Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-292/2018 24.10.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 01 saylı hüquq məsləhətxanasının vəkili X1, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Yasamal Rayon Mhkəməsinin 14.11.2017-ci tarixli hökmünə əsasən CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 oktyabr 2017-ci il tarixdə saat 19:41-də Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 78 saylı binanın qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq ona məxsus qadın üçün nəzərdə tutulan 20 manat dəyərində pul kisəsini və pul kisəsinin içərisində üzərində 40 manat dəyərində ***-***-**-** saylı nömrə və 10 manat dəyərində yaddaş kartı olmaqla istifadəyə yararlı olan 80 manat dəyərində 1 ədəd «BlackBerry» markalı, SQN100 (Q10) modelli mobil telefonu və 30 manat nağd pulunu əlindən dartıb alaraq əmlakını açıq talama ilə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilkidə 180 manat maddi ziyan vurub soygunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin iyun ayında üzərində narkotik vasitə aşkar edildiyindən Yasamal rayon polis idarəsi tərəfindən həbs olunmuş, 48 saat Yasamal RPİ-nin MSY-də saxlanıldıqdan sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək buraxılmış, 14.11.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Yasamal Rayon Məhkəməsinin hökmü ilə 01 il 09 ay müdətində azadlıqan məhrum etmə cəzasına məhkum edilmşidir. Həbs olunmamışdan əvvəl fərdi əməklə məşgul olaraq ailəsini dolandırmış, bədənində ağrıları olduğu üçün ara bir narkotik vasitədən istifadə etmişdir. 2017-ci oktyabr ayının sonlarında, səhər saat 09:30 radələrində yaşadığı evdən məhləyə çıxıb adını Samir kimi bildiyişəxslə görüşmüşdür. Salamlaşdıqdan sonra Samir cibindən bir ədəd ağ rəngli «Black Berry» markalı mobil telefon çıxararaq həmin telefonu satdığını bildirmiş, o da Samirdən həmin telefonun kimə məxsus olmasını soruşanda özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Telefonu Samirdən alıb baxmış və 15 manat pul verə biləcəyini demiş, Samir də razılaşmışdır. Bundan sonra o, Samirə 15 manat verərək telefonu almış, Samir pulu götürüb getmişdir. O, telefonun arxa qapağını açaraq üzərində olan ***-***-**-** saylı mobil nömrəsini həmin telefona qoşmuş və telefonun işləyib işləməməsini yoxlamaq məqsədi ilə kiməsə zəng etmiş, telefonun normal işlədiyini bilmişdir. Daha sonra evə daxil olmuş və evdə yoldaşına telefon aldığını bildirmiş, amma kimdən aldığı barədə açıqlama verməmişdir. Həmin vaxt arvadı ona iradını bildirərək telefonun oğurluq olmasından ehtiyat etdiyini bildirmiş və təklif etmişdir ki, telefonu harasa atsın ki, sonra işə düşməsinlər. İşi məhkəmədə olduğundan qorxaraq həmin telefonu polisə təqdim etməkdən qorxmuş və nömrəni həmin telefonun üzərindən çıxararaq telefonu aparıb məhlənin yaxınlığında olan turbaların üzərinə atmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, 26.10.2017-ci il tarixdə saat 19.40 radələrində evdə olmuşdur. Cinayət işinin materillarına əlavə edilmiş “Black Berry” markalı mobil telefonun AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə 27.10.2017-ci il tarixdə Nəsimi rayonu, 28 may küçəsində yerləşən “Akses Citi” mobil telefonların alqı-satqısı dükanına 30 manata satılması barədə sənəd K.Hüseynova təqdim edildikdə o, mobil telefonu mağazaya özünün satdığını etiraf etmiş, telefonu satdığı şəxsin polis idarəsinə çağırılmasını istəmədiyinə görə həmin telefonu atdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs həmçinin qızı Şahid5 Elburus qızının onun barəsində verdiyi ifadəsini təkzib edərək mobil telefon barədə qızına heç bir məlumat vermədiyini bildirmişdir.Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxsgöstərdi ki, 26 oktyabr 2017-ci il tarixdə xalasının ərinin rəhmətə getməsi ilə əlaqədar ünvan 3 ünvanda yerləşən mənzildə keçirilən məclisdə iştirak etmiş, həmin məclisə anası Şahid1 Abdulrza qızı və bacısının azyaşlı oğlu Şahid3 ilə getmişdir. Həmin günü saat təxminən 19:30-da anası və bacısının azyaşlı oğlu ilə həmin məclisdən çıxıb avtobus dayanacağına tərəf hərəkət etmişlər. Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 78 saylı binanın qarşısı ilə keçərkən ancadan bir nəfər şəxs onun sağ əlində saxladığı pul kisəsini əlindən dartıb almaq istəmiş, Bu zaman o, həmin şəxsə tərəf dönmüş və hərəsi pul kisəsinin bir tərəfındən tutub dartışdırmağa başlamışlar. Həmin şəxs ondan güclü olduğundan pul kisəsini əlindən alıb binaların arasına tərəf qaçmış, o da həmin şəxsin ardınca qaçmağa başlamış və səsləyərək dayanmasını tələb etmişdir. Təxminən 10-15 metr qaçdıqdan sonra ətrafın qaranlıq olması səbəbindən dayanmış, qarşıya baxdıqda orada dalan olduğunu və getməyə yer olmadığını görmüşdür. Dalan olduğundan həmin şəxs qaçıb oradan uzaqlaşa bilməmiş və onun olduğu istiqamətdə qayıtmış, binanın digər tərəfındən getməyə çalışmışdır. Həmin şəxs onunla üzbəüzə çatdıqda qolundan tutub dayanmasını tələb etmiş, lakin həmin şəxs dartınaraq əlindən çıxmağa çalışmışdır. Qolundan tutmuş vəziyyətdə geriyə təxminən 5-10 metr onunla paralel qaçmış, lakin həmin güclü olduğundan əlindən dartınıb çıxmış və qaçıb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, pul kisəsində 400 manat dəyərində bir ədəd ağ rəngli «Black Berry» markalı mobil telefon, həmin telefonun üzərində 40 manat dəyərində olan ***-***-**-** saylı mobil nömrə və 10 manat dəyərində yaddaş kartı, 30 manat nağd pul olmuş, pul kisəsinin qiyməti isə 20 manat təşkil etmiş, ona ümumilikdə 500 manat dəyərində ziyan dəymişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, həmin şəxs onun əlindən pul kisəsini alarkən ona qarşı hər hansı bir fiziki zor tətbiq etməmiş, həmin şəxs təxminən 35-40 yaşlarında, boyu təqribən 172-175 sm hündürlüyündə, arıq bədən quruluşlu, nazik burunlu, arıq sifətli,saçları düz və önə daranmış bir şəxs olmuş, əynində olan geyimi xatırlamamış, həmçinin həmin vaxtı başında maska və papaq olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs istintaqa verdiyi əlavə ifadəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperlizası Mərkəzinin verdiyi 12 fevral 2018-ci il tarixli, 1050 nömrəli ekspert rəyində “Black Berry” markalı mobil telefona verilən 80 manat qiymətə etirazının olmadığını qeyd etmişdir. Həmçinin əlavə olaraq göstərdi ki, pul kisəsini əlindən dartıb alan şəxs məhkəmə iclasındakı Təqsirləndirilən şəxsdur. Çünki onun bir dəfə üzünü pul kisəsini əlindən alıb çaçanda, 2-=ci dəfə isə qaçdığı yer dalan olduğu üçün geri qayıdanda qarşılaşıb üzbəüz gürmüşdür. Müstəntiq onları üzləşdirəndə də onu tanımışdır. Telefonu sonradan qaytarılsa da, sınıq-salxaq olmuşdur, ona dəymiş ziyan ödənilməmişdir. Həmçinin axşamın qaranlığında hadisədən bərk qorxmuşdur. Təqsirləndirilən şəxslə barışmır, şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Yasamal Rayon Məhkəməsi tərəfındən narkotik vasitələrin istifadəsinə görə həbs edilmişdir. ***-***-**-** nömrəsi bacısı Seyidbibi Mirmövsümovanın adına alınsa da 27 oktyabr 2017-ci il tarixə qədər nömrədən onun əri Təqsirləndirilən şəxs istifadə etmiş, həmin vaxtdan isə nömrədən istifadə etməmişdir. 2017-ci ilin oktyabr ayının sonlarında evdə olarkən azyaşlı qızı Xədicə küçədən ağ rəngdə «Black Berry» markalı mobil telefon tapdığını və həmin telefonu atasına verdiyini ona demişdir. O, Elbrusdan bu barədə soruşduqda Elbrus həmin telefonu satdığını demişdir. Elbrus həbs olunduqdan bir neçə gün sonra qızı Xədicə ona demişdir ki, «Black Berry» markalı mobil telefonu küçədən tapdığını yalan danışmış, atası Elbrus onu məcbur etmişdir ki, mobil telefon barədə kim nəsə soruşsa həmin telefonu küçədən tapdığını desin, hətta onu «32 çeşid» adlı ət dükanının yaxınlığına apararaq oranı göstərməklə guya telefonu orada yerdən tapdığını deməsini başa salmışdır. Lakin sonradan bilmişdir ki, telefonla bağlı da cinayət işi olmuşdur. Telefonla bağlı cinayət işi olandan sonra ərindən eşitmişdir ki, telefonu kimdənsə almışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.02.2018-ci il tarixli 1050 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «Black Berry» markalı, SQN100 (Q10) modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınaraq 2017-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxıninən 80.00 manat müəyyən olunur. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən Təqsirləndirilən şəxs 02.08.2009-cu il təvəllüdlü Aslan, 16.06.2007-ci il təvəllüdlü Xədicə adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin ailəli olmasını, 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11.03.2018-ci il tarixli arayışından və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.11.2017-ci il tarixli 1(004)-342/2017 saylı hökmünün surətindən görünür ki,Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 14.11.2017-ci il tarixdən hesablanmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxshazırkı iş üzrə CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan əməli 26 oktyabr 2017-ci il tarixdə törətmişdir. Bununla da Təqsirləndirilən şəxshazırkı cinayəti əvvəlki hökm çıxarılmazdan əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Black Berry» markalı, SQN100 (Q10) modelli mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.11.2017-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsqəti olaraq 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 noyabr 2017-ci il tarixdən hesablansın. Barəsində olan əvvəlki hökmə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 168,04 manat (yüz altmış səkkiz manat 04 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-292/2018
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-292/2018
24.10.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver