Məhkəmə qərarları › İş №1(004)-302/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-302/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-302/2023 06.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərşəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi 11 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 61812,00 manat və 77471,84 ABŞ dolları məbləğində pul vəsaitini ödəniş anında manatla Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 dekabr 2016-cı il tarixli, 2(103)-8392/2016 saylı qətnaməsinin icasının təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 3(004)-330/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 19 yanvar 2022-ci il, 05 dekabr 2022-ci il tarixdə rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 23 dekabr 2022-ci il tarixədək şəxsi maraq niyəti ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni müxtəlif ünvanlarda tikinti sahələrində işləyir və aylıq gəliri 500,00 manat təşkil edir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, 2014-cü ildə dostu Zərərçəkmiş şəxs borc istəmiş, sonuncu isə üzərində nəğd pul olmadığı üçün ona borc müqaviləsi bağlamağı və qısa müddət ərzində Rusiya Federasiyasına gedərək müqavilədə göstərilən məbləği ona göndərəcəyini təklif etmiş, o, isə dostuna inanaraq 21 iyun 2014-cü il tarixdə onunla 60000,00 manat pul borcuna görə borc müqaviləsi bağlamış, bundan sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasına getsə də həmin pulu ona göndərməmiş, belə olan halda Təqsirləndirilən şəxs borc müqaviləsində göstərilmiş pulu ondan almaq məqsədilə Rusiya Federasiyasına getmişdir. Bundan başqa ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs 21 iyun 2014-cü il tarixli borc müqaviləsində göstərilmiş 60000,00 manat pul borcunun müqabilində ona 70000,00 ABŞ dolları məbləğində pul vəsaiti vermiş, bir müddətdən sonra o, borcunu qaytara bilmədiyi üçün sonuncu ona qarşı 2016-cı ildə məhkəmədə 60000,00 manat, həmçinin 70000,00 ABŞ dolları məbləğində pul vəsaiti tələbinə dair iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(103)-8392/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 61812,00 manat və 77471,84 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru dəfələrlə ondan izahatlar almış, hətta Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 3(004)-330/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün həbs edildikdən sonra icra məmuru qətnamənin icrasını təmin etməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq vermiş, o, isə hərəkətlərini davam etdirməklə məhkəmənin qanuni qüvvədə olan aktını icra etməmişdir. Əlavə olaraq bildirmişdir ki, o Xaçmaz rayonu,Nabran kəndində yerləşən dəyəri 15.000 manat olan 6 sot torpaq sahəsini tələbkar Zərərçəkmiş şəxs adına rəsmiləşdirərək təhvil vermişdir. Başqa əmlakı mövcud deyil və borcu bağlamağa hazırda imkanı yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dostu Təqsirləndirilən şəxs 21 iyun 2014-cü ildə ondan qaytarmaq məqsədilə 61800,00 manat, iyul ayında isə 75000,00 ABŞ dolları məbləğində pul vəsaiti borc almış, bir müddət sonra sözünə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırmış, belə olan halda ona qarşı məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(103)-8392/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 61812,00 manat və 77471,84 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında manatla tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin icrası ilə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən bir mənalı olaraq imtina etdiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 3(004)- 330/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq təqdim etsə də o, məhkəmə aktını icra etməmiş, uzun illərdir daşınmaz əmlak alqı-satqısı ilə məşğul olduğu üçün xeyli miqdarda pul qazanmasına baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, məhkəmə istintaqı zamanı borclu Təqsirləndirilən şəxs onun adına Xaçmaz rayonu, Nabran kəndində yerləşən dəyəri 15.000 manat olan 6 sot torpağı onun adına rəsmiləşdirmişdir. Lakin dıgər qalıq qalan borcu ödəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 61812,00 manat və 77471,84 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında manatla tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 dekabr 2016-cı il tarixli, 2(103)-8392/2016 saylı qətnaməsinin icrası təmin edilməsi ilə əlaqədar Bakı şəhəri Yasamal rayon icra şöbəsinə daxil olduqdan sonra icraata başlanmış, tələbin könüllü təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, dəfələrlə şöbəyə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınması ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 3(004)-330/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün müddətində inzibati həbs edilmiş və məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qətnamənin icrasından qərəzli yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X5 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində Təqsirləndirilən şəxs bir neçə ay əvvəl santexnik ustası kimi tanımış, sonuncu ona məxsus ünvan 2 ünvanında yerləşən mənzildə həyata keçirdiyi təmir işlərinə görə ona müəyyən məbləğdə pul ödədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uzun illərdir dostluq edirlər. Əlavə olaraq ifadəsində qeyd etmişdir ki, o, uzun müddətdir fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni müxtəlif ünvanlarda tikinti sahələrində işləmiş, bundan başqa 2022-ci ilin yay aylarında ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, bağlar massivində yerləşən bağ tikintisində uzun müddət işləyən ustaların üzərində nəzarəti həyata keçirmiş və həmin fəaliyyətinə görə ona hər ay 500,00 manat əməkhaqqı ödəmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, bir neçə ay əvvəl Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, bağlar massivində yerləşən Şahid3 məxsus bağın tikintisində fəhlə işləmiş, Təqsirləndirilən şəxs ilə orada tanış olmuş, sonuncu həmin vaxt orada işləyən fəhlələrin üzərində iş icraçısı olaraq fəaliyyət göstərmişdir. Cinayət işinin 145-148-ci vərəqələrində olan qətimkan tədbiri seçmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-15-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(103)-8392/2016 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 61812,00 manat və 77471,84 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(103)-8392/2016 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab olunmuşdur. Cinayət işinin 32-ci vərəqəsində olan Yasamal rayon icra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(103)-8392/2016 saylı icra sənədi üzrə icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, onun barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdarlıq olunmuşdur. Cinayət işinin 33-cü vərəqəsində olan Yasamal rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişlə ona Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(103)-8392/2016 saylı icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi və həmçinin onu gözləyən məsuliyyət barədə barədə xəbərdar olunmuşdur. Cinayət işinin 58-62-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs olunmuşdur. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 83-cü vərəqəsində olan 22 saylı Mənzil-Kommunal İstismar Sahəsindən alınmış xx.xx.2022-ci il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işinin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilən çıxarışdan görünür ki, Xaçmaz rayonu Nabran kəndində 6 sot torpqğın mülkiyyətçisi X3r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni və zərərçəkmiş şəxsə(tələbkara) qismən ödəniş etməsini (torpağın verilməsi) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsi haqqında” Qərarına əsasən ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 06 noyabr 2023-cü il tarixdən məhdudlaşdırıldığından sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin və hökmün icrası bu hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna tapşırılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar