Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-293/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, “İST Petrol” YDM-də sürücü işləyən, ali təhsilli, Bakı şəhəri Yasamal rayonu Şahtaxtinski küçəsi ev 41-də qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs, CMnin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirərək, işgəncə verməklə əzab vermişdir. Belə ki, o, yaşadığı Bakı şəhəri Yasamal rayonu Şaxtaxtinski küçəsi ev 41-in yataq otağında 21 mart 2021-ci il tarixdə saat 17 radələrində arvadı Zərərçəkmiş şəxs aralarında ər-arvad münasibətlərindən yaranmış münaqişə zamanı əl və təpiklə qəsdən döyüb ona sol qulaqarxası nahiyənin iltihablaşmış, əzilmiş yaraları, sol saidin, sağ körpücükaltı nahiyənin sıyrıqları, sağ bazunun qançırı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan başqa 23.03.2021-ci il tarixdə saat 13 radələrində gəlin gələrkən həyat yoldaşına verilmiş qızıl əşyaları tələb etmiş, Zərərçəkmiş şəxs halı pis olduğundan birazdan verəcəyini dedikdə stəkanı sındırıb, stəkanın sınmış kənarı ilə onun sol qoluna xəsarət yetirmiş, əli ilə sol qulağından, saçından tutub onu çarpayıdan qaldırıb yerə çırpmaqla işgəncə verməklə Zərərçəkmiş şəxs sağ bud nahiyəsinin qançırı, sol saidin aşağı 1/3-nin arxa səthində olan çapıq (kəsilmiş yara izləri) kimi dərəcələri təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətləri qəsdən yetirmiş, bundan başqa 03.04.2021-ci il tarixdə saat 14 radələrində yenidən aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs döyüb sürüyərək, yataq otağına aparmış, lakin Zərərçəkmiş şəxs fiziki və psixi zorakılığa məruz qalacağından qorxub evdən qaçıb getmiş, bundan başqa 19.04.2021-ci il tarixdə saat 23 radələrində İlahəni təhqir edərək barəsində polis bölməsinə şikayət etdiyinə görə yenidən əlləri ilə qəsdən döyüb, boğazından tutub boğmaqla Zərərçəkmiş şəxs işgəncə verib boyunun və sağ bazunun qançırı kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, habelə mütəmadi olaraq onunla pis rəftar edib barəsində nalayiq ifadələr işlətməklə, qohum-əqrəba, iş kollektivi və dost-tanış içərisində rüsvay etməklə, böhtan xarakterli məlumatlar deyib, mütəmadi olaraq şərəf və ləyaqətini alçaltmaqla, qeyri-insani davranışlara davam etməklə Təqsirləndirilən şəxs yaşadığı evin içərisindəki otaqda bağlı qapı arxasında müqavimət göstərmək imkanını itirmiş fiziki cəhətdən özündən zəif olan arvadı Zərərçəkmiş şəxs mütəmadi, yəni üç və daha artıq olaraq qəsdən döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan xəsarətlər yetirərək işgəncə verməklə əzab vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək ifadəsində göstərdi ki, İlahə ilə 2003-cü ildə ailə həyatı qurmuş, həmin nikahdan 2007-ci il təvəllüdlü Səmayə adlı qızı və 2004-cü il təvəllüdlü Müslüm adlı oğlu vardır. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan ailədaxili münaqişələrdən münasibətləri pisləşmişdir. Buna səbəb İlahənin ailə daxili söz-söhbətləri atasına və digər şəxslərə yayması olmuşdur. İlahə toyda valideynləri tərəfindən ona bağışlanmış qızılları evdən aparıb gizlətmişdir, ondan qızıllar barədə soruşduqda qızılların guya valideynləri tərəfindən oğurlanmasını bildirmiş, lakin bilinmişdir ki, İlahə yalan danışır. Bu məsələlərə görə İlahə ilə münasibəti korlanmış və İlahə iki dəfə boşanma ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Lakin hər dəfəsində valideynləri araya girərək onların ayrılmağına mane olmuşlar. 23.03.2021-ci il tarixdə saat 13 radələrində İlahədən qızılların harada olmasını soruşduqda İlahə guya özünü pis hiss etdiyini deyib qızılları verməkdən imtina etmişdir. O da düşünmüşdür ki, İlahə yenə də qızılları oğurlamışdır. Bundan əsəbləşərək əli ilə İlahənin qulağından dartıb çarpayıdan durquzmaq istəmişdir, lakin o çarpayıdan yerə yıxılmışdır. Həmin vaxt İlahə qulaq nahiyəsindən xəsarət almışdır, İlahədə digər xəsarətlərin necə yaranmasından məlumatı yoxdur. Bundan başqa o İlahəyə heç bir xəsarət yetirməmişdir. İlahə qızılları verdikdən sonra başqa otağa keçmişdir. İlahə ailə daxilində özünü düzgün aparmadığı üçün aralarındakı münasibət korlanmış, mütəmadi olaraq aralarında söz-söhbət olmuşdur. İlahənin psixi vəziyyəti yerində olmamış, heç vaxt İlahə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır, bağırsağında çat olduğu üçün cərrahiyyə əməliyyatı olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2003-cü ildə Təqsirləndirilən şəxsla ailə qurmuş, həmin evlilikdən 2 övladları var, təxminən 2-3 ay münasibətləri normal olsada sonradan Təqsirləndirilən şəxs qısqanclıqla bağlı ona yalan ittihamlar edərək, guya kimlərləsə münasibətinin olmasını bildirmişdir. Artıq o həddə çatmışdır ki, valideynləri Anarı həkimə aparmış, psixotrop dərmanlar qəbul etməyə başlamışdır. Ailə qurduqdan 2 ay sonra Anar onu məcbur edib qeyri-təbii yolla, yəni anus dəliyindən onunla cinsi əlaqələrdə olmağa başlamış, 2020-ci ilin dekabr ayında Anarın təcavüzü nəticəsində anus dəliyində çat əmələ gəldiyindən Caspian Hospitalda cərrahiyyə əməliyyatı da olunmuşdur. Anarın hərəkətlərindən bezərək 2014-cü ildə boşanma ilə bağlı məhkəməyə müraciət etmiş, lakin Anarın valideynləri buna imkan verməmişlər. O da övladlarının xətrinə boşanmamışdır. 2020-ci ilin oktyabr ayında Yasamal rayon məhkəməsinə nikahı pozmaqla bağlı yenidən ərizə ilə müraciət etmiş, lakin hər dəfə Anarın valideynlərinin xahişi ilə boşanmaqdan imtina etmişdir. 21.03.2021-ci il tarixdə Anar evə gəlib onu təhqir edərək diz üstə çökdürmüş, qarşısında dayanıb bir əli ilə boynundan tutub onunla qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Anarın bu hərəkətindən sonra ağzının içi zədələnib və ağzını açmaqda çətinlik çəkmişdir. 23.03.2021-ci il tarixdə saat 13 radələrində Anar toy vaxtı ona verilmiş qızıl əşyaları tələb etdikdə onun halı pis olduğundan birazdan sonra verəcəyini demişdir. Lakin Anar onun bu sözündən sonra bir əli ilə sol qulağından, digər əli ilə saçından tutub onu çarpayıdan qaldırıb yerə çırpdıqda kürəyi üstə yerə dəymiş, həmin vaxt sol qulağından, başından, kürək və onurğa sütunundan xəsarət almışdır. Bu hərəkətlərindən sonra Anarın tələb etdiyi qızıl əşyaları Anara vermişdir. Bundan sonra mətbəxdə qızı ilə söhbət edərkən Anar ondan yataq otağına getməyi tələb etmiş, necə istəyirsə o formada cinsi əlaqədə olacağını dedikdə qorxub gizlin şəkildə DİN-in 102 xidmətinə zəng edərək Anar barəsində şikayət etmişdir. 23.03.2021-ci il tarixdə Anar barəsində 28-ci PB-yə şikayət etdikdən sonra Anar onunla mütəmadi olaraq müxtəlif formada qeyri-təbii yolla cinsi əlaqədə olmuş, onu döymüşdür. 03.04.2021-ci il tarixdə saat 14 radələrində evdə olarkən yenidən Anar əli ilə onun saçından, o biri əli ilə sol qulağından tutub yerə çırpmış, sonra başına və qollarına vurmağa başlamışdır. Onu sürüyərək yataq otağına aparmış, lakin Anarın onu zorlamasından qorxub evdən qaçmış və 102 xidmətinə zəng etmişdir. Lakin həmin gün Anar imkan vermədiyi üçün ərizə və izahat verməmişdir. 19.04.2021-ci il tarixdə saat 23 radələrində qonaq otağında olarkən onu təhqir edərək barəsində şikayət etdiyinə görə yenidən onu əlləri ilə döymüş, boğazından tutub boğmağa başlamışdır. Bu formada mütəmadi olaraq ona əzab verib, mütəmadi olaraq onu döyməklə və digər zorakı hərəkətlər etməklə fiziki və psixi iztirablar vermişdir. Hətta stəkanın sınmış kənarı ilə onun sol qoluna xəsarət yetirmişdir. Müxtəlif tarixlərdə baş vermiş bu hadisələr hər biri təxminən 10 dəqiqə davam etmiş, hadisə evin içində baş verdiyindən hadisənin şahidləri Anarın atası və anası olmuşlar. 23.03.2021-ci il tarixdə Anar bir əli ilə sol qulağından, digər əli ilə saçından tutub onu çarpayıdan qaldırıb yerə çırpdıqda kürəyi üstə yerə dəymiş, həmin vaxt sol qulağından, başının təpə nahiyəsindən, kürək və onurğa sütunundan xəsarət almışdır. Anar onunla dəfələrlə qeyri-təbii yolla, anus dəliyindən cinsi əlaqədə olmuş və buna görədə o, 2020-ci ilin dekabr ayında cərrahiyyə əməliyyatı olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2003cü ildə qızı İlahə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, həmin nikahdan 2007-ci il təvəllüdlü Səmayə və 2004-cü il təvəllüdlü Müslüm adlı övladları vardır. Sonradan qızı İlahənin deməsindən bildiyinə görə Anar qızına qarşı kobud rəftar etməyə başlamışdır. Ailə qurduqdan sonra Anar qızı ilə qeyri-insani davranmağa başlamış, müxtəlif formalarda zorlamağa başlamışdır. Hətta 2020-ci ilin dekabr ayında Anarın təcavüzü nəticəsində qızı İlahə cərrahiyyə əməliyyatı da olunmuşdur. Anarın bütün bu hərəkətlərinə görə 2014-cü ildə və 2020-ci ilin oktyabr ayında Yasamal rayon məhkəməsinə boşanmaqla bağlı ərizə ilə müraciət etmiş, lakin hər dəfə Anarın valideynlərinin xahişi ilə boşanmaqdan imtina etmişdir. 21.03.2021-ci il tarixdə Anarın qızı İlahəni döyüb zorlaması barədə xəbər tutmuş, qızının müxtəlif bədən xəsarətləri almasının şahidi olmuşdur. Bundan başqa 23.03.2021-ci il tarixdə də qızı İlahə Anar tərəfindən döyülməsini bildirmiş və polisə şikayət etmişdir. Həmin vaxt qızının sol qulağından, baş, kürək və onurğa sütunundan xəsarət aldığını görmüşdür. Bundan başqa 03.04.2021-ci il tarixdə və 19.04.2021-ci il tarixdə Anar yaşadıqları evdə qızı İlahəni döymüşdür. Bu formada Anar mütəmadi olaraq qızı İlahəyə əzab verib, mütəmadi olaraq onu döyməklə və ya sair zorakı hərəkətlər etməklə fiziki ağrı və psixi iztirablar verməkdə davam etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, İlahə Sultanovun yalnız əynində libas olarkən vizual müşahidə edə bildiyi xəsarətlərini görmüş digər xəsarətləri barədə yalnız qızından məlumat ala bildiyindən, qızının konkret olaraq bədəninin hansı nahiyyəsində xəsarətləri olduğunu sadalaya bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs 2003-cü ildə İlahə ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, həmin nikahdan 2007-ci il təvəllüdlü Səmayə və 2004-cü il təvəllüdlü Müslüm adlı övladları var. Oğlu Anar ailəsi ilə birlikdə onunla bir evdə yaşamışlar, o və həyat yoldaşı 1ci mərtəbədə, Anargil isə 2-ci mərtəbədə yaşamışdır. İlahə onun ailəsinə gəlin gələndən bir müddət sonra oğlu ilə münasibətləri korlanmağa başlamış, lakin uşaqlara görə ayrılmağa razılıq verməmişdir. Hətta bir dəfə İlahə toyda onlar tərəfdən İlahəyə bağışlanmış qızılları evdən aparıb gizlətmiş və oğlu Anar qızılların harada olmasını soruşduqda qızılların guya onlar tərəfindən oğurlanmasını bildirmiş, sonda İlahənin yalan danışması üzə çıxmışdır. Bütün bunlara görə İlahə ilə münasibəti korlanmış və İlahə iki dəfə boşanma ilə əlaqədar məhkəməyə müraciət etmiş, hər dəfə uşaqlara görə onların ayrılmağına qarşı çıxmışlar. İlahə ailə daxilində özünü düzgün aparmadığı üçün oğlu Anarla aralarındakı münasibət korlanmışdır. İlahənn göstərdikləri yalandır, işi ilə bağlı olaraq hər gün tezdən səhər saat 05-də evdən çıxmış, gecə saatlarında evə gəlmişdir. Onların mübahisəsini görməmiş, evə gələndən sonra həyat yoldaşı Səmayənin sözlərindən eşidib bilmişdir ki, yaşadığı evdə oğlu Anarla İlahə arasında mübahisələr olmuşdur, oğlu Anar İlahəni 1 dəfə, yəni evdən qızılları götürüb gizlətdiyi üçün vurmuşdur, qalan günlərdə İlahənin mütəmadi olaraq döyülməsi barədə dedikləri hamısı yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində əri Şahid2 göstərdiklərini təsdiqləyib İlahənin mütəmadi olaraq döyülməsi barədə dediklərinin yalan olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 23.03.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan ünvan 1 evi olduğu görünür. Evin küçədən giriş qapısı boz rənglidir, dəmir konstruksiyalıdır. İçəri daxil olduqda dəhliz, dəhlizdən sonra qonaq otağı, sağda yataq otağı, solda mətbəx yerləşir. Baxışda iştirak edən vətəndaş Zərərçəkmiş şəxs bildirir ki, 21.03.2021-ci il tarixdə əri Anar onu yataq otağında vuraraq dizi üstə çökdürüb, əli ilə boynundan tutub onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. (i.v.10-11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 26 mart 2021-ci il tarixli, 213 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol qulaqarxası nahiyənin iltihablaşmış, əzilmiş yaraları, sol saidin, sağ körpücükaltı nahiyənin sıyrıqları, sağ bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmiş, göstərilən şəraitdə 21.03.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v.21-24) Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 07 oktyabr 2003-cü ildə nikah bağlamışlar. (i.v.28); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Publik Hüquqi şəxsin Yasamal rayon şöbəsinin verdiyi 20.04.2021-ci il tarixli 315 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – boyunun və sağ bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmiş, göstərilən şəraitdə 19.04.2021-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir.(i.v.53-55) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Publik Hüquqi şəxsin Bakı şəhər şöbəsinin verdiyi 27.04.2021-ci il tarixli 188 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş sağ bud nahiyəsinin qançırı küt əşyanın təsirindən, sol saidin aşağı 1/3-nin arxa səthində olan çapıq (kəsilmiş yara izləri) isə kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişlər. Bu xəsarətlərin törənmə müddəti və şəraiti qərarda göstərilən 23.03.2021-ci il tarixə və şəraitə uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulub, doğmuş qadına məxsusdur. Arxa keçəcəyində onunla qeyritəbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Lakin tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqə arxa keçəcək nahiyəsində xəsarətin obyektiv əlamətləri ilə müşayiət olunmadıqda bu halın məhkəmə-tibbi yolla təyini mümkün olmur. (i.v.61-64) 29 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiqləmiş, Təqsirləndirilən şəxs isə qeyd edilənlərlə razı olmadığını bildirib, İlahə onun barəsində hər dəfə polisə şikayət etdiyi üçün bundan sonra da İlahəni evdə döyəcəyini bildirmişdir.(i.v.65-66); Sübutların qiymətləndirilməsi barədə 05 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində əri Anarın dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olması, narkotik vasitə qəbul etməsi barədə göstərməsinə baxmayaraq, ona qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi barədə göstərilənlərini sübuta yetirəcək istintaqda heç bir dəlil olmadığından onun göstərdikləri obyektiv sübutlarla öz təsdiqini tapmamış, bu hissədə Təqsirləndirilən şəxs hərəkətlərində AR CM-nin 150-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından, barəsində həmin xüsusatlarla əlaqədar cinayət təqibi üzrə icraat rədd edilmiş, Təqsirləndirilən şəxs ifadəsində və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs göstərdiklərinin yalan olması, yəni mütəmadi olaraq döyməməsi, onu hədələməməsi barədə göstərməsinə baxmayaraq, toplanmış istintaq materialları ilə Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli fikirlər olmaqla toplanmış istintaq materialları ilə tam sübuta yetirildiyindən həmin xüsusat cinayət məsuliyyətindən yaxa qurtarmağa yönələn mülahizələr kimi qiymətləndirilərək rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs ifadələri işin digər halları ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, Şahid1 ifadələri, üzləşdirmə protokolu, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Publik Hüquqi şəxsin Yasamal rayon şöbəsinin verdiyi 26.03.2021-ci il tarixli 213 saylı, 20.04.2021-ci il tarixli 315 saylı və məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Publik Hüquqi şəxsin Bakı şəhər şöbəsinin verdiyi 27.04.2021-ci il tarixli 188 saylı rəylər sübut növü kimi qiymətləndirilmişdir. (156-162) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə işgəncə verməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsə CMnin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirərək, işgəncə verməklə əzab vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi mütəmadi olaraq döyməsi və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verərək əzab verməsi iş üzrə təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və digər istintaq hərəkətləri protokolları ilə sübut olunsa da, həmin hərəkətlərin işgəncə verməklə törədilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, CM-nin 293-cü maddəsinin qeydində göstərilir ki, bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Cinayət hüququnda işgəncənin mövcud olması üçün göstərilən hərəkət və hərəkətsizliyin aşağıdakı məqsəd və ya səbəbdən törədilməsi zəruridir: -zərərçəkmiş şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq məqsədilə; -zərərçəkmiş şəxsi və ya digər şəxsi qorxutmaq məqsədilə; -zərərçəkmiş şəxsi və ya digər şəxsi törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə; -zərərçəkmiş şəxsi və ya digər şəxsi öz iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə; -ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbdən. Bundan başqa İşgəncələrə qarşı 1984-cü il tarixli BMT Konvensiyasında işgəncə anlayışı aşağıdakı kimi müəyyən olunur: “Bu Konvensiyanın məqsədləri üçün “işgəncə” istənilən elə hərəkəti bildirir ki, həmin hərəkətlə hər hansı şəxsdən və ya üçüncü şəxsdən məlumatlar və ya etiraflar almaq, onun və ya üçüncü şəxsin etdiyi və ya etməkdə şübhəli bilindiyi hərəkətə görə onu cəzalandırmaq, habelə onu və ya üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud istənilən xarakterli ayrı-seçkiliyə əsaslanan hər hansı başqa səbəbə görə belə ağrı və ya əzab dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs qismində çıxış edən digər şəxs tərəfindən və ya onların təhriki ilə, yaxud xəbərdar olmaları və ya susmaqla razılaşmaları ilə verilməklə, hər hansı şəxsə qəsdən fiziki və ya mənəvi cəhətdən güclü ağrı və ya əzab verilir. Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, həmin sanksiyalardan ayrılmaz olan və ya təsadüfən onlardan törəyən ağrı və əzablar bu anlayışa daxil deyil.” Bu anlayışdan biz üç mühüm elementi ayıra bilərik: • Güclü mənəvi və ya fiziki ağrı və əzab verilməsi • Qəsdən və ya məqsədli şəkildə ağrı yetirilməsi • Məlumat əldə edilməsi, cəzalandırma və ya qorxutma kimi spesifik məqsədin güdülməsi. Cinayət hüququnda məlumat almaq məqsədi ilə işgəncə vermə dedikdə, zərərçəkmiş şəxsin özünün və ya digər şəxsin malik olduğu və ya malik olması ehtimal edilən hər hansı bir məlumatı (cinayət işi ilə əlaqədar, kommersiya və ya şəxsi xarakterli və s.) əldə etməsi başa düşülməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 23.03.2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı verilmiş ittihamda göstərilən hərəkətlər, yəni zərərçəkmiş şəxsdən qızılların yerini bildirməsi ilə bağlı məlumatların əldə edilməsi, ailə məişət zəminində törədilmiş hadisədir, bu hərəkətlər yuxarıda göstərilən məlumatları əldə etmək məqsədi kimi qiymətləndirilə bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən hərəkətlərin heç biri işgəncənin mövcud olması üçün göstərilən məqsəd və səbəblərdən törədilməmiş, həmin hərəkətlər əzab vermənin ayrılmaz və zəruri əlamətləridir. Yəni Təqsirləndirilən şəxs əməlində CM-nin 133.2.6-cı maddəsinin tövsif əlaməti olan işgəncə vermə faktı mövcud deyil. Lakin zərərçəkəni CM-nin 133.2.6-cı maddəsində nəzərdə tutulmayan məqsədlərlə əlaqədar, mütəmadi olaraq, yəni hazırkı halda bir neçə dəfə döyülməsi, bu döyülmənin və sair zorakı hərəkətlərin mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermənin ailə məişət zəminində baş verməsi nəzərə alınaraq, onun əməli CM-nin 133.1-ci maddəsi ilə əhatə olunur. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 133.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Təqsirləndirilən şəxs əməli 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının təsiri altına düşür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsinə əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəza təyin edilməli, CPM-nin 44.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilməlidir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.05.2021-ci il tarixdə saat 18:00-da tutulmuşdur. (i.v.83) Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.114-116) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.67) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini onun cəzasını yüngülləşdirən halar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, CPM-nin 44.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 39, 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilsin və o 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-293/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-293/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver