdır. Bundan sonra Eldar əli ilə onun boğazından tutaraq boğmağa çalışmışdır. O isə əli ilə onu itələyərək otaqdan qaçmışdır. Ayaqqabılarını geyinib evdən çıxıb getmək istəyərkən Eldar əlində bıçaq ilə gələrək öldürəcəyini bildirmişdir. O isə ordan qaçmışdır. Bundan sonra valideyinlərinin yaşadığı ünvan 6 A saylı ünvana gəlmiş və baş vermiş hadisə barədə DİN-in 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Heç bir ana oğlundan şikayət etməsə də, artıq o həddə çatıb ki, oğlu onu müntəzəm döyür, oğlu onu evdən də qovalamışdır, 6 aydır ki, başqa yerdə yaşayır. Oğlu törətdiyi hadisədən peşmançılıq da keçirmir, hazırkı vaxtadək nə üzr istəmiş, nə də barışıq üçün cəhd etməmişdir, ümumiyyətlə onunla maraqlanmamışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmır, ən ciddi formada cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3 ildir tanıyır. Hal-hazırda qeyri rəsmi olaraq aralarında dini nikah var. O müxtəlif vaxtlarda Eldarın yaşadığı ünvan 7 ünvanında onun ilə birgə olmuşdur. xx.xx.2020-ci il tarixində Zərərçəkmiş şəxs səhər saatlarında evə gəlmişdir. O isə həmin vaxt evdə olmuşdur. Zərərçəkmiş şəxs ilk olaraq onun uşaqlarını danlamış sonra isə onu danlamışdır. O isə bundan sonra taksi çağıraraq evdən çıxıb getmişdir. Həmin vaxt Eldar evdə yatmış idi. Bundan sonra saat təxminən 14 radələrində Eldar onu yığmış və harda olduğunu soruşmuşdur. Eldar və anası arasında baş verənləri o sonradan eşitmişdir. Hadisə zamanı o orda olmamışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 448 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sağ gözaltı nahiyənin və sol sol alın nahiyəsinin qamçın sağ said nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR VURMAYA aiddirlər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar kimi, təqsirləndirilən şəxsin öz anasını vurmasını və sağlamlığına zərər yetirməsini, törətdiyi əməldən peşmançılıq keçirməməsini, anası ilə barışması üçün cəhd edilməməsini, təyin edilən cəzanın şəxsin şəxsiyyətinə uyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növləri cəzanın məqsədlərini təmin edə bilməz. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalardan, məhkəmə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayəti etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar