Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-286/2020 27.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində ünvan 2 saylı ünvanda yerləşən Mərkəzi parkın qarşısında idarə etdiyi özünə məxsus “Mercedes-Benz” (minik) markalı, Az **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında tanışı Zərərçəkmiş şəxs ona verdiyi 10.000 manat məbləğində borc pulunu qaytarmasını tələb etdikdə sonuncuya borcunun olmamasını deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinə vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının hematoması kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə, cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən hal-hazıradək “Uber” şirkətində taksi sürücüsü işləyir. O, özünə məxsus “Mercedes- Benz” minik markalı, Az **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. O, 2000-ci ildən 2011-ci ilədək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 17 saylı ünvanda yerləşən qəzet köşkündə satıcı işləmişdir. Təxminən 2010-cu ildə onun işlədiyi köşkə bir qədər yaxın ünvanda, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Şaurma” restoranında aşbaz köməkçisi işləmiş Zərərçəkmiş şəxs qəzet köşkünə bir müştəri kimi dəfələrlə gələrək ondan mobil telefonu üçün danışıq konturu almışdır. Həmin müddət ərzində onunla bir müştəri kimi tanış olmuş, lakin heç bir yaxın münasibəti və əlaqəsi olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Lakin Ofelya onun mobil telefonuna dəfələrlə zəng edərək onunla görüşməyi təklif etmişdir. O, isə Ofelyaya rədd cavabı vermişdir. Buna baxmayaraq Ofelya ona zəng etməkdə davam edərək onu narahat etmişdir. O da buna görə Ofelyaya onun barəsində polisə şikayət edəcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində ünvan 5 saylı ünvanda yerləşən Mərkəzi parkın qarşısında çayxanada olan vaxtı Zərərçəkmiş şəxs oraya gələrək onu çağırmış, o, çayxanadan çölə çıxaraq Zərərçəkmiş şəxs ilə görüşmüş, bu vaxt onlar aralarında mübahisə yaranmışdır. O, Ofelyaya “Mercedes-Benz” markalı Az **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşməsini və söhbət etmələrini təklif etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə birlikdə avtomobilin arxa oturacağına əyləşmişlər. Onların arasında yenidən sözlə mübahisə baş vermiş və mübahisə zamanı əsəbləşdiyi üçün əli ilə onun sol gözaltı nahiyəsinə vurmuşdur. Ofelya isə avtomobildən enib oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, onların arasındakı mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs son olaraq ifadəsində hazırda əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hazırda heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alınaraq barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını bildirib cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1996cı ildə əri Şahid ilə ailə qurmuş və həmin nikahdan övladı yoxdur. 2010-cu ilin sentyabr ayından 2012-ci ilin mart ayının sonunadək Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Şaurma” restoranında aşbaz köməkçisi işləmişdir. 2010-cu ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onun işlədiyi ünvandan bir qədər kənarda yerləşən qəzet köşkündə satıcı işləyərkən onunla tanış olmuşdur. Onun Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi və münasibəti olmamışdır. Həmçinin onun Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təxminən 2011-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu qəzet köşkündə Təqsirləndirilən şəxs ondan anasının xəstəliyi ilə əlaqədar olaraq 2-3 ay müddətində qaytarmaq şərti ilə borc pul istəmişdir. O, isə Kamrana inanıb 2011-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən qəzet köşkündə əlbəəl olaraq ona pul vermişdir. Lakin pulu verdikdən 2-3 ay sonra o, Kamrandan pulu tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmışdır. Bundan sonra da o, Kamrandan pulunu qaytarmasını dəfələrlə tələb etsə də o, bu günə kimi pulunu qaytarmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində ünvan 5 saylı ünvanda yerləşən Mərkəzi parkın qarşısında o, Təqsirləndirilən şəxs təşəbbüsü ilə görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona özünə məxsus “Mercedes-Benz” markalı **- FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşməyini və söhbət etmələrini təklif etmişdir. Bundan sonra onlar birlikdə avtomobilin arxa oturacağında əyləşmişlər. Bu zaman o, Təqsirləndirilən şəxs borca verdiyi pulunu geri qaytarmasını tələb etmiş, Kamran isə ona guya borcu olmadığını bildirmişdir. Lakin o, Kamrandan təkidlə pulunu qaytarmasını tələb etmiş və bu zəmində onların arasında sözlə mübahisə baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə təhqir edərək əli ilə onun sol gözaltı nahiyəsinə bərk zərbə ilə vuraraq sol gözünə xəsarət yetirmişdir. Onun gözü qaralmış və gözündən qan açılmışdır. Bu zaman o, tez Kamranın avtomoiblindən çıxaraq yaşadığı evə gəlmişdir. Həmin vaxt evdə əri Şahid baş vermiş hadisə barədə məlumat vermiş və evdə Kamil tərəfindən ona ev şəraitində ilkin tibbi yardım göstərilmişdir. Baş vermiş hadisə günü onun ağrıları olduğu üçün polisə müraciət edə bilməmiş, səhərisi günü, yəni xx xxxxxx 2020-ci il tarixdə o, əri Kamillə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə gələrək orada Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, baş vermiş hadisə zamanı avtomobildə o və Kamran olmuş və onlardan başqa heç kəs olmamış, həmin hadisənin səbəbi isə Kamrana borc verdiyi pulunun geri qaytarmasını ondan tələb etməsi olmuş, hadisə isə təxminən 5-10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını, ona görə də sonuncu barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid lazımi qaydada məhkəmə bildirişinin verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəfindən proses iştirakçılarının mülahizələri dinlənilib şahidin istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, 1996-cı ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş və həmin nikahdan övladları yoxdur. Zərərçəkmiş şəxs 2010-cu ilin sentyabr ayından 2012-ci ilin mart ayının sonunadək Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Şaurma» restoranında aşbaz köməkçisi işləmişdir. Ofelya 2010-cu ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onun işlədiyi ünvanın qarşısında olan qəzet köşkündə satıcı işləyərkən onunla tanış olmuşdur. Təxminən 2011-ci ilin yanvar ayının əvəllərində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki qəzet köşkündə Təqsirləndirilən şəxs Ofelyadan anasının xəstəliyi ilə əlaqədar olaraq borc pul istəyərək həmin pulları 2-3 ay müddətinə qaytaracağını bildimişdir. Ofelya isə Kamrana inanaraq 2011-ci ilin yanvar ayının ortalarında Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən qəzet köçkündə əlbəəl olaraq hamısı 100 manatlıq pul əskinazlarından ibarət olmaqla 10.000 manat pul vermiş, üstündən 2-3 ay keçdikdən sonra Ofelya Kamrandan pulunu geri qaytarmasını tələb etmiş, Kamran isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçrmışdır. Bundan sonra Ofelya Kamrandan dəfələrlə pulunu qaytarmasını tələb etsə də Kamran onun pulunu bu günə kimi qaytarmamışdır. Belə ki, onun arvadı Zərərçəkmiş şəxs aldığı məlumata görə, xx xxxxxx 2020-cı il tarixdə saat 17 radələrində ünvan 6 saylı ünvanında yerləşən Mərkəzi parkın qarşısında Ofelya Təqsirləndirilən şəxs təşəbbusü ilə görüşən zaman Ofelya Təqsirləndirilən şəxs 10.000 manat pulunu qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs isə həmin ünvanın qarşısında saxladığı ona məxsus “Mercedes-Benz” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilində arxa oturacaqda əyləşməsini və avtomobildə söhbət etməyi təklif etmişdir. Ofelya avtomobilin arxa oturacağına Kamranla birlikdə əyləşmişlər. Bundan sonra Ofelya Təqsirləndirilən şəxs 10.000 manat borca verdiyi pulunu qaytarmasını tələb etmiş, Kaman isə ona guya borcu olmadığını bildirmişdir. Bu zaman Ofelya Təqsirləndirilən şəxs təkidlə pulunu qaytarmasını tələb edərkən onlar arasında mübahisə baş vermiş və mübahisə zamanı Kamran Ofelyanı nəlayıq söyüşlərlə təhqir edərək əli ilə onun sol gözaltı nahiyəsinə bərk zərbə ilə vuraraq onun sol gözünə xəsarət yetirmişdir. Bundan sonra Ofelya Kamranın avtomobilindən tez çıxaraq həmin gün onların birgə yaşadıqları evə gəlmiş və evdə Ofelyanın sol gözündən xəsarət almasını, gözünün üstündə şişkinlik olmasını və qan gəldiyini görmüşdür. Ofelyadan nə baş verdiyini soruşduqda, Ofelya ona hadisə barədə danışmışdır. Bundan sonra o, Ofelyaya ev şəraitində ilkin tibbi yardım gostərmişdir. Həmin gün Ofelyanın ağrıları olduğu üçün polisə müraciət edə bilməmiş, səhərisi günü, yəni xx xxxxxx 2020-cı il tarixdə o, Ofelya ilə birlikdə Yasamal RPİ-nın 26-cı PB-nə getmiş və polis bölməsində Ofelya Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Yasamal rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 146 saylı rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş sol gözün ağlı qişasında qansızma ilə müşayiət olunan sol göz orbitasının hematoması xəsarəti küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan nahiyəyə yumruq ilə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin yıxılma nəticəsində törənməsi inkar olunur. (iş vər.: 18-20) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. (iş vər.: 75-76) Beləliklə, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi şəxslərin özlərinin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona vurulmuş zərəri tam olaraq ödəməsini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat və Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat və Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun Kapital Bank 1 saylı Yasamal filialı, Bankın kodu 200037, VÖEN ********** Müxbir hesabı AZ37NABZ********************, SWİFT BİK AİİBAZ 2 X, hesablaşma hesabı AZ32AİİB******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-286/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-286/2020
27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver