Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-294/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1997-ci ildə Şabran rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Nəsimi rayon polis idarəsinin icraatında olmuş digər bir cinayət işi ilə əlaqədar «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021 -ci il tarixdə gecə saat 03:41 radələrində Yasamal rayonu, 2-ci Alatava, D.Bünyadzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi «Naib makret» adlanan ərzaq mağazasına qanunsuz daxil olmaqla oradan 3500 manat dəyərində tütün məmulatları (siqaretləri), 50 manat dəyərində 5 ədəd «Banketnaya» arağı, ümumi dəyəri 100 manat olan 8 qutu «Orbit» saqqızları, 50 manat dəyərində «Alpin qold» şokoladı, ümumi dəyəri 100 manat olan «Snickers» və «Baunty» şokoladı, 10 manat dəyərində bir qutu «Coca-cola», 40 manat dəyərində enerji içkiləri, 50 manat dəyərində şirniyyat və quru kofe, 500 manat dəyərində danışıq konturları, 100 manat dəyərində 6 qutu alışqan, mağazada olan piştaxtanın siyirtməsindən 8000 manat və kassadan isə 500 manat nağd pulları gizli olaraq talamaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 13000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 25 noyabr 2021-ci il tarixdə gecə radələrində Yasamal rayonu, 2-ci Alatava, D.Bünyatzadə küçəsində yerləşən «Naib market» adlanan mağazasını qarşısı ilə keçən zaman ətrafın qaranlıq olmasından və heç kəsin olmadığından həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Həmin marketin girişi dəmir barmaqlıqlardan ibarət qapı ilə mühafizə olunmuş, həmin qapının arxasında isə ağ plastik qapı olmuşdur. Həmin dəmir barmaqlıqlardan ibarət qapının qıfılını sındırmaq üçün ətrafdan dəmir armatur parçasını götürərək, həmin qıfıla güc tətbiq etməklə sındırmış, daha sonra isə həmin dəmir armatur parçasını ağ rənqli plastik qapısı ilə çərçivəsi arasına salaraq fiziki güc tətbiq etməklə qapını açaraq mağazaya daxil olmuşdur. Orada 10 blok müxtəlif tütün momulatları (siqaretllər), 4 qutu «Orbit» saqqızları, 10 qulu «Alpin qold» şokoladı, 1 qutu «Snickers» və 1 qutu «Baunty» şokoladı, təxminən 5-6 ədəd enerji içkiləri, 1 qutu alışqan, kassadan isə çoxlu sayda qəpikləri oğurlanmışdır. Sonradan həmin qəpikləri saydıqda ümumilikdə 13 manat pul təşkil etməsini bilmişdir. Həmin mağazadan oğurladığı tütün məmulatlarını, şirniyyat, saqqız və sair əşyaları özü istifadə etmişdir. Bəzilərini isə salaraq özünə narkotik vasitə və ya psixotrop maddə əldə edərək qəbul etmiş, qeyd etdiyi oğurluq cinayətlərini tək törətmiş və ona köməklik edən olmamışdır. Törətdiyi oğurluq cinayəti barədə hər-hansı bir şəxsə məlumat verməmiş, oğurluq edən zaman həmin hadisələri kənardan görənlər olmamışdır. Zərərçəkmiş şəxs ilə əvvələr hər hansı bir ədavəti və ya düşmənçili olmamışdır. Zərərçəkmiş şəxs ifadəsində göslərdiyi məbləğdə pul və ərzaq məhsullarını mağazadan oğurlamamışdır. Törətdiyi oğurluq cinayətlər barəsində Nəsimi RPİ-nin İŞ-də istintaq olunmuş cinayət işi üzrə istintaq aparılmışdır. Oğurladığı tütün məmulatlarını, şirniyyat, saqqız və sair əşyalan bəzilərini özü istifadə etmiş, ifadəsində qeyd etdiyi kimi bəziləri tanımadığı adamlara sataraq narkotik vasitələr və ya psixotrop maddələr əldə edərək istifadə etmiş, lakin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitələri müxtəlif ünvanlardan əldə etmiş, lakin həmin şəxslərin anket məlumatları barədə məlumatı yoxdur, sifət cizgiləri tam yadında qalmamışdır. Törətmiş olduğu əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsində yerləşən 5 kv.metirlik mağaza sahəsini icarəyə götürərək işlədir, həmin mağazada ərzaq məhsulların satışı ilə məşğuldur. Mağazanı adətən səhər saat 09-dan axşam saat 23-ə kimi işlədir. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində mağazanı bağlayaraq yaşadığım ünvana getmişdir. xx.xx.2021-ci il tarixdə səhər saat 07 radələrində ona məlum olmuşdur ki, mağazadan oğurluq olubdur. Dərhal mağazaya gəldikdən sonra ona məlum olmuşdur ki, mağazadan 3500 manat dəyərində tütün məmulatları (siqaretlər), 50 manat dəyərində 5 ədəd «Banketnaya» arağı, ümumi dəyəri 100 manat olan 8 qutu «Orbit» saqqızları, 50 manat dəyərində «Alpin qold» şokoladı, ümumi dəyəri 100 manat olan «Snikers» və «Bauunti» şokoladı, 10 manat dəyərində bir qutu «Coca-cola», 40 manat dəyərində enerji içkiləri, 50 manat dəyərində şirniyyat və quru kofe, 500 manat dəyərində danışıq konturları, 100 manat dəyərində 6 qutu alışqan, mağazada olan piştaxtanın siyirtməsindən 8000 manat nağd pul, kassadan isə 500 manat pul oğurlanmışdır. Beləliklə də, baş vermiş hadisə zamanı mağazamdan 8500 manat pul və 4500 manat dəyərində ərzaq, tütün və sair məhsullar oğurlanmışdır, ümumilikdə ona 13000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin oğurluğu törədən şəxs Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır, lakin həmin cinayəti o, tək törətməmişdir. Oğurluq günü həmin şəxs dəfələrlə mağazama gəlib alver etmişdir, hətta ondan belə tet-tez mağazaya gələrək siqaret almasını soruşduqda yaxınlıqda dostları ilə yeyib-içdiyini tanışları onu siqaret almağa göndərdiklərini bildirmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, ziyanını tələb edir və ağır cəzalandırılmasını xahiş edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmədə müəyyən edildi ki, vurulmuş ziyan ödənilməmişdir. Bundan əlavə məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işindən başqa, Nəsimi Rayon Məhkəməsinin icraatında 1(006)-116/2022 saylı cinayət işi üzrə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin də məhkəmə istintaqı gedir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnın barəsində Gədəbəy RPŞ-nin İŞ-də Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin icraatı davam edir, eləcə də sonuncu barəsində Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmiş, cinayət işi icraatdadır. Həmin cinayət işi üzrə yekun məhkəmə aktı çıxarılmamışdır. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır, hazırkı iş üzrə də zərərçəkən şəxsin şikayətini, zərərin ödənilməməsini, göstərilən bütün halları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cavan olmasını, cinayəti etiraf etməsini, peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Nəsimi rayon polis idarəsinin icraatında olmuş digər bir cinayət işi ilə əlaqədar «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir və Nəsimi Rayon Məhkəməsinin qərarı qərarı ilə seçilmiş həmin həbs qətimkan tədbiri nəzərə alınmışdır. Ona görə də hazırkı iş üzrə də qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 23 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev
Məhkəmə qərarları › İş №1(004)-294/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-294/2022
23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver