Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-29/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi Nuri oğlunun iştirakları ilə, xx xxxx 1996-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(009)115/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CMin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 14 saylı binanın 3-cü girişinin 8-ci mərtəbəsindən 9-cu mərtəbəsinə qalxan hissədə pilləkən meydançasında Zərərçəkmiş şəxs məxsus dolabın qapısında olan qıfılı sındıraraq saxlanc yerinə qanunsuz olaraq oradan sonuncuya məxsus içərisində ümumi dəyəri 800 manat olan 3 ədəd «İsoleocin» və 1 ədəd «Valin» dərman preparatları olan 700 manat dəyrində «Mont Blank» markalı çantanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 (min beş yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 13 fevral 2023-cü il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,759 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 13 fevral 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 75 nömrəli ünvanın qarşısında Bakı şəhər Yasamal RPİnin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvandakı mənzilin saxlanc yerindən edilmiş oğurluq əməlini törətmiş şəxsin ifşa olunaraq barəsində qanuna müvafiq tədbirlərin görülməsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-уэ gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,759 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinin Yasamal, Binəqədi, Nəsimi, Səbail və Xətai rayonlarının ərazisindən oğurluq cinayətləri etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin müvafuiq bəndləri ilə barəsində cinayət işləri olmuş, sonuncu dəfə təxminən 3-4 ay bundan öncə "xxxx", yəni, 5 saylı X4 azadlığa buraxılmışdır. Evin tək uşağıdır, subaydır, hər hansısa bir yerdə daimi olaraq işləmir.2016-cı il tarixdə atası Malik Məmmədov, 2019cu il tarixdə anası Anaxanım Cəfərova vəfat etmişdir. Təxminən iki üç il olar ki, narkotik vasitə istifadə etmiş, ilk olaraq marixuana, sonralar isə əsasən “şüşə”, “patı” kimi tanınan psixotrop maddə olan metamfetamin istifadə etməkdədir. Bundan başqa müəyyən zamanlarda maddi çətinlikləri olduğundan xırda-para oğurluqlar edib oğurluq yolu ilə əldə etdiyi əşyaları satıb asan yolla qazanc əldə etmişdir. Bunlardan biri də 27 noyabr 2022-ci il tarixdə etdiyi oğurluq cinayəti olmuşdur. Həmin tarixdə, yəni, 27 noyabr 2022-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi ilə hərəkətdə olan zaman həmin küçədə yerləşən 14 nömrəli üç bloklu yaşayış binasının qarşından keçdikdə yaşayış binasının üçüncü blokunun qapısının açıldığını, bir nəfər şəxsin binanın girişindən bayıra çıxdığını görmüşdür. Qapı kodlu olduğundan bağlı olmuş və bir nəfər tanımadığı, zənnincə bina sakininin bayıra çıxması ilə qapının açılmasını fürsət bilib həmin yaşayış binasının 3-cü blokundan binaya daxil olmuşdur. Pilləkənlərlə mərtəbələrə baxa-baxa qalxmışdır ki, hansısa tullantı əşya və ya dəmir parçası görüb götürüb satıb qazanc əldə edər. Bu zaman 8-ci mərtəbədən 9-cu mərtəbəyə qalxan hissədə, mərtəbələr arasında olan pilləkən meydançasında yerləşən taxta mebeldən olan dolabı, görmüşdür. Şkafa yaxınlaşıb qapısındakı kilidi sındırıb içərisinə baxmış, şkafın içərisində qara rəngli, biraz iri formada, “aeraport” çantası kimi tanıdığı çantanı görmüş və düşünmüşdür ki, həmin çantanı götürüb, bir nəfərə satıb qazanc əldə etsin, əldə etdiyi pulu şəxsi istifadəsi üçün xərcləsin. Eyniliklə belə də etmiş və xx.xx.2022-ci il tarixdə saat 10 radələrində ünvan 4, üç girişli yaşayış binasının, 3-cü girişinin 8-ci mərtəbəsindən 9-cu mərtəbəsinə qalxan hissədə, pilləkən meydançasında yerləşən dolabdan qara rəngli çantanı götürüb gəldiyi kimi pilləkənlərlə enərək binadan çıxıb oradan uzaqlaşmışdır.Əlində çanta ilə metronun “İnşaatçılar” stansiyası istiqamətində hərəkət edib qarşına çıxan şəxslərə çantanı satdığını bildirirmiş, nəhayət metronun “İnşaatçılar” stansiyası yaxınlığında, qarşına çıxan, tanımadığı, anket məlumatlarını bilmədiyi, orta yaşlı, kişi cinsindən olan bir nəfərə həmin çantanı 10 manat pula satmışdır və pulu götürüb şəxsi istifadəsi üçün xərcləmişdir. Çantanı götürən zaman nə orada, nə yolda olarkən içərisinə baxmamış, çantanı götürən zaman ağırlığından içərisində nəsə olduğu hiss olunmuş, içərisindəki səslərdən çantanın içərisində nəsə əşyalar olduğu hiss olunmuş, amma qeyd etdiyi kimi içərisinə baxmamışdır. Elə əlində saxlayaraq qarşına çıxan şəxslərə satmaq istəmiş, sonda bir nəfər çantanı almaq istəmiş, qiymətdə razılaşma edib 10 manata həmin çantanı içərisindəkilər ilə birlikdə tanıımadığı şəxsə satıb oradan uzaqlaşmış, pulu da şəxsi istifadəsi üçün xərcləmişəm. Bundan başqa o. İfadəsində göstərmişdir ki, 13 fevral 2023cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəm üçün təxminən 10 manat pul müqabilində gümüşü rəngli siqaret kağızma bükülmüş bir bükümdə “patı”,“şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoyub üzərimdə saxlayıb gəzdirmiş və işlərini həll etmişdir. Həmin günü, bir neçə saatdan sonra, yəni, 13 fevral 2023-cü il tarixdə saat 13:00 radələrində ünvan 5 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər.Polis əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində yerləşən yaşayış binasından oğurluq etməyində şübhə etdiklərini bildirib onu, Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə onlarla birlikdə getməyə dəvət etmişlər. Bu zaman həyacanlı olduğundan və yanında polis əməkdaşları olduğundan başqa hər hansısa bir hərəkət edə bilməmiş və polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir.Polis Bölməsində oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə nə varsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı gümüşü rəngli siqaret kağızma bükülmüş bir bükümdə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamini əynimdəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir.Sonra həmin bir bükümdə olan metamfetamin, orada olan müdafiəçimin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürlənmiş və zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satğışı ilə əmşqul olmamış, polis əməkdaşları tərəfindən ona hər hansı bir fızii zor tətbiq olunmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu, X9 küçəsi ev 14, mənzil 61 saylı ünvanda yaşayır, yaşadığı mənzil binanın 3 saylı girişinin 9-cu mərtəbəsində yerləşir və o, 8 və 9-cu mərtəbələrin arasında yerləşən pilləkan qəfəsəsi adlanan yerdə dolab qoymuş və həmin dolabın içərisinə özünə məxsus olan müxtəlif çeşidli məişət əşyalarını saxlamışdır. X2 “Ağcaqayın şurupu” xəstəsidir, ona lazımi olan dərman preporatlarını Türkiyyə Respublikasından gətizdirmiş və həmin dərmanları normal temperaturda qalması üçün həmin dolabın içərisində olan böyük çemadanda saxlamış və dolabın qapısını qıfılla bağlamışdır. 27 noyabr 2022-ci il tarixdə yaşadığı evdən çıxıb getmək istədikdə görmüşdür ki, dolabın qapısı açıq vəziyyətdədir. O, şübhələnib dolabın qapısını açıb içəri baxanda görmüşdür ki, dolabın içərisində olan, içərisində oğluna məxsus dərmanları saxladığını çemodan naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra mən DİN -nin 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Bundan sonra o, hadisə ilə əlaqədar rəsmi ərizə və izahat yazmışdır.Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 1500 manat dəyərində maddi ziyan dəymişdir. Çomadanda 3 ədəd “İsoleucin” və 1 ədəd “Valin” adlı dərman preparatları olmuş, həmin dərmanların istehsal yerini dədiq bilməmiş, lakin həmin dərmanları Türkiyə Respublikasından əldə etmişdir.Dərmanlar bahalı dərmanlar olmuş,həmin dərmanların 4 ədədini dəyərini 800 manat, 1 ədəd çanta “Mont Blank” markalı olmuş, çantanın dəyərini isə 700 manat dəyərləndirmişdir. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq cəzanın seçilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhər Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu,A.Abbasov küçəsi 14 saylı binanın 3-cü girişinin 8-ci mərtəbəsindən 9-cu mərtəbəsinə qalxan hissədə pilləkən meydançasında Zərərçəkmiş şəxs məxsus dolabdan 1500 manat dəyərində dərmanların oğurlanmasında şübhəli bilinən Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə saat 13 radələrində ünvan 7 ünvanında saxlanılaraq Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gətirilmişdir. X8 Məmmədov törətmiş olduğu oğurluq cinayətini səmimi etiraf etmiş, narkotik vasitələrdən istifadə etdiyini və hazırda da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirildi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edildi ki, üstündə hər hansı bir qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümü, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 5 ədəd «Kinder» adlı şokaladları təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi həmin bükümün içərisində olan psixotrop maddə “patı”, “şüşə” kimi tanınan metamfetamindir. Həmin metamfetamini,13 fevral 2023-cü il tarixdə səhər saatlaırnda Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 10 manat pulun müqabilində alıb daşıyaraq üzərində saxlamışdır. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PBnin əməkdaşı Şahid1 elan edilmiş ifadələrindən görübür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 fevral 2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə saat 13:00-dan şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 20-22). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (İ/V. 31-32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli 6/884 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün № 167” möhür əksi, “..Təqsirləndirilən şəxs...» və.s.sözlər,imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,759 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir.Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. (İ/V. 39-42). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 13 fevral 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Bakı Şəhər Yasamal RPİ-nin 28ci PB-nin təhqiqatçısı, polis mayoru X3 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X5, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan’ cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükülünü və əynindəki qara rəngli gödəçənin sol iç cibindən 5 ədəd “Kinder” markalı şokoladları təqdim etdi. Şübhəli şəxsin öz deməsinə görə bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükülünün içərisindəki ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər maddə “şüşə”-dir. İştirak edənlər və müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs əyninə geyindiyi qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirdi ki, təqdim etdiyi bir ədəd bükülünün içərisindəki ağ rəngli kristal şəkilli maddə “şüşə” deyilən psixotrop maddədir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin maddəni “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də həmin şəxsdən narkotik vasitələr aldığı şəxsdən alaraq həmin narkotik vasitənin bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Bundan əlavə, maddi sübut kimi tanınmış 2-ci diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 27 noyabr 2023-cü il tarixdə saat 10 radələrində əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvar olan şəxsin yaşayıb binasının pilləkanları ilə yuxarı mərtəbəyə qalxması, daha sonra əlində çanta pilləkanlarla aşağı enməsi müəyyən olunmuş, baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə əks olunan əynində əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvar olan şəxs özüdür, həmin tarixdə Bakı şəhər, Yasamal rayonu A.Abbasov küçəsi 14 saylı binanının 3-cü girişinin 9-cü mərtəbəsində Zərərçəkmiş şəxs məxsus dolabdan içərisində dərman vasitələri olan çantanı oğurladığını bildirmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 85-87). “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ/V. 88). 18 iyul 2023-cü il tarixli “Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,759 qram kustar üsullu hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,709 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün və oğurluğun görüntüsünü əks etdirən 02 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ/V 209-218). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 07 ay, 16 gün müddətinə Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli aministiya qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il, 04 ay, 04 gün hissəsi 01 il azaldıbmış, Bakı şəhər, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Xətai rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanını çəkilməmiş 03 ay 09 gün hissəsi 01 ay 19 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Səbail rayonu Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhrum edilmişdir. (İ/V 172-173). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının 28 fevral 2023-cü il tarixli 1156 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ/V. 196-197). Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-205/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. AR CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 il, 07 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İ/V 174-177). Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-115/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ARCM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxalmaqla üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (İ/V 178-181). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasından daxil olmuş 1 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)-115/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilməsi onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır, lakin törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsini cəzanın məqsədlərini təmin edə biləcəyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,709 qram psixotrop maddə metamfetamin məhv edilməli, 110 (bir yüz on) məhkəmə-ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Nuri oğlunun vəkil işlədikləri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-427/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Nuri oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi Nuri vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,709 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Nuri oğlunun vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-29/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-29/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver