Məhkəmə qərarları › İş №1(004)-285/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-285/2021

23.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-285/2021 23.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X8 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – X5 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 1 nömrəli X10 yataqxanasında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 mart 2021-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvana gələrək mənzilin giriş qapısının açıq olmasından istifadə edib həmin mənzilə giriş qapısından keçmək yolu ilə yaşayış sahəsinə qanunsuz olaraq daxil olduqdan sonra mənzilin qonaq otağındakı oturacağın üzərinə qoyulmuş içərisində 572 (beş yüz yetmiş iki) manat məbləğində pul və 400 (dörd yüz) manat dəyərində “Mixael Kord” markalı pul qabı olan 100 (yüz) manat dəyərindəki “HL” markalı əl çantasını, həmin otaqdakı divanın üzərindən isə balansında 11 (on bir) manatlıq danışıq dəqiqələri olan 5 (beş) manat dəyərində 050 798-13-38 mobil nömrəsi ilə istifadə olunan 150 (yüz əlli) manat dəyərindəki “Apple” markalı “iPhone 5S 16 GB” modelli mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1238 (min iki yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, X6 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə məhkum olunmuş, 2015-ci ildə isə cəzasının sonu ilə azadlığa buraxıldıqdan sonra narkotik vasitə aludəçisi olmuşdur. Narkotik vasitələri müxtəlif vaxtlarda tanımadığı müxtəlif şəxslərdən almışdır. 2021-ci ilin mart ayının sonlarında narkotik vasitə əldə etmək üçün pulu olmadığından məcbur olub oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 28 mart 2021ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsində yerləşən ikimərtəbəli yaşayış binalarından birinə daxil olub ikinci mərtəbəsinə qalxan zaman mənzillərdən birinin giriş qapısının açıq vəziyyətdə olmasını görüb həmin mənzilə daxil olmağı qətiləşdirmişdir. Sadəcə ehtiyatlı davranaraq bir müddət pilləkən meydançasında gözlədikdən sonra içəridən heç bir səs-küy gəlmədiyini görüb, mənzildə ya heç kimin olmadığını, ya da ki mənzil sahiblərinin yatdıqlarını düşünüb ehmalla mənzilin açıq vəziyyətdə olan giriş qapısından içəri keçib qonaq otağına yönəlmişdir. Qonaq otağına daxil olan zaman isə otaqda olan divanın üzərində bir nəfər orta yaşlı qadının yatdığını görüb əvvəl geri qayıtmaq istəsə də, qadının oyanmadığını görüb asta şəkildə hərəkət edərək əvvəlcə həmin otaqda olan oturacağın üzərinə qoyulmuş qara rəngli əl çantasını, daha sonra isə qadının yatdığı divanın üzərində olan bir ədəd ağ rəngli “iPhone 5S” markalı mobil telefonu götürüb ehmalla hərəkət edərək dərhal mənzili tərk edib oradan uzaqlaşmışdır. Bundan sonra isə əl çantasını açan zaman içərisində daha bir qara rəngli pul qabının, həmin qadına məxsus olan şəxsiyyət vəsiqəsinin və pulların olmasını görmüşdür. Pulları saydıqdan sonra isə 572 manat məbləğində olmasını bilmişdir. Bundan sonra isə oğurladığı “iPhone 5 S” markalı mobil telefonu satmaq üçün “Mosu” adı ilə tanıdığı Şahid2 yanına getmişdir. Bir neçə dəfə Şahid2la birlikdə narkotik vasitə qəbul etdiyi üçün aralarında tanışlıq münasibətləri yarandığından məhz oğurladığı mobil telefonu ona sata biləcəyini düşünmüşdür. “Qış parkı” adlanan parkın yaxınlığında Şahid2la görüşüb guya ki, ona hədiyyə kimi verilmiş “iPhone 5 S” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Şahid2 isə onun uzun müddətdir ki, mobil telefon istifadə etmədiyini bildiyindən bu mobil telefonun hansı yolla əldə olunmasını soruşmuş, o, Siyasəti aldadaraq guya ki, həmin mobil telefonu təmizlik işləri gördüyü mənzilin sahibinin hədiyyə etdiyini, sadəcə istifadə edə bilmədiyi üçün satmaq istədiyini demişdir. Siyasət inandığından həmin mobil telefonu oğlu üçün almaq istədiyini bildirmiş və 30 manat müqabilində ala biləcəyini demişdir. Razılaşdığından həmin “iPhone 5 S” markalı mobil telefonu üzərində olan nömrə kartını çıxardıqdan sonra 30 manat müqabilində Şahid2 satmışdır. Bundan sonra isə oradan uzaqlaşaraq adını sonradan bildiyi Zərərçəkmiş şəxs məxsus olan şəxsiyyət vəsiqəsini və nömrə kartını qara rəngli pul qabının içərisinə qoyaraq xatırlamadığı yerə tullamış, əl çantasını isə özündə saxlamaqla istifadə etmişdir. Oğurladığı 572 manat pulu isə hissə-hissə gündəlik tələbatlarına və yenə də narkotik vasitələrin əldə olunmasına xərcləmişdir. Lakin hadisədən təxminən bir neçə gün sonra o, marşurut avtobusunda olan zaman əşyalarını oğurladığı Zərərçəkmiş şəxs ilə rastlaşmış, Zərərçəkmiş şəxs onun çiynində asılmış, özünə məxsus olan əl çantasını görüb tanıdığından o, əvvəlcə həmin əl çantasını məişət tullantıları qutusunda tapdığını bildirsə də, Zərərçəkmiş şəxs inanmadığı üçün məcbur olub əl çantasını ona verib dərhal marşurut avtobusundan enərək oradan uzaqlaşmışdır. 15 may 2021-ci il tarixdə saat 16 radələrində isə polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs X1 sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, biri azyaşlı olmaqla iki övladının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı ünvanda bütün qonşularla yaxın münasibəti olduğundan yaşadığı mənzilin giriş qapısını əksər hallarda, gecə-gündüz fərqi olmadan açıq vəziyyətdə saxlayır. 27 mart 2021-ci il tarixdə gecə saatlarında qonaq otağında divanın üzərində yatan zaman içərisində 572 manat məbləğində pul, ayrıca pul qabı və özünə məxsus şəxsiyyət vəsiqəsi olan əl çantasını yatdığı qonaq otağında olan oturacağın üzərinə, özünə məxsus olan “iPhone 5S” markalı mobil telefonu isə yatdığı divanın üzərinə, yəni yanına qoymuşdur. Səhərisi gün isə, yəni 28 mart 2021-ci il tarixdə saat 11 radələrində bayırdan gələn səs-küyə oyanıb mobil telefonda saata baxdıqdan sonra yenidən yatmışdır. Təxminən 15-20 dəqiqə sonra əri Şahid1 çörək almaq üçün mənzildən çıxmaq istəyən zaman o, oyanaraq mobil telefonun yanında olmadığını görüb narahat olduğu üçün dərhal əl çantasının yerində olub-olmadığını görmək üçün oturacağın üzərinə baxdıqda əl çantasının da yerində olmadığını görüb əri Şahid1 həmin əşyaları soruşmuşdur. Əri həmin əşyalar barədə heç bir məlumatı olmadığını bildirdiyindən həmin əşyaların oğurlanmasına əmin olub dərhal bu barədə Azərbaycan Respublikası DİN-nin 102 Zəng Mərkəzinə məlumat vermişdir. Sonradan hadisə yerinə polis əməkdaşları gələrək onun iştirakı ilə mənzilə baxış keçirmiş və protokol tərtib etmişlər. O, ifadəsində bildirmişdir ki, X7 əvvəllər tanımamışdır, onu ilk dəfə evində baş vermiş oğurluq hadisəsindən bir neçə gün sonra marşurut avtobusunda görüb özünə məxsus olan çantanı ondan alan zaman görmüşdür. Belə ki, həmin vaxt Zahidə Nadirovanın üzərində evindən oğurlanmış, ona məxsus çantanı görüb tanımış, Z.Nadirovadan həmin çantanı haradan əldə etdiyini soruşduqda sonuncu guya ki, tapdığını bildirsə də o, özünə məxsus olan çantanı dəqiqliklə tanıdığından ondan alıb içərisinə baxan zaman Z.Nadirova ani məqamda onun diqqətinin yayınmasından istifadə edərək marşurut avtobusunu tərk edərək getmişdir. Həmin vaxt qadının ona məxsus əşyaları oğurlayan şəxs olduğuna əmin olmuşdur. Lakin həmin qadının ona məxsus olan əşyaları oğurlayan şəxs olduğunu daha dəqiq olaraq o, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə gətirilən zaman bilmişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, yaşadığı mənzilin qonaq otağında olan oturacağın üzərindən içərisində 572 manat məbləğində pul, ayrıca 400 manat dəyərində “Mixael Kord” markalı pul qabı və özünə məxsus şəxsiyyət vəsiqəsi olan 100 manat dəyərində “HL” markalı əl çantası, həmin otaqda olan yatdığı divanın üzərindən isə üzərində 5 manat dəyərində 050 798-13-38 mobil nömrəsi istifadə olunan 150 manat dəyərində “iPhone 5 S” markalı mobil telefon oğurlanmışdır. Həmin mobil nömrənin balansında 11 manatlıq danışıq dəqiqələri olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona 1238 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin pullar beş ədəd 100 manatlıq əskinas, bir ədəd 50 manatlıq əskinas, bir ədəd 20 manatlıq əskinas və iki ədəd 1 manatlıq əksinaslar olmuşdur. Həmin vaxt yatdığından ona məxsus əşyaların oğurlanmasını görməmiş və hər hansı bir səs-küy eşitməmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X2 şikayətçi olmaqla, ona dəymiş maddi ziyanın ödənilməsini tələb etdiyini, lakin hazırda mülki iddiasının olmadığını və barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 mart 2021-ci il tarixdə səhər saatlarında oyanıb gəzintiyə çıxmış və bir müddət sonra mənzilə geri qayıtmışdır. O, gəzintidə olduğu müddət ərzində mənzilin giriş qapısı açıq vəziyyətdə olmuşdur. Həmin vaxt arvadı Zərərçəkmiş şəxs isə mənzilin qonaq otağında divanın üzərində yatmışdır. Mənzildə olarkən arvadı Sədaqət oyanmış və ondan çörək alması üçün mağazaya getməsini və bunun üçün onun çantasındakı pul qabından pul götürməsini bildirmişdir. O, çantanı axtarmasına baxmayaraq arvadının dediyi yerdə aşkar etməmiş və bu barədə arvadına məlumat verdikdə mənzildə dərhal axtarış aparıb çanta ilə yanaşı, arvadına məxsus “iPhone 5 S” markalı mobil telefonun da divanın üzərindən oğurlanmasını aşkar etmişlər. Bundan sonra isə Zərərçəkmiş şəxs evdən oğurluq olması barədə dərhal Azərbaycan Respublikası DİN-nin “102” Zəng Mərkəzinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər və protokol tərtib etmişlər. Şahid1 əlavə olaraq bildirmişdir ki, yaşadıqları evdən arvadı Zərərçəkmiş şəxs məxsus bir ədəd əl çantası, bir ədəd pul qabı, bir ədəd “iPhone 5 S” markalı mobil telefon və 572 manat məbləğində pul oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində arvadı Zərərçəkmiş şəxs 1238 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa Şahid1 təqsirləndirilən şəxs Zahidə Nadirovanı məhkəmə iclas zalında tanıyaraq əlavə olaraq göstərmişdir ki, həmin qadınla hadisədən əvvəl yaşadığı evin həyətində mütəmadi olaraq rastlaşmış və sonuncunun ondan xahişi ilə ona cüzi məbləğlərdə pul köməkliyi etmişdir. Lakin onu yaxından tanımamışdır. Hadisə baş verən vaxt o, Zahidə Nadirovanın mənzilə daxil olmasını və oğurluq cinayət əməli törətməsini görməmişdir. Ehtimal edir ki, o, gəzintidə olduğu müddət ərzində Zahidə Nadirova onun yaşadığı mənzilə daxil olaraq oğurluq etmişdir. İş üzrə şahid olan Şahid2 məhkəmə iclasına dəvət edilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə 17 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 iyul 2021-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Yasamal Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Şahid2 hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, narkotik vasitə aludəçisi olduğundan X7 da buna görə hadisədən təxminən 7-8 ay əvvəl tanımışdır. Zahidə Nadirovanın sözlərinə əsasən ona məlum olmuşdur ki, o, “Qış parkı” adlanan parkın yaxınlığında kirayədə yaşayır, mütəmadi olaraq onun yaşadığı əraziyə gəlib-getmiş və bu zaman onların münasibətləri yaranmışdır. Tanışlıq zamanı Zahidənin də uzun müddətdir ki, narkotik vasitə aludəçisi olmasını bilmişdir. Bir neçə dəfə onunla birlikdə öz hesabına aldığı narkotik vasitələrdən qəbul etmişlər. Daha doğrusu Zahidə Nadirova bir neçə dəfə maddi çətinliyi olmasını və ondan öz istifadəsi üçün aldığı narkotik vasitələrdən ona da pay verməsini xahiş etdiyindən, o da öz istifadəsi üçün əldə etdiyi narkotik vasitədən az miqdarda ona pay olaraq vermişdir. Narkotik vasitənin bir hissəsini ona verməyinin müqabilində Zahidə Nadirova ona heç bir məbləğdə pul verməmiş və belə bir söhbətləri ümumiyyətlə olmamışdır. 28 mart 2021-ci il tarixdə günorta saatlarında Zahidə Nadirova onun yaşadığı ünvanın yaxınlığına gələrək təmizlik işləri gördüyü mənzilin sahibinin ona işlənmiş “iPhone 5 S” markalı mobil telefon bağışladığını, lakin həmin mobil telefonu istifadə etmədiyini və ucuz qiymətə satmaq istədiyini bildirdiyindən o da oğlu üçün həmin “iPhone 5 S” markalı mobil telefonu almaq istədiyini bildirmişdir. Bundan sonra qeyd edilən “iPhone 5 S” markalı mobil telefonun 30 manat müqabilində satılması ilə bağlı razılaşdıqdan sonra o, 30 manat müqabilində həmin mobil telefonu oğlu üçün alıb pulu Nadirə Zahidovaya vermişdir. Həmin gündən sonra isə Zahidə Nadirovanı görməmiş və onunla heç bir əlaqəsi olmamışdır. Sonradan oğlu üçün aldığı həmin mobil telefona baxış keçirərkən mobil telefonun fotoalbom bölməsində başqa şəxslərə aid fotoşəkillərin olması onda müəyyən şübhələr yaratsa da, Zahidə Nadirovanın mobil telefonu olmadığından onunla əlaqə saxlaya bilməmişdir. Bununla belə həmin mobil telefonun sahibinin nə vaxtsa gələcəyini düşündüyü üçün mobil telefonda olan fotoşəkilləri silməmişdir. Həqiqətən də, may ayının sonlarında adını sonradan bildiyi Zərərçəkmiş şəxs o, yaşadığı məhəlləyə gələrək ağ rəngli “iPhone 5 S” markalı mobil telefonun özünə məxsus olmasını və Zahidə Nadirova tərəfindən oğurlanmasını bildirdiyindən oğlu üçün aldığı həmin mobil telefonun ona məxsus olmasına əmin olub özünə qaytarmışdır. Həmçinin, həmin vaxt ona məlum olmuşdur ki, Zahidə Nadirova mobil telefonla yanaşı həmin qadına məxsus müəyyən məbləğdə pul da oğurlamışdır. Lakin onun bunlar barədə heç bir məlumatı olmamışdır. Şahid2 əlavə olaraq ifadəsində bildirmişdir ki, O, X2 aldığı “iPhone 5 S” markalı mobil telefonun oğurluq yolu ilə əldə edilməsini ancaq 2021-ci ilin may ayının sonlarında sahibi Zərərçəkmiş şəxs yaşadığı mənzilə gələn zaman bilmişdir. Zahidə Nadirovadan ağ rəngli “iPhone 5 S” markalı mobil telefonu alanda o, həmin mobil telefonu təmizlik işləri gördüyü mənzilin sahibinin hədiyyə etdiyini bildirmişdir. O, sonradan mobil telefonda başqa şəxslərə məxsus fotoşəkillər görüb müəyyən mənada şübhələnsə də, tam yəqinliyi olmamışdır. Bunu dəqiqləşdirmək üçün Zahidə Nadirovanı tapmağa çalışsa da, o, mobil telefon istifadə etmədiyindən onunla görüşüb dəqiqləşdirmək mümkün olmamışdır. Onun oğurluq etməsi barədə 2021-ci ilin may ayının sonlarında mobil telefonun qanuni sahibindən öyrənib bilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7, eyni zamanda şahidi və zərər çəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, X5 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 28 mart 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, oğurluq hadisəsi baş vermiş ünvan ünvan 2al rayonu, Cəfər Cabbarlı küçəsi, ev 15 ünvanında yerləşən 10 nömrəli mənzildir. İş materiallarında olan 16 may 2021-ci il tarixli götürmə haqqında və baxış keçirilməsi haqqında protokollardan və əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs hadisədən bir neçə gün sonra marşurut avtobusunda rastlaşdığı, cinayət əməlini törətmiş X2 geri aldığı özünə məxsus “HL” markalı əl çantasını istintaq orqanına təqdim etmiş və həmin əl çantası götürülərək baxış keçirilmişdir. İş materiallarında olan 25 may 2021-ci il tarixli götürmə haqqında və baxış keçirilməsi haqqında protokollardan və əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs “Mosu” ləqəbli Şahid2 geri aldığı özünə məxsus “Apple” markalı “iPhone 5S 16 GB” modelli mobil telefonu istintaq orqanına təqdim etmiş və həmin mobil telefon götürülərək baxış keçirilmişdir. İş materiallarında olan 17 may 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X5 ifadəsi yerində yoxlanılarkən o, göstərilən xüsusatları, yəni 28 mart 2021-ci il tarixdə oğurluq etdiyi ünvanı və həmin ünvanda müvafiq əşyaları oğurladığı yerləri əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli 9/3515 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş bir ədəd “Apple” markalı “iPhone 5S 16 GB” modelli mobil telefon aparatının hazırki işlənmiş vəziyyətdə, 28 mart 2021-ci il tarixə, onun istismar müddətini, təyinatı üzrə istifadəyə yararlığını, mənəvi-fiziki köhnəlməsini və qeyd edilən qüsurları nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 150,00 manat müəyyən edilir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli 9/3331 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, qara rəngli, ön hissəsi süni dərinin əks üzündən, arxa və kənar hissələri süni dəri materialından olan 3 hissədən ibarət, zəncirbəndlə açılıb-bağlanan, 22x20 sm ölçülü qadın üçün nəzərdə tutulmuş çantanın istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla orta bazar qiyməti təxminən 5,0 manat müəyyən edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X5 törətdiyi cinayət əməli, yəni onun yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs məxsus müxtəlif əşyaları və pulu oğurlayaraq ona 1.238 manat dəyərində ziyan vurması, bununla da, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X5 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna isə maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Qərarın 21-ci bəndinə görə məhkəmələrə tövsiyyə edilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Lakin hazırki halda təqsirləndirilən şəxs X5 özgə əmlakına yiyələnmək məqsədilə qanunsuz olaraq yaşayış sahəsinə daxil olması məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X9 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2-ci maddəsi ümumilikdə az ağır cinayətlər kateqoriyasına daxil olmaqla 177.2.3-cü maddəsinə əsasən oğurluq cinayət əməli yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, X9 15 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 may 2021-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin eyni tarixli, 4(004)-252/2021 nömrəli qərarı ilə həbsetmənin əvvəli 15 may 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmənin 1(004)- 285/2021 nömrəli 12 avqust 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 21 may 2021-ci il tarixli tələbnamədən və hökmdən müəyyən edilir ki, təqsirləndirilən şəxs X9 əvvəllər müxtəlif vaxtlarda və Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2011-ci il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 11 iyul 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Tələbnamədən və iş materiallarından müəyyən edilir ki, hazırda X5 əvvəlki məhkumluqları ödənildiyindən onun üzərində məhkumluğu yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, X9 himayəsində bir azyaşlı övladının olmasını qeyd etməsinə baxmayaraq, “Elektron Məhkəmə Sistemi”nə baxış keçirildikdə onun himayəsində azyaşlı övladının olması aşkar edilmədi və müdafiə tərəfindən də buna dair hər hansı mötəbər sənəd məhkəmə təqdim edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X5 törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və üzərində məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X5 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X6 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Odur ki, X9 ona hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 15 may 2021-ci il tarixdən hesablanmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “HL” markalı əl çantası və bir ədəd “Apple” markalı, “iPhone 5S 16GB” modelli mobil telefon qanunu sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfinə daxil olan ekspertiza tədqiqatının dəyəri 125 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti X2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Beləliklə, X6 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X9 hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15 may 2021-ci il tarixdən hesablansın. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “HL” markalı əl çantası və bir ədəd “Apple” markalı, “iPhone 5S 16GB” modelli mobil telefonun qanunu sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının xərci olan 125 (bir yüz iyirmi beş) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. X6 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar