Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-297/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qızının, Müdafiəçilər: Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Müdafiəçi5 və Müdafiəçi4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, təhsili olmayan, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1994-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsili olmayan, işləməyən, məhkum olunmamış, Saatlı rayonu Saatlı şəhəri X20 küçəsi ev 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 08:40 radələrində ünvan 4 ünvana gəlmiş, əvvəlcədən gəldikləri razılığa əsasən Təqsirləndirilən şəxs2 kənardan gələcək şəxslər barədə qrupun digər üzvlərinə məlumat vermək üçün küçədə gözləmiş, Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin evin həyətinə daxil olduqdan sonra qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq yataq otağında pəncərənin kənarında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 200 manat pulu, dəyəri 1400 manat olan 750 əyarlı kənarlarında xırda, ortasında iri brilyant qaşı olan qızıl üzüyü, dəyəri 1400 manat olan 750 əyarlı xırda brilyant qaşlı qızıl üzüyü, dəyəri 1200 manat olan 583 əyarlı gül formalı brilyant qaşlı qızıl üzüyü, dəyəri 460 manat olan 585 əyarlı qızıl qolbağı, dəyəri 280 manat orta hissəsində iri göy rəngli qaşı və kənarlarında xırda şəffaf qaşları olan 580 əyarlı qızıl üzüyü və dərəyi 180 manat olan ürək formalı 580 əyarlı qızıl kulonu və dəyəri 3500 manat olan 583 əyarlı qızıl saatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 8620 manat miqdarında xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdirlər. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 08:40 radələrində ünvan 4 ünvana gəlmiş, özü kənardan gələcək şəxslər barədə qrupun digər üzvlərinə məlumat vermək üçün küçədə gözləmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin evin həyətinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq yataq otağında pəncərənin kənarında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 200 manat pulu, dəyəri 1400 manat olan 750 əyarlı kənarlarında xırda, ortasında iri brilyant qaşı olan qızıl üzüyü, dəyəri 1400 manat olan 750 əyarlı xırda brilyant qaşlı qızıl üzüyü, dəyəri 1200 manat olan 583 əyarlı gül formalı brilyant qaşlı qızıl üzüyü, dəyəri 460 manat olan 585 əyarlı qızıl qolbağı, dəyəri 280 manat orta hissəsində iri göy rəngli qaşı və kənarlarında xırda şəffaf qaşları olan 580 əyarlı qızıl üzüyü və dərəyi 180 manat olan ürək formalı 580 əyarlı qızıl kulonu və dəyəri 3500 manat olan 583 əyarlı qızıl saatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 8620 manat miqdarında xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 sentyabr 2023-cü il tarixdə saat 14:40 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi döngə 8-də yerləşən 7 nömrəli fərdi yaşayış evinə, yəni yaşayış sahəsinə qapının kilidlə bağlı olmamasından istifadə edərək qanunsuz daxil olaraq evin yataq otağındakı güzgülü dolabın sirməsindən 700 manat nağd pulu, dolabın üstündəki qızıl qabının içərisindən 1 ədəd 500 manat dəyərindəki brilliant qaşlı qızıl üzüyü və həmin otaqda olan 1 ədəd 2000 manat dəyərindəki dəmir materialdan olan seyfi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 08:40 radələrində ünvan 4 ünvanın yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs2 kənardan gələcək şəxslər barədə qrupun digər üzvlərinə məlumat vermək üçün küçədə gözləmiş, Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin evin həyətinə daxil olduqdan sonra qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq yataq otağında pəncərənin kənarında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 200 manat pulu, dəyəri 1400 manat olan 750 əyarlı kənarlarında xırda, ortasında iri brilyant qaşı olan qızıl üzüyü, dəyəri 1400 manat olan 750 əyarlı xırda brilyant qaşlı qızıl üzüyü, dəyəri 1200 manat olan 583 əyarlı gül formalı brilyant qaşlı qızıl üzüyü, dəyəri 460 manat olan 585 əyarlı qızıl qolbağı, dəyəri 280 manat orta hissəsində iri göy rəngli qaşı və kənarlarında xırda şəffaf qaşları olan 580 əyarlı qızıl üzüyü və dərəyi 180 manat olan ürək formalı 580 əyarlı qızıl kulonu və dəyəri 3500 manat olan 583 əyarlı qızıl saatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 8620 manat miqdarında xeyli miqdarda ziyan vuraraq təkrar oğurluq etmişdirlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O, Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində ailəsi ilə birlikdə yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun tanışlarıdır. 10 oktyabr 2023-cü il tarixində səhər saatlarında işə getməyə hazırlaşan vaxt Turanə ona zəng edərək kirayə qalmağa ev axtardıqlarını, Yasamal rayonu ərazisində yaşadığı üçün onun həmin ərazini yaxşı tanıdığından onlara ev tapmaqda köməklik göstərməsini ondan xahiş etmişdir. O da Turanənin təklifi ilə razılaşaraq həmin tarixdə, saat təxminən 08:20 radələrində Əlağa və Turanə ilə görüşərək birlikdə Bakı şəhəri, Yasamal rayonu, Tağıyev küçəsinə gəlmişdirlər. Həmin küçədə olan zaman onlar bir evin həyət qapısının açıq olduğunu görmüş, Turanə ilə birlikdə həmin həyətə daxil olaraq ev sahibini səsləmişlər. Həmin vaxt evdən bir qız uşağı səslərinə cavab verərək onlara evdə heç kimin olmadığını bildirmişdir. Bundan sonra onlar həmin həyətdən çıxaraq həmin evin yaxınlığındakı digər evin həyətinə daxil olmuş, bu vaxt Əlağa telefonla danışdığı üçün onları çöldə gözləmişdir. O, Turanə ilə birlikdə evin həyətinə daxil olan zaman eyni qaydada ev sahibini səsləmiş, lakin cavab verən olmamışdır. Daha sonra Turanə həmin həyətdə sol tərəfdə yerləşən ayaqyoluna getmiş, o isə evdə heç kəsin olmadığını görərək həyətin sağ tərəfində yerləşən mətbəxə daxil olmuşdur. Həmin mətbəxdə yerləşən masanın üzərində pul qabının yanında bir ədəd üzük və bir ədəd kulon olduğunu görmüş, uşağı xəstə olduğu üçün pula ehtiyacı olduğundan həmin qızılları oğurlayaraq mətbəxdən çıxmışdır. Daha sonra Turanə ayaqyolundan çıxmış və onlar ikisi birlikdə evdən çıxmışdırlar. Evin həyətyanı sahəsindən çıxdıqdan sonra o, Turanə və Əlağa ilə birlikdə oradan uzaqlaşaraq çıxıb getmişdir. Bir qədər uzaqlaşdıqdan sonra o, oğurladığı üzük və klonu Turanə ilə Əlağaya göstərmiş, bundan sonra Əlağa və Turanə həmin əşyaların oğurluq yolu ilə əldə edildiyindən xəbərdar olmuşdurlar. Daha sonra Turanə onlardan aralanaraq atasıgilin yaşadıqları evə getmiş, o və Əlağa isə oğurladığı üzük və klonu satmaq məqsədilə Yasamal rayonunda, İnşaatçılar metorsunun yanında yerləşən qızıl alıq-satqısı mağazasına gəlmişdirlər. Həmin mağazada oğurladığı üzük və klonu Əlağanın vəsiqəsi vasitəsilə Əlağa ilə birlikdə 296 manata satmışdırlar. Əldə etdiyi pulu o və Əlağa öz aralarında bölüşdürmüşdürlər. Əməlindən peşmandır. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxslərə dəymiş zərərin ödənildiyini və onlarla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu Saatlı şəhəri X20 küçəsi ev 1-də qeydiyyatda olmaqla Bakı şəhəri Nəsimi rayonu Yaşıl bazar yaxınlığında günlük kirayə evdə tək yaşayır. Təxminən 3 aydır ki, Təqsirləndirilən şəxs3 ilə sevgili münasibətindədir. Bəxtiyarı isə təxminən iki aya yaxıdır ki, tanıyır. xx.xx.2023-cü il tarixdə Turanə və ailəsinin Bakı şəhəri Yasamal rayonu Kaktus deyilən ərazidə kirayə yaşadıqları evdə olmuşlar. Axşam orada gecələdikdən sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 08 radələrində Turanə onunla Bəxtiyara təklif etmişdir ki, gəlin birlikdə kirayə qalmaq üçün ev axtaraq və boş olan ev olsa oğurluq etsinlər. Onlar da onun təklifi ilə razılaşmışlar. Bu təklifdən sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 08:20 dəqiqədə onlar birlikdə Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsinə gəlmişlər. Həmin küçədə evlər fərdi tikili yəni həyət evləridir. Həmin küçədə olan zaman bir evin həyət qapısının açıq olduğunu görmüşlər. Turanə Bəxtiyara həmin evə daxil olmağı təklif etmişdir, o isə çöldə gözləmişdir. Bəxtiyar Turanə ilə həyət evlərindən birinin həyətinə daxil olub ev sahibini səsləmişlər. O isə bu zaman şöldə dayanaraq yolda gözləmişdir. Həmin evdən qız uşağı onların səsinə cavab vermişdir ki, kirayə ev verilmir. Bundan sonra Bəxtiyarla Turanə evin həyətindən çölə çıxmışlar və Bəxtiyar ona nar göstərərək daşın üzərinə qoymuş və Turanə ilə birlikdə digər evin həyətinə daxil olmuşlar. O, Bəxtiyarın qoyduğu narı götürmüş və yenə çöldə dayanaraq nəzarət etmişdir ki, gələn olarsa, Bəxtiyarla Turanəyə məlumat versin. Bəxtiyarla Turanə təxminən 10 dəqiqə sonra evin içərisindən çıxmışlar. Bəxtiyar evdən çıxanda əlində ağ rəngli sellofan paket olmuş, yolda olan zaman Turanə evdən bir ədəd qızıl üzük və bir ədəd xırda ölçülü kulon götürdüyünü göstərmiş və onlar birlikdə Turanənin Yasamal rayonuda kirayədə evinə getmişlər. Bundan sonra Bəxtiyarla Yasamal rayonu, İnşaatçılar metorsunun yanında yerləşən lombardda Bəxtiyar və Turanənin atası ilə birlikdə 296 manata satmışlar. Bəxtiyarla o, qızılları satan zaman Arif görsə də, həmin qızılların oğurluq olması ilə bağlı məlumatı olmamışdır. Daha sonra Bəxtiyarın şəxsiyyət vəsiqəsi olmadığı üçün ona zəng vurub onu da çağırmışlar. O, Bəxtiyarın dediyi yerə gəlmiş və onun şəxsiyyət vəsiqəsilə qızılları satmışlar. Bu zaman Arif onları gözləmiş, lakin qızlların oğurluq olduğunu bilməmişdir. Əvvəllər məhkum olunmamışdır. Lakin Turanə və Bəxtiyar ilə birlikdə ilk dəfə xx.xx.2023-cü il tarixdə oğurluq etmişik. Bundan başqa mən heç bir yerdən oğurluq etməmişdir. Bəxtiyarla Turanə evlərə daxil olan zaman onun çöldə dayanmağına səbəbi əvvəlcədən gəldikləri razılığa əsasən Turanə ilə Bəxtiyar oğurluq edən zaman nəzarət etmək və gələn olarsa, onlara məlumat verməli olmuşdur. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi qızıllardan və 200 manat puldan xəbəri olmamışdır, ola bilsin ki, Turanə götürüb, lakin Turanə ona və Bəxtiyara bir ədəd üzük və bir ədəd kulon götürdüyünü bildirmişdir. Həmin qzıl-zinət əşyalarını isə 296 manata satmışlar. Hadisə ilə bağlı onlara təqdim edilmiş videoda çöldə dayanan o özüdür, evin içərisinə girənlər isə Bəxtiyarla Turanədir. Təqsirləndirilən şəxs2 məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o, ünvan 4 ünvanın yaxınlığında gözləmiş, lakin mənzilə daxil olmamışdır. Həmin vaxt həmin mənzilə Bəxtiyarla Turanə daxil olmuşlar. Bundan sonra Bəxtiyar ona satmaq üçün 01 üzük və 01 klon vermişdir, həmin qızılların oğurluq olmasından onun xəbəri olmamışdır. O, həmin qızıl zinyət əşyalarını cəmi 296 manata satıb öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Yekun olaraq o, əməlindən peşman olduğunu, zərəçəkmiş səxslərə dəymiş zərərin ödənildiyini və onlarla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır və onun himayəsində üç yetkinlik yaşına çatmayan övladı vardır. Onun pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gələrək 11 sentyabr 2023-cü il tarixində günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən evin həyətinə daxil olmuşdur. Əvvəlcə, o, evdə kiminsə olub-olmadığını yoxlamaq məqsədilə ev sahibini səsləmiş, cavab gəlmədiyini gördükdən sonra evin açıq olan giriş qapısından evin içərisində daxil olmuşdur. Bundan sonra o, yataq otağına keçərək orada olan güzgülü dolabın üstündəki qızıl qabının içərisindən 1 ədəd üzük və həmin otaqda yerləşən dəmir seyfi oğurlamışdır. O, həmin evdən hər hansı məbləğdə pul oğurlamamışdır. O, həmin evdən çıxdıqdan sonra taksi çağırmış, lakin taksiyə ödəməyə üzərində pul olmamışdır. O, həmin gündən sonra bir müddət qohumu Şahid2 evində qalmış, lakin aralarında sonradan söz-söhbət yarandığından o, həmin evdən çıxıb getmişdir. Bundan bir müddət sonra o, Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və onların arasında sevgi münasibəti yaranmışdır. Onlar bir müddət birlikdə yaşadıqdan sonra özlərinə kirayə ev axtarmaq qərarına gəlmişdirlər. Bu məqsədlə o, tanışı Təqsirləndirilən şəxs1 zəng edərək Yasamal rayonu ərazisində kirayə ev axtardığını bildirmiş, Bəxtiyar isə həmin ərazini yaxşı tanıdığından ondan özünə və Əlağaya ev axtarmaqda kömək etməsini xahiş etmişdir. Bəxtiyar onun təklifi ilə razılaşaraq 10 oktyabr 2023-cü il tarixdə Əlağa və onunla birlikdə Yasamal rayonu ərazisində yerləşən Asan xidmətin yaxınlığında görüşmüşdür və birlikdə kirayə ev axtarmağa başlamışdırlar. Bundan sonra onlar birlikdə Asan xidmətin arxa tərəfində olan küçəyə, yəni R.Tağıyev küçəsinə gələrək həmin küçədə yerləşən 16 nömrəli evin həyətinə daxil olub ev sahibini səsləmişlər. Bu zaman azyaşlı bir qız onlara cavab verərək evdə heç kəsin olmadığını bildirmişdir. Bundan sonra onlar həmin evin həyətindən çıxaraq digər evə, yəni 17 nömrəli evə daxil olmuşlar. Bu zaman Əlağa telefonla danışdığı üçün çöldə dayanmış, onunla Bəxtiyar isə evin həyətinə daxil olmuşlar. Bundan sonra o, həmin evin həyətində yerləşən tualetə daxil olmuş, təxminən 5- 6 dəqiqə ərzində o, orada qalmışdır. O, tualetdən çıxdıqdan sonra evin həyətində Bəxtiyarın onu gözlədiyini görmüş, Bəxtiyar ona evdə heç kimin olmadığını bildirərək çıxmağı təklif etmişdir. Bundan sonra o, Bəxtiyarla birlikdə həmin evin həyətindən çıxaraq Əlağa ilə həmin ərazidən uzaqlaşmışdırlar. Bir qədər getdikdən sonra Bəxtiyar ona və Əlağa girdikləri evdən oğurladığı üzük və klonu göstərmişdir. O, həmin evdən oğurluq etdiyinə görə Bəxtiyarı danlamış, Bəxtiyar isə ona uşaq xəstə olduğu üçün pula ehtiyacı olduğundan oğurluq etdiyini bildirmişdir. Bundan sonra o, Bəxtiyar və Əlağadan ayrılaraq atasıgilə getmiş, Bəxtiyarla Əlağa isə çıxıb getmişdirlər, O, Bəxtiyarla daxil olduğu evdən oğurluq etməmiş, həmin vaxt Əlağa isə telefonla danışdığı üçün çöldə dayanmışdır. X2rlanan əşyaları satmasından xəbəri olmamış və əldə etdikləri qazancdan heç bir məbləğdə pul almamışdır. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxslərə dəymiş zərərin ödənildiyini və onlarla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi döngə 8, ev 7-də qeydiyyatdadır. 2008-ci il təvəllüdlü X5 onun oğludur və o, qeyd edilən ünvanda oğlu ilə birlikdə yaşayır. 11 sentyabr 2023-cü il tarixində səhər saatlarında o, yaşadığı evdən çıxaraq işə getmişdir. Həmin vaxt oğlu Mehdi Ramazanlı evdə olmuş və yatmışdır. Həmin gün saat 20:30 radələrində o, işdən evə gələrək yataq otağında olan əşyaları dağınıq vəziyyətdə görmüşdür. O, oğlunun otaqdakı əşyaları dağıtmayacağından əmin olduğu üçün evindən oğurluq edildiyini başa düşmüşdür. O, bu barədə oğlundan soruşduqda, Oğlu Mehdi ona yatmış olduğunu və heç nədən xəbərinin olmadığını bildirmişdir. O, evində axtarış apardıqdan sonra ona məlum olmuşdur ki, yataq otağındakı güzgülü dolabın üstünə qoyduğu qızıl qabının içərisindən 1 ədəd 500 manat dəyərindəki briliant qaşlı qızıl üzüyü və həmin dolabda saxladığı 700 manat nağd pulu oğurlanmışdır. O, bu barədə dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək müvafiq araşdırma aparmış, aparılan araşdırma nəticəsinə onun yataq otağındakı dəmir materialdan olan 2000 manat dəyərindəki seyfin də yerində olmadığı ona məlum olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3200 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan aparılan araşdırma gedişində oğurluğun əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs3 olduğunu öyrəndiyi şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. Ona vurulmuş ziyan Təqsirləndirilən şəxs3 qohumları tərəfindən ona ödənilmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin ev iki mərtəbəlidir, birinci mərtəbədə o qızı Bahar Əliyeva ilə birlikdə, ikinci mərtəbədə isə oğlu İlkin Əliyev ailəsi ilə birlikdə yaşayır. 14 oktyabr 2023-cü il tarixində oğlu İlkinlə gəlini toya getməyə hazırlaşarkən gəlini ondan taxmaq üçün qızıl saatını istəmiş, o isə saatı axtarsa da, qızıl-zinət əşyalarını tapa bilməmişdir. Qızıl-zinət əşyalarını tapa bilmədiyi üçün o, yaşadığı evdən oğurluq edilməsindən şübhələnmişdir. Həminçinin o, oğurluqdan əvvəl həmin qızıl-zinət əşyaları ilə birlikdə 200 manat pulu yataq otağındakı pəncərənin kənarına qoymuşdur. Bundan sonra o, yaşadığı evin yaxınlığından yerləşən evə quraşdırılan nəzarət video kamerasının qeydə aldığı görüntülərə baxdıqda 10 oktyabr 2023-cü il tarixdə saat 08:40-dan 08:51-dək olan müddət ərzində biri qadın, digəri isə kişi olmaqla 2 nəfər tanımadığı şəxsin yaşadığı evin həyətindən evə daxil olduqlarını, digər kişi cinsindən olan şəxsin isə qapının ağzında dayanaraq əraziyə nəzarət etdiyini görmüşdür. Daha sonra onun yaşadığı evə daxil olan iki nəfər şəxs oğurluq etdikdən sonra çıxıb getmişdirlər. Oğurluq hadisəsi nəticəsində yataq otağındakı pəncərənin kənarına qoyduğu 200 manat pul, dəyəri 1400 manat bir ədəd 750 əyarlı, kənarlarında xırda, ortasında iri briliant qaşı olan qızıl üzük, dəyəri 1400 manat bir ədəd 750 əyarlı xırda briliant qaşlı qızıl üzük, dəyəri 1200 manat bir ədəd 583 əyarlı gül formalı briliant qaşlı qızıl üzük, dəyəri 460 manat bir ədəd 585 əyarlı qızıl qolbaq, dəyəri 3500 manat bir ədəd 583 əyarlı qızıl saat, bundan başqa bir ədədi orta hissəsində iri göy rəngli qaşı və kənarlarında xırda şəffaf qaşları olan əyarı 580 dəyəri 280 manat olan qızıl üzüyü və bir ədəd ürək formalı əyarı 580 dərəyi 180 manat olan qızıl kulon oğurlanmışdır. Oğurluq nətincəsinə ona ümumilikdə təxminən 8620 manat miqdarında maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, ünvan 7 ünvanında yerləşən qızıl-zinət əşylarının təmiri və alqı-satqısı mağazasını icarə müqaviləsi əsasında idarə edir. 10 oktyabr 2023-cü il tarixində o, işdə olan zaman ikisi də kişi olmaqla, tanımadığı iki nəfər şəxs gələrək bir ədəd qızıl üzük və bir ədəd klonu satmaq istədiklərini bildirmişdirlər. O, həmin şəxslərdən sənəd tələb etdikdə həmin şəxslərdən biri olan Təqsirləndirilən şəxs2 ona öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, qızılları dəyərini hesabladıqdan sonra onları 296 manata ala biləcəyini bildirmiş, həmin şəxslər isə onun təklifi ilə razılaşaraq qızılları ona təqdim etmişdirlər. Həmin şəxslər ona başqa qızıl təqdim etməmiş, onun aldığı qızıllar bir ədəd qızıl üzük və bir ədəd ürək formasında medalyon olmuşdur. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 135-137-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 130-da qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış massivi 28 K ünvanda ailəsi ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs3 ounun əmisi qızıdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında kirayədə yaşadığı evdə olan zaman həyat yoldaşı Yolka Turanənin ona zəng edərək Masazır qəsəbəsində kirayədə yaşadığı evdən ev sahibinin onu çıxardığını, müvəqqəti olaraq evdə qalmağa icazə verməyi xahiş etdiyini demişdir. Həmin vaxt Turanəyə yazığı gəldiyi üçün onun müvəqqəti olaraq yaşadıqları evdə qalmağına razılıq vermişlər. Bu səbəbdən də bir qədər sonra Yolka marşrut avtobusu ilə Masazır qəsəbəsinə getmişdir. Təxminən 2 saatdan sonra Yolka və Turanə taksi ilə onun kirayədə yaşadığı evin qarşısına gəlmişlər və o da evdən çıxaraq taksinin gediş haqqını verib yola salmışdır. Onlar evdə bir neçə dəqiqə Turanə ilə söhbət etdikdən sonra Yolka ilə o, şəxsi işləri ilə əlaqədar olaraq evdən çıxıb getmişlər və həmin gün gecə saatlarında evə qayıtmışdırlar. Turanə təxminən 10-12 gün onların yaşadığı evdə qalmışdır. Həmin müddətdə bir neçə dəfə Turanəni danlayaraq tüfeyli həyat tərzi keçirməsinə öz iradını bildirmişdir. Bundan sonra Turanə küsərək onların kirayədə yaşadığı evdən çıxıb getmişdir. Turanənin Masazır qəsəbəsi ərazisində yerləşən evlərin hər hansı birindən oğurluq etməyindən məlumatı olmamışdır. Turanə təxminən 10-12 gün yaşadıqları evdə qaldığı müddətdə onun tüfeyli həyat tərzi keçirməsi səbəbindən ona tez-tez iradlarını bildirdiyi üçün aralarında söz-söhbət yaranmışdır. Turanə də 10-12 gün bizimlə birlikdə qaldıqdan sonra küsüb getmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 110-113-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Yevlax şəhəri, Üzeyir Hacıbəyov küçəsi, mənzil 144-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs3 həm onun bibisi qızı, həm də həyat yoldaşı Şahid1 əmisi qızıdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Turanə onun mobil telefonuna zəng edərək Masazır qəsəbəsində kirayədə yaşadığı evdən ev sahibinin onu çıxardığını, müvəqqəti olaraq onların yaşadığı evdə qalmağa həyat yoldaşı Kamranla birlikdə icazə verməklərini xahiş etmişdir. Həmin vaxt Turanəyə yazığı gəldiyi üçün ona müvəqqəti olaraq yaşadığı evdə qalmağa razılıq vermişdir. Bu səbəbdən də bir qədər sonra marşrut avtobusuna minərək Masazır qəsəbəsinə getmişdir. Turanə onu mərkəzi yolun kənarıbnda qarşılayaraq kirayədə yaşadığını bildirdiyi evə doğru getmişləp. Həmçinin onlar piyada hərəkət edərkən Turanə taksi çağırdığını, əşyalarını həmin taksiyə qoyaraq onlara aparacağını demişdir. Onlar tanımadığı bir evin qarşısına çatarkən Turanənin sifarişi ilə həmin yerə markasını bilmədiyim taksi gəlmiş, bundan sonra Turanə evin həyətinə girərək qapının arxasında sellofan torbaya qoyduğu əşyalarını bayıra çıxararaq taksiyə qoymuşdur. Bundan sonra isə onlar Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatavada kirayədə yaşadığı evin qarşısına gəlmişlər və həmin vaxt həyat yoldaşı Kamran evdən çıxaraq taksinin gediş haqqını verib yola salmışdr. Biz evdə bir neçə dəqiqə Turanə ilə söhbət etdikdən sonra Kamranla şəxsi işləri ilə əlaqədar olaraq evdən çıxıb getmişlər və həmin gün gecə saatlarında evə qayıtmışlar. Turanə təxminən 10-12 gün bizdə qaldıqdan sonra həyat yoldaşı Kamranla aralarında söz-söhbət yarandığına görə başqa bir yerdə kirayə ev tapdığını deyib evdən çıxıb getmişdir. Turanənin Masazır qəsəbəsi ərazisində yerləşən həmin evdən oğurluq etməyindən məlumatım olmamışdır. Turanə təxminən 10-12 gün onların yaşadığı evdə qaldıqdan sonra həyat yoldaşı Kamranla aralarında söz söhbət düşmüşdür, həyat yoldaşı Kamran Turanənin tüfeyli həyat tərzi keçirməsi səbəbindən ona tez-tez iradlarını bildirdiyi üçün aralarında söz-söhbət yaranmışdır. Turanə də 10-12 gün onlarla birlikdə qaldıqdan sonra küsüb getmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 125-127-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Göygöl şəhəri, 5 nömrəli kabel sahəsi ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Z.Bünyadzadə küçəsi döngə 4, ev 62-də ailəsi ilə birlikdə yaşayır. Hal hazırda X1 mülkiyyətində olan Toyota Prius markalı, **- OV-*** dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün etibarnamə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsində olduğu zaman “Bolt” taksi şirkətindən sifariş qəbul edərək həmin yerdən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin arxa tərəfindəki küçəyə 2 nəfər müştəri gətirmişdir dim. Mən həmin müştəriləri avtomobilimdən düşürdükdən sonra, yəni saat 14:32 radələrində “Bolt” taksi şirkətindən yaxınlıqda başqa müştəri olması barədə mobil telefonuma bildiriş gəlmiş və həmin sifarişi qəbul edərək olduğu yerdən təxminən 5 dəqiqəlik məsafəyə getmişdir. Sifarişi qəbul etdikdən sonra həmin müştəri mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrəsindən zəng edərək olduqları yeri ona dəqiq bildirmiş və həmin ünvana yaxınlaşmışdır. Həmin ərazidə yerləşən yaşayış evlərindən birinin qarşısından həmin qadın müştərini və yanındakı 2 nəfər şəxsi, yəni biri oğlan uşağı və digəri də orta yaşlarında olan qadını götürmüşdür. Həmin şəxslər avtomobilinin yük yerinə içərisində əşyalar olan 1 ədəd və salonuna da bir ədəd sellofan torba qoymuşlar. Bundan sonra həmin şəxsləri sifarişdə qeyd etdikləri ünvana, yəni, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Dəvəli» şirkətinin yanına apararaq düşürmşdür. Avtomobilinə müştəri qismində əyləşmiş həmin şəxslərin hər hansı bir oğurluq hadisəsi törətmələrindən heç bir məlumatı olmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 255-257-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. X11 onun doğma qızıdır. Təqsirləndirilən şəxs1la uzaqdan qohumluğu vardır. Təqsirləndirilən şəxs2 isə qızının tanışıdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsində yerləşən fərdi tikilidə kirayə yaşadığı evdə olan zaman gəlini Zoyanının mobil telefonu oğurlandığı üçün Zoya ondan telefon almağı tələb etmişdir. Lakin həmin zaman pulunun olmadığı üçün Zoyaya telefon ala bilməyəcəyini bildirdiyi üçün aralarında sözlü mübahisə olmuşdur. Bu zaman qızı Turanə, Bəxtiyar və tanışları Əlağa onların kirayədə yaşadığı evə gəlmişlər. Onlar Zoya ilə onun mübahisə etdiyini görmüşlər və məsələnin nə olduğunu soruşmuşlar. Zoyanın telefon almaq istədiyini bildirdikdən sonra Bəxtiyar ucuz telefon satılan yer tanıdığını bildirmiş və təklif etmişdir ki, birlikdə gedib ala bilərik. Belə olan halda o, Zoya, Bəxtiyar və Əlağa birlikdə Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında olan telefon mağazalarına baxmışlar. Onlar Zoyaya mobil telefon alıb mağazadan çıxan zaman Bəxtiyarla Əlağanın telefon mağazasının yaxınlığındakı qızıl-alqı satqısı mağazasında olduqlarını və qızıl satdıqlarını gördüm. O, Bəxtiyarla Əlağanın qızılı haradan almaqları ilə bağlı sual vermədiyi üçün onların mağazaya satdığı qızlların oğurluq olduğunu bilməmişdir. Onu səhv başa düşməsinlər deyə o, Bəxtiyardan və Əlağadan qızılları necə əldə etdiklərini soruşmamışdır. Bəxtiyarla Əlağa qızılları satdıqdan sonra birlikdə oradan uzaqlaşmışlar. Sonradan yəni Bəxtiyar, Əlağa və Turanə polis tərəfindən saxlanıldıqdan sonra ona məlum olmuşdur ki, Bəxtiyarla Əlağanın satdığı qızıllar oğurluq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 13 ünvanda yerləşən həyət evidir. Evin girişində üzün dəhliz və dəhlizin sol tərəfində yataq otağının pəncərəsi vardır. Baxışda iştirak edən İlkin Əliyev bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə həmin pəncərənin kənarına qoyulan qızıl zinət əşyaları və 200 manat pul oğurlanmışdır. (Cild İ, i.v. 8-10) “Diskin götürülməsi və diskə baxış keçirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, X4 ünvan 14 ünvanından oğurluq hadisəsinin baş verməsini özündə əks etdirən həmin evin yaxınlığında küçədə quraşdırılmış təhlükəsizlik kameraları ilə qeydə alınmış görüntülər olan bir ədəd elektron məlumat daşıyıcısı olan DVD formatlı disk götürülmüşdür. (i.v. 13-14) “Elektron məlumat daşıyıcısı olan DVD diskə baxış keçirilməsi haqqında” 05 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs2 da həmin görüntülər yaşadığı Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsi 17 saylı evdə oğurluq hadisəsi baş verən tarixdə və vaxtda xx.xx.2023-cü il saat 08:40-08:51 da yaxın qonşuluqdakı evə quraşdırılan nəzarət video kamerasının qeydə aldığı video görüntülərdir. Video kamerasının qeydə aldığı video görüntülərdə əks olunmuş həmin iki kişi cinsli və bir qadın cinsli şəxsin yaşadıqları evin dəhlizdəki pəncərənin kənarında olmuş anası Zərərçəkmiş şəxs2 məxsus 200 manat pul, qızıl-zinət əşyalarını oğurladıqlarını bildirmişdir. (Cild İ, i.v. 30-31) “Elektron məlumat daşıyıcısı olan DVD diskə baxış keçirilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, İlkin Əliyevin təqdim etdiyi DVD formatlı diskin yaddaşında «WhatsApp Video 2023.10.26 at 09.52.37» adlanan videogörüntü parçasından ibarət olan 01 ədəd fayl parçası vardır. Həmin video görüntünun məzmunu aşağıdakı kimidir: Ekranda vaxt monitorun üzərində saat 08:40 olması əks olunur. Bir nəfər əyninə ağ rəngli papaqlı gödəkçə, boz şalvar geyinmiş kişi cinsi şəxsin sağ əlində içərisi boş sellofan torba və sol əlində nar, digər bir nəfər əyninə qara rəngli gödəkçə və yan tərəfi ağ zolaqlı idman şalvarı, qarşı tərəfində ağ rəngli naxışı olan kofta geyinmiş qadın cinsli şəxsin həyətdən çıxmaları, qadın cinsli şəxsin dərhal digər həyətə daxil olması, həmin kişi cinsli şəxsin kənarda olan əyninə qırmızı rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş şəxsə sol əlində olan nar meyvəsini küçə divarına yaxın əkilmiş ağacın dibinə qoyaraq gəlib götürməsini əli ilə işarə edərək sağ əlindəki ağ rəngli sellofan torbanı bükərək həmin qadın cinsi şəxsin arxası ilə həyətə daxil olması, kənarda olan əyninə qırmızı rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş şəxsin gələrək həmin nar meyvəsini ağacın dibindən götürməsi və küçə ilə irəli hərəkət etməsi, həmin vaxt monitorda tarixin xx.xx.2023, vaxtın saat 08:41 qeyd olunması, həmin əyninə qırmızı rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş şəxsin qadın və kişi çinsli şəxslərin küçədən həyətinə girdiyi evin yaxınlığında o başa-bu başa piyada gəzişərək ətrafa boylanaraq güdməsi, həmin vaxt ərzində oradan təsadüfi insanların küçə ilə keçib getmələri, saat 08:51 qarşı tərəfində ağ rəngli naxışı olan kofta geyinmiş qadın cinsli şəxsin həyətdən çıxaraq ətrafa boylana boylana baxması, onun arxası ilə əyninə ağ rəngli papaqlı gödəkçə, boz rəngli şalvar geyinmiş kişi cinsi şəxsin sol əlində içərisinə naməlum əşya qoyulmuş ağ rəngli sellof torba ilə çıxması və birlikdə oradan iti addımlarla küçə ilə uzaqlaşmaları, əyninə qırmızı rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş şəxsin qeyd olunan həmin qadın və kişi cinsli şəxslərin arxası ilə gedərək onlara çatmağa çalışması və görnüşdən uzaqlaşıb getmələri müşahidə olunur. Baxış zamanı X13 bildirmişdir ki, həmin görüntülər yaşadığı Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsi 17 saylı evdə oğurluq hadisəsi baş verən tarixdə və vaxtda xx.xx.2023-cü il saat 08:40-08:51 da yaxın qonşuluqdakı evə quraşdırılan nəzarət video kamerasının qeydə aldığı video görüntülərdir. Video kamerasının qeydə aldığı video görüntülərdə əks olunmuş həmin iki kişi cinsli və bir qadın cinsli şəxsin yaşadıqları evin dəhlizdəki pəncərənin kənarında olmuş anası Zərərçəkmiş şəxs2 məxsus 200 manat pul və qızıl zinət əşyaları oğurlamışdırlar. (Cild İ, i.v. 36-37) “Elektron məlumat daşıyıcısı olan DVD diskə baxış keçirilməsi haqqında” 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs2 həmin görüntülər Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsi 17 saylı evdən oğurluq hadisəsini törətdikləri tarixdə və vaxtda xx.xx.2023-cü il saat 08:40-08:51 da qeydə alınmış video görüntülərdə əks olunmuş əyninə ağ rəngli papaqlı gödəkçə, boz şalvar geyinmiş sağ əlində içərisi boş sellofan torba və sol əlində nar olan kişi cinsli şəxs Təqsirləndirilən şəxs1 olması, əyninə qara rəngli gödəkçə və yan tərəfi ağ zolaqlı idman şalvarı, qarşı tərəfində ağ rəngli naxışı olan kofta geyinmiş qadın cinsli şəxs Təqsirləndirilən şəxs3, əyninə qırmızı rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş küçədə gəzişən şəxs isə özü olmasını təsdiq etmişdir. (Cild İ, i.v. 65-66) “Elektron məlumat daşıyıcısı olan DVD diskə baxış keçirilməsi haqqında” 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin görüntülər Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsi 17 saylı evdən oğurluq hadisəsini törətdikləri tarixdə və vaxtda xx.xx.2023-cü il saat 08:40-08:51 da qeydə alınmış video görüntülərdə əks olunmuş əyninə ağ rəngli papaqlı gödəkçə, boz şalvar geyinmiş sağ əlində içərisi boş sellofan torba və sol əlində nar olan kişi cinsli şəxs o özü olmasını, əyninə qara rəngli gödəkçə və yan tərəfi ağ zolaqlı idman şalvarı, qarşı tərəfində ağ rəngli naxışı olan kofta geyinmiş qadın cinsli şəxs Təqsirləndirilən şəxs3, əyninə qırmızı rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş şəxs küçədə gəzişən şəxs isə Təqsirləndirilən şəxs2 olmasını təsdiq etmişdir. (Cild İ, i.v. 92-93) “İfadənin yerində yoxlanılması haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadələri yoxlanılarkən ifadəsində göstərdiyi halları və xüsusatları təsdiq edərək xx.xx.2023-cü il taixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Yasamal rayonu R.Tağyev küçəsində yerləşən fərdi yaşayış evlərindən oğurluq etmək məqsədilə həmin küçəyə gəldiklərini, o özü küçədə dayanıb gəlib gedənlərə nəzarət etdiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin küçədəki 17 saylı evin həyətinə daxil olduqlarını, təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə həyətdən küçəyə çıxaraq birlikdə oradan uzaqlaşdıqlarını, yolda gedərkən Təqsirləndirilən şəxs3 qızıl üzüyü və kulonu onlara göstərdiyini, həmin evdən oğurladıqları qızıl zinət əşyalarını ünvan 15 ünvanında yerləşən qızıl zinət əşyalarının təmiri və alqı-satqısı mağazasına satdıqlarını əyani olaraq göstərmişdir. (Cild İ, i.v. 101-105) “İfadənin yerində yoxlanılması haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadələri yoxlanılarkən ifadəsində göstərdiyi halları və xüsusatları təsdiq edərək xx.xx.2023-cü il taixdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Yasamal rayonu R.Tağyev küçəsində yerləşən fərdi yaşayış evlərinə oğurluq etmək məqsədilə həmin küçəyə gəldiklərini, Təqsirləndirilən şəxs2 küçədə dayanıb gəlib gedənlərə nəzarət etdiyini, özü və Təqsirləndirilən şəxs3 həmin küçədəki 17 saylı evin həyətinə daxil olduqlarını, həyətə gəldikdən sonra özü ifadəsində hamam «otağı kimi» göstərdiyi sanitar qovşağına daxil olaraq orada dayandığını, Təqsirləndirilən şəxs3 isə evin içərisinə daxil olduğunu, təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs3 evdən həyətə çıxdığını və onunla birlikdə həyətdən küçəyə çıxaraq birlikdə oradan uzaqlaşdıqlarını, yolda gedərkən Təqsirləndirilən şəxs3 qızıl üzüyü və kulonu onlara göstərdiyini, həmin evdən oğurladıqları qızıl zinət əşyalarını ünvan 15 ünvanında yerləşən qızıl zinət əşylarının təmiri və alqı-satqıs mağazasına satdıqlarını əyani olaraq göstərmişdir. (Cild İ, i.v. 106-110) “Baxış keçirilməsi haqqında” 18 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsiyyət vəsiqəsinin sürəti xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin üz tərəfidir. Zinət əşyalarının bir ədədi sarı rəngli metaldan hazırlanmış, orta hissəsində iri göy rəngli qaşı və kənarlarında xırda şəffaf qaşları olan, qaşlarından bir olmayan qadın üzüyüdür. Zinət əşyasının digər bir ədədi sarı rəngli ürək formalı kulondur. Baxışda iştirak edən Şahid3 xx.xx.2023-cü il tarixdə saat 12:00 dəqiqədə işlədiyi ünvan 15 ünvanında yerləşən qızıl zinət əşylarının təmiri və alqısatqıs mağazasına iki nəfər cavan oğlan gələrək bir ədəd qızıl üzük və bir ədəd kulonu satmaq istədiklərini bildirdiklərini, Qızılların oğurluq olub olmadığını soruşmuş, lakin qızıllar özlərinin olduğunu bildirdiklərini, onlardan sənəd tələb edən zaman həmin şəxslərdən biri Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsini təqdim etdiyini və qızılları dəyərinin hesabladıqdan sonra 296 manata almaq qərarına gəldiyini və razılaşdıqdan sonra telefon vasitəsilə qızılı satan Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin və qızılların şəkillərini çəkdiyini, sonradan həmin üzük və kulonu başqa tanımadığı müştərilərə satdığını bildirmişdir. (Cild İ, i.v. 181-183) “Elektron məlumat daşıyıcısı olan DVD diskə baxış keçirilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs3 həmin görüntülər Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsi 17 saylı evin həyətinə daxil olduqları xx.xx.2023-cü il saat 08:40-08:51 da qeydə alın video görüntülərdə əks olunmuş əyninə ağ rəngli papaqlı gödəkçə, boz şalvar geyinmiş sağ əlində içərisi boş sellofan torba və sol əlində nar olan kişi cinsli şəxs Təqsirləndirilən şəxs1, əyninə qara rəngli gödəkçə və yan tərəfi ağ zolaqlı idman şalvarı, qarşı tərəfində ağ rəngli naxışı olan kofta geyinmiş qadın cinsli şəxs onun özü əyninə qırmızı rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş şəxs küçədə gəzişən şəxs isə Təqsirləndirilən şəxs2 olmasını təsdiq etmişdir. (Cild İ, i.v. 241-242) “İfadənin yerində yoxlanılması haqqında” 20 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadələri yoxlanılarkən ifadəsində özünün müdafiəsi ilə bağlı göstərdiyi halları və xüsusatları təsdiq edərək xx.xx.2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə kirayə ev axtarmaq üçün Yasamal rayonu R.Tağıyev küçəsi ev 17 ünvanın yaxınlığına gəldiklərini, həmin vaxt Təqsirləndirilən şəxs2 küçədə dayandığını, özü Təqsirləndirilən şəxs1la həmin evin həyətinə daxil olduqlarını, daha sonra özü tualetə daxil girdiyini, bir necə dəqiqə olduqdan sonra oradan çıxdığını və Bəxtiyar da evdə heç kimin olmadığını bildirdikdən sonra evdən birlikdə çıxaraq üçü də birlikdə oradan çıxıb getdiklərini əyani surətdə göstərmişdir. (Cild İ, i.v. 243-247) 18 yanvar 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə deyərək ifadəsini təsdiq etmişdir. (Cild İİ, i.v. 14-17) 18 yanvar 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə deyərək ifadəsini təsdiq etmişdir. (Cild İİ, i.v. 18-21) “Əşyaların tanınması haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi A4 çap kağızına köçürülmüş şəxsiyyət vəsiqəsinin surəti və qızıl zinət əşyalarının fotoşəkilərini Zərərçəkmiş şəxs2 vahid nüsxədə tanımaya təqdim edilərkən Töhfə Əliyev yaşadığı Yasamal rayonu, R.Tağıyev küçəsi 17 saylı evdən xx.xx.2023-cü il tarixdə oğurlanmış qızıl zinət əşyaların bir hissəsi olduğunu, şəxsiyyət vəsiqəsində olan şəkilə baxaraq xx.xx.2023-cü il saat 08:40-08:51 vaxt ərzində yaxın qonşuluqdakı evə quraşdırılan nəzarət video kamerasının qeydə aldığı video görüntülərlərdə əks olunan qadın və kişi cinsli şəxslər evinə oğurluğa girən zaman küçədə əyninə qırmızı rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş şəxs olmasını, lakin həmin şəxsi əvvəllər görmədiyini bildirmişdir. (Cild İİ, i.v. 25-26) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 16 ünvandır, həmin evdə yataq otağında kamodun içərisindən 700 manat pul və bir ədəd brilyant qaşlı qızıl üzük oğurlanması və hadisə vaxtı zərərçəkmişin oğlu digər otaqda yatması müəyyən edilmişdir. (Cild İİ, i.v. 6-8) 05 fevral 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə deyərək ifadəsini təsdiq etmişdir. (Cild İİ, i.v. 142-145) 05 fevral 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə deyərək ifadəsini təsdiq etmişdir. (Cild İİ, i.v. 146-149) “İfadənin yerində yoxlanılması haqqında” 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsi yoxlanılarkən Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi döngə 8-də yerləşən 7 nömrəli fərdi yaşayış evinə 11 sentyabr 2023-cü il tarixdə saat 14:40 radələrində daxil olaraq evin yataq otağındakı güzgülü dolabın sirməsindən 700 manat pulu, dolabın üstündəki qızıl qabının içərisindən 1 ədəd brilyant qaşlı qızıl üzüyü və həmin otaqda olan 1 ədəd dəmir materialdan olan seyfi oğurladığını əyani surətdə göstərmişdir. (Cild İ, i.v. 249-253) “Sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, X4 götürülmüş ünvan 17 ünvanın yaxınlığında küçədə quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq cinayət hadisəsini törətmələrini əks etdirən videogörüntü parçaları köçürülmüş elektron məlumat daşıyıcısı olan “DVD” formatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Şahid3 götürülmüş xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin şəxsiyyət vəsiqəsinin surəti və orta hissəsində iri göy rəngli qaşı və kənarlarında xırda şəffaf qaşları olan, qaşlarından bir olmayan qadın üzüyü və bir ədəd sarı rəngli ürək formalı kulonun fotoşəkilləri köçürülmüş A4 çap kağızı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild İİİ, i.v. 48-77) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs X12 tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş yazılı və notarial təsdiq edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ona dəymiş zərər ödənilmişdir. Həmin şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 onun ünvan 4 ünvanında yerləşən evdən bir ədəd üzük və bir ədəd klon oğurlaması, Təqsirləndirilən şəxs2 onun satdığı qızılların oğurluq olmasından onun xəbərinin olmaması, Təqsirləndirilən şəxs3 Bəxtiyarın həmin evdən oğurluq etməsindən həmin vaxt deyil, bir müddət sonra xəbəri olması, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi döngə 8-də yerləşən 7 nömrəli fərdi yaşayış evindən pul oğurlamaması barədə ifadələrinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 82-83) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 4(004)- 893/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablanmaqla, 02 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 163-167) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 21 noyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Xasanov X3 Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə, Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə, cəzasının sonu ilə xx.xx.2018-ci il tarixdə azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild İ, i.v. 190-192) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 altı azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 az ağır cinayət əməlinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 23 avqust 2022-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs1 24 avqust 2021-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını və altı azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X7 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 13 noyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 55-56) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 4(004)- 892/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablanmaqla, 04 fevral 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 158-162) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 21 noyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Əliyev X9 Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 43.1.1ci maddəsinə əsasən xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. (Cild İ, i.v. 188-189) Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 13 noyabr 2023-cü il tarixdən 04 iyul 2024-cü il tarixədək olan 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Həbs” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “Başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 Aif qızına cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 15 dekabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Əhmədova X14 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 178.1-ci maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir, xx.xx.2019-cu ildə cəriməni tam ödəmişdir. (Cild İ, i.v. 211-212) “Şübhəli şəxsin tutulması haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Aif qızı həmin tarixdə saat 13:40-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild İİ, i.v. 47) Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2023-cü il tarixli 4(012)-767/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Aif qızı barəsində həbsetmənin əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, 02 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 188-192) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs3 Aif qızının barəsində olan 20 iyun 2017-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 Aif qızının zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışmasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 Aif qızının əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 Aif qızına cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs3 Aif qızına Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Aif qızının həbsdə saxlanıldığı 13 oktyabr 2023cü il tarixdən 04 iyul 2024-cü il tarixədək olan 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Aif qızının üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CMin: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 Aif qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Yevlax şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Aif qızı barəsində seçilmiş “Həbs” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “Başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair. Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd CD disk və Təqsirləndirilən şəxs2 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin şəxsiyyət vəsiqəsinin surəti və orta hissəsində iri göy rəngli qaşı və kənarlarında xırda şəffaf qaşları olan, qaşlarından bir olmayan qadın üzüyü və bir ədəd sarı rəngli ürək formalı kulonun fotoşəkilləri köçürülmüş A4 çap kağızı cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, Müdafiəçi5 və Müdafiəçi4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 13 noyabr 2023-cü il tarixdən 04 iyul 2024-cü il tarixədək olan 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 01 (bir) il 03 (üç) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 13 oktyabr 2023-cü il tarixdən 04 iyul 2024-cü il tarixədək olan 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk və Təqsirləndirilən şəxs2 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin şəxsiyyət vəsiqəsinin surəti və orta hissəsində iri göy rəngli qaşı və kənarlarında xırda şəffaf qaşları olan, qaşlarından bir olmayan qadın üzüyü və bir ədəd sarı rəngli ürək formalı kulonun fotoşəkilləri köçürülmüş A4 çap kağızı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-297/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-297/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver