Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-298/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Lənkəran rayon Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşqul olmuş, ünvan 1 ünvanında qeydiyytda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkn tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin noyabr ayından 2023-cü ilin dekar ayınadək olan müddət ərzində xadimə kimi işlədiyi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında təmizlik işləri apararkən vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq paltar dolabının içərisində olan Zərərçəkmiş şəxs məxsus paltonun cibindən 6600 ABŞ dolları-milli pul ekvivalenti ilə 11.220 manat, 3.500 manat pullarını, həmin paltonun cibində olan torbacığın içərisindən dəyəri 1500 manat olan 585 əyarlı bir cüt qızıl sırğanı, dəyəri 1500 manat olan 585 əyarlı qızıl üzüyü və dəyəri 5.000 manat olan 750 əyarlı qızıl boyunbağını, eyvanda ayaqqabı qutularının arasına olan əl çantasının içərisindən 3400 ABŞ dolları - milli pul ekvivalenti ilə 5780 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Sabir Əliyevə ümumilikdə 28.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi birlikdə yaşayır. 2023-cü ilin iyun ayından Zərərçəkmiş şəxs Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən bağ evində xadimə kimi çalışmağa başlamışdır. 2023-cü ilin sentyabr ayından isə Zərərçəkmiş şəxs oğlu Sadiqlə birlikdə yaşadığı Yasamal rayonu Yeni Yasamal 1 ev 10 mənzil 176 ünvanında işini davam etdirməyə başlamışdır. Əri Tofıqin atası Mansurdan torpaq sahəsi qalmış və həmin torpaq sahəsini özülləşdirmək və ona sənəd almaq üçün pul lazım olduğu üçün 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs Yasamal rayonu Yeni Yasamal 1 ev 10 mənzil 176 ünavnında təmizlik işləri edən zaman Cabirin otağına daxil olmuş və oranı yığışdırmağa başlamış həm də otağında pul axtarmağa başlamışdır. Cabirin paltar dolabının içərisində olan paltonun sağ qoltuq cibində 700 manat pul olduğunu görmüş, ilk öncə həmin pulun 300 manatını, üç gün sonra isə qalan 400 manat pulu götürmüşdür. Bundan başqa o ayrı-ayrı vaxtalarda ümumilikdə 6000 ABŞ dolları pulu götürmüşdür. Həmin dollarları götürdükdən sonra övladlarının oyun oynayan zaman istifadə etdikləri saxta ABŞ dollarları ilə əvəz etmişdir. Dollarları ayrı-ayrı vaxtlarda götürmüş və ayrı ayrı vaxtlarda saxta olan 1200 ABŞ dollarını Zərərçəkmiş şəxs pulunun üzərinə qoymuşdur. 2023-cü ilin noyabr ayından 2023-cü ilin dekabr ayının əvvəllərinə qədər qeyd etdiyi pulları götürmüşdür. 2023-cü ilin dekabr ayının 9-dan sonra isə Zərərçəkmiş şəxs paltosunun yan cibində olan qızıl-zinət əşyalarının üzərindən 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzükdən ibarət qızıl komplekti və 1 ədəd qızıl boyunbağını oğurlamışdır. Bundan sonra həmin qızılları metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən qızılın alqı-satqısı ilə məşğul olan mağazaya satmış və ümumilikdə 2.350 manat pul əldə etmişdir. Həmin qızılları satan zaman ondan şəxsiyyət vəsiqəsi tələb etməmişlər. Sırğa ilə üzüyü başqa, boyunbağını isə başqa mağazaya satmışdır. Bir neçə gündən sonra isə qızılları götürməsi bilinməsin deyə həmin qızıllara bənzəyən bijuteriyalar alaraq yerinə qoymuşdur. Oğurlayaraq əldə etdiyi pulları öz şəxsi istifadəsi üçün xərcləmişdir. Oğurlayaraq əldə etdiyi pullardan 4.000 manatını Şüvəlanda olan torpağın sənədləşdirməsi üçün qəsəbədə olan notariusun qarşısında tanış olduğu, lakin üzdən tanıdığı şəxsə vermişdir ki, sənədələşməni həll etsin, 2.500 manat pulu evinin təmiri üçün istifadə etmişdir. Qalan pullarla isə övladlarının və evinin şəxsi tələblərini qarşılamışdır. Zərərçəkmiş şəxs evindən 3.000 manat və 9850 ABŞ dolları pul oğurlamamış, onun evindən 700 manat nağd pul və 6000 ABŞ dolları pulu, eləcə də oğurladığı üzüyü 300 manat, sırğaları 700 manat, boyunbağını isi 1350 manata satmış və ümumilikdə 2.350 manat pul əldə etmişdir. Qızıl zinət əşyalaım satdığı mağazaların konkret olaraq yadında olmadığını, metronun «20 Yanvar» stansiyasının çıxışında olan mağazların qarşısına getsə, xatırlamağa çalışacağını lakin konkret olaraq yadında qalmamışdır. O ancaq Zərərçəkmiş şəxs paltosunun cibində pul kisəsinə qoyduğu pullardan oğurluq etdiyini, Zərərçəkmiş şəxs dedikləri kimi eyvanda olan əl çantasının içərisindən əlavə olaraq 1550 ABŞ dolları pulu oğurlamamışdır. Üzərində olan həmin pulların üzərinə “etibarsızdır” yazısı yazılmış, lakin üzərində olan həmin yazını bilərək silmişdir ki, pulları dəyişən zaman bilinməsin və pulları oğlu Əkbər monopolya adlı oyunda istifadə etməsi üçün almışdır. Həmin pulları “TikTok” sosial şəbəkəsindən almışdır. Həmin pulu üzərində gəzdirməkdə məqsədinin isə imkan olarsa, yenə pul götürə bilsə, yerinə qoymaq olmuş, lakin oğurluq etməyi ortaya çıxdığı üçün əlavə oğurluq edə bilməmişdir. Həmin saxta pullarla satış etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək səmimi peşman olmasını, eləcə də himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, mülki iddianın rədd edilməsini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona verilmiş suala cavab olaraq bildirmişdir ki, 1 ədəd sarı rəngli metal boyunbağını və 1 ədəd sarı rəngli metaldan üzərində bir ədəd göy rəngli və ağ şəffaf qaşları olan olan sırğa cütü-üzük dəstini Koroğlu metrostansiyası yaxınlığında olan mağazadan almışdır bujiteriyadır, həmin əşyaları oğurladığı əşyaların əvəzinə yerləşdirrmişdir ki, oğurlanmış əşyaların itkisi bilinməsin. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ünvan 5 ünvanında oğlunun ailəsi ilə birlikdə yaşayır. Sona adlı qadın 2023-cü ilin avqust ayından Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən bağ evlərində təmizlik işi etmişdir. Sonanın onların evini təmizləməsi üçün əməyinin qarşılığı olaraq aylıq 400 manat pul vermişlər. 2023-cü ilin sentyabr ayından Sona onun Yasamal rayonu Yeni Yasamal 1 ev 10-da yerləşən 176 nömərli mənzilinin təmizlik işlərini də görməyə başlamışdır. Qeyd edilən mənzildə oğlu və onun ailə üzvləri ilə birlikdə yaşayır. Sonaya mənzilin bütün otaqlarına girərək təmizlik işləri görməsinə icazə vermişdir. Yataq otağında 7.200 ABŞ dolları və 3500 manat pulu pul qabının içərisinə qoyaraq paltar dolabında olan paltomun sağ qoltuq cibinə qoymuşdur. Qızıl-zinət əşyalarını isə həmin paltomun sol yan cibinə qoymuşdur. 3500 ABŞ dolları pulu və 6.000 manat pulu parçaya bükərək əl çantasının içərisinə qoyub otağının qarşısında olan eyvanda ayaqqabı qutularının arasına qoymuşdur. 2023-cü ilin noyabr ayının sonlarında artıq onun pullarının üzərindən əskilmə olduğunu aşkar etmişdir. İlk öncə düşünmüşdür ki, ola bilsin pulları qoyduğu yerlıəri dəqiq bilmir, günahı özündə axtarmışdır. xx.xx.2023-cü il tarixdə Ümrə ziyarətinə gedən zaman paltar dolabında paltomun cibində olan 7.200 ABŞ dolları puldan 2.600 manatını götürüb getmişdir. xx.xx.2023-cü il tarixdə Ümrə ziyarətindən qayıtdıqdan sonra üzərində olan pulları paltomun cibinə qoyan zaman görmüşdür ki, pul qabında olan 4600 ABŞ dolan pulunun yerində olmadığını görmüşdür, lakin həmin pul qabında dollarların yanında olan 3500 manat pulun yerində olduğunu gördüyü üçün ilk əvvəl heç kimə məlumat verməmiş, düşünmüşdür ki, hesabında səhvlər edir. Bundan sonra ziyarətdən gəldikdən sonra üzərində olan 2.000 ABŞ dollarını həmin paltomda olan pul qabımın içərisinə qoymuşdur. 2023-cü ilin dekabr ayının sonlarına yaxın eyvanda əl çantasının içərisinə qoyduğu 3.500 ABŞ dolları köhnə olduğu üçün banka gedərək onu yeni ABŞ dollarları ilə əvəz etmişdir. Bankda olan zaman bank əməkdaşı həmin pullardan 150 ABŞ dollarının saxta olduğunu bildirmiş və ona qaytarmış, o da həmin saxta pulları cırıb zibil qabına atmışdır. Dəyişdirdiyi 3.350 ABŞ dollarını isə yenidən öz yerinə yəni eyvanda olan əl çantasının içərisinə qoymuşdur. Pulu dəyişdirdiyi gündən təxminən 3 gün sonra ziyarətdən gələn zaman paltomun cibində olan pul qabının içərisinə qoyduğu 2.000 ABŞ dollarının və orada olan 3500 manat puldan 2000 manatının yerində olmadığını aşkar etdikdən sonra oğlu Sadiqə məlumat vermişdir. O, bu hadisələrin hamısını oğlu Sadiqə danışmışdır. Bundan sonra oğlu ilə onda belə bir şübhə yaranmışdır ki, onun pullarını xadimə Sona oğurlamışdır. xx.xx.2023-cü il tarixdə ona yataq otağına müşahidə kamerası quraşdırdır. xx.xx.2023-cü il tarixdə Sonanı otağıma dəvət etmiş, otaqda Sonaya müşahidə kamerasını göstərmiş və bildirmişdir ki, bu müşahidə kamerası onların həm görüntüyə alır, həm də səslərini qeyd edir. Hətta bildirmişdir ki, bu günə qədər nə qədər pulunu oğurladığını necə oğurladığını etiraf etməsini bildirmişdir. Bundan sonra Sona əyarı 585 olan 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük 3000 manat dəyərində olan komplekti metronun 20 Yanvar stansiyasının yaxınlığında satdığını bildirmişdir. Daha sonra Sonadan götürdüyü pulları kimə verdiyini soruşmuşdur. Sona götürdüyü puldan 4.000 özünün deməsinə görə torpaq sənədləşməsi üçün notariusa verdiyini, yaşadığı məhəllədə qonşusu ilə problemi olduğu üçün 1200 manat pulu falçıya verdiyini, qalan pulları isə ailəsinə xərclədiyini bildirmişdir. Bundan sonra gəlini Şahid2 102 xidmətinə məlumat vermişdir. Məlumat əsasında mənzilə polis əməkdaşları gəlmiş, polis əməkdaşları çəkiliş və sənədləşmə etdikdən sonra birlikdə 29-cu Polis şöbəsinə getmişlər. Polis şöbəsində olan zaman Sona 1 ədəd təxminən 70 qram çəkidə 750 əyarlı 5.000 manat dəyərində olan boyun bağını da metronun 20 Yanvar satnsiyasmm yaxınlığında satdığını bildirmişdir. Sona hətta etiraf edərək bildirmişdir ki, həmin qızıları götürərək saxtası ilə əvəz etmişdir. Sonanın dəyişdirdiyi boyunbağı qızıl olan boyunbağına oxşadığı üçün şübhə yaranmamışdır. Sona şöbədə olan zaman dollarları götürdükcə saxta dollarlarla əvəz etdiyini bildirmişdir və hətta şöbədə onun üzərində saxta ABŞ dolları və milli pullar çıxmışdır. Şöbədə ifadə verdidkdən sonra evdə baxan zaman görmüşdür ki, yenisi ilə əvəz etdirdiyi 3350 ABŞ dolları pulundan 1550 ABŞ dollarını götürdüyünü aşkar etmişdir. Həmçinin yenisi ilə əvəz edən zaman bankda bank əməkdaşının 150 ABŞ dolları pulumun saxta olduğunu bildirdiyi pulu da Sona dəyişmişdir. Hazırda isə əlavə olaraq bildirir ki, eyvanda parçanın arasında saxladığı qalıq qalmış, 1.700 ABŞ dolları saxtadır və paltomun cibində qalan 1.500 manat pulu da saxtadır. Qeyd etdiyi pulları da Sona dəyişərək oğurlanmışdır. Beləliklə onun yaşadığı mənzildən 10.000 ABŞ dolları və 3.500 manat pulları, eləcə də 3000 manat dəyərində 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük dəsti və 5000 manat dəyərində qızıl boyunbağı oğurlanmış və nəticədə ümumilikdə 28.500 manat maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə məlumatı gəlini Şahid2 məlumat vermişdir və verdiyi dəqiq məlumat olmamışdır. Hadisə yeni olan zamanlarda evinə tam olaraq baxmadığı üçün dəqiq olaraq nələrinin oğurlandığını bilməmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayından dekabr aymadək olan müddət ərzində onun evindən 10.000 ABŞ dollarını, 3.500 manatını və 3000 manat dəyərində 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük dəsti, eləcə də 5000 manat dəyərində boyunbağımı oğurlayaraq ona ümumilikdə 28.500 manat maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə müraciət edərkən hadisənin 2023-cü ilin sentyabr ayından 2023-cü ilin dekabr aymadək olan müddət ərzində baş verdiyini mexaniki olaraq qeyd etmişdir. Lakin evindən oğurluq hadisəsi 2023-cü ilin noyabr ayından dekabr aymadək olan müddət ərzində baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onun barəsində ağır cəza təyin edilməsini və tərəfindən veruilmiş mülki iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.Bundan əlavə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı mülki iddia ərizəsi təqdim edərək cavabdeh Təqsirləndirilən şəxs ona dəymiş 28.500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində maddi ziyan, iddiaçı tərəfindən ödənilmiş 176 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında həyat yoldaşı Sadıq Əliyev və qayınatası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2023- cü ilin avqust ayından Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən bağ evində təmizlik işləri etmişdir. Sonanın onların evini təmizləməsi üçün əməyinin qarşılığı olaraq aylıq 400 manat pul vermişlər. 2023-cü ilin sentyabr ayından Sona onun Yasamal rayonu Yeni Yasamal 1 ev 10-da yerləşən 176 nömrəli mənzillərinin təmizlik işlərini də görməyə başlamışdır. Sonaya mənzilin bütün otaqlarına girərək təmizlik işləri görməsinə icazə verilmişdir. X9 xx.xx.2023-cü il tarixdə pullarının və qızıl zinət əşyalarının oğurlanması barədə ona bildirmiş, o da hadisə barədə DİN-nin 102 xidmətinə mobil telefonu ilə zəng etməklə məlumat vermişdir. Sonradan X9 ona və Sadıq Əliyevə bildirmişdir ki, Sona ona məxsus 10000 ABŞ dolları, 3.500 manat pullarını və 3000 manat dəyərində 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük dəstini, eləcə də 5000 manat dəyərində qızıl boyunbağını oğurlayaraq ona ümumilikdə 28.710 manat məbləğində maddi ziyan vurmuşdur. Sonra oğurladığı pulların bəzilərinin yerinə 100 ABŞ dolları nominallı və 100 Azərbaycan manatı nominallı pul əskinaslarına oxşar oyuncaq pulları, oğurladığı qızıl-zinət əşyalarının yerinə isə qızl olmayan biyuteriya adlanan bir cüt sırca və üzük, boyunbağı qoymuşdur. Həmin pullar və qızıl zinət əşyaları qayınatam Zərərçəkmiş şəxs Azərbacan məxsus olmuşdur. Zərərçəkmiş şəxs həmin pulları və qızıl-zinət əşyalarını necə saxlaması ilə bağlı məlumatım olmamışdır. Oğurluq hadisəsi baş verdikdən sonra qaynatası Zərərçəkmiş şəxs pullarının bir hissəsini və qızıl zinət əyşalarmı özünə məxsus yataq otağında paltar dolabından asdığı paltosunun cibinə, bir hissəsini də parçaya bükərək əl çantasının içərisinə qoyub otağının qarşısında olan eyvanda ayaqqabı qutularının arasına qoyduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsindən məlum olmuşdur ki, o da digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadələrində göstərdiyi halları və xüsusatları təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində ifadə vermiş yetkinlik yaşma çatmayan X7 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda anası X5, atası X6 və bacısı Fatimə Qasımova ilə birlikdə yaşayır. O, Masazır orta məktəbinin 7-ci sinif şagirdidir. Anası Təqsirləndirilən şəxs xadimə işlədiyi ünvan 8 ünvanından ev sahibi Zərərçəkmiş şəxs məxsus pulları və qızıl zinət əşyalarını oğurlaması ilə bağlı anası Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra məlumatı olmuşdur ki, həmin mənzildən oğurluq etmişdir. Anası Təqsirləndirilən şəxs oğurluq etmə üsulu ilə bağlı məlumatı olmamışdır, lakin onun monopolya adlı oyunu oynamağı üçün ondan xahiş etmişdir ki, onun üçün həmin üzərinə «etibarsızdır» yazısı olan pullardan alsın. Həmin pulları istəməkdə məqsədi isə oyunun maraqlı olması üçün olmuşdur. Həmin oyunu pulla oynanıldığı üçün istəmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanıdır. Mənzil 3 otaqdan ibarətdir, giriş qapısından daxil olduqdan sonra dəhliz, giriş qapısından sol tərəfdə yataqda otağı və hadisənin baş verdiyi otaq yataq otağıdır. (İ/V. 8-10). “Könüllü təqdim etmə haqqında” 30 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən könüllü olaraq mobil telefonun arxa hissəsində saxladığı eyni seriya və nömrəli (LB ********* B2)- 15 ədəd 100 ABŞ dolları nominallı kağız pul əskinasları və eyni seriya və nömrəli A00547024 3 ədəd Azərbaycan Respublikasının 100 manat nominallı kağız pul əskinaslarını könüllü olaraq təqdim etmişdir. (İ/V. 12-13). “Şübhəli şəxsin tutulması haqqında” 30 dekabr 2023-cü il tarixli protokoldan və 1 yanvar 2024-cü il tarixli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (İ/V. 41-42, 76-80). “Götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi əşyalara baxış keçirilərkən Sabir Əliyev ağzı göy rəngli iplə bağlanmış, göy rəngli, uzunluğu 12 sm, eni 8,8 sm ölçüdədə torbacığm içərisində uzunu 60,4 sm, eni 0,6 sm ölçüdə sarı rəngli boyunbağını, göy rəngli qaşları olan sarı rəngli bir cüt sırğa, göy rəngli qaşı olan sarı rəngli üzük olmasını, 17 ədəd 100 ABŞ dolları nominallı kağız əskinasları eyni seriya və nömrəli (LB ********* B2) olmaqla sol tərəflərinə yazılmış «etibarsızdır» sözü pozulduğundan həmin sözun fraqmetləri qalmışdır, həmin pul nişanları surətçıxaran çihaz vaitəsilə bir ədəd nüsxədən çıxarılmasına oxşayır. 15 ədəd Azərbaycan Respublikasının 100 manat nominallı kağız əskinasları eyni seriya və nömrəli (A********) olmaqla sağ tərəflərinə yazılmış «etibarsızdır» sözü pozulduğundan həmin sözun fraqmetləri qalmışdır, həmin pul nişanları da surətçıxaran çihaz vaitəsilə bir ədəd nüsxədən çıxarılmasına oxşayır, Zərərçəkmiş şəxs təqdim etdiyi əşyalar və kağız pul əskinaslara oxşar pul nişanlarını zərflərə qablaşdırılaraq iş üçün sübutu əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (İ/V. 114-115). xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı, eləcə də məhkəmədə verdiyini ifadələri Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. “Kompleks məhkəmə fiziki-kimyəvi əmtəəşünaslıq” ekspertizasının təyin olunması haqqında xx.xx.2024-cü il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/946-9/1247 saylı xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd sarı rəngli metal boyunbağı- metal dəmir əsaslı ərintidən kustar üsulla hazırlanmışdır, çəkisi 46,48 qramdır. Bujiteriyadır, qiyməti 10 manatdır, 1 ədəd sarı rəngli metaldan üzərində bir ədəd göy rəngli və ağ şəffaf qaşları olan olan sırğa cütü-üzük dəsti- metalı qiymətsiz əlvan metal ərintisindən kustar üsulla hazırlanmışdır,çəkisi 7,79 qramdır. Qaşdları qiymətli qaşlara aid deyil, Bujiteriyadır. Qiyməti 10 manatdır, tətqiqata təqdim olunmuş məmulatların 2023-cü ilin noyabr dekabr aylarına olan bazar qiyməti ilə dəyərləri 35,0 manat müəyyən edilmişdir. (İ/V. 179-182). “Məhkəmə texniki ekspertizasının” təyin olunması haqqında xx.xx.2024-cü il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 5/124 saylı xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş 15 ədəd 100 nominal X3 dolları və 3 ədəd Azərbaycan manatı pul əskinaslarma oxşar tədqiqat oöbyektləri fıziki-kimyəvi, texnoloji və poliqrafıq mühafizə vasitələrdlə təchiz olunmamış, ABŞ X10(X11) və mərkəzi bank tərəfindən tədavülə buraxılmış eyi nominallı pul əskinasları ilə eynilik təşkil etmir, həmin tədqiqat obyekləri ofset çap üsusu ilə hazırlanmışdır. Tətqata olunat obyektlərin fraqmetləri və rekvizitləri dəyişdirilməmişdir. (İ/V. 183-186). “Sənədlərin məhkəmə texniki ekspertizasının” təyin olunması haqqında xx.xx.2024-cü il tarixdə qəbul olunmuş qərara əsasən aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 5/208 saylı xx.xx.2024- cü il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi LB seriyalı ********* B2 nömrəli 17 ədəd 100 nominal X3 dollarına və 15 ədəd Azərbaycan Respublikasının A seriyalı 00547024 nömrəli 100 manat nominallı pul əskinaslarma oxşar tədqiqat obyektləri fıziki-kimyəvi, texnoloji və poliqrafıq mühafizə vasitələrdlə təchiz olunmamış, ABŞ X10 (X11) və mərkəzi bank tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinasları ilə eynilik təşkil etmir, həmin tədqiqat obyekləri ofset çap üsusu ilə hazırlanmışdır. Tədqiq olunan obyektlərin fraqmetləri və rekvizitləri dəyişdirilməmişdir. (İ/V. 187-190). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (İ/V. 96). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq cinayətinin törədilməsində istifadə etdiyi ilkin təhqiqat zamanı xx.xx.2023-cü il tarixli protokolla götürülmüş üzərlərində «etibarsızdır» sözü yazılmış 15 ədəd LB seriyalı ********* B2 nömrəli 100 nominallı X3 dolları və 3 ədəd A seriyalı 00547024 nömrəli 100 nominallı Azərbaycan Respublikasının manatı pul əskinaslarma oxşar, Zərərçəkmiş şəxs təqdim etdiyi 17 ədəd LB seriyalı ********* B2 nömrəli 100 nominallı X3 dollarına və 15 ədəd A seriyalı 00547024 nömrəli 100 nominallı Azərbaycan manatı pul əskinaslarma oxşar pul nişanları, çəkisi 46,48 qram dəmir əsaslı ərintidən kustar üsulla sarı rəngli metaldan hazırlanmış 1 ədəd bijuteriya boyunbağını və çəkisi 7,79 qram olan əlvan metal ərintisindən kustar üsulla hazırlanmış göy rəngli və ağ şəffaf qaşları olan bir dəst bijuteriya sırğa cütü və üzüyü maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. (İ/V. 194-206). “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X4 adlı bir qızı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını, himayəsində uğağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 dekabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, İş üzrə maddi sübut kimi tanınmış üzərlərində «etibarsızdır» sözü yazılmış 15 ədəd LB seriyalı ********* B2 nömrəli 100 nominallı X3 dolları və 3 ədəd A seriyalı 00547024 nömrəli 100 nominallı Azərbaycan manatı pul əskinaslarına oxşar, Zərərçəkmiş şəxs təqdim etdiyi 17 ədəd LB seriyalı ********* B2 nömrəli 100 nominallı X3 dollarına və 15 ədəd A seriyalı 00547024 nömrəli 100 nominallı Azərbaycan manatı pul əskinaslarına oxşar pul nişanlarının Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağında” saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağında” saxlanılan çəkisi 46,48 qram dəmir əsaslı ərintidən kustar üsulla sarı rəngli metaldan hazırlanmış 1 ədəd bijuteriya boyunbağı və çəkisi 7,79 qram olan əlvan metal ərintisindən kustar üsulla hazırlanmış göy rəngli və ağ şəffaf qaşları olan bir dəst bijuteriya sırğa cütü və üzüyü Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 28.500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində maddi ziyan, İddiaçı tərəfindən ödənilmiş 176 manat məbləğində dövlət rüsumu ümumilikdə 28.676 (iyirmi səkkiz min altı yüz yetmiş altı) manat alınıb ona verilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir. Həmin cinayət işi (1(004)-298/2024) üzrə o istintaq orqanı tərəfindən zərər çəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində ona 28500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində maddi ziyan dəymişdir. Bu səbəbdən də hesab edir ki, hazırki iş üzrə onun mülki iddiaçı qismində tanınmağı tam əsaslıdır və cinayət prosessual qanunvericiliyinin tələblərinə də uyğundur. Buna görə də ona dəymiş maddi zərər qismində 28.500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində maddi ziyan və İddiaçı tərəfindən ödənilmiş 176 manat məbləğində dövlət rüsumunun ümumilikdə 28.676 (iyirmi səkkiz min altı yüz yetmiş altı) manatın Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə, hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan iş materiallarına tikilmiş iltizamlarla tam sübut olunur. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 28.500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində maddi ziyan, İddiaçı tərəfindən ödənilmiş 176 manat məbləğində dövlət rüsumu ümumilikdə 28.676 (iyirmi səkkiz min altı yüz yetmiş altı) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 30 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış üzərlərində «etibarsızdır» sözü yazılmış 15 ədəd LB seriyalı ********* B2 nömrəli 100 nominallı X3 dolları və 3 ədəd A seriyalı 00547024 nömrəli 100 nominallı Azərbaycan manatı pul əskinaslarına oxşar, Zərərçəkmiş şəxs təqdim etdiyi 17 ədəd LB seriyalı ********* B2 nömrəli 100 nominallı X3 dollarına və 15 ədəd A seriyalı 00547024 nömrəli 100 nominallı Azərbaycan manatı pul əskinaslarına oxşar pul nişanlarının Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağında” saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağında” saxlanılan çəkisi 46,48 qram dəmir əsaslı ərintidən kustar üsulla sarı rəngli metaldan hazırlanmış 1 ədəd bijuteriya boyunbağı və çəkisi 7,79 qram olan əlvan metal ərintisindən kustar üsulla hazırlanmış göy rəngli və ağ şəffaf qaşları olan bir dəst bijuteriya sırğa cütü və üzüyü Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 400 (dörd yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 28.500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində maddi ziyan, iddiaçı tərəfindən ödənilmiş 176 manat məbləğində dövlət rüsumu ümumilikdə 28.676 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-298/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-298/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver