Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-296/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsun müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxsin hüquqi varisi X1 iştirakı ilə, xx xxxxxxxx 1962-ci ildə Qazax rayonu, Qırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, xx.xx.2024-cü il tarixdə vəfat edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrar ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsində təlimatçı işləyən zaman öz qulluq mövqeydindən istifadə edərək tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra, sonuncunun bacısı oğlu X5 Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyində sənədlərinin imzalanmasında kömək edəcəyi adı ilə yalan vəd verib aldadaraq 2021-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 75A ünvanının yaxınlığında yerləşən çayxanada Zərərçəkmiş şəxs2 1200 manat pulu alaraq verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxsə 1200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsində təlimatçı işləyən zaman öz qulluq mövqeydindən istifadə edərək tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumat verib onun inam və etibarını qazandıqdan sonra, sonuncunun oğlu X3 Azərbaycan Texniki Universitetində kəsirlərinin düzəldəcəyinə kömək edəcəyi adı ilə yalan vəd verib aldadaraq 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 2 ünvanında yerləşən “Şəki göynük” kafesində Zərərçəkmiş şəxs1 2000 manat pulu alaraq verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxsə 2000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilir. Pulu həyat yoldaşı xəstə olduğu üçün götürmüşdü və xəstəxanaya xərcləmişdir. Şahiddən 2000 manat, Fizulidən 1200 manat pul almışdır. Daha sonra istintaq dövründə zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. İş materiallarında olan 13 fevral 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyan 2000 manat pulu ödəmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Təqsirləndirilən şəxs ona dəymiş 1200 manat pulu ödəmişdir. Ona qarşı şikayəti yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ölmüşdür. Təqsirləndirilən şəxsin hüquqi varisi X4 ərizə ilə müraciət edərək cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarına araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata onun xx.xx.2024-cü il tarixdə ölümü ilə əlaqədar olaraq bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.3.-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə öldüyünə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməli olduğundan ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərar ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 400 (dürd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-296/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-296/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver