Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-29/2021 05.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X12, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili X13 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, əvvəllər məhkum olunmuş, «Fersam» boya sexində usta köməkçisi işləmiş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsində nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X14 xx xxxxx 2019-cu il tarixdə gecə saat 00:30 radələrində Sumqayıt şəhəri, Bakı Quba yolunun 26-cı km-də yerləşən «Nizam» kafesində stolun üstündə olan Zərərçəkmiş şəxs məxsus əl çantasından içərisində qiyməti 200 manat olan 01 ədəd 3 qramlıq 583 əyarlı sarı qızıl qadın üzüyü, hər birinin qiyməti 500 manat olan 02 ədəd 4 qramlıq 583 əyarlı, üzərində karatı məlum olmayan 03 ədəd brilyant qaşlı sarı qızıl qadın üzüyü, qiyməti 400 manat olan 01 ədəd 4 qramlıq 583 əyarlı üzərində brilyant qaşlarının sayı və karatı məlum olmayan ağ qızıl kişi üzüyü, qiyməti 800 manat olan 01 ədəd 5 qramlıq 583 əyarlı üzərində karatı məlum olmayan 03 ədəd brilyant qaşlı ağ qızıl qadın üzüyü, qiyməti 50 manat olan 01 ədəd 3 qramlıq gümüş qadın üzüyü, hər birinin qiyməti 1000 manat olan 02 ədəd 18 qram olan sarı qızıl qolbağdan, qiyməti 1000 manat olan 01 ədəd 10 qramlıq üzərində brilyant qaşlarının sayı və karatı məlum olmayan ağ qızıl boyunbağı, qiyməti 150 manat, içərisində qiyməti 3 manat, balansında 5 manat danışıq limitli ***-***-**-** simkart nömrəsi olan «Samsung» markalı mobil telefonu, içərisində 5 manat pul olan qiyməti 5 manatlıq pul kisəsini, ümumilikdə 5618 manat dəyərində əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 46 saylı ünvanın qarşısında taksi sürücüsü Şahid1 idarə etdiyi «Kia-pride» markalı, **-ED-*** dövlət qeyliyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs vacib işi ilə bağlı bir nəfər şəxslə zəngləşərək görüşüb qayıdacağı barədə yalandan söz verib aldatmaqla sonuncuya məxsus içərisində qiyməti 3 manat, balansında 2 manat danışıq limitli ***-***-**-** sim-kart nömrə olan qiyməti 599 manat dəyərində «Samsung A6» markalı **********45887 və **********45885 İMEİ kodlu mobil telefonu, cəmi 604 manat məbləğində əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X14 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər məhkum olunmaqla sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl 01 ay 29 gününü cəza çəkməkdən şərti azad olunmuş və cəzasını çəkib qurtarmışdır. Zərərçəkmiş şəxs ilə təxminən bir il yarım əvvəl təsadüfi olaraq telefon vasitəsi ilə tanış olmuşdur. Belə ki, Elnarə xatırlamadığı bir nömrə ilə ona zəng edərək səhv düşdüyünü bildirsə də lakin, sonradan telefonda danışmaqla aralarında münasibət yaranmağa başlamışdır. ********* və ********* simkart mobil telefon nömrələrindən Zərərçəkmiş şəxs istifadə etdiyi ********* və ********* simkart nömrələrinə 2019-cu ilin mart ayının ortalarından 2019-cu ilin mart ayının əvvəllərinə kimi, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi aralarında telefon zəngləri olmuşdur. Hadisə baş verən ərəfədə də, həm də «Whatsapp» nömrələri ilə bir-birlərinə zənglər etmişlər. xx.xx.2019-cu il tarixdə anası Şahid2 adına olan digər ********* simkart nömrəsindən istifadə etmiş və həmin nömrədən Zərərçəkmiş şəxs istifadə etdiyi ********* simkart nömrəsinə zəng edib əlaqə saxlamışdır. xx xxxxx 2019-cu il tarixdə saat 19 radələrində istifadə etdiyi ********* simkart nömrəsindən Zərərçəkmiş şəxs istifadə etdiyi ********* simkart nömrəsinə zəng edəndə Nizami rayonu ərazisində yerləşən «Nazlı» şadlıq sarayına toya gedəcəyini bildirmişdir. Bundan sonra Elnarəyə bir neçə dəfə zəng etmişdir. Nizami rayonu ərazisində yerləşən «Nazlı» şadlıq sarayında toyda olduğunu bildirməklə gəlib onu həmin restorandan götürməyi və onunla vaxt keçirməyini təklif etmişdir. Buzovna qəsəbəsindən manatlıq taksi ilə Buzovna-Bakı şəhəri marşrutu ilə hərəkət edən sərnişin daşıyan taksi ilə «Qara Qarayev» metrostansiyası yaxınlığına gəlmişdir. Həmin vaxt saat 21:30 radələri olmuşdur. Zərərçəkmiş şəxs zəng edəndə artıq toy məclisindən çıxmağa hazırlaşdığını bildirmişdir. «Qara Qarayev» metrostansiyası yaxınlığından əvvəllər tanıdığı Şirin adlı taksi sürücüsünə yaxınlaşıb ona idarə etdiyi hal-hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinin yanacaq çəninə 15 manatlıq yanacaq dolduracağını və ona 2- 3 saat ərzində xidmət etməsini xahiş etmişdir. Şirin də etiraz etməmişdir. Şirinin idarə etdiyi taksi avtomobilinə yaxınlıqda olan yanacaq doldurma məntəqələrinin birindən 15 manatlıq yanacaq doldurmuş və «Nazlı» şadlıq sarayınının yaxınlığına gəlmişlər. Zərərçəkmiş şəxs istifadəsində olan ********* simkart nömrəsinə istifadə etdiyi ********* simkart nömrəsindən zəng etmiş və Elnarə az müddət ərzində saraydan çıxıb gələcəyini bildirmişdir. Həmin gün saat 22 radələrində Elnarə şadlıq sarayından çıxmış və onun razılığı ilə hər hansı bir kafeyə getməli olmuşdur. Orada Şirinin idarə etdiyi taksi avtomobilinə əyləşmişlər. Sumqayıt şəhəri ərazisində Bakı-Quba yolunun yaxınlığında yerləşən «Nizam» adlı bir mərtəbəli kafeyə getmişlər. Şirin avtomobili kafenin həyətində saxlamış, o Elnarə ilə avtomobildən düşmüşlər. Şirinlə razılaşmışdır ki, o taksidə qalıb onu gözləsin, özü isə Elnarə ilə birgə həmin kafedə ayrıca otaq sifariş etmiş və həmin otağa keçib oturmuşlar. O, iki nəfərlik yemək sifariş etmiş, Elnarə həmin vaxt üzərində olan qızılzinət əşyalarını özünə aid kosmetika adlanan pul kisəsinin içərisinə yerləşdirib əl çantasının içərisinə qoymuşdur. Həmin əl çantasını isə stolun üstünə qoymuşdur. Elnarə yemək yeməkdən imtina edərək toyda iştirak edəndə yemək yediyini və spirtli içki qəbul etdiyini, həm də yorğun olduğunu və bir az mürgüləyib yatmaq istədiyini bildirmişdir. Sifariş etdiyi yemək hazır olduğundan gətirilmişdir. Həmin vaxt Elnarə oturduğu yerdə mürgiləyib yuxuya getdiyini görmüşdür. Bunu görəndən sonra Elnarənin yuxuya getməsindən istifadə edib gizli olaraq stolun üstündə olan Elnarəyə məxsus əl çantasının içindən həmin qızıllar olan pul kisəsini və bir ədəd köhnə Samsung markalı telefonu gizli olaraq götürüb özünə aid palitonun cibinə qoymuşdur. Həmin pul kisəsinin içərisində qızıl-zinət əşyalarını və telefonu oğurlayarkən Elnarənin bundan heç bir xəbəri olmamışdır və həmin vaxt xx.xx.2019-cu il saat 00:30 radələri olmuşdur. Elnarə təxminən bir saatdan sonra oyanmış, bundan sonra onunla çay içib söhbət etmişlər. Təxminən saat 01:40 radələrində istirahətlərini başa çatdıraraq kafedən çıxmışlar. Lakin Elnarə onun qızıl-zinət əşyaları olan pul kisəsini və bir ədəd köhnə Samsung markalı telefonu oğurlamağından xəbəri olmamışdır. Kafedən çıxıb həyətdə onları gözləyən Şirinin avtomobilinə oturmuşlar və Bakı istiqamətinə tərəf gəlmişlər. Şirin avtomobili idarə etdiyi vaxtı Elnarənin telefonuna zəng gəldiyindən telefona cavab verə bilməmiş və telefonu oturacağın üstünə qoymuşdur. Şirin Yasamal rayonu Alatava adlanan yerlə metronun «20 Yanvar» stansiyası istiqamətinə sürmüşdür. Artıq onun sözü ilə Şirin avtomobili 3-cü mikrorayona dönən yerdə «20 Yanvar» dairəsindən «Şamaxinka» istiqamətinə sürmüş və «20 Yanvar» metrostansiyasına girişdən təxminən 60-70 metr irəlidə yolun kənarında maşını saxlatdırmışdır. Elnarənin «Samsung A6» markalı mobil telefonu yanında oturacağın üstündən götürüb Şirin və Elnarəyə vacib işi ilə əlaqədar bir nəfər şəxsə zəng edib görüşəcəyini və sonrada geri qayıdacağını demişdir. Elnarə ona məxsus həmin telefonunu özü ilə götürməyinə icazə verib etiraz etməmişdir. O, həmin telefonu götürüb maşından düşüb binaların arasına keçməklə oradan da uzaqlaşıb getmişdir. Həmin vaxt özünün və Elnarənin telefonlarını da söndürmüş və daha sonra isə yol maşını ilə Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərinə çatanda artıq saat 06 radələri olmuşdur. Elnarənin telefonuna açanda hansısa bir neçə nömrədən Elnarənin Samsunq A6 markalı telefonuna SMS-lər gəldiyini görmüş, dərhal telefonu qapamışdır. Daha sonra isə bir az Sumqayıt şəhərində gəzişmiş, daha sonra yenidən Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən nömrəsini və markasını xatırlamadığı taksi avtomobillərdən birinə minib Bakı şəhərinə qayıtmışdır. Daha sonra həmin gün saat 09 radələrində Bakı şəhəri «Memar Əcəmi» metrostansiyası yaxınlığına gedib orada qızıl mağazasının qarşısında dayanıb açılmasını gözləmişdir. Həmin vaxt bir nəfər tanımadığı təxminən 40 yaşlı, adını, işlədiyi və yaşadığı ünvanı bilmədiyi, boy 175 sm, orta bədən qurluşlu, saçı arxaya daranmış, qarayanız, əynində qara rəngli gödəkçə geymiş şəxs ona yaxınlaşıb burada nəyə gözlədiyini soruşduqda ona qızıllarını satmaq istədiyini bildirmişdir. Həmin şəxs belinə bağlı olan əl çantasından qızıl çəkmək üçün tərəzisini çıxartmaqla və ondan qızıl-zinət əşyalarını götürmüşdür. Həmin əşyaları qırıntı qiymətinə alacağını və üzüyün birinin gümüş olduğunu bildirmişdir. O da, ona hamısını satmaq istədiyini, qırıntı(lom) qiymətinə almasına etirazı olmadığını bildirmişdir. Həmin şəxs qızıl-zinət əşyalarını tərəzidə çəkmişdir. Həmin şəxs ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənədinin olub-olmamasını soruşmuş və o isə, üzərində sənəd olmamasını bildirmişdir. Həmin qızıl-zinət əşyalarının iki ədədi qızıl qolbağı, 5 ədədi qızıl üzük, bir ədədi gümüş üzük, bir ədədi qızıl boyunbağı olmuşdur. Həmin şəxs qızılları çəkdikdən sonra ona təqribən 1740 manat pul vermişdir. Oradan uzaqlaşıb gedəndə köhnə Samsunq markalı mobil telefonu və pul kisəsinin «Memar Əcəmi» metrostansiyası yaxınlığına xatırlamadığı yerdə tullamışdır. Həmçinin «Samsunq A6» markalı telefonun içərisindən simkart nömrəsini çıxarıb xatırlamadığı yerdə tullamışdır. Törətdiyi cinayətdən bir neçə gün sonra Sumqayıt şəhərində olarkən həmin «Samsunq A6» markalı telefonu tanımadığı təxminən 35-40 yaşlı şəxsə bir şəxsə sənədsiz olaraq 100 manat pula satmışdır. O, əldə etdiyi pulları bir neçə gün ərzində palpaltara və digər əyləncə yerlərində xərcləmişdir. Vurulmuş ziyandan atası Zakir Məmmədov tərəfindən 2500 və 1700 manat pul zərərçəkənə verilməsi üçün müstəntiq Şahsuvar Əliyevə verilmişdir, Şahsuvar Əliyev bu barədə protokol tərtib edib, pulu qəbul etmişdir, lakin sonra bilmişlər ki həmin pulu zərərçəkənə verməmişdir. Belə ki zərərçəkən bildirmişdir ki, onla müstəntiq pul verməmişdir. Bu səbəbdən də ziyanın bir qismini ödəmək istəsədə, hazırkı vaxtadək ödənilməməsi ondan asılı olmayan səbəbdən olmuşdur. Hazırda yenə də ziyanın bir qismə olaraq 1000 manatı atası Zakir Məmmədov tərəfindən zərərçəkənə ödənilmişdir. Qalan pulu isə gələcəkdə yenə də ödənilməsinə söz verir. Həmçinin müstəntiqə verilmiş pulun da geri alınıb, zərərçəkənə verilməsi üçün müdafiəçisi də aidiyyəti orqanlara müraciətlər etmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, vurulmuş ziyanın qismən ödənilməsini, qalan ziyanın isə gələcəkdə ödənilməsi barədə zərərçəkənlə razılıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, ailə qurmasını və 1 yaşı tamam olmamış uşağının anadan olmasını, özünün xəstəliyinin olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünü “Rəşad” adlı şəxsi kimi təqdim edən sonradan istintaq zamanı soyadı, adı, ata adı X14 olduğunu bildiyi şəxsi təxminən ilk dəfə olaraq 2019-cu ilin mart ayında tanımışdır. İlk tanışlığı səhvlik ilə onun mobil nömrəsinə zəng vuran zaman olmuşdur. Ondan sonra Məmməd tez-tez mobil telefon vasitəsi ilə əlaqə saxlasa da, onun ilə heç görüşməmişdir. xx xxxxx 2019-cu il tarixində saat təxminən 19 radələrində Məmməd ona hansısa nömrədən zəng etmiş və harada olduğunu soruşmuşdur. O da, Məmmədə qohum toyu ilə əlaqədar olaraq Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Nazlı” şadlıq sarayına gedəcəyini bildirmişdir. Həmin vaxt Məmməd ona başqa nömrədən zəng etmişdir. Məmməd həmin tarixdən əvvəllər ona ***-***-**-** və ***-***-**-** nömrələrindən zəng etmiş, həm də «Wathsapp» nömrələri ilə bir-biriləri ilə zəngləşmişlər, ona toydan təxminən saat 21-22 radələrində çıxacağını bildirmişdir. Həmin gün “Nazlı” şadlıq sarayında tanışı Şahnazın qızının toy məclisi keçirildiyində o da, iştirak etmək üçün saat 20 radələrində həmin məclisə getmişdir. Orada iştirak etməyə başlamış, toy məclisində iştirak edərkən spirtli içki qəbul etmişdir. Məmməd Məmmədov da ona toy məclisində iştirak etdiyi vaxt bir neçə dəfə zəng etmişdir. Toyda olanda spirtli içkinin təsirinə görə evə tək gedə bilməyəcəyini başa düşmüşdür. Hövbəti dəfə ona zəng edəndə Məmmədə təxminən bir saatdan sonra toydan çıxacağını onu götürməsini bildirmişdir. Həmin vaxt Məmməd onun «Samsung A6 » maraklı üstündə ***-***-**-** sim-kart nömrəsi olan telefonuna zəng edib əlaqə saxlamışdır. Məmməd Məmmədov təxminən 1 saat keçəndə sonra təxminən 21:30 radələrində ona zəng edib gəldiyini bildirmişdir. O, toy məclisindən çıxmış, Məmməd Məmmədov sonradan adının Şirin olduğunu bildiyi onun yaxını olan taksi sürücüsü ilə birlikdə nömrəsini və markasına diqqət yetirmədiyi taksi avtomobili ilə gəlmişdir. Orada taksiyə əyləşmişdir. Bundan sonra Məmməd Məmmədov onu başqa qadınlar ilə tanış olmaq və vaxt keçirmək üçün hər hansı kafe və ya restorana getməyi dəvət etmişdir. O da, təklifi qəbul edərək ilk görüşləri ilə əlaqədar onun ilə birgə vaxt keçirmək üçün getmişdir. Məmməd Məmmədovla birgə həmin taksi ilə yolun kənarında yerləşən tanımadığı kafeyə getmişlər. Şirin idarə etdiyi taksini kafenin giriş qapısından içəri həyətdə sürüb saxlamışdır. O, Məmməd Məmmədovla taksidən düşüb kafeyə daxil olmuşlar. Kafedə olan zaman orada Məmməd Məmmədov və özündən savayı heç kim olmamışdır. Spirtli içki qəbul etdiyinə və yorğun olduğuna görə yatmaq istəmiş və üzərində olan qızıl-zinət əşyalarını çıxarıb pul kisəsinə yerləşdirmiş, pul kisəsini də əl çantasına yerləşdirib əl çantasını stolun üstünə qoymuşdur. Həmin zaman üstündə ***-***- **-** simkart nömrəsindən istifadə etdiyi «Samsunq» markalı telefonu da əl çantasının içərisində olmuşdur. Həmçinin üstündə ***-***-**-** sim-kart nömrəsindən istifadə etdiyi “Samsunq A6” markalı telefonu da otaqda olan stolun üstündə qoymuşdur. Qızıl-zinət əşyalarını pul kisəsinə yerləşdirib əl çantasına qoyarkən Məmməd bunu müşahidə etmişdir. Məmməd Məmmədov orada yemək sifariş etmiş, lakin toyda yemək yediyi və spirtli içki qəbul etdiyi üçün, həm də yorğun olduğu üçün yuxusu gəlmiş və özündən aslı olmayaraq mürgüləmişdir. Kafedə olarkən təxminən 1 saat müddətində mürgüləmiş və oyananda Məmməd Məmmədovun yemək yediyini görmüş, onu da yeməyə dəvət etmiş, lakin tox olduğundan yeməkdən imtina etmişdir. Təxminən 3-4 saat kafedə olduqdan sonra Məmməd Məmmədov işləri olduğu üçün ona çıxıb getməyi təklif etmişdir. Onlar birlikdə çölə çıxmışlar və onları çöldə kafenin həyətində gözləyən Şirinin taksi avtomobilinə əyləşərək Bakı şəhəri istiqamətinə gəlməyə başlamışlar. Yolda ona zəng gəldiyindən telefonu açsa da, lakin sərxoş olduğudan zəngə cavab verə bilməmişdir. Telefonu yanında oturacağın üstünə qoymuşdur. Bakı şəhəri, Yasamal rayonu, «Alatava» adlanan yeri keçib «20 Yanvar» metrostansiyası yaxınlığına çatanda Məmməd Məmmədov bir nəfər şəxsə zəng edəcəyini deyib Şirinə avtomobili «20 Yanvar» dairəsindən «Şamaxinka» adlanan istiqamətə sürüb yolun kənarında avtomobili saxlamasını bildirmişdir. Şirin də Məmmədin dediyi kimi avtomobili idarə edib “Şamaxinka” adlanan istiqamətə sürüb yolun kənarında avtomobili saxlamışdır. Məmməd zəng vurmaq üçün ona məxsus olan “Samsung A6" markalı mobil telefonu götürərək işlə bağlı bir nəfər şəxsə zəng edib geri qayıdacağını bildirmişdir. Onun qayıdacağına inanmış, Məmməd taksidən düşərək onlardan aralanmışdır. Artıq tarix xx xxxxx 2019-cu il saat 02-03 radələri olmuşdur. Şirinlə təxminən 01 saatdan artıq Məmməd Məmmədovu orada birlikdə gözlədikdən sonra Məmməd Məmmədovun gəlmədiyini görmüşlər. Kafedə qızılları əl çantasına qoyduğu zaman Məmməd Məmmədov bunu gördüyünü xatırlamış, ona görə əl çantasına baxmış və qızılların və digər üstündə ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı telefonunun olmadığını aşkar etmişdir. Şirin həmin vaxt istifadə etdiyi nömrəsindən həm Məmməd Məmmədovun istifadəsində olan ***-***-**-** və ***-***-**-** simkart nömrələrinə, həmçinin Şirinə və ona sonuncu dəfə xx.xx.2019-cu il tarixdə axşam saatlarında Məmməd Məmmədovun zənglər etdiyi ********* simkart nömrəsinə zənglər etmiş, X25 telefonları bağlamışdır. Bundan sonra Şirin idarə etdiyi taksi avtomobili ilə onu «Delux» otelinin yaxınlığında yerləşən yaşadığı ünvana gətirmişdir. Baş vermiş hadisə zamanı ona məxsus olan qiyməti 200 manat 01 ədəd 03 qramlıq 583 əyarlı sarı qızıl qadın üzük, qiyməti 500 manat 03 ədəd brilyant qaşlı, qaşlarının karatını bilmədiyi 1 ədəd 4 qramlıq 583 əyarlı sarı qızıl qadın üzüyü, qiyməti 500 manat 3 ədəd brilyant qaşlı, qaşlarının karatım bilmədiyi 1 ədəd 4 qramlıq 583 əyarlı sarı qızıl qadın üzüyü, qiyməti 400 manat olan brilyant qaşlarının sayını və qaşlarının karatını bilmədiyi 1 ədəd 4 qramlıq 583 əyarlı ağ qızıl kişi üzüyü, qiyməti 800 manat olan 3 ədəd brilyant qaşlı, karatım bilmədiyi 1 ədəd 5 qramlıq 583 əyarlı ağ qızıl qadın üzüyü, qiyməti 50 manat olan 1 ədəd 3 qramlıq gümüş qadın üzüyü, hər birinin qiyməti 1000 manat olan 2 ədəd 18 qram olan sarı qızıl qolbağıları, qiyməti 1000 manat olan qaşlarının karatını və sayını bilmədiyi 1 ədəd 10 qramlıq ağ qızıl boyunbağını, qiyməti 599 manat dəyərində «Samsung A6» markalı **********45887 və **********45885 İMEİ kodlu mobil telefonu, içində qiyməti 3 manat, balansında 02 manat danışıq limiti olan ***-***-**-** sim-kart nömrəsini, qiyməti 150 manat dəyərində «Samsung» markalı mobil telefonu, içində qiyməti 3 manat, balansında 5 manat danışıq limiti olan ***-***-**-** simkart nömrəsini, qiyməti 5 manat olan pul kisəsini, həmin pul kisəsinin içərisində olan 5 manat pulu talamaqla ona ümumilikdə 6222 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. İstintaq zamanı «Rəşad» adı ilə tanıdığı həmin şəxsin fotoşəkili ona oxşar üç nəfər tanımadığı şəxslərin fotoşəkilləri arasında ona tanımaya təqdim edilmiş, onu tanıyaraq göstərmişdir. Həmin istintaq hərəkətindən sonra ona məlum olmuşdur ki, «Rəşad» adı ilə tanıdığı şəxs, yəni onun əmlakını talayıb ələ keçirən şəxs X9r. Baş vermiş hadisə zamanı ona məxsus olan qiyməti 200 manat 1 ədəd 3 qramlıq 583 əyarlı sarı qızıl qadın üzük, qiyməti 500 manat 3 ədəd brilyant qaşlı, qaşlarının karatım bilmədiyi 1 ədəd 4 qramlıq 583 əyarlı sarı qızıl qadın üzüyü, qiyməti 500 manat 3 ədəd brilyant qaşlı, qaşlarının karatını bilmədiyi 1 ədəd 4 qramlıq 583 əyarlı sarı qızıl qadın üzüyü, qiyməti 400 manat olan brilyant qaşlarının sayını və qaşlarının karatını bilmədiyi 01 ədəd 04 qramlıq 583 əyarlı ağ qızıl kişi üzüyü, qiyməti 800 manat olan 3 ədəd brilyant qaşlı, karatını bilmədiyi 1 ədəd 5 qramlıq 583 əyarlı ağ qızıl qadın üzüyü, qiyməti-50 manat olan 1 ədəd 3 qramlıq gümüş qadın üzüyü, hər birinin qiyməti 1000 manat olan 2 ədəd 18 qram olan sarı qızıl qolbağdan, qiyməti 1000 manat olan qaşlarının karatını və sayını bilmədiyi 1 ədəd 10 qramlıq ağ qızıl boyunbağını, qiyməti 599 manat dəyərində «Samsung A6» markalı **********45887 və **********45885 İMEİ kodlu mobil telefonu, içində qiyməti 3 manat, balansında 2 manat danışıq limiti olan ***-***-**-** sim-kart nömrəsini, qiyməti 150 manat dəyərində «Samsung» markalı mobil telefonu, içində qiyməti 3 manat, balansında 5 manat danışıq limiti olan 050- ***-**-** simkart nömrəsini, qiyməti 5 manat olan pul kisəsini, həmin pul kisəsinin içərisində olan 5 manat pulu talamaqla ona ümumilikdə 6222 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. İstintaq zamanı «Rəşad» adı ilə tanıdığı həmin şəxsin fotoşəkili ona oxşar üç nəfər tanımadığı şəxslərin fotoşəkilləri arasında ona tanımaya təqdim edilmiş, onu tanıyaraq göstərmişdir. Həmin istintaq hərəkətindən sonra ona məlum olmuşdur ki, «Rəşad» adı ilə tanıdığı şəxs, yəni onun əmlakımı talayıb ələ keçirən şəxs X9r. Abşeron RPİ-nin təhqiqatçısı Zamiq Mustafayev onun iştirakı ilə xx.xx.2019-cu il tarixdə «Rəşad»ın, yəni X4 telefonunu götürüb kiminləsə görüşüb qayıdacağını bildirərək avtomobildən düşüb getdiyi, taksi sürücüsü Şirinlə avtmaşında gözlədiyini və çantaya baxanda qızıl-zinət əşyalarının oğurlandığını aşkar etdiyi yerə baxış keçirmiş, həmin yer, yəni Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığında «Şamaxinka» adlanan istiqamətə doğru yolun kənarı olduğunu göstərmişdir. Həmin yeri göstərəkən fotoşəkillər çəkilmiş və bununla əlaqədar tərtib olunmuş protokola əlavə edilmiş, həmin protokola o da imza etmişdir. Həmin yer xx.xx.2019-cu il tarixdə X24 Qardaşovun idarə etdiyi avtomobildən düşüb gedərkən ona məxsus «Samsung 6A» markalı üstündə ***-***-**-** sim-kart nömrəsi olan mobil telefonu götürüb bir nəfər şəxsə zəng edib görüşüb qayıdağacmı bildirməklə həmin telefonu götürüb getdiyi yerdir. X16 hansı kafeyə aparmasını bilmir. Ona görə ki, o, hadisə vaxtı spirtli içki içdiyindən və yorğun olduğundan, həmçinin həmin vaxt hava qaranlıq olduğundan Məmməd Məmmədovla birlikdə olduğu həmin kafeni xatırlaya bilmədiyi üçün həmin yeri göstərə bilmir. Sonradan bilmişdir ki, təqsirləndirilən şəxsin ona vurduğu ümumi 6222 manat puldan 2500 manat və 1700 manatı təqsirləndirilən şəxsin atası Zakir Məmmədov tərəfindən müstəntiq Şahsuvar Əliyevə verilmişdir ki, ona versin, Şahsuvar Əliyev bu barədə protokol da tərtib edib, pulu qəbul etmişdir, lakin həmin pulu müstəntiq ona verməmişdir. Buna görə də vurulmuş 6222 manat puldan bu günə qədər ona heç bir məbləğ ödənilməmişdir. Lakin xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxsin atası Zakir Məmmədov vurulmuş ziyanın bir qismini, yəni 1000 manatı ona ödəmiş və təqsirləndirilən şəxs söz vermişdir ki, qalan ziyanı da ona ödəyəcəklər. Bu səbəbdən də ona vurulmuş ziyandan 1000 manat ödənilmişdir, 5222 manat ziyan isə hələ də ödənilməmişdir. Göstərilənlərə əsasən ziyanın qalan hissəsini tələb edir, təqsirləndirilən şəxsdən şikayəti yoxdur, onunla barışmışdır, cəzalanmasını istəmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ildən taksi fəaliyyəti ilə məşğul olur, özünü Rəşad adlı şəxs kimi, istintaq zamanı soyadı adı və ata adı X2 tanıdığı şəxsi təxminən 2019-cu ilin yanvar ayından tanıyır. Onunla heç bir düşmənçiliyi, qərəzçiliyi və ədavəti yoxdur. Adətən Nizami rayonu ərazisində «Qara Qarayev» və ya «Nefçilər» metrostansiyasının yaxınlığında idarə etdiyi «Kia-pride» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanıb sərnişin gözləyir. Həmin yerdə sərnişin gözləyərkən ona tez-tez taksi lazım olduğu üçün istifadə etdiyi ********* simkart mobil nömrəsini götürmüş və lazım olan zaman onunla əlaqə saxlayacağım bildirmişdir. X14 xx.xx.2019-cu il tarixdə axşam saatlarında hansısa nömrədən ona zəng etmiş və ona taksi lazım olduğunu bildirmişdir. Həmin vaxt onu Nizami rayonu “Qara Qarayev” metrostansiyasının yaxınlığından götürmüş və Məmməd ona avtomobilinə əyləşəndən sonra avtomobilinin yanacaq çəninə 15 manatlıq yanacaq tökəcəyini onu 2-3 saat avtomobildə gəzdirməyi xahiş etmiş, o da, etiraz etməmişdir. Əvvəl idarə etdiyi avtomobilin yanacaq çəninə Məmməd 15 manatlıq yanacaq tökmişdür. İlkin olaraq Nizami rayonu 8-ci km qəsəbəsi Naxçıvansi küçəsində yerləşən «Nazlı» şadlıq sarayına getməklərini bildirdiyindən həmin ünvana getmişdər. Orada keçirilən toy məclisindən sonradan adını Elnarə olduğunu bildiyi qadını götürmüş və özünü Rəşad kimi təqdim etmiş və istintaq zamanı adının Məmməd olduğunu bildiyi həmin şəxs onları Abşeron rayonu və ya Sumqaytı şəhəri ərazisində yerləşən Bakı-Quba yolunun kənarında yerləşən «Nizam» adlanan kafeyə aparmasını xahiş etmişdir. Həmin vaxt saat 22 radələri olmuşdur. Abşeron rayonu ərazisində Bakı- Quba yolu ilə hərəkət etdikdə Sumqayıt dairəsindən dönüb Bakı istiqamətinə hərəkət edəndə yolun kənarında yerləşən həmin kafeyə gəlmişlər. Maşını kafenin həyətində saxlamış, Məmməd və Elnarə maşından düşmüşlər. Məmməd ona onlar kafedə bir neçə saatlıq yemək yeyib söhbət edib qayıdacaqlar, onları gözləyini demişdir. Həmin vaxt saat 23 radələri olmuşdur. Təxminən 3 saat gözləyəndən sonra, yəni xx.xx.2019-cu il tarixdə saat 01:40 radələrində Məmməd və Elnarə kafedən birlikdə çıxıb avtomobilinə yaxınlaşmışlar və avtomobilə əyləşmişlər. Məmməd ona avtomobili Bakı şəhərinə sürməyi bildirmişdir. Bakı şəhərinə çatandan sonra Yasamal rayonu, “20 Yanvar” dairəsi istiqamətinə sürməyini bildirmişdir. O, idarə etdiyi avtomobillə Bakı şəhəri Yasamal rayonu Alatava adlanan yerdən keçəndən sonra “20 Yanvar” dairəsinə çatanda, Məmməd ona dönüb “20 Yanvar” metrostansiyasından «Şamaxinka» adlanan istiqamətdə yolun kənarında maşını saxlamağını bildirmişdir. Məmmədin dediyi kimi, “20 Yanvar” dairəsində dönüb “20 Yanvar” metrostansiyasının girişindən «Şamaxinka» adlanan istiqamətdə təxminən 60 metr hərəkət edəndən sonra Məmməd yolun sağ kənarında avtomobili saxlamışdır. Həmin vaxt saat 02:30 radələri olmuşdur. Bu zaman Məmməd maşından düşəndə Elnarənin telefonunu götürüb Elnarəyə və ona bir nəfərlə zəngləşib görüşüb geri qayıdacağını bildirərək gözləməyi xahiş etmişdir. Elnarə də ona məxsus «Samqunq A6» markalı mobil telefonunun Məmməd tərəfindən götürülməsinə və özü ilə aparmasına heç bir söz deməyərək etirazını bildirməmişdir. Həmin yerdə Elnarə ilə dayanıb Məmmədi təxminən 1 saatdan çox müddət ərzində gözləmişlər və Məmməd isə vədinə əməl etməyərək geri qayıtmamışdır. Bu zaman Elnarə əl çantasına baxmış və içərisində qızılzinət əşyalarının və digər Samsung mobil telefonun olmadığını və oğurlandığını bildirmişdir. O, istifadəsində olan ********* simkart nömrəsindən Məmmədin istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrinə zənglər etmiş, həmin vaxt hətta istifadəsində olan ********* simkart nömrəsi ilə xx.xx.2019-cu il tarixdə axşam saatlarında Məmmədin ona zəng etdiyi hal-hazırda xatırlamadığı simkart nömrəsinə, Elnarənin hal-hazırda xatırlamadığı simkart nömrələrinə zənglər etmiş, lakin telefonlar bağlı olduğundan həmin nömrələrə də zəng çatmamışdır. Bundan sonra idarə etdiyi taksi avtomobili ilə Elnarəni Nərimanov rayonu ərazisində «Delux» otelinin yaxınlığında yerləşən yaşadığı ünvana aparmışdır. İlkin ifadəsində Rəşadı, yəni Məmmədov Məmmədi xx.xx.2019-cu il tarixdən tanımağını düzgün göstərməmiş, onu 2019-cu ilin yanvar ayından tanıyır. İstintaq zamanı «Rəşad» adı ilə tanıdığı həmin şəxsin fotoşəkili ona oxşar üç nəfər tanımadığı şəxslərin fotoşəkilləri arasında tanımaya təqdim edilmiş, onu tanıyaraq göstərmişdir. Həmin istintaq hərəkətindən sonra ona məlum olmuşdur ki, özünü ona «Rəşad» adı ilə təqdim edən şəxs, X9r. O, X17 Vahabovaya qarşı törətdiyi cinayətdə iştirak etməmiş, həmçinin onun digər cinayətlər törətməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, X14 onun oğludur. Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsində nömrəsiz evdə ailəliklə yaşayırlar. Öz adına «Azərcell» mobil operatoruna aid ********* və ********* simkart nömrələri olmuşdur. Həmin nömrələri də oğlu X11 hədiyyə etmişdir. 2019-cu ilin əvvəllərindən sonuna kimi həmin simkart mobil telefon nömrələri X20 istifadəsində olmuşdur. X20 həmin oğurluq törətməsindən onun xəbəri və məlumatı olmamışdır. Məmməd yaşadıqları evə heç bir qızıl-zinət əşyası və «Samsunq A6» və «Samsung» markalı mobil telefonları, pul kisəsi gətirməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin M.Z.Məmmədov tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4 və 178.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və X3 arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən M.Məmmədov Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 29 gün vaxtından əvvəl şərti azad olunub. Bununla da M.Məmmədov məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla da residivə görə cəzanın aşağı həddi nəzərdə tutulmuşdur, yuxarı həddi nəzərdə tutulmamışdır. CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan müstəntiq Yasamal RPİ İŞ-nin müstəntiqi Şahsüvar Əliyevin tərtib etdiyi “dəymiş maddi ziyanın könüllü ödənilməsi barədə” xx.xx.2020-ci il tarixli Protokola əsasən təqsirləndirilən şəxs X4 atası Zakir Məmmədov zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyandan 2500 manatı ödənilməsi üçün istintaqa təqdim etmişdir. Zakir Məmmədovun təqdim etdiyi 2500 manatı zərərçəkmiş şəxsə ödənilməsi məqsədilə müstəntiq həmin protokol üzrə götürmüşdür. Protokolu müstəntiq Şahsüvar Əliyev və Zakir Məmmədov imzalamışlar. Lakin məhkəmədə müəyyən edildi ki, həmin 2500 manat pul müstəntiq tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs verilməmişdir. İş materiallarına həmin pulun aqibəti barədə hər hansı bir sənəd əlavə edilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən ona vurulmuş ziyandan 1000 manatı həmin gün təqsirləndirilən şəxsin atası Zakir Məmmədov tərəfindən ona ödənilmişdir. İş materiallarında olan Bakı şəhər Səhiyyə İdarəsi 14 saylıBirləşmiş Şəhər Xəstəxanasının xx.xx.2020-ci il tarixli arayışına əsasən X4 xx.xx.2020-ci il tarixdə oğlu anadan olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyi QİCS-lə Mübarizə X1 ixtisaslaşdırılmış müalicəyə göndərilir. İş materiallarında Ak. Topçubaşov adına Elmi Cərahiyyə və Mərkəzi Yoğun və X15 Cərahiyyə Şöbəsinin xx.xx.2018-ci il tarixli Ekiprizinə əsasən X5 xx.xx.2018-ci ildə “perianal nahiyyənin itiuclu kandilomalarının ləğvi” əməliyyatı icra edilmişdir. QİCS mərkəzində müalicə olunması və dəri-zöhrəvi həkiminin nəzarəti altında olması tövsiyyə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayətinin olmamasını, təqsirləndirilən şəxsin ailəli olmasını, yeni anadan olmuş uşağının olmasını, yuxarıda qeyd edilən xəstəliyinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatət rədd edilmiş, həbsdən dərhal azad edilmiş, onun barəsində xx.xx.2020-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Yasamal rayon prokurorunun xx.xx.2020-ci il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbirinin uzadılması barədə müstəntiqin vəsatəti üzrə məhkəməyə təqdimat verilməsindən imtina edilmiş və onun barəsində “ev dustaqlığının” bitdiyi xx.xx.2020-ci il tarixdən etibarən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 03 ay 13 gün həbsdə və ev dustağlığında qalmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə M.Məmmədov barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. M.Məmmədov xx.xx.2020-ci il tarixdə tutulmuş və hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış «xxxx» MMC-dən Yasamal RPİ-nin İŞ-nə daxil olmuş 01 ədəd «CD» disk elektron maqnit daşıyıcısı cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə X11 qəti olaraq 03 il (üç il) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. M.Məmmədovun həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 13 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 08 ay 17 gün (iki il səkkiz ay on yeddi gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd «CD» disk elektron maqnit daşıyıcısı cinayət işinin materiallarında saxlanılsın. X11 ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X6 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. X11 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-29/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-29/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver