Məhkəmə qərarları › İş №1(004)-290/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-290/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-290/2024 05.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-193/2024 saylı hökmü ilə 02(iki) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilən (hal-hazırda cəzasını çəkən), Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-290/2024 saylı, 7 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan siu-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğluna işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu 158 saylı tam orta məktəbdə idman müəllimi kimi işə qəbul edilməsində köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məktəbə işə düzəldəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 31 dekabr 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən «MADO» restoranının qarşısında 2500 manat, 05 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən «Ruslan» marketin qarşısında 2000 manat, 27 yanvar 2023cü il tarixdə ünvan 3 ünvanın qarşısında 300 manat nağd şəkildə, sonuncu dəfə isə 280 manat pulu 28 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında sonuncuya məxsus kart hesabından onun istifadəsində olan kart hesabına köçürülməsinə nail olub Zərərçəkmiş şəxs məxsus ümumilikdə 5080 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclası zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, Sahiblə “Bakı Avrasiya” Universitetində tanış olmuşdur. Onun nişanlısı həmin universitetdə oxuyurmuş, Sahib isə Universitetdə mühafizəçi işləyirmiş. Sahib söhbət əsnasında ona bildirmişdir ki, İdman Akademiyasını bitirib və bu səbəbdən işini dəyişib məktəblərin birində idman müəllimi işləmək istəyir. Həmin vaxt o, pul müqabilində sonuncunu məktəblərin birinə idman müəllimi kimi düzəltməyini bildirmişdir. Bu zaman Sahib işə düzəlməkdən ötrü ona pul verməyə razılaşmışdır. O, Sahibə bildirmişdir ki, Yasamal rayonunda yerləşən 158 saylı tam orta məktəbə onu idman müəllimi düzəldə bilər. Bunun üçün Sahib 4.500 manat pul verməlidir. Sahib onunla razılaşmış və xx.xx.2022-ci il tarxdə Sahiblə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 179 ünvanında yerləşən “Mado” restoranın qarşısında görüşərək işə düzəltməkdən ötrü Sahibdən 2.500 manat pul almışdır. Qalan pulu isə Sahibə bildirmişdir ki, işə düzələndən sonra verər. 05 yanvar 2023-cü il tarixdə o, Sahiblə əlaqə saxlayaraq bildirmişdir ki, qalan məbləğidə vermək lazımdı. Sahib onunla razılaşmış və onlar 05 yavar 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən “Ruslan” marketin yanında görüşmüş və Sahib ona 2.000 manat işə düzəlməkdən ötrü pul vermişdir. O, Sahibə bildirmişdir ki, narahat olmasın tez bir zamanda sonuncunu 158 saylı tam orta məktəbə müəllim düzəldəcəkdir. 27 yanvar 2023-cü il tarixdə Sahiblə əlaqə saxlayaraq bildirmişdir ki, işi tezləşdirmək üçün yenidən pul vermək lazımdır. Həmin gün, yəni 27 yanvar 2023-cü il tarixdə mən Sahiblə ünvan 6 ünvanında görüşərək 300 manat nəgd pul almışdır. 28 fevral 2023-cü il tarixdə o, yenidən Sahiblə əlaqə saxlamış və bikdirmişdir ki, sənəd işlərinə görə pul ödəmək lazımdır. Sahib onunla razılaşmasada sonradan razılaşmış və kredit karta 280 manat pul göndərmişdir. O, ümumilikdə Sahibdən işə düzəltməkdən ötrü 5.080 manat pul almışdır. Onun Sahibi aldatmaq niyyəti olmamışdır. Sahibi işə düzəltmək istəmiş, lakin işə düzəldə bilməmişdir. Həmin ərəfədə o, saxlanılmış və Sahibin pulunu qaytara bilməmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxslərə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxslərin ondan şikayət və tələblərinin olmadığını, onlarla barışdığını, eləcə də vurulmuş zərərin 25 faizi həcmində dövlət nəfinə ödəniş etdiyini bildirərək barəsində başlanılmış cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ildə “Bakı Avrasiya” Universitetində mühafizəçi vəzifəsində işləmişdir. Həmin vaxt “Bakı Avrasiya” Universitetində işləyən müddət Təqsirləndirilən şəxslə tanış olmuşdur. O, sonuncu ilə universitetin qabağında tanış olmuşdur. Həmin vaxt Əhmədin nişanlısı universitetdə oxuyurmuş və Əhməd özünü “Təhsil Nazirliyinin” işçisi kimi təqdim edirmiş. Söhbət əsnasında Əhmədə bildirmişdir ki, “İdman Akademiyasını” bitirmiş və məktəblərin birində müəllim işi olsaydı burdan çıxıb orada işləyərmiş. Həmin vaxt Əhməd ona digər işləri təklif etmiş, lakin o, sonuncu ilə razılşmamış və birdaha bu söhbəti nə o, nə dəki Əhməd qayıtmamışdır. 2022-ci ilin iyul ayında o, müəllimlərin işə qəbul imtahanında iştrak etmişdir, lakin bal toplaya bilmədiyinə görə kəsilmiş və müəllim kimi fəaliyyətə başlaya bilməmişdir. Univessitetdə işdə olan zaman o, kəsildiyi barədə Əhmədlə söhbət edən zaman bildirmişdir. Həmin vaxt Əhməd kəsilməyimin səbəbini soruşmuş və o, sonuncuya izah etmişdir. xx.xx.2022- ci il tarixdə Əhməd ona “WhatsApp” vasitəsi ilə zəng vuraraq bildirmişdir ki, məktəbə məllim kimi işə düzəldə bilər və o, həmin vaxt Əhmədlə razılaşmışdır. Həmin vaxt Əhməd ona bildirmişdir ki, Yasamal rayonu 158 saylı tam orta məktəbinə müəllim düzəldə bilər, bunun üçün 4.500 manat pul istəmişdir. O, Əhmədlə razılaşmış və pulu düzəltməkdən ötrü möhlət istəmişdir. Əhməd onunla razılaşmışdır. xx.xx.2022-ci ildə saat 17 radələrində Əhmədlə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 179 ünvanında yerləşən “Mado” restoranının qarşısında görüşmüş və Əhmədə 2.500 manat işə düzəlməkdən ötrü nəgd pul vermişdir. Qalan pulları Əhməd ona bildirmişdir ki, işə düzələndən sonra verər. xx.xx.2023-cü il tarixdə Əhməd ona “WhatsApp” vasitəsi ilə yazmışdır ki, işə düzəlməkdəmn ötrü qalan 2.000 çatdırmaq lazımdır, əks halda həmin iş yerinə başqa adamı düzəldəcəklər ya pulu ödəsin, yada ki, vediyi pulun götürsün. O, Əhmədə bildirmişdir ki, pulları nə vaxt çatdıra bilər, ona vaxt versin. Əhməd bildirmişdir ki, pullar xx.xx.2023 -cü il tarixdə çatmalıdır. O, Əhmədlə razılşmış və qısa müddətdə pulları tapmışdır. xx.xx.2023-cü il tarixdə 17 radələrində mən Əhmədlə ünvan 7 ünvanında yerləşən “Ruslan” marketin yanında görüşərək 2.000 manat nəgd pul vermişdir. Sonradan o, işilə bağlı maraqlananda Əhmə bildirmişdir ki, narahat olmasın, işin tez bir zamanda düzələcəkdir. xx.xx.2023-cü il tarixdə Əhməd onunla tanımadığı nömrədən zəng vuraraq işi tezləşdirməkdən ötrü Yasamal rayonunun məktəblərin kuratoruna 500 manat pul vermək lazımdır. Həmin vaxt o, bildirmişdir ki, 300 manat verə bilər, Əhməd onunla razılaşmış və o, xx.xx.2023- cü il tarixdə Əhmədlə ünvan 6 ünvanıbda görüşərək 300 manat nəgd pul vermişdir. O, pulu ödədikdən sonra işlə maraqanmaqa başlamış və Əhməd həmin vaxt bildirmişdir ki, narahat olmasın iş düzəlir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Əhməd onunla əlaqə saxlayaraq bildirmişdir ki, əlavə pul lazım olacaq. Həmin vaxt o, Əhmədlə razılaşmamış və pulun qaytarılmasını xahiş etmişdir. Əhməd ona bildirmişdir ki, 280 manat sənəd işlərinə görə kredit kartına göndırmək lazımdır. O, sonuncu ilə razılaşmış və Yasmal rayonu, Ş.Mehdiyev küçəsi, 586, 97 məhəllə, A bloku, mənzil 54 ünvanında olan zaman 280 manat pul Əhmədin ona göndərdiyi kredit kartına göndərmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01-03). “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında” 1 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 76). “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 1 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. (İ/V. 87-88). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V 57- 58). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini təqsirli olaraq törətməsi istintaq zamanı özünün verdiyi etirafedici ifadələri, zərərçəkmiş ifadəsi, və digər istintaq sənədləri ilə öz təsdiqini tapmışdır. (İ/V 88-91). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-193/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-290 2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinın seçilməsi və onun 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 10209 nömrəli "Kapital Bank” ASC-nin Badamdar filialı tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən 1270 manat məbləğində pul Maliyyə Nazirliyi - X1 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödəməsini, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və nəzərə alınmalıdır ki, o, digər məhkəmə hökmü üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 1(004)-290/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-290/2024 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-193/2024 saylı hökmü ilə cəza çəkməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar