Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-303/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tədbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində xx.xx.2022-cı ıl tarixdə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlılbəylı küçəsində yerləşən 23 nömrəli binanın qarşısında küçədə insanların gözü önündə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə, Zərərçəkmiş şəxs heç bır əsaslı səbəb olmadan, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün, ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tədbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Tamerlan Səfərimi nalayiq ifadələrlə söyüb zor tədbiq etməklə qəsdən sifət və baş nahiyyəsinə bir neçə dəfə yumruqla vuraraq ona burun belinin və sağ yanağın şişkınli qançırı, sağ qulaq seyvanının əzilməsi ilə müşayiət olunmuş qançırı, sağ qulaqarxası nahiyənin sıyrığı və boyun nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrındə dostu Nurlanla birlikdə bir qədər spirtli içki qəbul etdikdən sonra ünvan 2 ünvanında yerləşən hostelin qarşısına gəlmişlər. Bundan sonra o həmin hostelin qarşısında dayanmış, Nurlan isə həmin hostelə qalxaraq orada yaşayan tanıdığı Nazlıxanım adlı qadınla binanın blokunda söhbət etmişdir. Bir neçə dəqiqədən sonra blokda Nurlanın sonradan adını bildiyi Tamerlan adlı şəxslə sözlü mübahisə etdiyini görüb onlara yaxınlaşmışdır. O, Tamerlandan nə baş verdiyini soruşduqda sonucu ona söhbətin ona aidiyyəti olmadığını bildirmişdir. Bu zaman o, içkili olduğundan Tamerlanı söhbət etmək üçün həsteldən bir qədər kənara çağırmış, etrafda olan şəxslərə kənara çəkilmələrini bildirmişdir. Söhbət zamanı o içkili olduğu üçün əlini Tamerlana tərəf uzatmış və Tamerlan ona əl ilə danışmamağı bildirmiş və Tamirlanın bu iradı onun xoşuna gəlmədiyi üçün onun sifət nahiyyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Tamerlan yerə doğru əyilsədə amma yıxılmamışdır. Bundan sonra Nurlan və ətrafda olan digər şəxslər onlara yaxınlaşaraq onları ayırıb, Tamerlanı harasa aparmışlar, Nurlan isə onu kənara çəkib sakitləşdirmişdir. Yekun olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 fevral 2022-ci il tarixdə gecə saat 02 radələrındə ünvan 2 ünvanında yerləşən «Art flovers» şirkətinin ofisindən çıxıb evə getmək istəyərkən binanın blokunda əvvəllər tanımadığı, sonradan adının Nurlan olduğu ona məlum olan şəxslə bir xanımın söhbət etdiklərini görmüş və onların yanından ötüb keçmişdir. O, blokun qapısından küçəyə çıxmaq istəyərkən arxadan səs eşitmişdir. Həmin vaxt o, xanımın döyüldüyünü güman edərək geriyə qayıdıb həmin qızdan nə baş verməsi barədə maraqlanmışdır. Həmin qız ona heç bir hadisə baş vermədiyini bildirmişdir. Bu zaman Nurlan ona “sənə nə lazımdı" deyə soruşmuş və onların aralarında sözlü mübahisə baş vermişdir. Bundan sonra arxadan əvvəllər tanımadığı sonradan adını bildiyi Samir adlı şəxs ona yaxınlaşmış və qolundan tutaraq onu kənara aparmışdır. Onlarla bərabər ofisdən tanışı Qabil və başqa şəxslər küçəyə çıxmışlar. Həmin hosteldən küçəyə çıxdıqdan sonra Samir onu bir qədər kənara çəkmişdir. Söhbət zamanı ona məlum olmuş ki, Samir və Nurlan tanışdırlar. Samır onunla uca səslə kobud şəkildə danışmağa başlamışdır. Həmin vaxt Qabil və Nurlan bir qədər kənarda dayanmışlar. Söybət zamanı Samır qəflətən onun sifətindən ardıcıl olaraq bir neçə dəfə yumruq zərbələri endirmiş və o, müvazinətini itirmiş, lakin yıxılmamışdır. Bundan dərhal sonra Nurlan, Qabil və başqa şəxslər onlara tərəf qaçmış və Qabil onu oradan aralamış və ofisə aparmışdır. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun iş yoldaşıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 02 radələrində ünvan 3 ünvanında yerləşən ofisdə olduğu zaman küçədə səs-küy eşitmişdir. O, dərhal küçəyə çıxmış və orada Tamerlanın əvvəllər tanımadığı sonradan adını bildiyi Nurlan adlı şəxslə sözlü mübahisə etdiklərini görmüşdür. Həmin vaxt başqa tanımadığı, lakin sonradan adını bildiyi Samir adlı şəxs Tamerlanın qolundan tutub kənara aparmışdır. O onların arxasınca getmək istəsədə Samir onlara kiminsə gəlməyinə ehtiyac olmadığını sadəcə olaraq söhbət etdiklərini bildirmişdir. Bundn sonra o digər şəxslərlə birgə kənardan dayanmı Samirlə Tamerlan isə onlardan aralaşaraq söybət etməyə başlamışlar. Bundan sonra söhbət edən zaman Samir qəflətən Tamerlanın sifət nahiyyəsinə yumruqlar vurmağa başlamışdır. O, Nurlan və orada olan digər şəxslər Samir və Tamerlana tərəf getmişlər. Onlar Samir və Tamerlana yaxınlaşan kimi dərhal onları ayırmışlar və o, Tamerlanı ofisə aparmış, Nurlan isə Samiri sakitləşdirmişdir. Bir az sonra həmin yerə polis əməkdaşları gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022ci il tarixdə gecə saat 02 radələrındə o, piyada ünvan 4 ünvanının qarşısından keçərkən tanımadığı, sonradan adının Samir və Tamerlan olduğu ona məlum olan iki nəfər şəxsin mübahisə etdiklərini və Samirin Tamerlanı sifətindən bir neçə dəfə yumruq zərbələri vurmasını gorub onlara yaxınlaşmışdı. O, orada olan bir neçə nəfər şəxslərlə onları aralamaqda köməklik etmişdir. Bir qədər sonra oraya polis əməkdaşları gəlmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 64-cü vərəqində olan ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində iş yoldaşı və dostu olan Təqsirləndirilən şəxs ilə birlikdə spirtli içki qəbul etdikdən sonra ünvan 2 ünvanında yerləşən hosteldə yaşayan iş yoldaşı Nazlıxanıma pul vermək üçün getmişlər. O, Nazlıxanım ilə binanın blokunda söhbət edən zaman pilləkənlərlə düşüb yanlarından keçən əvvəllər tanımadığı, sonradan adının Tamerlan olduğu ona məlum olan şəxslə aralarında anlaşılmazlıqdan sözlü mübahisə baş vermişdir. Onların səsini eşidən Samir bloka gələrək mübahisəyə müdaxilə etmiş və Tamerlanın qolundan tutaraq küçəyə aparmışdır. Həmin zaman küçədə başqa şəxslərdə olmuşdur. O və adını sonradan bildiyi Mir Qabil adlı şəxs Samir və Tamerlanın arxasınca gedib onları sakitləşdirmək istəsələrdə Samir onlara sadəcə söhbət etdiklərini bildirib aralıda dayanmağı bildirmişdir. O və Qabil kənarda daynıb söhbət etmişlər. Həmin zaman qəflətən Samirin Tamerlanın sifət nahiyyəsinə bır neçə yumruq vurduğunu görmüşdür. O, Qabil və orada olan başqa tanımadığı şəxslər onlara tərəf getmişlər. Samir Tamerlanın sifətinə və başına yurmruqlar vurmuşdur. Onlar dərhal onları aralamış və o, Samiri kənara çəkib ona öz iradını bildirmişdir. Tamerlanı isə tanışı Qabil harasa aparmışdır. Bir az sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2022-ci il tarixli 2/2165 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2.82 promilli alkoqolla orta dərəcəli sərxoş olmuşdur. (i.v. 9) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanındakı iki mərtəbəli yaşayış binasının qarşısındadır. Binanın qarşı tərəfində yolun kənarında çıx saylı avtomobillər park olunmuşdur. Hadisə yeri həmin blokun qarşısında olmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 02:00 radələrində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onu həmin yerdə yumruqları ilə vurmuşdur. (i.v. 17-18) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 12 fevral 2022-ci il tarixli, 148 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Muşfıq oğlunun ş olduğu xəsarətlər - burun belinin və sağ yanağın şışkinlı qançırı, sağ qulaq vanının əzilməsi ilə müşayiət olunmuş qançırı, sağ qulaqarxası nahiyənin sıyrığı boyun nahiyəsinin qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci ıl tarixdə törənməsi mümkündür dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. (i.v. 28-30) “Sübutların qiymətləndirilməsi haqqında” 19 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirlən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə tibbi-ekspertizasının xx.xx.2022-ci il tarixli, 148 nömrəli rəyi, əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir. (i.v. 131-136) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədənailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 fevral 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 72) “Qətimkan tədbiri seçilməsi haqqında” 18 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 124-126) Binəqədi rayon MKTB-nin 95 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsət xarakterizə olunur. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını, ona dəymiş zərərin tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz) beş saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz) beş saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-303/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-303/2022
27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver