Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-290/2025 18.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1994-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, 20 Yanvar Bravo marketdə mal qəbulu şöbəsində mal qəbul edən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, şəhər şosesi fərdi tikilidə kirayədə yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2024-cü il tarixdə saat 06:27 radələrində Təqsirləndirilən şəxs2 işlədiyi ünvan 4 ünvanında yerləşən “Zeytun 227’" adlı aptekin qarşısına gəlmiş və Təqsirləndirilən şəxs2 özündə olan açarla aptekin giriş qapısını açdıqdan sonra aptekə daxil olaraq orada olan mətbəx otağından götürdükləri bıçaqla aptekin müdiri Zərərçəkmiş şəxs məxsus iş otağının kilidli qapısını bıçaqla sındırıb açaraq qanunsuz olaraq otağa daxil olmuş və həmin otaqda saxlanc yeri hesab edilən masanın siyirməsindən 3800 (üç min səkkiz yüz) manat pulu gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 3800 manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2024-cü il tarixdə saat 06:27 radələrində işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 14 ünvanında yerləşən “Zeytun 227” adlı aptekin qarşısına gəlmiş və özündə olan açarla aptekin giriş qapısını açaraq aptekə daxil olduqdan sonra orada olan mətbəx otağından götürdükləri bıçaqla aptekin müdiri Zərərçəkmiş şəxs məxsus iş otağının kilidli qapısını bıçaqla sındırıb açaraq qanunsuz olaraq otağa daxil olmuş və həmin otaqda saxlanc yeri hesab edilən masanın siyirməsindən 3800 (üç min səkkiz yüz) manat pulu gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 3800 manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 2023-cü il tarixdən tanıyır. Hadi onun yaşadığı Keşlə qəsəbəsində aptekdə əczaçı kimi çalışmışdır. 2024-cü ilin oktyabr ayının sonlarında axşam saatlarında güclü yağış yağan zaman Hadi ona zəng vuraraq köməklik istəyərək bildirmişdir ki, onun çalışdığı, Bakı şəhəri, Yasamal rayonunda yerləşən aptekə gələrək orada aptekin damında olan novalçanın içərisini təmizləmək lazımdır. O, Hadi ilə razılaşaraq Hadinin ona göndərdiyi konumla onun iş yerinə gəlmiş və birlikdə yağışlı havada novalçanı təmizləmişlər. Təxminən bir-iki gün keçdikdən sonra Hadi ilə birlikdə planlaşdırmışlar ki, birlikdə yeyib içməyə getsinlər. Təxminən xx.xx.2024-cü il tarixdə o, Hadinin iş yerinə gedib orada Hadinin işlərinin yekunlaşmasını gözləmişdir. Hadinin işi qurtardıqdan sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 02 radələrində taksi sifariş etmiş və birlikdə Səbail rayonu ərazisində mərkəzi küçələrin birində yerləşən KFC restoranının yaxınlığında olan gecə klubuna getmişlər. Klubda spirtli içki içdikdən sonra hesabı bağlayan zaman həmin gecə klubda qızlarla tanış olmuşlar. Daha sonra Hadinin vəziyyəti pisləşdiyi üçün klubdan çıxıb dərman götürmək məqsədilə işlədiyi aptekə getmişlər. Orada dərmanı qəbul etdikdən sonra Hadi müdirin otağındakı pulu götürmək istəmişdir. O da Hadiyə götürməməsini bildirmişdir. Hadi onun dediklərinə məhəl qoymayaraq pulu götürmüşdür. Aptekdən çıxdıqdan sonra otelə getmişlər. Bir neçə gün keçdikdən sonra isə polis əməkdaşları onu yığaraq axtarışda olduğunu və idarəyə gəlməyini bildirmişlər. Suallara cavab olaraq aptekə oğurluq məqsədi ilə getmədiklərini, Hadinin götürdüyü pulun məbləğini bilmədiyini, həmin puldan 1 manat belə xərcləmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzaladığını, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və və ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, təxminən 2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 32 saylı şəhər poliklinakısının yaxınlığında olan aptekdə əczaçı kimi işləmiş, orada işlədiyi müddətdə Təqsirləndirilən şəxs1 tanımış, xx.xx.2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs icarəyə işlətdiyi “Zeytun 227” nömrəli aptekdə əczaçı kimi işləməyə başlamışdır, xx.xx.2024-cü il tarixdə işdə olan zaman Raci onun yanına gəlmişdir. Raci ona bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə onun ad günündə iştirak etmədiyi üçün xx.xx.2024-cü il tarixdə evlərində ad gününü yenidən qeyd edəcəyini demiş və onu da dəvət etmişdir. O, Raciyə işdən sonra gedə biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə işdən çıxan zaman Raci taksi sifariş etmişdir. Onlar birlikdə Səbail rayonu ərazisində mərkəzi küçələrin birində yerləşən KFC restoranının yaxınlığında olan restoranda əyləşmişlər. Orada əyləşib biraz içki içmişlər. Bir qədər oturduqdan sonra, Racinin qız tanışları gəlmişlər. Daha sonra o, epileptik xəstəsi olduğu üçün dərman qəbul etmək istəmişdir, lakin üstündə dərmanı olmamışdır. Ona görə də qərara gəlmişlər ki, işlədiyi aptekdən gedib dərman götürsün. O, Raci ilə onun işlədiyi aptekə daxil olmuş, aptekin giriş qapısının açarı onda olmuş, qapını açıb içəri daxil olmuşlar. Mətbəxə keçib bıçaq götürmüşlər. Bıçağı anbarın qapısını açmaq niyyəti ilə götürmüşlər. Dərmanı götürüb qəbul etdikdən sonra müdirin iş otağında olan 850 manat pulu da götürüb çıxmışlar. Suallara cavab olaraq, aptekə oğurluq məqsədi ilə gəlmədiklərini, oradan 3800 manat deyil 850 manat pul götürdüklərini, orada o qədər pulun ola bilməyəcəyini, hadisəni içkili vəziyyətdə törətdiklərini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin sentyabr ayından ünvan 5 ünvanında yerləşən “Zeytun 227” nömrəli apteki icarə müqaviləsi əsasında işlədir. xx.xx.2024-cü il tarixdə axşam saat 16 radələrində aptekə gəlmiş, iş otağına daxil olaraq müəyyən xərclər üçün masanın sirməsində saxladığı özünə məxsus olan 3800 manat pulun oğurlandığını aşkar etmişdir. Sonradan otağın qapısına baxan zaman müdaxilə edildiyini görmüşdür. Sonradan aptekin müşahidə kamerasına baxanda aptekdə ikinci növbədə işləyən X1 xx.xx.2024-cü il tarixə səhər saat 06:27 radələrində yanında olan tanımadığı şəxslə birlikdə aptekə daxil olub aptekdə iş otağının qapısına bıçaqla müdaxilə edərək qapını açıb otaqdakı pulu oğurladıqlarını müşahidə etmişdir. Təqsirləndirilən şəxs2 təxminən 1 ay idi ki, onun aptekində işləmişdir. Bundan sonra Hadi Allaverdiyevin mobil telefonuna zəng edib əlaqə saxlasa da, telefon bağı olduğundan əlaqə saxlaya bilməmişdir. Bundan sonra oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng etməklə məlumat vermiş, həmçinin həmin tarixdə Yasamal RPİ- nin 27-ci PŞ-nə şikayət ərizəsi yazmışdır. Aptekdə oğurluq hadisəsinin baş verməsini aşkar edəndə həyəcanlı olduğunda xx.xx.2024-cü il tarixə saat 21 radələrində DİN-nin 102 xidmətinə zəng edib məlumat verərkən, aptekin Yasamal rayonu, V.Vahabzadə küçəsində yerləşməsini, Hacı adlı işçinin 4000 manat, həmçinin ilkin izahatında 3700-3800 manat pul oğurlanmasını təxmini göstərmişdir. Onun apteki ünvan 5 ünvanında yerləşir, aptekdən ona məxsus 3800 manat pul oğurlanmışdır, sonradan ona məlum olmuşdur ki, bu oğurluğu Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 14 ünvanıdır, baxış zamanı Zərərçəkmiş şəxs həmin ünvanda yerləşin iş otağından pul vəsaitlərinin oğurlanmasını bildirmişdir (i.v. 8-11). “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 27). “Diskin götürülməsi və baxış keçirilməsi haqqında” 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X4, icraatında Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq, Azərbaycan Respublikası CPM-nin 51, 86, 177.6, 236-cı və 243-cü maddələrinin tələblərinə uyğun olaraq, xx.xx.2025-ci il tarixli qərarıma əsasən iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi icarədarı olduğu ünvan 7 ünvanında yerləşən aptekdə quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən oğurluq hadisəsini özündə əks etdirən yaddaşına videogörüntülər körürülmüş 01 ədəd DVD formatlı diski Yasamal RPİ-nin istintaq şöbəsində iş otağında götürüb yaddaşına «HP» markalı kompüterə daxil edib yaddaşına Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirərək aşağıdakıları müəyyən etmişdir: Təqdim edilmiş diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk DVD formatlıdır. Disk üzərində heç bir fərqləndirici əlamət yoxdur. Xidməti iş otağında olan «HP» markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında MP4 formatında bir ədəd fayl olması müşahidə olunur. Həmin fayl açıldıqda faylın ümumilikdə 06 dəqiqə 50 saniyə olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı monitorta hadisənin baş verdiyi tarix, vaxt xx.xx.2024-cü il saat 06:27 radələrində qeydə alınması, həmin vaxt iki nəfər şəxsin aptekin binasına daxil olması, həmin şəxslərin eyni zamanda aptekdə olan mətbəx otağına daxil olmaları, daha sonra həmin iki nəfər şəxsdən biri mətbəxdə olan bıçağı götürərək aptekdə olan digər otağın qapısına tərəf getmələri, daha sonra hər iki şəxs eyni vaxtda bıçaqla qapını açaraq otağa daxil olmaları, həmin şəxslərdən birinin otaqdan çıxaraq aptekdə piştaxtanın arxasına keçərək masanın siyirməsini çəkərək orada olan pulları əlinə götürürək sayaraq yerinə qoyması, daha sonra hər iki şəxs aptekin qapısını bağlayaraq oranı tərk etmələri müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin video görüntülər icarədarı olduğu ünvan 7 ünvanında işləmiş şəxslərdən biri Təqsirləndirilən şəxs2 Əlişah oğludur. Digər şəxsi tanımır. Təqsirləndirilən şəxs2 və onun həmin tanımadığı tanışı qanunsuz olaraq aptekə iş otağına daxil olduqlarını, Təqsirləndirilən şəxs2 iş otağında masanın siyirməsini açıb orada 3800 manat pulu oğurlamasını daha sonra aptekdə olan piştaxtanın arxasına keçərək siyirməni açıb orada olan pulları götürərək sayaraq yerinə yerinə qoymasını bildirdi. Bununla da, qeyd olunun DVD formatlı diskə keçirilmiş baxış tamamlandı və həmin disk iş üçün əhəmiyyətli olduğundan götürülərək protokola əlavə edildi (i.v. 39-40). 23 yanvar 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən “Zeytun 227” nömrəli aptekdə daxil olaraq pul vəsaitlərini oğurlamalarını bir birinin üzünə qarşı təsdiq etmişdirlər (i.v. 70-74). “Diskin götürülməsi və baxış keçirilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X4, icraatında Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq, Azərbaycan Respublikası CPM-nin 51, 86, 177.6, 236-cı və 243-cü maddələrinin tələblərinə uyğun olaraq, xx.xx.2025-ci il tarixli qərarıma əsasən iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi ünvan 7 ünvanında yerləşən aptekdə quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən oğurluq hadisəsini özündə əks etdirən yaddaşına videogörüntülər körürülmüş 01 ədəd DVD formatlı diskə Yasamal RPİnin istintaq şöbəsində iş otağında «HP» markalı kompüterə daxil edib yaddaşına təqsirləndirilən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə baxış keçirərək aşağıdakıları müəyyən etmişdir: Təqdim edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, təqdim edilmiş disk DVD formatlıdır. Disk üzərində heç bir fərqləndirici əlamət yoxdur. Xidməti iş otağında olan «HP» markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında MP4 formatında bir ədəd fayl olması müşahidə olunur. Həmin fayl açıldıqda faylın ümumilikdə 06 dəqiqə 50 saniyə olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı monitorta hadisənin baş verdiyi tarix, vaxt xx.xx.2024-cü il saat 06:27 radələrində qeydə alınması, həmin vaxt iki nəfər şəxsin aptekin binasına daxil olması, həmin şəxslərin eyni zamanda aptekdə olan mətbəx otağına daxil olmaları, daha sonra həmin iki nəfər şəxsdən biri mətbəxdə olan bıçağı götürərək aptedə olan digər otağın qapısına tərəf getmələri, daha sonra hər iki şəxs eyni vaxtda bıçaqla qapını açaraq otağa daxil olmaları, həmin şəxslərdən biri qapısı bıçaqla açılış otaqdan çıxaraq aptekdə piştaxtanın arxasına keçərək masanın siyirməsini çəkərək orada olan pulları əlinə götürürək sayması, daha sonra isə pulun bir qismini yerinə qoyması, daha sonra hər iki şəxs otaqdan çıxaraq aptekin qapısını bağlayaraq oranı tərk etmələri müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il saat 06:27 radələrində qeyd olunan aptekin binasına pul oğurlamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin ünvana gəldiklərini, aptekə daxil olan iki nəfər şəxslərdən biri özü, digəri Təqsirləndirilən şəxs2 olması, eyni zamanda aptekə mətbəx otağına daxil olmalarını, daha sonra Təqsirləndirilən şəxs2 mətbəxdə olan bıçağı götürdüyünü və birlikdə aptekdə Zərərçəkmiş şəxs iş otağının qapısına tərəf getmələrini, bıçaqla qapının açarma müdaxilə edərək qapını açmalarını və həmin otağa daxil olmaları, daha sonra Təqsirləndirilən şəxs2 ona pulun saxlanıldığı masanın siyirməsini çəkərək orada saxlanılan Nəriman Yusifova məxsus 3800 manat pulu götürdüklərini, daha sonra Hadi Allaverdiyevin apetkdə olan piştaxtanın arxasında masanın siyirməsini çəkərək orada olan pulları əlinə götürürək sayması, daha sonra həmin pulları yerinə qoyması, Hadi Allaverdiyevlə birlikdə aptekin qapısını bağlayaraq oranı tərk etdiklərini bildirdi. Bununla da, elektron məlumat daşıyıcısı olan bir ədəd həmin DVD formatlı diskində yuxarıda göstərilən məzmundaki videogörüntülərindən ibarət olan fayıla keçirilmiş baxış tamamlandı və və həmin 01 ədəd DVD formatlı disk əvvəlki vəziyyətinə uyğun olaraq zərfinə qablaşdırılıb xx.xx.2025-ci il tarixli “diskin götürülməsi və baxış keçirilməsi haqqmda» protokolun sonuncu vərəqinə tikilməklə cinayət işinin materiallarına əlavə olundu (i.v. 168-169). “Diskin götürülməsi və baxış keçirilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X4, icraatında Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq, Azərbaycan Respublikası CPM-nin 51, 86, 177.6, 236-cı və 243-cü maddələrinin tələblərinə uyğun olaraq, xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi ünvan 7 ünvanında yerləşən aptekdə quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən oğurluq hadisəsini özündə əks etdirən yaddaşına videogörüntülər körürülmüş 01 ədəd DVD formatlı diskə Yasamal RPİnin istintaq şöbəsində iş otağında «HP» markalı kompüterə daxil edib yaddaşına təqsirləndirilən Təqsirləndirilən şəxs2 və müdafiəçisi Mərkəz Vəkil Bürosunun vəkili X2 iştirakları ilə baxış keçirərək aşağıdakıları müəyyən etmişdir: Təqdim edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, təqdim edilmiş disk DVD formatlıdır. Disk üzərində heç bir fərqləndirici əlamət yoxdur. Xidməti iş otağında olan «HP» markalı kompüterin disk oxuyan cihazına daxil edilmişdir. Monitorda açılan diskin yaddaşında MP4 formatında bir ədəd fayl olması müşahidə olunur. Həmin fayl açıldıqda faylın ümumilikdə 06 dəqiqə 50 saniyə olması müşahidə olunur. Həmin videogörüntüyə baxış zamanı monitorda hadisənin baş verdiyi tarix, vaxt xx.xx.2024-cü il saat 06:27 radələrində qeydə alınması, həmin vaxt iki nəfər şəxsin aptekin binasına daxil olması, həmin şəxslərin eyni zamanda aptekdə olan mətbəx otağına daxil olmaları, daha sonra həmin iki nəfər şəxsdən biri mətbəxdə olan bıçağı götürərək aptedə olan digər otağın qapısına tərəf getmələri, daha sonra hər iki şəxs eyni vaxtda bıçaqla qapını açaraq otağa daxil olmaları, həmin şəxslərdən biri qapısı bıçaqla açılış otaqdan çıxaraq aptekdə piştaxtanın arxasına keçərək masanın siyirməsini çəkərək orada olan pulları əlinə götürürək sayması, daha sonra isə pulun bir qismini yerinə qoyması, daha sonra hər iki şəxs otaqdan çıxaraq aptekin qapısını bağlayaraq oranı tərk etmələri müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü ildə saat 06:27 radələrində qeyd olunan aptekin binasına pul oğurlamaq məqsədilə Təqsirləndirilən şəxs1la birlikdə həmin ünvana gəldiklərini, aptekə daxil olan iki nəfər şəxslərdən biri özü, digəri isə Təqsirləndirilən şəxs1 olması, eyni zamanda aptekdə olan mətbəx otağına daxil olmalarını, daha sonra özü mətbəxdə olan bıçağı götürdüyünü və birlikdə aptekdə Zərərçəkmiş şəxs iş otağının qapısına tərəf getmələrini, bıçaqla qapının açarına müdaxilə edərək qapını açmalarını və həmin otağa daxil olmaları, otaqda olan masanın siyirməsində saxlanılan Nəriman Yusifova məxsus 3800 manat pulu götürməsini, daha sonra aptekdə olan piştaxtanın arxasında masanın siyirməsini çəkərək orada olan pulları əlinə götürürək sayması, daha sonra həmin pulları yerinə qoyması, Təqsirləndirilən şəxs1la aptekin qapısını bağlayaraq oranı tərk etdiklərini bildirdi. Bununla da, elektron məlumat daşıyıcısı olan bir ədəd həmin DVD formatlı diskində yuxarıda göstərilən məzmundaki videogörüntülərindən ibarət olan fayıla keçirilmiş baxış tamamlandı və və həmin 01 ədəd DVD formatlı disk əvvəlki vəziyyətinə uyğun olaraq zərfinə qablaşdırılıb xx.xx.2025-ci il tarixli “diskin götürülməsi və baxış keçirilməsi haqqmda» protokolun sonuncu vərəqinə tikilməklə cinayət işinin materiallarına əlavə olundu (i.v. 170-171). “Sübutların qiymətləndirilməsi haqqında” 23 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavələr dəyişiklik etməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrlə elan edilmiş ittihamın məzmununa əlavələr dəyişiklik etməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-nin 180.2.1 və 186-cı maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD-R formatlı diskin yaddaşında xx.xx.2024-cü il tarixdə saat 06:27 radələrində ünvan 8 ünvanında yerləşən aptekdə baş vermiş oğurluq hadisəni özündə əks etdirən məlumatlar olduğundan və obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs2 Əlişah oğlu və Təqsirləndirilən şəxs1 Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 14 saylı ünvanında yerləşən “Zeytun 227” adlı aptekdə müdir otağının qapısının kilidli bıçaqla açaraq qanunsuz olaraq saxlanc yerinə xx.xx.2024-cü il tarixdə saat 6:27-də daxil olaraq həmin otaqda olan masanın sirməsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 3.800 manat miqdarında pulun oğurlaması təsdiq olunduğundan hadisənin həmin tarix və vaxtda baş verməsi kimi qəbul edilməsi, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 14 saylı ünvanında yerləşən “Zeytun 227” adlı aptekdə müdir otağından Zərərçəkmiş şəxs məxsus oğurlanmış pul vəsaitlərinin miqdarı 3.800 manat kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs2 Əlişah oğlu oğurluq hadisəsində iştirak etməməsi barədə məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünün müdafiəsi üçün gətirdiyi dəlillərin rədd edilməsi, Təqsirləndirilən şəxs1 oğurluq hadisəsində iştirak etməməsi barədə məsuliyyətdən yaxa qurtarmaq məqsədilə özünün müdafiəsi üçün gətirdiyi dəlillərin rədd edilməsi, iş üzrə toplanmış sübutlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət hesab edilməli, yuxarıda qeyd edilən ilkin təhqiqat materialları, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən izahat və ifadələri, Zərərçəkmiş şəxs işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən ifadələri, üzləşdirmə, baxış protokolu və həmin protokolla əlavə edilmiş fotocədvəl, hadisəsini törətmələrini əks etdirən elektron məlumat daşıyıcısı olan “CD-R” formatlı diskin yaddaşına köçürülmüş videogörüntülərlə, eləcə də tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər, məktub, arayışlar və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlərin cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində qərarın təsviri hissəsində qeyd olunan xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi ilə əlaqədar cinayət işindən zəruri sənədlərin surətləri çıxarılaraq saxlanılması üçün Yasamal rayon prokurorluğuna göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 183-195). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onlarla barışmış və heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər hər biri özlərini onlara elan edilmiş ittihamda təqsirli bildiklərini, Təqsirləndirilən şəxs1 Hadinin oğurluq edərək özgənin əmlakını ələ keçirmək niyyətində olmasından xəbərinin olmadığını və Təqsirləndirilən şəxs2 isə oğurluq edərək götürdüyü məbləğin 3800 manat yox 850 manat olduğunu bildirsələr də, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin hər bir dəlili tam və hərtərəfli araşdırılmış və təqsirləndirilən şəxslərin özlərinə münasibətdə verdikləri ifadələrində səmimi olmamaları müəyyən edilmişdir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində cinayət əməlinin xarakterini yüngülləşdirməyə yönəlmiş bəzi fərqli məqamlar göstərilsə də, iş üzrə toplanmış sübutların məcmusu onların hər ikisinin öncədən razılaşdırılmış niyyətlə və birlikdə saxlanc yerinə qanunsuz daxil olaraq 3800 manat məbləğində pulu oğurladıqlarını tam şəkildə sübuta yetirir. İlk növbədə, hər iki təqsirləndirilən şəxs aptekə birlikdə daxil olduqlarını, həmin vaxt sərxoş vəziyyətdə olduqlarını, mətbəx otağından bıçaq götürərək, müdiri Zərərçəkmiş şəxs məxsus otağın kilidli qapısını sındırmaqla həmin otağa daxil olduqlarını və orada yerləşən masanın siyirməsini açdıqlarını etiraf etmişlər. Bu hərəkətlər, AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq tərkibinə tam uyğun gəlir. Təqsirləndirilən şəxs1 ifadəsində pulun götürülməsində birbaşa iştirak etmədiyini, Hadinin onu dinləməyərək pulu götürdüyünü bildirsə də, həm aptekə daxil olma, həm qapını sındırma, həm də otağa birlikdə daxil olma faktları qabaqcadan əlbir olduqlarını və hadisəni əmək bölgüsü ilə həyata keçirdiklərini təsdiqləyir. Müdafiə üçün irəli sürülən digər nüansa münasibətdə isə qeyd edilməlidir ki, iş üzrə mövcud sübutların təhlili və qarşılaşdırılması oğurlanmış pulun məbləğinin 850 manat deyil, məhz 3800 manat olduğunu tam şəkildə əsaslandırır. Birincisi, Zərərçəkmiş şəxs məhkəmə ifadəsində dəqiq göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində aptekə gəlmiş və iş otağındakı masanın siyirməsində saxladığı 3800 manat məbləğində pulun oğurlandığını aşkar etmişdir. O, bu məbləğin ona məxsus olduğunu və işlə bağlı xərclər üçün saxladığını göstərmişdir. İkincisi, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli “diskin götürülməsi və baxış keçirilməsi haqqında protokollar”da göstərilir ki, oğurluq hadisəsi aptekdəki videomüşahidə kamerası tərəfindən qeydə alınmış və bu görüntülər DVD formatlı diskə köçürülərək istintaqa təqdim edilmişdir. Həmin video görüntülərdə iki şəxsin aptekə daxil olub, mətbəx otağından bıçaq götürməsi, daha sonra müdiri otağının kilidli qapısını sındıraraq otağa daxil olmaları və masanın siyirməsindən pulları götürmələri açıq-aşkar görünür. Videoda şəxslərdən birinin pulları götürüb sayması və qismən yerinə qoyması, orada saxlanılan və oğurlanan məbləğin yüksək olduğunu göstərir. Üçüncüsü, təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş baxışlarda (xx.xx.2025 tarixli protokollar) həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 video görüntüdə əks olunan şəxslərin özləri olduğunu təsdiqləmiş, Təqsirləndirilən şəxs2 isə konkret olaraq 3800 manat pul götürdüklərini bildirmişdir. Bu baxış zamanı görüntülər üzərində aparılmış müşahidələr təqsirləndirilən şəxslərin öz dilləri ilə oğurlanmış məbləğin 3800 manat olduğunu təsdiqləməsi ilə nəticələnmişdir. Nəhayət, zərərçəkmiş şəxsin xx.xx.2025-ci il tarixli barışıq ərizəsində də təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın tam şəkildə ödənildiyi və heç bir şikayətinin qalmadığı göstərilmişdir. Bu da bir daha təqsirləndirilən şəxslərin əməllərinin maddi nəticəsinin 3800 manat olduğunu dolayısı ilə təsdiq edir. Yekun olaraq, ifadələrdəki 850 manat iddiası nə ifadələrlə, nə video sübutlarla, nə də zərərçəkmiş şəxsin dəfələrlə eyni məbləğdə göstərdiyi izahatlarla təsdiqlənmir. Əksinə, bütün zəncirvari sübutlar oğurluqla bağlı olaraq 3800 manatlıq maddi ziyanın baş verdiyini və bu məbləğin əsaslı surətdə sübuta yetirildiyini ortaya qoyur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, iş materiallarında olan videogörüntünün, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə ibtidai araşdırma aparılmışdır (i.v. 1). “Şübhəli şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1999-cu ildə Kürdəmir rıyounda anadan olmuş, subay, işləməyən, ünvan 10 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməsi və tutulduqda saxlanılması üçün Yasamal Rayon Polls idarəsinin Müvəqqəti saxlama yerinə yerləşdirilməsi, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması, qərarın surətinin icra edilməsindən ötrü Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə göndərilməsi qərara alınmışdır (i.v. 41-42). “Axtarışda olan şəxsin saxlanılması barədə” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 yanvar 2025-ci il tarixdə profilaktiki söhbətlər nəticəsində Yasamal RPİ-nə könüllü olaraq gəlmiş, qərarın icrası ilə əlaqədar Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v. 47). “Cinayət işinin dayandırılmış icraatın təzələnməsi” barədə 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 48). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 24 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 yanvar 2025-ci il tarixdə, saat 09:00-da tutulmuşdur (i.v. 86-87). “Cinayət işinin materiallarının və törədilmiş əməllərin tövsif edilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1; və 177.2.3-cü maddələrinə tövsif olunmuş, ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur (i.v. 101-102). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 105). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 122). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal buraxılmışdır (i.v. 147-152). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur (i.v. 153-159). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 160-161). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 164-165). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 28 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (i.v.172). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 28 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v.173). “Qətimkan tədbirinin tələbini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1994-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, 20 Yanvar Bravo market mal qəbulu şöbəsi, məhkum olunmamış, Bərdə rayonu, ünvan 2 ünavnmda qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu şəhər şosesi fərdi tikilidə kirayədə yaşayan Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməsi və tutulduqda saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinə təhvil verilməsi, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması, qərarın surətinin icra edilməsindən ötrü Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinə göndərilməsi, iş üzrə əməliyyat axtarış tədbirlərinin gücləndirilməsi məqsədi ilə qərarın surətinin məlumat üçün Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 174-175). “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 22 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 mart 2025-ci il tarixində, saat 10:00-da könüllü olaraq Yasamal RPİ-nin İŞ-nə gəlmişdir (i.v. 178). “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 22 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 179). “Seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 22 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın nəzərə alınması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (i.v. 181). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 23 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələr ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (i.v. 198). “Seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 23 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın nəzərə alınması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (i.v. 209). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 23 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək onun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələr ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (i.v. 212). “Seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 23 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın nəzərə alınması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (i.v. 223). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında özünü təqsirli bildiyini qeyd etsə də, səmimilik göstərərək təqsirini boynuna almamasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 oğlu tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 yanvar 2025-ci il tarixdən 24 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 yanvar 2025-ci il tarixində şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 10 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-290/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-290/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver