Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-295/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 13 iyul 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxxx 1993-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki o, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 1054 nömrəli binanın 281 saylı mənzilinin dəhlizində divara bərkidilmiş seyfdə pul və qızıl zinət əşyalarının olması barədə məlumatlı olduğundan tamah niyyəti ilə xeyli miqdarda həmin pulları və qızıl zinət əşyalarını gizli olaraq talama məqsədi ilə mənzilin sahibi Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün 15 aprel 2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 mənzilin və seyfin açarlarını götürdükdən sonra həmin gün saat 15 radələrində qeyd edilən ünvana gəlib mənzilin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq dəhlizdə divara bərkidilmiş saxlanc yeri hesab edilən seyfin qapısını açarla açaraq oradan həmin dövr üçün milli məzənnə ilə 15.300 (on beş min üş yüz) manat təşkil edən 9000 (doqquz min) ABŞ dolları və 15000 (on beş min) manat nağd pulu, bir ədəd 163,20 (yüz altmış üç manat iyirmi qəpik) manat dəyərində 2,04 qram kütləli 583/585 əyarlı üzərində rəngsiz şəffaf qaş olan gümüşü rəngdə üzük, bir ədəd 362 (üç yüz altmış iki) manat dəyərində 3,62 qram kütləli 750 əyarlı halqa formalı gümüşü rəngli üzük, bir ədəd 325,60 (üç yüz iyirmi beş manat altmış qəpik) manat dəyərində 4,07 qram kütləli, 583/585 əyarlı, üzrəində yarpaq formalı naxışlar olan sarı rəngli üzük, bir cüt 304 (üç yüz dörd) manat dəyərində 3,80 qram kütləli, 583/585 əyarlı sırğa, bir cüt 259,20 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat dəyərində 3,24 qram kütləli 583/585 əyarlı sırğa, bir cüt 308,55 (üç yüz səkkiz manat əlli beş qəpik) manat dəyərində 5,61 qram kütləli, 583/585 əyarlı sırğa, bir ədəd 323,20 (üz yüz iyirmi üç manat iyirmi qəpik) manat dəyərində 4,04 kütləli, 583/585 əyarlı “Zeynəb” yazısından ibarət kulonu olan boyunbağı və bir ədəd 162,40 (yüz altmış iki manat qırx qəpik) manat dəyərində 2,03 qram kütləli, 583/585 əyarlı, üzərində “SahibCan” yazısı olan qolbağı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 32508,15 (otuz iki min beş yüz səkkiz manat on beş qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki o, qardaşı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 1054 nömrəli binanın 281 saylı mənzilinin dəhlizində divara bərkidilmiş seyfdə pul və qızıl zinət əşyalarının olması barədə məlumatlı olduğundan tamah niyyəti ilə xeyli miqdarda həmin pulları və qızıl zinət əşyalarını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün qardaşı Zərərçəkmiş şəxs anası Şahid2 saxlaması üçün verdiyi mənzilin və seyfin açarlarını sonuncudan xəbərsiz və gizli götürüb mənzilə və seyfə maneəsiz daxil olması üçün 15 aprel 2021-ci il tarixdə saat 14 radələrində İdris İlyasova verdikdən sonra sonuncu həmin gün saat 15 radələrində qeyd edilən ünvana gəlib mənzilin qapısını açarla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq dəhlizdə divara bərkidilmiş saxlanc yeri hesab edilən seyfin qapısını açarla açaraq oradan həmin dövr üçün milli məzənnə ilə 15.300 (on beş min üç yüz) manat təşkil edən 9000 (doqquz min) ABŞ dolları və 15000 (on beş min) manat nağd pulu, bir ədəd 163,20 (yüz altmış üç manat iyirmi qəpik) manat dəyərində 2,04 qram kütləli 583/585 əyarlı üzərində rəngsiz şəffaf qaş olan gümüşü rəngdə üzük, bir ədəd 362 (üç yüz altmış iki) manat dəyərində 3,62 qram kütləli 750 əyarlı halqa formalı gümüşü rəngli üzük, bir ədəd 325,60 (üç yüz iyirmi beş manat altmış qəpik) manat dəyərində 4,07 qram kütləli, 583/585 əyarlı, üzrəində yarpaq formalı naxışlar olan sarı rəngli üzük, bir cüt 304 (üç yüz dörd) manat dəyərində 3,80 qram kütləli, 583/585 əyarlı sırğa, bir cüt 259,20 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat dəyərində 3,24 qram kütləli 583/585 əyarlı sırğa, bir cüt 308,55 (üç yüz səkkiz manat əlli beş qəpik) manat dəyərində 5,61 qram kütləli, 583/585 əyarlı sırğa, bir ədəd 323,20 (üz yüz iyirmi üç manat iyirmi qəpik) manat dəyərində 4,04 kütləli, 583/585 əyarlı “Zeynəb” yazısından ibarət kulonu olan boyunbağı və bir ədəd 162,40 (yüz altmış iki manat qırx qəpik) manat dəyərində 2,03 qram kütləli, 583/585 əyarlı, üzərində “SahibCan” yazısı olan qolbağı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 32508,15 (otuz iki min beş yüz səkkiz manat on beş qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə qonşuluqda yaşamaqla bərabər yoldaşlıq münasibəti vardır. Təxminən 1 ay əvvəl Toğrul ilə söhbət zamanı ona tanıdığı ev olduğunu, evin açarlarının əlinə keçəcəyini və evə girib oğurluq etməyi təklif etdiyi üçün Toğrulla razılaşaraq mənzilin kimə məxsus olduğunu və nə qədər pulun olduğunu soruşmuşdur. Toğrul evin kimə məxsus olduğunu və nə qədər pulun olmasını soruşmuş, lakin Toğrul evin kimə məxsus olmasını və nə qədər pul olmasını deməmiş, ona görə də bu işi görəcəyi üçün 10.000 manat pul verməsini istəmiş, Toğrul isə onunla razılaşmışdır. Üstündən müəyyən müddət keçdikdən sonra Torğul özünə məxsus Toyota markalı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu 1ST petrolun arxasında yerləşən binaya gətirmiş, binanın girişini və mərtəbəni başa salaraq, evin açarlarını əldə etdikdə məlumat verəcəyini bildirmişdir. 15 aprel 2021-ci il tarixdə saat 12 radələrində yenidən Toğrul ilə yaşadığı evin yaxınlığında görüşmüş, Toğrul evin açarlarını və bir seyf açarı vermiş və bundan sonra tanımadığı bir taksi avtomobili ünvana gələrək ətrafda heç kimi olmadığını müəyyən edərək açarla qapını açaraq içəri daxil olmuşdur. İçəri girdikdən sonra Toğrulun dediyi hissəyə gedərək açarla seyfi açmış və seyfdə olan sayını bilmədiyi pulları və qızıl zinət əşyalarını götürmüşdür. Pulu və qızılları əlində olan kiçik qara rəngli dəri çantaya qoyaraq, seyfin qapısını və giriş qapısını açarla bağlayaraq, tanımadığı bir taksi avtomobili ilə yaşadığı evin qarşısına getmiş,Toğrulla görüşərək oğurladığı pulları və qızıl əşyalarını Toğrula vermiş və Toğrul danışdıqları kimi 10.000 manat ekvivalenti olan 6000 ABŞ dolları pul vermiş və bundan sonra getmişdir. Üstündən bir gün keçmiş, yəni 17.04.2021-ci il tarixdə saat 12 radələrində Toğrul ona zəng edərək görüşmək istədiyini bildirmiş və Toğrulla görüşdükdə mənzilin qardaşına məxsus olduğunu və yenidən həmin mənzilə daxil olaraq mənzilin səliqəsini pozmaq lazım olduğunu bildirdiyi üçün saat təxminən 14:45 radələrində açarla qapını acaraq mənzilə daxil olmuş və mənzildə səliqəsizlik yaratmış və seyfin qapısını bir-iki yerdən vuraraq əzmiş, mənzildən çıxaraq evə getmişdir. 18.04.2021-ci il tarixdə saat günorta radələrində evdə olan zaman polis əməkdaşları gələrək onu Yasamal RPİ-nin 29cu PŞ-nə dəvət etmiş və polis şöbəsində etmiş olduğu cinayəti boynuna almışdır. Toğrulun ona verdiyi puldan 2000 ABŞ dollarını öz xərcləri üçün xərcləmiş, 4000 ABŞ dollarının isə yaşadığı evdə olduğunu təqdim edəcəyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, anasının onkoloji xəstə olmasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olmağına baxmayaraq hazırda Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən korpus 93 ünvanında yaşayır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun böyük qardaşıdır, o, tikinti materiallarının satışı ilə məşğul olur, özü isə rəsmi olaraq heç bir yerdə işləmir. Maddi vəziyyəti yaxşı olmadığından qardaşı evindən oğurluq etmək niyyətinə düşdüyündən qısa müddətdə tanıdığı İdris adlı tanışına bu barədə bildirmiş və İdris onunla razılaşaraq görəcəyi işə görə 10.000 manat pul istədiyini bildirdiyindən İdrislə razılaşmış, lakin mənzilin kimə məxsus olduğunu İdrisə bildirməmişdir. Üstündən bir ay müddət keçmiş anasından gizlin evin açarlarını götürmüş və özündə saxlamışdır. İdris ilə növbəti görüş zamanı onu qardaşı Turala məxsus ünvan 4 ünvanı göstərmiş və mənzilin yerini başa salmışdır. 15 aprel 2021-ci il tarixdə saat 12 radələrində İdris ilə yaşadığı evin yaxınlığında görüşmüş və mənzilin açarlarını və evdə olan seyfin açarını verərək getməsini bildirmiş və təxminən 2 saat sonra yaşadığı evin yaxınlığında İdris ilə görüşmüş və İdris ona mənzilin açarlarını və bir qara çanta vermişdir. Çantanı açaraq İdrislə razılaşdığı kimi 10000 manat ekvivalenti olan 6000 ABŞ dolları pul vermiş və evə gələrək çantanın içərisində olan pulları saymış və müəyyən etmişdir ki, çantada əlavə 15.000 manat və 3000 ABŞ dolları pulun və bir neçə parça qızıl zinyət əşyalarının olduğunu aşkar etmiş və bundan sonra oğurlanmış pulları və qızıl zinət əşyalarını yaşadığı evdə gizlətmiş və hadisənin aşkar olunmasını gözləmiş, qara çantanı isə yaşadığı evin yaxınlığında olan zibil qutusuna atmışdır. Lakin aradan bir gün keçmiş oğurluq barədə şikayət olmadığından yenidən İdrisə zəng edərək görüşmüş və ona yenidən mənzilə girərək mənzilin səliqəsini pozmasını bildirmişdir. Etiraz etmədiyindən 17.04.2021-ci il tarixdə İdris mənzilin açarlarını götürərək mənzillə daxil olmuş və mənzilin səliqəsini pozmuş və 10 dəqiqədən sonra geri qayıtdıqdan sonra, təxminən 10-15 dəqiqə sonra qardaşı Turalın həyat yoldaşı Zeynəb ona zəng vuraraq yaşadığı evə naməlum şəxslərin daxil olduğunu və mənzili dağıtdıqlarını həmçinin evdə olan seyfi açaraq oradan qızıl və zinyət əşyalarının talandığını bildirmişdir. Bundan sonra o, özünü itirmədən qardaşı evinə təcili getmişdir. Qardaşı arvadı Zeynəb mənzildə seyfi göstərərək oradan Turala məxsus pulun və qızıl zinyət əşyalarının oğurlandığını bildirmişdir. Seyfdən nə qədər pulun oğurlandığını soruşduqda Zeynəb təxminən 100000 manat dəyərində qızıl zinyət əşyasının və həmçinin bir o qədərdə pulun olmasını, lakin dəqiq Turalın bildiyini demişdir. Bundan sonra şübhə çəkməmək üçün DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barəsində məlumat vermiş, aradan təxminən 10-15 dəqiqə keçmiş polis əməkdaşları gəlmiş və baş vermiş hadisəni sənədləşdirmişlər. Bir gün sonra yəni 18 aprel 2021-ci il tarixdə polis bölməsində söhbət zamanı törətmiş olduğu əməldən çox utandığı üçün səmimi etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 oğlu törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olmasına baxmayaraq Kürdəmir rayonu Çölərəb kəndinində qardaşının işlədiyi tikinti materialları sexində işləməklə həmin ünvanda yaşayacaqdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Kürdəmir şəhərində tikinti materiallarının satışı ilə məşğul olur. Sonuncu dəfə 13.04.2021-ci il tarixdə Kürdəmir rayonuna getmiş və 17.04.2021-ci il tarixdə saat 15 radələrində həyat yoldaşı Şahid1 özünə məxsus 050 *** ** ** GSM nömrəsi ona məxsus 050 *** **** GSM nömrəsinə zəng vuraraq mənzilə kənar şəxsin girib evdən oğurluq etməsi barədə məlumat vermiş və bu barədə qaynı Təqsirləndirilən şəxs1 bildirmişdir. Həmin an Bakı şəhərinə gələ blilmədiyi üçün bir neçə gündən sonra Bakı şəhərinə gəlmiş və bu zaman ona məlum olmuşdur ki, mənzilin oğurluğu qardaşı Toğrul və onun tanışı İdris tərəfindən olmuşdur. Ona təxminən 37.000 manat miqdarında ziyan dəyməsini bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona dəymiş ziyan tam ödənildiyini və onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, qardaşı olan Təqsirləndirilən şəxs1 Kürdəmir rayonunda işlədiyi tikinti materialları sexində işlə təmin etmişdir. İş üzrə Şahid1 və X3 məhkəməyə teleqram ünvanlayaraq pandemiya səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs və az yaşlı övladı Sahib ilə birlikdə yaşayır. Həyat yoldaşı Tural fərdi əməklə məşğul olduğu üçün çox vaxt Kürdəmir rayonunda işləyir və orada da qalır. 17 aprel 2021-ci il tarixdə saat günorta radələrində az yaşlı övladı ilə yaşadığı binanın altında yerləşən marketə getmiş və təxminən 20 dəqiqə sonra yaşadığı evə qayıtdıqda giriş qapısının aralı vəziyətdə olduğunu gördüyü üçün mənzilə daxil olmuş və mənzilin səliqəsinin pozulduğunu aşkar etmişdir. Bundan sonra mənzilə baxan zaman oradan həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus 31.000 ABŞ dolları, 7300 avro və 2000 manat nağd pul və təxmini dəyəri 40.000 manat təşkil edən qızıl zinyət əşyalarının oğurlandığını aşkar etmiş bu barədə həyat yoldaşının qardaşı Toğrula bildirmiş və 15 dəqiqədən sonra Toğrul evə gələrək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Mənzildən dəqiq nə qədər pulun və qızıl zinət əşyalarının oğurlanmasını həyat yoldaşı Tural bilir və onun hazırda isə Bakı şəhərində olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 vermiş olduğu ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs böyük oğludur. 17.04.2021- ci il tarixdə yaşadığı evdə olan zaman gəlini Şahid1 ona zəng vuraraq, marketdə olan dövr ərzində mənzilə naməlum şəxslərin daxil olaraq evi dağıtdıqlarını və mənzildə seyfdən pul oğurladıqlarını bildirmişdir. Bundan sonra o, bu barədə kiçik oğlu Toğrula məlumat verdikdə o, artıq Zeynəb ilə danışdığını və getdiyini bildirdi. Bundan sonra o, taksiyə minərək təcili oğlu Turalgilə getmişdir. Ora gəldiyi zaman artıq polis əməkdaşlarının hadisə yerində olduğunu görmüşdür. İlkin söhbət zamanı gəlini Zeynəbdən evdən nələrin oğurlandığını soruşduqda o, mənzildə olan seyfdən təxminən 100.000 manat nağd pul və bir o qədərdə qızıl zinyət əşyasının oğurlandığını bildirmişdir. Həmçinin gəlini Zeynəb dəqiq məbləğin oğlu Turalın bildiyini qeyd etmişdir. O, oğlu Tural ilə danışıb onun təcili gəlməsini istəsədə o, işi atıb gələ bilməyəcəyini kiçik oğlu Toğrulun orada olduğunu bildirmişdir. Səhəri gün yəni 18.04.2021-ci il tarixdə 29-cu PŞ-də olan zaman ona məlum olmuşdur ki, baş vermiş oğurluq hadisəsini kiçik oğlu Toğrul və onun dostu İdris adlı şəxs birlikdə törətmişdir.Bundan başqa o vermiş olduğu ifadəsində oğlu Toğrulun törətmiş olduğu cinayət əməlindən heç bir xəbərinin olmadığını qeyd etmişdir. İş materiallarında olan 17 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, iş üzrə hadisə yeri ünvan 6 ünvana baxış keçirilmiş bu barədə müvafiq protokol və fotocədvəl tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, səh. 7-12). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli 6/2359-9/3959 saylı ekspert rəyi ilə təsdiq olunur ki, 1 ədəd 2,04 qram kütləli, 583/585 əyarlı, üzərində rəngsiz, şəffaf qaş olan, gümüşü rəngli üzük- 163,20 manat; 1 ədəd 3,62 qram kütləli, 750 əyarlı, halqa formalı, gümüşü rəngli üzük-362,00 manat; 1 ədəd 4,07 qram kütləli, 583/585 əyarlı, üzərində yarpaq formalı naxışlar olan, sarı rəngli üzük-325,60 manat; 3,80 iqram kütləli, 583/585 əyarlı sırğa cütü-304,00 manat; 3,24 qram kütləli, 583/585 əyarlı sırğa cütü- 259,20 manat; 5,61 qram kütləli, 583/585 əyarlı sırğa cütünün bir tayı qırıq vəziyətdədir və dairə formalı elementlərdən biri yoxdur (qırıntı kimi)- 308,55 manat ;1 ədəd 4,04 qram kütləli, 583/585 əyarlı, «Zeynəb» yazısından ibarət kulonu olan boyunbağı-323,20 manat; 1 ədəd 2,03 qram kütləli, 583/585 əyarlı, üzərində «Sahib Can» yazısı olan qolbaq-162,40 manat təşkil etmişdir (cild 1, səh. 199-203). İş materiallarında olan 18 aprel 2021-ci il tarixli “Könüllü təqdim olunan əşyanın götürülməsi haqqında” protokoldan məlum olur ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 talamış olduqları 15000 manat və 7000 ABŞ dolları nağd pulu və qızıl zinyət əşyaları olan iki cüt qızılı rəngdə uzunsov formalı sırğa, bir cüt üzərində rəngli daşlar olan sırğa, bir ədəd üzərində qaş olan gümüşü rəngli üzük, bir ədəd üzərində xırda daşlar olan qızıl üzük, bir ədəd üzərində gül şəkilləri olan qızıl üzük, bir ədəd üzərində “Zeynəb” yazısı olan qızıl boyunbaq və bir ədəd üzərində “Sahibcan” sözü yazılmış uşaq qolbağını könüllü şəkildə istintaqa təqdim etmişlər (cild 1, səh. 31-32). İş materiallarında olan 30 aprel 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, 7000 ABŞ dolları, 15000 manat pu və qızıl zinyət əşyaları olan iki cüt qızılı rəngdə uzunsov formalı sırğa, bir cüt üzərində rəngli daşlar olan sırğa, bir ədəd üzərində qaş olan gümüşü rəngli üzük, bir ədəd üzərində xırda daşlar olan qızıl üzük, bir ədəd üzərində gül şəkilləri olan qızıl üzük,bir ədəd üzərində “Zeynəb” yazısı olan qızıl boyunbaq və bir ədəd üzərində “Sahibcan” sözü yazılmış uşaq qolbağı iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır (cild 1, səh. 124). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdırlar (cild 1, səh 175-178). İş materiallarına əlavə olunmuş 18 aprel 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18 aprel 2021-ci il tarixli saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, səh. 47). İş materiallarına əlavə olunmuş 18 aprel 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 aprel 2021-ci il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, səh. 61). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-202/2021 nömrəli 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, 20 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli isə 18 aprel 2021-cı il tarixdən hesablanmışdır (cild 1, səh. 107-108). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-203/2021 nömrəli 20 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli isə 18 aprel 2021-cı il tarixdən hesablanmışdır (cild 1, səh. 109-110). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-242/2021 nömrəli 09 may 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində 17 iyul 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilmişdir (cild 1, səh. 163-169). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-301/2021 nömrəli 11 iyun 2021-ci il tarixdə qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində 17 iyul 2021-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, Bakı İstintaq Təcridxanasmdan dərhal həbsdən azad edilmişdir (cild 1, səh. 191-195). İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs məhkəmədə ərizə yazaraq ona dəymiş ziyan tam ödənildiyini və onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 18 aprel 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 12 (on iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 18 aprel 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 12 (on iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 yaşadığı Kürdəmir rayonu, Çölərəb kəndini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş 9000 ABŞ dolları, 15000 manat nağd pul və qızıl zinyət əşyaları olan iki cüt qızılı rəngdə uzunsov formalı sırğa, bir cüt üzərində rəngli daşlar olan sırğa, bir ədəd üzərində qaş olan gümüşü rəngli üzük, bir ədəd üzərində xırda daşlar olan qızıl üzük, bir ədəd üzərində gül şəkilləri olan qızıl üzük,bir ədəd üzərində “Zeynəb” yazısı olan qızıl boyunbaq və bir ədəd üzərində “Sahibcan” sözü yazılmış uşaq qolbağı saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 90 (doxsan) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət nəfinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və Müdafiəçi3 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 1(004)-295/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 20 (iyirmi) iş saatına bərabər hesab edilərək, göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 18 aprel 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 10 (ay) 24 (iyirmi dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 07 (yeddi) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən korpus 93 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 18 aprel 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 10 (ay) 24 (iyirmi dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X5 yaşadığı Kürdəmir rayonu Çölərəb kəndini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. X2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X2 haqqında seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. X2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş 9000 ABŞ dolları, 15000 manat nağd pul və qızıl zinyət əşyaları olan iki cüt qızılı rəngdə uzunsov formalı sırğa, bir cüt üzərində rəngli daşlar olan sırğa, bir ədəd üzərində qaş olan gümüşü rəngli üzük, bir ədəd üzərində xırda daşlar olan qızıl üzük, bir ədəd üzərində gül şəkilləri olan qızıl üzük,bir ədəd üzərində “Zeynəb” yazısı olan qızıl boyunbaq və bir ədəd üzərində “Sahibcan” sözü yazılmış uşaq qolbağı saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məhkəmə-fiziki-kimyəvi əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 90 (doxsan) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, X1 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-295/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-295/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver