Məhkəmə qərarları › İş №1(004)-304/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-304/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-304/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi İslam Əli oğlu Əliyev, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X9, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs: xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ali təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli «Q» yaşayış sahəsi, ev 24, mənzil 9-da qeydiyyatda olan, Salyan şəhəri Kürqaraqaşlı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs kollecə və texnikoma qəbulla bağlı işləri həll edə bilməsi barədə, habelə həmin işləri deputat tanışı vasitəsilə edəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib, sonuncunun inam və etibarını qazanaraq Zərərçəkmiş şəxs tanışı X1 Azərbaycan Dövlət Pedaqoji Universitetinin texnikomunun qiyabi şöbəsinin ibtidai sinif müəllimliyinə tələbə kimi qəbul olunmasına köməklik göstərməsi barədə ona müraciət etdikdə, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, yalandan sonuncunu qeyd edilən texnikoma qəbul etdirmək imkanına malik olması görüntüsü yaratmaqla əslində həmin pulu ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 26.12.2018-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Ye doy" restoranında 3.000 manat, dələduzluq hərəkətlərinin davamı olaraq 14.01.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən kafedə Zərərçəkmiş şəxs iş yoldaşı Şahid vasitəsilə göndərdiyi 2000 manat, 18.01.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu metronun “20 Yanvar’ stansiyasının yanında yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs iş yoldaşı Şahid vasitəsilə göndərdiyi 2000 manat, 2019-cu ilin mart ayının ortalarında işin artıq həll olunduğunu və illik təhsil haqqını ödəmək adı ilə ünvan 2 ünvanda yerləşən “Ye doy’ restoranında Zərərçəkmiş şəxs iş yoldaşı Şahid vasitəsilə göndərdiyi 800 manat olmaqla, ümumilikdə ona məxsus 7800 manat pulu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə maddi imkanı yaxşı olmadığı üçün Mirzə adlı tanışı vasitəsilə başqa şəxslərdən pul alıb texnikoma tələbə düzəltmək qərarına gəlmişdir. Həmin ərəfədə Nəşriyyatda işlədiyindən ora tez-tez kitab çap etdirməyə gələn Şahid adlı şəxs ilə tanış olmuşdur. Kənan ona texnikoma düzəlmək istəyən tanışının olduğunu bildirmiş, bunun müqabilində ona pul ödəyəcəyini demişdir. Maddi vəsaitə ehtiyacı olduğundan Mirzə adlı tanışından kömək istəmiş, o isə həll edəcəyini bildirmişdir. Bundan sonra Şahid onu Zərərçəkmiş şəxs adlı şəxslə tanış etmiş, onlar görüşərək məsələni müzakirə etmişlər. Daha sonra Zərərçəkmiş şəxs ümumilikdə 7800 manat pul almış, Maya adlı xanımı texnikoma qəbul etdirəcəyinə dair inam yaratmışdır. Mirzə ona bunun mümkün olmadığını bildirdikdə artıq pulu qaytarmağa imkanı olmamışdır. Zərərçəkmiş şəxs dəfələrlə ondan pulunu tələb etsə də, pulu qaytara bilməmişdir. Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs yaxın dostu Şahid vasitəsilə tanımışdır. Həmin ərəfədə Kənan müəllim nəşriyyatda kitab çapı ilə məşğul olduğundan orada çalışan Elçin adlı şəxsi tanımışdır. O, atasının yaxın dostunun qızı Maya adlı xanımı texnikuma düzəltmək istədiyini dostu Kənana bildirdikdə, Kənan ona bu işin Elçin adlı şəxs tərəfindən həll edilə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla görüşmüş, Elçin ona bir neçə şəxsin adını verməklə Mayanı texnikoma düzəldə biləcəyini bildirmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq Elçin onu həmin şəxslərlə görüşdürməmişdir. O, ilkin olaraq 3000 manat, daha sonra ayrı-ayrılıqda 2000 manat olmaqla, 7000 manat pulu Təqsirləndirilən şəxs ödəmiş, daha sonra 800 manat təhsil haqqı adı ilə yenidən Elçinə vermişdir. Bundan sonra Elçin onlardan qaçmağa, zənglərdən yayınmağa başlamış və bu məsələ uzandığı üçün artıq məlum olmuşdur ki, Elçin onları aldatmışdır, əvvəldən məqsədi aldadıb pulları almaq olmuş və bu günə kimi verdiyi vədi yerinə yetirməmiş, aldığı pulları qaytarmamışdır. Elçinin aldadıb aldığı cəmi 7800 manat pul ona məxsusdur, dostu Əsədlə aralarında olan şifahi razılığa əsasən Əsədin qızı Mayanın məsələsini həll etdikdən sonra bu iş üçün xərclədiyi pulları Əsəd ona verəcəkmiş, iş alınmadığı üçün, yəni Elçin onu aldatdığı üçün Əsədin də ona heç bir pul verəcəyi olmamışdır. Kənan da Sumqayıtda yaşadığından metronun “20 Yanvar" sitansiyasına yaxın olması səbəbindən və o da Quba rayonunda işlədiyi üçün pulu Kənana göndərirmiş, Kənan da həmin gün pulu Elçinə vermişdir. Aslanov X6 texnikoma düzəldilməsi məsələsi ilə əlaqədar pul aldıqda həmin işi onları inandırmaq üçün guya hansısa tanış deputatın vasitəsilə edəcəyini demiş, özünə də müəyyən məbləğdə pul qalacağını bildirmişdir. Lakin məlum olmuşdur ki, Elçinin dedikləri hamısı yalan imiş, məqsədi pulu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, ona görə də şikayətçidir. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəmədiyindən ağır formada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid göstərdi ki, 2018-ci ildə əvvəllər bir yerdə işlədiyi və hazırda da müəyyən kurslarda görüşdüyü iş yoldaşı Soltanla söhbət zamanı Soltan kollecə qəbulla bağlı maraqlandıqda tanıdığı Elçin adlı şəxs barədə danışmış və Soltan razılaşdığı üçün onları tanış etmişdir. Həmin ərəfələrdə attestatla kollecə və ya texnikoma qəbul olmağın mümkün olmasını eşitmişdir. Bu məqsədlə Soltanı Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Elçin həmin vaxtlar nəşriyyatda işlədiyindən öz kitabını çap etdirmək üçün Elçinlə tanış olmuş və kollecə qəbulla bağlı söhbət zamanı Elçin bu işləri həll etməyi bacardığını bildirmişdir. Elçinlə görüşüb söhbət zamanı Elçin Soltanın dostunun qızı Mayanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin texnikomuna düzəldəcəyini, bunun müqabilində 10000 manat pul istəmiş, ilkin olaraq 3000 manat pul vermək lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs Elçinlə görüşərək ondan tələb olunan məbləği vermiş, daha sonra onun vasitəsilə 800 manat pulu da Təqsirləndirilən şəxs vermişdir. Aslanov X6 texnikoma düzəldilməsi məsələsi ilə əlaqədar pul aldıqda həmin işi onları inandırmaq üçün guya hansısa tanış deputatın vasitəsilə edəcəyini demiş, özünə də müəyyən məbləğdə pul qalacağını bildirmişdir. Lakin məlum olmuşdur ki, Elçinin dedikləri hamısı yalan imiş, bütün məqsədi pulu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs X1 Azərbaycan Dövlət Pedaqoji Universitetinin qiyabi şöbəsinin 3-cü kursunun 2-ci smestrinə ibtidai sinif müəllimliyinə düzəlməsinə görə Zərərçəkmiş şəxs 3000 manat pul almış, əgər iş düzəlməsə pulun hamısını geri qaytarmağı imzası ilə təsdiqləmiş, həmin əlyazma Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid tərəfindən imzalanmışdır. Həmçinin Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş hadisəni özündə əks etdirən DVD diskdə Zərərçəkmiş şəxs tanışı X1 Azərbaycan Dövlət Pedaqoji Universitetinin qiyabi şöbəsinin ibtidai sinif müəllimliyinə qəbul edilməsi üçün Təqsirləndirilən şəxs pul verərkən həmin pulun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi cinayət əməli qeydə alınmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, ilk dəfə cinayət törətməsini, 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 20.06.2021-ci il tarixdə saat 20:10-da tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. 22.06.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 48 saatadək, yəni 02 gün həbsdə olmuşdur. Bundan sonra, Yasamal Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, həmin gün məhkəmə iclas zalından dərhal həbs olunmuşdur, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə hadisəni özündə fiksə edən DVD disk və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul almasına dair əlyazma cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11.08.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə hadisəni özündə fiksə edən DVD disk və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul almasına dair əlyazma cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X7 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar