Məhkəmə qərarları › İş №1(004)-30/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-30/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-30/2021 12.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi və X3 iştirakı ilə Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin nümayəndəsi, vəkil: X8 Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Minbaşlı ərazi dairəsi, Daşveysəlli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16 radələrində kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava massivi 88 V ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs cehizlik əşyaların alqı-satqısına və həyat yoldaşı X12 avtomobilin təmiri üçün verdiyi borcu tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı evdən çıxartmaq məqsədi ilə sinəsindən əli ilə itələmiş, sonuncu müvazinətini saxlamaq üçün evin dəmir materialdan olan giriş qapısından tutmuş, Təqsirləndirilən şəxs bunu gördükdə qəsdən dəmir materialdan olan həmin qapını örtərək Zərərçəkmiş şəxs sağ əlini qapı ilə çərçivə arasında qoyaraq sıxmaqla sonuncuya sağ əlin İV barmağının dırnaq falanqasının az yerdəyişən sınığı kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 1999-cu il tarixdə keçmiş həyat yoldaşı X16 ilə ailə həyatı qurmuş və həmin nigahdan 2000-ci il təvəllüdlü oğlu X17 və 2002-ci il təvəllüdlü qızı X11 vardır. Təxminən 2013-cü il tarixdə onun keçmiş həyat yoldaşı Əli Quliyevlə boşanmışlar. Təxminən 2015-ci il tarixdə hazırkı həyat yoldaşı X18 ilə ailə həyatı qurmuş və həmin nigahdan 2016-cı il təvəllüdlü oğlu X19 və 2019-cu il təvəllüdlü oğlu X20 vardır. Zərərçəkmiş şəxsı qızı onun bacısı Pərvinin qayınanasının bacısıdır. Zərərçəkmiş şəxs 2013-cu il tarixdən tanıyır, onunla daimi bir qohum kimi münasibətləri normal olubdur. Aralarında heç bir vaxtı ədavətləri və düşmənçiliyi olmayıb. Zərərçəkmiş şəxs kiçik ticarətlə məşqul olduğundan, 2018-ci il tarixdə özü üçün təxminən ümumilikdə 70 manat dəyərində geyim əşyaları almış və həmin əşyaların pullarını hissəhissə ödəmişdir. Bundan başqa o, 2019-cu ilin fevral ayından Zərərçəkmiş şəxs qızı Rəmsiyyə üçün cehizlik almaq məqsədi ilə təxminən 150 manat dəyərində olan qazan dəsti və 150 manat dəyərində yataq dəsti almışdır. Təxminən 2020-ci ilin fevral ayının ortalarınadək Əsbətə hissə-hissə olmaqla ümumlikdə 300 manat pulu ödəmişdir. Təxminən 2020-ci ilin fevral ayının sonunda Əsbət ona və həyat yoldaşı Cavidə, Cavidin idarə etdiyi «Mercedes Benz» 190 minik markalı, Az 20-CG-34 dövlət qeydiyyat nişanlı avtomobilini 4500 manat pulu satmasını təklif edərək ona vacib pul lazım olduğunu və onun əvəzinə isə onlara 6000 manat pul qaytarmasını bildirmişdir. Onlar isə Əsbətlə razılaşmadıqlarına görə Əsbət onları tuturacağı ilə hədələmişdir. Təxminən xx xxxx 2020ci il tarixdə saat 16 radələrində o, azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış massivi ünvanında olan zaman Əsbət tək gəlmiş, o, Əsbəti evin ümumi giriş qapısının qarşısında qarşılamışdır. Bu zaman Əsbət ondan onun ona olan 50 manat borc pulunu istəmiş, o, isə ona hazırda pulu olmadığını bildirmiş, bundan sonra Əsbət onunla sözlə mübahisə edərək onu söyüb təhqir edərək, onu və həyat yoldaşı Cavidi tuturacağı ilə hədələmişdir. Bundan sonra o, evin ümumi giriş qapısını içəridən örtmüş, Əsbət isə çöldən qapını əli ilə döyərək və onu söyüb təhqir edərək çıxıb getmişdir. Həmin vaxtı o, Əsbəti vurmayıb və onun sağ əlini ümumi giriş qapının arasına sıxaraq ona xəsarət yetirməmişdir. Təxminən xx xxxx 2020-ci il tarixdə o, və həyat yoldaşı uşaqlarla birlikdə qaynatası Akifin Biləsuvar rayonunda Cəbrayıl rayon sakinlərinin məskunlaşdığı 2 saylı yaşayış qəsəbəsinə getmişlər. xx xxxx 2020-ci il tarixdən, 2020-ci ilin may ayının sonunadək orada qalmışlar. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, 2018-ci ilin may ayının sonunda o, və onun həyat yoldaşı Cavidlə birlikdə Əsbətin yaşadığı evinə getməmişlər və ondan dəyəri 450 manat olan geyim əşyaları və Cavid isə öz avtomobilini təmir etmək məqsədi ilə ondan borca 550 manat pul almamışlar. 2019-cu ilin yanvar ayının sonunda nə o, və nə dəki həyat yoldaşı Cavin Əsbətin yaşadığı evinə getməmişlər, ondan qızı Rəmziyə üçün 2000 manat dəyərində cehiz əşyaları almamış və Cavid isə həmin atomobilini sata bilmədiyindən əlavə təmirinə ehtiyac olduğundan ondan əlavə olaraq 2500 manat pul almamışdır. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı Akgün Gökan Nihad oğlu ilə ailə həyatı qurmuş və həmin nigahdan 2008-ci il təvəllüdlü oğlu Akgün Nihad Gökan oğlu vardır. O, hazırda həyat yoldaşının soyadını daşıyır. O, X1 2013-cü il tarixdən tanıyır, onun bacısı X2 onun doğma bacısı X4 gəlinidir. Onun Təqsirləndirilən şəxs, onun bacısı Pərvin İsmayılova ilə nə onun və nədəki bacısının onlarla heç bir ədavətləri və düşmənçilikləri yoxdur. Çimnazın bacısı Pərvin bacısının gəlini olduğundan onun Çimnazla normal münasibləri olmuşlar. O, əvvəllər ticarətlə məşğul olmuş, oğlunun əməliyyata ehtiyacı olduğundan onun müalicəsi üçün əmlaklarını və pullarını ona sərf etmişdir. Hazırda isə xırda ticarətlə məşqul olur. Belə ki, 2018-ci ilin may ayının sonunda Çimnaz və onun həyat yoldaşı Cavid onun yaşadığı evə gələrək Çimnaz ondan dəyəri 450 manat olan geyim əşyaları özünə almış, lakin pulunu bir ay müddətinə qaytaracağını bildirmişdir. Cavid isə öz avtomobilini təmir etmək məqsədi ilə pula ehtiyacı olduğundan ondan borca 550 manat pul alaraq həmin avtomobili satıb pulunu qaytaracağını bildirmişdir. O, isə onların qohum olduqlarını və işləmədiklərini nəzərə alıb onlara həmin geyim əşyasını və pul vermişdir. Lakin üstündən bir müddət keçdikdən sonra o, onlardan pullarını tələb etdikdə ona qısa müddət ərzində qaytaracaqlarına söz verdiklərindən, o, isə onlara inanıb bir qədər gözləmişdir. Bundan başqa təxminən 2019-cu ilin yanvar ayının sonunda Çimnaz və Cavid onun yaşadığı evə gələrək qızı Rəmziyəni ərə verdiyindən onun üçün cehiz almağına ehtiyacı olduğundan Çimnaz ondan 2000 manat dəyərində cehiz əşyaları almış və Cavid isə həmin atomobilini sata bilmədiyindən əlavə təmirinə ehtiyac olduğundan ondan əlavə olaraq 2500 manat pul alaraq, həmin avtomobili satıb ona ümumilikdə 3050 manat pul verəcəklərin bildirmişlər. Lakin üstündən bir müddət keçdikdən sonra o, onlardan pullarını tələb etdikdə onlar ona müxtəlif vədlər verərək qısa bir müddətdə pullarını qaytaracaqlarını bildirmişlər. Buna baxmayaraq o, dəfələrlə onların evlərinə gedərək onlardan pullarını tələb etmiş, lakin pullarını ona qaytarmamışlar. Sonuncu dəfə, yəni xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində o, tək Çimnazın kirayə yaşadığı ünvan 3 saylı ünvanına gedərək evin ümumi giriş qapısını əli ilə döydükdən sonra, təxminən 10-15 dəqiqədən sonra giriş qapısını Çimnaz tərəfindən açmış və o, ondan təkidlə pulunun qaytarılmasını tələb etmişdir. Bu zaman həmin giriş qapının arasında Çimnaz onunla sözlə mübahisə edərək əli ilə onun sinəsindən çölə itələmiş, bundan sonra o, müvazimətini itirərək arxası üstdə geri yıxılarkən, tez bir zamanda həmin giriş qapıdan sağ əli ilə tutmuşdur. Çimnaz isə buna əhəmiyyət verməyərək qəsdən qapını içəridən örtərək və onun sağ əlinin İV barmağı qapının arasında qaldığını ona qışqıraraq, əli qapının arasında qalıb və xəsarət aldığını bildirmişdir. O, isə daha da aqresivləşərək qapını sığmağa başlamış və bildirmişdir ki, onun əllərini qıracaqdıq və bir daha bu evə gəlməsin. Bundan sonra o, zorla qapının arasından əlini çıxartmış və oradan evə gəlmişdir. Lakin həmin günü özü bir qədər həyacanlı və pis hiss etdiyi üçün polisə şikayət edə bilməmişdir. xx xxxx 2020-ci il tarixdə sağ əlinin İV barmağından ağrılar hiss etdiyindən, buna görə də təcili olaraq Respublika Kliniki Xəstəxanasına müraciət etmişdir. xx xxxx 2020-ci il tarixdə isə Yasamal RPİ-nin 29-cu PŞ-nə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin həmin polis şöbəsində onun barəsində araşdırma aparmış şikayət ərizəsi əsasında toplanmış materialın istintaq aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. Sonradan ona məlum olmayan səbəbə görə onun şikayət ərizəsi əsasında toplanmış materialın cinayət işin başlanması haqqında müstəntiq Məhəmmədəli Cümşüdov tərəfindən qərar qəbul etmişdir. O, isə müstəntiqin qəbul etdiyi qərarla razı olmadığından Yasamal rayon prokurluğuna şikayət ərizəsi müraciət etmişdir. Ona Çimnaz və onun həyat yoldaşı Cavid tərəfindən dəymiş maddi ziyanın qaytarılmasını köməklik etməsini və eyni zamanı Çimnaz ona qəsdən əlini qapının arasında sıxaraq ona xəsarət yetirdiyinə görə onu cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, Çimnazın və onun həyat yoldaşı Cavidin ona olan borc pullarının, cehizlik əşyalarının verilməsindən və xx xxxx 2020-ci il tarixdə ona Çimnazın kirayə yaşadığı evinə gedərək ondan pullarını tələb edərkən Çimnazın ona xəsarət yetirməsindən, onun təxminən 4-5 ildir ki, tanıdığı qonşuları Bənövşə, Aydə və rəfiqəsi Gülşənin məlumatları olmuşlar. Ona görə ki, onun onlarla hər gün bir yerdə olduğundan onlara Çimnazın və onun həyat yoldaşı Cavidin ondan pul və cehizlik əyşalarının almalan barədə məlumat vermiş və xx xxxx 2020-ci il tarixdə Çimnazın ona xəsarət yetirdikdən sonra həmin günü o, evə gələrək və ona ilkin tibbi yardım göstərmək üçün qonşusu Bənövşəni evə çağırmış, o, onun xəsarət aldığını görüb və ona ev şəraitində ilkin tibbi yardım göstərmişdir. Bundan sonra Bənövşə onun aldığı xəsarəti harada və kim tərəfindən yetirməsini soruşduqda o, ona Çimnazın kirayə evinə gedərək ondan cehizlik əşyalarını və pullarını qaytarlımasını tələb etdikdə Çimnaz onu evin umumi qapısından əli çölə itələmiş və o, öz müvazinətini itirərək əli ilə qapını tutarkən əli qapının arasında qaldığından, Çimnaz isə həmin qapının qəsdən örtərək sıxmaqla xəsarət yetirdiyini bildirmişdir. Hal-hazırda da ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir, ondan şikayətçidir, ziyanını tələb edir və ciddi cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 Bayraməli qızı ifadəsində göstərmişdir ki, onun yaşadığı ünvanın kəsişməsində qonşusu Zərərçəkmiş şəxsı qızı öz ailəsi ilə birlikdə yaşayır, o, Əsbəti təxminən 4-5 ildir ki, bir qonşu kimi tanıyır, o, və digər qonşular onunla normal münasibətləri vardır. Zərərçəkmiş şəxs kiçik ticarətlə məşqul olur. X24 aldığı məlumata görə onun qohumu 2018-ci ilin may ayının sonunda Çimnaz və onun həyat yoldaşı Cavid onun yaşadığı evə gələrək Çimnaz ondan dəyəri 450 manat olan geyim əşyaları özünə almış, lakin pulunu bir ay müddətinə qaytaracağını bildirmiş, Cavid isə öz avtomobilini təmir etmək məqsədi ilə pula ehtiyacı olduğundan ondan borca 550 manat pul alaraq həmin avtomobili satıb pulunu qaytaracağını bildirmişdir. Bundan başqa təxminən 2019-cu ilin yanvar ayının sonunda Çimnaz və onun həyat yoldaşı Cavid yenidən Əsbətin yaşadığı evə gələrək qızı Rəmziyəni ərə verdiyindən onun üçün cehiz almaq üçün Çimnaz ondan 2000 manat dəyərində cehiz əşyaları almış və Cavid isə həmin atomobilini sata bilmədiyindən əlavə təmirinə ehtiyac olduğundan ondan yenidən əlavə olaraq 2500 manat pul alaraq, həmin avtomobili satıb ona ümumilikdə 3050 manat pul verəcəyini bildirmişdir. Lakin buna baxmayaraq Əsbət dəfələrlə onların evlərinə gedərək pulunu tələb etsə də, ona heç bir məbləğdə pulunu qaytarmamışlar. Sonuncu dəfə yəni xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Əsbət Çimnazın kirayə yaşadığı ünvan 4 ünvanın bilmədiyi evinə gedərək, orada Çimnazdan pulunu tələb edərkən, Çimnaz onu əli ilə itələmiş və bu zaman Əsbət müvazinətini itirərək arxası üstdə geri yıxılarkən, tez bir zamanda həmin giriş qapıdan sağ əli ilə tutmuşdur, lakin Çimnaz isə buna əhəmiyyət verməyərək qəsdən qapını içəridən örtərək və onun sağ əlinin İV barmağı qapının arasında qaldığından qəsdən qapını sıxaraq ona xəsarət yetirmişdir. Elə həmin günü yəni xx xxxx 2020-ci il tarixdə Əsbət onu öz yaşadığı evə çağıraraq onun ona əlinin xəsarət alması ilə bağlı ilkin tibbi yardım göstərməsini xahiş etmişdir. O, isə Əsbətin sağ əlinin İV barmağının xəsarət aldığını görüb və ona ilkin tibbi yardım göstərmişdir. O, bir daha Əsbətin əlindən aldığı xəsarətin hansı şəraitə almasını soruşduqda, o, ona həmin xəsarəti Çimnaz tərəfindən qapının arasında əl barmağı qaldığından qəsdən və bilərəkdən sıxaraq xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmədə dindirilmiş Şahid1 Bayraməli qızının ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 297 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sağ əlin İV barmağının dırnaq falanqasının az yerdəyişən sınığı küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəaitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Bununla da məhkəmədə toplanılmış sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava massivi 88 V ünvanında mübahisə olmuşdur. Həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələməsi zamanı sonuncu müvazinətini saxlamaq üçün evin dəmir materialdan olan giriş qapısından tutmuş, Təqsirləndirilən şəxs dəmir materialdan olan həmin qapını örtmüş, bu zaman Zərərçəkmiş şəxs sağ əlini qapı ilə çərçivə arasında qoyaraq sıxmış, bu zaman Zərərçəkmiş şəxs sağ əlinin İV barmağının qapının arasında qaldığından Zərərçəkmiş şəxs qışqıraraq, əlinin qapının arasında qaldığını və xəsarət aldığını bildirmişdir, bu zaman Təqsirləndirilən şəxs isə buna əhəmiyyət vermədən, daha da aqresivləşərək qapını sıxmağa başladığından və Zərərçəkmiş şəxs bildirmişdir ki, onun əllərini qıracaqdıq və bir daha bu evə gəlməsin. Bununla da Zərərçəkmiş şəxs barmağının qapının arasında qaldığını bilə-bilə və A.Əsbətin bunu deməsinə baxmayaraq Təqsirləndirilən şəxs daha da aqresivləşərək qapını sıxmağa başlaması və bunun nəticəsində A.Əsbətə ittiham aktındakı xəsarətin yetirilməsi, bununla da zərərçəkənə xəsarətin yetiriləcəyini bilə-bilə, bunu bilərəkdən etməklə Təqsirləndirilən şəxs qəsdlə etdiyi bu hərəkətin nəticəsində zərərçəkənə xəsarətin yetirilməsi kimi qiymətləndirilir. Həmçinin iş materiallarındakı qeyd edilən tarixdə və saatda, yəni xx.xx.2020-ci il tarixdə, saat 16:18:17-də zərərçəkən A.Əsbət istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən təqsirləndirilən şəxsin ərinin istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə SMS yazaraq bildirmişdir ki arvadın barmağımı qırıb, gedirəm polisə. Bundan sonra xx.xx.2020-ci il tarixdə, saat 16:38:51-də zərərçəkən A.Əsbət istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən ***-***-**-** saylı telefona “Zümrüd xanım aç barmağım qırılıb” mətnli SMS yazmışdır. Buna görə də zərər çəkmiş A.Əsbətə yetirilmiş xəsarət ehtiyatsızlıqdan deyil, Təqsirləndirilən şəxs qəsdlə edilmiş hərəkəti nəticəsində yetirilmiş hesab edilir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin qadın olmasını, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək mənəvi zərərə görə 6000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin təqsirləndirilən şəxsdən utularaq ona ödənilməsini xahiş etmişdir. Maddi ziyanla bağlı mülki iddia olmamışdır. Məhkəmə mənəvi ziyanla bağlı mülki iddianın qismən təmin edilməli olması qənaətinə gəlir. Belə ki, ümumiyyətlə tələbin özünün təmin edilməli olub-olmaması, təmin edilməlidirsə məbləğinin müəyyən edilməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Beləliklə məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı mövqeyini hazırkı iş üzrə nəzərə alaraq belə nəticəyə gəlir ki, cinayət hadisəsi nəticəsində mülki iddiaçının atası vəfat etmişdir. Bu hal təbii ki, iddiaçıya mənəvi sarsıntı və istirab vermişdir. Bu mənəvi ziyanın məbləği ilə bağlı Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında da müəyyən edilmişdir ki, həmin zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Beləliklə məhkəmə məbləği müəyyən edərkən qeyd edir ki, mənəvi ziyana görə 600 manatın verilməsi daha ədalətli olar. Buna uyğun da dövlət rüsumunun 3 manat hissəsi tutulmalıdır. Məhkəmə müki iddanın bu qaydada təmin edilməli olmasını CPM-nin 179 və 183cü maddələrinə əsasən əsaslı hesab edir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı 6000 manat mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs mənəvi ziyana görə 600 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 3 manat hissəsi olmaqla, ümumilikdə 603 manat (altı yüz üç manat) pul tutulub Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X9 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar