Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-295/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 10:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Goranboy rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli olmaqla himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Paravənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 28 avqust 2022-ci il tarixdə xalası Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında güzgünün qarşısındakı şokolad qutusundan sonuncuya məxsus YELO Bank ASC tərəfindən verilmiş **********060681 nömrəli elektron hesab məlumat daşıyıcısı olan bank kartını və seriya AZE N° 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini ələ keçirib Zərərçəkmiş şəxs mobil telefonunda informasiya texnologiyalarından istifadə edərək mobil tətbiq vasitəsilə bank kartının elektron və şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə karta yönləndirilmiş Zərərçəkmiş şəxs YELO Bank cari hesabından həmin gün 7,57 manat və 1514 manat və 31 avqust 2022-ci il tarixdə isə eyni üsulla 4,90 manat və 980 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 2506 manat 47 qəpik pulu elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun döğma xalasıdır. O, 8 aylıq olanda anası dünyasını dəyişmiş, həmin vaxtdan 2009-cu ilədək mərhum babası və nənəsinin himayəsində Ağdam rayonu, Baharlı qəsəbəsində yaşamışdır. 2000-ci ildə nənəsi dünyasını dəyişmiş, 2009-cu ildə isə babası dünyasını dəyişmişdir. Təxminən bir ay tək yaşayandan sonra xalası Natavan Ağdam rayonuna gəlib borcu olduğunu demiş, babasından qalma dövlət tərəfindən məcburi köşkünlərə verilmiş evi satmağı təklif etmiş, demişdir ki, bundan sonra daimi onunla yaşayar. Xalası çoxlu məbləğdə borcu olduğu üçün pul lazım olduğunu bildrmişdir. O da sonuncu ilə razılaşmış, xalası evi satdıqdan sonra sonuncunun Bakı şəhəri Xətai rayonu N.Rəfiyev ünvanında yerləşən evinə köçmüş, təklifi ilə xalası ilə yaşamağa başlamışdır. Həmin mənzil 1 mərtəbəli 1 otaqdan ibarət olmuşdur. 2011-ci ildə ailə həyatı qurmuş, həyat yoldaşı ilə birlikdə xalası ilə yaşamağa davam etmişdir. Lakin tez-tez həyat yoldaşı ilə, xalası arasında mübahisə oduğuna görə həmçinin ev darısqal olduğu üçün bəzi vaxtlarda maddi imkanı olanda kirayədə qalırmış. 2015-ci ildə xalasından xahiş etmişdir ki, sonuncunun Xətai rayonunda yerləşən mənzilinin sağ tərəfində olan boş torpaq sahəsində özü üçün 1 otaqlı ev tikib yaşasın. Xalası da heç bir etiraz etməyəndən sonra o, sonuncunun yaşadığı evin böyür tərəfində 4x4 ölçüdə otaq tikmişdir. Həmin otaqda həyat yoldaşı və 1 övladı ilə yaşamağa davam etmişdir. 2016-cı ilin mart ayında xalasının yaşadığı ev plana düşmüş, kompensasiya ödənilməsi üçün komissiya gələndə xalasına təklif etmişdir ki, o, özü ölçü işləri aparanlarla danışsın, yeni tikdiyi bir otağa görədə kompensasiya alsınlar. Xalası demişdir ki, «sən qarışma özüm mütəxssilərlə danışacam nə qədər ödənilməsndən asılı olmayaraq ya yeni ev alaram birlikdə yaşayarıq, ya sənə ev alaram yada 20.000 manat verərəm özünə ev alarsan». O, da xalası ilə razılaşmış, çünki onun həmin evə heç bir pasport qeydiyyatı olmamış, həmçinin tikdiyi ev qanunsuz tikili olmuşdur. Xalasına məxsus olan ev pllana düşmüş, sonuncuya dövlət tərtəfindən kompensasiya ödənilmiş, lakin nə qədər ödənildiyini bilmir. Bundan sonra o, xalasından ona söz verdiyi kimi 20.000 manatı və yaxud ona ev almasını istəmişdir. Xalası isə ona demişdir ki, «sənin mənim evimə heç bir qeydiyyatın aidiyyətin olmayıb sənə verəcək pulum yoxdur». O, isə sonuncuya bildirmişdir ki, əgər belə edəcəkdisə babasından qalan evi niyə satdırmış, orda tək yaşaya biləcəkmiş. Tez-tez xalasına zəng edib küçələrdə qaldığını deyirmiş, pul verməsini istəyirmiş. Hətta təklif etmişdir ki, özünə həyət evi alsın, boş torpaq sahəsi olsun o, özü üçün bir otaqlı ev tikib yaşayar. Bir müddət sonra xalası ona 5.000 manat vermiş, eşitmişdir ki, Bakı şəhəri, Keşlə qəsəbəsində özünə ev alıb sonra isə həmin evi satıb Ağdam rayonu, Baharlı qəsəbəsində özünə 1 otaqlı ev alıb. Bundan təxminən 1 il sonra yenidən xalası yaşadığı Ağdam rayonunda yerləşən evinə getmiş, xalasına borcu olduğunu maddi vəziyyətinin pis olduğunu demiş, ona köməklik göstərməsini istəmişdir. Təxminən 3 gün sonuncunun evində qonaq olduqdan sonra birikdə Bakı şəhərinə qayıtmış, xalası Nəsimi rayonunda yerləşən Bankda olan hesabından 8.000 manat çıxardıb ona vermişdir. Xalasına dedişdir ki, ümumilikdə 15.000 manat versin özünə ev alsın, lakin xalası razılaşmamışdır. Xalasının ona veridyi puldan öz borclarını qaytarmış, maddi ehtiyaclarını ödəmişdir. Bundan sonra dəfələrlə xalasına demişdir ki, ona söz verdiyi 20.000 manatın 13.000 manatını ödəmişdir, yerdə qalan 7.000 manatıda versin bir daha onu narahat etməsin. Xalası özüdə deyirmiş ki, həmin pulu verəcək bir daha ona yaxın gəlməsin. 2021 -ci ildə xalasının yanına gedib demişdir ki, ona verməli oldğu 7.000 manatı versin işə düzələcəkdir. Lakin xalası demişdir ki, həmin məbləğin hamısını verməyə imkanı yoxdur, 4.000 manat verə bilər. O, da xalası ilə razılaşmış, xalası Ağdam rayonunda yaşadığı evdə ona 4.000 manat vermişdir. 2020-ci ildə oğlu Abdullanın ayağı sınmışdır əməliyyat olunaraq mil qoyulmuş, lakin bir müddət sonra yenidən həmin ayağı sınmış bu dəfə dəmir plastinka qoyulmuş, həkim demişdir ki, bir il sonra həmin plastinka əməliyyat yolu ilə çıxmalıdır. 2022-ci lin avqust ayının 22-də Ağdam rayonunun Baharlı qəsəbəsinə xalasının yaşadığı evə qonaq getmiş, bir neçə gün qaldıqdan sonra xalasının deyingənliyin görüb sonuncuya xəbər etmədən çıxıb qayıtmışdır Bakı şəhərinə. 2022-ci ilin avqust ayının 28-də oğlu ilə birlikdə xalasının yaşadığı Yasamal rayonunda yerləşən evinə getmişdir. Xalasına demişdir ki, oğlunun ayağında olan dəmir plastinkanı çıxarmaq lazımdır əməliyyat olunacaq bunun üçün ona 2.800 pul lazımdır, onsuz sonuncu ona 3.000 manat verməlidir, bir dəfəlik pulu verib qurtarsın. Xalası isə demişdir ki, sənə veriləcək pulum yoxdur, verməyəcəyəm». Onların evində olan zaman güzgünün qabağında şokalad qutusunun içərisində xalasının bank kartlarını və şəxsiyyət vəsiqəsini görmüşdür. Planlaşdırmışdır ki, xalasının kartlarını telfonuna yükləsin mobil tətbiq vasitəsi ilə kartından pul çılxarsın. Xalasına demişdir ki, telefonunu versin zəng etmək istəyir, amma məqsədi telefona kart proqramı yazmaq olmuşdur. Xalası telefonu ona verəndən sonra sonuncunun YeloBank tərəfindən verilmiş plastik kartını telefonuna yükləmiş, sms bildirişi gəldikdən sonra mobil nömrəsini daxil etmişdir. Bundan sonra mobil tətbiq vasitəsi ilə öz kartına 2900 manat pul göndərmişdir. Bundan sonra sonuncunun evindən çıxmış və xalasının hesabından öz hesabına göndərdiyi puldan istifadə etməyə başlamış, belə ki, nəqd şəkildə bankomatdan çixrtmış, həmçinin alış verişdə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə xalası ona zəng edib demişdir ki, kartımdan pul oğurlamışdır, o, da etiraf edib oğurladğını bildirmiş, xalasına demişdir ki şikayət eləməsin, elə bilsin ona borc kimi vermişdir, oğlunun əməliyyatına lazım olmuş, hər ay 200-300 manat olmaqla qaytaracaqdır. Lakin həmin vaxtdan sonra maddi imkanı olmadığı üçün xalasına pulu qaytara bilməmiş, dəfələrlə ona zəng etsədə hər dəfə qaytaracağına söz verirmiş, lakin maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. Daha sonradan o, zərərçəkmişə vurulmuş zərəri tamamliə ödəmiş və onunla arasında barışıq olmuşdur. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edlməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam həcmdə ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını və ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, hazırda ünvan 4 ünvanında yaşayır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun mərhum bacısı X1 oğludur. Təqsirləndirilən şəxs 8 aylıq olan zaman bacısı dünyasını dəyişmiş, o vaxtdan 9 yaşınadək mərhum anasının himayəsində yaşamışdır. 1999-cu ildə anası ağır yataq xəstəliyi keçirdiyinə görə sonuncuya baxa bilmirmiş, bu səbəbdən həmin vaxtdan onun himayəsində yaşayırmış. O, həmin ərəfələrdə Bakı şəhəri Xətai rayonunda yaşayırmış, Yalçın da onunla birgə yaşayırmış. Hətta 2012-ci ildə ailə həyatı qurduqdan sonrada kirayə yaşasa da, bəzi vaxtlarda gəlib onunla birgə yaşayırmış. 2017-ci ildən o, Bakı şəhəri Yasamal rayonunda yaşamağa davam etmiş, buna baxmayaraq Ağdam rayonu, Baharlı qəsəbəsindədə ona məxsus ev olmuşdur, ilin çox vaxtını Ağdam rayonunda yerləşən evində qalırmış, Yalçında çox vaxt onun yanına gəlib uzun müddıt qalırmış, bütün maddi ehtiyaclarımda o, ödəyirmiş. 2021 -ci ilin aprel ayında Yalçın maddi ehtiyacının olduğunu işə düzələcyini deyib ondan xahiş etmişdir ki, öz adına 4.000 manat kredit pul götürüb ona versin, kredit borcunu özü ödəyəcəkdir. O, da Yalçına inanmış, öz adına Bərdə rayonunda yerləşən “Yelo” bankdan 4.000 manat kredit pul götürmüş, Ağdam rayonunda yaşadığı evdə həmin pulu Yalçına vermişdir. Yalçın söz vermişdir ki, kredit borcunu aylıq ödənişi özü edəcəkdir. Lakin heç bir ödəniş etməmiş, o, da məcbur olub həmin kredit borcunu özü ödəmişdir. 2022-ci ilin avqust ayının 4-də o, gözündən əməliyyat olmaq üçün Yelo bankın Bərdə filialından 6060 manat məbləğində kreditlə pul götürmüş, həmin pul Yelo bank tərəfindən ona verilmiş 4724 9975 9006 0681 nömrəli kartda saxlayırmış. Bankdan ona kredit verilən zaman kredit mütəxəssisi 6060 manat pulun 60 manatını nəqd şəkildə vermiş, qalan məbləği isə kartıma yönəltmişdir. 2022-ci ilin avqust ayının 22-də o, Ağdam rayonu Baharlı qəqəbəsində yerləşən evində olan zaman Yalçın onlara qonaq gəlmiş, 28 avqust 2022-ci il tarixdə səhər yuxudan oyandıqdan sonra görmüşdür ki, Yalçın çıxıb getmişdir. O, düşünmüşdür ki, yəqin nə sə işi olub çıxıb gedib. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərinə Yasamal rayonunda yerləşən evinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə Yalçın azyaşlı oğlu ilə birlikdə Yasamal rayonunda yerləşən evinə qonaq gəlmiş, bir neçə saatdan sonra nahar etdikdən sonra çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə o, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən Yelo banka getmişdir ki, debit kartında olan 6.000 manat pulu çıxartsın və əməliyyat olunsun. Banka müraciət edən zaman ona bildirmişlər ki, kartından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 4 dəfəyə olmaqla ümumilikdə 2.506 manat 47 qəpik pul çıxarılıb. O, isə həmin kartdan heç bir istifadə etmədiyini bildirmişdir. Bankdan ona bildirmişlər ki, bu barədə polisə müraciət etsin, o, da öz növbəsində Yasamal RPİ-nin 28-ci PŞ-nə müraciət etmişdir. Bankdan ona çıxarış vermişlər və bildirmişlər ki, həmin məbləğ onun kartından başqa bir kartlara köçürülüb. Araşdırma zamanı o, bildirmişdir ki, o, kartıçı heç kimə verməmiş, kart yalnız çantasında olmuş, hər zaman üzərində olub yaşadığı evə yalnız Yalçın gəlmişdir. Bundan sonra ona aydın olmuşdur ki, Ağdam rayonunda olan zaman Yalçın onlara qonaq gələndə onun kart məlumatlarını gizlin olaraq görürüb 28-31 avqust 2022-ci il tarixdə kartından gizli yolla pul oğurlamışdır. Təhqiqat araşdırması zamanı polis əməkdaşları Yalçına zəng edib polis bölməsi dəvət etsələrdə sonuncu gəlməmişdir. Həmin axşam ona votsapla səsli mesaj yollayıb kartından pulları gizlin olaraq oğurladığını bildirmiş, qaytaracağına söz vermişdir. Lakin həmin vaxtdan sonra Yalçını görməmiş, onun telefon zənglərinə cavab verməmişdir. Sonradan isə Yalçın ona vurulan zərəri tamamilə geri qaytarmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs bildirmişdir ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənildiyindən onunla barışmış və Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsinin göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, sonuncu ilə 2011-ci ildə ailə həyatı qurmuş, rəsmi nigahdayıq birgə nigahdan 2 övladları olmuşdur. Ailə həyatı qurduqdan sonra müxtəlif ünvanlarda kirayədə yaşamışlar. 2015-ci ildə Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində Yalçının xalası Bərxudarova Natəvanın yaşadığı evə bitişik 1 otaqlı ev tikib orada 7 ay yaşamışlar. Lakin Natavanla münasibətləri yaxşı olmamış, belə ki, Yalçınla onun arasında tez tez mübahisələr baş verirmiş. Ailə quran vaxtı Elçiliyə Yalçının xalası Natavan gəlmiş, söhbət əsnasında demişdir ki, Yalçın mərhum bacısının oğlu olsada, onu özü böyütmüş, onun himayəsində yaşayıb gələcəkdə onun yaşadığı ərazi plana düşəcək ona ayrılan puldan Yalçınada verəcəkdir, onu küçədə qoyası deyildir. 2016-cı ildə Natəvanın yaşadığı ərazi sökülmüş, lakin Yalçının söhbətindən anlamışdır ki, xalası sonuncuya ev almaq üçün pul verməmişdir. Bundan sonra maddi ehtiyacları olanda kirayə haqqlarını ödəyə bilməyəndə bilirmiş ki, Natavan Yalçına müxtəlif məbləğlərdə maddi köməklik göstərib. Lakin həmin pulu borc olaraq və yaxud köməklik məqsədi ilə verdiyini bilmirmiş. Çünki Yalçın xalası ilə olan söhbətlərini ona danışmırmış, öz aralarında tez-tez küsüb barışırmışlar. 2023-cü ilin aya aylarında oğlu Abdullanı həkimə aparıb gətiridik müalicə etdirirmiş, maddi vəziyyətləri yaxşı olmamışdır. Həmin ərəfələrdə Yalçın övladlarının xəstəxana xərclərini ödəyirmiş, o, pulu haradan əldə etdiyini soruşanda deyirmiş ki, dostlarından borc almışdır. 2023-cü ilin oktyabr ayının əvvəllərində söhbət əsnasında Yalçın demişdir ki, Xalası Natavan onun barəsində polisə şikayət edib, o, Yalçından soruşmuşdur ki, niyə şikayət edib, Yalçın demişdir ki, xalasından borc almış, qaytarmamışdır. Bir neçə dəfə Yalçının xalasından pul istədiyini eşitdiyinə görə Yalçının deməyinə əhəmiyyət verməmiş, ciddi bir şey olmadığını düşünmüşdür. Sonradan Yasamal rayon polis idarəsi tərəfindən Yalçın barəsində cinayət işinin istintaqı aparıldığı ona məlum olmuş, həmin vaxt bilmişdir ki, Yalçın xalasına məxsus bank kartında gözli yolla oğurluq edərək öz kartına hansısa məbləğdə pul köçürmüşdür. Yalçının xalasının bank kartından nə qədər pul nə vaxt hansı yolla oğurluq etməsini bilməmiş, bu barədə ona heç bir məlumat verməmiş, ümumiyyətlə öz işləri barəsində ona heç bir söz demirmiş. Hətta xalası Natəvanda Yalçının onun kartından pul oğurlamağını ona heç vaxt deməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə (saat 13:00 dəqiqədən) Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 56). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-832/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş təqdimat təmin edilməmişdir. (İ/V. 87-90). “Təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. (İ/V. 91-92). 3 noyabr 2023-cü il tarixli “üzləşdirmə protokolundan” görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ/V. 99-101). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. (İ/V. 114-115). “Sübutların qiymətləndirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 2 vərəqdən ibarət "xxxx" ASC-dən əldə edilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarış maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (İ/V. 208- 212). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəsindən görünür ki, təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam həcmdə qaytarmış və onlar arasında barışıq baş tutmuşdur. Buna görə də təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, Mərkəz Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərin tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində çoxsaylı cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, o, həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə daha ağır cəzanın tətbiq edilməsi onun himayəsində olan iki azyaşlı uşaqların həyat tərzinə və dolanışıqlarına ciddi mənfi təsir göstərə bilər. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - olaraq ünvan 4 ünvanında çəkməli, həmin ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-295/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs o oğlunun hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (saatlarla hesablanmaqla) sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəsarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-295/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-295/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver