Məhkəmə qərarları › İş №1(004)-30/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-30/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-30/2025 19.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər – Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 Mübariz oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Xələc kəndində qeydiyyatda olmaqla Bakı şəhərində daimi yaşayış yeri olmamaqla müxtəlif kirayə mənzillərdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə xx xxxx 1998-ci ildə Naxçıvan MR, Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində daimi yaşayış yeri olmamaqla müxtəlif kirayə mənzillərdə yaşayan, barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əsasən o, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə elməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 06 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanının qarşısında dostu Təqsirləndirilən şəxs2 keçmiş arvadı Şahid1 ilə söhbət etdiyi zaman həmin ərazidə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 ilə dostu Təqsirləndirilən şəxs2 mübahisə etmələrini və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edib xuliqanlıq hərəkətləri etməsini görərək həmin şəxsləri ayırmaq üçün qonşu Zərərçəkmiş şəxs1 yaxınlaşmasını bəhanə edərək dostu Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1lə əlbəyaxa olub silah qismində istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik aləti (alışqan-bıçağı) tətbiq edərək Zərərçəkmiş şəxs1 sol kürək nahiyəsindən bir dəfə qəsdən vurub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 06 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə keçmiş arvadı Şahid1 yaşadığı ünvan 3 ünvanının qarşısına gedib orada Şahid1 ilə söhbət edən zaman həmin ərazidə yaşayan, sonuncunun qonşusu Zərərçəkmiş şəxs2 ilə aralarında bir-birinə keçid üçün yol verməmək zəminində baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ünvansız nalayiq sözlər deyərək Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək sifətinə yumruq zərbəsi vurduqdan sonra qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 onlara yaxınlaşmasını bəhanə edərək Təqsirləndirilən şəxs1 də öz növbəsində Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1lə əlbəyaxa olub silah qismində istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik aləti tətbiq edərək onun sol kürək nahiyəsindən bir dəfə qəsdən vurub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməsi ilə yanaşı Zərərçəkmiş şəxs2la əlbəyaxa olub bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol yanağın içəri səthinin əzilmiş yarası, sol dirsək oynağının sıyrığı xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü Eltuna zəng edərək keçmiş yoldaşı Ayselin yaşadığı mənzilə getmək istədiyi üçün onu avtomobili ilə aparmasını xahiş etmişdir. Həmin gün Aysel ilə danışmış, onunla barışmaq üçün yaşadığı mənzilə getmək istəmişdir. O, Təqsirləndirilən şəxs1la birlikdə həmin gün Ayselin yaşadığı mənzilə getmiş, Eltun isə bu zaman avtomobilində əyləşərək onu gözləmişdir. Mənzildə olduğu zaman Ayselin anası səs-küy salmağa başlamış, buna görə də Aysel ondan çölə çıxmasını xahiş etmişdir. Məhəllədən çıxanda o, piyada Aysel ilə söhbət edə-edə gedərkən, bu zaman Eltun isə onlardan aralıda avtomobili ilə hərəkət edirmiş. O, Aysellə söhbət edən zaman Vüqar adlı şəxs ona çiyni ilə vuraraq keçmiş, bu zaman ondan nə üçün belə etdiyini soruşduqda Vüqarla aralarında mübahisə düşmüş və davaya çevrilmişdir. O, Vüqara əli ilə bir dəfə vurmuş, Vüqar isə münaqişə zamanı onu vurmuşdur. Bu zaman Kamil kənardan mübahisəyə qarışmış, həmçinin Eltun gələrək onları ayırmağa çalışmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 Eltunun ümümiyyətlə Ayselin yaşadığı mənzilə daxil olmadığını, sadəcə olaraq maşında onları gözlədiyini, Eltunun əlində bıçaq nümayiş etdirmədiyini, Vüqarın keçərkən ondan icazə istəmədiyini, onu çiyinlə vurub keçdiyini, münaqişə zamanı da Vüqar onu vurmaq istəyəndə onu vurduğunu, o, Vüqarla mübahisə edərkən Eltunun ya Kamilin hansının birinci onlara yaxınlaşdığını görmədiyini, Kamilin birinci Eltunun sinəsindən yumruqla vurduğunu, mübahisə zamanı onun üzərində heç bir bıçaq və digər əşya olmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs2 ona zəng etmiş, həyat yoldaşı Ayseli görmək istədiyini bildirərək, onu Ayselgilə avomobili ilə aparmasını xahiş etmişdir. Eltun Cabbar ilə birlikdə həmin mənzilin qarşısına getmişdir. Ayselin yaşadığı mənzilə Cabbar getdikdən bir qədər sonra Aysel ilə Cabbar mənzildən çıxaraq yolun kənarına çəkilib söhbət etməyə başlamışlar. Bu zaman zərərçəkmiş Vüqar Aysel ilə Cabbara yaxınlaşmış və Cabbar ilə aralarında mübahisə başlamışdır. Həmin vaxt o, kənarda dayanıb siqaret çəkirmiş. Mübahisə yarandığını görüb onları aralamaq üçün yaxınlaşmışdır. Həmin an əlində siqareti yandırmaq üçün istifadə etdiyi alışqan olmuşdur. Onun kimisə vurmaq, kiməsə xəsarət yetirmək fikri olmamış, sadəcə olaraq aralamağa getdiyi zaman Kamilin onun sinəsindən yumruqla vurması səbəbindən onu kürəyindən bir dəfə vurmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsində bıçaqla vurmaqla bağlı ifadə işlətmədiyini, həmin an üzərində bıçaq olmadığını, üzərindən çox vaxt keçdiyi üçün ilk öncə Kamilin onu, yoxsa onun Kamili vurduğunu xatırlamadığını, hadisə zamanı Aysel, Kamil, Vüqar və Cabbar olduğunu, digər şəxslərin isə münaqişə başa çatdığı vaxt ora gəldiklərini, hadisənin təqribən 1-2 dəqiqə çəkdiyini, zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsə dəymiş zərərin aradan qaldırılması üçün hər şeyi etdiyini bildirmişdir. Növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs1 yenidən ifadə vermək istəmiş və əlavə olaraq bildirmişdir ki, Kamili vurmağına səbəb Vüqarla Cabbarı ayırmaq istəməyinə baxmayaraq onlara yaxınlaşdıqda ilk öncə Kamilin onun sinəsindən vurması olmuşdur. Daha sonra o, Kamilin kürək nahiyəsinə bir dəfə vurmuş və həmin an əlində alışqan olmuşdur. Kamilin kürək nahiyəsində olan xəsarəti hər hansı bıçaq və ya digər kəsici alətlə deyil, məhz əlində olan alışqan ilə yetirmişdir. Həmin alışqanın sivri ola biləcəyini bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 əvvəlki məhkəmə iclasında ilk öncə Kamilin onu vurmasını bildirməməsinə səbəb kimi onun Kamil ilə barışdığı üçün Kamilin onu vurmasını məhkəmədə deməməsinə söz verdiyi üçün olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər Cabbarı və Eltunu tanımamışdır. O, Cabbarla Aysel məhlədən çıxan zaman Oba marketin yanında telefonla danışırmış. Cabbar ilə Aysel həmin vaxt yolun kənarında söhbət edirmişlər. Bundan sonra, Cabbar ilə Vüqarın dalaşdığını görmüşdür. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 hadisənin onun mübahisə yaratmağı ilə başlamadığını, Cabbarla Vüqarın dalaşdığını, anasının onun belinin qan olduğunu gördüyünü, aldığı xəsarətlə bağlı ekspert rəyinin olduğunu, təqsirləndirilən şəxslərlə barışdığını, hadisənin təqribən 2-3 dəqiqə çəkdiyini, Eltunun Cabbarı, onun da Vüqarı araladığını, necə xəsarət aldığını hadisə zamanı bilmədiyini, Eltunu dava zamanı yumruqla vurmadığını, Vüqarın Cabbara çiyin atdığını görmədiyini, onları aralaşdırdığı zaman Ayselin orada olduğunu bildirmişdir. Növbəti məhkəmə iclasında Zərərçəkmiş şəxs1 əlavə olaraq bildirmişdir ki, Eltun onun üstünə qaça-qaça gəldiyinə görə birinci hansı niyyətlə gəldiyini bilmədiyindən o, Eltunu vurmuş, vuran zaman telefonu yerə düşmüş, əyilib telefonu götürən zaman Eltun onu deşici alətlə belindən vurmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə zamanı yaşadığı binanın qarşısında qonşusu, həmçinin dostu Zərərçəkmiş şəxs1 və anası ilə məhlədə söhbət edərkən qonşusu Ayselin keçmiş əri Cabbar yanında bir nəfər tanımadığı şəxslə birlikdə Ayselgilin mənzili tərəfdə söhbətləşdiyini görmüşlər. Daha sonra Kamil telefonla danışa-danışa onların söhbət etdiyi yerə getmiş, Kamil getdikdən sonra anası ona Kamili tək qoymamağı tapşırmışdır. O da 10-15 dəqiqə gözlədikdən sonra Kamilin yanına getmək qərarına gəlmiş və Aysel ilə Cabbarın söhbət etdikləri yerdən keçib Kamilin yanına getməyə çalışmışdır. Cabbarla Ayselin söhbət etdiyi yerdən keçib Kamilin yanına getmək istəyəndə yol olmadığını görüb, Cabbardan yol vermək üçün kənara çəkilməyini xahiş etmiş, bunu bildirdikdən dərhal sonra isə Cabbar ona yumruq zərbəsi endirmişdir. Cabbar həmin vaxt içkili olmuşdur. Kamil onların əlbəyaxa olduqlarını görüb yaxınlaşmış və Cabbarı sinəsindən itələmişdir. Bu vaxt kənarda dayanmış, Eltun qaça-qaça onlara yaxınlaşdıqda Kamil onun sinəsindən bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Kamilin mobil telefonu yerə düşdüyü üçün telefonu götürmək üçün əyiləndə Eltun Kamilin kürəyindən bir dəfə vurmuşdur. Daha sonra Kamilin anası və Ayselin anası, həmçinin digər qonşular gəlmiş, Cabbarla Eltun gəldikləri avtomobilə əyləşib çıxıb getmişlər. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 əvvəllər Cabbar və Eltunla heç bir düşmənçilik və ədavətinin olmadığını, Eltunun əlində kəsici alət görmədiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən tarixdə məhlədə oturub qonşularla söhbət edirmişlər. Qonşusu Ayselin keçmiş yoldaşı Cabbar Ayselgilin məhləsinə gələrək Aysellə söhbət etməyə başlamışdır. Daha sonra onların arasında mübahisə yaranmış və səs-küy salmağa başlamışlar. Cabbar, Vüqar , Kamil və Eltun arasında dava gedən vaxt kimin kimisə vurduğunu görməmiş, sadəcə mübahisə başa çatdığı vaxt hadisə yerinə gəlmişdir. Bu zaman Kamilin kürəyinin qanlı olduğunu görmüşdür. Oğlunu elə vəziyyətdə görüb özünü itirmiş, daha sonra isə oğlu Kamili xəstəxanaya aparmışlar. Verilən suallara cavab olaraq isə ibtidai istintaq zamanı müstəntiq tərəfindən verilmiş kağızlara imza edərkən ifadəsini oxumadığını və həmçinin eşitdiklərini lakin görmədiklərini danışdığı üçün də müstəntiq tərəfindən elə yazıla biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, hadisə günü Cabbar uşağını görməyə gəlmişdir. Dostu Eltun isə maşında onu gözləyirmiş. Onlar Cabbarla söhbət edə-edə “Oba” market tərəfə getmişdir. Daha sonra Vüqar onların yanından gəlib keçən zaman Cabbara “çəkil, yol ver” deyərək çiyin atmışdır. O, biraz kənara çəkildikdən sonra Kamillə Eltun gələrək münaqişəyə qoşulmuşlar. Verilən suallara cavab olaraq Qasımova X3 Vüqarı vurmasını görmədiyini, yolun geniş olduğunu və Vüqarın çiyin atmadan da həmin yoldan keçə biləcəyini, onların evinə heç kimin girib kimisə hədələmədiyini, Eltunun evə daxil olmadığını, dava-dalaş gedişində Kamilin ilk öncə Eltunu vurduğunu və əlində hansısa əşya olduğunu görmədiyini, həmçinin istintaqda verdiyi ifadə ilə indiki ifadəsi arasındakı ziddiyyətin səbəbinin Cabbar tərəfindən uşağın ona göstərilmədiyi olduğunu, hadisə zamanı anası və digərlərinin orada olmadığını, sonradan gəldiklərini bildirmişdir. Şahidlər Şahid3, X4 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarında qızı Aysel Təqsirləndirilən şəxs2la qeyri-rəsmi ailə qurub 2 uşağı olmuşdur. Onlar həmin vaxtdan yola getməmiş, 2022-ci ilin sonlarında Aysel Cabbarla ayrılmışlar. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində evdə olarkən Cabbar yaşadıqları evə gəlib Aysellə mübahisə etməyə başlamış, onları sakitləşdirib Cabbarı evdən qovmuş və onlar çöldə söhbət etməyə davam etmişlər. Cabbar yanında adının sonradan Eltun olduğunu bildiyi şəxslə gəlmişdir. Eltun çöldə gəldiyi ağ rəngli avtomobilin yanında gözləyirmiş. Aysel və Cabbarın səsinə qonşular Kamil və Vüqar Cabbara yaxınlaşmış və anidən Cabbarla onun arasında əlbəyaxa dava başlamış, Cabbarın Vüqarı yumruqla vurduğunu görmüşdür. Kənarda dayanan Kamil onlara tərəf qaçanda Cabbarın dostu Eltun da o tərəfə gedərək onlara qarışmış, həmin vaxt o qarışıqlıqda Eltun və Kamilin də bir-birinə əl-qol atmasının şahidi olmuşdur. Qonşular da səs-küyə çıxıb birtəhər Eltun və Cabbarı həyətdən qovmuşlar. Onun hər hansı şəxsdən şikayəti yoxdur. Şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Şahid1, anası və digərlərini tanıyır. Adı Əlihüseyn olsa da hamı ona “Nihal” deyir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə evdə olarkən saat 01:30 radələrində həyətdən səs-küy gəldiyini eşidib paltarlarını geyinərək çölə çıxmışdır. Ayselin əri Cabbarla mübahisə etdiyini, Cabbarın yüksək səslə qışqırdığını görmüşdür. Həmin vaxt Ayselin anası Nərgiz, qonşuları Kamil, Vüqar və Cabbarla birlikdə gələn tanımadığı bir şəxsin də orada olduğunu görmüşdür. X11 arasında mübahisə başlamış, bu zaman Kamil də Cabbarla birlikdə gələn, adının Eltun olduğunu sonradan öyrəndiyi şəxslə əlbəyaxa olmuş, kənarda dayanıb müdaxilə etməmişdir. Ayselin anası və Aysel onları ayırmağa çalışmışdır. Bu zaman Cabbar və Eltun aralaşıb gəldikləri avtomobilə doğru getmişlər. Şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində anası Şahid3 ilə eyni xarakterli ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq elmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 06 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin ünvan 4 ünvanının qarşısında baş verməsi müəyyən edilmişdir (i.v.13-15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 15 avqust 2023-cü il tarixli, 915 saylı rəyindən görünür ki, Vət Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşicikəsici alətin təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaqla yetirilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i.v.17-19). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 07 avqust 2023-cü il tarixli, 916 saylı rəyindən görünür ki, Vət Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol yanağın içəri səthinin əzilmiş yarası, sol dirsək oynağının sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i.v.20-22). “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v 58). “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v 106). “cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 25 may 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri ibtidai istintaqın gedişində toplanmış mötəbər dəlillərlə kifayət qədər təsdiqini tapdığından onlara həmin maddə üzrə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılıb barələrində seçilmiş qətimkan tədbirləri nəzərə alınması, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ittiham elan edilib təqsirləndirilən şəxs qismində cəlb edilmələri və barələrində müvafiq olaraq polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri özlərinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində etirafedici ifadələri, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, şahidlər Şahid1, Şahid3, X2, Şahid2 və X1 ifadələri, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barəsində məhkəmə tibbi ekspert rəyləri, hadisə yerinə baxış protokolu ilə kifayət qədər sübuta yetirildiyindən göstərilənlər sübut növü kimi qiymətləndirilməsi, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 221-ci və ya hər hansı digər maddəsinin tərkib əlamətlərinin olması istisna edildiyindən barələrində Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, həmçinin inzibati məsuliyyətə cəlb edilmələrindən imtina olunması, X1 əməllərində Azərbaycan Respublikası CM-in 221-ci və ya hər hansı digər maddəsinin tərkib əlamətlərinin olması istisna edildiyindən barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, həmçinin inzibati məsuliyyətə cəlb edilməsindən imtina olunması, qeyd olunan cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı cinayət işindən ayrıca icraata materialın ayrılması və müəyyən edilmiş qaydada qeydiyyata alınmaqla dəftərxanada saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Prokurorluğuna göndərilməsi, qəbul edilmiş qərarın surətlərinin iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, onların müdafiəçilərinə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 təqdim edilməsi qərara alınmışdır (i.v.185-235). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2025-ci il tarixli təqdim edilmiş yazılı ərizədən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmış, ona dəymiş ziyan təmamilə ödənilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixli təqdim edilmiş yazılı ərizədən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmış, ona dəymiş ziyan təmamilə ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əmələ düzgün hüquqi qiymət verilməmiş və onların əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 06 avqust 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonrakı davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 06 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 sağlamlıqlarına yüngül zərər vurulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə münasibətdə hər birinin törətdiyi əmələ ayrılıqda hüquqi qiymət verilməsi qənaətinə gəlir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 06 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanının qarşısında hadisə baş vermiş, yəni hadisə ictimai yerdə baş versə də, lakin Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməsinin zərərçəkənin təşəbbüsü ilə başlanıldığı müəyyən edilmişdir, bu da onu deməyə əsas verir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizliklə başqa şəxs üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə və ya özgənin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşayiət olunmadığından, təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi təbiətinin dəyişərək onun hərəkətlərinin şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevrilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. AR CM-nin 221.3-cü maddəsində isə AR CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduğu halda həmin maddə ilə cinayət məsuliyyətinin yaranması təsbit olunmuşdur. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.3cümaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək, yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, xuliqanlıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəldiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Məhkəmə ilk növbədə istintaq orqanının Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutların qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə proses iştirakçılarının məhkəmə iclasında verdikləri ifadələrə də ayrılıqda qiymət verilməsini və daha sonra həmin ifadələrlə müstəntiqin istinad etdiyi ifadələrin müqayisəli təhlilinin aparılmasının məqsədəmüvafiq olması qənaətinə gəlir. Təqsirləndirilən şəxs1 elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs1 əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə daha çox ehtimallar əsasında ittiham elan etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer, dava-dalaş gedişində kimin təşəbbüsü ilə münaqişəli vəziyyətin yaranmasını və törədildiyi şəraitin də, əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi yeri, hadisə baş verərkən vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükənin yaranmamasını, qorxu və narahatçılıq hissinə səbəb olmamasını nəzərə almamışdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən görünür ki, Aysel ilə Cabbara mənzildən çıxaraq yolun kənarına çəkilib söhbət etməyə başlamışlar. Bu zaman zərərçəkmiş şəxs Vüqar Aysel ilə Cabbara yaxınlaşmış və Cabbar ilə araların da mübahisə başlamışdır. Həmin vaxt o kənarda dayanıb siqaret çəkirmiş. Mübahisə yarandığını görüb onları aralamaq üçün yaxınlaşmışdır. Həmin an əlində siqareti yandırmaq üçün istifadə etdiyi alışqan olmuşdur. Onun kimisə vurmaq, kiməsə xəsarət yetirmək fikri olmamış, Kamili vurmağına səbəb Vüqarla Cabbarı ayırmaq istəməyinə baxmayaraq onlara yaxınlaşdıqda ilk öncə Kamilin onun sinəsindən vurması olmuşdur. Daha sonra o, Kamilin kürək nahiyəsinə bir dəfə vurmuş və həmin an əlində alışqan olmuşdur. Kamilin kürək nahiyəsində olan xəsarəti hər hansı bıçaq və ya digər kəsici alətlə deyil, məhz əlində olan alışqan ilə yetirmiş, hadisənin təqribən 1-2 dəqiqə çəkdiyini və hadisə zamanı Aysel, Kamil, Vüqar və Cabbar olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən görünür ki, Cabbar ilə Aysel həmin vaxt yolun kənarında söhbət edirmişlər. Bundan sonra görmüşdür ki, Cabbar ilə Vüqar dalaşır. Hadisənin təqribən 2-3 dəqiqə çəkdiyini, Eltun onun üstünə qaça-qaça gəldiyinə görə birinci hansı niyyətlə gəldiyini bilmədiyindən o, Eltunu sinəsindən vurmuş, vuran zaman telefonu yerə düşmüş, əyilib telefonu götürən zaman Eltunun onu deşici alətlə belindən vurduğunu, Eltunun Cabbarı, onun da Vüqarı araladığını, necə xəsarət adlığını hadisə zamanı bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən görünür ki, O, Təqsirləndirilən şəxs1la birlikdə həmin gün Ayselin yaşadığı mənzilə getmiş, Eltun isə bu zaman avtomobilində əyləşərək onu gözləmişdir. Eltunun əlində bıçaq nümayiş etdirmədiyini, Eltunun ümümiyyətlə Ayselin yaşadığı mənzilə daxil olmadığını, sadəcə olaraq maşında onları gözlədiyini, mübahisə zamanı onun üzərində heç bir bıçaq və digər kəsici-deşici əşya olmadığını, mənzildə olduğu zaman Ayselin anası səs-küy salmağa başlamış, buna görə də Aysel ondan çölə çıxmasını xahiş etmişdir. Məhlədən çıxanda o, piyada Aysel ilə söhbət edə-edə gedərkən, Eltun onlardan aralıda avtomobili ilə hərəkət edirmiş. O, Aysellə söhbət edən zaman Vüqar adlı şəxs ona çiyni ilə vuraraq keçmiş, bu zaman ondan nə üçün belə etdiyini soruşduqda Vüqarla aralarında mübahisə düşmüş və davaya çevrilmişdir. O, Vüqara əli ilə bir dəfə vurmuş, Vüqar da qarşılıq olaraq onu vurmuşdur. Bu zaman kənarda dayanan Kamil davaya qarışmış, həmçinin Eltun da gələrək onları ayırmağa çalışmışdır. Kamilin birinci Eltunun sinəsindən yumruqla vurduğunu qeyd etmişdir. Zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən görünür ki, Cabbarla Ayselin söhbət etdiyi yerdən keçib Kamilin yanına getmək istəyəndə yol olmadığını görüb Cabbardan yol vermək üçün kənara çəkilməyini xahiş etmiş, bunu bildirdikdən dərhal sonra isə Cabbar ona yumruq zərbəsi endirmişdir.Cabbar həmin vaxt içkili olmuşdur. Kamil onların əlbəyaxa olduqlarını görüb yaxınlaşmış və Cabbarı sinəsindən itələmişdir. Bu vaxt kənarda dayanmış Eltun qaçaqaça onlara yaxınlaşdıqda Kamil onun sinəsindən bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Kamilin mobil telefonu yerə düşdüyü üçün telefonu götürmək üçün əyiləndə Eltun Kamilin kürəyindən bir dəfə vurmuşdur. Daha sonra Kamilin anası və Ayselin anası, həmçinin digər qonşular gəlmiş, Cabbarla Eltun gəldikləri avtomobilə əyləşib çıxıb getmişlər. Əvvəllər Cabbar və Eltunla heç bir düşmənçilik və ədavətinin olmadığını, Eltunun əlində kəsici-deşici alət görmədiyini qeyd etmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, hadisə baş verən tarixdə məhəllədə oturub qonşularla söhbət edirmişlər. Qonşusu Ayselin keçmiş yoldaşı Cabbar Ayselgilin məhləsinə gələrək Aysellə söhbət etməyə başlamışdır. Daha sonra onlar arasında mübahisə yaranmış və səs-küy salmağa başlamışlar. Cabbar, Vüqar, Kamil və Eltun arasında dava gedən vaxt kimin kimisə vurduğunu görməmiş, sadəcə mübahisə başa çatdığı vaxt hadisə yerinə gəlmişdir. Bu zaman Kamilin kürəyinin qanlı olduğunu görmüşdür. Oğlunu elə vəziyyətdə görüb özünü itirmiş, daha sonra isə oğlunu xəstəxanaya aparmışlar. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, hadisə günü Cabbar uşağını görməyə gəlmişdir. Dostu Eltun isə maşında onu gözləyirmiş. Onlar Cabbarla söhbət edə-edə “Oba” market tərəfə getmişlər. Daha sonra Vüqar onların yanından gəlib keçən zaman Cabbara “çəkil, yol ver” deyərək çiyin atmış və əsassız yerə mübahisə yaratmışdır. O, biraz kənara çəkildikdən sonra Kamil ilə Eltun gələrək münaqişəyə qoşulmuşlar. Cabbarın Vüqarı vurmasını görmədiyini, yolun geniş olduğunu və Vüqarın çiyin atmadan da həmin yoldan keçə biləcəyini, onların evinə heç kimin girib kimisə hədələmədiyini, Eltunun evə daxil olmadığını, dava-dalaş gedişində Kamilin ilk öncə Eltunu vurduğunu və əlində hansısa əşya olduğunu görmədiyini, həmçinin istintaqda verdiyi ifadə ilə hazırki ifadəsi arasındakı ziddiyyətin səbəbinin Cabbar tərəfindən uşağın ona göstərilmədiyinin olduğunu, hadisə zamanı anası və digərlərinin orada olmadığını, sonradan gəldiklərini qeyd etmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Vüqar Cabbarla onun söhbət etdiyi yerə yaxınlaşıb Cabbardan keçmək üçün yol istəmiş və Cabbar qəflətən heç bir səbəb olmadan Vüqarın sifətindən yumruq vurmuşdur. Onun növbəti hərəkətlərinin qarşısını almaq istəsə də ala bilməmiş və bundan sonra ara qarışmışdır. Dava-dalaş zamanı isə Təqsirləndirilən şəxs1 də heç bir səbəb olmadan Kamilin kürəyindən bıçaqla bir zərbə vurmuşdur. X14 Cabbarın əlindən almaq istəmişdir. Ona qarşı hadisə zamanı hər hansı şəxs tərəfindən zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 onların olduğu yerə yaxınlaşarkən artıq bıçaq onun əlində olmuş, həmin bıçağı Təqsirləndirilən şəxs1 evə Cabbarın arxasınca gələrkən də əlinə almışdır. Bıçaq açılıb-bağlanan kiçik cib bıçağı olmuş, hadisədən sonra ara qarışdığı üçün Eltunun bıçağı hara qoyduğunu, yəni cibinə saldığını və ya harasa aldığını görməmişdir. Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 arasındakı münaqişə, əlbəyaxa dava təxminən 2-3 dəqiqə ərzində baş vermiş, lakin həmin vaxt orada yaşayan təxminən 15-20 kişi və qadın həmin hadisə baş verən yerə yığışmışdır. Hadisə gecə saat 01:30 radələrində, əksər insanların yatdığı vaxt baş vermişdir. Anası və bacıları, tanımadığı başqa qonşular da ora gəlib Eltunla Cabbarı aralaşdırıb avtomobilə minib getmələrinə nail olmuşlar. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarında qızı Aysel Təqsirləndirilən şəxs2la qeyri-rəsmi ailə qurub 2 uşağı olmuşdur. Onlar həmin vaxtdan yola getməmiş, 2022-ci ilin sonlarında Aysel Cabbarla ayrılmışlar. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində evdə olarkən Cabbar yaşadıqları evə gəlib Aysellə mübahisə etməyə başlamış, onları sakitləşdirib Cabbarı evdən qovmuş və onlar çöldə söhbət etməyə davam etmişlər. Cabbar yanında adının sonradan Eltun olduğunu bildiyi şəxslə gəlmişdir. Eltun çöldə gəldiyi ağ rəngli avtomobilin yanında gözləyirmiş. Aysel və Cabbarın səsinə qonşular Kamil və Vüqar Cabbara yaxınlaşmış və anidən Cabbarla onun arasında əlbəyaxa dava başlamış, Cabbarın Vüqarı yumruqla vurduğunu görmüşdür. Kənarda dayanan Kamil onlara tərəf qaçanda Cabbarın dostu Eltun da o tərəfə gedərək onlara qarışmış, həmin vaxt o qarışıqlıqda Eltun və Kamilin də bir-birinə əl-qol atmasının şahidi olmuşdur. Qonşular da səs-küyə çıxıb birtəhər Eltun və Cabbarı həyətdən qovmuşlar. Onun hər hansı şəxsdən şikayəti yoxdur. Şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, gecə evdə olarkən saat 01:30 radələrində həyətdən səs-küy gəldiyini eşidib paltarlarını geyinərək çölə çıxmışdır. Ayselin əri Cabbarla mübahisə etdiyini, Cabbarın yüksək səslə qışqırdığını görmüşdür. Həmin vaxt Ayselin anası Nərgiz, qonşuları Kamil, Vüqar və Cabbarla birlikdə gələn tanımadığı bir şəxsin də orada olduğunu görmüşdür. X11 arasında mübahisə başlamış, bu zaman Kamil də Cabbarla birlikdə gələn, adının Eltun olduğunu sonradan öyrəndiyi şəxslə əlbəyaxa olmuş, kənarda dayanıb müdaxilə etməmişdir. Ayselin anası və Aysel onları ayırmağa çalışmışdır. Bu zaman Cabbar və Eltun aralaşıb gəldikləri avtomobilə doğru getmişlər. Şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində anası Şahid3 ilə eyni xarakterli ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Belə ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, digər Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1, digər zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs2, Şahid1, Şahid2 hər birinin eyni məzmunda verdikləri ifadələrə əsasən müəyyən olunmuşdur ki, 06 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanının qarşısında, Təqsirləndirilən şəxs1 Cabbar ilə Vüqarı davadalaş gedişində ayırmaq niyyəti ilə yaxınlaşmış və nəticədə Kamil Eltunun hansı məqsədlə yaxınlaşmasını bilmədiyindən ehtiyyat edərək sinəsindən yumruq ilə vurmuş və bunun qarşılığında Eltun da öz növbəsində Kamili kürək nahiyyəsindən bir dəfə əli ilə vurmuşdur, yəni Eltunun Cabbar ilə Vüqarı aralaşdırmaq məqsədilə yaxınlaşmasına baxmayaraq Kamil ilə arasında münaqişəli vəziyyətin yaranması zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. Davam edən münaqişəli vəziyyət təxminən 2-3 dəqiqədən ibarət olmaqla sonradan hadisə yerinə gələn adları şahid olan şəxslər tərəfindən sözlü mübahisə sona çatmışdır. Bundan başqa zərərçəkən Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi - deşici alətlə belindən vurduğunu faktı heç bir sübutla öz təsdiqini tapmamış, təqsirləndirilən şəxs və şahid ifadələri ilə Eltunun əlində alışqan və ya digər əşya olması dəqiq müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin həmin alət cinayət prosesini həyata keçirən orqan tərəfindən götürələrək maddi subut kimi iş materiallarına əlavə olunmamışdır. Bundan başqa hadisənin yay fəslində törədilməsi və hamıya məlum olduğu kimi yüngül (nazik) geyimlərin istifadə edilməsini nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin əlində olan alışqan ilə zərərçəkənə xəsarətin yetirilə biləcəyini daha inandırıcı və ağlabatan hesab edir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münaqişəli vəziyyət, dava-dalaş gedişində Eltunun hansı məqsədlə yaxınlaşmasını bilmədiyindən zərərçəkən Kamilin təşəbbüsü ilə başlamışdır. İbtidai istintaqı aparan müstəntiq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ilə dostu Təqsirləndirilən şəxs2 mübahisə etmələrini və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edib xuliqanlıq hərəkətləri etməsini görərək həmin şəxsləri ayırmaq üçün qonşu Zərərçəkmiş şəxs1 yaxınlaşmasını bəhanə edərək dostu Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1lə əlbəyaxa olub silah qismində istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik aləti (alışqan-bıçağı) tətbiq edərək Zərərçəkmiş şəxs1 sol kürək nahiyəsindən bir dəfə qəsdən vurub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etməklə xuliqanlıq cinayətinin tərkibinin yaranması və təqsirləndirilən şəxsin əməlinin AR CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli hesab etmişdir. Bununla da təqsirləndirilən şəxsin əməlinə xuliqanlıq donu geyindirmək üçün tam, hərtətəfli və obyektiv araşdırma aparmayaraq hadisənin törədilmə səbəbini müəyyən etməmiş və bunu öz mülahizəsinə əsasən bahanə hesab etmiş, video görüntünün əldə edilməsi üçün tədbirlər görməmişdir. Lakin AR CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli maddi tərkibli olduğundan göstərilən səbəblə Zərərçəkmiş şəxs1 kürəy nahiyəsindən məlum olmayan silah qismində istifadə edilən alətlə vurması və onun xəsarət aldığı vaxt cinayət başa çatmış hesab olunur. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi, bu məsələnin həllində əhəmiyyət kəsb edən şərt əməl törədilərkən hadisə ilə əlaqədar onun baş verdiyi yerə insanların toplaşıbtoplaşmaması, baş verənləri görüb-eşitmələri (zahiri əlamət) yox, təqsirkarın hərəkətlərində birbaşa ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönələn niyyətinin, xuliqanlıq motivinin (bu cinayət üçün zəruri olan subyektiv cəhətin əlamətinin) aşkar edilib-edilməməsidir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qarşı etdiyi hərəkətlərində ictimai qaydanın kobud sürətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış, onun belə niyyətinin olması müəyyən edilməmiş və Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulmuşdur. AR CM-nin 221.1-ci maddəsinin dispozisiyası qanunverici tərəfindən dəqiq müəyyən olunmuş və əməlin xuliqanlıq kimi tövsif olunması üçün nə başqa şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunmadan ayrılıqda ictimai qaydanın pozulması, nə də ictimai qaydanın pozulması müəyyən edilmədən ayrılıqda başqa şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin edilməsi kifayət etməməklə hər iki halın-həm ictimai qaydanın pozulmasının, həm də təqsirləndirilən şəxsin yuxarıda sadalanan qərəzli hərəkətlərinin birgə mövcud olması birmənalı şəkildə müəyyən edilməmişdir ki, bu da müstəntiqin hazırki iş üzrə gəldiyi qənaətlə cinayət qanunu normasına şəxsi mülahizələri əsasında şərh verərək şəxsin əməlinə düzgün hüquqi qiymət verməməsinə dəlalət edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 əməlini AR CM-nin 221.3-cü maddəsi ilə tövsif edərkən istinad etdiyi yeganə sübut şahid ifadələri və ya digər mötəbər sübutlarla öz təsdiqini tapmayan zərərçəkmiş şəxsin ifadəsidir ki, həmin ifadədə göstərilən və təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsinə əsas olan hallar isə nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı sübuta yetirilməməklə təkzib edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan görünən odur ki, istintaq orqanı iki hala istinad edərək şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olması qənaətinə gəlmişdir: 1. Hadisənin heç bir əsaslı səbəb olmadan baş verməsi; 2. Hadisənin ictimai yer hesab olunan küçədə baş verməsi. Məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs1 niyyəti müstəntiqin irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olsa idi, o, dava-dalaşın qarşısını almaq üçün yaxınlaşan zaman zərərçəkmiş şəxsi ilk öncə vurar və münaqişəli vəziyyət yaranmış olardı. Lakin göründüyü kimi səbəb Eltun dostunu ayırmaq üçün yaxınlaşdıqda zərərçəkənin ilk öncə onu vurmasıdır. Həmçinin sağlamlığa xəsarətin yetirməsi ilə əlaqədar hadisənin ictimai yerdə baş verməsi mütləq əsas deyil ki, xuliqanlıq kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş və öz ehtimalları əsasında şəxsə ittiham irəli sürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.3-cü maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs1 əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən sadəcə təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan zərərçəkən şəxsi vurmasına əsaslanaraq əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs1 əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Zərərçəkmiş şəxs1 məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaq orqanının Təqsirləndirilən şəxs2 AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutların qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs hadisənin zərərçəkənin ona çiyin vuraraq keçməsi səbəbindən başlamasını bildirsə də, məhkəmə istintaqı zamanı və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin və zərərçəkən şəxslərin ifadələri, o cümlədən, təqsirləndirilən şəxsin özünün ifadəsində olan xüsusatlar və ziddiyətli məqamlarla onun ifadəsi həmin hissədə təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs hadisənin zərərçəkənin ona çiyin vuraraq keçməsi səbəbindən başlamasını göstərsə də, zərərçəkən Vüqarın məhkəmə və ibtidai istintaq zamanı, Şahid1 isə ibtidai istintaq zamanı verdiyi ifadələrində 06 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanının qarşısında Cabbarın qəflətən heç bir səbəb olmadan Vüqarı vurmasını və onların əvvəllər bir birilərini tanımadığını bildirmişdir. Göründüyü kimi göstərdiyi xüsusat təkzib edilmişdir ki, bu da təqsirləndirilən şəxsin ifadələrində səmimi olmamasının göstəricisidir və özünümüdafiə xarakterli ifadə verməsinə dəlalət edir. Təqsirləndirilən şəxs2 niyyəti müstəntiqin irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olmaqla, yəni 06 avqust 2023-cü il tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanının qarşısında, əvvəllər aralarında heç bir ədavət, düşmənçilik olmadığı, ümümiyyətlə tanımadığı şəxsi keçmiş yoldaşı ilə aralarında mübahisə etdiyi vaxt Vüqarın ondan yol istəməsinə əsabləşərək vurması xuliqanlıq kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməli bir qrup şəxs tərəfindən olmadığı üçün Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən 221.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsinin əlamətləri olduğundan, göstərilən maddə ilə fakta görə ********* nömrəli cinayət işinin başlanması və həmin cinayət işinin icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır (i.v.1). “cinayət haqqında məlumatın istintaq aidiyyatı üzrə göndərilməsi barədə” 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialın Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır (i.v.26-27). “Şübhəli şəxsin tutulması haqqında” 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 avqust 2023-cü il tarixdə, saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.41). “Cinayət əməlinin tövsif edilməsi haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir (i.v.86). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.88-89). “qətimkan tədbirinin seçilməsi haqqında” 26 avqust 2023-cü il tarixli qərardan görünür ki, hazırda şübhəli şəxs qismində tutularaq Yasamal RPİ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı Yasamal RPi-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.100-101). DİN-nin BƏSİİ-dən daxil olmuş 02 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v.104). “qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin barəsində axtarış elan edilməsi haqqında” 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməsi qərara alınmışdır (i.v.121). “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.123). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, hazırda Təqsirləndirilən şəxs1 istintaq orqanına gəldiyi üçün iş üzrə bir sıra prosessual və istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından ********* nömrəli cinayət işi üzrə dayandırllmış icraatın təzələnməsi və həmin cinayət işinin icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır (i.v.127). “ittiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır (i.v.133-134). “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.136). “DİN-nin BƏSİİ-dən daxil olmuş 17 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (i.v.142-143). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, hazırda Təqsirləndirilən şəxs2 istintaq orqanına tutularaq təqdim edildiyi üçün iş üzrə bir sıra prosessual və istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından ********* nömrəli cinayət işi üzrə dayandırllmış icraatın təzələnməsi və həmin cinayət işinin icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır (i.v.146). “Şübhəli şəxsin tutulması haqqında” 15 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 may 2024-cü il tarixdə, saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.148). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.172-173). “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 17 may 2024-cü il tarixli qərardan görünür ki, hazırda şübhəli şəxs qismində tutularaq Yasamal RPİ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Sərxan Ramazanovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır (i.v.187-188). “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 17 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.189-190). Biləsuvar Rayon Məhkəməsinin 1(022)-108/2024 saylı, 12 iyun 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və onun barəsində 02 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmış və Təqsirləndirilən şəxs2 çəkilməsi üçün qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir. Bakı şəhər Probasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-7600/2025 nömrəli məktubdan görünür ki, Məmmədov X5 rayon Məhkəməsinin 1(022)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs2 probasiya idarəsinin qeydiyyatından keçməmiş, bu səbəbdən məhkumun xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 01 il 11 ay 26 gün təşkil edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 1(004)-416/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə təqdim edilmiş 26 sentyabr 2024-cü il tarixli, 3-16- 17/40/2-6403/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 23 sentyabr 2024-cü il tarixdə Yasamal RPİ CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il təvəllüdlü X7 adında övladı vardır. Vəsiqənin surətindən görünür ki, X7 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməli və həmçinin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini, azyaşlı uşağının olmasını, vətən müharibəsi iştirakçısı olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), vurulmuş ziyanı könüllü olaraq ödənilməsi və ya aradan qaldırılmasını (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti (vətən müharibəsi iştirakçısı), o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməməsini), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə (himayəsində azyaşlı uşağının olması) təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması onu cəmiyyətdən təcrid etmədən mümkün olduğuna görə ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin ediləcək cəza ona Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-108/2024 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 AR Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)-108/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla ona qəti cəza təyin edilməli, onun əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı, hazırkı iş üzrə şübhəli şəxs qismində saxlanıldığı müddət və məhkəmə istintaqı zamanı tutularaq həbsdə saxlandığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CMnin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Mübariz oğluna və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia və maddi subut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci təqsirli bilinsin, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(022)- 108/2024 saylı hökmü ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət və hazırkı iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, məhkəmə istintaqı zamanı tutularaq həbsdə saxlandığı 04 ay 27 gün müddət, cəmi 05 ay 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 10 ay 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 01 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclasında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mübariz oğluna sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Prospekt” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Prospekt” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar