Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-302/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 02 dekabr 2022-ci il iş №1(004)-302/2022 Bakı şəhəri saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, məhkumluğu ödənilmiş, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanın pozulmasının qarşını alan digər şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib təkrar xuliqanlıq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində tanışı Zərərçəkmiş şəxs1 ilə guya ki, onun sərxoş olması barədə qardaşına mobil telefon vasitəsilə məlumat verib barəsində mənfi fikir yaratması səbəbinə görə mobil telefon vasitəsilə ilə əlaqə saxlayıb ünvanına nalayiq sözlər işlətməklə görüşə gəlməsinə təhrik edərək sonuncunun 05 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanda yerləşən “Bravo” adlı marketin yanına gəlməsinə nail olduqdan sonra həmin ünvanda qeyd edilən məzmunda aralarında baş vermiş münaqişə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə sonuncunun ünvanına nalayiq sözlər işlədərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən əldə edib üzərində daşımaqla gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 sol qol nahiyəsinə bir zərbə vuraraq sonuncuya sol saidin tış səthinin yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində cinayətkar niyyətini davam etdirərək tanışı Zərərçəkmiş şəxs1 məxsus mobil telefon vasitəsilə sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayıb qardaşı Zərərçəkmiş şəxs1 ona qarşı düzgün hərəkət etmədiyini qeyri-adekvat formada bildirib onların ünvanına nalayiq sözlər işlətməklə görüşə gəlməsinə təhrik edərək sonuncunun 05 yanvar 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 150 nömrəli ünvanda yerləşən müxtəlif təyinatlı məmulatların satışı ilə məşğul olan adsız köşkün qarşısına gəlməsinə nail olduqdan sonra həmin ünvanda qeyd edilən məzmunda aralarında baş vermiş münaqişə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs1 ünvanına nalayiq sözlər işlədərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən əldə edib üzərində daşımaqla gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 sağ qoltuqaltı nahiyəsinə bir zərbə vuraraq sonuncuya sağ qoltuqaltı nahiyəsinin kəsilmişdeşilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmiş, lakin bununla kifayətlənməyib cinayətkar niyyətinə davam edərək bir neçə dəqiqədən sonra yenidən həmin ünvana qayıtmaqla qərəzli xuliqanlıq hərəkətlərinə davam edərək Zərərçəkmiş şəxs2 üzərinə hücum edib əlində olan həmin bıçaqla vurmaq istəyən zaman ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən digər şəxs Zərərçəkmiş şəxs3 müqavimət göstərməklə əlində olan bıçaqla bir zərbə vurub sonuncuya qarının ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib təkrar xuliqanlıq etmişdir. Bundan başqa o, 04 yanvar 2022-ci il tarixdə günorta saatlarında Salyan rayonunda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,139 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış və 05 yanvar 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 150 nömrəli ünvanda törətdiyi xuliqanlıq cinayət əməli ilə əlaqədar polis əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə gətirilib Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra şöbənin inzibati binasında onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,139 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini, onun üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. CM-nin 221.3-cü maddəsi ilə isə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə saat 16:00 radələrində havalandırma mühərriki quraşdırılmasında ona köməklik etməsi üçün Amillə görüşüb söhbət etmişlər. Daha sonra kafelərdən birində əyləşib bir qədər spirtli içki qəbul etmişdir. Kafedən çıxdıqdan bir müddət sonra o, yenidən mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb söhbət etmək istəmişdir. O, isə bu zaman heç bir əsas olmadan onun ünvanına təhqiramiz sözlər işlətməyə başlamışdır. Söhbət zamanı o da ona söyüşlə qarşılıq verdiyindən ondan “İnşaatçılar” metrostansiyasının yanına gəlməyini tələb etmişdir. Qeyd edilən ünvanda onunla görüşdükdən sonra aralarında ilkin olaraq sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs1 fiziki cəhətdən üstün olduğu üçün əlləri ilə onu itələdiyindən o da əsəbiləşərək həmin gün xatırlamadığı ərazidə yerdən tapdığı və üzərində daşıdığı sınıq vəziyyətdə olan bıçağı gödəkçənin cibindən çıxararaq onun səhv etmirsə sol qol nahiyəsindən bir zərbə vurmuşdur. Bundan sonra isə aralaşmışlar və o uzaqlaşaraq xatırlamadığı istiqamətə doğru getmişdir. Amilin istifadəsində olan iki ədəd mobil telefondan biri işlə əlaqədar onda olmuşdur. Belə ki, işlə əlaqədar olaraq həmin mobil telefonlardan birinə, yəni onda olana adətən o cavab verib havalandırma mühhəriklərinin quraşdırılması ilə bağlı sifarişləri qəbul etmişdir. Amilin onun ünvanına söyüşlər etməsini qəbul edə bilməyib Amilə məxsus olan onun tərəfindən istifadə olunan mobil nömrə ilə mobil telefonda qardaşı kimi qeyd olunmuş şəxsə zəng edərək Amillə bağlı söhbəti həll etmək üçün görüşməli olduqlarını bildirmişdir. Razılaşdıqdan sonra Amilin qardaşı Zərərçəkmiş şəxs2la “İnşaatçılar” metrostansiyasmın yanındakı köşkün qarşısında görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs2 ona əl-qol hərəkəti etdiyindən onun fiziki cəhətdən üstün olmasını görüb gödəkçənin cibindən həmin bıçağı çıxarıb onun sağ qoltuq nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra nə baş verməsini isə xatırlamır. Zərərçəkmiş şəxs3 adlı polis əməkdaşını da vurmağını xatırlamır. İfadəsinin sonunda CM-nin 221.3-cü maddəsi ilə özünü qismən təqsirli bilib əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərin hazırda ondan şikayətçi olmadıqlarını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsini və ona həmin maddə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş aşağıdakı sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə təxminən bir ay müddətində işləyib artıqlaması ilə zəhmət haqqını vermişdir. 05 yanvar 2022-ci il tarixdə o, Elvinlə restoranda görüşərək həmin restorana bir müddət əvvəl quraşdırdıqları havalandırma mühərrikinin yeri dəyişdirəcəklərini və saat 22:00 radələrində işə başlamalı olduqlarını bildirmişdir. Təxminən bir saat sonra isə Təqsirləndirilən şəxs zəng edərək tanışları ilə kirayə yaşadığı mənzildə yeyib-içmələri və spirtli içki qəbul etmələri barədə məlumat verib onu da dəvət etsə də, o, axşam işləyəcəyini bildirib onun bu təklifindən imtina etmişdir. Onun sərxoş vəziyyətdə necə axşam işləyəcəyini götür-qoy etsə də, az miqdarda spirtli içki qəbul edəcəyini zənn edib əhəmiyyət verməmişdir. Saat təxminən 19:00 radələrində isə o, restoranda olan zaman Təqsirləndirilən şəxs öz adaşı olan Elvin adlı tanışı ilə birlikdə onun yanına gəlmişdirlər. Söhbət zamanı Təqsirləndirilən şəxs spirtli içkinin təsirindən özünü yaxşı hiss etmədiyini, odur ki, axşamkı işdə yanında olan tanışı Elvin adlı şəxsin köməklik etməsinə etiraz edib-etmədiyini soruşduqda o heç bir problem olmadığını və onun da zəhmət haqqını ödəyəcəyini bildirib razılaşmışdır. Onlar orada olan müddət ərzində Təqsirləndirilən şəxs həmin restoranda görəcəkləri işlə əlaqədar avadanlıqların gündəlik icarə əsasında verilməsinə görə əsəbiləşmiş və hətta mobil telefon vasitəsilə qardaşı Elnur Mustafayevlə mübahisə edib ona da iradını bildirmişdir. Sonra onların yanından uzaqlaşıb axşam gələcəyini bildirərək tanışı Elvin adlı şəxsin də əlaqə nömrəsini əldə edib saat 22:00-da burada olmasını tapşırmışdır. Təxminən 15-20 dəqiqə sonra isə o, “İnşaatçılar" metrostansiyasının üzərində olan zaman isə Təqsirləndirilən şəxs zəng edərək ilkin olaraq kobud şəkildə hansı səbəbdən onun sərxoş olması barədə qardaşı Elnura məlumat verdiyini soruşmuş və ünvanına söyüşlər işlətmişdir. O isə onun qardaşına heç nə demədiyini, onun özünün qardaşı ilə mobil telefon vasitəsilə söhbət edən zaman hər şeyi, o cümlədən spirtli içki qəbul etməsini dediyini xatırladıb sakitləşməyi məsləhət etmişdir. Lakin o sakitləşməyib yenidən ünvanına söyüşlər etdiyindən və onu üzbəüz söhbət etməyə çağırdığından o da görüşməyə razılıq verib onu dəvət etdiyi “Bravo" adlı marketin yerləşdiyi ünvanın yaxınılığına gəlmişdir. Təxminən 15-20 dəqiqə sonra o gəldikdən sonra qeyri-adekvat hərəkətlər edərək yüksək tonda danışmağa və istər onun ünvanına, istərsə də öz qardaşının ünvanına söyüşlər etməyə davam etmişdir. Onun sərxoş vəziyyətdə olduğunu gördüyü üçün söhbət etməyin mənasız olmasını başa düşüb onu evə aparmaq istədikdə Təqsirləndirilən şəxs üzərindən çıxardığı bıçaqla onun sinə nahiyəsinə vurmaq istədikdə o özünü müdafiə etmək üçün sol qolunu irəli verən zaman həmin zərbə sol qoluna dəyib zədələmişdir. Onun bıçaqla sol qoluna vurduğu zərbədən sonra qanaxma başladığından o, Təqsirləndirilən şəxs iradını bildirib yanından uzaqlaşaraq öz istifadəsində olan mobil telefonla təcili tibbi yardım stansiyasına və onun qardaşı Elnur Mustafayevə məlumat vermişdir. Lakin onların gəlməsi yubandığından Təqsirləndirilən şəxs yenidən onun yanına gələrək söyüşlər etməyə davam etmiş və yenidən əlində olan həmin bıçaqla onun qarın və boğaz nahiyəsindən vurmaq istədikdə o özünü müdafiə etmək üçün onu itələyərək onun yanından qaçmışdır. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs1 istifadəsində olan nömrədən zəng gəlmiş, cavab verdikdə zəng edən şəxsin Amil olmadığını bilmişdir. Həmin şəxs özünü Elvin kimi təqdim edərək qardaşının ünvanına ağır söyüşlər işlətdiyindən o da eyni formada cavab vermişdir. Bundan sonra həmin şəxs onunla görüşmək istədiyini bildirib onu Amillə bağlı söhbəti həll etmək üçün görüşə dəvət edib “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “İran” adlı klinikanın yanında olmasını və onu gözlədiyini bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 məxsus olan mobil telefonun hansı səbəbdən onda olmasını və ümumiyyətlə qardaşının harada olmasını dəqiqləşdirmək məqsədi ilə onunla görüşə getməyi qətiləşdirib özünə məxsus olan avtomobillə həmin ünvana getmişdir. Lakin həmin şəxs orada olmadığından mobil telefon vasitəsilə onunla əlaqə saxladıqda o, “İnşaatçılar” metrostansiyasının yanında olmasını bildirib ora gəlməyini bildirmişdir. Bundan sonra o da təxminən “KFC” adlı restoranla üzbəüz yerləşən o dediyi ünvana gedib metrostaniyanın çıxışında yerləşən köşkün qarşısında dayanıb onu gözlədiyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra isə başında “kepka” kimi adlandırdırılan baş geyimi olan, əynində qara rəngli gödəkçə olan orta boylu, səliqəsiz formada saqqalı olan təxminən 20-25 yaşlarında bir şəxsin əlində qardaşına məxsus olan mobil telefonla ona tərəf yaxınlaşmasının şahidi olmuşdur. Həmin şəxslə görüşən zaman isə o, kobud formada Amilin qardaşı olduğunu soruşduqda o təsdiq edən zaman həmin şəxs yenidən qardaşı Amilin ünvanına söyüşlər dediyindən ona irad bildirib sözlə qarşılıq vermişdir. Bundan sonra isə həmin şəxs onu söhbəti davam etdirmək üçün köşkün qarşısında yerləşən pilləkənin aşağı tərəfinə çəkdikdən sonra aralarında ilkin olaraq sözlə mübahisə davam etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ani məqamda əynində olan gödəkçənin sağ yan cibindən bıçaq çıxararaq onu vurmaq istədikdə o həmin zərbədən yayınıb onun qarşısını almaq üçün boğaz nahiyəsindən tutmuşdur. Bu zaman isə Təqsirləndirilən şəxs həmin bıçaqla onun sağ kürək nahiyəsinə bir zərbə vurub əllərinin boşalmasından sonra həmin yerdən qaçmışdır. Polis əməkdaşı olduğunu bildiyi şəxs müdaxilə edərək onu kənara çəkib Təqsirləndirilən şəxs qarşısını almaq istədikdə Təqsirləndirilən şəxs əlində olan bıçaqla həmin şəxsin qarın nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra isə hadisə yerinə gələn digər polis əməkdaşları onun qarşısını alaraq xidməti avtomobilə əyləşdirib uzaqlaşdırmışlar. Hadisə ictimai yerdə və insanların sıx hərəkət etdiyi yerdə baş verdiyindən ətrafda olan şəxslər bunun şahidi olub dərhal ona ilkin tibbi yardım etmişlər. Hazırda bir neçə yaxın dostlarının ondan xahiş etməsi səbəbindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Pirallahı rayon Polis şöbəsində işləyir, 05 yanvar 2022-ci il tarixdə saat 20:00 radələrində xidmətdə olmadığı üçün yaşadığı evə getmək üçün “İnşaatçılar” metrostansiyasının “KFC” adlı restoranla üzbəüz olan çıxışı tərəfdə hərəkətdə olan zaman iki nəfər kişi cinsindən olan şəxsin bir-biri ilə əlbəyaxa olmasının və kənarda dayanmış şəxslərin isə onları seyr etməsinin şahidi olub dərhal onlara yaxınlaşaraq özünü təqdim edərək aralaşdırmaq üçün hər iki şəxsə müdaxilə etmişdir. İlkin olaraq adının sonradan Güləhməd olduğunu bildiyi şəxsi uzaqlaşdırdıqdan sonra qeyriadekvat hərəkətləri ilə sərxoş vəziyyətdə olması bariz görünən digər şəxsi sakitləşdirmək istədikdə isə həmin vaxt onun ünvanına təhqiramiz sözlər işlədərək qəfildən əlində olan əlamətlərini dəqiq görə bilmədiyi bıçaqla onun qarın nahiyəsinə zərbə vurub xəsarət yetirdikdən sonra qaçmağa başlamışır. Qarın nahiyəsindən xəsarət alsa da, onun arxasınca qaçaraq çox uzaqlaşmasına imkan verməyib onu yaxaladıqdan sonra məlumat əsasında hadisə yerinə gəlmiş ərazidə xidmət aparan X3 Alayının əməkdaşlarına təhvil verərək özünə ilkin tibbi yardım göstərib qanaxmanı nisbətən dayandırdıqdan sonra Bakı şəhəri Yasamal rayonu 29-cu Polis şöbəsinə müraciət etmişdir. Orada hadisə ilə bağlı izahat verdikdən sonra isə aldığı xəsarətlə əlaqədar müalicə olunmaq üçün Azərbaycan Respublikası DİN-in A.Heydərov adına Respublika Hospitalına getmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı notariat qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır,ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə saat 20:00-da xidmət yoldaşları polis nəfərləri Şahid5 və Şahid4 ilə birlikdə onlara təhkim olunmuş ərazidə avtopatrulla xidmətə başlayan zaman “İnşaatçılar” metrostansiyasının yaxınlığında iki nəfər şəxsin bir-birini tutaraq mübahisə etməsini görüb dərhal onların yanına yaxınlaşmışlar. Onların yanına yaxınlaşdıqdan sonra həmin iki şəxsdən adını sonradan bildikləri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmasının şahidi olub digər şəxsin anket məlumatlarını soruşduqda isə həmin şəxsin öz təqdim etməsinə əsasən Zərərçəkmiş şəxs3 adlı polis əməkdaşı olmasını bilmişlər. Zərərçəkmiş şəxs3 onlara məlumat verərək Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini bildirdiyindən onlar da sonuncuya xüsusi vasitə tətbiq edib əllərinə qandal bağlayaraq xidməti avtomobillə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə saat 20:00-da xidmət yoldaşları polis nəfərləri Şahid3 və Şahid4 ilə birlikdə onlara təhkim olunmuş ərazidə avtopatrulla xidmətə başlayan zaman “İnşaatçılar” metrostansiyasının yaxınlığında iki nəfər şəxsin bir-birini tutaraq mübahisə etməsini görüb dərhal onlann yanına yaxınlaşmışlar. Onların yanına yaxınlaşdıqdan sonra həmin iki şəxsdən adını sonradan bildikləri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmasının şahidi olub digər şəxsin anket məlumatlarını soruşduqda isə həmin şəxsin özünü təqdim etməsinə əsasən Zərərçəkmiş şəxs3 adlı polis əməkdaşı olmasını bilmişlər. Zərərçəkmiş şəxs3 onlara məlumat verərək Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini bildirdiyindən onlar da sonuncuya xüsusi vasitə tətbiq edib əllərinə qandal bağlayaraq xidməti avtomobillə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə gətirərək təhvil vermişlər. Bu barədə şöbədə raport tərtib etdikdən sonra isə təhkim olunmuş ərazi üzrə xidmətə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə saat 20:00-da xidmət yoldaşları polis nəfərləri Şahid5 və Şahid3 ilə birlikdə onlara təhkim olunmuş ərazidə avtopatrulla xidmətə başlayan zaman “İnşaatçılar” metrostansiyasının yaxınlığında iki nəfər şəxsin bir-birini tutaraq mübahisə etməsini görüb dərhal onların yanına yaxınlaşmışlar. Onların yanına yaxınlaşdıqdan sonra həmin iki şəxsdən adını sonradan bildikləri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmasının şahidi olub digər şəxsin anket məlumatlarını soruşduqda isə həmin şəxsin öz təqdim etməsinə əsasən Zərərçəkmiş şəxs3 adlı polis əməkdaşı olmasını bilmişlər. Zərərçəkmiş şəxs3 onlara məlumat verərək Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini bildirdiyindən onlar da sonuncuya xüsusi vasitə tətbiq edib əllərinə qandal bağlayaraq xidməti avtomobillə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə gətirərək təhvil vermişlər. Bu barədə şöbədə raport tərtib etdikdən sonra isə təhkim olunmuş ərazi üzrə xidmətə davam etmişlər. Qeyd etdiklərindən başqa heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 05 yanvar 2022-ci il tarixdə saat 21 radələrində o və şöbənin digər əməliyyat müvəkkili Şahid2 şöbədə olan zaman bir nəfər şəxsin iki nəfərə bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı şöbəyə gətirilməsi, onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılacağı barədə məlumat verilmiş və həmin istintaq hərəkətində iştirak etmək üçün şöbənin təhqiqatçısı Fuad İsgəndərovun xidməti otağına getməli olduqları bildirilmişdir. Onlar təhqiqatçının xidməti otağına gəldikdən sonra şöbəyə gətirilmiş şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişlər. Bundan sonra isə xidməti otaqda təhqiqatçı Fuad İsgəndərov onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi kimi dəvət olunmuş Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O da əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin heroin olmasını və şəxsi istifadəsi üçün 04 yanvar 2022-ci il tarixdə Salyan rayonu ərazisində yerdən tapdığını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman heç bir əşya aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 05 yanvar 2022-ci il tarixdə saat 21:00 radələrində o, və şöbənin digər əməliyyat müvəkkili Şahid1 şöbədə olan zaman bir nəfər şəxsin iki nəfərə bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı şöbəyə gətirilməsi, onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılacağı barədə məlumat verilmiş və həmin istintaq hərəkətində iştirak etmək üçün şöbənin təhqiqatçısı Fuad İsgəndərovun xidməti otağına getməli olduqları bildirilmişdir. Onlar təhqiqatçının xidməti otağına gəldikdən sonra şöbəyə gətirilmiş şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişlər. Bundan sonra isə xidməti otaqda təhqiqatçı Fuad İsgəndərov onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və müdafiəçi kimi dəvət olunmuş Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O da əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin heroin olmasını və şəxsi istifadəsi üçün 04 yanvar 2022-ci il tarixdə Salyan rayonu ərazisində yerdən tapdığını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman heç bir əşya aşkar edilməmişdir. Cinayət işində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümün içərisində olan narkotik vasitənin heroin olmasını və 04 yanvar 2022-ci il tarixdə səhər saatlarında Salyan rayonunda yerdən tapıb şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşımasını göstərmişdir (1-ci cild, səh. 41-42). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 05 yanvar 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən içərisində heroin olan bir ədəd şəffaf polietilen bükümü çıxararaq təqdim etmiş və narkotik vasitə heroini 04 yanvar 2022-ci il tarixdə səhər saatlarında Salyan rayonunda yerdən tapıb şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşımasını göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 yanvar 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı cinayət əməli törədilmiş ünvan ünvan 3ctimai yer hesab olunur. Baxış istintaq hərəkəti keçirilən zaman hadisə yerindən cinayət aləti olan tiyəsi dəstək hissəsindən ayrılmış bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür (1-ci cild, səh. 9-14). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD-R formalı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi 05 yanvar 2022-ci il tarixdə saat 19:09:18 və 19:13:23-də istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 ilə istifadəsində olan ***-***-**-** mobil nömrə vasitəsilə əlaqə saxlamışdır. Qeyd edilənlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdikləri ilə uyğundur (2-ci cild, səh. 9). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli “ifadələrin yerində yoxlanılması” protokolu ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ifadələrinin yerində yoxlanılması zamanı 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayət əməli barədə sərbəst dindirmə zamanı verdiyi ifadələri təsdiq etmiş, cinayət hadisənin baş verdiyi yerin ünvan 2 ünvan olmaqla ictimai yer hesab olunması müəyyən edilmişdir. (2-ci cild, səh. 19-21) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 18 fevral 2022-ci il tarixli 88/2022-MTBŞ nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus uzunqol köynək və Zərərçəkmiş şəxs1 məxsus uzunboğaz pulver üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupu AB0 sistemi üzrə təyin edildikdə yalnız A antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə A-(İİ) qruplu şəxslərə, o cümlədən, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus ola bilər (2-ci cild, səh. 28-31). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 07 yanvar 2022-ci il tarixli 24 nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət - sağ qoltuqaltı nahiyənin kəsilmiş-deşilmiş yarası, kəsici-deşici əşyanın təsirindən törənmişdir, müddəti (xx.xx.2022) və şəraiti şəxsin ekspertiza zamanı özünün göstərdiklərinə uyğun gəlir, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir (1-ci cild, səh. 197-200) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 17 yanvar 2022-ci il tarixli 47 nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət - sol saidin tış səthinin yuxarı 1/3-nin deşilmişkəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022- ci il tarixdə bıçaqla yetirilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (1-ci cild, səh. 214-217) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 09 fevral 2022-ci il tarixli 139 nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, Zərərçəkmiş şəxs3 almış olduğu xəsarət-qarının ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunduğu kimi kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (2-ci cild, səh. 25-27) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbikriminalistik və məhkəmə-kriminalistik ekspertizalarının 25 fevral 2022-ci il tarixli 68- 2022/MTKŞ nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus pulverin sol qolunun arxa səthinin aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və özünü kafi dərəcədə büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus pulverin sol qolunun arxa səthinin aşağı hissəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə ilə onun bədənində olan sol saidin tış səthinin yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası öz yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Təqdim olunmuş pulver üzərində əlbəyaxa savaşma zamanı əmələ gəlməyə xarakterik heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus pulverin yuxarı boğaz nahiyəsində və sol qolunun səthi boyu geniş yayılmış qan ləkələri vardır. Bu ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş və fiziki kapilarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur (2-ci cild, səh. 32-39) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kriminalistik ekspertizasının 28 fevral 2022-ci il tarixli 3/161 nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, tədqiqata təqdim edilmiş predmet zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik mətbəx bıçağının tiyə və dəstəyidir, soyuq silah hesab edilmir (2-ci cild, səh. 76-78) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2022-ci il tarixli 6/31 nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 3,139 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (1-ci cild, səh. 52-57). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 13 aprel 2022-ci il tarixli 1769 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (2-ci cild, səh. 79-80) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-ambulator psixiatrik ekspertizasının 11 aprel 2022-ci il tarixli 881 nömrəli rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Ekspertizaya əlavə təqdim olunmuş tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs Salyan Rayonlarası Psixiatriya Xəstəxanasında və SQ Baş Klinik Hospitalının psixiatriya bölməsində müayinə olunmuş, hər iki halda onda psixi xəstəlik aşkar edilməmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2019-cu il tarixdə ambulator müayinə zamanı müəyyən edilmiş “Epileptik psixoz?” ilkin diaqnoz kimi müəyyən edildiyindən və stasionar şəraitdə müayinədən sonra təsdiq olunması tələb olunduğundan həmin diaqnoz kifayət qədər etibarlı hesab edilə bilməz. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərinin mənasını dərk etmək, qavramaq və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir (2-ci cild, səh. 81-84) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.2.1 -ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 il şərti sınaq müddəti təyin edilmişdir .Təqsirləndirilən şəxs çəkilməmiş əlavə cəzası olmadığından barəsində təyin edilmiş 02 il şərti sınaq müddəti 20 avqust 2020-ci il tarixdə başa çatmışdır (1-ci cild, səh. 146-147, 2-ci cild, səh. 13-18) Cinayət işində və məhkəmə istintaqında tədqiq edilmiş 09 yanvar 2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində “VERBATİM 16 X 4.7 GB 120 MİN” söz və rəqəmləri həkk olunmuş bir ədəd DVD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. 3,139 qram çəkidə narkotik vasitə heroin isə 09 yanvar 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq tədqiqat keçirildikdən sonra qalan 3,089 qram hissəsi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (1-ci cild, səh. 127-131). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2022-ci il tarixli “Maddi sübut kimi tanınma” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan üzərində iş üçün əhəmiyyətli halları və izləri əks etdirən bir ədəd tünd rəngli uzunboğaz pulver maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (2-ci cild, səh. 94-95) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan üzərində iş üçün əhəmiyyətli halları və izləri əks etdirən bir ədəd ağ rəngli uzunqol köynək maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (2-ci cild, səh. 92-93) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, cinayət aləti olan tiyəsi dəstək hissəsindən sınmış vəziyyətdə olan bir ədəd bıçaq maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (2-ci cild, səh. 90-91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-9/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (1-ci cild, səh 31, 120-124). Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməsi özünün etirafı (CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan əmələ münasibətdə), zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videogörüntü və digər maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Qeyd edilən qərarda göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 3,089 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan bir ədəd uzunboğaz pulver, bir ədəd uzunqol köynək və bir ədəd bıçaq məhv edilməli, maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalı, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88.70 manat (səksən səkkiz manat yetmiş qəpik) və 64 (altmış dörd) manat olmaqla cəmi 152.70 manat (bir yüz əlli iki manat yetmiş qəpik) məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-302/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 24 iyun 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilməklə, 70 (yetmiş) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 70 iş saatına bərabər hesab edilərək, göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılaraq ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 3,089 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan bir ədəd uzunboğaz pulver, bir ədəd uzunqol köynək və bir ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88.70 manat (səksən səkkiz manat yetmiş qəpik) və 64 (altmış dörd) manat olmaqla cəmi 152.70 manat (bir yüz əlli iki manat yetmiş qəpik) məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-302/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-302/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver