Məhkəmə qərarları › İş №1(004)-285/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-285/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-285/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi 27 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM 67.1-ci maddəsini nəzərə alaraq üzərində qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, Masallı rayonu Türkoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, təkrarən özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, 05 avqust 2023-cü il tarixdə özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Zərərçəkmiş şəxs1 və sonuncunun ailə üzvlərinin ümumi yaşadıqları ünvan 1-də olmamalarından istifadə edərək qanunsuz olaraq sonuncuya məxsus otağa daxil olaraq paltar çantasında saxlanılan 4000 manat dəyərində qızıl üzük-sırğaboyunbağı dəstini, 1 ədəd 400 manat dəyərində qızıl üzüyü, 1 ədəd 200 manat dəyərində qızıl qolbağını, 1 ədəd 400 manat dəyərində qızıl üzüyü və 100 manat nağd pulu gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs1 5100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 qızma qardaşı ilə birlikdə xarici ölkədən özü üçün avtomobil gətirməsini və avtomaşının gömrük xərclərinin ödənməsi üçün 2700 ABŞ dolları tələb olunması, avtomobili qeydiyyatdan keçirdikdən sonra onun pulunu qaytaracağı barədə yalan vəd verib Zərərçəkmiş şəxs2nm etibarından sui-istifadə etməklə aldadaraq 07 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən «Bravo» marketin qarşısında milli manat məzənnəsi ilə 4590 manat dəyərində 2700 ABŞ dollarını sonuncudan alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs2 4590 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs1lə bir ünvanda yaşayır, lakin qardaşı ilə münasibətləri çox pis olmuş və dəfələrlə sonuncu ilə şəxsi məsələlərə görə mübahisəsi olmuşdur. Elgün məhkumluq həyatı yaşadığına görə onu qınayırmış. Bundan başqa qardaşı Elgün onun yaşadığı ünvandan çıxmağını istəyirmiş. Elgünün bu cür davranışa narazılığını bildirirmiş və sonuncuya dəfələrlə demişdir ki, vaxtında köməklik etmiş, indi isə sonuncu ona köməklik etsin. Lakin onun xahişlərinə baxmayaraq Elgün onu təhqir etməyə və evdən qovmağa davam edirmiş. xx.xx.2023-cü il tarixdə növbəti dəfə qardaşı Elgünlə mübahisə etmiş və evdən oğurluq etməyə qərar vermişdir. Elgün və digər ailə üzvləri evdən çıxıb gedən zaman o, otaqda olan paltar dolabını açaraq Elgünə məxsus olan qızıl qabını götürərək açmış və qabda olan 1 ədəd qızıl komplekti (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq) oğurlamış və evdən çıxaraq “Moskva” Univermaqın qarşısına getmişdir ki, oğurladığı qızılı orda satsın. Məhkumluğu olduğu üçün o, Moskva Univermaqma daxil olmamış, qızılı univermaqın qarşısında olan qızıl satışı ilə məşqul olan maklerlərə satmaqa qərar vermişdir. Həmin vaxt o, özünə məxsus şəxsiyyət vəsiqəsini tanımadığı maklerə təqdim edərək qızıl satmaq istəməyini bildirmişdir. Qızıl işi ilə məşqul olan makler qızıla baxaraq həmin qızıl zinyət əşyalarını ondan 1950 manata almaqını bildirmişdir. O, sonuncu ilə razılaşmış və qızıl zinyət əşyalarını 1950 manat satmışdır. Sonradan həmin pulları özü xərcləmiş və birdaha yaşadığı evə qayıtmamağa qərar vermişdir. O, otaqdan 100 manat pulu oğurlamamışdır. Həmin oğurluq barədə onu məlumatı yoxdur. Zərərçəkmiş şəxs2 ilə Masallı rayonuna getməkdən ötrü aldığı biletdə problem yarandıqı zaman «AYNA» şirkətinə müraciət etdiyini və onlar öz növbəsində onu Zərərçəkmiş şəxs2 ilə əlaqələndirmişlər. Zərərçəkmiş şəxs2 onun problemini həll etmiş və sonradan onun bu sahədə problemi yaranan zaman o, Zərərçəkmiş şəxs2 müraciət edirmiş. Sonradan aralarında ünsiyyət yaranmış və onlar Zərərçəkmiş şəxs2 ilə münasibət qurmuşlar. İlahə ilə söhbət edən zaman pul lazım olduğunu sonuncuya bildirmiş və İlahə öz növbəsində ona köməklik edəcəyənə bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, İlahədən 400 manat pul istəmiş və İlahə onun istifadə etdiyi 416 973 881 050 605 saylı kredit kartına 400 manat köçürmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza növünün seçilməsini xahiş etmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 həqiqətəndə əvvəl 400 manat sonradan isə 2700 ABŞ dolları məbləğində pul vəsaitini almışdır, lakin bunu İlahəni aldadmaq məqsədi ilə deyil pula ehtiyacı olduğu üçün etmişdir.Yaxın vaxtlarda ondan aldığı pulları qaytaracaqdır. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş bir sıra sübutlarla o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrindən görünür ki, o, Zərərçəkmiş şəxs1 məxsus olan paltar çantasında saxlanılan qızıl zinyət əşyalarının oğurladığını və 1950 manata satdığını etiraf edir, lakin 100 manat pulun oğurlanmasını inkar edir, digər Zərərçəkmiş şəxs2 isə əvvəl 400 manat almasını sonradan ondan 2700 ABŞ dolları məbləğində pul vəsaitinin almasını etiraf edir lakin sonuncunu aldadamaq niyyətinin olmadığını bildirir. Lakin iş materiallarında olan tərəflər arasında aparılmış Wotsap proqramı üzərindən yazışmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşının guya ondan pul istəməsi ilə bağlı olan saxta mesajını Zərərçəkmiş şəxs2 göndərərək 2700 ABŞ dolları vəsaitinin ona verilməsini xahiş etməsi öz təsdiqini tapır. Digər tərəfdən hazırki iş üzrə digər zərərçəkmiş şəxs olan qardaşı tərəfində Təqsirləndirilən şəxs belə bir məzmunda mesaj yazmamışdır və ona göndərməmişdir, həmin mesaj reallaıqda mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, digər sübutlarla konkret olaraq Wotsap proqramı üzərindən aparılmış yazışmanın surətindən, üzləşmə protokolları, zərərçəkmiş şəxslərin və şahidin ifadələri cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 aldatmaq və onun etibarından sui-istifadə etmək niyyətinin olmaması ilə bağlı həmçinin mənzildən qardaşına məxsus 100 manat pulu oğurlamaması ilə bağlı gətirdiyi dəlillərini əsaslı saymır. Məhkəmə baxışı zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Yasamal rayonu, MİDA Yasamal yaşayış kompleksində ailəsilə birlikdə yaşayır. Yaşadığı ünvanda onun ailəsilə birlikdə atası, anası və qardaşı Təqsirləndirilən şəxs yaşayır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaşadığı mənzilin qapısını açarı ilə açmış və mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqda bütün otaqların dağınıq vəziyyətdə olmasını aşkar etmişdir. O, dərhal ilk növbədə yataq otaqma daxil olmuş və orada paltar çantasının dağınıq vəziyyətdə olduğunu və içərisində olan qızıl saxladığları qabların ortada olmasını aşkar etmişdir. Paltar çantasında saxladığı lədəd qızıl komplekt dəyəri 4.000 manata, ona məxsus olan nişan üzüyü dəyəri 400 mamat, 1 ədəd qızıl qolbaq dəyəri 200 manat və 1 ədəd qızıl qadın üzüyü dəyəri 400 manat oğurladığını aşkar etmişdir. Bundan əlavə oturaq otaqda keçən zaman masanın üzərində saxladığı və pul yığdığı şüşə qabın açılaraq 100 manat pulun oğurlanmasını aşkar etmişdir. Həmin vaxt o, ailə üzvlərilə əlaqə saxlamış və mənzildən oğurluq olmasını bildirmiş və dərhal bu barədə 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Mənzildə oğurluğu qardaşı Eltun etmişdir. Mənzilin açarları ailə üzvlərində və qardaşında olmuşdur. O, Eltunla əlaqə saxlamaq istəmiş və sonuncuya oğurluğu nə səbəbdən etməsini soruşmaq istəsə də, Eltunun mobil nömrəsi qapalı olmuşdur. O, bu günə kimi Eltunla əlaqə saxlaya bilmir və sonuncunun barəsində heçbir məlumatı yoxdur. Oğurluq nəticəsində ona 5.100 manat maddi ziyan dəymişdir. O, mənzilin qapısını öz açarı ilə açmış və beşinci mərtəbədə yaşadığı üçün mənzilə daxil olmamışdır. Qardaşı Eltunun onun ailəsilə qaldığı otaqa girişinə icazəsi olmamış, qapıda qıfıl olmasada daimi bağlı olmuşdur. Bundan başqa Eltun otaqa daxil olaraq onun və ailəsinin istifadə etdikləri dolablarda axtarış apararaq oğurluq etmişdir. Qardaşı Eltun tərəfindən oğurlanan qızıl-zinyət əşyaları həyat yoldaşı Nigar tərəfdən istifadə olsada, ona məxsusdur və onun vəsaitinə alınmışdır. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq cəzanın seçilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onların tanışlıqları "xxxx" MMC-nin vasitəsi ilə baş vermişdir. Təqsirləndirilən şəxs Masallı rayonuna aldığı biletdə problem yarandığından və «AYNA» şirkətinin çağrı mərkəzin işçiləri problemi həll edə bilmədiyi üçün Təqsirləndirilən şəxs ona yönləndirmişdir. O, Təqsirləndirilən şəxs problemini həll etmiş və sonradan Etun dəfələrlə problem olanda ona müraciət edirmiş. Müəyyən vaxt keçdikdən sonra Eltun ona qarşı fikrinin ciddi olduğunu bildirmiş və görüşməyi təklif etmişdir ki, bir birini tanısınlar. Sonradan aralarında münasibət yaranmış və Eltun daimi yanında olurmuş. xx.xx.2023-cü il tarixdə Eltunun atasının Azər Qurbanzadə “SOCAR”-da işdə olduğunu və sonuncuya telefon zəng çatmadığını bildirmişdir. Eltun ondan borca 400 manat pul istəmişdir ki, yaşadığı mənzildə divar kağızlarını təzəliyir 3 ədəd rulon çatmır, atası Azər Qurbanzadə qayıdan kimi pulu qaytaracaqdır. O, Eltunla razılaşmış və xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında olan zaman Eltunun *** **** 8105 0605 saylı kartına 400 manat pul köçürmüşdür. Həmin vaxt Eltun ona bildirmişdir ki, 400 manat pulu xx.xx.2023-cü il tarixdə pulu qaytaracaqdır. Həmin ərəfədə Eltun qardaşı ilə danışdığını bildirmiş və maşın aldıqlarını, maşını gömrükdən çıxardmaq üçün 2.200 ABŞ dolları istəmişdir. Sonra isə guya qardaşı ilə danışaraq vəsaitin 2.700 ABŞ dolları olduğunu demişdir. Qardaşı ilə etdiyi yazışmanın şəklini ona atmışdır. Eltun şəkili ona atandan sonra onda əminlik yaratmışdır. xx.xx.2023cü il tarixdə hər iki vəsaiti ona qaytaracağını bildirmişdir. O, sonuncu ilə razılaşmış və xx.xx.2023-cü il tarixdə Eltun Yasamal rayonu, M.Xiyabani küçəsi 66 önvamnda yerləşən “Bravo” marketin qarşısına onun ardınca gəlmiş və o, sonuncu ilə görüşərək 2.700 ABŞ dolları Eltuna vermişdir. xx.xx.2023-cü il rarixdə Eltun onun arxasınca gəlməmiş və telefon danışıqı zamanı söhbət əsnasında o, sonuncuya bildirəndə ki, sonuncuya verdiyi 4.990 manat pulu nə vaxt qaytaracağını soruşduqda, Eltun əsəbləşərək onu hədə qorxu gələrək birlikdə olan şəkilləri və ailəsinin ondan xəbərsiz olduğunu qeyd etmiş və ona əlavə hədə qorxu gələrək bildirmişdir ki, polisə müraciət etsə onun şəkillərini paylaşacaqdır. 2.700 ABŞ dolları sonradan bilmişdir ki, qardaşının gətirdiyi avtomobilin Eltuna aidiyyatı yoxdur, bu bəhanə ilə onu aldadıb ələ keçirmiş, atdığı yazışmaların qardaşına heç bir aidiyyatı olmamışdır. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq cəzanın seçilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ailə üzvlərilə birlikdə yaşadığı ünvana gələn zaman aşkar etmişdir ki, yataq otaqını dolablarında axtarış aparılıb və əri Elgünə məxsus olan, onun tərəfindən istifadə olan qızıl-zinyət əşyaları oğurlanıb. Həmin vaxt evin qapısına müdaxilə olunmamışdı yəni heç bir qıfılla bağlanmamışdır və o, bilmişdir ki, evdən oğurluq olub. Sonradan onlara məlum olmuşdur ki, həmin oğurluqu qaynı Eltun edib. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01). “İttiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V 25). “Cinayət əməlinin tövsif edilməsi haqqında” 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3-cü və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (İ/V. 51). “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 7 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:50-də Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirilmişdir. (İ/V 31). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 7 fevral 2024-cü il tarixdən hesablanmaqla 01 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V 72-76). 6 mart 2024-cü il tarixli “üzləşmə protokolundan” görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ/V 143-146). “Sübutların qiymətləndirilməsi haqqında” 6 mart 2024-cü il tarixli qərarin 1-ci bəndindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.3-cü 177.2.4-cü və 178.2.2-ci maddələrinə tövsif edilmişdir. Həmin qərarin 5-ci bəndindən görünür ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 06 vərəqdən ibarət çıxarışlar maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin çıxarışların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında Wotsap proqramı üzərindən yazışma aparılır və Zərərçəkmiş şəxs2 qarşı tərəfin təqdim etdiyi bank kartına 400 manat məbləğində pul göndərməsi, həmçinin 2700 ABŞ dolları vəsaitinin verilməsi ilə bağlı danışıqların aparılması öz təsdiqini tapmışdır. (İ/V 88-93). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1 -ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətinə müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 28 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- nin 177.2.3, 177.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.2 və 69.3-cü maddələri tətbiq edilməklə 02 il 08 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən təyin edilmiş cəzanın 16 gün çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. (İ/V 117-119). Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 03 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İ/V 126-133). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 03 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən təyin edilmiş cəzanın 16 gün çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirş Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədikləri 27 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-285/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi 27 saylı Vəkil Bürosu nun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 27 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 27 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar