Məhkəmə qərarları › İş №1(004)-291/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-291/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-291/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və X4 nümayəndəsi və vəkili X1, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X5 müdafiəçi qismində dəvət edilmiş 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 və X4 nümayəndəsi və vəkili X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X6 və X4 nümayəndəsi və vəkili X7 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, 2016-ci ilin mayında Piyadallar kəndi ərazisində X2 qətl hadisəsi baş vermişdir. X8 öz şəxsi avtomobilində qətlə yetirilərək yandırılmışdır. Qətlə yetirilən şəxs telefon təmiri, internet ustası və fotoqraf kimi fəaliyyət göstərmişdir. Təmirə verilmiş telefonlardan qadınların şəkillərini götürərək öz telefonunda saxlamışdır. Mərhum öldükdən sonra cinayət işini Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən aparılmış və bu gündədək cinayət işinin istintaqı davam etdirilir. Məhrumun telefonda olan qadınların şəkillərindən biridə onun gəlininin şəkili olmuşdur. İstintaq zamanı ailə üzvləri dindirilmiş, eyni zamanda telefonda şəkili olan digər qadınlarda iş üzrə şahid qisimində dindirilmişdir. Onun gəlini məktəbdə müəllimə işləyir. 14-15 yaşlarında övladları var. Bu kəndin sakinləri onun ailəsinin əxlaqına bələddir. 11 may 2022-ci il ARB kanalında Xoşqədəm Hidayət qızının apancılıq etdiyi “Səni Axtarıram” verilişində X9 bildirmişdir ki, oğlunun telefonunda çox qadınların şəkilləri var yalnız bir qadının şəkili qalıb, qalanı pozulub. Eyni zamanda X10 11 may 2022-ci il tarixlərdən verilişlərdə X4 qətli törətməkdə təqsirləndirilməsini, guya qətli törədənin kimliyini bildirmişdir. ARB kanalı Yasamal rayonu X13 küçəsi 2E ünvanında yerləşir. "Səni Axtarıram” verilişidə həmin ünvanda yayımlanmışdır. Xüsusi ittiham qaydasında şikayət edilən şəxs X9 onlara qarşı böhtanları orada səsləndirmişdir, yəni cinayətin törədildiyi yer Yasamal rayon ərazisidir. Yuxarıda adı çəkilən müəllimə onun oğlunun həyat yoldaşıdır. 16.05.2022-ci ıl tarixində olan verilişdə konkret onun adını qətl törətməkdə, təşkilatçılıqda Sadıqova Gözəl tərəfindən adı çəkilmiş və Xoşqədəm Baxşəliyeva ona dəstək olmuş və təsdiqləmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 və X4 nümayəndəsi və vəkili X7 şikayətin təmin edilərək, X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işinin başlanılması və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən X5 müdafiəçi qismində dəvət edilmiş vəkil Müdafiəçi şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsaən isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məlum olmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və X4 nümayəndəsi və vəkili X7 “ARB” TV kanalında efirə gedən “Səni axtarıram” verilişində X4 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığını qeyd etmişdir. İş materiallarında olan “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş çıxarışdan görünür ki, A.Zeynalovun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığı iddia edilən "xxxx" tabeliyində olduğu "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva ev 93 ünvanıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X6 və X4 nümayəndəsi və vəkili X7 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-291/2022 saylı, 03.06.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298- 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X6 və X4 nümayəndəsi və vəkili X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan şikayət verilə bilməz. Hakim Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar