Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-299/2022 15.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 mart 2022-ci il tarixdə saat 21:45 dəqiqədə ünvan 2 ünvanda “50 % Pub” gecə klubunun qarşısı ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq sonuncunun əlindəki içərisində hər birinin dəyəri 250 manat olmaqla ümumilikdə 500 manat dəyərində 2 ədəd dəri materialdan geyim kəməri, “Firuzə” daşla bəzədilmiş boyunbağı-qolbağı-üzük və sırğa cütündən ibarət 400 manat dəyərində bijuteriya zinyət əşyası, hər birinin dəyəri 30 manat olmaqla 2 ədəd 60 manat dəyərində dodaq boyası, 1 ədəd 30 manat dəyərində tonalnı kremi, 1 ədəd 25 manat dəyərində bəzək tuşunu, 1 ədəd 80 manat dəyərində yanaq fırçası, 1 ədəd 20 manat dəyərində yanaq üçün allıqını (rumyana), hər birinin dəyəri 20 manat olmaqla 2 ədəd 40 manat dəyərində göz karandaşlarından ibarət kosmetik əşyalar, 80 manat dəyərində 1 cüt qadın ayaqqabısı, 40 manat dəyərində 1 ədəd qadın ətəyi, 60 manat dəyərində 1 ədəd qadın köynəyi, 5 manat dəyərində 1 ədəd qadın pul kisəsi və 1 manat nağd pul olan sellofon torbanı dartıb almaqla açıq yolla talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1341 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı, şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 6, mənzil 13-də yaşayır. X4 2013-cü ildə vəfat etmişdir. 11 mart 2022-ci il tarixdə saat 21:25 radələrində ünvan 3 ünvanında yerləşən “Favorit” marketin qarşısına gəlmiş və marketin qarşısında dayandığı vaxt əvvəllər tanımadığı Zərərçəkmiş şəxs sağ əlində sellofon torba daxil olduğunu, onun əlindəki torbanın içində qara rəngli pul kisəsi olduğunu görmüşdür. Maddi vəziyyəti çətin olduğundan və banka kredit borcun olduğundan onun pul kisəsini ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə marketdən bazarlıq edib çıxaan Zərərçəkmiş şəxs izləməyə başlamışdır. Zərərçəkmiş şəxs marketdən bazarlıq edib çıxaraq Səməd Vurğun küçəsindən piyada Yasamal rayonu, Dilarə Əliyeva küçəsinə doğru hərəkət etmiş və onu izləməkdə davam etmişdir. Onun məqsədi Zərərçəkmiş şəxs kimsəsiz adamların olmadığı yerdə olduğu zaman torbanı onun əlindən dartıb alaraq ələ keçirmək olmuşdur. Zərərçəkmiş şəxs Dilarə Əliyeva küçəsi 112 nömrəli ünvanda yerləçən 50 % Pub gecə klubunun qarşısını keçdikdə arxadan cəld Zərərçəkmiş şəxs yaxınlaşaraq onun sağ əlində olan sellofon torbanı əlindən dartıb almış və küçənin əks istiqamətinə doğru sürətlə qaçmışdır. Zərərçəkmiş şəxs onun arxasınca qışqıraraq torbanı qaytarmağını desə də o, arxaya baxmadan təxminən 300-400 metr qaçaraq uzaqlaşmış, Zərərçəkmiş şəxs arxasınca gəlmədiyini görüb ünvan 4 ünvanda torbanı açdıqda torbanın içərisində qadın geyimləri və sair əşyalar olduğunu görmüş, torbanın içərisində olan pul kisəsini götürmüş, pul kisəsində 1 manat pul, 1 ədəd şəxsiyyət vəsiqəsi, 7 ədəd plastik bank kartları və qadın parfümeriyaları olduğunu görmüş,qadın paltarlarını, ayyaqabını və sair əşyaları, kisədə olan qadın parfümeriyası əşyalarını küçədə düzülmüş zibil qablarının arxasına atmışdır. Lakin pul kisəsi qarışıq 1 manat pulu, 7 ədəd plastik kartları və şəxsiyyət vəsiqəsini cibinə qoyaraq oradan Yasamal rayonu Əlövsət Quliyev küçəsi 102 binanın qarşısına gəlmişdir. Törətdiyi cinayətdən peşiman olaraq Zərərçəkmiş şəxs ələ keçirdiyi 7 ədəd plastik bank kartlarını gül qabının arxasına atmışdır. O, pul kisəsini,şəxsiyyət vəsiqəsini və 1 manat pulu özü ilə götürmüş, daha sonra 1 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, pul kisəsini və şəxsiyyət vəsiqəsini isə evlərinin yaxınlığında gizlətmişdir. 15 mart 2022-ci il tarixdə evlərinin yaxınlığında küçədə dayanarkən Yasamal RPİ-nin 26-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanmış və Yasamal RPİ-nin İstintaq Şöbəsinə gətirilmiş və istintaqda Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayət əməlini törətdiyini etiraf edərək qadın pul kisəsini və şəxsiyyət vəsiqəsini istintaqa təqdim etmişdir. İstintaq zamanı isə ifadələri yerində yoxlanılarkən Zərərçəkmiş şəxs məxsus 7 ədəd bank kartını atdığı yerdən aşkar etmiş və bank plastik kartlar istintaq tərəfindən götürülmüşdür. Lakin Zərərçəkmiş şəxs məxsus 02 ədəd milli geyim olan dəri kəməri, bir dəst “Firuzə” daşından hazırlanmış bir ədəd boyunbağı, bir ədəd qolbağ, bir ədəd üzük və bir cüt sirğanı, bir ədəd dodaq boyasını, bir ədəd qadın tuşunu, bir ədəd fırçanı, bir ədəd allıqı (rumyana) iki ədəd karandaş, bir cüt qadın ayaqqıbısını, bir ədəd qadın ətəyini, bir ədəd qadın köynəyini atdığı yerdə olmamış, başqası tərəfindən götürülmüş, yaxud zibil qabına atılmışdır. Törətdiyi cinayəti səmimi etiraf etmiş, əməlindən peşiman olmuşdur. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi ev 38, mənzil 9-da yaşayır. X7 İctimai Birliyinin təsisçisi və baş direktorudur. 11 mart 2022-ci il tarixdə təxminən saat 10:30 radələrdə yaşadığı evdən çıxıb Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Hilton Hoteli”ində “CBC” televizor kanalına verlişə çəklişə getmişdir. Həmin gün çəkilişdən sonra saat 21:25 radələrdə ünvan 3 ünvanında yerləşən “Favorit” marketə daxil olub, sonra marketin içərsində Beynəlxalq Banka məxsus kartı Bankomatda yoxlatmiş, daha sonra bir ədəd çörək alıb marketdən çıxmış və piyada gedərkən kiminsə arxadan onu təqib etməsini, arxasınca gəlməsini hiss etmiş, lakin arxasınca gələn şəxsə əhəmiyyət verməmiş və yoluna davam edərək ünvan 5 ünvanda yerləşən “50 % Pub” gecə klubunun bərabərliyində əvvəllər tanımadığı lakin sonrada şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs arxadan ona yaxınlaşıb əlində olan sellofan torbanı dartaraq gütürüb əks istiqamətə qaçmışdır. Təqsirləndirilən şəxs arxasınca qışqıraraq torbanı qaytarmasını desə də həmin şəxs qaçmağa başlamış, “50 % Pub “ gecə klubunun qaşısından çıxan 3 nəfər şəxslə birlikdə onun arxasınca qaçsalarda, həmin şəxs ara məhəlləyə daxil olduğundan onu tuta bilməmişlər. Ona məxsus sellofon torbanın içərsində hər birinin dəyəri 250 manat olan 2 ədəd dəri materialdan olan kəmər, 1 dəst ümumi dəyəri 400 manat olan qaşları “Firuzə” daşından hazırlanmış 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük və 1 cüt sirğadan ibarət bijuteriya əşyalarını, hər birinin dəyəri 30 manat olan 2 ədəd dodaq boyasını, 1 ədəd dəyəri 30 manat olan tonalnı kremini, 1 ədəd dəyəri 25 manat olan tuşunu, 1 ədəd dəyəri 80 manat olan qadın yanaq fırçasını, 1 ədəd dəyəri 20 manat olan yanaq üçün allıqanı (rumyana) hər birinin dəyəri 20 manat olan 2 ədəd qadın üçün göz karandaşını, 1 cüt dəyəri 80 manat olan qadın ayaqqıbısını, 1 ədəd dəyəri 40 manat olan qadın ətəyini, 1 ədəd dəyəri 60 manat olan qadın köynəyini, 1 ədəd dəyəri 5 manat olan qadın pul kisəsini və 1 manat nağd pulu, ümumilikdə 1341 manat dəyərində əmlakını, portmanatın içərsində iki ədəd Yelo Bank, iki ədəd Beynəlxalq Banka məxsus kartlar, bir ədəd “Kapitalbanka məxsus plastik kart və anası X3 məxsus şəxsiyyət vəsiqəsi olmuşdur. Baş vermiş hadisə barədə DİN-nin “102” Xidməti Zəng Mərkəzinə ona qarşı baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra Yasamal RPİ-nin 26-cı Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Ona məxsus və anası Asmaya Abdullayevaya məxsus bank kartlarında pul vəsaiti və bank kartlarının maddi dəyəri olmamışdır. Sonradan ona qarşı soyğunçuluq cinayət əməlini törədən şəxsin əvvəllər tanımadığı və heç bir münasibəti olmayan Bakı şəhəri Xətai rayon sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanı tam ödəmişdir, ondan mülki iddiası və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki,Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanıdır. 11 mart 2022-ci il tarixdə 26-cı Polis bölməsində əməliyyat qrupunun üzvü kimi xidmət apararkən həmin gün gücə saat 22 radələrində DİN-nin “102” Xidməti-X9 növbətçi hissəsinə ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs məlumatı daxil olmuşdur. Məlumatda Zərərçəkmiş şəxs 1 nəfər şəxsin onun əlində olan içərisində plastik bank kartları, əşyalarını və sənədlərlə birlikdə çantasını əlindən alaraq qaçmasını göstərmişdir. Məlumatla bağlı olaraq Zərərçəkmiş şəxs Yasamal RPİ-nin 26-cı Poliis Bölməsinə dəvət edilmiş və o, Polis bölməsinə ərizə ilə müraciət edərək 11 mart 2022-ci il tarixdə saat 21:45 radələrində ünvan 7 ünvanın qarşısı ilə gedərkən bir nəfər tanımadığı şəxs arxadan ona yaxınlaşaraq əlində olan sellofon torbanı dartaraq qaçıb getməsini onun arxasınca qaçsa da çata bilmədiyini çantanın işərisində isə bəzək əşyaları, geyim paltarları, ayyaqabı, parfümeriya, plastik bank kartları və sənədlər olduğunu göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs onun əlindən soyğunçuluqla sellofon torbanı dartıb qaçıran şəxsin 20 yaşlarında arıq, ucaboy, əynində tünd göy rəngli gödəkcəsi olduğunu, həmin oğlanın onu təxminən 11 mart 2022-ci il tarixdə saat 21:25 radələrdə ünvan 3 ünvanında yerləşən “Favorit” marketdən arxasınca gəlib ünvan 8ana kimi təqib etməsini və soyğunçuluq cinyətinin həmin ünvanda “50 % Pub” gecə klubunun qarşısında törətdiyini bildirmişdir. Zərərçəkmiş şəxs məlumatı və müraciəti ilə bağlı olaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin rəisinin göstərişinə əsasən cinayət əməlini törədən naməlum şəxsin yaxalanması istiqamətində şəxsi heyəti təlimatlandırılmış və Bölməsinin əməkdaşları tərəfindən hadisə baş verən yerin ətrafında və naməlum 20 yaşlı gənc oğlanın getdiyi marşurutlar dəqiqləşdirilmişdir. 15 mart 2022-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs qarşı soyğunşuluq cinayət əməlini törədən Bakı şəhəri, Xətai rayonu, Afyəddin Cəlilov küçəsi ev 6, mənzil 13-də qeydiyyatda olan və yaşayan 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs saat 12 radələrində yaşadığı ünvanın qarşısında yaxalanaraq Yasamal RPİ-nin İstintaq Şöbəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı soyğunçülüq cinayət əməli törətdiyini etiraf edərək sonuncunun qadın pul kisəsini, anasına məxsus şəxsiyyət vəsiqəsini istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus plastik bank kartlarını gizlətdiyi yerdən tapıb istintaqa təqdim etsə də geyim paltarlarını və bəzək əşyalarını naməlum ünvanda tullaması səbəbindən müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır. Cinayət işinin 52-ci vərəqəsində olan 15 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 97-98-ci vərəqələrində olan təqsirləndirilən şəxsin azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında17 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 131-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2022-ci il tarixli 9/2610 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli, üzərində markalanmasına dair heç bir məlumatı olmayan, süni dəri materialdan hazırlanmış, 16x10 sm ölçülü, basma düymə və zəncirbəndlə açılıb bağlanan qadın pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2022-ci il mart ayına olan bazar qiyməti təxminən 5 manat müəyyən olunur. Cinayət işinin 132-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 137-146-cı vərəqələrində olan 13 may 2022-ci il tarixli cinayət işi üzrə sübutlara qiymət verilməsi haqqında qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd qadın pul kisəsi, 2 ədəd “Yelo Bank”ın plastik kartları, 2 ədəd “Paşa” bankın plastik bank kartları, 1 ədəd “Kapitalbank”ın plastik bank kartı və 2 ədəd “Beynəlxalq Bank”ın plastik bank kartları istintaqın gedişində maddi sübut kimi tanınmış və məhkəmə hökmü qanuni qüvvəyə minənə kimi saxlanc üçün qəbzlə zərərçəkən Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 mart 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödəmiş, hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspertiza rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə onun özgənin əmlakını açıq talamaqla soyğunçuluq əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən peşman olmasını, cavan olmağını, gənc olmasını və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbininin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 15 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qadın pul kisəsi, 2 ədəd “Yelo Bank”ın plastik kartları, 2 ədəd “Paşa” bankın plastik bank kartları, 1 ədəd “Kapitalbank”ın plastik bank kartı və 2 ədəd “Beynəlxalq Bank”ın plastik bank kartları sahibi Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili M.D.Hacıyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 42 saata görə 252 manat, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili M.D.Hacıyevə isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və Bakı şəhəri 28 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X8 15 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qadın pul kisəsi, 2 ədəd “Yelo Bank”ın plastik kartları, 2 ədəd “Paşa” bankın plastik bank kartları, 1 ədəd “Kapitalbank”ın plastik bank kartı və 2 ədəd “Beynəlxalq Bank”ın plastik bank kartları sahibi Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 42 saata görə 252 manat, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X6 isə məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və Bakı şəhəri 28 saylı Vəkil Bürolarının hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-299/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-299/2022
15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver