Məhkəmə qərarları › İş №1(004)-299/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-299/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-299/2021 28.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Heydərova Gülmaya Rasim qızının və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb təkrar törədilməklə oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 mart 2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 2 ünvanda yerləşən mənzilin qapısını ayaqaltının altından götürdüyü açarla açıb, yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla ona məxsus olan 105 manat nəğd pulu, bir ədəd dəyəri 800 manat olan «Samsung A 50» markalı mobil telefonu, bir ədəd dəyəri 350 manat olan «Samsung J 4 Plus» markalı mobil telefonu, dörd ədəd hər birinin dəyəri 50 manat olmaqla ümumlikdə 200 manat yataq örtüyünü, bir ədəd dəyəri 80 manat olan üzərində “Rufuete” yazısı olan, açıq qara rəngdə sintetik parçadan qadın gödəçkəni, bir ədəd dəyəri 120 manat olan üzərində “Manqo” yazısı olan qırmızı rəngdə qadın pəncəyini, bir ədəd dəyəri 100 manat olan istifadədə olmuş, üzərində “İroni” yazısı olan, qırmızı rəngdə qadın şalvarını, dörd cüt hər birinin dəyəri 50 manat olmaqla ümumlikdə 200 manat qadın ayaqqablarını, bir ədəd dəyəri 40 manat olan saç fenini, bir ədəd dəyəri 40 manat olan paltar ütüsünü, bir ədəd dəyəri 20 manat olan dini tablo suvenirini, bir ədəd dəyəri 60 manat olan oyuncan ayı suvenirini, 2 ədəd hər birinin dəyəri 100 manat olamaqla ümumilikdə 200 manat qadın gödəçkələrini, bir ədəd dəyəri 100 manat olan qadın paltosunu, dörd ədəd hər birinin dəyəri 37 manat 50 qəpik olmaqla ümumlikdə 150 manat qadın əl çantalarını, bir ədəd dəyəri 50 manat olan qadın dırnaq aparatını və bir ədəd dəyəri 25 manat olan qadın saç qaynağı aparatını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumllikdə 2.640 (iki min altı yüz qırx) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 mart 2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 3 ünvanda yerləşən mənzilin giriş qapısı ilə üzbəüz yerləşən divar şkafının kilidlənmiş qapısını zərblə dartıb açaraq saxlanc yerinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla ona məxsus olan bir ədəd dəyəri 120 manat olan dəyərində açılıb-bağlanan çarpayını, bir ədəd dəyəri 60 manat olan dəmir qaz balonu, bir ədəd dəyəri 80 manat olan açılıb-bağlanan nərdivanı, 10 predmetli «Madonna» servizi ümumi dəyəri 300 manat olan bir ədəd üzərində “Kahla” yazısı olan iri çaydanı, bir ədəd kiçik çaydanı, iki ədəd salfet qabını, bir ədəd qənd-şəkər qabını, bir ədəd kiçik fincanı, bir ədəd limçəni, bir ədəd limçə qapağını, iki ədəd düz qabılarını, 10 ədəd 1,2 və 3 litr həcmli şüşə balonlarında olan hər birinin dəyəri 7 manat manat olmaqlda ümumlikdə 70 manat mürəbbə və turşunu və 5 cüt hər birinin dəyəri 50 manat olan ümumilikdə 250 manat olmaqla kişi ayaqqabılarını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumllikdə 880 (səkkiz yüz səkksən) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 mart 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 4 ünvanda yerləşən mənzilin giriş qapısının sağ yan tərəfində yerləşən divar şkafının kilidlənmiş qapılarını zərblə dartıb açaraq saxlanc yerinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs3 mülkiyyətində olmaqla ona məxsus olan bir ədəd dəyəri 50 manat olan qaz balonu, 15 ədəd 800 qramlıq şüşə balonlarında olan hər birinin dəyəri 4 manat olmaqla ümumlikdə 60 manat müxtəlif növdə mürəbbələrini, 10 ədəd 2 litr həcmli şüşə balonlarında olan hər birinin dəyəri 10 manat olmaqla ümumlikdə 100 manat olan mürəbə və kompotlarını, 20 cüt istifadə edilmiş hər birinin dəyəri 17 manat 50 qəpik olmaqla ümumlikdə 350 manat olan qadın qış və yay ayaqqabılarını və bir dəst ümumi dəyəri 40 manat olan təmir alətlərini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumllikdə 600 (altı yüz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, vaxtaşırı müxtəlif narkotik vasitələrdən istifadə edir. Bu əməllərinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan əlavə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Təxminən bir ildir ki, heç bir yerdə işləmir və vəziyyətinin pis olması ilə əlaqədar oğurluq etməyə başlamışdır. 15 mart 2021-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, ünvan 5 ünvanın «A» blokuna daxil olaraq liftlə 18-ci mərtəbəyə qalxıb həmin mərtəbədə olan mənzillərin rezin ayaqaltılarını qaldırıb altına baxmağa başlamışdır ki, bəlkə kimsə qapının açarını ora qoymuş olar. Bu zaman 123 nömrəli mənzilin qarşısındakı ayaqaltının altında bir ədəd açarın olduğunu görüb götürərək, həmin açarla qapını açıb mənzilə daxil olmuşdur. Həmin mənzilə daxil olduqdan sonra mənzilin içərsində üç ədəd iri sellofan torbalar taparaq 3-4 ədəd yataq örtüklərini, müxtəlif qadın geyimlərini, 3 ədəd parçadan və 1 ədəd dəridən olan qısa palto və gödəkcələri, bir cüt qadın idman ayaqqabılarını, bir ədəd saç fenini, bir ədəd dini suveniri, bir ədəd qadın əl çantasını və kosmetik ləvazimatları həmin torbalara yerləşdirərək mənzilin qapısını bağlayaraq mənzili tərk etmişdir, açarları isə götürdüyü yerə qaytarmış və həmin yaşayış kompleksini tərk etmişdir. Bundan sonra o oğurladığı əşyaları Yeni Yasamal-2, Əsəd Əhmədov küçəsi, 4 saylı binanın arxa tərəfində elektrik transformator köşkünün yanında yerləşən zibil tullantılarının yığıldığı və insanların adətən ora baş çəkmədiyi yarı-zirzəmi kimi olan yerə yığmışdır. Həmin günü təxminən saat 20 radələrində o, oğurladığı əşyaların bəzilərini “20 Yanvar” metro stansiyasının ətrafında rayonlara gedən tanımadığı şəxslərə dəyər-dəyməzinə satmış və satışdan əldə ediyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə 20 mart 2021-ci il tarixdə təxminən saat 17 radələrində o, oğurluq etmək məqsədi ilə bir daha «Etalon» yaşayış kompleksinin «B1» blokuna daxil olub, 6-cı mərtəbəsinə çatdıqda dəhlizdə liftdən solda plastikdən olan saxlanc yerini görmüşdür. Bundan sonra o, həmin saxlanc yerinin aşağı hissəsində olan qapının qulpundan tutub möhkəm dartaraq qapını açmışdır. Qapını açdıqdan sonra oradan bir ədəd karton qutunun içərisində olan “Madonna” serviz dəstini, təxminən 7-8 ədəd kiçik şüşə balonlarda mürəbbə və turşuları, bir cüt qadın idman ayaqqabıları, balaca qaz balonunu götürərək həmin yerdən uzaqlaşmışdır. Bundan sonra o, oğurladığı həmin əşyaları da aparıb Yeni Yasamal-2, Əsəd Əhmədov küçəsi, 4 saylı binanın arxa tərəfində elektrik tranformator köşkünün yanında yerləşən həmin yarı-zirzəmiyə yığmışdır. Səhərsi günü beş şüşə mürəbbəni və idman ayaqqabılarının «20 Yanvar» metro stansiyasının müxtəlif rayonlara gedən tanımadığı şəxslərə dəyər-dəyməzinə sataraq, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. 21 mart 2021-ci il tarixdə saat 20 radələrində bundan əvvəl oğurluq etdiyi ünvandan bir daha oğurluq etmək məqsədi ilə həmin binanın 18-ci mərtəbəsinə qalxaraq onu ətrafda görən olmadığına əmin olduqdan sonra, divar şkafın qulpların dəstəyini güclə aşağı istiqamətdə itələməklə zəif olan kilidlərini qırmış və oradan 2 litr ölçülü mürəbbə və kompotları, ayaqqabıları, bir ədəd iri olmayan qaz balonunun və bir neçə usta təmir alətlərinı şkafdan göütürüb pilləkənlərinin yanına yığmışdır. Bundan sonra o, həmin əşyaları iki iri tutumlu sellofan çantasına yığaraq oradan aparmış və bundan əvvəl oğurladığı əşyaları gizlətdiyi yerə yığmışdır. Daha sonra bəzi mürəbbə və kompotları o istifadə etmiş, bir hissəsini isə digər oğurladığı əşyalarla birlikdə küçələrdə gəzə-gəzə tanımadığı şəxslərə dəyər-dəyməzinə satıb, əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdir. 01 iyun 2021-ci il tarixdə saat 18 radələrində Yasamal RPİ-nin 29-cu polis şöbəsinin əməkdaşları onu həmin oğurluqlarla bağlı sorğu-sual etmişlər və o, etdiyi oğurluqları etiraf edərək polis əməkdaşları ilə birlikdə oğurladığı əşyaları yığdığı yarızirzəmini göstərmişdir. Bundan sonra o, oğurladığı əşyalardan satmadığını polis əməkdaşlarına təqdim etmişdir. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxslərə dəymiş zərərərin ödənildiyini, onlarla barışdığını və cavan olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 qızı ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 6 ünvanda yaşayır. Həmin mənizil kompleksin «A» blokunun 18-ci mərtəbəsində yerləşir. 14 mart 2021-ci il tarixdə saat 19 radələrində qızı Rövşanə Heydərova ilə birlikdə yaşadıqları mənzildən çıxıb, açarla qapının kilidini bağlayaraq, açarı qapının önündəki rezin ayaqaltının altına qoyub bağa getmişlər. Həmin açarları ora qoymağına səbəb qızının onlardan əvvəl evə gəlməsi olmuşdur. 16.03.2021-ci il tarixdə saat 14:30-da o, evə gələrək açarı həmin yerdən götürüb və qapını açıb içəriyə daxil olarkən, mənzilin yataq otağında əşyaların dağınıq olduğunu görmüşdür. Təxminən saat 18 radələrində qızı evə gəldikdən sonra ona və qızına məlum oldu ki, qızı evdə olmamış və başqa kimsə onların mənzilinə daxil olaraq əşyalarını oğurlamışdır. Bundan sonra o, dərhal başa düşmüşdür ki, oğurluğu edən şəxs həmin açarla qapını açaraq evə daxil olmuş və sonrada bağlayıb yerinə qoymuşdur. Bundan sonra yaşadığı evə baxdıqda ona məlum olmuşdur ki, evdən ona məxsus 105 manat nəğd pul, bir ədəd dəyəri 800 manat olan «Samsung A50» markalı mobil telefon, bir ədəd dəyəri 350 manat olan «Samsung J4 Plus» markalı mobil telefon, dörd ədəd hər birinin dəyəri 50 manat olmaqla ümumlikdə 200 manat dəyərində yataq örtüyünü, bir ədəd dəyəri 80 manat olan istifadədə olmuş, üzərində “Rufuete” yazısı olan, açıq qara rəngdə sintetik parçadan olan qadın gödəçkəsi, bir ədəd dəyəri 120 manat olan istifadədə olmuş, üzərində “Manqo” yazısı olan qırmızı rəngdə qadın pəncəyi, bir ədəd dəyəri 100 manat olan istifadədə olmuş, üzərində “İroni” yazısı olan, qırmızı rəngdə qadın şalvarı, dörd cüt hər birinin dəyəri 50 manat olmaqla ümumlikdə 200 manat dərində qadın ayaqqabları, bir ədəd dəyəri 40 manat olan saç feni, bir ədəd dəyəri 40 manat olan paltar ütüsünü, bir ədəd dəyəri 20 manat olan dini tablo suveniri, dəyəri 60 manat olan bir ədəd suvinir oyuncaq ayısı, 2 ədəd hər birinin dəyəri 100 manat olmaqla qadın gödəkçələrini, bir ədəd dəyəri 100 manat olan qadın paltosunu, dörd ədəd hər birinin dəyəri 37 manat 50 qəpik olan ümumlikdə 150 manat dəyərində qadın əl çantalarını, bir ədəd dəyəri 50 manat olan qadın dırnaq aparatı və bir ədəd dəyəri 25 manat olan qadın saç qaynağı aparatını oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 2 min 640 manat məbləğində maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 qızı ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 7 ünvanda yaşayır. Yaşadığı mənzil kompleksin «B1» blokunun 6-cı mərtəbəsində yerləşir. Həmin mənzilin sağ tərəfində divarda əşyalar üçün plastik qapıları olan əşya şkafı vardır. Həmin şkafın iki qapısı hərəsi öz kilidi ilə bağlanır. Həmin şkafın içərisində o vacib lazım olmayan əşyalarını, müxtəlif mürəbbə və kompot şüşələri, ayaqqabılar, müxtəlif təmir alətlərini saxlayır. 22 mart 2021-ci il tarixdə gecə vaxtlarında qapı qonşusundan xəbər tutmuşdur ki, blokdakı şkaflardan oğurluq olub və öz şkafına baxanda aşkar etmişdir ki, oradan bir ədəd qaz balonu, 25 ədəd iri və balaca tutumlu şüşələrdə mürəbbə və kompotlar, ona məxsus 20 cüt müxtəlif markalı yay və qış ayaqqabıları, eləcə də təmir dəst alətləri oğurlanmışdır. Ona görə də o, DİN-in 102 xidməti Zəng Mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin oğurluq nəticəsində ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın ödənilmədiyini lakin, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 113-114-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, onun yaşadığı ünvan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal «Etalon» yaşayış kompleksi, Əsəd Əhəmdov küçəsi ev 41, mənzil 25 saylı ünvan binanın B1 blokun 6-cı mərtəbəsində yerləşir. Mənzili ilə üzbəüz yerdə plastik qapıları olan divar şkafı vardır. Həmin şkaf yuxarı və aşağı hissələrdən ibarət olmaqla hərəsinin qulpunun üzərində kilidləri vardır, açarla açılıb bağlanır. Həmin şkafın içərisinə o, evdə artıq yer tutan, lakin lazımlı əşyaları yığmışmır. 23 mart 2021-ci il tarixdə günün ikinci yarısında o, həmin şkafın aşağı gözündən özünə lazım olan əşya götürmək istəyən zaman həmin şkafın içərisinə qoyduğu ona məxsus bir ədəd dəyəri 120 manat olan dəyərində açılıb-bağlanan çarpayının, bir ədəd dəyəri 60 manat olan dəmir qaz balonu, bir ədəd dəyəri 80 manat olan açılıb-bağlanan nərdivanı, 10 predmetli ümumi dəyəri 300 manat olan kağız karton qutunun içərisində Almaniya istehsalı bir ədəd üzərində “Kahla” yazısı olan bir ədədi iri çaydan, bir ədəd kiçik çaydan, iki ədəd salfet qabı, bir ədəd qənd-şəkər qabı, bir ədəd kiçik fincan, bir ədəd limçə, bir ədəd limçə qapağı və iki ədəd düz qabıları «Madonna» servizini, 10 ədəd 1,2 və 3 litr həcmli şüşə balonlarında olan hər birinin dəyəri 7 manat manat olmaqlda ümumlikdə 70 manat mürəbbə və turşunu və 5 cüt hər birinin dəyəri 50 manat olan ümumilikdə 250 manat olmaqla kişi ayaqqabılarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Ona həmin cinayət nəticəsində ümumlikdə 880 manat məbləğində maddi ziyan dəymişdir. İstintaq dövründə əşyaların bir qismi ona natura şəkildə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 şikayəti əsasındahadisə yerinə baxış keeçirilmişdir. Hadisə yeri Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 41, mənzil 30 saylı mənzilin giriş qapısının qarşısıdır. Baxış zamanı həmin ünvan 16 mərtəbəli yeni tikili yaşayış binasının 6-cı mərtəbəsidir. Baxış keçirilərkən Zərərçəkmiş şəxs3 məxsus evinin giriş qapısı ilə üz-üzə durduqda sol hissəsində plasmas materiallı, 2 ədəd qapısı olan, təxmini hündürlüyü 2.5 sm ağ rəngli, sol tərəf qapısı yaşıl rəngli saxlanc yeri olması müəyyən edilmişdir. 6-cı mərtəbəyə liftdən çıxdıqda sağ tərəfdə üz-üzə Zərərçəkmiş şəxs3 mənzili, sol tərəfdə mənzil qapıları, sağ tərəfdə mənzil qapıları, Zərərçəkmiş şəxs3 mənzilinin sağ hissəsində digər saxlanc yeri vardır. Zərərçəkmiş şəxs3 mənzilinin saxlanc yerinin sol tərəfində elektrik, rabitə kabellərinin qutuları mövcuddur. (i.v. 9-10) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 10 ünvanda yerləşən “Etalon” yaşayış kompleksinin, “B1” blokunun, 6-cı mərtəbəsinə qalxdıqdan sonra Təqsirləndirilən şəxs liftin çıxışı ilə üzbəüz divarda “rabitə” qutusunun sol tərəfində yerləşən divar şkafını göstərib bildirmişdir ki, 21 mart 2021-ci il tarixdə saat 20 radələrində oğurluq etmək məqsədilə həmin şkafın qulplarının dəstəklərini zərblə vurub kilidlərini qırdıqdan sonra oradan bir ədəd qaz balonu, müxtəlif usta alətlərini, kiçik və iri tutumlu şüşə balonlarında mürəbbə və kompotları, müxtəlif qadın ayaqqqabılarını götürərək pilləkənlərə yığmış və oradan iki dəfəyə çantalarına yığaraq oradan da daşımaqla oğurlamışdır. (i.v. 25-26) “Baxış keçirilməsi haqqında” 16 mart 2021-ci il tarixli protokoldan görünür ki, haidsə yeri vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 “Etalon” yaşayış kompleksi, blok A, mənzil 123, (Əsəd Əhmədov küçəsi, ev 41) saylı ünvanda yerləşən bir otaqlı mənzildir. Mənzil yaşayış kompleksində A blokunun 18ci mərtəbəsində yerləşir. Həmin mərtəbədə ümumilikdə 7 mənzil vardır. Həmin mənzillərdən cəmi ikisində yaşayış vardır. Mərtəbədə videomüşahidə kameraları yoxdur. 123 saylı mənzilin giriş qapısı dəmir örtüklüdür, daxili kilidlə bağlanır, qarşısında döşəmədə rezin ayaqqabı vardır. Qapının üzərində və çərçivələrinin kənarında, eləcədə kilidin hissələrində zədə yoxdur. Giriş qapısı ilə üzbəüz yataq otağı yerləşir. Otaqda paltar şkafı, divan və “raskladuşka” tipli çarpayı vardır. Şkafın qarşısında və otağın içərisində əşyalar səliqəsiz şəkildə dağınıq vəziyyətdədirlər, döşəməyə atılmışlar. Yanakı yerləşən otaq mətbəx kimi istifadə olunur, içərisində masa, divan və televizor vardır, eyvana çıxan qapı var. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 14 mart 2021-ci il tarixdə saat 19:00-dan 16 mart 2021ci il tarixdə saat 14:30-dək evdə olmadıqları zaman oğurluq hadisəsi baş verib, müxtəlif geyim əşyaları və “Samsung” markalı mobil telefon oğurlanıb. Deməsinə görə açar bayırdakı ayaqaltının aşağısında olduğu üçün naməlum şəxs taparaq mənzilə daxil olmuş, sonra da qapını bağlayıb açarı yerinə qoymuşdur. (i.v. 54-59) “Baxış keçirmə və götürmə haqqında” 26 mart 2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 müraciəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 11 ünvanıdır. Hadisə yerində videomüşahidə kameraları mövcuddur. (i.v. 71) “Baxış keçirilməsi barədə” 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 12 ünvanın arxa tərəfində yerləşən TM-850 nömrəli transformator köşkünün yan tərəfində yerləşən yarımtikili sahədir. Həmin yarımsahə iki beton bloklardan inşa edilmiş, ön hissəsi yarı açıq vəziyyətdədir. Daxilində müxtəlif zibil tullantıları yığılmışdır. Təqsirləndirilən şəxshəmin yerə daxil olaraq bir ədəd qara rəngli sintetik gödəkçənin, bir dəst qırmızı rəngdə sintetik “Manqo” markalı qadın kostyumununolduğu sellofan torbanı və bir ədəd boşqab, bir ədəd qəndqabı, bir ədəd çaynik və qapağı, salfet qabının olduğu qutunu çıxararaq təqdim etdi və bildirdi ki, həmin əşyaların digər əşyalarla birlikdə 15.03.2021-ci il tarixdə “Etalon” yaşayış kompleksinin 6-cı mərtəbəsindəki saxlanc yerindən oğurlamışdır. (i.v. 76-80) “İfadənin yerində yoxlanması haqqında” 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 13 ünvanda yerləşən “Etalon” yaşayış kompleksinə gəldikdən sonra Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs1 yaşadığı mənzil A blokunun 18-ci mərtəbəsində, Zərərçəkmiş şəxs2 yaşadığı mənzil isə B1 blokunun 6-cı mərtəbəsində yerləşir. Bundan sonra A blokuna daxil olaraq 18-ci mərtəbəyə qalxdlqda Təqsirləndirilən şəxs əli ilə 123 saylı mənzilin giriş qapısını göstərib bildirmişdir ki, 15 mart 2021-ci il tarixdə saat 16 radələrində giriş qapısının ayaqaltısının altından götürdüyü açarla həmin qapını açaraq oradan oğurluq etmişdir. Bundan sonra B1 blokunun 6-cı mərtəbəsinə və burada 25 saylı mənzil ilə üzbəüz divar şkafını göstərib bildirdi ki, 20 mart 2021-ci il tarixdə saat 17 radələrində o, həmin şkafın alt gözünün qapısını dartaraq açmış və həmin şkafın içərisindəki əşyaları oğurlamışdır. (i.v. 120-125) “Baxış keçirilməsi haqqında” 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən əşyalar 01.04.2021-ci il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Yusif Ağayev tərəfindən Təqsirləndirilən şəxs götürülmüş 8 predmet “Madonna” servisi, bir ədəd arxa tərəfində “live me E.A.S.E.Special” yazısı olan gödəkcə, bir dəst qırmızı rəngdə qadın kostyumudur. Zərərçəkmiş şəxs1 həmin əşyalara baxış keçirilən zaman bildirmişdir ki, “Madonna” servis 8 ədəd predmet ona tanış deyil, bilmir ki, nə əşyalardır. Bundan sonra o bir ədəd qara rəngdə sintetik materialdan olan qsdın gödəkçəsinin və bir dəst qırmızı rəngdə qadın kostyumunun ona məxsus olmaqla 14-16.03.2021-ci il tarixlərində evində baş vermiş oğurluq zamanı oğurlanmış əşyalardan olduğunu bildirdi. (i.v. 134-135) “Əşyanın zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında” 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd istifadədə olmuş, üzərində “Rufuete” yazısı olan, açıq qara rənmgdə sintetik parçadan qadın gödəkçəsi, bir ədəd istifadədə olmuş, üzərində “Manqo” yazısı olan qırmızı rəngdə qadın pencəyi və bir ədəd istifadədə olmuş, üzərində “İroni” yazısı olan, qırmızı rəngdə qadın şalvarı Zərərçəkmiş şəxs1 təqdim edilmiş və o həmin əşyaları tanıyaraq ona məxsus olduğunu bildirmişdir. (i.v. 173-174) “Əşyanın zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında” 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd istifadədə olmuş, üzərində “Kahla” yazısı olan heç bir zədəsi olmayan “Madonna” servizinə aid səkkiz predmetin (bir ədədi iri çaydan, bir ədəd kiçik çaydan, iki ədəd salfet qabı, bir ədəd qənd-şəkər qabı, bir ədəd kiçik fincan, bir ədəd limçə və bir ədəd limçə qapağı) dəst şəklində Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və o həmin əşyaları tanıyaraq ona məxsus olduğunu bildirmişdir. (i.v. 175-176) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/2358 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 225.00 manat müəyyən olunur. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəində göstərilmişdir. (i.v. 213-216) “Maddi sübut kimi tanınma haqqında” 02 iyun 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd istifadədə olmuş, üzərində “Rufuete” yazısı olan, açıq qara rənmgdə sintetik parçadan qadın gödəkçəsi, bir ədəd istifadədə olmuş, üzərində “Manqo” yazısı olan qırmızı rəngdə qadın pencəyi və bir ədəd istifadədə olmuş, üzərində “İroni” yazısı olan, qırmızı rəngdə qadın şalvarı maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs1 və bir ədəd istifadədə olmuş, üzərində “Kahla” yazısı olan heç bir zədəsi olmayan “Madonna” servizinə aid səkkiz predmetin (bir ədədi iri çaydan, bir ədəd kiçik çaydan, iki ədəd salfet qabı, bir ədəd qənd-şəkər qabı, bir ədəd kiçik fincan, bir ədəd limçə və bir ədəd limçə qapağı) dəst şəklində maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs2 qaytarılmışdır. (i.v. 217-218) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 24 iyun 2021-ci il tarixli protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 14 mart 2021-ci il tarixdə onun yaşadığı, ünvan 14 ünvanın yataq otağında olan dolabın içərisindən ona məxsus geyim əşyalarını həmin yataq otağında olan yataq çarpayısının üzərində olan çarpayının örtüyünü, mətbəx otağında olan divanın üzərindəki, ona məxsus 2 ədəd mobil telefonlarını və dini tablo, oyuncaq ayılarını və saç qaynağını, əl çantasını və dırnaq aparatını istintaq zamanı tanıdığı Təqsirləndirilən şəxs oğurlamışdır. (i.v. 249-253) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 26 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ünvan 15 ünvanında yerləşən mənzilin yan hissəsindəki saxlanc yerindən 20 mart 2021-ci il tarixdə bir dəst “Madonna” servisini, bir ədəd çarpayını, bir ədəd qaz balonunu, bir ədəd nərdivanı, bir neçə ədəd 1, 2, 3 litrlik şüşə mürəbbə balonları, 5 cüt kişi ayaqqabıları oğurlanmışdır. (i.v. 254-257) “Zərəçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 28 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ünvan 15, 30 saylı mənzilin girişində yerləşən ona məxsus plastik materialdan hazırlanmış dolabın içərisindən ona məxsus saxlama yerindən sonradan istintaq zamanı ona adı, soyadı və atasının adı məlum olan Təqsirləndirilən şəxs tərəindən oğurlanmışdır. (i.v. 258-261) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 05 iyul 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 02 iyun 2021ci il tarixli qərarla maddi sübut kimi tanınmış, bir ədəd istifadədə olmuş, üzərində “Rufuete” yazısı olan, açıq qara rəngdə sintetik parçadan qadın gödəçkəsi, bir ədəd istifadədə olmuş, üzərində “Manqo” yazısı olan qırmızı rəngdə qadın pəncəyi, bir ədəd istifadədə olmuş, üzərində “İroni” yazısı olan, qırmızı rəngdə qadın şalvarı məhkəmənin yekun hökmünədək saxlanılması üçün Zərərçəkmiş şəxs1 qızına qaytarılması nəzərə alınmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 02 iyun 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış, bir ədəd istifadədə olmuş, üzərində “Kahla” yazısı olan heç bir zədəsi olmayan “Madonna” servizinə aid səkkiz predmetin (bir ədədi iri çaydan, bir ədəd kiçik çaydan, iki ədəd salfet qabı, bir ədəd qənd-şəkər qabı, bir ədəd kiçik fincan, bir ədəd limçə və bir ədəd limçə qapağı) dəst şəkilində olan əşyaları məhkəmənin yekun hökmünədək saxlanılması üçün Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın miqdarı ümumlikdə 2.640 (iki min altı yüz qırx) manat, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın miqdarı ümumlikdə 880 (səkkiz yüz səkksən) manat və Zərərçəkmiş şəxs3 isə dəymiş maddi ziyanın miqdarı ümumlikdə 600 (altı yüz) manat müəyyən edilmişdir. Təqsirləndirilmiş şəxs Məmmədov Ziya İlham oğlunun etirafedi ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokoları, ifadənin yerində yoxlanılması protokolları, təqdim olunmuş əşyaya baxış keçirilməsi protokolları, maddi sübut və digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 266-278) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqında 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 95) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 162-166) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 04.05.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31.05.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 10.05.2017-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 03 ay 04 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 10 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 197-199) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli 1(004)-342/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 202-207) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli 1(004)-97/2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlabnıldığı müddət, yəni 20 (iyirmi) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 209-212) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra və Prosbasiya Şöbəsinin 24.05.2021-ci il tarixli 21-1/25882 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum olunmasına dair hökm şöbənin icraatına 03.07.2020-ci il tarixdə daxil olmuş və cəza məhkum tərəfindən çəkilməmişdir. (i.v. 208) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay, yəni 01 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. (i.v. 246-248) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 23.09.2021-ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə təqsirləndirlən şəxs qismində tanınan Təqsirləndirilən şəxs ilə aralarında olan münaqişə yəni ona dəymiş ziyan ödənilməsə də, lakin Təqsirləndirilən şəxs qardaşı ilə qarşılıqlı razılaşma ilə ona dəymiş ziyanın ödənilməsi vəd edilib. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışlar. Bu halların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 28.09.2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs X4 ilə barışmışam və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Bu halların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 17.09.2021-ci il tarixli notarial ərizədən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(004)-299/2021 saylı cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Səhhəti ilə əlaqədar məhkəmədə zərərçəkmiş şəxs qismində iştirak edə bilmir. Həmin iş üzrə istintaqa verdiyi ifadəsini tam təsdiq edir. Ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayət və vəsatəti yoxdur və gələcəkdə də olmayacaq. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 04.05.2021-ci il tarixli tələbnamədən və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli 1(004)-342/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.05.2017-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 03 ay 04 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respulikasının Cınayət Məcəlləsinin 83.3.3-cü və 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun əməli residiv hesab olunmur. Bundan əlavə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli 1(004)-97/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci madəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.2 və 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Heydərova Gülmaya Rasim qızına dəymiş zərərin tam ödənilməsini, onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs3 ilə barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, CM-in 68.1.1-1-ci maddələrinə əsasən təyin edilmiş cəza (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə) qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Həmçinin, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli 1(004)-97/2019 nömrəli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, qəti cəza müəyyən olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən təyin edilmiş cəzaları (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə) qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalı, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli 1(004)-97/2019 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (11 ay 10 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzalara qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 01 aprel 2021-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış, bir ədəd istifadədə olmuş, üzərində “Rufuete” yazısı olan, açıq qara rəngdə sintetik parçadan qadın gödəçkəsi, bir ədəd istifadədə olmuş, üzərində “Manqo” yazısı olan qırmızı rəngdə qadın pəncəyi, bir ədəd istifadədə olmuş, üzərində “İroni” yazısı olan, qırmızı rəngdə qadın şalvarı Zərərçəkmiş şəxs1, maddi sübut kimi tanınmış, bir ədəd istifadədə olmuş, üzərində “Kahla” yazısı olan heç bir zədəsi olmayan “Madonna” servizinə aid səkkiz predmetin (bir ədədi iri çaydan, bir ədəd kiçik çaydan, iki ədəd salfet qabı, bir ədəd qənd-şəkər qabı, bir ədəd kiçik fincan, bir ədəd limçə və bir ədəd limçə qapağı) dəst şəkilində olan əşyaları Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21.10.2019-cu il tarixli 1(004)-97/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 10 (on) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, CM-nın 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd istifadədə olmuş, üzərində “Rufuete” yazısı olan, açıq qara rəngdə sintetik parçadan qadın gödəçkəsi, bir ədəd istifadədə olmuş, üzərində “Manqo” yazısı olan qırmızı rəngdə qadın pəncəyi, bir ədəd istifadədə olmuş, üzərində “İroni” yazısı olan, qırmızı rəngdə qadın şalvarı Zərərçəkmiş şəxs1, maddi sübut kimi tanınmış, bir ədəd istifadədə olmuş, üzərində “Kahla” yazısı olan heç bir zədəsi olmayan “Madonna” servizinə aid səkkiz predmetin (bir ədədi iri çaydan, bir ədəd kiçik çaydan, iki ədəd salfet qabı, bir ədəd qənd-şəkər qabı, bir ədəd kiçik fincan, bir ədəd limçə və bir ədəd limçə qapağı) dəst şəkilində olan əşyaları Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X3, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəməyədək icraat zamanı iştirak etdiyi 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat, Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar