Məhkəmə qərarları › İş №1(004)-300/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-300/2020

30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-300/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “xxxx” MMC-nin qanuni təmsilçisi X5, Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Vəliyev “xxxx” MMC-nin qanuni təmsilçisi X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək “xxxx” MMC-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddədə ilə ittihamedici hökmün çıxarılmasını, onun barəsində həqiqətə uyğun olmayan böhtanların dərc edilməsinin qadağan edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 şəhər Polis İdarəsinin DYPŞ-ni YPX-nin tağım komandiri vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 11-12 radələrində xidmətdə olan zaman Sumqayıt şəhəri ərazisindən keçən Bakı-Quba yolunda yerləşən “N” saylı hərbi hissədə and içmə mərasimi keçirildiyindən hərbi hissənin qarşısında olan bir neçə avtomobilin yolun kənarında düzgün saxlamaması səbəbindən avtomobillərin sıxlığının müşahidə olunmasına görə radiostansiya vasitəsilə məlumatı eşitdikdən sonra həmin yerə yaxınlaşmaq üçün deyilən istiqamətə getmişlər. Həmin əraziyə çatan zaman bir neçə avtomobilin həqiqətən yolun hərəkət hissəsində dayanaraq digər hərəkət iştirakçılarına maneçilik törətdiyini görüb səsgücləndirici vasitəsilə avtomobillərin sürücülərinə avtomobillərin düzgün saxlamaları ilə bağlı xəbərdarlıq etməyə başlamışlar. Həmin zaman tanımadığı bir nəfər özünü orada düzgün şəkildə saxlamayan “Hyundai Santafe” markalı **-AA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü kimi təqdim edərək, qəfil olaraq patrul maşının sağ hissəsinə pəncərəsinə yaxınlaşaraq “düzgün saxlamasaq nə olacaqdır?”- deyə soruşmuşdur. Ona bildirilmişdir ki, nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən götürməsə barəsində AR İXM-in tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib olunacaqdır. Həmin şəxsə bunu deyib onun yanından uzaqlaşaraq digər sürücülərə xəbərdarlıq etməyə davam etmişlər. Yolun hərəkət hissəsində olan digər nəqliyyat vasitələri götürüldükdən sonra onlar həmin ərazidən uzaqlaşmışlar. Həmin sürücü sonradan mobil telefonu vasitəsilə (Təhlükəsiz şəhər kameraları vasitəsi ilə qeydə alınmışdır) onun xidmət apardığı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotosunu qərəzli çəkmişdir. Belə ki, həmin sürücünün qərəzli şəkildə patrul maşının fotosunu çəkdiyi, onun şikayətçinin barəsində böhtan xarakterli mətbuatda dərc etdiyi yazıdan açıq -aşkar bəlli olur. Belə ki, bir gün sonra isə barəsində şikayət etdiyi "Gündəlik Bakı Redaksiyasında “**-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Dövlət Yol Polisləri haqqında saysız-hesabsız şikayətlər daxil olur. Bu "qəhrəman" yol polislərinin əlindən Sumqayıt camaatının canı boğazına yığışıb. İki lovğa cavan uşaqlar vətəndaşlara günahları olmadan ilişir, şər atırlar. Yaşlı insanlarla, əlillərlə, şəhid ailələri ilə kobud rəftar etməklə kifayətlənmir, onlara haqq verməyən vətəndaşları sıxma-boğmaya salırlar və bir sözlə sadə, kasıb vətəndaşları aylıq haqqa otuzdururlar. Maraqlısı odur ki, bu cavan yol polislərinin vəzifəsi elə bil yolların təhlükəsizliyini qorumaq yox yolkəsənlik etməkdir. Axı bu ixtiyarı bu cavan Yol Polislərinə kim verib? Görəsən Cənab Nazirimiz müharibə dövründə əməkdaşlarının etdiklərindən xəbərdardırmı? Bu "qəhrəman" Yol Polislərinin birinin adı Farizdir, digəri isə məmur övladı olduğu üçün adının gizliliyini qoruya bilir. Yəni bütün mərdimazarlıq işlərində Fariz "qəhrəmanlıq" edərək öz sinəsini qabağa verir və mənim daydayım güclüdür deyərək özünə arxayın "dvijeniya" edir. Ümid edirik X12 Eyvazov bu cavan, lovğa Yol Polisləri ilə ciddi məşğul olacaqdır.” ifadələri yazılmışdır. Adı çəkilən məqalədə yazılan bütün hallar onun barəsində deyilmiş şər böhtanlardan ibarətdir. Belə ki, məqalə ilə ilk tanış olan zaman məqalənin qərəzli olması eyni zamanda bundan irəli gələrək yazılması aydın şəkildə görülməkdədir. İlk onu qeyd etmək istəyir ki, məqalədə barəsində dəfələrlə şikayətlərin olması qeyd edilir. Lakin bu hallarla bağlı hər hansı araşdırma aparılıb aparılmaması qeyd edilmir. Daha sonra ölkəmizin keçdiyi bu gərgin zamanlarda məqalə müəllifi ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin adını məqalədə yazmaqla guya “...yaşlı insanlarla, əlillərlə, şəhid ailələri ilə kobud rəftar...“ edilməkdə onu ittiham edərək böhtan atır. Belə ki həmin şəxsin ona şər böhtan atdığına daha bir sübut isə çalışdığı DİN-ə rəsmi şəkildə bu günə kimi heç bir şikayət olunmamasıdır. Bundan başqa məqalə müəllifi redaksiya onu cinayət törətməklə “...haqq verməyən vətəndaşları sıxma-boğmaya salırlar və bir sözlə sadə, kasıb vətəndaşları aylıq haqqa otuzdururlar...” ittiham edərək üzərinə böhtan atır. Məhkəmə hazırlıq iclasında X6 şikayəti müdafiə edərək, “xxxx” MMC-nin qanuni təmsilçisi X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddə ilə ittihamedici hökmün çıxarılmasını, onun barəsində həqiqətə uyğun olmayan böhtanların dərc edilməsinin qadağan edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında “xxxx” MMC-nin qanuni təmsilçisi X1 Fariz Şavəddin oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin ona aid olmadığını, şiakyətin düzgün tərtib edilmədiyini bildirərək şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, şikayət heç bir mötəbər dəlilə əsaslanmadan verilmiş və düzgün tərtib edilməmişdir. Buna görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7- ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1.şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2.törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3.cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5.cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6.şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7.şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293.3.1, 293.3.2, 293.3.3, 293.3.5 və 293.3.6-cı maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə cinayət məsuliyyətinə cəlb edilməli olan şəxs kimi cinayətin subyekti hesab olunmayan hüquqi şəxsin adı, yəni “xxxx” MMC-nin adı qeyd edilmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “xxxx” MMC-nin qanuni təmsilçisi X8 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-300/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli vəkil hesabatından aydın olur ki, X7 05 (beş) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “xxxx” MMC-nin qanuni təmsilçisi X7 ibtidai araşdırma zamanı göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin (qanuni təmsilçi X8) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan elan olduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar