Məhkəmə qərarları › İş №1(004)-288/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-288/2021

24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-288/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs XN, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Xalıq qızının iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 5 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan ödəniş gününə manatla Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəyə uyğun olaraq 13.000 ABŞ dolları və 7.900 manat, habelə dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun tutularaq X10 ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinn 18.04.2019-cu il tarixli, 2(004)-2799/2019 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 15.01.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 25 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 27.02.2020-ci il, 15.09.2020-ci il, 11.11.2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da Emin Məlikova qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30N.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 30N.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, X12 onun keçmiş bacanağıdır, əvvəllər münasibətləri normal olmuşdur. O, Emin Məlikovdan müxtəlif məbləğlərdə borc almış, bu barədə qəbzlər vermiş, lakin sonradan borcları qaytara bilməmişdir. Bundan sonra münasibətləri pozulmuş, Emin Məlikov məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin 18.04.2019-ci il tarixli 2(004)-2799/2019 №-li tarixli qətnaməsinə əsasən Emin Məlikova 13.000 ABŞ dolları və 7.900 manat məbləğində pul ödəməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndən sonra heç bir ödəniş etməmişdir. İcra məmuru ondan pulun ödənilməsini tələb etmiş, bu barədə xəbərdarlıq etmişdir, məsuliyyəti izah etmişdir, lakin borcu ödəməyə imkanı olmamışdır. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli qərarı ilə 25 gün müddətinə həbs edilmişdir. Məhkəmədə bildirmişdir ki, Emin Məlikova pul ödəməyə niyyəti yoxdur, gələcəkdə pulu olsa ödəniş edəcək, indiyə kimi heç bir ödəniş etməmişdir. Hal hazırda daimi işi yoxdur, əvvəllər dənizdə, yəni neft şirkətində neft çıxarma qurğusunda usta köməkçisi işləmiş, lakin sonradan işdən çıxmışdır. Hazırda fərdi əməklə məşğudır, ünvanlara yemək çatdırır, qazancı hər gün üçün 20 manat təşkil edir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, ödəmə imkanın olmamasını, himayəsində beş azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacanağı olmuş, aralarında yaxın və etibarlı münasibətləri olmuşdur. 2017-ci ildə Təqsirləndirilən şəxs ondan başqa adamlara olan borcları ödəmək üçün borc pul istəmişdir. Nicata etibar etdiyi üçün sonuncuya 13000 ABŞ dolları məbləğində pul vermişdir. Bir müddət keçəndən sonra Təqsirləndirilən şəxs işə düzəldiyini və işini qurmaq üçün pul lazım olduğunu bildirərək ondan yenə borc istəmişdir. Sonuncuya 7900 manat məbləğində pul vermişdir. Şifahi olaraq razılaşmışlar ki, Təqsirləndirilən şəxs təxminən 1 il müddətinə borcu qaytaracaqdır. Bir müddətdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs heç bir işə düzəlməyib, ondan aldığı pulu istədiyi kimi xərcləmişdir. Təqsirləndirilən şəxslə dəfələrlə söhbət etmişdir ki, pulu qaytarsın, lakin sonuncu açıq şəkildə heç bir pul qaytarmayacağını bildirmişdir. Bu səbəbdən pulunu qaytarmaq üçün məhkəməyə müraciət etməyə məcbur olmuş və Yasamal Rayon Məhkəməsinin 18.04.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, məhkəmə həmin 13000 ABŞ dolları və 7900 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona verilməsini qət etmişdir. Təqsirləndirilən şəxs məhkəmə prosesində də borcunu etiraf etmişdir. Lakin sonradan yenə də pulu ödəməyəcəyini və heç bir dövlət orqanından qorxmadığını bildirmişdir. Təqsirləndirilən şəxs borcu ödəməkdən yayındığı üçün Yasamal Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə prosesində bildirmişdir ki, onun bu borcu ödəməyə niyyəti yoxdur. Təqsirləndirilən şəxs BMW markalı minik avtomobili olmuş, lakin avtomobili ehtiyyat hissəsi kimi satmışdır. Təqsirləndirilən şəxs atası öz mənzilini 2019-cu ildə satmış, Nicata da pul vermiş, lakin sonuncu heç bir ödəniş etməmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs X12, Təqsirləndirilən şəxs 13000 ABŞ dolları, 7900 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, ona qaytarılmasını tələb etmiş, borclu tərəfindən pul qaytarılmadığı təqdirdə barəsində ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin 18.04.2019-cu il tarixli, 2(004)-2799/2019 №-li qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmiş, Yasamal rayon icra şöbəsi tərəfindən 24.10.2019-cu il tarixdə icraata qəbul edilərək onu könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxt verilməsinə, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək Yasamal Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 25 gün müddətinə həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam edərək qətnaməni icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimat Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal rayon icra şöbəsinin icra məmuru X1 da eyni xususuatlar üzrə ifadə verərək Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2799/2019 saylı 18.04.2019-cu il tarixli qətnaməsindən aydın olur ki, cavabdeh Təqsirləndirilən şəxs ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 13000 ABŞ dolları, 7900 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq XN xeyrinə ödənilməsi qət edilmişdir (cild 1, səh. 13-14). İş materiallarında olan 18.04.2019-cu il tarixdə verilmiş icra vərəqəsi və 23.10.2019cu il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2799/2019 saylı 18.04.2019-cu il tarixli qətnaməsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə göndərilmişdir (cild 1, səh.11- 15). İş materiallarında olan 24.10.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərardan məlum olur ki, 23.10.2019-cu il tarixdə verilmiş icra vərəqəsi, Yasamal rayon icra şöbəsi tərəfindən 24.10.2019-cu tarixdə icraata qəbul edilərək, könüllü olaraq icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir (cild 1, səh. 1N-17). İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli, 3(004)- 402/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 25 gün müddətinə həbs edilmişdir (cild 1, səh. N3-NN). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin 11.0N.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzində işlə təmin edilməsi üçün müraciət etməmişdir (cild 1, səh.N8). İş materiallarında olan Təqsirləndirilən şəxs portal çıxarışlarından görünür ki, onun adına 1990-cı il istehsalı olan BMW 735 markalı ** FZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuş, etibarnamə əsasında 28.07.2018-ci il tarixdə özgəninkiləşdirilmişdir (cild 1, səh. 19-29) İş materiallarında olan İcra zamanı Təqsirləndirilən şəxs tərəfindən icra məmuruna verilmiş izahatlarından görünür ki, Təqsirləndirilən şəxs heç bir ödəniş etməmiş və borcu ödəmək niyyətində deyildir (cld 1, səh. 47-51). İş materiallarında olan 27.02.2020-ci il, 15.09.2020-ci il, 11.11,2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 30N.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə izah edilmişdir (cild 1, səh.71, 73,74). İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 11 mart 2021-ci il tarixli “cinayət məsuliyyətinə cəlb olunma haqqında” təqdimatından görünür ki, Yasamal Rayon Məhkəməsinin 18.04.2019-cu il tarixli, 2(004)- 2799/2019 saylı qətnaməsi üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30N.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir (cild 1, səh.7-8). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28.04.2021-ci il tarixli arayışından və Sumqayıt Hərbi Məhkəməsinin 10.09.2009-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsilə təqsirli bilinib N ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanılma cəzasına N ay sınaq müddəti verilməklə şərti olaraq məhkum olunmuş, məhkumluğu ödənilmişdir (cild 1, səh. 9N, 98- 103). İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” 29.0N.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 129-130). İş materiallarında olan 1(004)-288/2021 nömrəli 0N.08.2021-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasından 07.09.2021-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olan 31 avqust 2021-ci il tarixli 17/38-585N nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs 1N.08.2021-ci il tarixində Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq 18.08.2021-ci il tarixində Bakı İstintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti MKTB-nin 157 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur (cild 1, səh.70). İş materiallarında olan AZ-İİİ seriyalı 822942 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22.02.201N-cı il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs anası isə X2r. İş materiallarında olan AZ-İV seriyalı 281319 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17.03.2017-cı il təvəllüdlü X7 atası Təqsirləndirilən şəxs anası isə X2r. İş materiallarında olan AZ-İV seriyalı 281582 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29.05.2018-cı il təvəllüdlü X8 atası Təqsirləndirilən şəxs anası isə X2r. İş materiallarında olan AZ-İV seriyalı 292758 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03.0N.2019-cu il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs anası isə X2r. İş materiallarında olan AZ-İV seriyalı 552214 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 2N.09.2020-cı il təvəllüdlü X9 atası Təqsirləndirilən şəxs anası isə X2r. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 30N.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs hərəkətinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxsə cəza təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində beş azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30N.1-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 30N-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 30N-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X10 13.000 ABŞ dolları, 7.900 manat, habelə dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul borcları vardır. Məhkəmə aktını icra etməməyə görə müvafiq inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə xəbərdarlıqdan sonra da borcdan heç bir ödəniş etməmiş, zərərçəkmiş şəxslə razılıq əldə etməmişlər. Başqa sözlə, inzibati məsuliyyətə cəlb edilmə nəticəsiz qalmış, bu inzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30N.1-ci maddəsinin şərh edilməsinə dair" 2012-ci il 2 oktyabr tarixli Qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin cinayət məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə tətbiq edilmiş inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə aktını icra etməməyə görə müvafiq inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra vurulmuş ziyandan heç bir ödəniş etməməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə alıb hesab edir ki, onun buna görə inzibati məsuliyyətə cəlb edilməsi nəticəsiz qalmışdır. İnzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyindən cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs həmin əmələ görə cəza çəkmədən islah olunması mümkünsüzdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30N.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları alternativ cəzalar kimi nəzərdə tutulmuşdur. Məhkəmə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və zərər çəkmiş şəxsə olan yüksək məbləğdə borcdan heç bir məbləğ ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30N.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 5N.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 30N.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 1N avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və zərər çəkmiş şəxsə olan yüksək məbləğdə borcdan heç bir məbləğ ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30N.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 5N.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 234 (iki yüz otuz dörd) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli, 1(004)-288/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 0N (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 39 (otuz doqquz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 39 (otuz doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 234 (iki yüz otuz dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 35N, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30N.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il N (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 1N avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 234 (iki yüz otuz dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar