Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-296/2021 04.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yerləşən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 iyun 2021 -ci il tarixdə, saat 13 radələrində ünvan 4 ünvanında yerləşən ünvan 5ənzildə arvadı X4 ondan xəbərsiz olaraq qızı Ayan İsmayılzadə ilə birlikdə yaşadıqları binanın həyətində gəzmələri səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən Şəbinə İsmayılovanın müxtəlif bədən nahiyələrinə sillə, yumruq və təpik zərbələri vuraraq sonuncuya sağ baldırın qançırı, sağ aşıq-baldır oynağının hematoması (yumşaq toxumaların arasına qan yığılması) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxs X1 qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 30 iyun 2021-ci il tarixdə işdə olarkən arvadı Şəbinə İsmayılovanın istifadəsində olan mobil telefon nömrəsinə bir neçə dəfə zəng etsə də, sonuncu zənglərə cavab verməmiş, həmin gün saat 13 radələrində yaşadığı evə geri qayıdaraq arvadı Səbinədən telefon zənglərinə cavab verməməsinin səbəbini soruşduqda sonuncu qeyd olunan tarixdə qızları Ayanı gəzdirmək üçün həyətdə olarkən mobil telefonu unudaraq mənzildə qoyduğunu bildirmişdir. Şəbinə İsmayılovanın ondan xəbərsiz olaraq gəzmək üçün uşaqla həyətə düşməsinə, eləcə də telefon zənglərinə cavab verməməsinə görə sonuncuya iradlarin bildirərək əsəbiləşmiş və sillə, yumruq və təpik zərbələri ilə Səbinəyə zərbələr vuraraq xəsarət yetirmişdir. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və şikayətinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Ş.Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əri Təqsirləndirilən şəxs 30 iyun 2021 -ci il tarixdə işə getdikdən sonra həmin gün sat 11 radələrində azyaşlı - 13 may 2015-ci il təvəllüdlü qızı Ayan İsmayılzadə ilə birlikdə yaşadığı evdən çıxaraq həyətdə gəzmiş, həmin vaxt istifadəsində olan mobil telefonu unudaraq yaşadığı mənzildə qoymuş və saat 12 radələrində geri qayıtmışlar. Həmin vaxt mobil telefonunda əri Təqsirləndirilən şəxs tərəfindən edilmiş cavabsız zəngləri görsə də, sonuncu ilə əlaqə saxlamamış, bir saat sonra Təqsirləndirilən şəxs işdən evə əsəbi halda geri qayıtdıqda harada olduğunu, eləcə də telefon zənglərinə cavab verməməsinin səbəbini soruşduqda əri Anar azyaşlı uşaqları Ayan İsmayılzadəni həyətdə gəzdirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Ş.Zərərçəkmiş şəxs ifadəsinə davam edərək bildirmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxsla aralarında sözlə mübahisələri olmuş, aqressiv davranan Anar mübahisə zamanı üzərinə gələrək müxtəlif bədən nahiyələrinə sillə, yumruq və təpik zərbələri vuraraq xəsarətlər yetirmişdir. Həmin vaxt uşaqları Ayan İsmayılzadə mənzilin yataq otağında olmuş və mübahisənin səsi yüksək olmadığı üçün səsi eşitməyərək otaqdan çıxmamış, hadisənin hansı şəraitdə baş verməsini görməmiş və mübahisə zamanı evdə digər şəxs olmamışdır. Daha sonra zərərçəkmiş şəxs Ş.Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialının 9-10-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 30 iyun 2021-ci il tarixli, 579 saylı rəyindən görünür ki, Şəbinə Soltan qızının bədəni üzərindəki aşkar edilmiş xəsarətlər - sağ baldırın qançırı, sağ aşıq-baldır oynağının hematoması (yumşaq toxumaların arasına qan yığılması) küt əşyanın (əşyaların) təsirindən müvafiq qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 30 iyun 2021-ci il tarixdə yaranması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. Sadələşdirilmiş icraat materialının 17-ci vərəqəsində olan 01 iyul 2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Ş.Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 18-ci vərəqəsində olan 01 iyul 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 50-ci vərəqəsində olan Bakı şəhəri Yasamal RPİnin 29-cu PŞ tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sadələşdirilmiş icraat materialının 46-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən 06 iyul 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Ş.Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı və onlara dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil E.F.İsmayılovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili E.F.İsmayılovanın məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkil X5 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB**********0429250104 (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-296/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-296/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver