Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-287/2025 05.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qəimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində ünvan 2 ünvanında yerləşən Narkoloji Dispanserin həyətində istintaqa məlum olmayan şəraitdə psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2025-ci il tarixdə saat 17:30-da ünvan 3 ünvanın qarşısında saxlanılıb ünvan 4şən Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı başında olan papağın içərisində saxladığı 01 ədəd şəffaf selofanda olan siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,518 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Hazırda isə bir neçə ildir ki, narkotik vasitələrdən asılılıqla bağlı dövlət proqramı ilə müalicə alıraraq metadon suyu qəbul edir. 07 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Narkoloji Dispanserdən özü üçün resept əldə edib qayıdarkən sinifyoldaşının ünvan 6 ünvanında yerləşən həyət evinə gəlmişdir. Həmin vaxt evdə heç kəs olmamış, o da həyətdə dayanaraq gözləməyə başlamışdır. Bu zaman dörd nəfər polis əməkdaşları həyətin açıq qapısından içəri daxil olmuşdur. Polis əməkdaşları onun qollarını bağlamış, o isə nə üçün onun qollarını bağladıqlarını soruşduqda polislər heç bir cavab verməyərək iki nəfər polis əməkdaşı əlləri ilə bədəninə vurmağa başlamışdırlar. O, hesab edir ki, polis əməkdaşları onu narkoman olduğu üçün döymüşdürlər. Çünki onun üzərində saxlanılan zaman heç bir narkotik vasitə olmamışdır. Döyülmə nəticəsində onun qabırğası sınmışdır. Bundan sonra polis əməkdaşları onu Yasamal RPİ-nin 28-ci polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində onu əvvəlcə şöbənin rəis müavinin yanına aparmışlar, sonra isə rəis müavin onun təhqiqatçının otağına aparılması barədə göstəriş vermişdir. Bundan sonra polis əməkdaşları tərəfində onun papağının içərisinə bir büküm qoyulmuş və ona tapşırılmışdır ki, video çəkiliş zamanı həmin bükülünün içərisində olan psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu bildirdirsin. Daha sonra polis əməkdaşları onu təhqiqatçının otağına aparmışlar, orada müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman başında olan qara rəngli papağın içərisindən ona polis əməkdaşları tərəfindən təqdim edilmiş bir ədəd şəffaf sellofanda olan siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxardıb təqdim etmişdir. Bundan sonra o, X5 azad edildikdən yaşadığı evə gedərək təcili tibbi yardım çağırmışdır. O, saxlanılan zaman psixotrop maddə istifadə edib-etməməsini xatırlamır. Sonuncu dəfə 12 yanvar 2025-ci il tarixində psixotrop maddə istifadə etmişdir. Lakin Təqsirləndirilən şəxs digər məhkəmə iclasında ilkin məhkəmə iclasından fərqli olaraq badənində olan xəsarətlərin yaranması barədə fərqli ifadə verərək bildirmişdir, saxlanılan zaman polis əməkdaşları onun kəmərindən tutub dartmışlar və bunun nəticəsində o pilləkənların üzərinə yıxılıb xəsarət almışdır. Polis şöbəsində olan zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci PŞ-da CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 07 yanvar 2025-ci il tarixində Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə edərək istifadə etməsi barədə daxil olan əməliyyat məlumatını araşdırmaq məqsədilə ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyar qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 7 ünvanında saxlanılan zaman orada yerləşən həyət evinə daxil olduğu üçün onlar da cinayətkarı yaxalamaq məqsədilə həmin evin həyətinə daxil olmuşdurlar. Arif həyətə daxil olaraq qaçan zaman ayağı sürüşdüyü üçün pilləkənin qırağına dəyib yıxılmışdır. Bundan sonra o, saxlanılaraq Tasamal RPİ-nin 28-ci PŞ-yə gətirilmiş və şöbənin xidməti otaqlarından birinə aparılmışdır. Orada təhqiqatçı tərəfindən vəkil dəvət edilərək hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş zamanı ona daşınması qanunla qadağan edilmiş əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, başında olan qara rəngli papağının içərisində olan sellofan bükülünü təqdim edib içərisində şəxsi istifadəsi üçün aldığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şöbəyə gətirilən zaman şöbə müavininin otağına aparılmamışdır. Təqsirləndirilən şəxs sənədləşdirmə işləri aparıldıqdan sonra o, növbətçi hissəyə təhvil verilmişdir. Sonradan Təqsirləndirilən şəxs təcili tibbi yardım çağırılması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi zorakılıq tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, məhkəmə-tibb ekspertidir. Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərlə bağlı 09 yanvar 2025-ci il tarixli, 27 nömrəli rəy vermişdir. Vətəndaş Təqsirləndirilən şəxs onun yanına gətirilən zaman onun bədəni üzərində gözlə görünən xəsarətləri olmamış, nəfəs alıbverməsində problemlər və döş ağrıları şikayətinin olduğunu bildirmişdir. Vətəndaşın deməsinə görə o, polislər tərəfindən saxlanılan zaman yıxılmışdır. Ekspertiza vətəndaş tərəfindən verilən izahata uyğun aparılmış, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin – solda X, Xİ qabırğıların yerdəyişmiş sınığının küt əşyanın (əşyaların) təsirindən törənməsi, yıxılma nəticəsində əmələ gələ bilməsi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olması barədə tərəfindən ekspert rəyi verilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, törənmə şəratindən asılı olaraq X, Xİ qabırğıların sınığı hər bir şəraitdə yəni həm yıxılma, həmdə döyülmə nəticəsində əmələ gələ bilər, lakin özü-özünə xəsarət yetirmə nəticəsində əmələ bilməz. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 yanvar 2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə saat 17:40 radələrində Yasamal rayon 28-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilinərək PŞ-nə gətirilmiş xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs sol kürək nahiyyəsində ağrılar, qızartılar və şişkinliklər var idi. Deməsinə görə polis əməkdaşları onu tutmaq istəyərkən, onlardan qaçmaq istəyəndə ayağə sürüşüb yıxılmışdır. (i.v. 30) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs başında olan qara rəngli papağının içərisindən bir ədəd şəffaf selofanın içərisində olan bir ədəd bükümdə olan metafetamini təqdim edərək həmin maddəni 07 yanvar 2025-ci il tarixdə saat 15 radələrində ünvan 8 ünvanda yerləşən Narkoloji Dispanserin həyətindən tapıb sonradan özü qəbul etməkdən ötru üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edildikdən sonra şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. (i.v. 31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Psixotrop maddələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 08 yanvar 2025-ci il tarixli 6/44 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 167» dairəvi möhür əksi olan, “Saxlanılan şəxs “imza” Təqsirləndirilən şəxs; Müdafiəçi “imza” (soyad oxunmur); əməliyyatçı “imza” Şahid1; “imza” Şahid2; Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə, təhqiqatçı “imza” Roman Məmmədov» yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,518 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (i.v. 38-42) “Diskə baxış keçirilməsi barədə” 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 07 yanvar 2025-ci il tarixdə qeydə alınır. Şəxsi axtarışın aparıldığı yer Bakı şəhəri, Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X3 xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs başındakı papağı masanın üzərinə qoyub onun içində maetamfetamin olduğunu bildirir və oradan bir ədəd balaca selofan paketi çıxarıb təqdim edir, həmin paketin içərisindəki bir ədəd siqaretin kağızı bükümü açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olduğu aşkar edilir. Təqsirləndirilən şəxs həmin maddəni həmin gün saat 15 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 73 ünvanda yerləşən Narkoloji Dispanserin həyətindən tapdığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bükülü zərfə qoyularaq möhürlənir və tərtib eldilmiş protokol iştirakçılar tərəfindən imzalanır. (i.v. 57-58) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 09 yanvar 2025-ci il tarixli 27 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – solda X, Xİ qabırğıların yerdəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, beləki, yıxılma nəticəsində əmələ gələ bilərdilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyöun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (i.v. 93-95) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2025-ci il tarixli 940 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində “F11.2” diaqnozu ilə dispanser qeydiyyatındadır. (i.v. 114-115) “Sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,518 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd DVD modelli disk maddi sübut kimi tanınmış, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 0,468 qram çəkidə psixotrop maddə metamfetamin Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. (i.v. 137-147) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixdə saat 15:00 radələrdə ünvan 9 ünvanında yerləşən Narkoloji Dispanserin həyətindən piyada gedərkən yerdən sellofan bükülüsünü görüb götürmüş və içərsinə baxarkən siqaretin gümüşü kağızı bükülüsündə metamfetamin olduğunu görüb, həmin maddəni şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Həmin tarixdə saat 17:30 radələrdə ünvan 6 ünvanın qarşısında iki nəfər mülki geyimdə polis əməkdaşları onu saxlayan vaxtı qaçarkən pilləkəndə ayağı sürüşüb arxası üstə yerə yıxılmış, sonra həmin mülki geyimdə olan polis əməkdaşları onu Yasamal RPİ-nin 28-ci polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində təhqiqatçı Roman Məmmədov xidməti otağında hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman başında olan qara rəngli papağın içərsindən bir ədəd şəffaf sellofanda olan siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxardıb təqdim etmiş, aşkar edilmiş şəffəf sellofanda olan siqaret kağızına bükülmüş maddə iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, eyni zamanda əynində olan qara rəngli cins şalvarın sol yan cibindən çıxardıb təqdim etdiyi bir ədəd “Redmi A3” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, ondan aşkar edilib götütülmüş metamfetamini heç kimdən almamış, həmin maddəni sellofanın içərsində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 73 ünvanında yerləşən Narkoloji Dispanserin həyətindən yerdən tapıb, özü istifadə etmək məqsədilə üzərində saxlamış və həmin psixotrop maddəni satmaq niyyəti olmamışdır. (i.v. 69-72) 12 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi, yəni polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlamlmasınm hissəvi rədd edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(009)-132/2025 nömrəli qərarına əsasənŞikayətçi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 559-C-25 №-li araşdırma materialı üzrə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X4 12 iyun 2025-ci il tarixli “cinayət işi başlanmasının hissəvi rədd edilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində psixotrop maddə metamfetaminin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs müxtəlif məhkəmə iclaslarında xəsarətinin yaranma səbəbi barədə fərqli ifadə vermişdir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 0.518 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun psixotrop maddələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Psixotrop maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 25) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və sonuncu Yasamal RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 80-81) “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 82-83) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 17 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 315.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş və cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 111- 113) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdən 09 yanvar 2025-ci il tarixədək 02 (iki) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini günün müəyyən saatlarında tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.468 qram qalıq çəkisi olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 07 yanvar 2025-ci il tarixdən 09 yanvar 2025-ci i il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.468 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-287/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-287/2025
05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver