Məhkəmə qərarları › İş №1(004)-294/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-294/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-294/2023 20.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1998-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, Qusar rayonu, Həzrə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 iyul 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 saylı binanın qarşısında dayanmış X2 istifadəsində olan anası Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 9000 manat dəyərində «Zontes R250» markalı 99-C-954 dövlət qeydiyyat nişanlı motoskileti gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 9-cu mkr «köhnə şərq bazarı» adlanan ərazidə saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Tufan M50» markalı mopedi gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 1600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 noyabr 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 700 manat dəyərində «Nama Lavini 48-2» markalı mopedi gizli olaraq talayaraq Zərərçəkmiş şəxs4 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 dekabr 2022-ci il tarixdə saat 04:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 79A ünvanına gələrək ünvanın 3-cü blokuna daxil olmuş və blokun giriş hissəsində saxlanılmış olan Zərərçəkmiş şəxs3 məxsus «Jianşin» markalı mopedi gizli olaraq talayaraq Zərərçəkmiş şəxs3 1600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 yanvar 2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərova küçəsi 288 saylı evin həyətindən Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 1000 manat dəyərində «Nama Lavini 48-2» markalı mopedi gizli olaraq talayaraq Zərərçəkmiş şəxs5 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Həzrə kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. 31 iyul 2022-ci il tarixdə saat 04-radələrində Yasamal rayonu, H.ünvan 3 ünvanın qarşısı ilə piyada hərəkədə olarkən orada olan Zontes R250 markalı motosikletin sahibsiz dayandığını aşkar etmişdir. Lakin həmin saatda binanın qarşısında insanlar olduğundan motosikleti oğurlamağın təhlükəli olduğunu düşünmüşdür. Təxminən 2 saat binanın həyətində piyada hərəkət etdikdən sonra ətrafda insanların olamamağından istifadə edərək binanın qarşısında dayanmış motosikletə yaxınlaşmışdır. Daha sonra muftaya basaraq surətlər qutusunu neytral vəziyyətə gətirərək motosikleti itələyərək yaxınlıqda olan binanın həyətində oturmaq üçün nəzərdə tutulan yerdə saxlamış və oradan uzaqlaşmışdır. 2 gün Nəsimi rayonu, 3 mikrorayon dairəsi yaxınlığında evakuatora minərək motosikleti saxladığı yerə gəlmişdir. Orada motosikleti evakuatora yükləyərək Şamaxinka deyilən ərazidə yerləşən Lukoyl yanacaq doldurma məntəqəsinə gəlmişdir. Lukoyl yanacaq doldurma məntəqəsində motosikleti düşürtdükdən sonra əvvəllər Bakı şəhərinin müxtəlif ərazilərindən motosiklet oğurladığından mühərriki açarsız işə salmağı bacardığından motosikletin mühərrikini işə salmış və motosikletə əyləşərək Xıradalan istiqamətində hərəkətə başlamışdır. Yolda olarkən dostu Vadim ona zəng etmiş və onunla birlikdə Xaşmaz rayonuna getmək istədiyini bildirmişdir. Daha sonra o, Vadimin olduğu Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar metrostansiyasının yaxınlığına getmişdir. Daha sonra Vadim onunla birlikdə motosikletə əyləşmiş və onlar Xudat istiqamətində hərəkətə başlamışlar. Xudat rayonuna çatdıqda Vadim orada motosikletdən düşmüş və Nabran istiqamətində hərəkətini davam etdirmişdir. 2 gün Nabranda qaldıqdan sonra Bakıya qayıtmışlar. Ceyranbatan ərazisinə yerləşən "Socar" yanacaq doldurma məntəqəsinin yaxınlığına çatdıqda su içmək üçün orada yerləşən moykaya yaxmlaşmışlar. Biraz su içdikdən sonra orada olan bir nəfər şəxs onunla motosikleti satmağı barədə maraqlandıqda o, sata biləcəyini bildirmişdir. Daha sonra ona yaxınlaşan digər şəxs onunla motosikletdə qiymət barədə maraqlandıqda o, 1500 manata sata biləcəyini bidirmişdir. Həmin şəxs hal hazırda 900 manat ödəniş edə biləcəyini geri qalan 600 manatı isə hissə hissə ödəyəcəyini bildirmişdir. O, həmin şəxslə razılaşmış və 900 manat qarşılığında motosikleti sonuncuya satmışdır. Daha sonra isə həmin şəxsin onu tapa bilməməsi üçün istifadəsində olan mobil nömrəni qırmışdır. 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərinə getmiş, orada 9-cu mkr köhnə "şərq bazarı" deyilən yerdən keçən zaman orada olan qarajların yanında arxa təkəri sökülmüş vəziyyətdə olan yaşıl rəngli motosiklet görəndə, bilmişdir ki, nasazdır, motosikletin yanında heç kim olmamışdır. Həmin ərazidə gəzişən zaman bir nəfər cavan oğlanın küçədə qara rəngli "Tufan" markalı motosikletlə hərəkətdə olduğunu görüb işarə edərək saxlatdırmış, sürücüyə onun da motosikletinin olduğunu əyləci xarab olduğundan yaxınlıqda qarajların yanında saxladığını deyərək əgər motosikletlərdən anlayışı varsa ona köməklik etməsini demişdir. Düşünmüşdür ki, həmin sürücünün başını qatıb guya özünün nasaz olan motosikletini göstərib sonuncunun motosikletini oğurlasın. Həmin cavan oğlan etiraz etməmiş və birlikdə biraz əvvəl gördüyü qarajların yaxmlığında saxlanılmış yaşıl rəngli motosikletin yanına getmişlər. Həmin şəxs motosikletə baxıb düzəldə bilməyəcəyini demişdir. O, həmin şəxsə Sumqayıt şəhəri, 13-cü mkr ərazisində Anar adlı motosiklet ustası olduğunu deyərək onu həmin yerə aparmağını xahiş etmiş və birlikdə Sumqayıt şəhəri 13-cü mkr-na getmiş, orada usta Anarın olmadığını görüb geri yaşıl rəngli motosikletin yanına qayıtmış, o, həmin şəxsə motosikletinə hissə almaq üçün onu Sumqayıt Karvan bazarına aparmağını dedikə, həmin şəxs vaxtı olmadığını və ona köməklik edə bilməyəcəyini demiş və həmin vaxtı motosikletin mühərrikini söndürmədən işlək vəziyyətdə saxlayıb yaxınlıqda yerləşən mağazadan özünə siqaret almağa getmiş, o, da fürsətdən istifadə edib həmin şəxsin motosikletinə əyləşib həmin yerdən uzaqlaşıb Bakı şəhərinə gəlmişdir. Həmin gün oğurladığı qara rəngli "Tufan M50" markalı motosikletin fotoşəklini çəkib "Tap.az" elan saytına 1100 manata satış elanını yerləşdirmişdir. 13 sentyabr 2022-ci il tarixdə günorta saatlarında ***-***-**-** saylı mobil nönırəmə zəng edən özünü Yusif adı ilə təqdim edən cavan oğlan elanda satışda qoyduğu motosikletin fotoşəkillərini görüb bəyəndiyini və motosikletə baxmaq üçün Bakı şəhəri, 8-cm km avtomobil bazarının yaxınlığına gəlməyini demiş, o, da həmin yerə sürüb zəngləşərək Yusiflə görüşmüş, Yusif azyaşlı olmuş və atası ilə birlikdə motosikletə baxıb bəyənmişlər və danışıb qiymətini 895 manata razılaşmışlar. O, motosikletin özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını demiş, Yusif və atası ondan şəxsiyyət vəsiqəsini, motosikletin sənədini, ehtayat açarını, 2 ədəd motodəbilqəni istəmiş, o, Qusar rayonuna təcili getməli olduğu üçün motosikletin sənədi, ehtiyat açarı və dəbilqələrin özündə olmadığı, 3-4 günə qayıdıb onlara çatdıracağını və evə gedib öz şəxsiyyət vəsiqəsinin fotoşəklini votsapla onlara göndərəcəyini demiş, Yusifin atası ona 895 manat pul verib həmin motosikleti almışdır. Bir qədər sonra şəxsiyət vəsiqəsinin fotoşəklini Yusifin telefonuna göndərmişdir. Əldə etdiyi pulu özünə xərcləmişdir. 2022-ci ilin noyabr ayın 3-də gecə saat 02 radələrində «İçərişəhər» metrostansiyası yaxınlığında olmuşdur. Maddi durumu yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən Xalqlar metrostansiyası yaxınlığına gedib oradan moped oğurluq etmək istəmişdir. Çünki həmin əraridə işıqlanma zəifdir və kameralar azdır. Buna görədə yadında qalmayan taksiyə Xalqlar metrostansiyası yaxınlığına onu aparmasını xahiş etmişdir. Ora çatdıqdan sonra taksidən düşüb piyada moped axtarmağa başlamışdır. 9 mərtəbəli binanın qarşısında tünd qırmızı rəngdə mopedin olduğunu görmüşdür. Ətrafa baxıb küçədə heç kimin olmadığına əmin olduqdan sonra mopedin mühərrik olan hissəsini açıb orada olan naqqilləri bir-biri ilə birləşdirib mopedin mühərrikini işə salmışdır. Bundan sonra mopedə əyləşib oradan uzaqlaşmışdır. Mopedi şatıb qazanc əldə etmək üçün mopedin şəkilləri çəkib "Topaz" elan saytına yerləşdirmişdir. Elanda isə özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmi qeyd etmişdir. Həmin mobil nömrəni isə şəxsiyyət vəsiqəsi olmadığı üçün bibisioğlu Vadim Əmirmətovun adına almışdır. Həmin mobil nömrə Vadimin adına olsada aldığı vaxtdan onun istifadəsində olmuşdur. Bundan sonra adını və mobil nömrəsini xatırlamadığı müştəri ona zəng edərək, mopedi almaq istədiyini bildirmişdir. 05 noyabr 2022-ci il tarixdə saat 21 radələrində həmin müştəri ilə NZS qəsəbəsində görüşmüşlər. Müştəriyə həmin mopedin özünə məxsus olduğunu və sənədlərinin isə səhəri gün verə biləcəyini bildirmişdir. Müştəriyə həmin günü mopedi 520 manata satmışdır. Mopedi alan müştəri onu oğurluq yolu ilə ələ keçirdiyini bilməmişdir. Pulu isə öz şəxsi ehytiyaclarına ödəmişdir. Mopedi satdıqdan sonra isə telefon nömrəsini söndürmüşdür. 12 yanvar 2023-cü il tarixdə sonuncu dəfə saat təqribən 03 radələrində kirayə yaşadığı ünvan 4 ünvanın həyətindən «Kuba» markalı mopedi oğurlayaraq «Lalafo» sosial şəbəkəsində elan səhifəsinə yerləşdirərək 230 manata tanımadığım şəxsə satmışdır. İstintaq dövründə Aslanov Vuqara məxsus “Jianşin” markalı mopedin oğurlanmasını etiraf etsədə, məhkəmə iclasında həmin mopedin oğurlanmasını təkzib etdi və bu cinayət əməldə günahın olmamasını bildirdi. Özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın aradan qaldırılmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərşəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi, CD diskdə olan videogörüntülərlə və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə «Sədərək» Ticarət mərkəzindən 1850 manat nağd pul ödəməklə «Jianşin» markalı sarı rəngli moped almışdır. Mopedlə kuryerlik fəaliyyəti ilə məşqul olmuşdur. 30 dekabr 2022-ci il tarixdə saat 16 radələrində mopedi yaşadığı Bakı şəhəri, Nizami rayonu, ünvan 5 ünvanda yerləşən evin 3-cü girişinə qoyaraq yaşadığı mənzilə getmişdir. 31 dekabr 2022-ci il tarixdə saat 07 radələrində işə getmək üçün evdən çıxdığı zaman mopedin oğurlanmasını aşkar etmiş və dərhal DİN-in 102 Xidmətinə zəng vuraraq məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona 1850 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 19 fevral 2022-ci il tarixdə Nizami rayonu Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən «Motomax» adlı mağazadan, 2020-ci il tarixdə istehsal olunmuş, mühərrik həcmi 48 kubometr olan «Nama Lavin 48-2» markalı mopedi 2400 manata almışdır. Sonradan özünə yeni moped aldığı üçün əvvəlcə aldığı «Nama Lavin 48-2» markalı mopedi satmaq qərarına gəlmişdir. Belə ki, həmin mopedin surətlər qutusunda və akumlyatorunda nasazlıqlar olmuşdur. ünvan 6 ünvanda yaşıyan tanışı Şahid7 ilə aralarında danışaraq, həmin mopedi ona 1250 manata, satacağına razılaşmışdır. Həmin vaxt Şahid7 nağd pulu olmadığı üçün, mopedlə kuryer kimi işləyib qazanc əldə edərək ona gündəlik 10 manat pul verəcəyi şərti ilə aralarında razılaşaraq 07 sentyabr 2022-ci il tarixdə «Nama Lavin 48-2» markalı mopedi Şahid7 vermişdir. 03 noyabr 2022-ci il tarixdə saat 10:20 radələrində Şahid7 mənə telefon vasitəsi ilə zəng edərək, gecə saat 00:30-dan səhər saat 09:30-dək olan müddət ərzində «Nama Lavyı 48- 2» markalı mopedin, onun yaşadığı Q.Qarayev prospekti ev 126 saylı ünvanm qarşısından naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Şahid7 ilə mopedi sonuncuya verməyilə əlaqədar aralarında rəsmi alqı-satqı müqaviləsi olmamışdır. Razılıq aralarında yalnız sözlə olmuşdur. Həmin vaxtdan mopedin oğurlandığı xx.xx.2022-ci il tarixə qədər Şahid7 ona ümumilikdə 420 manat pul vermiş, 830 manat isə borclu qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında kirayə yaşayır. «Wolt» şirkətində kuryer işləyir. Təxminən iki il olar ki, qırmızı rəngli "Kuba" markalı mopedi 1000 manata almışdır. "Dönər evlərinin sifarişlərini özünə məxsus "Kuba" markalı mopedimlə mənzillərə çatdırır. 11 yanvar 2023-cü il tarixdə saat 18 radələrində işdən evə gəlib özünə məxsus "Kuba" markalı mopedi yaşadığı evin həyətində saxlayıb kirayə qaldığı evinə getmişdir. 12 yanvar 2023-cü il tarixdə saat 10 radələrində evdən çıxıb işə gedən zaman həyətdə saxladığı özünə məxsus "Kuba" markalı mopedin saxladığı yerdə olmadığını görüb oğurlanmasına əmin olub "DİN" "102" xidmətinə zəng edərək mopedin oğurlanması ilə bağlı məlumat vermişdir. Bununla bağlı Yasamal rayon polis idarəsinin 28-PB-də araşdırma aparılmış və sonradan məlum olmuşdur ki, onun mopedini oğurlayan şəxs Təqsirləndirilən şəxsdur, mopedin Rakim Balayevdən aşkar olunaraq götürülmüş və ona qaytarılmışdır. Bundan əlavə zərərçəkmiş şəxs S.D.Novruzov məhkəməyə təqdim etdiyi ərizədə ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını göstərərək sonuncuya yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 1996-cı ildə Türkmənistan Respublikasında doğulmuş, Sumqayıt şəhəri, 17-ci mkr, bina 7, mənzil 19-da qeydiyyatda olmaqla, hazırda Sumqayıt şəhəri, Stansiya Sumqayıt köçkünlər şəhərciyini bina 48, mənzil 25-də ailəsi ilə birlikdə yaşayır. İİ Qarabağ Müharibəsi iştirakçısıdır. 2022-ci ilin avqust ayının sonlarında Bakı şəhərində "Motoplaza" şirkətində 2160 manat qiymətində "Tufan M50" markalı motosiklet bəyənmiş, kreditlə almağına räzılaşaraq 300 manat ilkin ödəniş edib həmin motosikleti almışdır. Bundan sonra həmin motosikleti Sumqayıt şəhərində idarə edirmiş. 12 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon, köhnə Şərq bazarının yaxınlığında küçədə motosikletlə hərəkətdə olan olan zaman yolun kənarında dayanmış tanımadığı bir cavan oğlan ona əl edərək saxlatdırmış, o, dayanıb nə olduğunu soruşanda həmin oğlan demişdir ki, sonuncunun da onun motosikletindən varıdır, əl əyləci xarab olduğundan yaxınlıqda qarajların yanında saxlayıb və ondan xahiş etmişdir ki, əgər anlayışı varsa köməklik etsin. O, etiraz etməmiş və həmin şəxslə birlikdə yaxınlıqda olan motosikletin yanına getmişlər. Həmin şəxsin ona göstərdiyi motosikletin arxa təkəri sökülmüş vəziyyətdə olduğunu görüb düzəldə bilməyəcəyini demişdir. Sonra həmin şəxs Sumqayıt şəhəri, 13-cü mkr ərazisində Anar adlı motosiklet ustası olduğunu deyərək onu həmin yerə aparmağını xahiş etmiş, o, etiraz etməmiş və birlikdə Sumqayıt şəhəri 13-cü mkr-na getmiş, orada usta Anarın olmadığını görüb həmin şəxs onu geri 9-cu mkr öz motosikletin yanına aparmağını xahiş etmiş və birlikdə qayıtmışlar. Həmin şəxs bu dəfə motosikletinə hissə almaq üçün sonuncunu Karvan bazarına aparmağını demiş, o, işi olduğu üçün onu apara bilməyəcəyini demiş və həmin vaxtı motosikletinin mühərrikini söndürmədən işlək vəziyyətdə həmin şəxsin yannda saxlayıb yaxınlıqda yerləşən mağazadan özünə siqaret almağa getmiş və təxminən bir neçə saniyədən sonra geri qayıdanda motosikletinin və bir qədər əvvəl orada olan həmin cavan oğlanın olmadığını görmüş, tez ətrafda olan şəxslərdən soruşanda ona həmin şəxsin motosikleti sürüb çıxıb getdiyini söyləmişlər. Başa düşmüşdür ki, həmin cavan oğlan onun motosikletini oğurlamışdır. Sonra o, 102 xidmətinə zəng edərək baş vermiş oğurluq barədə məlumat vermişdir. Motosikleti qara rəngdə, "Tufan M50" markalı, mühərriki 50m3 olmuş. Motosikleti təxminən 15 gündür ki, kredit yolu ilə 300 manat ilkin ödəniş edib təzə vəziyyətdə 2160 manata almış, ona 2160 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, X5 onun oğludur, Bakı şəhərində yaşamaqla "Wolt" çatdırılma şirkətində işləyirmiş. O, də arabir Röyala baş çəkirmiş. 2021-ci ilin avqust ayında Röyal motosiklet almaq istədiyini ona demiş və o, da motositkietin ilkin ödənişi pulunu ona vermişdir. Sonra Röyal demişdir ki, özünə daxili lizinq şərtilə Badamdar maşın bazarında yerləşən Zontes Servisdən "Zontes R250" markalı göy rəngli motosiklet alıb idarə edir. Bundan sonra motosikletin aylıq ödənişlərini o, Röyala verib ödəmişdir. Röyal həmin motosikleti idarə etsə də, həmin motosiklet ona məxsusdur. 30 iyul 2022-ci il tarixdə səhər saatlarında Röyal ona zəng edərək yaşadığı binanın qarşısında saxladığı motosikletinin naməlum şəxs tərəfindən oğurlandığını, bununla bağlı polisə müraciət etdiyini bildirmişdir. Bundan sonra Röyalla əlaqə saxlayıb motosiklet barədə maraqlandıqda müraciəti ilə bağlı Yasamal RPİ-nin 29-cü polis bölməsində araşdırma aparıldığını bildirmişdir. 14 avqust 2022-ci il tarixdə Röyal Rusiya Federasiyası Moskya şəhərinə işləməyə getmişdir və hazırda da oradadır. Motosikletin oğurlanması nəticəsində maddi ziyan ona dəymişdir və onun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmağı ilə bağlı ərizə ilə də müraciət etmişdir. Motosiklet göy rəngdə, "Zontes ZT 250-R" markalı, 2020-ci il buraxılışlı, mühərriki 250m3 olmuş, ona 9000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1972-ci ildə Şamaxı rayonu Mərzəndiyə kəndində doğulmuşam, hazırda ailəsilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Alatava yaşayış masivi, 11-ci xrebtovı, ev 170-də ailə üzvlərilə birlikdə yaşayır. Fərdi əməkdə məşğul olur, ara-bir motosiklet alıb satır. 13 sentyabr 2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, 8-ci km avtomobil bazarının yaxmlığında avtomobilini təmir etdirirmiş, kiçik oğlu Yusif də onunla olmuşdur. Həmin vaxtı Yusif öz mobil telefonunda «tap.az» elan saytında qara, rəngli "Tufan M50" markalı motosikletin 1100 manata satıldığı elanı görüb ona demiş, o, da özünə motosiklet istədiyindən Yusifə həmin elanın sahibi ilə danışdığını demiş, Yusif də elanın sahibi olan oğlanla danışıb görüş yerini olduğları yerə gəlməyini demişdir. Bir qədər sonra yanlarına adını Rakim kimi təqdim edən cavan oğlan motosikletlə birlikdə gəlmiş, o, motosikletə baxmış, qara rəngdə "Tufan M50" markalı olmuş, bəyənib qiymətini 895 manata razılaşmış, Rakif demişdir ki, motosiklet özünündür, pula ehtiyacı oldğunudan satır, o, Rakimə inanmış və şəxsiyyət vəsiqəsini, motosikletin sənədini, ehtayat açarını, 2 ədəd motodəbilqəni istəmiş, Rakim rayona təcili getməli olduğu üçün motosikletirr sənədi, ehtiyat açan və dəbilqələrin özündə olmadığını, 3-4 günə qayıdıb ona çatdıracağını və evə gedib öz şəxsiyyət vəsiqəsinin fotoşəklini votsapla göndərəcəiyini söyləmiş və Yusifdən mobil nömrəsini almış, o, sonuncudan haradan olduğunu soruşanda Qusar rayonundan olduğunu bildirmişdir. O, da Rakimə inanıb 895 manat pul verib həmin motosikleti almışdır. X10 sorğu-sual edən zaman həmin anı öz mobil telefonuna çəkmiş, sonra ayrıldıqmışlar. Bir qədər sonra Rakim şəxsiyyət vəsiqəsinin fotoşəklini Yusifin telefonuna göndərmiş və sonuncunun xx.xx.1998-ci il təvəllüdlü X7 olduğunu görmüşdür. Bir neçə gündən sonra 16 sentyabr 2022-ci il tarixdə «tap.az» elan saytında satılan qırmızı rəngli "Moon Af 50" markalı motosikleti 850 manata danışıb razılaşaraq Maştağa qəsəbəsində sənədi ilə almış və Yusifə «tap.az» saytına 1350 manata satışaelan qoymağı demişdir. 18 sentyabr 2022ci il tarixdə günortadan sonra böyük oğlu Cavidan ona zəng edərək demişdir ki, Yusifın elana qoyduğu qırımızı rəngli motosikletə müştəri var, həmin müştəri yenə də motosiklet istəyir və ona bir neçə gün əvvəl Rakimdən aldığı qara rəngli "Tufan" markalı motosikleti 1400 manat satmağını deyəcəyini dedikdə o, etiraz etməmiş, düşünmüşdür ki, başqa vaxtı özünə alar, Yusif evdən "Tufan M50" motosikleti götürüb həmin müştəriyə göstərməyə aparmış, sonra Cavidan ona zəng edərək hər iki motosikletə 2400 manat verildiyini demiş, o, sonu 2500 manata demiş və razılaşmışlar. Cavidan hər iki motosikleti sonradan adını Eldar bildiyi müştəriyə 2500 manata satmışdır. Bir neçə gündən sonra ona polislər zəng edib həmin qara rəngli "Tufan M50" markalı motosiklet barədə bildirdikdə o, baş verənləri danışmışdır. O, həqiqətən Rakimdən aldığı motosikletin oğurluq olduğunu bilməmiş, həmçinin oğlu Cavidanm sonradan adını Eldar kimi bildiyi şəxsə həmin "Tufan M50" markalı motosikletə görə aldığı 1250 manat pulu Eldara qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında «Wolt» şirkətində kuryer kimi işləyir. 05 noyabr 2022-ci il tarixdə sossial şəbəkədə «Topaz» saytında motosiklet satışı elanlarında bir nəfər tanımadığı şəxsin motosiklet satdığını görüb 055 *** ** ** nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü Vadim kimi təqdim etmiş və elanda olan motosikletin satıldığını demişdir. Lakin digər bir «Nama Lavin 48-2» markalı mopedin satışda olduğunu və həmin mopedi ona sata biləcəyini bildirmişdir. Vadimlə razılaşıb həmin gün saat 21:30 görüşmüşlər. NZS gəsəbəsində Vadim ona «Nama Lavin 48-2» markalı ban nömrəsi LB404P9A1LC058597 olan mopedi göstərmişdir. O, mopedə baxıb bəyənmiş və həmin şəxslə mopedi 520 manata razılaşmışdır. 520 manat pulu Vadimə vermiş və mopedin sənədini istəmiş, Vadim isə mopedin sənədini səhəri gün verəcəyinə vəd vermişdir. O, 06 noyabr 2022-ci il tarixdə Vadimin telefon nömrəsinə zəng vursa da telefon mobil operator tərəfindən şəbəkə dairəsi xaricində olduğu bildirilmişdir. Daha sonra o, birneçə dəfə həmin nömrəni yığsada ona cavab verən olmamışdır. Sonra o, həmin mopedlə kuryer kimi iş fəaliyyətinə başlamışdır. 16 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Milli Məclisin inzibati binasının qarşısı ilə həmin mopedlə hərəkətdə olduğu vaxt bir nəfər tanımadığı taksi sürücüsü ona işarə edərək saxlamağını istəmişdir. O, mopedi yol kənarında saxlamış, həmin taksi sürücüsü ona yaxınlaşıb mopedin ban nömrəsinə baxmaq istədiyini bildirmiş və o, razı olmuşdur. Həmin şəxs telefon vasitəsi ilə görüntülü yığaraq mopedin ban nömrəsini göstərmişdir. Sonra ona bildirmişdir ki, həmin moped onun qardaşına məxsusdur və 03 noyabr 2022-ci il tarixdə həmin moped oğurlanmışdır. Sonra Şahid7 polis əməkdaşları ilə birlikdə həmin yerə gəlmişlər və o, əmin olmuşdur ki, ona oğurlanmış moped satılıb. Mopedin oğurluq olmasından məlumatı olmamışdır. Mopedi ona satan şəxsin ünvanını, dəqiq adını və soyadını bilmir. Mopedi satan şəxsin yalmz telefon nömrəsini bilir və mopedi aldığı yeri dəqiq göstərə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək, Zərərçəkmiş şəxs4 göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, təxminən 7 ildir ki, "Neftçi FK"-da təhcizatçı vəzifəsində işləyir. Təxminən 1 ildir ki özünə 2010 buraxılışlı ağ rəngli **-VY-*** qeydiyat nömrəli avtomobil almışdır. Avtomobili aldıqdan sonra axşamlar əsasən "Bolt" şirkəti vasitəsilə taksi fəaliyyəti ilə məşğul olur. 03 noyabr 2022-ci il tarixdə saat 03 radələrində taksi fəaliyyəti məşğul olarkən, İçərişəhər metrostansiyası yaxınlığında olanda onun mobil telefonunda olan "Bolt" proqramına sifariş daxil olmuşdur. Sifariş Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanda yerləşən "Grandmart" adlı marketin qarşısı olmuşdur. Müştəri metrostansiyadan bir qədər aralıda dayamışdır. Həmin şəxsi əlamətləri orta boylu, arıq bədən quruluşlu, əynində qara rəngli gödəçkə, qara rəngli kepka papaq və qara rəngli şalvar olan 20-30 yaşlarında oğlan olmuşdur. Həmin adını bilmədiyi müştərinin sifarişi Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanda yerelşən "Grandmart" marketin qarşısı olduğundan müştərini qeyd olunan ünvanda düşürtmüşdür. Müştəri yol ödənişi olaraq 5 manat pul vermişdir. Yolda olarkan demək olar ki, söhbət etməmişlər. Müştəri düşdükdən sonra oradan çıxıb getmişdir. Həmin müştərini ilk dəfə görmüşdür. Müştərinin onun avtomobildən düşdükdən sonra nə hadisə etdiyi bärədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 18 sentyabr 2022-ci il tarixdə günortadan sonra «Tap.az» saytında elanlara baxan zaman 1350 manata qırmızı rəngli, sənədi olan motosiklet satış elanını görmüş, elanda olan ***-***-**-** nömrəsinə zəng edib maraqlanmış və telefonda 1250 manata razılaşmışlar. O, motosikletə baxmaq istədiyini demiş və görüş yerini 20 yanvar yaxınlığında meşə parkına təyin etmiş, bir qədər sonra həmin yerə getmiş və motosikleti satan adını sonradan Cavidan bildiyi cavan oğlan və yannıda da kiçik qardaşı Yusif gəlmişlər. O, motosikletə baxıb bəyənmişdir. Söhbət zamanı sonunculara demişdir ki, ona bir dənə də motosiklet lazımdır, həmin vaxtı Cavidan demişdir ki, bir dənə 1400 manata sənədi olmayan "Tufan M 50" markalı motosiklet vardır, o, həmin motosikletə də baxmaq istəmiş, Yusif gedib bir qədər keçdikdən sonra '"Tufan M50" markalı motosikleti gətirmiş, o, həmin motosikleti də bəyənmiş və ümumilikdə hər ikisini 2400 manat qiymətləndirmiş, sonuncular valideyninə zəng edərək danışdıqdan sonra 2500 manat olduğunu demişlər və sonda razılaşmışlar. Sonunculara pulu 7-ci mkr-da verəcəyini deyərək onunla gəlmələrini demiş, sonra isə öz mağazasında Cavidana hər iki motosikletə görə ümumilikdə 2500 manat pul vermiş, Cavidan özü ilə gətirdiyi şirkətin kağız vərəqində qırmızı motosikletə dair olan alqı satqı müqaviləsini ona verəndə, sonuncuya aldığı digər qara rəngri "Tufan" markalı motosikletik mühərik nömrəsini də müqaviləyə qeyd etdirmiş, imzalatdırmış, şəxsiyyət vəsiqəsinin fotoşəklin ona göndərmiş və ayrılmışlar. Ertəsi gün həmin motösikletləri Qusar rayonuna təsərrüfatda işləyən yaxın qohumları üçün yola salmışdır. Bir neçə gündən sonra ona polisdən zəng gəlib Cavidandan aldığı "Tufan M50" markalı qara rəngli motosikletin oğurluq yolu ilə əldə olunduğu bildirəndə o, baş verənləri danışmış və aldığı həmin motosikleti və alqı satqı müqaviləsini gətirib təqdim etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Səbail rayonu ərazisində yerləşən «Hombridge» hoteldə mühafizəçi işləyir. 2022-ci ilin avqust ayının əvvələrində Ceyranbatan qəsəbəsi Socar yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən moykada olarkən bir nəfər tanımadığı şəxs qara rəngli motosikletlə ora yaxınlaşmışdır. Biraz orada dayandıqdan sonra o, motosikletlə maraqlanmağa başlamış və sürücüdən motosikleti satması barədə soruşmuşdur. Sürücü isə idarə etdiyi motosikleti 1500 manat qarşılığında sata biləcəyini bildirmişdir. Daha sonra Rakimdən motosikletə məxsus dövlət qeydiyyat nömrə nişanını və texniki pasportu soruşduqda sonuncu ona həmin sənədlərin üzərində olmadığını, bir gün sonra görüşərək təqdim edə biləcəyini bildirmişdir. Daha sonra o, Rakimə hal hazırda 700 manat,daha sonra isə 4 ay ərzində 200 manat olmaqla geri qalan 800 manatı verəcəyini bildirmişdir. Rakim bununla razılaşdıqdan sonra o, 700 manat qarşılığında Rakimdən motosikleti almışdır. Rakim isə bir gün sonra birlikdə motosikleti onun adına keçirəcəyini bildirmiş və özünə məxsus mobil nörfırəni ona vermişdir. Lakin o, həmin tarixdən etibarən mütəmadi olaraq Rakimin istifadəsində olan mobil nömrəyə zəng etsə də zəng çatmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 199-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 228-230-cu vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 yanvar 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) ay 13 (on üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 83-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6985 nömrəli 20 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2022-ci istehsalı, «Tufan M-50» markalı, 49 m3 mühərrik həcmli mopedin istifadə olunması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 1600 manat müəyyən olunur. Cinayət işinin 1-ci cild 84-cü vərəqəsində olan vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 202-204-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2023-cü il tarixli 9/761 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd 2020-ci il buraxılışlı istifadədə olmuş, 48 kubmetr motor həcmli «Nama Lavini 48-2» markalı mopedin 2022-ci ilin noyabr ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 700 manat müəyyən olunur. Cinayət işinin 2-ci cild 203-cü vərəqəsində olan vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 62-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2023-cü il tarixli 9/831 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd 2019-cu il buraxılışlı «Zontes R250» motoskiletin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 4500 manat müəyyən edilir. Cinayət işinin 3-cü cild 63-cü vərəqəsində olan vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 95-111-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd «Nama Lavini 48-2» markalı moped, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd «Jianşin» markalı moped və Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd «Kuba» markalı moped maddi sübut kimi tanınmış, 31 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Babək prospekti 79 a ünvanında Zərərçəkmiş şəxs3 məxsus «Jianşin» markalı mopedin talanmasını hadisəsini özündə əks etdirən 01 ədəd CD disk, Şahid2 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aparılan alqı-satqını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinə əlavə edilmiş, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd «Nama Lavini 48-2» markalı moped, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd «Jianşin» markalı moped, Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd «Kuba» markalı moped,Zərərçəkmiş şəxs1 məxsus “Tufan M50” markalı motosiklet və Zərərçəkmiş şəxs2 məxsus “Zontec 250R” markalı motosikletin sahiblərinə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin 3-cü cild 53-55-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəriməni tam ödəmiş, Qusar rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2000 manat cərimə cəzasına, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 66.5, 66.2-ci maddələri ilə tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 noyabr 2021-ci il tarixdə barəsində Azərbaycan respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya Qərarının 2.4-cü tətbiq edilməklə cəzadan azad edilmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, video görüntü 03 hissədən ibarətdir. 1-ci video görüntü 00:00:16 dəqiqə davamlıdır, video görüntüdə, əynidə ağ rəngli şalvar və açıq qəhveyi rəngli papaqlı qış gödəkçəsi olan bir nəfər şəxsin binanm qarşısmda dayanmış olan avtomobillərin arasından çıxaraq binaya tərəf gəlməsi görünür. 2-ci video görüntü-00:00:34 dəqiqə davamlıdır, video görüntüdə əynidə ağ rəngli şalvar və açıq qəhveyi rəngli papaqlı qış gödəkçəsi olan bir nəfər şəxsin blokdən 01 ədəd mopedin sol tərəfmdən yapışaraq itələyərək binanm qarşısına tərəf aparması görünür. 3-cü video görüntü-00:00:27 dəqiqə davamlıdır, video görüntüdə əynidə ağ rəngli şalvar və açıq qəhveyi rəngli papaqlı qış gödəkçəsi cilanbir nəfər şəxsin binanm qarşma baxması və bloka daxil olması görünür. Şahid Təqsirləndirilən şəxs Hafız oğlu video görüntüdə olan əynidə ağ rəngli şalvar və açıq qəhveyi rəngli papaqlı qış gödəkçəsi olan şəxsin özü olmasını bildirərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanma gələrək ətrafda kiminsə olub olmadığını müşahidə etdikdən sonra binanın 3-cü blokuna daxil olduğunu və orada giriş hissədə yerləşmiş olan sarı rəngli mopedi oğurlayaraq hadisə yerindən uzaqlaşmasını bildirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş və ünvanlanmış ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi, CD disklərdə olan videogörüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı törətmiş olduğu cinayət əməli üzrə özünü təqsirli bilməməsi ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsini onun şəxsi mülahizələri kimi qiymətləndirir və hesab edir ki, həmin xüsusatlar zərərçəkmiş şəxslərin ifadəsi və işin digər materialları ilə tamamilə təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünümüdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən birinin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmamasını və zərərçəkmiş şəxslərə dəymiş zərərin aradan qaldırılmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 17 yanvar 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə digər maddi sübut olan Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd «Nama Lavini 48-2» markalı moped, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd «Jianşin» markalı moped və Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd «Kuba» markalı moped, Zərərçəkmiş şəxs1 məxsus «Tufan M50» markalı motoskilet, Zərərçəkmiş şəxs2 məxsus «Zontec 250R» markalı motoskilet zərərçəkmiş şəxslərə qaytarıldığından sonuncuların istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – cəmi 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili A.G.Cavadova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili A.G.Cavadova məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd «Nama Lavini 48-2» markalı moped, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd «Jianşin» markalı moped və Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd «Kuba» markalı moped, Zərərçəkmiş şəxs1 məxsus «Tufan M50» markalı motoskilet, Zərərçəkmiş şəxs2 məxsus «Zontec 250R» markalı motoskilet zərərçəkmiş şəxslərə qaytarıldığından sonuncuların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar