Məhkəmə qərarları › İş №1(004)-298/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-298/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-298/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1979-cu ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, evli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,155 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 manata əldə edib üzərində saxlamaqla daşımış, 09 sentyabr 2022-ci il tarixdə saat 15:45-də Yasamal RPİ-nin NMB-nin və Yasamal RPİ-nin 27-cı Polis Bölməsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istehlakı ümün tiryəkxana təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı Şahid5 yaşadığı ünvan 2 ünvanda saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş, PB-nin və həmin tarixdə barəsində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində saxladığı 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,155 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrin qəbulu ilə məşğuldur. 10-15 gündür tanışı Şahid5 ilə onun dostları ilə birlikdə ünvan 4 ünvanına toplaşıb narkotik vasitə qəbul etmişlər. 09 sentyabr 2022-ci il tarixdə saat 15:45 radələrində həmin evdə olan zaman polis əməkdaşları Şahid5 ilə birlikdə evə daxil olub onun razılığı ilə baxş keçirmişlər. Evə baxış keçirildikdən sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27- ci PB-nə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri ona izah edilmiş, daha sonra videoçəkilişdən istifadə edilməklə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, qara rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və bu barədə protokol tərtib edilib protokol və qablaşdırılmış zərf onun və protokol iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Ondan narkotik vasitə olan heroin aşkar edilərkən polis əməkdaşları bütün prosesləri video çəkilişlə qeyd etmişlər. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, hepatit C xəstəli, QİCS xəstəsi olmasını, 3-cü qrup əlil olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, uzun illər əvvəllər ünvan 5 ünvanında yaşayır.Yura adlı şəxsi də həmin vaxtlardan tanımışdır. ünvan 6 ünvanından köçdükdən sonra mütəmadi olaraq Yura adlı şəxsin yaşadığı ünvan 7 ünvanına qonaq gəlmiş, spirtli içki qəbul edib söhbət etmişlər. Təxminən 1 ildir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Təxminən bir ay yarımdır ki, narkotik vasitə qəbul etmək üçün ünvan 7 ünvanına gəlmiş, tanışları Şahid6, Təqsirləndirilən şəxs və Şəbinə Əlipaşayevaya da həmin evdə narkotik vasitə qəbul etmələrinə şərait yaratmışdır. 09 sentyabr 2022-ci il tarixdə saat 15:45 radələrində həmin evdən çıxan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş məlumat əsasında gəldiklərini bildirmiş və evə baxış keçirmək istədiklərini bildirmişdər. O, buna etiraz etməmiş və evə baxış keçirildikdən sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsində hüquq və vəzifələri izah edilmiş, daha sonra videoçəkilişdən istifadə edilməklə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli şəxslərin olması barədə Yasamal rayon Polis İdarəsinin 27-ci PB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və həmin ünvanda olan şəxslərin cinayət başında ifşa etmək məqsədi ilə 09 sentyabr 2022-ci il tarixdə o, 27-ci PB-nin sahə inspektoru, Şahid2 və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 15:45 radələrində ünvan 9 ünvanda özünü Şahid5 kimi təqdim edən şəxs qarşılamış və özlərini təqdim edərək yaşadığı mənzilə baxış keçirmək istədiklərini bildirmişlər. Şahid5 tərəflərindən mənzilə baxış keçirilməsinə etiraz etməmiş və onları mənzilə dəvət emişlər. Həmin mənzilə daxil olduqda orada 3 nəfər şəxsin, yəni sonradan Təqsirləndirilən şəxs, Şahid6 və X6 müəyyən olunmuş və həmin şəxslərə özlərini təqdim edib polis əməkdaşları olduqlarını, mənzildə narkotik vasitələrin qəbul edilməsi barədə əməliyyat məlumatının olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs, Şahid6 və X2 zamanı Şahid5 tanışları olduqlarını, narkotik vasitə istifadəçiləri olduqlarını və hazırki evdə birlikdə narkotik vasitə qəbul etdiklərini bildirmişlər. Mənzilə baxış zamanı evin 1 otaqlı olması, otaqda əşyaların dağınıq, səliqəsiz vəziyyətdə olması, otaqdakı masanın üzərində istifadə edilməmiş 1 ədəd iynə (şpris) müəyyən edilmişdir. Mənzilə baxış zamanı iş üzərə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Şahid5, Təqsirləndirilən şəxs, Şahid6 və X1 RPİ-nin 27-ci PB-nə dəvət olunmuşlar. Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxslər Şahid5, Təqsirləndirilən şəxs, Şahid6 və X4 hər birinə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslərin hər birini bu qərarla tanış edərək hansı səbəbə PB-yə gətirildikləri, üzərlərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən nakrotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş,yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri təqdim etməsi təklif edilmişdir. Əvvəlcə şübhəli şəxs Şahid5 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş və Şahid5 bildirmişdir ki, bir ildir ki, narkotik vasitələrdən istifadə edir, hal-hazırda da üzərində narkotik vasitə vardır, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Şahid5 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olundu ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Şahid5 bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin “kokos” deyilən heroindir, həmin narkotik vasitəni bir gün əvvəl axşam saatlarında Nəsimi rayonu “Kubinka” deyilən ərazindən üzdən tanıdığı lakin anket məlumatlarını bilmədyi şəxsdən əldə edərək istifadə etmək üçün şalvarının cibində saxlamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, o da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə vardır, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş öz dediyinə görə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin “kokos” deyilən heroin olduğunu bildirmişdir. Daha sonra şübhəli şəxs Şahid4 üzərinə şəxsi “axtarış və götürmə hərəkəti keçirildi və Şahid4 bildirmişdir ki, o da narkotik vasitələrdən istifadə edir və hal hazırda da üzərində narkotik vasitə vardır, əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülünü çıxarıb təqdim etmişdir. Şahid4 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Şahid4 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin narkotik vasitə “kokos” deyilən heroindir. Daha sonra şübhəli şəxs Şahid6 üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş və Şahid6 bildirmişdir ki, o da narkotik vasitələrdən istifadə edir və hal-hazırda da üzərində narkotik vasitə vardır, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü təqdim etmişdir. Şahid6 təqdim etdiyi bükülüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqdim edilmiş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə vardır. Sorğu zamanı Şahid6 üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verilmiş və Şahid6 bildirdi ki, təqdim etdiyi bükülünün içərisindəki maddə “kokos” deyilən heroindir. Şəxsi axtarış və götürmə zamanı saxlanılan şəxslərin hər birinə yaşadıqları ünvan və nə üçün Yura adlı şəxsə məxsus evdə olduqları soruşulduqda onlar hər biri ayrı-ayrı ünvanlarda yaşadıqlarını və Şahid5 tanışı Yura adlı şəxsə məxsus evə tanışları Şahid5 yanma gəldiklərini, Eltonun tanışı Yura adlı şəxsin evində birlikdə narkotik maddə istifadə etdiklərini bildirmişlər. Bundan sonra Şahid5, Təqsirləndirilən şəxs, Şahid6 və X4 hər birindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Şahid5, Təqsirləndirilən şəxs, Şahid6 və X5 qarşı heç bir təzyiq və təsir olunmamışdır. Şahid5, Təqsirləndirilən şəxs, Şahid6 və X4 narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə bizdə hər-hansı bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid1 və Şahid2 ibtidai istintaqa verdikləri ifadələrində Şahid3 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/5050 saylı, 10 sentyabr 2022-ci il tarixli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş üzərində «..X7 üzərindən...” sözləri,soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd bükümdə təmiz çəkisi 0,155 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 6234 saylı, 21 oktyabr 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Həmçinin hepatit “C” və “HİV” xəstəliyi aşkar edilib. İİİ qrup əlil olduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə CMnin 102-ci maddəsinin 1-hissəsi ilə təqsirli bilinib qəti olaraq 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 234.4.3, 206.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2018-ci il tarixində cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, hepatit “C” və “HİV” xəstəliklərinin olmasını, İİİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 01 il 08 ay (bir il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 07 ay 28 gün (bir il yeddi ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 130 manat (yüz otuz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,095 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar