Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-300/2022 09.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə üzərində saxlamış və daşımışdır. Belə ki, o, 06 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd selofan paket bükümündə, təmiz çəkisi - 0,259 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarında, iki ədəd siqaretin gümüşü kağız bükümündəki təmiz çəkiləri - 0,015 qram; 0,021 qram, ümumi təmiz çəkisi 0,036 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxlamaqla, daşımış, 06 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu S.Əsgərova küçəsində saxlanılaraq, 27-ci polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin təmiz çəkisi - 0,259 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkiləri - 0,015 qram; 0,021 qram, ümumi təmiz çəkisi 0,036 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,təxminən 2009-cu ildən etibarən narkotik vasitə qəbul edir, narkotik vasitənin heroin növündən və şüşə deyilən metamfetamin növündən çəkmə üsulu ilə qəbul edir. Heroini və metamfetamini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, heroini və metamfetamini əvvəllər Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda almış və qəbul etmişdir. 06 aprel 2022-ci il tarixdə gecə saat 22:00 radələrində onun bədəni ağramış, ona görə də qərara gəlmişdir ki, narkotik vasitə alsın və qəbul etsin, həmin vaxt o, Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan əraziyə getmiş, orada tanımadığı bir şəxslə rastlaşmış, ondan bədəni ağradığmı, ondan heroin və şüşə adlanan metamfetamin istəmişdir. Həmin şəxsdə ona bildirmişdir ki, onda şüşə adlanan metamfetamin və heroin olmasını, nə qədər istədiyini bildirmişdir. Bundan sonra o, həmin şəxsdən bir büküm narkotik vasitə heroin, iki büküm şüşə adlanan metamfetamin istədiyini və neçəyə satmasını soruşmuş, həmin şəxs istədiyi kütlələrə görə ondan 15 manat pul istəmişdir. O da, həmin şəxslə razılaşmış, ona 15 manat verməklə, ondan bir ədəd selofan paket bükümündə içərisində narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü kağızı bükümündə şüşə adlanan psixotrop maddə metamfetamin almış, aldığı kütlələri əynində olan boz rəngli cins şalvarımın sağ yan cibində saxlamış fikri də o olmuşdur ki, bir hissəsini qəbul etsin, bir hissəsini sonradan qəbul edər. 06 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində təsadüfən tanışı Əzizin idarə etdiyi avtomobili ilə köhnə yaşadığı məhəllədə hərəkət etməsini görüb ona işarə etmiş, Əziz onu görərək maşını saxlamış və maşından düşüb görüşmüşlər və hal əhval tutmuşlar. Sonra isə o, Əzizin maşınına oturmuş, ona demişdir ki, çoxdandır ki, onu görmür, gedək bir az şəhərdə gəzsinlər, çay içərlər. Əziz də onunla razılaşmışdır. Əziz avtomobili yerindən tərpədərkən, onlara post patrul avtomobili yaxınlaşmış, sayrışan işıqları yandırmışdır. Əziz maşını saxlamışdır ki, görsün nə məsələdir. Bu vaxt polis nəfərləri onlara yaxınlaşmışlar, özlərini ona təqdim etmişlər və şəxsiyyətləri barədə məlumat soruşmuşlar. Həmin vaxt onun üzərində narkotik vasitə olduğundan özünü bir qədər şübhəli aparmış və qaçmaq istəmiş, bu vaxt polis əməkdaşları onları saxlamış, onu və Əzizi yaxınlıqda olan 27-ci PB-nə dəvət etmişlər. Onlarda polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə etiraz etməmişlər, onlarla birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində bir ədəd selofan paket bükümündə içərisində narkotik vasitə olan heroin və iki ədəd gümüşü kağız bükümündə el dilində şüşə adlanan psitxotrop maddə metamfetamin vardır, o, həmin narkotik vasitəni və psixotrop maddəni onlara təqdim edə bilər. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakteri hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına, üzərindən aşkar edilmiş iki ədəd gümüşü kağız bükümündə içərisində psixotrop maddə olan kütləni və bir ədəd selofan paket bükümündə içərisində narkotik vasitə heroin olan kütləni 06 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını, aldığı kütlələri satış məqsədilə əldə etmədiyini, kütlənin içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir.. O, polis şöbəsinə gətirilərkən onu kimsə dö-yməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. Əziz əvvəlcədən onun üzərində narkotik vasitə olmasından xəbəri olmamış və ya onun narkotik vasitəni haradan əldə etməyini bilməmişdir, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni özü əldə etmiş, Əzizin bundan xəbəri olmamışdır, Əzizlə görüşəndə artıq onun üzərində narkotik vasitə olmuş, lakin Əzizə bu barədə deməmişdir. O, Əzizlə təsadüfən köhnə yaşadığı məhəllədə rastlaşmış, onunla görüşməkdə, məqsədi o olmuşdur ki, çoxdandır ki, onu görməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2022- ci il tarixdə saat 23:30 radələrində, o, Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu S.Əsgərova küçəsində xidmət etdikləri vaxt, həmin küçədə iki nəfər şəxsi görüb, həmin şəxslərin özlərini şübhəli aparmasını görüb onların şəxsiyyətinin müəyyən edilməsindən ötrü yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Həmin şəxslər «Shevrolet Cruiz» markalı ** HO *** dövlət nömrə nişanlı avtomobilə əyləşib qaçmağa cəhd göstərmişlər. Onlar da həmin şəxsləri saxlamışlar və onların narkotik vasitə istifadə etdiklərindən şübhələnərək, onları Yasamal RPİ-nin 27-ci PB- nə dəvət etmişlər. Həmin şəxslər də onlarla polis bölməsinə gəlməyə etiraz etməmişlər və onlarla polis bölməsinə gəlmişlər. Yasamal RPİ-nin 27-ci polis bölməsində olduqları vaxt saxlanılan şəxslərin şəxsiyyəti müəyyən olunmuş və onlara məlum olmuşdur ki, saxladıqları şəxslər Bakı şəhər sakinləri X10 və Şahid4dur, həmin şəxslərin üzərində narkotik vasitə olmasından şübhələndikləri üçün barələrində qanuni tədbir görülməsi üçün raportla bölmənin rəhbərliyinə müraciət edilmişdir. xx.xx.2022-ci il tarixdə bölmənin xidməti otaqlarının birində əvvəlcə X4 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X8 təqdim edilmişdir. Sonra isə X8 hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X10 barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək hansı səbəbə PB-nə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra X10 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:30 dəqiqədə Yasamal rayonu S.Əsgərov küçəsində xidmət aparan Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq 27-ci PB-nin inzibati binasına gətirilmiş, əvvəllər məhkum olunmuşdur. Hazırda əynində olan boz rəngli cins şalvarının sağ yan cibində bir ədəd selofan bükümündə içərisində bir ədəd selofan bükümdə narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirərək, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini cibindən çıxardaraq masanın üzərinə qoymuşdur. Rəfael İskəndərovun təqdim etdiyi bir ədəd selofan bükülünün içərisində olan bir ədəd selofan bükümə və iki ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümə baxış keçirilərkən, bükümlərin bir ədəd selofan bükümün içərisindən narkotik vasitə heroin və digər iki ədəd gümüşü siqaret kağızma bükülmüş bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı X5 üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı X5 üzərindən aşkar edilmiş bir ədəd selofan bükümdə narkotik vasitə heroin və iki ədəd gümüşü siqaret kağızı bükümündə psixotrop maddə metamfetamin sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən götürülərək kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı X10 bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd selofan bükümün içərisində olan kütlə narkotik vasitə heroin və iki ədəd gümüşü siqaret kağızı bükümün içərisində olan kütlələr psixotrop maddə metamfetamindir, həmin kütlələri 06 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını, aldığı kütlələri satış məqsədilə əldə etmədiyini, özünün istifadəsi üçün əldə etdiyini, kütlənin içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan mobil telefondan istifadə edilmişdir. Çəkiliş bir ədəd diskə köçürülmüş və protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək, yuxarıda qeyd edilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, üç uşaq atasıdır, əvvəllər məhkum olunmamışdır. Bakı şəhər sakini X13 oğlunu əvvəllər yaşadığı Yasamal rayonu Sovetski uşağı kimi tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, özü icarə əsasında idarə etdiyi Chevrolet Cruz markalı ** HO *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri ərazisində taksi fəaliyyəti göstərir. O, özü təxminən bir ilə yaxındır ki, narkotik vasitə qəbul edir, narkotik vasitənin heroin növündən ineksiya yolu ilə qəbul edir, narkotik vasitə qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri Yasamal rayonu Nizami metrostansiyası yaxınlığında, yəni S.Əsgərova küçəsində olarkən, təsadüfən əvvəllər tanıdığı tanışı Rəfaellə rastlaşmış, maşını saxlamışdır. Rəfael maşına oturmuş, hal-əhval tutmuşlar. Sonradan Rəfael ona demişdir ki, «bir az şəhərdə gəzək», o da onunla razılaşmışdır. O, avtomobili yerindən tərpədərkən, onlara post patrol avtomobili yaxınlaşmış, sayrışan işıqları yandırmışdır. O, maşını saxlamışdır ki, görsün nə məsələdir. Bu vaxt polis nəfərləri onlara yaxınlaşmışlar, özlərini onlara təqdim etmişlər, sonra isə onu və Rafaeli yaxınlıqda olan 27-ci PB-nə dəvət etmişlər. Onlarda polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə etiraz etməmişlər. Polis bölməsində onu ayrı bir otağa, Rafaeli də ayrı bir otağa aparmışlar. Ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Sonradan isə müdafiəçi polis bölməsinə dəvət edilmiş, ona təqdim edilmişdir. Sonra isə o, şübhəli şəxs qismində tutulmuş, video müşahidə altında ona təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya və predmet olması soruşulmuş, əgər varsa, könüllü surətdə təqdim etməyi təklif edilmişdir. O isə, polis əməkdaşlarına üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet olmamasını bildirmişdir. Sonradan onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Sonradan bu barədə protokol tərtib edilmiş, protokol onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan ona məlum olmuşdur ki, onun tanışı Rafaelin üzərindən şəxsi axtarış zamanı narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. O, əvvəlcədən rafaelin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır və ya onun narkotik vasitəni haradan əldə etməsini bilmir. O, Rəfaellə təsadüfən köhnə yaşadığı məhəllədə rastlaşmış, onunla görüşməkdə, məqsədi o olmuşdur ki, çoxdandır ki, onu görmür, istəmişdir hal-əhval tutsunlar, bir az şəhərdə gəzsinlər, o, əvvəlcədən hisəydi ki, Rafaelin üzərində narkotik vasitə vardır, onunla görüşməzdi və onu qoymazdı ki, maşına əyləşsin. Rafael ona birlikdə narkotik vasitədən istifadə etməyi təklif etməmişdir təzəcə maşına oturmuşdur ki, polis əməkdaşları onları saxlamışlar. Cinayət işinin 17-ci vərəqəsində olan 07 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30 şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 106-108-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru baş ədliyyə müşaviri Elman Süleymanovun xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, və o, dərhal saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmiş. Cinayət işinin 109-110-cu vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 66-67-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2022-ci il tarixli, 6/1904 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 168» dairəvi möhür əksi və «X6 təqdim etdiyi maddəimza;imzalar;təhqiqatçı Çingiz Qurbanov-imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,259 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdəki təmiz çəkiləri - 0,015 qram; 0,021 qram, ümumi təmiz çəkiləri 0,036 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 65-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 92 (doxsan iki) manat təşkil etmişdir. Cinayət işinin 144-157-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 15 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,259 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,036 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntü olan bir ədəd disk maddi sübut qismində tanınmışdır. Ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 0,245 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,016 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin yekun qərarınadək saxlanılmalarından ötrü Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 136-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 şəxsi Ambulator X2 ekspert komissiyasının 21 aprel 2022-ci il tarixli, 1987 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 130-131-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2010-cu il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə AR Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 1.1ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş və götürülmüşdür. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir. Cinayət işinin materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa onu təqdim etsin. Əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd selofan paketin içərisində bir ədəd selofan paket bükümündə narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü kağızı bükümündə psixotrop maddə metamfetamini təqdim edərək, həmin narkotik vasitənin və psixotrop maddələrin özünə məxsus olmasını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə təqdim etdiyi bir ədəd selofan paketin içərisindəki bir ədəd selofan paket bükümünə və iki ədəd siqaretin gümüşü kağızı bükümünə baxış keçirilərkən, selofan paket bükümünün içərisində narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü kağızı bükümünün içərisində psixotrop maddə metamfetamin aşkar edilərək aşkar edilərək götürülmüşdür. İştirak edənlər və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd selofan bükümündə narkotik vasitə heroini və iki ədəd siqaretin gümüşü kağızı bükümlərində psixotrop maddə metamfetaminin ona məxsus olmasını, həmin kütlələri 06 aprel 2022-ci il tarixdə saat 22:00 dəqiqədə Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 15 manata aldığını və özünün istifadəsi üçün əldə edərək üzərində saxlamasını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sübut əhəmiyyətinə malik olduğundan götürülərək kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 168 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan “ Samsunq ” markalı mobil telefondan istifadə edildi. Çəkiliş bir ədəd diskə köçürüldü və protokola əlavə edilmişdir. Protokol Yasamal RPİ-nin 27-ci PB-nin xidməti otağında tərtib edildi, ucadan oxundu. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığından protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 07 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək, yəni 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 05 avqust 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 şəxsi Ambulator X2 ekspert komissiyasının 21 aprel 2022-ci il tarixli, 1987 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,245 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 0,016 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 92 (doxsan iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili M.D.Hacıyevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili M.D.Hacıyevə məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalmış 0,245 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 0,016 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-300/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-300/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver