Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-289/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs: Zərərçəkmiş şəxs Hilal qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1980-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 15, mənzil 3A qeydiyyatda və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 10 yanvar 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanda yerləşən ünvan 2üdlü Şahid3 yaşadıqları evdən getməsi və rəfiqələri tərəfindən yaşadıqları Yeni Yasamal yaşayış massivində saxlanılması ilə əlaqədar həmin polis şöbəsinə etdiyi şikayətlə bağlı xidməti otaqda izahat verərkən oraya daxil olmuş Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs ona kobud cavab qaytardığına görə sonuncunun üzərinə hücum edib əli ilə sifət nahiyəsinə vuraraq ona sağ qaşüstü nahiyənin əzilmiş yarası və sağ göz ətrafının qançırı kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. Təxminən 2021-ci ilin dekabr ayının axırlarında qızı 2004-cü il təvəllüdlü Şahid3 evdən getmişdir. Bir neçə vaxt sonra ona tanımadığı telefon nömrəsindən zəng gəlmiş və Könülün anası olub-olmadığı soruşulmuşdur. O da Könülün anası Elmira olduğunu və qızının harada olduğunu həmin qadından soruüşmuşdur. Həmin qadın Könülün onlarda evlərində olduğunu demişdir. O da həmin qadına təşəkkür etmişdir. Həmin qadın gecə olduğundan qızının səhər evə qayıtmasına köməklik edəcəyini və evə göndərmək üçün heç bir problem olmadığını demişdir. Səhəri gün Könül evə gəlməmiş və axşam tərəfi o həmin qadına zəng vurub qızı Könülün harada olduğunu soruşmuşdur.Həmin qadın isə Könülün evə getdiyini, hətta qızına yol pulu verdiyini ona demişdir.O isə qızının evə gəlmədiyini demiş və telefonda aralarında mübahisə yaranmışdır. 10.01,2022-ci il tarixdə saat təxminən 02-00 radələrində o qızının rəfiqəlik etdiyi və bir neçə gün əvvəl ona zəng etmiş xanımın qızı Jalənin anası ilə birgə Yeni Yasamalda yaşadıqları evlərinə gedərək onlardan qızı Könülün harada olmasını soruşmuşdur.Həmin vaxt oraya polis əməkdaşları gəlmişlər və hamını 29-cu PŞ-nə aparmışlar. O polis şöbəsində gecə saat təxminən 03-00 radələrində işi araşdıran təhqiqatçının otağında olarkən oraya adının Xatirə və şöbəyə gətirilmiş qızlardan birinin valideyni olduğunu bildirən xanım daxil olduqda o ona öz iradını bildirmişdir. Xatirə ona kobud şəkildə cavab verdiyi üçün o əsəbləşib əli ilə onun sifətinə vurmuşdur. Bu zaman onun qaşı qanamışdır. Bir qədər sonra oraya təcili tibbi yardım həkimləri gəlib Xatirəni xəstəxanaya aparmışlar. O ərizə və izahat yazarkən qızı Könülün evdən getməsindən əsəbləşərək onun Aygün və Jalə adlı rəfiqələri tərəfindən gizlədərək onu narkotik vasitələrdən istifadə etməyə sövq etmələri barədə bildirmişdir. Əslində isə qızı Könül heç vaxt narkotik qəbul etməmiş və etmir. Həmin hadisə xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 03 radələrində konkret olaraq polis şöbəsində təhqiqatçının otağında baş vermişdir, orada o, Xatirə və işi araşdıran polis əməkdaşı olmuşdur. Hadisə ani anda baş verdiyindən 1-2 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs Yasamal RPİ-nin 29-cu PŞnə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində polis şöbəsində olarkən güya o və yanında olan qızı kəsici alətlə onun göz nahiyəsinə xəsarət yetirməyini göstərməsi həqiqətə uyğun deyil. Belə ki, onun qızı polis bölməsində olmamış və o əli ilə vuraraq ona xəsarət yetirmişdir. Buna baxmayaraq onlar barışmışlar. Şahid2 Yasamal RPİ-nin 29-cu PŞ-nə xx.xx.2022-ci il tarixdə onun və Aydanın onların evinə gedərək Könülü axtardıqlarını deyərək münaqişə yaratdıqlarını və nəticədə güya Jalənin babası Rafiq Əliyevi və Sənubər adlı nənəsini döymələri barədə verdiyi məlumat yalandır. Belə ki, o onların yaşadıqları Yeni Yasamalda olan mənzillərinə qızı Könülü tapmaq üçün tək getmiş və orada sözlü mübahisə yaransa da, heç bir dava və döymə halı baş verməmişdir, yəni Jalənin babası Rafiq Əliyevi və Sənubər adlı nənəsini heç kim döyməmişdir. Yekun olaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid5 onun qızıdır. 2021-ci ilin dekabr ayının axırlarında Aygün yaşadıqları evə adının sonradan Könül olduğunu bildiyi qızı qonaq gətirmişdir. Saat təxminən gecə 01 radələrində o toydan evə qayıtdıqda Könülü evlərində görmüş və qızı Aygündən onun nə üçün onlarda olduğunu soruşmuşdur. Onun bu sualına cavab olaraq Aygün həmin qızın onun rəfiqəsi olduğu üçün dəvət etdiyini demişdir. Lakin o narahat olmuş və Könüldən anası Elmiranın telefon nömrəsini alıb ona zəng vurmuşdur. Elmira ona təşəkkür etmiş və qızının onlarda qalmasına etiraz etməmişdir. Səhəri gün Könül evlərinə getmək üçün ondan iki manat pul alıb getmişdir. Həmin gün axşam tərəfi Elmira ona zəng edərək Könülü soruşmuş, o isə evə getdiyini demişdir. Elmira ona qızının evə gəlmədiyini deyərək ona hədə qorxu gəlməyə başlamışdır. O isə Elmiraya əhəmiyyət verməmişdir. 2022-ci ilin yanvar ayının əvvələrində qızı Aygün rəfiqəsi Şahid2 evinə qonaq getmişdir. Sonradan onda olan məlumata görə xx.xx.2022-ci il tarixdə saat təxminən 01-00 radələrində Könülün anası X9 Yasamalda yaşadıqları evə gedərək Jalə və onun qızı Aygünlə uca səslə münaqişə edib dalaşmışdır. Həmin vaxt Jalənin həyətinə polis əməkdaşları gəlmiş və onun qızı da daxil hamını 29-cu PŞ-nə aparmışlar. Axşam saat təxminən 03:00 radələrində ona bölmədən zəng gəlmiş və onu bölməyə uşağını götürmək üçün çağırmış, bundan sonra Aygündə ona zəng vuraraq polis şöbəsində olduğunu demişdir. Bundan sonra o 29-cu polis şöbəsinə getmişdir. Orada təhqiqatçının otağında olarkən Elmira onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş və sözlə hədəqorxu gəlmişdir. O Elmiraya öz iradını bildirəndə Elmira onunla üz-üzə olarkən əli ilə onun göz nahiyəsinə zərbə vuraraq xəsarət yetirmişdir. Həmin hadisə ani anda baş verib 1-2 dəqiqə davam etmişdir. Yekun olaraq Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun anasıdır. Anası onun rəfiqələri olan Jalə və Ayan tərəfindən güya onu düzgün yoldan çıxarılaraq tərbiyəsizliyə və narkotik vasitə qəbuluna sövq edilməyi barədə ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Hesab edir ki, anasının öz ərizəsində qeyd etdikləri yanlış olan fikirlərdir. Belə ki, onu nəinki rəfiqələri Jalə və Ayan, ümumiyyətlə heç kim yoldan çıxarmayıb, tərbiyəsizliyə və hər hansı bir narkotik vasitə qəbuluna sövq etməyib, nə Jalə və nədə Aygün onu nə evdə gizlədiblər, nədəki onu narkotik vasitələrdən istifadə etməyə sövq etmişlər. Yasamal RPİ-nin 29-cu PŞ-də anası Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış münaqişə zamanı hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Yasamal RPİ-nin 29-cu PŞ-də təhqiqatçı vəzifəsində işləyir və polis kapitanıdır. 10 yanvar 2022-ci il tarixdə xidmətdə olarkən şöbənin növbətçi hissəsinə Yasamal rayonu, Kənar dairəvi 15 ünvanda münaqişə olması barədə məlumat daxil olmuşdur. Dərhal əməliyyat qrupu ilə hadisə yerinə yollanmışlar. Həmin ünvanda olarkən Təqsirləndirilən şəxs küçədə iki qızla mübahisə etdiyini görüb onlara yaxınlaşıb özlərini təqdim edib 29-cu PŞ-nə dəvət etmişlər. Həmin gün təxminən 03 radələrində polis şöbəsində onun xidməti otağında Təqsirləndirilən şəxs izahatını alarkən otağa bir qədər əvvəl zəng vurub şöbəyə çağırdığı az yaşlı qızın anası daxil olmuş. Elmira xanım həmin qadınla mübahisə etməyə başlamış və adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi xanım Elmira xanıma öz iradını bildirəndə onunla üz-üzə olarkən Elmira xanım əli ilə Xatirə xanımın göz nahiyəsinə zərbə vuraraq xəsarət yctirmişdir. Hadisə ani anda baş verdiyindən 1-2 dəqiqə davam etmişdir. O dərhal onları sakitləşdirmiş və təcili tibbi yardım çağırmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 67-69-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, onun az yaşlı qızı xx.xx.2005-ci il təvəllüdlü Şahid2 təxminən 2021-ci ilin dekabr ayında Ayan adlı qızla tanış olmuş və daha sonra Ayana görə Könül adlı qızı tanımışdır. xx.xx.2022-ciil tarixdə saat təxminən 03-00 radələrində işdən evə gələrkən həmin vaxt kirayədə yaşadığı Yasamal rayonu, Kənar dairəvi 15 ünvanın həyətində olarkən adının sonradan Elmira olduğunu bildiyi qadının qızı Jalə və onun rəfiqəsi Aygünlə uca səslə münaqişə eldiyini görmüşdür. Həmin vaxt həyətdə polis əməkdaşları da var idi. Polislər hamını 29-cu PŞ-nə dəvət etmişlər. Polis bölməsində olarkən bir qədər keçmiş oraya Aygünün anası Xatirə də gəlmişdir. Polis bölməsində olarkən bir qədər keçmiş oraya Aygünün anası Xatirə də gəlmişdir. Bundan sonra bölmədə Xatirə və Elmira dalaşmışlar. Bir qədər sonra oraya təcili tibbi yardım həkimləri gəlib Xatirəni xəstəxanaya aparmışlar. Saat təxminən 5-6 radələrində onlar polis bölməsindən evlərinə getmişlər. Təqsirləndirilən şəxs yalan ərizə və izahat vermiş, onun yetkinlik yaşına çatmayan qızı Jalə və onun rəfiqəsi Aygün Elmiranın az yışlı qızı Könülü nə evdə gizlədiblər nədəki onu narkotik vasitələrdən istifadə etməyə sövq etmişlər. X6 cəmi bir dəfə görmüşdür. Yasamal RPİ-nin 29-cu PŞ-də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış münaqişə zamanı sonuncunun sağlamlığına zərər yetirilməsinin bilavasitə şahidi olmasa da, bu barədə eşitmişdir. Qızı Şahid2 Yasamal RPİnin 29-cu PŞ-nə xx.xx.2022-ci il tarixdə Elmiranın və Aydanın onların evinə gedərək Könülü axtardığını deyərək münaqişə yaratması və nəticədə Jalənin babası Rafiq Əliyevi və Sənubər adlı nənəsini döyməsi barədə ərizə yazsa da, heç kim onun atası Rafiq Əliyevi və anası Sənubəri döyməmiş və heç bir bədən xəsarəti yetirməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 74-76-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin dekabr ayında Ayan adlı qızı ilə «instaqram» vasitəsi ilə tanış olmuşdur. Bir müddət sonra Ayana görə Könül adlı qızı tanımışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 02-00 radələrində yaşadığı evdə Ayanla birgə olarkən həmin vaxt kirayədə yaşadığı Yasamal rayonu, Kənar dairəvi 15 ünvana özünü Könülün anası kim təqdim edən Elmira olduğunu bildirdiyi qadının onların evinə hücum edərək qızı Könülü onların evində axtarmağa başlamışdır. Bir qədər sonra onlar həyətə düşmüşlər, o və rəfiqəsi Elmiranı sakitləşdirməyə çalışmışlar, lakin Elmira uca səslə münaqişə elməyə davam elmişdir. Həmin vaxt həyələ polis əməkdaşları gəlmişlər. Polislər hamını 29-cu PŞ-nə dəvət etmişlər. Polis bölməsində olarkən bir qədər keçmiş oraya Aygünün anası Xatirə də gəlmişdir. Bundan sonra bölmədə otaqda Xatirə və Elmira dalaşmışlar. Bir qədər sonra oraya təcili tibbi yardım həkimləri gəlib Xatirəni xəstəxanaya aparmışlar. Saat təxminən 5-6 radələrində onlar polis bölməsindən evə getmişlər. Təqsirləndirilən şəxs yalan ərizə və izahat verib. Belə ki, nə o, nədə rəfiqəsi Aygün Elmiranın az yışlı qızı Könülü nə evdə gizlətmişlər, nədəki onu narkotik vasitələrdən istifadə etməyə sövq elməmişlər. Ümumiyyllə o Könülü cəmi bir dəfə görmüşdür. Yasamal RPİ-nin 29-cu PŞ-də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış münaqişə zamanı sonuncunun sağlamlığına zərər yetirilməsinin bilavasitə şahidi olmamışdır və ona görə də konkret olaraq nə ilə xəsarət yetirdiyini görməmişdir. O, Yasamal RPİ-nin 29-cu PŞ-nə xx.xx.2022-ci il tarixdə Elmiranın onların evinə gələrək Könülü axtardığını deyərək münaqişə yaratması barədə və nəticədə babası Rafiq Əliyevlə və Sənubər adlı nənəsi ilə mübahisə etməsi barədə məlumat vermişdir. Heç kim onun babası Rafiq Əliyevi və nənəsi Sənubəri döyməmiş və heç bir bədən xəsarəti yetirməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 181-183-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2021ci ilin dekabr ayında Könül adlı qızla tanış olmuşdur. Tanışlıq zamanı Könül ona demişdir ki, o anası ilə mübahisə edib və evdən çıxıb. O da axşam saatları olduğu üçün Könülü öz evlərinə dəvət elmiş və Könül onunla razılaşıb onlara getmişdir. Axşam saat təxminən gecə 01 radələrində anası toydan evə qayıtdıqda Könülü evlərində görmüş və Könülün kim olduğunu ondan soruşmuşdur. O da anasına Könüllə rəfiqə olduğu üçün qonaq gəlirdiyini demişdir. Anası narahat olduğu üçün Könüldən onun anası Elmiranın telefon nömrəsini alıb zəng vurmuşdur. Elmira anasına təşəkkür elmiş və qızının səhər evə qayıtmasına heç bir problem olmadığını demişdir. Səhəri gün Könül evlərinə getmək üçün onun anasından iki manat pul alıb getmişdir. Həmin gün axşam tərəfi Elmira anasına zəng vurub qızı Könülü soruşmuş, anası isə Könülün evə getdiyini Elmira demişdir. Elmira isə anasına Könülün evə gəlmədiyini deyərək hədə qorxu gəlməyə başlamışdır. Anası isə Elmiraya əhəmiyyət verməmişdir. O da səhəri gün bir müddət əvvəl «instaqram» vasitəsi ilə tanış olduğu Jalə adlı qızın Yasamal rayonu, Kənar dairəvi 15 ünvanda yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 02-00 radələrində Jalənin yaşadığı evdə onunla birgə olarkən həmin vaxt Jalənin kirayədə yaşadığı Yasamal rayonu, Kənar dairəvi 15 ünvana özünü Könülün anası kimi təqdim edən Elmira olduğunu bildirdiyi qadının evə hücum edərək qızı Könülü həmin evdə axtarmağa başlamışdır. Bir qədər sonra onlar həyələ düşmüşlər, o və rəfiqəsi Elmiranı sakitləşdirməyə çalışsa da, lakin Elmira, uca səslə münaqişə elməyə davam etmişdir. Həmin vaxt həyətə polis əməkdaşları gəlmişlər. Polislər hamını 29-cu PŞnə dəvət elmişlər. Polis bölməsində olarkən anasına zəng vuraraq polis şöbəsində olduğunu demişdir. Bundan sonra anası 29-cu polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçının otağında olarkən Elmira ilə anasının dalaşdığını eşilmişdir. Bir qədər sonra oraya təcili tibbi yardım həkimləri gəlib anası Xatirəni xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs yalan ərizə və izahat verib. Belə ki, nə o, nədə rəfiqəsi Jalə Elmiranın az yışlı qızı Könülü nə evdə gizlətmişlər, nədəki onu narkotik vasitələrdən istifadə etməyə sövq etmişlər. Yasamal RPİ-nin 29-cu PŞ-də Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs arasında yaranmış münaqişə zamanı sonuncunun sağlamlığına zərər yetirilməsinin bilavasitə şahidi olmadığından konkret olaraq nə ilə xəsarət yetirdiyini görməmişdir. Heç kim Jalənin babası Rafiq Əliyevi və nənəsi Sənubəri döyməyib, sadəcə olaraq Elmira onlarla mübahisə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 25 yanvar 2022-ci il tarixli 25 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ qaşüstü nahiyənin əzilmiş yarası və sağ göz ətrafının qançırı kül əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddəidə, yəni xx.xx.2022ci il tarixdə əmələ gələ bilərdiləndərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına əbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. (i.v. 30-32) 04 fevral 2023-cü il tarixli üzlşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlan bir daha təsdiq elmişdir. (i.v. 130-132) “Baxış keçirilməsi haqqında” 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, yerinə baxış keçirilərkən cinayət hadisəsinin Bakı şəhəri,Yasamal rayonu. Yeni Yasamal 1 ünvanda yerləşən ünvan 6dir. (i.v. 140-142) “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli 336 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlaməlləri aşkar olunmur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkəltərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlaməlləri aşkar olunmur. Təqsirləndirilən şəxs itliham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlaməlləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətiyi əməl dövründə anlaqlı hesab olunmahdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. (i.v. 187-190) Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Təqsirləndirilən şəxs məxsus 069431 nömrəli vəsiqədən görünür ki, İİ qrup əlildir. (i.v. 13) “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 158) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 25 fevral 2023-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi RPİ-də Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* №-li material üzrə xx.xx.2021ci ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü (CM-nin 73.2) maddəsinə əsasən cinayət icraatına xitam verilmişdir. (i.v. 167-168) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə Cinayət Məcəlləsinin müvafiq norması baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs daha əvvəl bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən, hazırkı cinayət işi üzrə onun cinayət məsuliyyətindən azad olunması istisna edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməklə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və İİ qrup əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-289/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-289/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver