Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-29/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Tərcüməçi: X3 Təqsirləndirilən şəxs: xx xxxxxx 2000-ci ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə gecə radələrində Heydər Əliyev adına X12 unudulmuş İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs adına qeydiyyata alınmış elektron məlumat daşıyıcısı hesab edilən “BTB” banka məxsus 5318 4613 9232 1857 nömrəli plastik kartın hər iki səthinin şəkillərini həmin kart sahibinin müəyyən edilməsi məqsədi ilə əldə etdikdən sonra 05 oktyabr 2021-ci il tarixdə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin inzibati binasında X4 “BTB” bankda olan ******************** nömrəli şəxsi hesabına internet vasitəsilə qanunsuz daxil olaraq oradan 724 manat 44 qəpik və 87 manat 11 qəpik məbləğində, həmçinin 08 oktyabr 2021-ci il tarixdə həmin ünvanda qeyd olunan hesabdan 684 man 76 qəpik, 464 manat 68 qəpik və 166 manat 09 qəpik məbləğində pul vəsaitlərini elektron məlumat daşıyıcısından istifadə etməklə www.N11.com saytına köçürərək gizli olaraq talayıb, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş şəxs X5 2127 manat 08 qəpik (iki min yüz iyirmi yeddi manat səkkiz qəpik) məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Şahid3 onun atasının xalası nəvəsidir, həmin şəxslə əvvəllər hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. X14 onun əmisi oğludur, həmin şəxslə də yaxın qohumluq münasibətləri vardır. Şahid1 əmisi oğlu Nicat ilə birlikdə kompüterdə “LİNEAGE” oyunu oynayarkən tanımış, sonuncu ilə şəxsi tanışlığı olmamışdır. xx.xx.2021-ci il tarixdə gecə radələrində tanışı Yusif onun “***-***-**-**” mobil nömrəsinə zəng edərək erməni vətəndaşına məxsus olduğunu düşündüyü, soyadının axırı “yan” hissəciyi ilə qurtaran :şəxsə aid “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartının şəklini həmin kartın sahibinin kimliyini müəyyən etmək üçün ona atacağını söyləmişdir. Bundan sonra Yusif yuxarıda qeyd etdiyi mobil nömrəsinin “whatsapp” tətbiqinə “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartının hər iki tərəfdən çəkilmiş şəklini ona göndərərək kartın sahibinin kimliyini öyrənməyini xahiş etmişdir. O, da tanışı Yusifin sözünü yerə salmayaraq “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartını yoxladıqda, həmin kartın sahibinin soyadının axırının Yusifin dediyi kimi “yan” hissəciyi ilə qurtardığından həmin şəxsin erməni ola biləcəyini düşünüb bu barədə Yusifə bildirmişdir. Lakin kartın sahibinin bütün anket məlumatlarını, xüsusilə milliyəti və vətəndaşlığı haqqında məlumat əldə edə bilməmişdir. Bu məqsədlə Yusiflə danışdıqdan sonra daha ətraflı axtarış edərək kartın sahibi haqqında məlumat almağa çalışmışdır. Kartı və üzərindəki məlumatları araşdıran zaman qeyd olunan kartın balansında müəyyən məbləğdə pul olduğunu, həmin pulu nağd şəkildə çıxarmaq mümkün olmasa da, kart vasitəsilə onlayn şəkildə alış-veriş etməyin mümkün olduğunu müəyyən etmişdir. Bundan bir neçə dəqiqə sonra Yusif ona mesaj yazaraq həmin kartın sahibi tapılıb qaytarıldığı üçün şəkillərini silməyini bildirmişdir. Yusif ona bu barədə bildirdikdən sonra sonuncuya məlumat vermədən bayaq ona şəkillərini göndərdiyi kartın sahibinin soyadının axırının “yan” hissəciyi ilə qurtardığını nəzərə alıb həmin şəxsin ermənistan dövlətinin vətəndaşı olduğunu göz önündə saxlayaraq sözügedən bank kartının balansındakı puldan şəxsi ehtiyyacları üçün onlayn şəkildə alış-veriş etmək qərarına gəlmişdir. Bank kartındakı pulu evdə kompüteri vasitəsilə xərcləyəcəyi təqdirdə, valideynlərinin bunu asanlıqla öyrənə biləcəyini və ona hirslənəcəklərini düşünüb kartın balansındakı pulu evdə olmayarkən telefon vasitəsilə xərcləməyi daha doğru hesab etmişdir. Bununla yanaşı, kartın balansındakı pulu evdən kənarda xərcləyəcəyi təqdirdə, pulun onun tərəfindən çıxarıldığını müəyyən etməyin mürəkkəb proses ola biləcəyini düşünmüşdür. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə təhsil aldığı Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin inzibati binasında olan zaman telefonu vasitəsilə “www.N11.com” onlayn alış-veriş saytından 724,44 manat və 87,11 manat məbləğində müxtəlif sayda geyim əşyaları və kompüteri üçün texniki avadanlıq, xx.xx.2021-ci il tarixdə yenidən təhsil aldığı, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin inzibati binasında olan zaman “www.N11.com” saytından 684,76 manat, 464,6 manat və 166,09 manat məbləğində geyim əşyaları və kompüteri üçün texniki avadanlıq almaqla, həmin kartın balansından ümumilikdə 2127,08 (iki min yüz iyirmi yeddi manat səkkiz qəpik) manat məbləğində pul xərcləmişdir. O, həmin kartın hesabından xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə yuxarıda göstərdiyi məbləğlərdə puldan başqa hər hansı məbləğdə pul xərcləməmişdir. O, həmin pulları heç bir şəkildə nağd olaraq çıxarmamış, həmin pulların hamısını onlayn şəkildə “www.N11.com” alış-veriş saytına xərcləmişdir. Yusif adlı tanışının ona atdığı “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartının şəkillərini ondan başqa hansısa şəxslərə göndərməsi və ya müxtəlif şəxslər tərəfindən həmin kartın balansındakı pulun xərclənməsi barədə heç bir məlumatı olmamışdır. Dəqiq tarix xatırlamasa da, 2021-ci ilin noyabrında 27-ci Polis Bölməsinin əməkdaşları onu polis bölməsinə gətirərək izahatını almışdırlar. O, 27-ci Polis Bölməsində olarkən ilk dəfə Samir və Orxan adlı şəxsləri, habelə tanışı Yusifi görmüşdür. Polis bölməsində yuxarıda adını sadaladığı şəxslər ondan nə səbəbə pulları xərclədiyini, niyə bu barədə heç kimə məlumat vermədiyini soruşduqda, o, həmin şəxslərə qeyd olunan kartdakı pulu geyim əşyalarına və bəzi texniki avadanlıqlara ehtiyyacı olduğundan sözügedən şəxslərə heç bir məlumat vermədən xərclədiyini bildirmişdir. Bununla yanaşı, 27-ci PB-də həmin kartın sahibinin İran İslam Respublikası vətəndaşı X1, habelə qeyd olunan kartın şəkillərini Yusifin onunla yanaşı, əmisi oğlu Nicata da göndərdiyini öyrənmişdir. O, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkir və onun tərəfindən İran İslam Respublikası vətəndaşı X5 vurulmuş 2127,08 (iki min yüz iyirmi yeddi manat səkkiz qəpik) manat məbləğində maddi ziyanı könüllü şəkildə ödəməyə hazırdır. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartından ümumilikdə 2127,08 manat məbləğində pulu xərcləyərkən o, ödəmələri onlayn şəkildə və yaşadığı ərazidən uzaqda həyata keçirdiyindən tanıdığı kimsə bunun şahidi olmamışdır. Həmçinin qeyd olunan kartdan pul çıxarmağı barədə də heç kimə məlumat verməmişdir. O, “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartından pul çıxarmaq barədə tanışı Yusif, əmisi oğlu Nicat, Orxan və ya Samir adlı şəxslərlə əvvəlcədən heç bir şəkildə razılaşmamışdır. O, həmin şəxslərdən Nicat və Yusifi tanımışdır. Ona qeyd olunan kartın şəkillərini Yusif göndərmişdir. O, həmin kartın hesabında olan pullardan bir qismini şəxsi ehtiyaycları üçün xərcləsə də, bu barədə nə Yusif, nə də ki başqa bir şəxsə məlumat verməmişdir. Bu səbəbdən də sözügedən şəxslərin həmin kartın hesabından onun pul xərcləməsi barədə məlumatları olmamışdır. O, əvvəlcədən Nicat, tanışı Yusif, Orxan və ya Samir adlı şəxslərlə razılaşmadığından və həmin kartın hesabından kimin hansı məbləğdə pul xərcləməsinə nəzarət edə bilmədiyindən yuxarıda göstərilən şəxslərdən hansı və ya hansıların kartın balansından nə qədər pul xərcləməsi barədə məlumatı olmamışdır. O, həmin kartdan ödənişləri onlayn şəkildə etdiyindən həmin ödəmə prosesində müəyyən məbləğdə faiz tutula biləcəyindən göstərdiyi bəzi ödənişlərlə istintaq tərəfindən əldə olunmuş bank əməliyyatlarına dair çıxarış arasında ziddiyyətlərin yarana biləcəyini düşünür. O, “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartının balansından onlayn qaydada pul köçürmələrini mobil telefonu vasitəsilə Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin inzibati binasında olan zaman həyata keçirmişdir. “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartının və yaxud başqa bir hesab kartının üzərindəki məlumatlar əsasında kartın balansında ümumilikdə hansı məbləğdə pulun olmasının müəyyən edilməsi mümkün olmadığından o, həmin kartın balansında ümumilikdə nə qədər məbləğdə pul olmasını bilməmişdir. Həmin kartın balansından onlayn qaydada oğurladığı pul vəsaitlərindən başqa o kart sahibinin şikayəti əsasında hüquq mühafizə orqanları tərəfindən aşkar olunmaqdan qorxaraq 5318 4613 9232 1857 saylı bank kartının şəkillərini mobil telefonundan silib bir daha əlavə ödənişlər üçün həmin kartın balansına müdaxilə etməmişdir. Həmçinin onuda qeyd etmişdir ki, bank kartları sahibinə məxsus mobil nömrəyə yönəldildiyindən kartın balansına etdiyi müdaxilələrdən sonra kartın balansında nə qədər məbləğdə pul qalması barədə ona heç bir məlumat xarakterli bildirişlər göndərilməmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, onun tərəfindən oğurlanmış məbləğ üzrə ziyanın tam ödənilməsini, nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ticarətçi olduğundan işləri ilə əlaqədar 21 ildir Azərbaycana gəlibgedir. Azərbaycan dilində başa düşür və danışır. Xətai rayonunda, Neftçilər xəstəxanasının yanında yerləşən BTB Banka 2021-ci ilin 15 fevral tarixində öz adına 30.000 ABŞ dolları pulu depozit olaraq qoymuşdur. 22 fevral tarixində yenidən həmin BTB Banka getmiş və öz adına 5318 4613 9232 1857 saylı kart hesabı açdırmışdır. Həmin kredit kartına BTB Bank tərəfindən 24.000 dollar pul yüklənmiş və ona verilmişdir. Ona məxsus bankda olan 30.000 dollar pul isə bank tərəfindən girov kimi götürülmüşdür. Kartda 24.000 ABŞ dolları məbləğində pul olmuşdur. Mobil nömrəsiylə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçdiyi üçün kartdan pul çıxıldıqda onun mobil nömrəsinə sms gəlməli imiş. Daha sonra 2021-ci ilin sentyabr ayında kartından istifadə edərək Türkiyənin İstanbul şəhərinə və oradan da Özbəkistanın Daşkənd şəhərinə getmək üçün iki ədəd bilet almışdır. Kartından bu biletlər üçün 453 avro və 913 dollar məbləğində pul çıxılmışdır. Bu biletlərdən 913 dollar olan bileti ləğv etdirmişdir. Həmin 913 dollar pul kartına geri yüklənməli imiş. Daha sonra xx.xx.2021-ci il tarixdə BTB banka gəlmiş və ona söylənilmişdir ki, kartından 476.35 dollar xərcləmişdir. Həmin 476.35 dollar və 437 dollar pulu nağd olaraq kassaya ödəmişdir ki, borcu bağlansın. Kartdakı pulu 25.000 dollar olmuşdur. Bu ödənişin ardınca kartına 2.000 (iki min) dollar da mədaxil etmişdir. Kassaya ödədiyi həmin pulla kartındakı pul 27.000 dollar olmuşdur. xx.xx.2021-ci il tarixində o, Türkiyənin İstanbul şəhərində olarkən BTB bankdan mobil telefonuna ***-***-**-** saylı mobil nömrədən zəng gələrək bildirmişdirlər ki, “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartında pul yoxdur, hansı ki o, həmin kartın balansındakı 27.000 dollar puldan heç bir ödəniş etməmişdir. Kartında pulun hansı səbəbdən olmamasını, habelə kartın balansından pul xərclənərkən nə səbəbə telefonuna sms gəlməməsinin səbəbini öyrənmək üçün Azərbaycana qayıtmış və BTB bankın mərkəzi fılialına yaxınlaşmışdır. “BTB” banka yaxınlaşıb 5318 4613 9232 1857 saylı bank kartının hesabından kimlərin hansı məbləğdə pul çıxarması, hesabından pul çıxarılarkən nə səbəbə telefonuna sms gəlmədiyini öyrənmək istədikdə, həmin bankın əməkdaşları bu barədə məlumatlarının olmadıqlarını, bəlkə də kartı başqa bir şəxsə verə biləcəyini söylədilər. Lakin kart həmişə öz üzərində olduğundan və heç kimə etibar etmədiyindən bunun mümkün ola bilməyəcəyini söyləmişdir. Bu zaman BTB bankının səlahiyyətli şəxsləri ona kömək edə bilməyəcəklərini, polisə müraciət etməli olduğunu bildirmişdirlər. Bundan sonra o, yaşadığı yer üzrə Yasamal RPİ-nin 27-ci PB-ə ərizə ilə müraciət edərək “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartından 27.000 dollar məbləğində pulunun onun heç bir məlumatı olmadan çıxarıldığını bildirmişdir. Daha sonra 27-ci PB-də təhqiqat araşdırması zamanı təhqiqatçı Azər ona “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartındakı 27.000 dollar məbləğində pulun Heydər Əliyev adına X12 həmin vaxt yoxlama məntəqəsində işləyən şəxslərdən Samir adlı birinin qeyd olunan kartının hər iki tərəfdən şəklini çəkib tanışlarına göndərməsi ilə xərclənildiyini bildirmişdir. O, həmin vaxt xatırlamışdır ki, xx.xx.2021-ci il tarixdə Bakıdan Daşkəndə getmək üçün Heydər Əliyev adına X10 keçərkən yoxlama zamanı BTB bank və Rabitə banka məxsus kartlarının da içində olduğu pul qabısını, 01 ədəd markasını xatırlmadığı sadə qara rəngli mobil telefonunu, bir neçə ədəd açarını və 27 manat nağd pulunu yoxlama məntəqəsində unutmuşdur. Yoxlama məntəqəsindən uzaqlaşdıqdan təxminən bir neçə dəqiqə sonra yenidən həmin yoxlama məntqəsinə qayıdaraq sadaladığı əşyaları geri götürmüşdür. O, “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartının hər iki tərəfdən şəklinin məhz həmin X-Ray apartından keçərkən unutduğu müddət ərzində çəkildiyini düşünür ki, həmin kartın şəkilləri daha sonra Samir adlı şəxs tərəfindən tanışlarına göndərilmiş və beləcə qeyd olunan kartın balansındakı 27.000 dollar, yəni qeyd olunan tarixə 1 ABŞ dolları 1 manat 70 qəpik ekvivalentində hesablanmaqla, 45.900 (qırx beş min doqquz yüz) manat məbləğindəki pul müxtəlif şəxslər tərəfindən xərclənilmişdir. İstintaq zamanı həmin pulundan 31.645 (otuz bir min altı yüz qırx beş) manat pulu sonradan polis idarəsində adlarını öyrəndiyi Zöhrab və Orxan adlı kartından pul çıxarmış şəxslər tərəfindən ödənilmiş, yerdə qalan pulu isə bu günə kimi ödənilməmişdir. O, kartından pul çıxarmış şəxslərin heç birini tanımır, həmin şəxslərin heç biri ilə şəxsi tanışlığı, ədavəti və ya düşmənçilyi yoxdur. Onun “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartından pul çıxarılması ilə bağlı mobil telefonuna hər hansı sms və ya bildiriş gəlməmiş, hətta o, bunun səbəbini sonradan “BTB” bankdan soruşduqda. həmin bankın əməkdaşları bıı barədə məlumatlarının olmadıqlarını və kartındakı pulu kimlərin çıxarmasmı öyrənə bilməyəcəklərini bildirmişdirlər. Hazırda ona dəymiş ziyanın bir hissəsi ödənilmiş, lakin kartından çıxarılmış pul tam şəkildə ödənilməmişdir. Ona görə də hesab edir ki, ona ziyanı əslində bir qrup halında həm Şahid3, Şahid2, Şahid1, Nicat adlı şəxs, həm də Təqsirləndirilən şəxs tərəfindən vurulmuşdur, ona görə də kartından çıxarılmış pulun hammısı qaytarılmayınca, həmin şəxslərin hammısından şikayətçidir. İstintaqda da onu aldatmışlar, o istintaq dövründə adları qeyd edilən şəxsləri tanımamışdır, pulları da ona həmin şəxslər verməmişlər. Pulları ona müstəntiq Vüqar Məcidov təqdim etmişdir və müstəntiq bildirmişdir ki, oğurlanmış pulun qalan hissəsini də 10-15 günə tam şəkildə veriləcəkdir, onu inandırdığı üçün o da sənədlərə qol çəkmişdir. Lakin sonradan pulun qalan hissəsi ilə maraqlanmaq üçün müstəntiqlə əlaqə saxladdıqda, müstəntiq bildirmişdir ki, qalan hissəsini verməyiblər və işi məhkəməyə göndərirlər, pulun qalan hissəsini alıb ona verə bilmirlər, qalan hissədəki pulu başqa şəxs oğurlayıb. Göstərilənlərə əsasən şikayətçidir, istintaqın da düzgün aparılmadığını, pulunun tam şəkildə ona qaytarılıb verilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, kompüter vasitəsilə oyunlar oynayıb serverlər satır, “support” edir. Hadisədən təxminən il yarım əvvəl Zöhrab və Nicat adlı şəxslərlə birlikdə kompüterdə “LİNEAGE” oyunu oynamışdır. Onlar yalnız onlayn şəkildə oyun oynadıqlarından həmin şəxsləri real həyatda heç vaxt görməmiş və şəxsi tanışlığı olmamışdır. Hadisədən əvvəl də Zöhrab və Nicat adlı şəxslərlə oyun oynadığı müddətdə aralarında heç vaxt onlayn alış-veriş olmamışdır. xx.xx.2021-ci il tarixdə. onun “***- ***-**-**” mobil nömrəsinin ”whatsapp”-a Nicat hazırda xatırlamadığı Rusiya Federasiyasına məxsus mobil nömrənin "whatsapp”-dan “BTB” banka məxsus plastik kartın 16 rəqəmli şifrəsinin və kartın məxsus olduğu şəxsin ad, soyadını yazıldığı hissəsinin şəklini ona göndərərək kartın üzərindəki şəxsin soyadının axırının “yan” ilə qurtardığından həmin kartın sahibinin erməni vətəndaşı ola biləcəyini düşünsə də, tam şəxsiyyətini müəyyən edə bilmədiyini söyləyərək ondan həmin kartın sahibinə dair məlumatları əldə etməsini xahiş etmişdir. O, da Nicatın xahişini yerə salmayaraq “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartını yoxladıqda həmin kartın sahibinin anket məlumatlarını tam şəkildə öyrənə bilməmişdir. Nicata bu barədə bildirdikdən sonra şəxsin kimliyini dəqiq şəkildə müəyyən etmək üçün kartı və üzərində yazılanları daha ətraflı şəkildə araşdırmağa başlamışdır. Həmin vaxt qeyd olunan kartın balansından pulu nağd şəkildə çıxarmağın qeyri-mümkün olmasına baxmayaraq, kart vasitəsilə onlayn şəkildə alış-veriş etməyin mümkün olduğunu müəyyən etmişdir. Nicat ona kartın şəkillərini göndərsə də, kartdan pul çıxarması ilə bağlı ona hər hansı tapşırıq verməmişdir. O, kartın sahibinin Azərbaycanda olmadığını, həmçinin kartın sahibinin soyadından həmin şəxsin milliyyətcə erməni olduğunu düşünüb Nicata heç bir məlumat vermədən göstərilən kartın hesabına müdaxilə edərək pul çıxarmaq qərarına gəlmişdir. Buna səbəb isə anasının ağır şəkər xəstəsi olduğundan pula ehtiyacının olması idi. Bununla yanaşı, qardaşının birinci Qarabağ müharibəsində yaralanaraq birinci qrup əlil olmasında erməniləri günahkar gördüyündən həmin kart sahibinin də erməni ola biləcəyini düşünərək qeyd olunan kartın balansından pul çıxarmaq üçün kartın hesabına telefonu ilə Yasamal rayonu ərazisində Əbdürrəhim bəy Haqverdiyev küçəsi 62 ünvanında, Musabəyov parkının içərisində yerləşən “Cafepark” adlı cafedə daxil olmuşdur. Çünki kartın balansındakı pulu evində xərcləsə, sonradan asanlıqla tapıla biləcəyini düşünmüş, bu səbəbdən də kartın balansındakı pulu başqa bir ərazidə xərcləmək qərarına gəlmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində hər gün ünvan 3 ünvanında, Musabəyov parkının içərisində yerləşən “Cafepark” adlı kafeyə gələrək qeyd olunan kartın balansındakı pulu xərcləmişdir. Həmin kart vasitəsilə ilkin olaraq “Paybut” saytında mərc etmək istəyərkən kartın hesabından 10 manatdan çox pul ödədikdə, həmin saytın 3D qoruma sisteminin işə düşdüyünü müəyyən etmişdir. O, da təhlükəsizlik sisteminin işə düşüb kartın bloka düşməməsi üçün həmin sayta hər dəfəsində 10 manatdan aşağı məbləğdə pul yatırmışdır. Bu məqsədlə o, xx.xx.2021-ci il tarixdə 2,36, 2,36, 11,75, həmçinin 131 dəfə 9.89 manatdan olmaqla, ümumilikdə 1312 manat 06 qəpik məbləğində pulu həmin saytın hesabına yatıraraq mərc etmişdir. O, 100,49 manat məbləğində pulu BirBank kartına, 100,49, 100,49, 20,09 manat məbləğində pulu “e-pul” onlayn ödəmə sisteminə, 153.77, 201.01, 512.55, 10.05, 804, 502,5, 1155,75 manat məbləğində pulu Kapital Bank hesabına, 50.25 manat məbləğində pulu e- manat ödəniş terminalına, 29,19, 291,84, 583,71, 583,71, 1459,25 və 14189,05 manat pulu “pokupo” onlayn ödəmə sisteminə, 111,88 və 51,95 manat məbləğində pulu “funpay” onlayn oyun alış-verişi sisteminə, 3314,46 və 552,74 manat məbləğində pulu Kontakt Home mağazasına, 11.05 manat məbləğində pulu “Nar” nömrənin balansına, 235,03, 358,77, 359,14, 358,9, 358,9, 358,9 manat məbləğində pulu “Krpcm” Qazaxıstan dövlətinə məxsus onlayn ödəmə sisteminə, 287,37 və 574,21 manat məbləğində pulu “sms-activate” onlayn sosial şəbəkələrin hesablarının alış-verişi sisteminə, 389,16 manat pulu “yandex mail” onlayn ödəmə sisteminə, 3,32 manat pulu da hazırda xatırlamadığı sayta yatırmaqla, ümumilikdə 29.517,19 (iyirmi doqquz min beş yüz on yeddi manat on doqquz qəpik) manat məbləğində pulu onlayn şəkildə xərcləmişdir. O, həmin kartın hesabından xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə yuxarıda göstərdiyi məbləğlərdə puldan başqa hər hansı məbləğdə pul xərcləməmişdir. O, həmin pulları heç bir şəkildə nağd olaraq çıxarmamış, həmin pulların hamısını onlayn şəkildə onlayn ödəmə sistemlərinə, oyun saytlarına, onlayn alış-veriş saytlarına xərcləmişdir. Dəqiq tarix xatırlamasa da, 2021-ci ilin noyabrında 27-ci Polis Bölməsinin əməkdaşları onu polis bölməsinə apararaq izahatını almışdırlar. O, 27-ci Polis Bölməsində olarkən ilk dəfə Samir, Yusif, Zöhrab adlı şəxsləri görmüşdür. Polis bölməsində yuxarıda adı sadalanan şəxslər ondan nə səbəbə pulları çıxardığını, niyə sözügedən şəxslərə bu barədə məlumat vermədiyini soruşduqda, o, həmin şəxslərə pula ehtiyacı olduğundan heç kimə məlumat vermədən pulu çıxardığını bildirmişdir. Bununla yanaşı, 27-ci PB-də həmin kartın sahibinin İran İslam Respublikası vətəndaşı X1 da öyrənmişdir. O, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkir və onun tərəfindən İran İslam Respublikası vətəndaşı X5 vurulmuş 29.517,19 məbləğində maddi ziyanı könüllü şəkildə ödəmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartından təxminən 29.517,19 manat məbləğində pulu onlayn şəkildə xərcləyərkən o, ödəmələri onlayn şəkildə və yaşadığı ərazidən uzaqda həyata keçirdiyindən kimsə bunun şahidi olmamışdır. Həmçinin qeyd olunan kartdan pul çıxarmağı barədə də heç kimə məlumat verməmişdir. O, “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartından pul çıxarmaq barədə Nicat, sonuncunun əmisi oğlu Zöhrab, Yusif və ya Samir adlı şəxslərlə əvvəlcədən heç bir şəkildə razılaşmamışdır. O, həmin şəxslərdən Nicat və Zöhrabı tanımışdır. Ona qeyd olunan kartın şəkillərini Nicat göndərmişdir. O, həmin kartın hesabında olan pullardan bir qismini şəxsi ehtiyacları üçün xərcləsə də, bu barədə nə Nicat, nə də ki başqa bir şəxsə məlumat verməmişdir. Bu səbəbdən də sözügedən şəxslərin həmin kartın hesabından onun pul xərcləməsi barədə məlumatları olmamışdır. O, əvvəlcədən Nicat, sonuncunun əmisi oğlu Zöhrab, Yusif və ya Samir adlı şəxslərlə razılaşmadığından və həmin kartın hesabından kimin hansı məbləğdə pul xərcləməsinə nəzarət edə bilmədiyindən yuxarıda göstərilən şəxslərdən hansı və ya hansıların kartın balansından nə qədər pul çıxarması barədə məlumatı olmamışdır. O, həmin kartdan ödənişləri onlayn şəkildə etdiyindən həmin ödəmə prosesində müəyyən məbləğdə faiz tutula biləcəyindən göstərdiyi bəzi ödənişlərlə istintaq tərəfindən əldə olunmuş bank əməliyyatlarına dair çıxarış arasında ziddiyyətlərin yarana biləcəyini düşünür. “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartının və yaxud başqa bir hesab kartının üzərindəki məlumatlar əsasında kartın balansında ümumilikdə hansı məbləğdə pulun olmasının müəyyən edilməsi mümkün olmadığından o, həmin kartın balansında ümumilikdə nə qədər məbləğdə pul olmasını bilməmişdir. Həmin kartın balansından onlayn qaydada oğurladığı pul vəsaitlərindən başqa o kart sahibinin şikayəti əsasında hüquq mühafızə orqanları tərəfındən aşkar olunmaqdan qorxaraq 5318 4613 9232 1857 saylı bank kartının şəkillərini mobil telefonundan silib bir daha əlavə ödənişlər üçün həmin kartın balansına müdaxilə etməmişdir. Həmçinin onuda qeyd etmişdir ki, bank kartları sahibinə məxsus mobil nömrəyə yönəldildiyindən kartın balansına etdiyi müdaxilələrdən sonra kartın balansında nə qədər məbləğdə pul qalması barədə ona heç bir məlumat xarakterli bildirişlər göndərilməmişdir. xx.xx.2021-ci il tarixdə “BTB” banka məxsus 5318 4613 9232 1857 saylı bank kartından nağd şəkildə pul çıxarılması mümkün olmadığı üçün o, həmin kartla “www.kontakt.az” saytı vasitəsilə sifariş edərək “Kontakt Home” mağazasından aldığı ümumilikdə, 3847,96 manat dəyərində “İphone 12 Pro Max 256 GB - Pacifıc Blue” markalı mobil telefon, “Apple 20W USB-Cadapter MHJE3ZM/A” markalı adapter, “X18 İphone 12 Pro Max” markalı telefon qoruyucusu və “Samsung Galaxy A22 DS (SM-A225) 128 GB-Black” markalı mobil telefonu aldıqdan bir müddət sonra Nəsimi rayonu, “28 May” metrosunun yaxınlığında tanımadığı şəxsə özünə məxus oduğunu bildirib cinayət yolu il ələ keçirdiyi pullarla alması bardə heç bir məlumat vermədən 2.700 (iki min yeddi yüz) manat məbləğində pula satmış, bu səbəbdən də qeyd olunan əşyalar hal-hazırda onda deyil və istintaqa təqdim edə bilməyəcəkdir. Məhkəmə iclasında Şahid1 sorğu sual zamanı bildirmişdər ki, kartda nə qədər pul olmasını bilməyib, çünki bunu bilmək mümkün deyildir, kartdan sifarişlər verib pulları bu vasitə ilə çıxartmışdır. Sonuncu dəfə sifariş verəndə kart bloklandığı üçün sifarişin pulunu ödəyə bilməmişdir. əgər kart bloklanmasaydı başqa sifarişlər də verib, pulunu həmin kartla ödəyəcəkdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləriylə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır və xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Heydər Əliyev adına X12” Aviasiya Təhlükəsizliyi Baş İdarəsində agent vəzifəsində işləmişdir. Onun işi əsasən Hava Limanına daxil olan sərnişinlərin “X-Ray” monitor aparatından keçən zaman üzərlərində metal əşyaların olub-olmamasına nəzarət etməkdən ibarət olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində bir nəfər sonradan İran İslam Respublikasının vətəndaşı olduğunu öyrəndiyi X7 "X-Ray” aparatına daxil olaraq oradan keçən zaman üzərində olan 01 ədəd markasını xatırlmadığı sadə qara rəngli mobil telefonu, bir neçə açarı, 27 manat nağd pulu və 01 ədəd içərisində müxtəlif kartlar olan qara rəngli dəri kisəni örada qoyulmuş xüsusi qaba yerləşdirib “X-Ray” aparatından keçib getmişdir. Bir qədər sonra o, “X-Ray” aparatına və ətrafa baxış keçirən zaman görmüşdür ki, xarici ölkə vətəndaşına aid əşyalar orada qutunun içərisində qalıb, lakin həmin an əşyalarını unutmuş şəxsin yerli və ya xarici ölkə vətəndaşı olduğunu müəyyən edə bilməmişdir. O, həmin əşyaları götürüb orada olan qara rəngli dəri kisənin içərisinə baxış keçirtmişdir ki, həmin əşyalar kimə məxsusdursa sahibini tapıb qaytarsın, lakin qara rəngli dəri kisəyə baxış zamanı itmiş əşyaların məxsus olduğu şəxsin hansı ölkənin vətəndaşı olduğunu tapa bilməmişdir. Belə ki, o, həmin qabda olan kartlara baxış keçirən zaman orada ayrı-ayrı firmalara və şəxslərə məxsus vizit kartlar və bir neçə bank kartlarının olduğunu görmüşdür. Həmin kartlardan “BTB” banka aid kartı götürüb baxan zaman həmin kartın üzərində yazılmış adın “Seyed Bonihashemian” olduğunu görüb həmin şəxsin soyadının sonluğuna əsasən Ermənistan Respublikasının vətəndaşı olduğunu düşünmüşdür. O, həmin ərəfələrdə “Whatsapp” proqramı vasitəsilə mesajlaşdığı tanışı Şahid3 bu barədə məlumat verdikdə sonuncu ona demişdir ki, həmin şəxsin adı olan kartın üzünün şəklini çəkib Yusifə atsın, sonuncu da baxsın, bəlkə şəxsin vətəndaşlığını müəyyən edə bildi. O, da şəxsin vətəndaşlğını müəyyən etməyəcəyi təqdirdə, həmin itmiş əşyaların sahibini müəyyən etməyin çox çətin olacağını düşünmüş, “BTB” banka məxsus plastik kartın 16 rəqəmli şifrəsinin və kartın məxsus olduğu şəxsin ad, soyadının yazıldığı hissəsinin şəklini çəkib Yusifə göndərmişdir. Yusif də həmin şəxsin soyadının axırının “yan” hissəciyi ilə qurtardığından kartın sahibinin erməni ola biləcəyini bildirmişdir. Bundan sonra Yusif ona demişdir ki, həmin kartın arxa tərəfinin şəklini də çəkib atsın, bəlkə kartın o biri üzündə şəxsin vətəndaşlığı ilə bağlı informasiya əldə edə bildi. O, Yusifə bildirmişdir ki, kartın sahibi bilib şikayət edər. Yusif isə bildirmişdir ki, əgər kartın sahibi erməni vətəndaşıdırsa, həmin şəxsin anket məlumatlarını müəyyən edib aidiyyatı dövlət qurumlarına məlumat verməlidirlər. O, da Yusifin bu sözlərindən sonra həmin kartın digər üzvünün şəklini də çəkib Yusifə göndərmişdir. Bundan bir qədər sonra həmin əşyaların sahibi onların olduqları posta yaxınlaşaraq əşyalarını orada unutduğunu bildirdikdə, o həmin şəxsdən xarici pasportunu alıb adını və soyadını dəqiqləşdirdikdən sonra həmin əşyaların hamısını sonuncuya qaytarmışdır. Həmçinin o, orada həmin şəxsin pasportuna baxdıqdan sonra sözügedən şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu görmüşdür. Bundan sonra o, dərhal tanışı Yusifə “Whatsapp” proqramı vasitəsi ilə yazmışdır ki, göndərdiyi kartın sahibi İran vətəndaşıdır, erməni deyil. Ona görə də həmin şəkilləri telefonundan silib kartdan hər hansı bir məqsədlə istifadə etməsin. Yusif də ona kartm şəkillərini siləcəyini bildirmişdir. O, da Yusifə arxayın olub sonuncunun artıq karta hər hansı bir müdaxilə etməyəcəyini və kartın şəkillərini siləcəyini düşünmüşdür. Bundan təxminən iki ay sonra onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət edən zaman o, orada öyrənmişdir ki, Şahid3 göndərdiyi sonradan İran İslam Respublikasımn vətəndaşı olan X5 məxsus “BTB” banka aid plastik kartın hesabından müəyyən məbləğdə pullar çıxarılmışdır. O, da polis bölməsində həmin işlə bağlı hər hansı bir məlumatının olmadığını, Seyed Bonihashemiana məxsus bank kartından kimin hansı məbləğdə pullar çıxarmasını bilmədiyini söyləmişdir. Onun həmin kartın şəklini Şahid3 göndərməkdə məqsədi həmin kartın sahibinin soyadına görə ermənistan Respublikasının vətəndaşı olmasından şübhələndiyindən göstərilən kartın sahibinin kimliyini dəqiqləşdirmək olmuş, həmin kartdan pul çıxarmaq və ya başqa bir yolla gəlir əldə etmək niyyəti olmamışdır. O, kartın sahibinin İran vətəndaşı olduğunu bildikdən sonra da Yusifə göndərdiyi kartın şəkillərini silməsini və karta hər hansı bir müdaxilə etməməsini bildirmişdir. X13 məxsus “BTB” banka aid plastik kartın balansından nə qədər pul çıxarılmasından xəbəri olmamış, bu barədə o, polis bölməsində öyrənmişdir ki, Şahid3 onun göndərdiyi kartın şəkillərini silməyərək onun tanımadığı və əlaqəsi olmayan tanışlarına göndərmiş və həmin şəxslər də qeyd olunan kartın balansından müxtəlif məbləğlərdə pullar çəkmişdir. Həmin kartdan çıxarılmış pullardan ona heç kim heç bir məbləğdə pul verməmişdir. Cinayət işi üzə adı keçən şəxslərdən o, ancaq Şahid3 tanıyır. Adları çəkilən Təqsirləndirilən şəxs, Şahid1 və X9 heç birini tanımır. Həmin şəxslərlə heç bir əlaqəsi və ya münasibəti olmamışdır. Həminçinin qeyd olunan şəxslərin heç biri ilə arasında Seyed Bonihashemiana məxsus “BTB” banka aid plastik kartın balansından hər hansı bir məbləğdə pul çıxarılması barədə əvvəlcədən və ya sonradan heç bir razılaşma olmamışdır. Məhkəmə iclasında Şahid2 sorğu sual zamanı bildirmişdər ki, onun özünün də kartı vardır və kartdan istifadə edir. Bilir ki, kartın üz tərəfindəki nömrələri yazılmış hissənin şəklini kiməsə göndərsə, kartdan pul çıxara bilməzlər. Lakn həmin nömrələrlə birlikdə kartın arxasındakı üç rəqəmli CVV kodunu da kiməsə göndərsə, həmin adam bu kartdan pul çıxara bilər. Həmçinin bilir ki, həmin 3 rəqəmli CVV kod sirrdir, gizli saxlanılmalıdır, kartın sahibinə aiddir, onu kiməsə göndərmək olmaz. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, birlikdə yuxarıda göstərilən ünvanda yaşayır və Şahid2 2016-cı ildən tanıyır. Onların yaxın dostluq münasibəti olmuşdur. xx.xx.2021-ci il tarixdə dəqiq saat xatırlamasa da, gecə saatlarında tanışı Şahid2 ilə “whatsapp” proqramı vasitəsilə həmişə olduğu kimi gündəlik məişət problemləri ilə bağlı söhbət edərkən həmin söhbət əsnasında Samir işlədiyi Heydər Əliyev adma Hava Limanında bir nəfər xarici ölkə vətəndaşının “X-Ray” aparatına daxil olaraq oradan keçən zaman üzərində olan 01 ədəd sadə qara rəngli mobil telefonu, bir neçə açarı, 27 manat nağd pulu və 01 ədəd içərisində müxtəlif kartlar olan qara rəngli dəri kisəni orada qoyulmuş xüsusi qaba yerləşdirib “X-Ray” aparatından keçib gedərkən orada unutduğunu bildirmişdir. Samir söhbət əsnasında demişdir ki, həmin əşyalardan dəri kisənin kart hissəsində olan kartlara baxış keçirən zaman orada ayrı-ayrı firmalara və şəxslərə məxsus vizit kartlar və bir neçə bank kartlarının olduğunu görmüşdür. Həmin kartlardan “BTB” banka aid kartı götürüb baxan zaman həmin kartın üzərində yazılmış adın “Seyed Bonihashemian” olduğunu görüb həmin şəxsin soyadının sonluğuna əsasən Ermənistan Respublikasının vətəndaşı olduğunu düşünmüşdür. Tanışı Samir ona kartın üzərindəki ad və soyad barədə bildirdikdə, o, Samirə həmin şəxsin adı olan kartın üzünün şəklini çəkib ona atmasını, həmin karta özünün də baxmasını istəmişdir. Samir də həmin “BTB” banka məxsus plastik kartın 16 rəqəmli şifrəsinin və kartın məxsus olduğu şəxsin ad, soyadının yazıldığı hissəsinin şəklini çəkib ona göndərmişdir. O, da həmin şəxsin soyadını oxuyan zaman kartın sahibinin soyadının axırı “yan” hissəciyi ilə bitdiyindən erməni vətəndaşı olduğunu düşündüyünü Samirə bildirmişdir. Bundan sonra o, Samirə kartın arxa tərəfinin şəklini də çəkib ona atmasını, bəlkə həmin kartın arxa tərəfində qeyd olunan məlumatlara əsasən həmin şəxsin vətəndaşlığını müəyyən edə biləcəyini söyləmişdir. Samir ilk öncə ona etiraz edərək kartın arxa tərəfinin şəklini ona göndərmək istəməmişdir. O, da bu zaman Samirə əgər kartın sahibi erməni vətəndaşıdırsa, həmin şəxsin anket məlumatlarını müəyyən edib bu barədə aidiyyatı dövlət qurumlarına məlumat verməli olduqlarını bildirmişdir. Samir bundan sonra onunla razılaşaraq həmin kartın digər üzünün şəklini də çəkib ona göndərmişdir. Lakin yenə də kartın sahibinin vətəndaşlığını müəyyən edə bilməmişdir. Həmin an o, Zöhrab və Nicat adlı tanışlarının elektron sistemdən yaxşı başı çıxdığını düşünüb kartın şəkillərini Zöhrab və Nicata göndərmək qərarına gəlmişdir. Bundan sonra, ilk olaraq Təqsirləndirilən şəxs “whatsapp” proqramı vasitəsilə kartın şəkillərini göndərərək kartın sahibinin hansı ölkə vətəndaşı olduğunu öyrənməsini xahiş etmişdir. O, şəkli Zöhraba göndərdikdən sonra, həmin kartın şəklini sonuncunun əmisi oğlu Nicat Əliyevə də göndərmiş və Zöhraba söylədiklərini eyni qaydada Nicata da demişdir. Bundan bir qədər sonra Samir ona mesaj yazaraq həmin əşyaların sahibinin olduqları posta yaxınlaşaraq əşyalarını orada unutduğunu bildirdiyini və Samirin də qeyd olunan şəxsin xarici pasportunu alıb adını və soyadını dəqiqləşdirdikdən sonra həmin əşyaların hamısını sahibinə qaytardığını söyləmişdir. Həmçinin Samir ona orada həmin şəxsin pasportuna baxdıqdan sonra sözügedən şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu görüb bayaq ona göndərdiyi şəkilləri telefonundan silərək kartdan hər hansı bir məqsədlə istifadə etməməsini bildirmişdir. O, da Samirə kartın sahibinin kimliyi müəyyən olunduğundan kartın şəkillərini siləcəyini söyləmişdir. Bundan sonra o, Samirə söz verdiyi kimi, həmin şəkilləri telefonundan silmiş və ardınca da Zöhrabla Nicata mesaj yazaraq kartın sahibinin tapıldığını, kartdan hər hansı şəkildə istifadə etməmələrini, habelə həmin kartın şəkillərini silmələrini bildirmişdir. Bundan sonra onun Zöhrabın və ya Nicatın qeyd olunan kartla nəsə sifariş etmələri, kartın şəkillərini kimlərəsə göndərmələri, kart vasitəsilə nəsə almaları barədə məlumatı olmamışdır. Onun özü həmin kart vasitəsilə heç bir şey sifariş etməmiş, hər hansı yolla həmin kartdakı puldan istifadə etməmişdir. Bundan təxminən iki ay sonra, onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət edən zaman o, orada öyrənmişdir ki, Zöhraba şəkillərini göndərdiyi bank kartının sahibi İran İslam Respublikasının vətəndaşı olan X2 məxsus “BTB” banka aid plastik kartın hesabından müəyyən məbləğdə pullar çıxarılıb. O, da polis bölməsində həmin işlə bağlı hər hansı bir məlumatının olmadığını, Seyed Bonihashemiana məxsus bank kartından kimin hansı məbləğdə pullar çıxarmasını bilmədiyini söyləmişdir. Onun həmin kartın şəklini Təqsirləndirilən şəxs və sonuncunun əmisi oğlu Nicat Əliyevə göndərməkdə məqsədi kartın sahibinin kimliyini müəyyən etmək olmuş, həmin kartdan pul çıxarmaq və ya başqa bir yolla gəlir əldə etmək niyyəti olmamışdır. X13 məxsus “BTB” banka aid plastik kartın balansından nə qədər pul çıxarılmasından xəbəri olmamışdır. Bu barədə o, polis bölməsində öyrənmişdir ki, Təqsirləndirilən şəxs və tanımadığı Orxan adlı şəxs Şahid2 ona göndərdiyi kartın şəkillərini silməyərək kartın balansından müxtəlif məbləğlərdə pullar xərcləmişdirlər. Həmin kartdan çıxarılmış pullardan ona heç kim heç bir məbləğdə pul verməmişdir. Cinayət işi üzə adı keçən şəxslərdən o, Şahid2, Təqsirləndirilən şəxs və sonuncunun əmisi oğlu Nicat Əliyevi tanıyır. Adı çəkilən Şahid1 tanımır. Orxan adlı şəxslə heç bir əlaqəsi və ya münasbəti olmamışdır. Həminçinin qeyd olunan şəxslərin heç biri ilə arasında Seyed Bonihashemiana məxsus ”BTB" banka aid plastik kartın balansından hər hansı bir məbləğdə pul çıxarılması barədə əvvəlcədən və ya sonradan heç bir razılaşma olmamışdır. xx.xx.2021 -ci il tarixdə Şahid2, Təqsirləndirilən şəxs və sonuncunun əmisi oğlu X14 ilə sözügedən “'BTB” banka aid, X2 məxsus plastik kartla bağlı "whatsapp” proqramı vasitəsilə apardığı söhbətlərə dair sms yazışmaların üzərində xeyli müddət keçdiyindən, həmin sms yazışmaları telefonunda qalmamışdır, bu səbəbdən həmin yazışmaları istintaqa təqdim etməyi mümkün deyildir. Məhkəmə iclasında Şahid3 sorğu sual zamanı bildirmişdər ki, onun özünün də kartı vardır və kartdan istifadə edir. Bilir ki, kartın üz tərəfindəki nömrələri yazılmış hissənin şəklini kiməsə göndərsə, kartdan pul çıxara bilməz. Lakn həmin nömrələrlə birlikdə kartın arxasındakı üç rəqəmli CVV kodunu da kiməsə göndərsə, həmin adam bu kartdan pul çıxara bilər. Həmçinin bilir ki, həmin 3 rəqəmli CVV kod sirrdir, gizli saxlanılmalıdır, kartın sahibinə aiddir, onu kiməsə göndərmək olmaz. Həmçinin Zöhraba kartın şəklini atandan sonra Zöhrab ona bildirib ki, kart açıqdır, başqa nömrəyə bağlı deyildir, pul çıxartmaq olar kartdan. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs özü tərəfindən kartdan çıxarılmış pulla bağlı vurulmuş maddi ziyanın tamamilə ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi əməl üzrə əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 15:30 dəqiqədə tutulmuş, müstəntiq tərəfindən müəyyən istintaq hərəkətləri keçirilmiş, xx.xx.2021-ci il tarixdə saat 14:45-də təqsirləndirilən şəxs kimi dindirilmiş, bundan sonra dəymiş maddi ziyanın ödənilməsi barədə protokol tərtib edilmiş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət hazırlanıb Yasamal rayon prokuroruna müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, istintaq dövründə hər bir halda 24 saatdan çox, yəni 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış "Kontakt Home” tərəfindən tərtib edilmiş, içərisində Şahid1 tərəfindən 01 ədəd “İphone 12 Pro Max 256 GB-Pacific Blue” markalı mobil telefonun, 01 ədəd “Apple 20W USB-Cadapter MHJE3ZM/A” markalı adapterin, 01 ədəd “X18 İphone 12 Pro Max” markalı telefon qoruyucusunun və “Samsung Galaxy A22 DS (SM-A225) 128 GB-Black” markalı mobil telefonun alınması ilə bağlı xx.xx.2021-ci il tarixli 01 ədəd A4 formatlı vərəq, həmçinin xx.xx.2021-ci il tarixli, 5(004)-868/2021 nömrəli Yasamal Rayon Məhkəməsinin qərarına əsasən “BTB” Bank tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli İH-2021/7612 nömrəli müşayiət məktubuna əlavə edilmiş 12 ədəd A4 formatlı vərəqdən ibarət xx.xx.2021 -ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Zərərçəkmiş şəxs məxsus “BTB” bankda olan ******************** nömrəli şəxsi hesabından köçürülən bank əməliyyatlarının olduğu çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 11 ay 26 gün (iki il on bir ay iyiyrmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış "Kontakt Home” tərəfindən tərtib edilmiş, içərisində Şahid1 tərəfindən 01 ədəd “İphone 12 Pro Max 256 GB-Pacific Blue” markalı mobil telefonun, 01 ədəd “Apple 20W USB-Cadapter MHJE3ZM/A” markalı adapterin, 01 ədəd “X18 İphone 12 Pro Max” markalı telefon qoruyucusunun və “Samsung Galaxy A22 DS (SM-A225) 128 GB- Black” markalı mobil telefonun alınması ilə bağlı xx.xx.2021-ci il tarixli 01 ədəd A4 formatlı vərəq, həmçinin xx.xx.2021-ci il tarixli, 5(004)-868/2021 nömrəli Yasamal Rayon Məhkəməsinin qərarına əsasən “BTB” Bank tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli İH- 2021/7612 nömrəli müşayiət məktubuna əlavə edilmiş 12 ədəd A4 formatlı vərəqdən ibarət xx.xx.2021 -ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Zərərçəkmiş şəxs məxsus “BTB” bankda olan ******************** nömrəli şəxsi hesabından köçürülən bank əməliyyatlarının olduğu çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-29/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-29/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver