Məhkəmə qərarları › İş №1(004)-300/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-300/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-300/2024 03.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası İnşaat və Memarlıq üniversitetindı xadimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdə, saat 11:42 radələrində yaşadığı ünvan 2 ünvanında, bibisi Zərərçəkmiş şəxs ilə həyətə zibil tökdüyünə görə şəxsi münasibətlərin pozulması səbəbindən aralarında yaranmış mübahisə zamanı əsəbləşərək əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə vuraraq sağ saidin bir ədəd əzilmiş, iki ədəd səthi əzilmiş yaraları və sıyrığı, sağ qaş üstü, alın nahiyyələrinin, boynun sağ yarısının, sağ körpücük nahiyyəsini əhatə edən sıyrıqları kimi xəsarətlərlə müşayiət olunan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisidir. O Minəvərlə bir həyətdə yaşayır. Novruz bayramı zamanı o zibilləri evin həyətinə yığmışdır. xx.xx.2024-cü il tarixdə külək həmin zibilləri dağıtdığı üçün bibisi Minəvər nalayiq söyüşlərlə onu çağıraraq zibilləri yığmağı tələb etmişdir. Bu zaman o, bibisindən nalayiq ifadələr işlətməməsini xahiş etsə də, Minəvər onun qızının ünvanınada nalayiq ifadələr işlətmişdir. Bundan sonra bibisi onun papağından tutaraq döndərmiş, o da özünü müdafiə üçün bibisinin qollarından vurmuş və itələmişdir. Bibisini itələyən zaman dırnaqları uzun olduğu üçün onun üz, boğaz və sinə nahiyyəsinə xəsarətlər yetirmişdir. Yekun olaraq o zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışdığını bildirmiş, bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Yasasmal rayonu Vasif Əliyev 164 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində tək yaşayır. Həmin evin həyətində qardaşı qızı Təqsirləndirilən şəxs 3 övladı ilə birlikdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 11:40 radələrində Məlahət yaşadıqların evin həyətində zibil tökdüyünə və yaşadıqları evin həyətini mütəmadi olaraq zibilləyərək natəmiz saxladığına görə ona irad bildirmiş, bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs Fəxrdədin qızı əlləri və ayaqları ilə onun üz və qol nahiyyələrindən bir neçə dəfə zərbələr vuraraq onu döymüşdür. Yekun olaraq o Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 23 mart 2024-cü il tarixli, 313 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ saidin bir ədəd əzilmiş, iki ədəd səthi əzilmiş yaraları və sıyrığı, sağ qaş üstü, alm nahiyyələrinin, boynun sağ yarısının, sağ körpücük nahiyyəsini əhatə edən sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa Yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin Zərərçəkmiş şəxs özüözünə yetirə bilməsi və yıxılması nəticəsində törənməsi inkar olunur. (i.v. 8-10) “Hadisə yerinə baxış keçirilməsi barədə” 25 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək yüngül dərəcəli bədən xəsarətlərini yetirdiyi yer ünvan 2 ünvanlı evin ümumi həyətidir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir. (i.v. 22-25) “İfadənin yerində yoxlanılması haqqında” 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:42- da yaşadığı mənzilin həyətində mənzilin giriş hissəsində onlarla birgə həyətdə yaşadığları bibisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, sonuncunu döyərək müxtəlif xəsarətlər yetirdiyini bildirmişdir. (i.v. 64-65) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 aprel 2024-cü il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. (i.v. 46) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb. Ona dəymiş ziyanı tamamilə ödəyib. Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Bu səbəbdən işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıb. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar