Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-304/2023 19.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X12, X34, X13, X27, X28, X8, X22 və X17, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X45 iştirakları ilə, X12, X6, X18, X14, X34, X13, X27, X28, X35, X2, X9, X8, X22 və X17 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X29, X19, X36, X30, X51, X31, X46, X47, X52, X10, X23, X24, X42 və X37 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xüsusi ittiham qaydasında məhkəməyə verdikləri şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə dair yazılsa da, məhkəmə tərəfindən ictimai və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan faktların diqqətə alınmasını və gərəkən tədbirlərin görülməsini, X3 insanlara divan tutduğu, əxlaqsızlıq tribunası olan "İn Sarsax" “Teleqram” qrupunun ləğv edilməsini, şəxsən X3 qanuna və əxlaqa zidd hərəkətləri, tanımadığı şəxslərin qəsdinə durması onun insanlığa sığmayan anormal hərəkətlər etməsi, psixi çatışmazlığına dəlalət etdiyi üçün təxirə salmadan məhkəmə -psixiatriya ekspertizasının təyin edilməsini, gərəkirsə cəmiyyətdən təcrid edilməsini, həmçinin xalqın başına musallat olan X3 , X4 (*** *** ** **/*** *** ** **), X20 (*** *** ** **), Qarayev Raminin (*** *** ** **), Sərxanov Samirin (*** *** ** **), Sadıqov Rafayılın (*** *** ** **), X25, X21 (*** *** ** **), Məmmədov Sabirin, Əliyev Arazın, Həsənova Dilarənin, X11 (*** *** ** **) yaşayış yerinin müəyyən edilib törətdiyi əməllərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını və layiqli cəzaya məhkum edilmələrini xahiş etmişdirlər. Şikayət onunla əsaslandırılmışdır ki, X15 bir çox saxta adlarla, həmçinin özgə vətəndaşın şəklini istifadə edərək Faiq Xəlilov adı ilə “feyk” hesablar yaradıb kütləvi informasiya vasitələrinin TV efirlərindən və sosial şəbəkə İnternet informasiya resurslarında daha bir neçə saxta adlar, profillər, hesablar yaradıb yüz minlərlə kütlə arasında “Teleqram”, “Tik-Tok”, “İnstagram”, “Facebook”, “YouTube” və “WhatsApp” qruplarında özü kimi saxtakarlarla xalqın başına oyun açırlar, sözün əsl mənasında müsibət yaşadırlar. X69 eynilə saxta profillər yaradan X16 (055-500 1313,***-***-**-**), Qarayev Ramin (*** *** ** **), Sərxanov Samir (*** *** ** **), Sadıqov Rafayıl (*** *** ** **), X38 (*** *** ** **), X43, X39 (*** *** ** **), Məmmədov Sabir, Əliyev Araz, Həsənova Dilarə, X26 ( *** *** ** **) və digər tanımadıqları şəxslərlə əlbir olub qəsdlərinə durub ən ağır, nalayiq formada şifahi və yazılı şəkildə davamlı şərəf və ləyaqətlərni söyür alçaldır, ən biədəb sözlərlə təhqir edir, namusu ləkələyən şər-böhtan yağdırır, iftira atır, küçədə insanlara hücum edir, döyür, söyür, qorxudur, onların nüfuzuna və səhhətinə zərbə vurur, onları rahatsız edir, sarsıtmaq niyyətilə vətəndaşlar arasında fitnə-fəsad yaradır vətəndaş qarşıdurması yaradır, evlərdə dava salır, ailələr dağıdır. Nə hacıyeva günay nə də adları sonradan onları bəlli olan şəxslər şəxsən onları pul vermədiyi halda şantaj edir, onlardan pul tələb edir, hər vasitə ilə təhdid edir, onları cəmiyyət içində rüsvay etməkdə davam edirlər. Cəmiyyətə və fərd olaraq şəxsən onlara qarşı əxlaqsız söyüşlər yazan, toplum insanları şantaj edən, heç aidiyyatı olmadığı halda pul tələb edən, kütləvi vətəndaşların adından ərizələr yazıb yayan, qəbullara adamlar aparan, kütləni yalan məlumatlarla doldurub heç tanımadığı şəxslərə qarşı qarğış, lənət, əxlaqsız söyüşlər təhqirlər yazdıran, evlərə basqına yönəldən, qəbula gedərkən yalan danışmağı təlimatlandıran, qəbulda çoxluq görüntüsü yaratmaq xatirinə heç işlə əlaqəsi olmayan küçədən tutma vətəndaşları cəlb edən hacıyeva günay və digərlərinin əməllərinə son qoyulmalıdır. Hacıyeva Günay ona aid olmayan, heç səlahiyyəti çatmadığı halda hüquq-mühafizə orqanlarının adından çıxış edir, yazılı və şifahi formada inşaları həbslə təhdid edir, əmlaklarını müsadirə edəcəyini bildirir. Qruplaşıb insanların şəxsi həyatına müdaxilə edir, özəl həyata aid şəkilləri yayır, gizli səslər yazır, foto-video çəkir. Son günlər isə vətəndaşların ayrı-ayrı vaxtlarda TV kanallarda efirdə gedən müsahibələri kəsib montaj edir, mahnılar qoşur, təhqir böhtan yazır və böyük kütlə arasında yayır, şərəf və ləyaqəti biədəb əxlaqsız formada alçaldır. Daha da kiçiltmək üçün vətəndaşlara tapşırıb ki, onların ad, soyadlarını kiçik hərflərlə yazsınlar. Həbsdə olan Xəyal Yahyayevin başını Fövqəladə Hallar Nazirliyində işdə qadınları cinsi istismar edən zabitin bədəninə montaj edib Xəyalın oteldə 1 saatlıq arvadları yazıb toplum qadınların şəkilini paylaşım edir, ləyaqətli Azərbaycan qadınlarını "otel quşu", "başıpozuq", "namussuz" adlandırırlar. Həbsinə nail olduğu Yeganə Məmmədova və bütün şirkətə üzv olan qadınlar haqqında "pozğun qadın" rəyi formalaşdırıb və şikayət etməyən hər bir qadını, yaşından asılı olmayaraq "dələduz", "gəzəyən", "əxlaqsız", "fahişə" deyə adını, şəklini cəmiyyətə tanıdır. "Məmmədyan", "Şərəfsiz erməni yığını", "ermənidən əmələ gələn", "erməni nəsli", "kişciklərə pul xərcləyən", "Xəyalın arvadları", "otel qadınları", kişilərə isə eynən fərq qoymadan qadın paltarında şəklini yayır, "alfons" "peysər", "göt", "qəhbə", "erməni altından çıxanlar", "otel quşlarının pulu ilə yaşayan kişiciklər", "dələduz" və sair çox ayrı-ayrı aşağılayıcı təhqirləri böhtanları deməkdən həzz aldıqlarını bildirir, əcəb edib döyürük, söyürük, məhkəmə önündə ağzınızı cırırıq, stress atırıq deyə lovğalanırlar Eybəcər xəstə qadın, qoca aranqutan, meymun, it, ilan və sair heyvanların üzərində onların adlarını, soyadlarını yazır, musiqi qoşur, min cür əxlaqsız söyüşlər qarğışlar yağdırır. Etdiklətini də öz yazılarında əks edir, özlərini qəhrəman elan edirlər. Məhkəmədən xahiş edirlər ki, “YouTube” yayımlanan "ARAŞDİRİN-KİM GÜNAHKARDİR BASİN GÖZÜNÜ ÇİXARDİN!","OCOS Manifesti. Xəyal Yəhyayev. Ağır Cinayətlər Məhkəməsi. 17.02.23", "OCOS MƏHKƏMƏSİNDƏ YENƏ ŞİKAYƏT ETMƏYƏNLƏRƏ TƏCAVÜZ OLUNDU" başlıqlı reportajlara baxın və haqqında şikayət etdikləri Hacıyeva Günay və mütəşəkkil dəstəsinin hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdilər. Dəfələrlə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Baş Polis İdarəsinə, Nəsimi rayon Prokurorluğuna Nəsimi 22 RPŞ-nə kollektiv media vasitəsilə canlı yayınlardan və bilavasitə ayrı ayrılıqda birbaşa müraciətlər etmişlər, bu cinayətkar qrupun qanuna, əxlaqa zidd hərəkətlərinin qarşısını almağı təkidlə tələb etmişlər. Ümumiyyətlə şikayət etdikləri şəxslərin heç biri Polisi saymayıb, çağırışa, izahata getməyib. Polis onlara bildirib ki, təhqir böhtan işinə məhkəmə baxır. Haqqında şikayət etdikləri şəxsləri polis müəyyən etmədiyi üçün, onları tanımadıqları üçün ev ünvanları, iş yerləri bəlli deyil, odur ki, hüquqlarını tapdalayan, cəmiyyətə və qanuna qarşı hörmətsizlik edən bu dəstə üzvlərinin hamısının hacıyeva günay vasitəsilə tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini ərzənin leytmotivi hesab edilsin. Məhkəmənin diqqətinə çatdırırlar ki, Hacıyeva Günay və onun dəstəsi hamı kimi bütün ölkə boyu hətta xaricdən qazanc əldə etmək məqsədilə könüllü Şirkətə qoşulublar, yatrım etdikləri maliyyə vəsaitlərini dərhal onlayn şəxsi kabinetində görüblər, özləri də bonuslar alıblar, öz növbsində əlavə gəlir əldə etmək üçün digər şəxsləri şəbəkəyə qoşublar. Onların nə günahları var ki, iş dayanıb...Şirkətdən gəlir əldə edəndə yaxşı idi, iş dayananda pis oldu, bu nə xəstə ruhsal yanaşmadır? Onlarında da şirkətdə pulları qalıb. Bir fərq var ki, bu günayla aygün birbaşa ölkə boyu adamları şikayətə qaldırır, söyüşlər təhqirər yazır, namusumuza dil uzadır, yalanar yayır, onlar isə şikayətçi deyilik və həbsdəki şəxslərin ev dustaqlığına buraxılmasının, xalqın pulunun qaytarılmasına şərait yaradılmasının tərəfdarıyıq. Şikayətçi olmadığları üçün həyasızcasına, əxlaqsızcasına günayın, Aygünün qruplaşıb xalqa divan tutmağa ixtiyarı yoxdur!! Real TV, Toplum TV efirindən Hacıyeva Günay, Baxşəliyeva Aygün və qeyriləri dövlət qurumlarım ittiham edib, məmurlar dələduzlarla əlbir olduğunu, dövlətdə saxta şirkətlər açıldığını açıqca səsləndirdilər, hüquq-mühafizə orqanları işin öhdəsindən gəlmədiyini ifadə etdilər. Jurnalistə günay və aygün yalan məlumatlar verib. Şirkətin fəaliyyəti dövründə Prezentasiya zamanı çəkilmiş foto-video fraqmentləri göstərib, 40 nəfər dələduz axtarışda olduğu halda ortalıqda gəzdiyini, müxtəlif saxta şirkətlər yaradıb, inanları aldatmaqda davam edirlər, dedizdirdi, şəkildə gördükləri və adları çəkilən şəxsləri, (yani onları) yaxalamaq üçün əhalini "102" Polisə məlumat verməyə çağırış etdilər. 216 nəfər zərərçəkən şəxs məhkəmədə 4 mln 500 min manat pul tələb etdiyi halda, efirdən şişirdilmiş 4 milyon dollar mənimsənildiyi bildirildi. 1 il müddətində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq gedib və adı ittiham aktında zərərçəkmiş qismində olduğu halda bu vətəndaşları dələduz adlandırmaq bir başa cinayətdir və dövlət qurumlarının özünün fəaliyyətinə kölgə salınır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında məhkəməyə verdikləri şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə dair yazılsa da, məhkəmə tərəfindən ictimai və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan faktların diqqətə alınması və gərəkən tədbirlərin görülməsi, X3 insanlara divan tutduğu, əxlaqsızlıq tribunası olan "İn Sarsax" “Teleqram” qrupunun ləğv edilməsi, şəxsən X3 qanuna və əxlaqa zidd hərəkətləri, tanımadığı şəxslərin qəsdinə durması onun insanlığa sığmayan anormal hərəkətlər etməsi, psixi çatışmazlığına dəlalət etdiyi üçün təxirə salmadan məhkəmə -psixiatriya ekspertizasının təyin edilməsi, gərəkirsə cəmiyyətdən təcrid edilməsi, həmçinin xalqın başına musallat olan X3 , X4 (*** *** ** **/*** *** ** **), X20 (*** *** ** **), Qarayev Raminin (*** *** ** **), Sərxanov Samirin (*** *** ** **), Sadıqov Rafayılın (*** *** ** **), X25, X21 (*** *** ** **), Məmmədov Sabirin, Əliyev Arazın, Həsənova Dilarənin, X11 (*** *** ** **) yaşayış yerinin müəyyən edilib törətdiyi əməllərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmaları və layiqli cəzaya məhkum edilmələri xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərdən X29, X51, X31, X46, X47, X24, X42 və X37 hər biri ayrı-ayrılıqda şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs G.M.Hacıyeva şikayət ərizəsinə qarşı yazılı etiraz təqdim etməklə bildirmişdir ki, X29 və qeyriləri onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər (144-148)-147 maddidələri üzrə iddia ərizəsi ilə müraciət etmişlər və bu barədə işin icraata alınması üçün xahiş etmişlər. Hesab edir ki, iddiaçıların iddiası əsassızdır, təmin edilə bilməz. İddiaçı göstərib ki, guya o, kütləvi informasiya vasitələri ilə “youtube”, “tiktok”, “instagram”, “whatsapp” üzərindən iddia ərizəsində adı keçən şəxlərin şərəf və ləyaqətini alçaltmışdır. İddiaçılar həmçinin göstərib ki, qəsdən səhhətlərinə ziyan vermiş, döymüş, söymüş və bu adları çəkilən şəxslər guya xəstəxanda yataq olublar. Çox maraqlıdır ki, bu adı çəkilən heç bir şəxsin xx.xx.2022-ci il tarixdən bu dövrə qədər xəstəxanada girişi-çıxışı qeydiyyatı, ekspert rəyi yoxdur. Digər tərəfdən o, Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə ********* nömrəli cinayət işinin İttiham aktında zərərçəkmiş kimi tanınmışdır. Ağır Cinayətlər Məhkəməsində mütəmadi olaraq həmin məhkəmə prosesində iştirak edir. İddiaçılar iddialarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər (144-148)-147 madidələri üzrə ittihama əsasən istinad edib onu şərləmək, böhtan atmaq istəyirlər. Çün ki hal-hazırda bu ərizədə barəsində şikayət verən şəxslərlə bağlı 18 noyabr 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi açılıb hələ də cinayət işi davam edir, bir qismi yekunlanaraq məhkəmə icraatında məhkəmə procesi davam edir. Bu cinayətkar dəstənin 4 üzvü həbs olunmuşdur. Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədirliyi ilə məhkəmə istintaqı aparılır və bu xüsusi ittiham ərizəsində ona qarşı böhtan atan şəxlər barəsində məhkəmə istintaqı gedir. Bu şəxlərlə heç bir şəxsi ədavəti yoxdur. Xüsusi ittiham ərizəsində imza edən şəxsləri tanımır, haqqlarında heç bir fikirə sahib deyil, nədəki onlar onun haqqında hər hansısa bir fikrə sahib deyillər, çünki qurma şəkilində böhtan xarakterli təxribatdır. Onun barəsində şikayət verən şəxslərin öz zərərçəkənləri vardır. O, buna görə heç bir məsulliyət daşımır. O, şəxsi mobil nömrəsilə sosial şəbəkələrdən qeydiyyatdan keçmiş (**********), heç bir saxta səhifə yaradaraq şəxsin mövqeyinə təhqir, və alçaldacaq video görüntü paylaşmamışdır. Lakin X1 təcridxanasında olan Xəyal Yahyayevin və Kənan Mustafazadənin maliyələşdirməsi ilə ona təziq göstərirlər ki, onlar barəsində olan şikayət ərizəni geri götürsün. Lakin ona dəyən maddi ziyan ödənmədiyi üçün ərizəni geri çəkmir. Buna görə də X29 və mütəşəkkil dəstənin cinayətkar üzvləri videolarını çəkib “youtube” ve “instagram”, “teleqram” səhifələrindən nalayiq ifadələr şəxsinə yönləndirirlər, şikayətindən geri çəkilməyi üçün hətta müxalifət yönümlü, dövlət əleyhinə kanallarda onu döydüyünü deyib şantaj edirlər. Eyni zamanda ona hədə qorxu gəlib deyirlər ki: “bu hələ harasıdır bu başlağıcdır başına hələ çox oyun açacam”. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs G.M.Hacıyevanın dövlət hesabına təyin edilmiş müdafiəçisi F.E.Əsəsdov bildirmişdir ki, şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə cavab vermir. Belə ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi yer qeyd edilməmişdir. Bundan əlavə ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə ona şər-böhtan atmasını fərqləndirilməmişdir. Şikayətçi G.M.Hacıyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Həmçinin şikayətçi şikayət ərizəsində qeyd olunan halları təsdiq edən ilkin sübutları da məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifləri icra etmədən, həmçinin şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində şikayətin verildiyi yer qeyd edilməmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Bundan başqa ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onların şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə onlara şər-böhtan atmasını fərqləndirilməmişdir. Həmçinin şikayət vermiş şəxslər G.M.Hacıyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsələr də sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdirlər. Bundan əlavə nəzərə almaq lazımdır ki, 147-ci maddə iki bənddən ibarətdir. Şikayətdə isə konkret olaraq G.M.Hacıyevanın həmin maddənin hansı bəndi ilə məsuliyyətə cəlb edilməli olması da fərqləndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs G.M.Hacıyevanın məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili F.E.Əsədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, G.M.Hacıyevaya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili F.E.Əsədovun məhkəmədə iştirak etdiyi 9 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X12, X6, X18, X14, X34, X13, X27, X28, X35, X2, X9, X8, X22 və X17 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X53 məhkəmədə iştirak etdiyi 9 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-304/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-304/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver