Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-291/2023 10.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-ci il Tovuz rayonu Qaradaş kəndində anadan olmuş, Azərbyacan Respublikasının vətəndaşı, subay orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Böyük Qışlaq Ə/D, Böyük Qışlaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşını alan digər şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib təkrar xuliqanlıq etmişdir. Belə ki, o, 06 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospektində yerləşən “Meşə” adlı istirahət parkında olan zaman keçmiş tanışı Zərərçəkmiş şəxs ilə rastlaşmış və sonuncunun guya ki, onun haqqında əvvəllər nalayiq sözlər işlətməsini aydınlaşdırmaqla bağlı aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə, səs-küy salaraq nalayiq ifadərlədən istifadə edib ictimai qaydanı yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs azyaşlı övladı xx.xx.20211-ci il təvəllüdlü Məhəmməd Məhəmmədinin gözü qarşısında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruqla vurduqdan sonra istintaqa məlum olmayan tarixdə və mənbədən əldə edərək üzərində daşıdığı bıçağın dəsətəyindən silah qismində istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq edərək baş nahiyəsindən vurmaqla sonuncuya sifətin sol yarısının, sol çənəaltı nahiyə əhatə olunmaqla şişkinliyi və qançırı, sol bazuun qançırı, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan, sol göz yuvası nahiyəsinin şişkinliyi və üst qapağı nahiyənin qançırı, alının əzlimiş yarası sol əlin 3-cü barmağının, dırnaq falanqasında, dırnaq sədəfinin öz yerindən tam qopması, dırnaq yatağından qopub ayırılması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan həm ayrıayrılıqda, həmçinin də ümumilikdə qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 4-5 ildir ki tanıyır, onunla yaxın məhlələrdə yaşayır təxminən 4-5 ay müddətində sevgili münasibətləri olmuş və təxminən 2 il əvvəl münasibətlərinə son qoymuşlar. Zərərçəkmiş şəxs ilə iki il müddətində bir neçə dəfə qarşılaşmışlar. Zərərçəkmiş şəxs onun haqqında ətrafda ortaq tanışlarının yanında nalayiq ifadələr işlətdiyi üçün xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək görüşmək istədiyini bildirmişdir. O Zərərçəkmiş şəxs nə üçün onu təqhir etdiyini soruşduqda yenidən onu təhqir edərək telefonu söndürmüşdür. Həmin tarixdə saat təxminən 17:40 dəqiqədə Zərərçəkmiş şəxs “Meşə” parkı deyilən parkda oğlu ilə birlikdə olduğunu görmüş və yaxınlaşıb salamlaşmış və birlikdə gəzişməyə başlamışlar. Gəzişən zaman yenidən nə üçün onu təhqir etdiyini soruşduqda Zərərçəkmiş şəxs ona yaxşı etdiyini dediyi üçün əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs üzünə sillə ilə daha sonra isə yumruqla başına dəfələrlə vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı ətrafda olan tanımadığı şəxslər hadisəyə müdaxilə edərək Zərərçəkmiş şəxs onun əlindən almışlar. Hadisə saat təxminən 17:50-də baş vermişdir və təxminən 3-4 dəqiq qədər davam etdi. Verilən suallara cavab olaraq bildirdi ki, hadisənin baş vermə səbəbi konkert olaraq Zərərçəkmiş şəxs onu təhqir etməsi olmuşdur. Hadisə günü Nəzrin tək olmuş yanında Gülşən adlı şəxs olmamışdır. Totu ləqbəli Arif isə onun yanında olmayıb o yolun kənarında avtomobildə olmuş və hadisənin şahidi olmamışdır. Hadisə zamanı üzərində bıçaq olmadığını Zərərçəkmiş şəxs bıçaqla hədələmədiyini nə də bıçağın dəstəyi ilə vurmadığını, Zərərçəkmiş şəxs vuran sağ əlinin dördüncü barmağında üzük olmuşdur. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələb və mülki iddiasının olmamasını, əvvəllər məhkum edilməməsini və gənc olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ilə yaxındır ki, tanıyır və onunla yaxın məhlələrdə yaşayır. Təqsirləndirilən şəxs tam yaxından tanımağı “Milla” dondurma şirkətində birlikdə işlədikləri vaxtlardan olmuşdur. Əvvəllər onunla sevgili münasibəti olub və evlənmək fikirləri olmasına baxmayaraq, Təqsirləndirilən şəxs anası evlənməklərini istəmədiyi üçün onunla bütün münasibətlərini kəsmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman Vüqar ona bir neçə dəfə zəng vursa da onun zənglərinə cavab verməmişdir. Lakin dayanmadan zəng vurduğu üçün sonuncun zənginə cavab verərək Təqsirləndirilən şəxs nə istədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs onunla hal-əhval etdikdən sonra görüşmək istədiyini bildirmiş, lakin razı olmamışdır. Lakin Təqsirləndirilən şəxs onunla görüşüb danışmaq istədiyini təkrar bildirmiş və gəlinlərinin əxlaqsız oluğunu deyib demədiyini soruşmuşdur. O Təqsirləndirilən şəxs gəlinləri haqqında dediklərini etiraf etmişdir. Bundan sonra tanımadığı nömrədən ona ismarıc gəldi. Həmin şəxs Təqsirləndirilən şəxs sevgilisi Gülşən olduğunu bildirmişdir. Onunla görüşüb Vüqarın onu döyməsi və bəzi şeylər haqqında danışmaq istədiyi üçün razılıq verdikdən sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evin yaxınlığında yəni Moskva prospekti 75 ünvanında yerləşən “Meşə Parkı” adlanan parkda görüşmüşdürlər. Görüş zamanı Gülşən Təqsirləndirilən şəxsla sevgili olduğu vaxtlarda Vüqarın onunla görüşüb görüşmədiyimi soruşmuşdur. Belə olan halda o Təqsirləndirilən şəxs onların evlərinə gəldiyini, nə üçün gəldiyini maraqlanmaq üçün həyətə çıxdığını bildirmişdir. Bundan əlavə Gülşən Təqsirləndirilən şəxs geyimlə pulla və ya digər əşyalarla təmin edib etmədiyini soruşmuş o da cavabında heç birinin olmadığını bildirmişdir. Onun Təqsirləndirilən şəxs pul verdiyini telefon və ya geyimlə təmin etməyini Vüqarın özü ətrafda yaymışdır. Parkda bir qədər danışdıqdan sonra O oğlu və Gülşənlə birlikdə 3 mikrorayon istiqamətində yerləşən “Kapital Bank”dan pul çıxarmag üçün bankomatın yanına getmişlər. Gülşəndən pul çıxardıqdan sonra yenidən həmin parka qayıtmışlar. Danışıq zamanı Gülşən Vüqar tərəfindən döyüldüyünü deyib bədənində olan izləri göstərmişdir. Parka yenidən qayıtmaqlarının üzərindən 1 dəqiqə keçməmiş Təqsirləndirilən şəxs “Totu” ləqəbli şəxslə orada olduğunu görmüşdür. Həmin şəxsin ləqəbinin Totu olduğunu Gülşən dedikdən sonra bilmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşıb “sən qudurmusan” deyə müraciət etdi o da qarşılığında quduran sən özünsən demişdir. Bir az sözlü mübahisə etdikdən sonra Təqsirləndirilən şəxs sağ cibindən düyməli qara rəngli bıçaq çıxarmış və onu vurmağa cəhd etsə də arxaya çəkildiyi üçün heçnə olmamışdır. Bu zaman Totu deyilən şəxs Təqsirləndirilən şəxs tutaraq geriyə itələmişdir. Gülşən də onu itələmişdir. Bundan sonra yenidən Təqsirləndirilən şəxs onu təhqir edən zaman cavab qaytardığına görə ona yumruqla endirdiyi zərbə almacıq sümüyünə dəymiş, daha sonra onun başında problem olduğunu bildiyi halda dayanmadan dəfələrlə başına zərbələr endirməyə davam etmişdir. Daha sonra dayanmayaraq cibindən çıxardığı bıçağın dəstəyi ilə yenidən başının sol ön hissəsinə zərbələr endirməyə başlamışdır. Başından qan açıldığını gördükdən sonra Təqsirləndirilən şəxs geriyə çəkilmiş və Gülşənin qardaşı oğlu Vüqarı oradan uzaqlaşdıraraq aparmışdır. Bütün bu hadisələr azyaşlı oğlunun gözü qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs getdikdən sonra oğlu su alıb gətirmiş, həmin zaman Gülşən onun yanında qalaraq köməklik göstərmişdir. Dərhal “102” xidmətinə zəng etdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Ətrafda olan şəxslərin köməkliyi ilə ayağa qalxıb təcili tibbi yardım avtomobilinin yaxınlığına getmək itəsə də yıxılaraq huşunu itirmiş və 1 saylı KTM-də ayılmışdır ki, artıq ona tibbi yardım göstərilir. Bir gün renimasiyada qalıb palataya keçdikdən sonra xəstəxandan ayrılmışdır. Xəstəxana sənədlərinin hamısı tibbi ekspertizaya təqdim edilib. Verilən suallara cavab olaraq bildirmişdir ki hadisədən sonra Təqsirləndirilən şəxs dəfələrlə onu və anasını hədələmişdir. Hadisənin xx.xx.2022-ci il tarixdə saat 17 radələrində olduğunu, Təqsirləndirilən şəxsla sözlü mübahisələri təxminən 20 dəqiqə olsa da onu vuraraq xəsarət yetiriməsi anı təxminən 5 dəqiqə qədər davam etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda ona hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məhəmməd Məhəmmədi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Məhəmməd qızı doğma anasıdır və onunla birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə anası və anasının yanında adını sonradan Gülşən olduğunu bildiyi yeni tanış olduğu dostu ilə birlikdə Yasamal rayonu ərazisində yerləşən “Meşə” adlı parkda olan zaman anasının tanışı Vüqar adlı şəxs anasına yaxınlaşmışdır. Vüqar anasına yaxınlaşıb onunla mübahisə etdi. Bir az mübahisə etdikdən sonra o anasının üzündən və başından yumruqla vurmağa başladı. Həmin vaxt anasının yanında olan qadın və tanımadığı kişi Vüqarı ayırmağa başladı. Daha sonra Vüqar anasını pis sözlərlə təhqir etdiyi üçün anası ona cavab qaytardığına görə Vüqar əlindəki bıçağın arxası ilə anası döyməyə başladı. Bıçağın nə rəngdə olduğu yadında deyil. Daha sonra Vüqarın yanında olan şəxs Vüqarı anasınından ayıraraq uzaqlaşdırdı. Bütün bu hadisələr onun gözümün qarşısında baş vermişdir. Vüqar getdikdən sonra o, anasına su alıb gətirmişdir. Həmin zaman Gülşən adlı qadın anamın yanında qaldı və köməklik göstərdikdən sonra getdi. Həmin vaxt Vüqarın yanında tanımadığı bir adam da var idi. Sonra polis əməkdaşları parka gəldilər. Ətrafda olan şəxslərin köməkliyi ilə ayağa qalxıb təcili tibbi yardım avtomobilinin yaxınlığına getmək itəsə də yıxılaraq özündən getdi. Hadisənin üzərindən çox vaxt keçdiyi üçün bəzi olan hadisələr yadında qalmamışdır və həmin zaman o, çox qorxduğu üçün qıraqda dayanıb heçnə edə bilməmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 103-104-cü vərəqələrində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 20-23-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi” PHŞ-nin məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1148 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət –sifətin sol yarısının, sol çənəaltı nahiyə əhatə olunmaqla şişkinliyi və qançırı, sol bazunun qançırı, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan, sol göz yuvası nahiyəsinin şişkinliyi və üst qapağı nahiyənin qançırı, alının əzlimiş yarası sol əlin 3-cü barmağının, dırnaq falanqasında, dırnaq sədəfinin öz yerindən tam qopması, dırnaq yatağından qopub ayırılması küt əşyanın (əşyaların) təsirindən törənmişdir qərarın təsiri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin 42-46-cı vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi” PHŞ-nin məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 33/1148 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət –sifətin sol yarısının, sol çənəaltı nahiyə əhatə olunmaqla şişkinliyi və qançırı, sol bazunun qançırı, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan, sol göz yuvası nahiyəsinin şişkinliyi və üst qapağı nahiyənin qançırı, alının əzlimiş yarası sol əlin 3-cü barmağının, dırnaq falanqasında, dırnaq sədəfinin öz yerindən tam qopması, dırnaq yatağından qopub ayırılması küt əşyanın (əşyaların) təsirindən törənmişdir qərarın təsiri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sol göz yuvasınahiyəsinin şişkinliyi və üst qapağı nahiyənin qançırı, alının əzilmiş yarası sol əlin 3-cü barmağının, dırnaq falanqasında, dırnaq sədəfinin öz yerindən tam qopması, dırnaq yatağından qopub ayrılması, dərəcəsinə görə ayrı-ayrılıqda, həmçinin də ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir, sifətin sol yarısnın, sol çənəaltı nahitə əhatə olunmaqla şişkinliyi və qançırı, sol bazunun qançırı isə həm ayrı-ayrılıqda, həmçinin də ümumilikd sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 52-53-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, hazırda sonuncuya qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələb və mülki iddiasının olmamasını, əvvəllər məhkum edilməməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, ilk dəfə məhkum olunmasını, habelə özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələb və mülki iddiasının olmamasını, əvvəllər məhkum edilməməsini və gənc olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin idarəyə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Y.C.Hüseynə və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Y.C.Hüseynə ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 manat, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə maddi sübut mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353,358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddət azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 manat, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürolarının hesablarına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-291/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-291/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver