Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-29/2022 05.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil X20, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, İmişli şəhəri, K.Qasımov küçəsi, ev 38-də ünvanında qediyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 sosial yardım düzəldilməsi üçün müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya sosial yardım düzəldəcəyinə bildirib əslində Zərərçəkmiş şəxs4 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 10 aprel 2019-cu il tarixdə Nəsimi rayonu, 3-cü mikrorayonda yerləşən kafedə 500 manat, 2019-cu ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında 500 manat, 2019-cu ilin may ayında yenidən Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında 300 manat və 2019-cu ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında 300 manat olmaqla Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 1600 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs5 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, T.Təmrazovun sosial yardım düzəldilməsi üçün müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya sosial yardım düzəldəcəyinə bildirib əslində Zərərçəkmiş şəxs5 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında 2019-cu ilin iyun ayında sonuncunun Zərərçəkmiş şəxs4 vasitəsilə göndərdiyi 500 manat, 2019-cu ilin iyul ayında 420 manat, 2019-cu ilin avqust ayında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində Zərərçəkmiş şəxs5 özündən 500 manat və 2019-cu ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən “Nəsrəddin Tusi” adına klinikanın yaxınlığında 300 manat olmaqla Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 1720 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “Facebook” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 təqaüd düzəldilməsi üçün müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya övladını təkbaşına böyüdən ana olduğuna görə təqaüd, həmçinin sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş sosial evlərdən güzəştli şərtlərlə mənzil almaqda köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs3 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsində yerləşən “Beşmrətəbə” adlanan ərazidə 320 manat, 29 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Fizuli küçəsində yerləşən “Beşmrətəbə” adlanan ərazidə 500 manat, 2020-ci ilin yanvar ayının otalarında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən adsız kafedə 500 manat, 2020-ci ilin fevral ayında ünvan 1 ünvanda 300 manat, 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, X31 küçəsi 157 ünvanda yerlşən “Asan Xidmət”in inzibati binasının qarşısında 500 manat, 26 may 2020-ci il tarixdə ünvan 3 ünvanda istintaqa məlum olmayan taksi sürücüsü vasitəsi ilə göndərdiyi 100 manat və 08 iyun 2020-ci il tarixdə ünvan 1 ünvanda Zərərçəkmiş şəxs3 özündən 100 manat olmaqla Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 2320 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs6 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs6 sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş sosial evlərdən güzəştli şərtlərlə mənzil almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş sosial evlərdən güzəştli şərtlərlə mənzil almaqda köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs6 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə tanışı X13 adına olmaqla öz istifadəsində olmuş 4169 7414 1044 6148 nömrəli Kapital bank ASC-də açılmış hesab kartına Zərərçəkmiş şəxs6 tapşırığı ilə sonuncunun qızı Səkinə Məmmədovanın yaşadıqları ünvan 4 ünvanında 06 aprel 2020-ci il tarixdə saat 10:33 radələrində "xxxx" ASC-də olan bank hesabından mobil tətbiq vəsitəsi ilə köçürdüyü 1200 manat pulu həmin tarixdə İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti162 ünvanında yerləşən "xxxx" ASCyə məxsus bankomatdan, eyni qaydada yaşadıqları evdə 08 aprel 2020-ci il tarixdə saat 14:03 radələrində həmin hesaba köçürdüyü 800 manat pulu həmin tarixdə İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan, oğlu Mircavid Miriyevin adına olmaqla öz istifadəsində olmuş 4169 7414 9345 5248 nömrəli Kapital bank ASC-də açılmış hesab kartına Zərərçəkmiş şəxs6 tapşırığı ilə sonuncunun arvadı X6 14 aprel 2020-ci il tarixdə saat 11:10:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "xxxx" ASC-nin Qara Qarayev filialında quraşdırılmış avtomatlaşdırılmış ödəmə terminalından köçürdüyü 750 manat pulu həmin tarixdə İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti162 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan, eyni qaydada 28 aprel 2020-ci il tarixdə saat 11:01:24 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "xxxx" ASC-nin Qara Qarayev filialında quraşdırılmış avtomatlaşdırılmış ödəmə terminalından həmin hesaba köçürdüyü 750 manat pulu həmin tarixdə İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan, həmin hesab kartına Zərərçəkmiş şəxs6 tapşırığı ilə sonuncunun qızı S.Məmmədovanın yaşadıqları ünvan 4 ünvanında 09 may 2020-ci il tarixdə saat 15:45 radələrində "xxxx" ASC-də olan bank hesabından mobil tətbiq vəsitəsi ilə köçürdüyü 500 manat pulu həmin tarixdə İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən "xxxx" ASCyə məxsus bankomatdan, həmin hesab kartına Səkinə Məmmədovanın yaşadıqları evdən eyni qaydada 18 may 2020-ci il tarixdə saat 11:34 radələrində köçürdüyü 500 manat pulu həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 71 ünavnında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan, 25 may 2020-ci il tarixdə ünvan 5 ünvanda yerləşən Fikrət Əmirov adına musiqi məkətbinin qarşısında nəğd şəkildə 500 manat pulu Zərərçəkmiş şəxs6 özündən və oğlu Təqsirləndirilən şəxs adına olmaqla öz istifadəsində olmuş 4169 7414 9345 5248 nömrəli Kapital bank ASC-də açılmış hesab kartına Zərərçəkmiş şəxs6 tapşırığı ilə sonuncunun arvadı M.Məmmədovanın ünvan 6 ünvanında quraşdırılmış “Milliön” avtomatlaşıdırılmış ödəmə terminalından 27 may 2020-ci il tarixdə saat 21:09 radələrində köçürdüyü 500 manat pulu həmin tarixdə İmişli rayonu, İmişli şəhəri, H.Əliyev prospekti 162 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan çıxarıb nağdlaşdırmaqla Zərərçəkmiş şəxs6 məxsus cəmi 5500 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X12 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs8 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs8 sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş sosial evlərdən güzəştli şərtlərlə mənzil almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş sosial evlərdən güzəştli şərtlərlə mənzil almaqda köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs8 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 03 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən körpünün yaxınlığında 2000 manat, 06 noyabr 2020-ci il tarixdə həmin ünvanda 900 manat və 13 noyabr 2020-ci il tarixdə həmin ünvanda 350 manat olmaqla Zərərçəkmiş şəxs8 məxsus ümumilikdə 3250 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X12 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs7 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs7 aylıq uşaq pulu müavinətinin düzəldilməsi və sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş sosial evlərdən güzəştli şərtlərlə mənzil almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs7 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Lombard” mağazasının qarşısında 500 manat və 2020-ci ilin noyabr ayının sonlarında həmin ünvanda 1500 manat olmaqla Zərərçəkmiş şəxs7 məxsus ümumilikdə 2000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 özü və tanışları üçün sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş sosial evlərdən güzəştli şərtlərlə mənzil almaqda, həmçinin arvadı X16 əlilliyə görə pensiya düzəldilməsində köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun Gəncə şəhərindən Bakı şəhərinə şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə 2020-ci ilin noyabr ayının ortalarında göndərdiyi 3500 manat, üç-dörd gün sonra 2020-ci ilin noyabr ayının ortalarında göndərdiyi 1800 manat, 2020-ci ilin noyabr ayının sonlarında göndərdiyi 2500 manat, 2021-ci ilin yanvar ayının əvvəllərində göndərdiyi 11550 manat, 2021-ci ilin yanvar ayının sonlarında göndərdiyi 7500 manat, bir neçə gün sonra 2021-ci ilin yanvar ayının sonlarında göndərdiyi 5000 manat və 2021-ci ilin fevral ayının əvvəllərində göndərdiyi 7150 manatı Bakı şəhəri, Binəqədi rayonu, Bakı- Sumqayıt şossesində yerləşən Bakı X3rşısında, 18 fevral 2021-ci tarixdə ünvan 7 ünvanında yerləşən “Bazar Store” ticarət mərkəzinin qarşısında şəxsən özündən 1250 manat olmaqla Zərərçəkmiş şəxs2 məxsus cəmi 40250 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 aldığı sosial yardımın miqdarının artırılması, həmçinin sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş sosial evlərdən güzəştli şərtlərlə mənzil almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 24 dekabr 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Müslüm Maqomayev küçəsi, 32 nömrəli evdə Zərərçəkmiş şəxs1 məxsus 1500 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda yaşamış və heç bir yerdə işləməmişdir. Evlidir və əvvəllər dələduzluq cinayətləri törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Zərərçəkmiş şəxs4 ilə “Fasebook” sosial şəbəkəsində tanış olmuşdur. Tanış olduqdan sonra Güllərə sosial yardım kartının düşdüyünü deyib yalandan ona sosial yardım kartını almaqda köməklik edəcəyini bildirib ona yalandan demişdir ki, bu işin həlli üçün Sosial Müdafiə Nazirliyində işləyən tanışlarına müraciət edəcək. Zərərçəkmiş şəxs4 ilə görüşüb bu məsələ ilə bağlı razılığa gəlmişdir. 10 aprel 2019-cu il tarixdə Nəsimi rayonu, 3-cü mikrorayonda yerləşən kafedə Güllərə sosial kart düzəltmək üçün 500 manat lazım olduğunu deyəndə Güllər ona birinci dəfə həmin ünvanda 500 manat vermişdir. 2019-cu ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında Güllərdən 500 manat, 2019-cu ilin may ayında yenidən sosial kart düzəltmək adı ilə Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında 300 manat və sonuncu dəfə 2019-cu ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında 300 manat pul almışdır. Pulları öz ehtiyaclarına xərcləmiş və onun Güllərə sosial yardım kartı düzəltmək niyyəti olmamışdır.Bundan başqa 2019-cu ildə Güllər onu tanışı Zərərçəkmiş şəxs5 ilə də tanış edib ondan Mahirə də sosial yardım kartını düzəltməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5la görüşüb bu barədə onunla söhbət etdikdən sonra Mahir onunla razılaşmış və müyyən qədər pulun müqabilində Sosial müdafiə Nazirliyində işləyən tanışlarının vasitəsilə ona da sosial yardım kartı düzəldəcəyinə söz vermişdir. Güllərə və nədə ki, Mahirə o, özünü vəzifəli şəxs kimi təqdim etməmiş, həmçinin onlara Sosial Müdafiə Nazirliyində tanışlarının olması barədə dedikləri də yalan imiş və onun məqsədi onları aldatmaq olduğundan belə danışmışdır. Mahirdən ilk dəfə Bakı şəhəri,Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında 2019-cu ilin iyun aynda 500 manat almışdır. Daha sonra isə 2019-cu ilin iyul ayında Zərərçəkmiş şəxs4 vasitəsilə Mahirin ona vermiş olduğu 420 manat pulu Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında, 2019-cu ilin avqust ayında yenidən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində 500 manat və sonuncu dəfə 2019-cu ilin avqust ayında Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən “Tusi” adına klinikanın yaxınlığında 300 manat pulu Mahirin özündən almışdır. Mahirə vəd etdiyi işi həll etməyib ondan almış olduğu pulları öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs3 o, cəmi 2300 manat almışdır. Aypara ilə də “Facebook” sosial şəbəkəsində tanış olmuş və tanışlıqdan sonra Ayparaya sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş “Sosial Mənzillərdən” mənzil almaqda və sosial yardım almaq üçün köməklik edəcəyini deyib buna görə pul lazım olduğunu bildirmiş və 2019-cu ildə Ayparadan bu işlər üçün 2300 manat almış və daha sonra isə Ayparadan aldğı pulun bir hissəsini o, Ayparaya qaytarmış və Ayparaya onun 400 manat borcu qalmışdır. X1 tanışıdır onu Aypara Məhbubə ilə tanış etmişdir. Məhbubə ilə tanış olmaqda məqsədi Məhbubəyə də da Bakı şəhərində inşa edilmiş sosial mənzil almaqda köməklik etmək olmuşdur. Buna görə də X8 Məmmədovanın özünə aid “Rabitə” bank hesabından 06 aprel 2020-ci il tarixdə "xxxx" ASC-də olan 4169 7414 1044 6148 nömrəli kart hesabına köçürdüyü 1200 manat pulu, Səkinənin 08 aprel 2020-ci il tarixdə "xxxx" ASC-də olan 4169 7414 1044 6148 nömrəli kart hesabına köçürdüyü 800 manat pulu qəbul etmişdir."xxxx" ASC-də aid olan 4169 7414 1044 6148 nömrəli kart hesabı həmin dövrdə tanış oldğu Turanə Məmmədova adlı qadına məxsus olmuş, o, Turanədən sadəcə xahiş etmişdir ki, onun kartına pul köçürüləcək və həmin məbləğdə pulları ona verər və Turanə Məmmədova da buna razılıq vermişdir. Turanə Məmmədovanın istifadəsində mobil telefon olmayıb və Turanənin hal hazırda harada olmasından onun xəbəri yoxdur.Turanənin bu işdə heç bir marağı yoxdur və Turanəni zərərçəkənlərdən heç kimi tanımır. 14 aprel 2020-ci il tarixdə Məhbubənin göndərdiyi 750 manat pulu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Kapital” bankın filialındakı ödəmə terminalından və Məhbubənin 28 aprel 2020-ci il tarixdə yenidən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Kapital” bankın filialından ödəmə terminalından göndərdiyi 750 manat pulu, Səkinə Məmmədovanın özünə aid bank hesabından 09 may 2020-ci il tarixdə onun oğlu Mircavidin "xxxx" ASC-də olan 4169 7414 9345 5248 nömrəli kart hesabına köçürdüyü 500 manat pulu, Səkinə Məmmədovanın özünə aid bank hesabından 18 may 2020-ci il tarixdə onun oğlu Mircavidin "xxxx" ASC-də olan 4169 7414 9345 5248 nömrəli kart hesabına köçürdüyü 500 manat pulu “Kapital Bankdan” qəbul etmişdir. Daha sonra Məhbubə Məmmədovanın əri Zərərçəkmiş şəxs6 vasitəsi ilə ona göndərmiş olduğu 500 manat pulu 25 may 2020-ci il tarixdə Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən musiqi məkətbinin qarşında Zərərçəkmiş şəxs6 almışdır. Sonuncu dəfə Məhbubə Məmmədovanın 27 may 2020-ci il tarixdə “Milliön” elektron ödəmə terminalı vasitəsi ilə onun oğlu Mircavidin "xxxx" ASC-də olan 4169 7414 9345 5248 nömrəli kart hesabına köçürdüyü 500 manat pulu “Kapital Bankdan” almışdır. 2020-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 ilə onu Gülbəniz Hacıyeva tanış etmişdir. X14 həyat yldaşı kimi tanımışdır. Zərərçəkmiş şəxs1 o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ərizələrin qəbulu şöbəsində inspektor vəzifəsində işlədiyini və onun aldığı sosial yardımı 344 manata qədər artırmaq imkanının olduğunu bildirib Arzuya bildirmişdir ki, sosial yardımın artırılması üçün 1000 manat lazımdır. Sonunda Arzu ilə bu işin həllinə görə 500 manata razılaşmışdır. Sonra Arzuya güzəştli ipoteka şərtləri ilə az təminatlı ailələr üçün sosial lahiyə çərçivəsində Bakı şəhərində inşa edilmiş “Sosial Mənzillərdən” mənzil almaqda da köməklik edə biləcəyini demişdir. Arzu ona sosial evlərdən 3 otaqlı mənzil almaq istədiyini dedikdə Arzuya 3000 manat pulun müqabilində Yasamal rayonu Qanlı göy ərazisində tikilən sosial evlərdən təmirli 3 otaqlı mənzilin onun üçün təşkil edə biləcəyini, 4000 manat pulun müqabilində isə 3 otaqlı mənzilin təmiri ilə yanaşı içərisinin mebellərini də hazır vəziyyətdə onun adına ala biləcəyini demişdir. 24 dekabr 2020-ci il tarixdə Masazır qəsəbəsində ki, Arzu anasının evində ona 1500 manat pul vermişdir. Pulu aldıqdan sonra Arzuya verdiyi vədi yerinə yetirməmiş və 1500 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs8 sosial ev alacağına köməklik edəcəyinə söz verib 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında Zərərçəkmiş şəxs8 3250 manat almışdır.Həmçinin Zərərçəkmiş şəxs7 aylıq uşaq pulu məvacibinin verilməsinə və sosial ev alacağına dair yalan vədlər verərək ondan 2020-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Lombard” mağazasının qarşısında ümumilikdə 2000 manat pulunu almışdır. Gülbəniz Hacıyeva 2020-ci ilin noyabr ayında onu Gəncə şəhərindən olan Zərərçəkmiş şəxs2la tanış etmişdir. 19 noyabr 2020 -ci il tarixdə Anar onunla telefon əlaqəsi yaratdıqda o, Anara 3 otaqlı evin təşkil edilməsi üçün 3500 manat pul lazım olduğunu demişdir. 3-4 gündən sonra 3500 manat pulu Anar ona Gəncə şəhərindən Bakı şəhərinə taksi ilə Biləcəri qəsəbəsində yerləşən Beynəlxalq avtovağzala göndərmiş və o, sürücüdən Anarın ona göndərdiyi 3500 manat pulu götürmüşdür. Bir müddət sonra Anara zəng edərək 5 otaqlı evin olduğunu, bunun üçün əlavə 1800 manat pul lazım olacağını demişdir. Anar onunla razılaşaraq pulu eyni qaydada taksi ilə Bakı şəhərinə avtovağzala göndərmişdir. Sonra sosial evlərdən guya Anara veriləcək 5 otaqlı evə bitişik 2 otaqlı evin olduğunu və həmin evi də Anara verilməsinin təmin edilməsi üçün 2500 manat pul lazım olduğunu Anara demişdir. Eyni qaydada 2500 manat pulu 2020-ci ilin noyabr ayının sonlarında Anar ona göndərmiş və o, pulu “Bakı Beynəlxalq” avtovağzalında taksi sürücüsündən aldığını Anara zəng edib demişdir. Anardan pulları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən şöbə müdrinə vermək adı ilə yalandan almışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində sosial mənzillərə görə 5750 manat, 4000 manat və sənədləşmə işlərinə görə əlavə olaraq 1800 manat pulu Anarın Bakı şəhərinə Gəncədən Bakı Beynəlxalq avtovağzalına göndərdiyi sürücüdən almışdır. 2020-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs2 Gəncə şəhərindən Bakı şəhərinə taksi sürücüsü ilə göndərmiş olduğu 2500 pulu Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksində” almışdır. 2021-ci ilin yanvar ayında Anarı yalandan Bakıya çağırmış, guya ona evləri təqdim etməli idi və bu adla Anarı çağırmışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs2 Gəncə şəhərindən taksi sürücüsü ilə göndərmiş olduğu 11550 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksində”, 2021-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs2 Gəncə şəhərindən taksi sürücüsü ilə göndərmiş olduğu 7500 manat pulu, 2021-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs2 Gəncə şəhərindən taksi sürücüsü ilə göndərmiş olduğu 5000 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksində” almışdır. Bütün bu pulları Anardan o, ona Bakı şəhərində tikilən sosial evlərin alınmasına görə almşdır. Anarın həyat yoldaşına pensiya düzəltmək adı ilə isə Gəncədən taksi sürücüsü ilə göndərmiş olduğu 7150 manat pulu da Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şossesində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleksində” almışdır. Sonuncu dəfə isə Anarın həyat yoldaşının pensiya işi ilə bağlı Anarın özündən 1250 manat pulu 18 fevral 2021-ci tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Bazar Store” ticarət mərkəzinin qarşısında almışdır. Bununla da o, Anardan ümumilikdə 40250 manat almışdır. Verdiyi vədə əməl etməyib Anarı da aldatmış və pulunu xərcləmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin birinə dəymiş ziyan üzrə qismən ödəniş etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır.2012-ci ildə əri ilə boşandıqdan sonra iki övladı ilə tək yaşayır, onun həm maddi, həm də mənəvi problemləri mövcuddur. 2019-cu ilin dekabr ayında özünü Təqsirləndirilən şəxs adı ilə və Sosial Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs “Fasebook” səhifəsində ona dostluq atmış və o da, həmin şəxsin dostluğunu qəbul etmişdir. Sonradan onların arasında olan yazışma zaman Təqsirləndirilən şəxs onun tək ana olduğunu bildikdə ona buna görə təqaüd kartının düşdüyünü və onun adına kart açılması üçün 320 manat tələb olunduğunu dedikdə o, Təqsirləndirilən şəxs inanmış və 25 dekabr 2019-cu il tarixdə Mirağa ilə Yasamal rayonu, “Beş” mərtəbə adlanan yerdə görüşərək Mirağanın tələb etdiyi 320 manat pulu Mirağaya vermiş və Mirağa ona 5-8 ay müddətində kartının düzələcəyinə vəd vermişdir. Bundan bir-iki gün sonra Mirağadan ona sosial evlərdən düşüb-düşmədiyini soruşduqda Mirağa ona təsdiqedici cavab vermiş, lakin Süleyman adlı şöbə rəisinə onun 500 manat pulu əvvəlcədən ödəməli olduğunu bildirmişdir. Buna görə də o, 29 dekabr 2019-cu il tarixdə yenidən Mirağa ilə “Beş mərtəbə” adlanan yerdə görüşüb Mirağanın tələb etdiyi məbləği Mirağaya vermişdir. Təxminən 15 gün sonra Mirağa ona Masazırda təklif olunan mənzilə baxmağı təklif edib eyni zamanda Cəbi adlı digər şöbə müdirinə çatdırması üçün özü ilə 500 manat da götürməsini təklif etmişdir. O, 2020-ci ilin yanvar ayının ortalarına yaxın Mirağa ilə Masazır qəsəbəsində görüşmüş və Mirağa ilə adını unutduğu kafedə nahar edərkən Mirağaya telefon zəngi gəlmiş və guya Mirağaya telefonda Masazır qəsəbəsində təklif olunan sosial mənizllərin jurnalistlərə verilməsi barədə sərəncamın çıxmasını söyləmişdilər. Bundan sonra Mirağa ona “Gənclik” metrosu ilə İnqilab küçəsinin aralığında sosial evlərin tikilməsini bildirib ona oradan mənzil verdirəcəyini vəd vermiş ondan özü ilə gətirdiyi 500 manatı almışdır. Fevral ayının əvvəllərində Mirağa onunla əlaqə saxlayıb guya yalnız 35 yaşa çatmayan tək analara sosial evlərin verilməsini, onun yaşının çox olmasına görə 17 yaşlı oğlunun ona zamin dayanacağı təqdirdə ona mənzil təşkil edəcəyini vəd etmiş, buna görə onun 500 manat da ödəməli olduğunu demişdir. Buna görə də o, həmin vaxtlarda Mirağa ilə Yasamal rayonundakı “Asan-3”ün inzibati binasının qarşısında görüşüb Mirağaya 500 manat da vermişdir. Daha sonra fevral ayında Mirağa ona sosial kartın verilməsini tezləşdirməsini deyib onun yaşadığı evin qarşısında 300 manat götürmüşdür. 26 may 2020-ci il tarixdə Mirağa karta görə guya 100 manatı Amil adlı taksi sürücüsündən aldığını ona bildirib Amil adlı şəxsi onun yaşadığı evin həyətinə göndərəcəyini demişdir. Amil onun yaşadığı binanın qarşısına “Mercedes” markalı **-GX-*** dövlət nömrə nişanlı avtomobillə gələrək istifadəsində olan 051 *** ** ** və 070 *** ** ** telefon nömrələrindən onu yığdıqdan sonra o,küçəyə çıxıb 100 manat pulu Amilə vermişdir. Sonuncu dəfə o, 100 manat pulu 08 iyun 2020-ci il tarixdə yaşadığı Ə.Cəmil küçəsi, ev 65 ünvanında yerləşən binanın qarşısında Mirağaya vermişdir. Mirağa ümumilikdə ondan 2320 manat pul almışdır. Lakin sonradan Mirağa ona evə köçməsi barədə müxtəlif tarixləri vəd edib hər dəfə onu aldatmış, həmçinin Mirağa barəsində maralandıqda Mirağanın barəsində İmişli rayonunda cinayət işnin başlanmasını öyrənmiş və bundan sonra Mirağadan şikayət etmək qərarına gəlmişdir və hazırkı dövrdədə ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Mirağa adlı şəxsi o, 2019-cu ilin martaylarında sosial şəbəkədə tanımışdır. Tanışlıq zamanı Mirağa ona Əmək və Əhalinin sosial müdafiə Nazirliyində çalışdığını bildirmişdir. Mirağa yazışmalarında ona bildirmişdir ki, bir çox tanışlarına işlədiyi sahədə kömək etmiş və onlara kart da düzəltmişdir. Mirağa ona da kart düzəltməsini təklif edib həmin kartla onun da 200 manat sosial yardım ala biləcəyini demişdir. Mirağa buna görə 1000 manat pul lazım olacağını ona dedikdə Mirağa ilə razılaşmış və 10.04.2019-cu il tarixdə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən kafedə Mirağaya 500 manat, həmin ilin aprel ayının ortalarında isə Miarağa 500 manatı Yasamal rayonu, İnşaatçılar metrostansiyasının çıxışının yaxınlığında vermişdir. Müəyyən vaxtdan sonra o, bu barədə tanışı Mahirə Mirağa adlı şəxsin olduğunu və həmin şəxsin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində çalışdığını, sosial yardım yardım təşkil edə biləcəyini demişdir. Mahir özünə sosial yardım düzəltmək istədiyini ona bildirmiş və Mahir 2019-cu ilin may ayının əvvəllərində Mirağaya verilməsi üçün ona 500 manat verdiyi pulu o, da Mirağaya vermişdir. 2019-cu ilin may ayında Mirağa sosial kartın düzəlməsi üçün ondan əlavə olaraq 300 manat pul istəmiş və həmin məbləğdə pulu o, Mirağa ilə İnşaatçılar metrosunun yaxınlığında görüşüb Mirağaya vermişdir. 2019-cu ilin iyun ayında Mirağa ona zəng edərək ondan Mahirin kartı üçün 500 manat istədikdə o, bu barədə Mahirə bildirmiş və Mahir İnşaatçılar metrosunun çıxışının yaxınlığında 420 manatı ona, onun özü isə həmin pulu elə orada Mirağaya vermişdir. Mahirdən pulu alıb Mirağaya verən zaman Mahirin özü də bunu görmüş və Mahir həmin vaxt kənardan müşahidə etmişdir. 2019-cu ilin iyun ayında ona məlum olmuşdur ki, Mirağa Mahirin yaşadığı evə gedib Mahirdən əlavə olaraq 800 manat da alıb. 2019-cu ilin may ayının sonlarından Mirağa ondan əlavə olaraq İnşaatçıları metrosunun çıxışında 300 manat da almışdır. Mirağa ondan hər dəfə pul alan zaman sənəd almağa pul lazım olduğunu demişdir. Bundan müəyyən vaxt keçdikdən sonra Mirağa Mahirin və onun telefon zənglərinə cavab verməmişdir və telefon zənglərinə cavab verdikdə isə müxtəlif bəhanələr gətirmişdir. Mirağa bir neçə dəfə onun və Mahirin yaşadığı ünvana **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Mirağa bununla da onun 1600 manat, Mahirin isə 1720 manat pulunu ələ keçirmişdir. Ərizəsində Mirağanın ondan 2520 manat almasını göstərməsinin səbəbi onun Mahirdən almış olduğu pulu da hesablaması olmuşdur. Ona məxsus olan pulun məbləği 1600 manat təşkil edir və hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır.Məhbubə Məmmədova onun arvadı, Səkinə Məmmədova isə qızıdır. 2020-ci ilin mart ayında həyat yoldaşı Məhbubənin rəfiqəsi Aypara Məhbubəyə özünü Təqsirləndirilən şəxs kimi və Sosial Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxslə “Facebook” sosial şəbəkəsində tanış olduğunu, Mirağanın ona tək ana olduğu üçün həm təqaüd kartını, sosial binalarda verilən mənzillərdən də ona düzəldəcəyini dedikdə Məhbubə Ayparaya sosial binalardan mənzil almaq istədiyini demiş və Mirağaya zəng edib bu barədə danışmaq üçün X19 istifadəsində olan mobil telefon nömrəsini almışdır. Məhbubə onunla məsləhətləşdikdən sonra o, sosial mənilzin alınmasına və buna görə də Mirağaya telefon zəngi edib onunla danışmağına Məhbubəyə etiraz etməyib razılıq verdikdən sonra Məhbubə Mirağa ilə telefonla danışmış və Mirağaya telefon nömrəsini Ayparadan aldığını və Ayparının rəfiqəsi olduğunu bildirib onunla sosial mənzillər barədə maraqlandığını və almaq istədiyini demişdir. Mirağaya Məhbubə onun xərçəng xəstəsi olduğunu, qızı Səkinə Məmmədovanın tək ana olduğunu, onun və özünün qızı Səkinənin himayəsində olduqlarını deyib Mirağadan onlara sosial mənzil düşüb düşmədiyini soruşduqda Mirağa Məhbubəyə onların qanunları bilmədiklərini və əlbətdə onlara sosial evlərdən mənzil düşdüyünü əminliklə demiş və Məhbubəni inandırmışdır. Söhbət zamanı Mirağa sosial mənzil alınması üçün Vüqar və Cəbi adında olan şöbə müdirlərinə 1200 manat verməli olduqlarını təklif etmiş və razı olduqları halda bu barədə ona xəbər verməyi Məhbubəyə bildirmişdir. Məhbubə onunla məsləhətləşmiş və o, razı olduğunu və buna görə maddi dəstək olacağını dedikdən sonra Məhbubə və o, Mirağa ilə telefon əlaqəsi yaradıb onunla danışmışlar və o, Mirağaya buna razı olduğunu dedikdən sonra Mirağa öz oğlu Mircavid Miriyevin adına olan “Kapital” banka aid hesab kartını Məhbubənin istifadəsində olan “Whatsapp” proqramına göndərəcəyini və həmin hesaba 1200 manat pul köçürməsini və həmin məbləğdə pulu İmişli rayonunda yerləşən “Kapital” bankın filialından qəbul edəcəyini demişdir.Daha sonra Mirağa Məhbubənin istifadəsində olan “Whatsapp” proqramına üzərində Mircavid Miriyev yazılmış **********455248 və 4169 7414 1044 6148 nömrəli hesab kartlarını göndərmişdir. O, razılıq vermiş və qızı X24 ilə danışdıqlarını və həmin hesablara pulu köçürməsini dedikdən sonra qızı Səkinə Məmmədova "xxxx" ASC-də olan hesabından mobil bank tətbiqi vasitəsilə 06 aprel 2020-ci il tarixdə Mirağanın verdiyi "xxxx" ASC-də olan 4169 7414 1044 6148 nömrəli kart hesabına 1200 manat pul köçürtmüş və Mirağa Məhbubə ilə əlaqə saxlayıb İmişli rayonunda yerləşən "xxxx" filialından pulu qəbul etdiyini demişdir. İki gün sonra Mirağa Məhbubə ilə telefon əlaqəsi saxlayıb 800 manata 2 otaqlı mənzilin 3 otaqlı məznilə dəyişməyin mümkün olduğunu Məhbubəyə və ona dedikdən sonra qızı Səkinə Məmmədova "xxxx" ASC-də olan hesabından mobil bank tətbiqi vasitəsilə 08 aprel 2020ci il tarixdə Mirağanın verdiyi "xxxx" ASC-də olan 4169 7414 1044 6148 nömrəli kart hesabına 800 manat köçürtmüş və 800 manat pulu həmin tarixdə Mirağa İmişli rayonunda yerləşən "xxxx" ACS-yə məxsus filialdan qəbul etdiyini demişdir. Bundan sonra əlavə olaraq 14 aprel 2020-ci il tarixdə Məhbubə 750 manat pulu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Kapital” bankın filialındakı ödəmə terminalından və 28 aprel 2020-ci il tarixdə 750 manat pulu yenidən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Kapital” bankın filialındakı ödəmə terminalından Mirağanın oğlu Mircavid Miriyevin kart hesabına göndərmiş və Mirağa pulları İmişli rayonunda qəbul etdiyini Məhbubəyə demişdir. 09 may 2020-ci il tarixdə Mirağa Məhbubəyə zəng edərək mənzil növbələrinin bu ilin oktyabr ayında çatacağını, amma həmin binanın digər blokunun 2-ci mərtəbəsində mənzil alacaq şəhid ailəsinin 1000 manat pulun müqabilində özlərinin mənzil növbələrini dəyişmələrinə razı olduqlarını Məhbubəyə dedikdə Məhbubə Mirağaya 1000 manat olmadığını, yalnız 500 manat köçürə biləcyini demiş, elə həmin günü də qızı Səkinə "xxxx" ASC-də olan hesabından mobil bank tətbiqi vasitəsilə Mirağanın oğlunun "xxxx" hesabına 500 manat köçürtmüşdür.18 may 2020-ci il tarixdə Mirağa Məhbubə ilə telefon əlaqəsi saxlayıb Məhbubədən borclu qaldıqları 500 manatı istədikdə bu dəfə də həmin günü qızı Səkinə "xxxx" ASC-də olan hesabından mobil bank tətbiqi vasitəsilə Mirağanın oğlunun "xxxx" hesabına 500 manat köçürtmüşdür.Mirağa Məhbubə ilə telefon əlaqəsi saxlayıb pulları İmişli də “Kapital Bankın” filialında götürdüyünü demişdir. 25 may 2020-ci il tarixdə Mirağa Məhbubəyə zəng edib guya şəhid ailəsinin mənzil növbəsini dəyişmədiyini, ancaq 3-cü mərtəbədəki qonuşu ilə razılaşdığını və buna görə isə əlavə olaraq 500 manat da lazım olduğunu deyəndə Məhbubə bu barədə oan demiş və o, həmin günü 500 manat pulu aparıb Biləcəri qəsəbəsi, Nəsimi küçəsi 6 ünvanda yerləşən Fikrət Əmirov adına musiqi məkətəbinin qarşısında qarşısında Mirağaya vermişdir. 27 may 2020-ci il tarixdə isə Mirağa zəng edib 28 May Respublika günü münsibəti ilə mənzillərin təntənəli şəkildə sahiblərinə verəcəyini deyib 500 manat da istəmişdir. Məhbubə 27 may 2020-ci il tarixdə ünvan 8 ünvanında olan “Milliön” ödəmə terminalı ilə Mirağanın oğlu X11 "xxxx" ASC-də olan 4169 7414 9345 5248 nömrəli kart hesabına 500 manat pul köçürtmüşdür. 28 may 2020-ci il tarixdə Mirağa ilə əlaqə saxladıqda Mirağa Məhbubəyə “Covid 19” pandemiyası ilə əlaqədar olaraq mənzillərin hələ verilmədiyini və tədbirin təxirə salındığını və bir neçə gün sonra mənzilə göçəcəklərini demişdir. Daha sonra Mirağa onların telefon zənglərinə cavab verməmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, Mirağa onları və Ayparanı da aldadıb. Mirağa ona 5500 manat maddi ziyan vurmuşdur və bu qünə gədər maddi ziyan ödənilməyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır.Ailəlidir və rəsmi olaraq heç bir yerdə işləmir. Seyid adlı şəxsi o, 2020-ci ilin oktyabr ayından tanıyır. Belə ki, qonşuluqda yaşayan Gülnarə Sədirxanova onlara gələrək ona Seyid adlı tanışının olduğunu, Seyidin Sosial Müdafiə Nazirliyində işlədiyini, ona uşaq pulu düzətlməklə yanaşı ev də təşkil edə biləcəyini dedikdə Gülnarədən Seyid adlı şəxsi haradan və kimin vasitəsilə tanıdığını soruşmuşdur. Gülnarə ona Seyid adlı şəxsin yaxın adam olduğunu, bir neçə şəxsin məsələsini müsbət həll etdiyini demişdir. Gülnarənin sözlərinə inanıb Seyid adlı şəxslə bu məsələ barədə danışmağa razılıq vermiş, Gülnarə isə Seyidlə danışıb onun əlaqəsini ona verəcəyini dedikdə o, buna etiraz etməmişdir. Gülnarə Seyidin mobil telefon nömrəsini “Whatsapp” vasitəsilə ona atmışdır. Seyidin 050 *** ** ** və 055 *** ** ** saylı mobil telefon nömrələrinə zəng edərək onunla bu barədə danışmışdır. Mobil telefonla danışan zaman Seydi ona Sosial Müdafiə Nazirliyində işlədiyini, onun 13 yaşlı qızı Aynurə Ələkbərova üçün aylıq uşaq pulu, həmçinin ev təşkil edə biləcəyini demişdir. Seyiddən bunun üçün nə lazım olduğunu soruşduqda Seyid ona Aynurənin şəxsiyyət vəsiqəsini, yaşayş yerindən arayış, həmçinin nazir Sahil Babayevin adına ərizə və bu sənədlərlə yanaşı ondan 2000 manat pulı da istəmişdir. Seyidə bir dəfəyə ona 2000 manat verə bilməyəcəyini dedikdə Seyid ona 500 manatı ilkin olaraq, 1500 manatı isə sənədləşdirmə işləri yekunlaşdıqdan sonra verməli olduğunu dedikdə o, Seyidlə razılaşmışdır. İlkin olaraq o, 2020-ci ilin oktaybr ayında 500 manat pulu Seyid adlı şəxsə Nəsimi rayonu, 3-cü mikrorayon, dairəsi tərəfdə yerləşən lombardın qarşısında vermişdir. Seyid ondan 500 manat pulu alıb ona narahat olmamasını, sənədləşmə işlərini görməyə getdiyini və özünün onunla əlaqə saxlayacağını demişdir. O, bundan çıxıb evə getmişdir. Seyid adlı şəxs sonradan ona zəng vurub yerdə qalan 1500 manat pulu gətirməsini, sənədləşmə işinin yekunlaşdığını, tezliklə onlara alınacaq evlə aparıb tanış edəcəyini və həmçinin uşaq pulunun da qısa vaxt ərzində veriləcəyini dediyinə görə o, həyat yoldaşı Rüfət Ələkbərov, qızları Aynurə Ələkbərova və Aysu Ələkbərova ilə birlikdə 2020-ci ilin noyabr ayının sonlarında Seyid adlı şəxsə vermişdir. Seyid 1500 manat pulu aldıqdan sonra ona yarım saat gözləməsini, gəlib onları evlə tanış edəcəyini və notariusda sənədləşmə işlərini görəcəyib dedikdən sonra onlar da yarım saat gözlədikdən sonra Seyidlə əlaqə saxladıqda Seyid ona işin noyabr ayının 28nə qaldığını demişdir. O gündən Seyid onları aldadaraq nə pulu vermiş, nədəki uşaq pulu və ev məsələsini həll etmişdir. Daha sonradan ona məlum olmuşdur Seydi adlı şəxs Təqsirləndirilən şəxsdur. Əlavə olaraq bildirdi ki, ona dəymiş maddi ziyan ödənilməyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və rəsmi olaraq X37 Donanmasında motorçu işləyir. Seyid adlı şəxsi o, 2020-ci ilin oktyabr ayından tanıyır. Belə ki, qonşuluqda yaşayan Gülnarə Sədirxanova ona zəng edərək Seyid adlı tanışımnın olduğunu, Seyidin Sosial Müdafiə Nazirliyində işlədiyini, ona sosial ev də təşkil edə biləcəyini dedikdə Gülnarədən Seyid adlı şəxsi haradan və kimin vasitəsilə tanıdığını soruşmuşdur. Gülnarə ona Seyid adlı şəxsin yaxın adam olduğunu, bir neçə şəxsin məsələsini müsbət həll etdiyini demişdir. Gülnarənin sözlərinə inanıb Seyid adlı şəxslə bu məsələ barədə danışmağa razılıq vermiş, Gülnarə isə Seyidlə danışıb onun əlaqəsini ona verəcəyini dedikdə o, buna etiraz etməmişdir. Gülnarə Seyidin mobil telefon nömrəsini “Whatsapp” vasitəsilə ona atmışdır. Seyidin 050 *** ** ** və 055 *** ** ** saylı mobil telefon nömrələrinə zəng edərək onunla bu barədə danışmışdır. Mobil telefonla danışan zaman Seydi ona Sosial Müdafiə Nazirliyində işlədiyini, ona sosial ev təşkil edə biləcəyini demişdir. Seyiddən bunun üçün nə lazım olduğunu soruşduqda Seyid ona aiə üzvlərinin şəxsiyyət vəsiqəsini, yaşayş yeri arayış, həmçinin nazir Sahil Babayevin adına ərizə və bu sənədlərlə yanaşı ondan 3250 manat pulı da istəmişdir. Seyidə bir dəfəyə ona 2000 manat verə bilməyəcəyini dedikdə Seyid ona 500 manatı ilkin olaraq, 1500 manatı isə sənədləşdirmə işləri yekunlaşdıqdan sonra verməli olduğunu dedikdə o, Seyidlə razılaşmışdır. İlkin olaraq o, 03 noyabr 2020-ci il tarixdə 2000 manat pulu Seyid adlı şəxsə Nəsimi rayonu, 3-cü mikrorayon, dairəsi tərəfdə yerləşən körpünün yanında vermişdir. Seyid ondan 2000 manat pulu alıb ona 3 otaqlı məznili alacağını və həmin mənilin Hövsan qəsəbəsində yerləşdiyini demişdir. Seyid pulu ondan aldıqdan 3 gün sonra ona zəng edib ondan əvvəl həmin 3 otaqlı mənzili almaq istəyən adamın artıq Xaçmazdan geri qayıtdığını, buna görə də həmin 3 otaqlı mənzili həmin adam birinci sifariş verdiyindən mənzilin həmin adama satılacağını, əgər istəyirsə ya 2 otaqlı, yada əlavə olaraq 1000 manat pul verdiyi halda 4 otaqlı evi ala bilər. Seyidə ona 4 otaq lazım olduğunu, ancaq 1000 manat yox, 900 manat verə biləcəyini dedikdən sonra Seyid ona problem olmadığını və pulu gətirib gəlməsini bildirdiyinə görə 900 manat pulu 06 noyabr 2020-ci il tarixdə eyni yerdə, yəni birinci dəfə görüşdükləri yerə Seyidlə görüşüb Seyidə vermişdir. Seyid 900 manatı ondan aldıqdan sonra pulun 100 manatını evə köçdükdən sonra verməsini ona dedikdə o, buna etiraz etməmişdir. Həmin görüşdən təxminən 1 həftə sonra 13 noyabrda Seyid ona zəng edərək əgər evi tez almaq istədiyi halda 350 manat da verməsini, pulun 300 manatın şöbə müdirinə, 50 mantın isə sənədləşmə işlərini aparan qıza çatacağını demişdir. Seyidin dediklərinə etira etməyib 13 noyabr tarixində Seyidlə eyni yerdə görüşüb Seyidə 350 manat vermişdir. Bununla da Seyidə ümumilikdə 3250 manat vermiş, lakin Seydi ona sosial evi təşkil etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Seyid adlı şəxs Təqsirləndirilən şəxsdur. Əlavə olaraq bildirdi ki, ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Maddi imkanı yaxşı olmadığından Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evini kirayə verərək Masazır qəsəbəsində yaşayan anasının evinə köçmək qərarına gəlmiş və 2020-ci ilin noyabr ayında evi kirayə vermək üçün ev barəsində məlumatları internet saytına yerləşdirmişdir. Bir neçə gündən sonra Gülbəniz Hacıyeva adlı şəxs zəng edərək kirayədə qalmaq istədiyini ona bildirdikdə o, Gülbənizlə görüşərək onunla razılaşmışdır. Bir müddət sonra söhbət əsnasında Gülbəniz ona həyat yoldaşının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini, ona ayrılmış 95 manat yardımın ərinin köməkliyi ilə 195 manata çatdırıldığını demişdir. Onun özü uzun müddətdir ki, 225 manat olmaqla hər ay sosial yardım alır. Bir müddət sonra Gülbənizin yoldaşı Təqsirləndirilən şəxslə tanış olmuş, Mirağa ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ərzələrin qəbulu şöbəsində inspektor vəzifəsində işlədiyini və onun aldığı sosial yardımı 344 manata qədər artırmaq imkanı olduğunu bildirmişdir. Mirağa sosial yardımın artırılması üçün hamı üçün 1000 manat aldığını, ondan isə tanış olduğu üçün bu məsələni 500 manata həll edəcəyinə söz vermişdir. Bir müddət sonra Mirağa ona güzəştli ipeteka şərtləri ilə az təminatlı ailələr üçün dövlət büdcəsi hesabına tikilən sosial evlərdən verilə biləcəyini dedikdə Mirağaya sosial evlərdən 3 otaqlı mənzil almaq istədiyini demiş, Mirağa isə 3000 manat pulun müqabilində Yasamal rayonu Qanlı göy ərazisində tikilən sosial evlərdən təmirli 3 otaqlı mənzili onun üçün təşkil edə biləcəyini, 4000 manat pulun müqabilində isə 3 otaqlı mənzilin təmiri ilə yanaşı içərisinin mebellərini də hazır vəziyyətdə onun adına ala biləcəyini demişdir. Maddi imkanı ilə əlaqədar Mirağaya ilkin olaraq 1000 manat verə biləcəyini, qalan 2000 manat pulu isə sonradan verəcəyinə Mirağa ilə razılaşmışlar. 24 dekabr 2020-ci il tarixdə anasının yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Müslüm Maqomayev keçəsi 32 nömrəli evdə Mirağaya 1500 manat pul vermişdir və həmin vaxt onun anası Lətifə Şahmərdənovada evdə olmuşdur. Mirağaya pulun 500 manatı sosial yardımın artırılması üçün, 1000 manatını isə ona güzəştli şərtlərlə evin alınması işini həll etməsi üçün vermişdir. Mirağa ona evin alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub yazıdırmış, o, həmin ərizəyə özünün və övladlarının şəxsiyyət vəsiqələrinin sürətini də əlavə etmişdir. Mirağa məktubu özü Nazirliyə verəcəyini demişdir. 2021-ci ilin yanvar ayında hər dəfə bir bəhanə ilə Mirağa ona evin guya onun adaına keçirilməsində problemlərin olduğunu demişdir. Yanvarın sonunda o, Nazirliyin qaynar xətt əlaqə mərkəzinə zəng vurmuş və oradan sosial yardımın kəsildiyini və güzəştli şərtlərlə ona evin ayrılmadığını öyrənmişdir. Pulu Mirağadan geri istədikdə o, müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Bir müddət sonra Nazirliyə gedərək Mirağanın şəklini göstərmiş və belə bir şəxsin Nazirlikdə işləmədiyi ona məlum olmuşdur.Gülbənizlə bu məsələ ilə bağlı telefon əlaqəsi yaratdıqda əslində Gülbənizın Mirağa ilə ər arvad olmadığını, Gülbənizin özünün Mirağanı yeni tanıdığını və bildiyi qədər Gülbənizin tanışlarını da bu və ya digər üsulla aldadaraq pullarını ələ keçirdiyini öyrənmişdir. Mirağa ilə danışıqlarının bir hissəsini telefonda olan proqram vasitəsi ilə yazmış, həmin səs yazılarını istintaqa təqdim etmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Gülbəniz Hacıyevanı tanıyır və müharibə vaxtı Gəncə şəhərində evi dağıldığı üçün 19 noyabr 2020 -ci il tarixdə tanışı Gülbəniz ona Bakı şəhərində Mirağa adlı şəxslə tanış olduğunu, həmin şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini və dövlət tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin şəxslərə verilməsi işinin təşkil edilməsi ilə məşğul olduğunu bildirmişdir.Bundan sonra o, Mirağaya inanmışdır. Həmin günü Mirağa ilə telefon əlaqəsi yaratmış və Mirağa ona 3 otaqlı evin təşkil edilməsi üçün 3500 manat pulun lazım olduğunu demiş və o, 3-4 gündən sonra, 2020-ci ilin noyabr ayının ortalarında 3500 manat pulu Mirağaya Gəncə şəhərindən Bakı şəhəri, Bakı-Sumqayıt yolunda yerləşən “Bakı Beynəlxalq” avtovağzalına tanımadığı və avtomobilinin dövlət nömrə nişanı yadında qalmayan taksi sürücüsü ilə göndərmişdir.Mirağa həmin günü onunla telefon əlaqəsi saxlayıb 3500 manat pulu taksi sürücüsündən götürdüyünü oan demişdir. Bir müddət sonra Mirağa zəng edərək 5 otaqlı evin olduğunu, bünün üçün əlavə 1800 manat pul lazım olacağını ona təklif etdikdə Mirağa ilə razılaşaraq pulu eyni qaydada taksi ilə Bakı şəhərinə “Bakı Beynəlxalq” avtovağzalına göndərmişdir. Eyni qaydada Mirağa ona zəng edib pulu taksi sürücüsündən götürdüyünü demişdir. Təqribən 1 həftə sonra tikilmiş sosial evlərdən guya ona veriləcək 5 otaqlı evə bitişik 2 otaqlı evin olduğunu və həmin evi də ona verilməsinin təmin edilməsi üçün 2500 manat pulun lazım olduğunu Mirağa ona dedikdə o, bu dəfə də Mirağa ilə razılaşaraq eyni qaydada 2500 pulu 2020-ci ilin noyabr ayının sonlarında Mirağaya göndərmiş və Mirağa da 2500 manat pulu “Bakı Beynəlxalq” avtovağzalında taksi sürücüsündən aldığını ona demişdir. Mirağa pulları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən adını demədiyi şöbə müdrinə vermək adı ilə ondan almışdır. 2021 -ci ilin yanvar ayında Gəncə şəhərində yaşayan tanışları Fəsliyyə, Səbilə və Nailə adlı xanımlar və Vasif də sosial evlər almaq istədiklərini ona dedikdə o, onlara onların əvəzindən bu işləri həll edəcəyini demişdir. Onların onun Mirağa ilə iş görməyi barədə xəbərləri olmamışdır. O, sadəcə olaraq onlar kasıb olduqları üçün fikirləşmişdir ki, Mirağadan 4-5 sosial mənzil götürüb onlara kömək etmək məqsədi ilə öz adından verər.Mirağa ilə söhbət edən zaman 4-5 sosial mənzilin alınmasının mümkün olub olmadığını soruşanda Mirağa heç bir problem olmadığını və mümkün olduğunu ona demişdir. Həmin şəxslərin yəni, Fəsliyyənin, Səbilənin, Nailənin və Vasifin onun Mirağaya pul verməyindən xəbərləri olmamış və onun məqsədi onlara kömək etmək olmuşdur. 2021-ci ilin yanvar ayının əvvəllərində sosial mənzillərə görə o, iki ədəd sosial mənzilə və sənədləşmə işlərinə görə ümumilikdə 11550 manat pulu taksi ilə Gəncədən Bakı Beynəlxalq avtovağzalına göndərmiş və Mirağa pulu sürücüdən qəbul etdiyini sonra ona demişdir. Mirağa 2021-ci ilin yanvar ayında ona evləri təqdim etmək adı ilə onu Bakı şəhərinə çağırmış və 12 gün o, şəhərdə qalmışdır. Gəncəyə getdikdən sonra isə Mirağa ona zəng edib ona əlavə olaraq evlərin alınması üçün 7500 manat pul lazım olduğunu dedikdə o, da 2021-ci ilin yanvar ayının sonlarında Gəncə şəhərindən taksi ilə Bakı şəhərinə avtovağzala 7500 manat göndərmişdir. 2021-ci ilin yanvar ayının axırlarında isə əlavə olaraq iki ədəd mənzilə görə 5000 manat pulu Mirağaya Gəncədən taksi ilə Bakıya avtovağzala göndərmişdir. Bundan başqa Mirağa ondan onun həyat yoldaşı X16 pensiya işinin həll edilməsi üçün 10000 manat pul istəmişdir. Bu məqsədlə də Mirağaya 2021-ci ilin fevral ayının əvvələrində Gəncədən Bakıya avtovağzala 7150 manat göndərmişdir. 18 fevral 2021-ci il tarixdə isə həyat yoldaşının pensiyası üçün Mirağa ondan əlavə olaraq 1250 manatı ünvan 7 ünvanında yerləşən «Bazar Store» marketin qarşısında almışdır. Bundan sonra Fəsliyyə, Səbilə, Nailə və Vasif yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. Fəsliyyə, Səbilə, Nailə və Vasif Mirağanı tanımırlar və Mirağa ilə heç vaxt görüşməyiblər. Sadəcə olaraq Mirağanın ona sosial evlərdən mənzil düzəltdiyi barədə o, onlara danışmışdır. Mirağa onu aldatmış və onlara yox ona ümumilikdə 40.250 manat maddi ziyan vurmuşdur. Bu işdə onun özü zərər çəkmişdir. Vasif, Fəsliyyə, Səbilə, Nailə adlı şəxslər barədə məlumatları bilmir və onlar hazırda Rusiyada yaşayırlar. İzahat verən zaman hadisəni tam izah edə bilmədiyi o, fikirləşmişdir ki, zərəçəkmiş şəxslərin çox olmasını desə hüquq mühafizə orqanları bu məsələ ilə bağlı tez reaksiya verəcək. Buna görə də izahatında pulların həmin şəxslərə aid olduğunu demişdir. Fəsliyyə adlı qadın Mirağanı tanımır və Mirağanın Fəsliyyədən 1250 manat alması barədə onun dedikləri səhvən olub və həmin məbləğdə pulu sonuncu dəfə Mirağaya o, “Bravoo” marketin qarşısında yox, ünvan 7 ünvanında yerləşən «Bazar Store» marketin qarşısında şəxsən özü həyat yoldaşı Vüsalənin pensiya işi ilə bağlı pulun qalan hissəsi olaraq vermişdir. Cinayət nəticəsində maddi ziyan ona dəymiş və Mirağanın ondan aldığı 40250 manat pul onun şəxsi vəsaitidir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Mirağanı onunla Güllər adlıqadın tanış etmiş və o, Güllər adlı qadını təxminən 1 ilər olar ki, tanıyır. 2019-cu ilin iyun ayında Güllərlə görüşərkən Güllər ona Mirağa adlı tanışının olduğunu və Mirağanın Sosial Təminar Nazirliyində işlədiyini və həmçinin yardım kartı düzəldə biləcəyini və özünün də Mirğaya sosial yardım düzəltməsi üçün 1000 manat verdiyini demişdir. Güllərə inandıqdan sonra sosial yardım düzəltməsi Mirağaya ilkin olaraq 500 manat pul vermişdir. Təxminən 20 gün sonra, yəni 2019-cu ilin iyul ayında Güllər ona Mirağanın əlavə olaraq 500 manat istədiyini bildirdikdə həmin vaxt onun üstündə pul olmadığından o, Güllərlə Yasamal rayonunda İnşaatçılar metrosunun çıxışına getmişlər və o, yaşadığı evdən 420 manat götürüb Güllərə vermiş, Güllər isə Mirağanı ona göstəmişdir. Onun özünün işi olduğundan Miarağaya yaxınlaşmamış və Güllər 420 manatı aparıb orada Mirağaya vermiş, onun özü kənarda dayanıb onları müşahidə etmişdir. Aradan təxminən bir ay keçdikdən sonra, yəni avqust ayında Mirağa özü onun mobil telefon nömrəsinə zəng edib problemlərin çıxdığını və olaraq 500 manat lazım olduğunu ona bildirmişdir. Bundan sonra o, 500 manat pulu Mirağa ilə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində görüşüb pulu Mirağaya vermişdir. 3 gün sonra isə Mirağa təzədən ona zəng edib əlavə olaraq 300 manat lazım olduğunu dedikdə o, Mirağaya işi düzəltdiyini inanıb sonuncu dəfə 300 manat pulu Yasamal rayonunda yerləşən N.Tusi adına klinikanın qarşısında Mirağaya vermişdir. Mirağa ondan 1720 manat pulunu alıb ələ keçirdikdən sonra onun telefon zənglərinə cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Mirağa Güllərdən 1600 manat almış və onların hər ikisini aldadıb. Mirağa dəfələrlə onun pulunu görüşüb qaytaracağına vəd versə də Mirağa görüşə gəlməkdən yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin mart ayında rəfiqəsi Aypara ona özünü Təqsirləndirilən şəxs kimi və Sosial Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxslə “Facebook” sosial şəbəkəsində tanış olduğunu, Mirağanın ona tək ana olduğu üçün həm təqaüd kartını, sosial binalarda verilən mənzillərdən də ona düzəldəcəyini dedikdə o, Ayparaya sosial binalardan mənzil almaq istədiyini demiş və Mirağaya zəng edib bu barədə danışmaq üçün Ayparadan Mirağanın istifadəsində olan mobil telefon nömrəsini almışdır. Həyat yoldaşı Ənnağı ilə o, məsləhətləşdikdən sonra Ənnağı da sosial mənilzin alınmasına və buna görə də Mirağaya telefon zəngi edib onunla danışmağına etiraz etməyib razılıq verdikdən sonra o, Mirağa ilə telefon əlaqəsi yaratmış və ona telefon nömrəsini Ayparadan aldığını və Ayparının rəfiqəsi olduğunu bildirib onunla sosial mənzillər barədə maraqlandığını və almaq istədiyini demişdir. Mirağaya əri Zərərçəkmiş şəxs6 xərçəng xəstəsi olduğunu, qızı Səkinə Məmmədovanın tək ana olduğunu, ərinin və özünün qızı Səkinənin himayəsində olduqlarını deyib Mirağadan onlara sosial mənzil düşüb düşmədiyini soruşduqda Mirağa ona onların qanunları bilmədiklərini və əlbətdə onlara da sosial evlərdən mənzil düşdüyünü əminliklə deyib onu buna inandırmışdır. Söhbət zamanı Mirağa sosial mənzil alınması üçün Vüqar və Cəbi adında olan şöbə müdirlərinə 1200 manat verməli olduqlarını təklif etmiş və razı olduqları halda bu barədə xəbər verməyini ona bildirmişdir. O, bu barədə yenidən əri Zərərçəkmiş şəxs6la məsləhətləşmiş və Ənnağı razı olduğunu və buna görə maddi dəstək olacağını dedikdən sonra o, və əri Zərərçəkmiş şəxs6 yenidən Mirağa ilə telefon əlaqəsi yaradıb onunla danışmışlar və onun əri Mirağaya buna razı olduğunu dedikdən sonra Mirağa öz oğlu Mircavid Miriyevin adına olan “Kapital Banka” aid hesab kartını onun istifadəsində olan “Whatsapp” proqramına göndərəcəyini və həmin hesaba 1200 manat pul köçürməsini və həmin məbləğdə pulu İmişli rayonunda yerləşən “Kapital” bankın filialından qəbul edəcəyini demişdir.Daha sonra Mirağa onun istifadəsində olan “Whatsapp” proqramına üzərində Mircavid Miriyev yazılmış **********455248 və 4169 7414 1044 6148 nömrəli hesab kartlarını göndərmişdir. Onun əri Zərərçəkmiş şəxs6 razılıq vermiş və atası qızı X24 ilə danışdıqlarını və həmin hesablara lazım olan məbləğlərdə pulu köçürməsini dedikdən sonra onun qızı Səkinə Məmmədova "xxxx" ASC-də olan hesabından mobil bank tətbiqi vasitəsilə 06 aprel 2020-ci il tarixdə Mirağanın verdiyi "xxxx" ASC-də olan 4169 7414 1044 6148 nömrəli kart hesabına 1200 manat pul köçürtmüş və Mirağa onunla əlaqə saxlayıb İmişli rayonunda yerləşən “Kapital Bankın” filialından pulu qəbul etdiyini demişdir. İki gün sonra Mirağa onunla telefon əlaqəsi saxlayıb 800 manat pulun müqabilində 2 otaqlı mənzilin 3 otaqlı məznilə dəyişməyin mümkün olduğunu ona və ərinə dedikdən sonra qızı Səkinə Məmmədova "xxxx" ASC-də olan hesabından mobil bank tətbiqi vasitəsilə 08 aprel 2020-ci il tarixdə Mirağanın verdiyi "xxxx" ASC-də olan 4169 7414 1044 6148 nömrəli kart hesabına 800 manat köçürtmüş və 800 manat pulu həmin tarixdə Mirağa İmişli rayonunda yerləşən "xxxx" ACS-yə məxsus filialdan qəbul etdiyini demişdir. Bundan sonra əlavə olaraq 14 aprel 2020-ci il tarixdə onun özü 750 manat pulu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Kapital Bankın” filialındakı ödəmə terminalından və 28 aprel 2020-ci il tarixdə 750 manat pulu yenidən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Kapital Bankın” filialındakı ödəmə terminalından Mirağanın oğlu Mircavid Miriyevin kart hesabına göndərmiş və Mirağa pulları İmişli rayonunda qəbul etdiyini ona demişdir. 09 may 2020-ci il tarixdə Mirağa ona zəng edərək mənzil növbələrinin bu ilin oktyabr ayında çatacağını, amma həmin binanın digər blokunun 2-ci mərtəbəsində mənzil alacaq şəhid ailəsinin 1000 manat pulun müqabilində özlərinin mənzil növbələrini dəyişmələrinə razı olduqlarını ona dedikdə Mirağaya 1000 manat olmadığını, yalnız 500 manat köçürə biləcyini demişdir. Elə həmin günü də qızı Səkinə eyni şəkildə "xxxx" ASC-də olan hesabından mobil bank tətbiqi vasitəsilə Mirağanın oğlunun "xxxx" hesabına 500 manat köçürtmüşdür.18 may 2020-ci il tarixdə Mirağa onunla telefon əlaqəsi saxlayıb ondan borclu qaldıqları 500 manatı istədikdə bu dəfə də həmin günü qızı Səkinə eyni şəkildə "xxxx" ASC-də olan hesabından mobil bank tətbiqi vasitəsilə Mirağanın oğlunun "xxxx" hesabına 500 manat köçürtmüşdür.Mirağa onunla telefon əlaqəsi saxlayıb pulları İmişli də “Kapital Bankın” filialından götürdüyünü demişdir.25 may 2020-ci il tarixdə Mirağa ona zəng edib guya şəhid ailəsinin mənzil növbəsini dəyişmədiyini, ancaq 3-cü mərtəbədəki qonuşu ilə razılaşdığını və buna görə isə əlavə olaraq 500 manat da lazım olduğunu deyəndə o, bu barədə əri Ənnağıya demişdir. Həmin günü Ənnağı 500 manat pulu aparıb Biləcəri qəsəbəsində yerləşən musiqi məkətəbinin qarşısında Mirağaya vermişdir. 27 may 2020-ci il tarixdə isə Mirağa zəng edib 28 May Respublika günü münsibəti ilə mənzillərin təntənəli şəkildə sahiblərinə verəcəyini deyib 500 manat da istəmişdir. Bu dəfə o, 27 may 2020-ci il tarixdə ünvan 8 ünvanında quraşdırılmış “Milliön” avtomatlaşıdırılmış ödəmə terminalı vasitəsi ilə onun oğlu X11 "xxxx" ASC-də olan 4169 7414 9345 5248 nömrəli kart hesabına 500 manat pul köçürtmüşdür. 28 may 2020-ci il tarixdə Mirağa ilə əlaqə saxladıqda Mirağa ona “Covid 19” pandemiyası ilə əlaqədar olaraq mənzillərin verildiyinin dayandırıldığını və tədbirin təxirə salındığını və bir neçə gün sonra mənzilə göçəcəklərini demişdir. Daha sonra Mirağa telefon zənglərinə cavab verməmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, Mirağa onu və Ayparanı da aldadıb. Mirağa ailəsinə 5500 manat maddi ziyan vurmuşdur. Odur ki, onun əri Zərərçəkmiş şəxs6 cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Məhbubə Məhərrəm qızı ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs onun anasından 1994-cü ildən rəsmi şəkildə ayrılmışdır və ayrıldıqdan sonra o, anası və qardaşı ilə birlikdə Bakı şəhərinə köçərək burada yaşamağa başlamışlar. O vaxtdan demək olar ki, onun atası ilə heç bir əlaqəsi olmamışdır. Onun atası Mirağa nənəsi və bibisi ilə birlikdə İmişli rayonun da yaşamışdır. Qardaşı və onun özü ara-sıra nənəsinə və bibisinə baş çəkmək üçün İmişli rayonuna gedib onları ziyarət edirlər. Keçən ilin yay ayında İmişidə olarkən atası Mirğa onan bir xahişi olduğunu bildirib şebel-xırda daş biznesi ilə məşğul olduğunu, borclularında pullarının qaldığını, lakin yolun uzaq olmasına görə karta ehtiyacının olduğunu demişdir. O, atası Mirağanın dediklərinə inanaraq onu adına olan pul kartına bir-iki dəfə pul atılmasına icazə vermişdir. Onun istifadəsində olan kartına pul atmaq mümkün olduğundan dostları və qohuimları həmin kartdan pul köçürmək üçün istifadə etmişlər. Atasının dediyi şəxlər tərəfindən onun kartına köçürülüən pulların hamısını o, atası Mirağanın özünə vermişdir. Atasına pul köçürən şəxslərlə onun heç bir əlaqəsi yoxdur və həmin şəxsləri tanımır. Həmin pullardan ona heç bir məbləğdə çatmayıb. Atası kartın şəkillərini atmış və bundan sonra pullar köçürülmüşdür. O, İmişli rayonunda yerləşən “Kapital Banka” məxsus bankomatlardan pulu çəkib atası Mirağanın özünə vermişdir. Həmin karta 2000-3000 manat civarında pulun köçürülməsini xatırlayır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X7 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 98-ci vərəqəsində olan 18.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 3-cü cild 89-98-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18.06.2021-ci il tarixdən hesablanmaqla 18.08.2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 140-144-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" qətimkan tədbirinin müddəti 18.10.2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" qətimkan tədbirinin müddəti 08.11.2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 206-236-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 19.10.2021-ci il tarixli qərardan görünür ki, 15 aprel 2021-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Tağı Tağıyev tərəfindən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs8 oğlunun istifadəsində olan mobil telefon aparatından götürülmüş Təqsirləndirilən şəxs oğluna məxsus səs yazıları olan “CD” diskin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanındığı və “CD” diskin iş materiallarına əlavə edildiyi nəzərə alınmış, 10 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 qızından götürülmüş səs yazıları olan 01 ədəd “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və “CD” disk iş materiallarına əlavə edilmiş, 29 iyun 2020-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru X25 tərəfindən X4 götürülmüş səs yazıları olan 01 ədəd “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və “CD” diskin iş materiallarına əlavə edilmiş, "xxxx" ASC tərəfindən təqdim edilmiş bank məlumtlarının qeyd edildiyi “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və “CD” disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİ-dən daxil olmuş 13.05.2021-ci il tarixli tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.05.1994-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinin 5-ci hissəsi ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 16.02.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Təqsirləndirilən şəxs İmişli rayon Məhkəməsinin 07.06.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri i ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Şirvan Apellyasiya Məhkəməsinin 27.09.2013-cü il tarixli qərarı ilə 07.06.2013-cü il tarixli hökm dəyişdirilərək təyin olunmuş 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası artırılaraq 05 il müəyyən edilmiş, 28.11.2016cı il tarixdə Nizami rayon Məhkəməsinin 28.11.2016-cı il tarixli qərarına əsasən 11 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur; Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin birinə dəymiş ziyan üzrə qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 18.06.2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Y.C.Hüseynə və K.B.Bağırova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Y.C.Hüseynə ibtidai istintaq dövründə iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, K.B.Bağırova isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X26 ibtidai istintaq dövründə iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, X22 isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-29/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-29/2022
05.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver