Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-300/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 01.06.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,458 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, 01 iyun 2021-ci il tarixdə saat 12.00-da Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid küçəsi, 3 saylı evin qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,458 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvələr Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 21.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 01 iyun 2021-ci il tarixdə səhər saatlarında o, narkotik vasitə olan heroin almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan əraziyə gəlib, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə yaxınlaşıb ondan 10 manat müqabilində bir büküm narkotik vasitə olan “kokos” deyilən heroin almışdır. Həmin gün, yəni 01 iyun 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında olarkən özlərini Yasamal RPİ-nin 27-ci PB-nin polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşıb onu Polis Bölməsinə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 27-ci polis şöbəsinə getmişdir. Bölməyə gələrkən polis əməkdaşları ondan narkotik maddə qəbul edib etmədiyini soruşmuşlar. O, da onlara demişdir ki, xəstəliyi ilə əlaqədar olaraq hərdən bir narkotik vasitələrdən istifadə edir və üzərində narkotik vasitə vardır. Polis Bölməsində polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni 01 iyun 2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadə üçün 10 manata almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Həmin məlumata əsasən Yasamal RPİ-nin 27ci PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, 01 iyun 2021-ci il tarixdə saat 12:00-da ünvan 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmişlər, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. O, üzərində heç bir sənədin olmadığını deyib özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Tofiqin üzərində narkotik vasitənin olmasına əsaslı şəkildə şübhələr yarandığından ona polis bölməsinə getmək təklif olunmuş və Tofiq buna etiraz etmədiyi üçün onu xidməti avtomobilə əyləşdirərək özləri ilə Yasamal RPİ-nin 27-ci PB-nə aparıb təhqiqatçıya təhvil vermişlər. Orada polis əməkdaşının və Tofiq Əlicanova təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Tofiq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü təqdim edərək masa üzərinə qoymuş və həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Tofiq həmin narkotik vasitə olan heroini Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ümumilikdə 10 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Rəsulov X3 Zaur Vaqif oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və maddənin olması halında könüllü təqdim etməsi təklif edildi. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər məhkum olunmuşdur. Hazırda da əynindəki göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd şəffaf sellofana bükülmüş bükülüdə narkotik maddə olan “heroin” vardır. Təqsirləndirilən şəxs cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellafona bükülmüş narkotik maddə “heroin” olan bükülünü cibindən çıxarıb könüllü olaraq təqdim etdi. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş bir ədəd bükülünün içərisində tünd qəhvəvi rəngli toz şəkilli maddə öz dedivinə görə “kokos” deyilən heroin vardır. İştirak edənlər və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirdi ki, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı və təqdim etdiyi bir ədəd bükülüdəki toz şəkilli, tünd qəhvəyi rəngli maddə narkotik vasitə olan “kokos” deyilən heroindir. Həmin narkotik vasitəni Nəsimi rayonu, “Kubinka” adlı ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən alaraq sonradan istifadə etmək məqsədi ilə əynindəki cins şalvarın sağ yan cibində saxlamışdır. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürləndi və zərf bütün iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan “İphone” markalı mobil telefondan istifadə edildi. Çəkiliş bir ədəd DVD diskə köçürüldü və protokola əlavə edilmişdir. (i.v. 33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 02 iyun 2021-ci il tarixli 6/2207 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,458 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq olunmuş sıyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. (i.v. 42-44) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 04 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 1 ədəd diski «HP 2011x» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd «20210601_171314» adlı 01.06.2021ci il tarixdə yazılmış və 749940 kb. həcmdə video fayl olduğu müəyyən edildi. Həmin video fayla baxış keçirilərkən müəyyən edildi ki, Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında təhqiqatçı, polis baş leytenantı Fuad Cənnətov xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Yasamal RPİ-nin 27-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona baş təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər məhkum olunmuşdur. Hazırda da əynindəki göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd şəffaf sellofana bükülmüş bükülüdə narkotik maddə olan “heroin” vardır. Təqsirləndirilən şəxs cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellafona bükülmüş narkotik maddə “heroin” olan bükülünü cibindən çıxarıb könüllü olaraq təqdim etdi. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş bir ədəd bükülünün içərisində tünd qəhvəvi rəngli toz şəkilli maddə öz dedivinə görə “kokos” deyilən heroin vardır. İştirak edənlər və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirdi ki, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı və təqdim etdiyi bir ədəd bükülüdəki toz şəkilli, tünd qəhvəyi rəngli maddə narkotik vasitə olan “kokos” deyilən heroindir. Həmin narkotik vasitəni Nəsimi rayonu, “Kubinka” adlı ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən alaraq sonradan istifadə etmək məqsədi ilə əynindəki cins şalvarın sağ yan cibində saxlamışdır. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirildi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükülü kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürləndi və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 80- 82) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 nəticələrinə dair 09.07.2021-ci il tarixli 2240 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 110- 111) “Sübutların qiymətləndirilməsi haqqında” 15 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində 01 iyun 2021-ci il şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,458 qram olan kustar üsulla nazırlanmış narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınsın və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq qalmış 0,408 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, 01.06.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, şəxsi axtarış və götürmənin aparılmasını əks etdirən 01 ədəd disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2021-ci il tarixli, 6/2207 nömrəli məhkəmə-kimyəvi, ambulator məhkəmə-narkoloji ekspertizasının 09.07.2021-ci il tarixli, 2240 nömrəli rəyi, əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir. (i.v. 112-120) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.458 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 24) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli 4(004)-291/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 01 iyun 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 72-74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 03 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 23.05.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.5, 29,180.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.08.2018-ci il tarixli qərarı ilə 29,177.2.5-ci maddəsi hökmdən xaric edilmiş və cəzası 05 ay 28 günə endirilmişdir. 21.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 88-89) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.05.2018-ci il tarixli 1(004)-149/2018 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 il 6 ay (iki il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay 28 gün (iki il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v. 99-102) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2018-ci il tarixli 1(103)-1011/2018 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.5 və 29,180.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 29,177.2.5-ci maddəsi ümumi ittihamdan xaric edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə əsasən, həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v. 103-109) 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2018-ci il tarixli 1(103)-1011/2018 nömrəli qərarına əsasən 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 21 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nın 83.3.3-cü maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.408 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 114.00 (bir yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 01 iyun 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri X2 və X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 41 (qırx bir) saata görə 246 (iki yüz qırx altı) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri X2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat və X6 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 0.408 qram qalıq çəkisi olan heroin məhv edilsin. Maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 41 (qırx bir) saata görə 246 (iki yüz qırx altı) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri X2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat və X6 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:- AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-300/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-300/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver