Məhkəmə qərarları › İş №1(004)-306/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-306/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-306/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-cı ildə Qazax rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-də istismar üzrə mühəndis vəzifəsində işləyən, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt Bələdiyyəsi, “ünvan 5ndə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti «Sumqayıt Sukanal» idarəsində «Abonentlərlə iş şöbəsinin ödənişin təşkili qrupunun» mühəndisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs ilə aralarında yaranmış səmimi söhbət əsasında özünü ona "xxxx" ASCnin vəzifəli şəxsi olduğunu bildirərək sonuncunun oğlu Şahid2 həmin cəmiyyətdə sürücü kimi işləmək istədiyi halda onu «Azərsu ASC»yə sürücü işinə işə düzəldəcəyinə inandırıb inam və etibarını qazanmaqla, Zərərçəkmiş şəxs oğlu Şahid2 işə düzəlmək istəməsi barədə müracitindən sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2000 manat müqabilində sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 28 aprel 2021-ci il tarixdə təxminən saat 11:00 radələrində ünvan 3 ünvanda yerləşən çayxanada 2000 (iki min) manat pul vəsaitini ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2000 (iki min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ittiham olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CMnin 178.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Şahid1 təxminən 2021-ci ilin yanvar ayından tanıyır. 2021-ci ilin fevral ayında görüş zamanı o özünü Aidəyə "xxxx" ASC-nin mühəndisi kimi təqdim edərək işlədiyi "xxxx" ASCdə yeni açılmış ştatlar və vakansiyalar üzrə işçi yeri olduğunu deyərək ona və ya qohum tanışlarına iş lazım oldluğu halda müraciət edə biləcəyini demişdir. AQasımova da həmin ərəfədə işsiz olduğu üçün və iş yeri axtardığından ondan onu hansı işə düzəldə biləcəyini soruşmuşdur.O da Aidaya demişdir ki, «sənə uyğun aylıq əmək haqqı 680-750 manat arası olmaqla, həftədə üç günlük iş rejimi olmaqla kadrlar şöbəsində yazı işləri ilə məşğul olmaq işinə 1000 manat dövlət rüsumu ödəmək şərti ilə işə düzəldə bilərəm». O Aidaya onu da demişdir ki, «işə qəbul olmaq üçün imtahan vermək lazımdır və imtahan ərəfəsində 1000 manat rüsum ödənildikdən sonra rüsumun ödənilməsi barədə qəbz də verəcəm». Aida da əmək haqqının və iş qrafıkinin yaxşı olmasını görüb dərhal onunla razılaşmış, lakin pulu olmadığı üçün sonra onunla əlaqə saxlayacağını demişdir. Bir müddət sonra, Aida ona zəng vurmuş və rəfiqəsinin qardaşının işə düzəlmək istədiyini ona demişdir. O isə Aidaya demişdir ki, «bir qədər gözlə, mən danışıb sənə deyərəm». Təxminən 10-15 dəqiqə sonra o Aidaya zəng vurmuş və tanışının yaşını, təhsilini, iş təcrübəsini soruşmuşdur. Aida da telefon danışığı zamanı yanında olan şəxsə suallara cavab verməsini demiş və bildirilmişdir ki, işə düzəlmək istəyən şəxs orta təhsillidir, sürücülük vəsiqəsi var və yaxşı avtomaşın idarə edir. Bundan sonra o Aidaya demişdir ki, həmin şəxs orta təhsilli olduğu üçün yüksək əmək haqqı ilə sürücü kimi işə düzəlməsi üçün imtahanda iştirak etməsindən ötrü 2000 manat dövlət rüsumu ödəmək lazımdır. Aida ona demişdir ki, «razıdılar, əlaqə saxlayacam».Təxminən bir ay sonra Aida xanım ona zəng vurmuş və demişdir ki, «biz pulu düzəltmişik». Onlar işə düzəlmək istəyən Sərdar adlı şəxsin atası Mehmana uyğun günü təyin etmişlər və 20 Yanvar metrosu yaxınlığında "xxxx" ASC-nin sağ tərəfində yerləşən çayxanada Mehman, Sadiq, Sərdar və Aida görüşmüşlər. Söhbət zamanı o işlə əlaqədar onlara məlumat vermiş və Sərdarla Mehman onunla razılaşmışlar. Elə oradaca Mehman cibindən 100 manatlıq pul əskinazlarını çıxarıb ona uzadaraq 2000 manat olduğunu deyib saymağını xahiş etmişdir. O da düz olduğunu desə də, Mehman ondan israrla pulu saymağını tələb etmişdir. O da onların yanında elə oradaca pulu saymış və 20 ədəd yüz manatlığı sayıb 2000 manat olduğunu bildirmişdir. Bundan sonra o yaxın günləridə imtahanla əlaqədar məlumat verəcəyini onlara demişdir. O Mehman gilin yanında Aidaya onu da demişdir ki, «mən çalışacam ki, bu 2000 manatın içində sənin də işini düzəldim. Əgər səni də bu 2000 manat pula işə düzəldə bilsəm, gələcəkdə sən Mehmana 1000 manatı qaytararsan». Bu sözləri Mehman və oğlu Sərdar da eşitdi. X6 demişdir ki, «kaş elə sənin də işin düzəlsin 1000 manatı mənə qaytararsan». O onlara 21 may 2021-ci il tarixdə imtahan olacağını desə də, imtahan baş tutmamışdır.Təxminən 20 may 2021-ci il tarixdə o Aidaya məxsus ***-***-**-** telefon nömərsinə özünə məxsus ***-***-**-** telefon nömrəsindən zəng vuraraq "xxxx" ASC-nin prezidenti Qorxmazın işdən çıxarıldığını və "xxxx"da aləmin bir-birinə dəydiyini demişdir. Aida da ona demişdir ki, «bu barədə zəng vur Mehmana de». Bu barədə o Mehmanla da danışıb ona məlumat vermişdir.Bir müddət sonra o Aidaya zəng vurub işlə bağlı dəqiq vaxt deyə bilmədiyini və ailəsində arvadının ağır yataq xəstəsi olduğu üçün ona 100 manat borca pul verməyini xahiş etmişdir. Aida da ona əvvəlcə borca 100 manat, sonrakı günlərdə isə hissə-hissə olmaqla ümumilikdə 400 (dörd yüz) manat borca pul vermişdir.Daha sonra iş məsələsi alınmadığından və o aldığı pulu qaytara bilmədiyi üçün Aida ondan Yasamal rayon polis idarəsinin 29-cu PŞ-nə gedib ərizə verərək şikayət etmişdir.Aidanm ərizəsini araşdıran bölmənin müstəntiqi Elçin müəllim onu bölməyə çağırmış, o da işi olduğu üçün bölməyə getməmiş, lakin polislər onu tapıb bölməyə aparmışlar. Elçin müəllim Aidanı da bölməyə çağırmışdır. Aida bölməyə gələndə o izahat vermişdir.Qeyri-rəsmi üzləşmə zamanı o Mehmandan 2000 manat, Aidadan isə 400 manatı borca aldığını təsdiq etmiş və yaxın günlərdə 2400 manatı qaytaracağını söz vermişdir.Həmin vaxt Elçin müəllim dəfələrlə Mehmana zəng vurub polis bölməsinə çağırmağına baxmayaraq Mehman bölməyə gəlməmişdir.Yasamal RPİ-nin 29-cu PŞ-dən çıxdıqdan sonra o Aidanın istifadəsində olan plastik kartına 500 (beş yüz) manat göndərmişdir ki, o da Mehman gilə həmin pulu versin. Bundan sonra Aida onunla borclu olduğu 400 manatını verməyi üçün bir neçə dəfə əlaqə saxlamış və nəticədə o Aidaya borclu olduğu 400 manatdan 300 manatını qaytarmış və Aida da onun pis vəziyyətdə olduğunu nəzərə alıb 100 manatı keçmişdir. Daha sonra isə onunla mütəmadi olaraq Mehmanın qızı Mehriban əlaqə saxlayaraq qalan 1500 manatı da qaytarmağını tələb etməyə başlamışdır. O da 1500 manatı Mehribana qaytarmışdır. Bir müdət sonra ona zəng gəlmiş, özünü Yasamal rayon prokurorunun əməkdaşı olduğunu deyərək adının Elvin Bəşirli olduğunu bildirən şəxs onu Yasamal rayon prokurorluğuna çağırmış, E.Bəşirlidən nə üçün onu çağırdığını soruşduqda, ona demişdir ki, «Zərərçəkmiş şəxs şikayəti ilə əlaqədar çağırıram». O isə gedəcəyini desə də getməmişdir. Bundan sonra o, Yasamal RPİ-nn İŞ-nə çağırılmış və o yenə də getməmişdir. Bundan sonra 29-cu PŞ-nin əməliyyatçıları onunla əlaqə saxlamışlar və o özü Yasamal RPİ-nin İŞ- nə getmişdir. Mehman ərizə və ifadəsində yalan danışmış, Mehman pulu şəxsən ona vermiş, o özünü Mehmana "xxxx" ASC-nin vəzifəli şəxsi kimi təqdim etmişdir.O Zərərçəkmiş şəxs oğlu Şahid2 işə düzəltmək aldı ilə aldığı 2000 manat puldan Şahid1 hər hansı məbləğdə pul verməmişdir. O Zərərçəkmiş şəxs oğlu Şahid2 işə düzəltmək aldı ilə 2000 manat pulu şəxsən Mehmandan almışdır. O Zərərçəkmiş şəxs oğlu Şahid2 işə düzəltmək aldı ilə 2000 manat pul alarkən Şahid1 demişdir ki, «əgər bu işi ucuz qiymətə düzəldə bilsəm səni də işə düzəldəsəm və sən sonra Mehmana 1000 manat qaytararsan». Aida da ona inanmışdır. Aidanın heç bir məqsədi və rolu olmamışdır. O Zərərçəkmiş şəxs oğlu Şahid2 işə düzəltmək aldı ilə aldığı 2000 manat puldan heç kimə hər hansı məbləğdə pul verməmiş və aldığı pulu evdə yataq xəstəsi olan həyat yoldaşının dərman və müalicə ehtiyacları üçün xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, aralarında barışığın əldə olunmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qızı Şahid3 vasitəsi ilə tanış olduğu Aidə Qasımova onun oğlu Şahid2 "xxxx" ASC-də sürücü kimi işə düzəldəcəyi vədi ilə 2021-ci ilin aprel ayında metronun 20 Yanvar stansiyası yaxınlığında ünvan 4 ünvanda yerləşən çayxanada tanışı Təqsirləndirilən şəxs onun pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin görüş zamanı X7 Rəhimovu Azərsu ASC-nin rəhbər şəxslərindən biri kimi təqdim etmiş, sonuncu da adı çəkilən qurumda şöbə müdiri vəzifəsində işlədiyini və qısa müddət ərzində oğlunu sürücü kimi işə qəbul edəcəyini vəd edərək qarşılığnda ondan 2000 (iki min) manat istəmişdir. Aidə Qasımova ilə aralarında olmuş mobil telefon danışığı zamanı sonuncu özü ilə birlikdə 2000 manat gətirməyini dediyi üçün görüşə hazırlıqlı getmiş və pulları Təqsirləndirilən şəxs təqdim etmişdir.Pulları verərkən oğlu Şahid2 də onunla birlikdə olmuşdur. Həmin vaxtdan bir ildən çox vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs Sərdarı işə düzəltməmiş, həmin məqsədlə heç bir iş görməmiş, pulları geri qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Belə olan halda o, hüquq mühafizə orqanlarına müraciət etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayından tanıyır. 2021-ci ilin fevral ayında görüş zamanı Sadiq ona özünü "xxxx" ASC-nin mühəndisi kimi təqdim edərək onlarda yeni açılmış ştatlar və vakansiyalar üzrə işçi yeri olduğunu deyərək ona və ya qohum tanışlarına iş lazım oldluğu halda müraciət edə biləcəklərini demişdir. O da həmin ərəfədə işsiz olduğu üçün və iş yeri axtardığından Sadiqdən onu hansı işə düzəldə biləcəyini soruşmuşdur. Sadiq ona demişdir ki, «sənə uyğun aylıq əmək haqqı 680-750 manat arası olmaqla, həftədə üç günlük iş rejimi olmaqla kadrlar şöbəsində yazı işləri ilə məşğul olmaq işinə 1000 manat dövlət rüsumu ödəmək şərti ilə işə düzəldə bilərəm». Sadiq hətta ona onu da demişdir ki,«işə qəbul olmaq üçün imtahan vermək lazımdır və imtahan ərəfəsində 1000 manat rüsum ödənildikdən sonra rüsumun ödənilməsi barədə qəbz də verəcəm».O da əmək haqqının və iş qrafikinin yaxşı olmasını görüb dərhal Sadiqlə razılaşmış,lakin pulu olmadığı üçün sonra onunla əlaqə saxlayacağını demişdir.Bir müddət sonra,yəni 2021-ci ilin mart ayında onunla yaşadığı Binə qəsəbəsində qonşu olan və övladı onun az yaşlı qızı ilə bir məktəbdə oxuyan Mədinənin anası Günellə söhbət zamanı ona bildirmişdir ki,«mənim üçün "xxxx" ASC-də bir nəfər tanışım tərəfindən münasib iş təklif olunub,lakin işə düzəlmək üçün 1000 (min) manat dövlət rüsumu tapa bilmirəm». Günel də ona demişdir ki, «qardaşım Sərdar işsizdir, əgər həmin adam ona işə düzəlməyə kömək edə bilərsə bu barədə atam Mehmana deyəcəm». O da elə Günelin yanında Sadiq müəllimə zəng vurmuş və Sərdarın işə düzəlmək istədiyini ona demişdir.Sadiq də ona demişdir ki,«bir qədər gözlə, mən danışıb sənə deyərəm».Təxminən 10-15 dəqiqə sonra Sadiq Günelin yanında ona zəng vurmuş və Sərdarın yaşını, təhsilini, iş təcrübəsini soruşmuşdur. O da telefon danışığı zamanı yanında olan Sərdarın bacısı Güneldən suallara cavab verməsini demiş, Günel də ona demişdir ki,qardaşı Sərdar orta təhsillidir, sürücülük vəsiqəsi var və yaxşı avtomaşın idarə edir. O da bu barədə Sadiqə demişdir. Bundan sonra Sadiq ona demişdir ki, Sərdar orta təhsilli olduğu üçün yüksək əmək haqqı olan məvaciblə sürücü kimi "xxxx" ASC -də işə düzəlməsi üçün imtahanda iştirak etməsindən ötrü 2000 manat dövlət rüsumu ödəmək lazımdır. Bu söhbəti eşidən Günel ona demişdir ki, «heç bir problem yoxdur,atam Mehmanın pulu var və mən onunla danışıb sənə məlumat verərəm».Təxminən bir ay sonra Günel zəng vuraraq demişdir ki, «biz pulu düzəltmişik». O da bu barədə zəng vurub Sadiqə məlumat vermişdir.Sadiqlə Günelin atası Mehmana uyğun günü Mehman təyin etmiş və həftənin altıncı günü, yəni 28 aprel 2021-ci il tarixdə saat 11 -də 20 Yanvar metrosu yaxınlığında "xxxx" ASC-nin sağ tərəfində yerləşən çayxanada Mehman, Sadiq, Sərdar və o görüşmüşlər. Söhbət zamanı Sadiq işlə əlaqədar onlara məlumat vermiş və X4 razılaşmışlar. Elə oradaca Mehman əynində olan kostyumun sol döş cibindən açıq vəziyyətdə olan 100 manatlıq pul əskinazlarmı Sadiqə uzadaraq 2000 manat olduğunu deyib saymağını xahiş etmişdir. Sadiq də düz olduğunu desə də, Mehman ondan israrla pulu saymağını tələb etmişdir. Sadiq də onların yanında elə oradaca pulu saymış və 20 ədəd yüz manatlığı sayıb 2000 manat olduğunu bildirmişdir. Bundan sonra Sadiq yaxın günləridə imtahanla əlaqədar məlumat verəcəyini onlara demişdir. Sadiq Mehman gilin yanında ona onu da demişdir ki,«mən çalışacam ki, bu 2000 manatın içində sənin də işini düzəldim. Əgər səni də bu 2000 manat pula işə düzəldə bilsəm,gələcəkdə sən Mehmana 1000 manatı qaytararsan».Bu sözləri Mehman və oğlu Sərdar da eşitmidir. Hətta Mehman ona demişdir ki, «kaş elə sənin də işin düzəlsin 1000 manatı mənə qaytararsan». Sadiq 21 may 2021-ci il tarixdə imtahan olacağını desə də, imtahan baş tutmamışdır. Təxminən 20 may 2021-ci il tarixdə Sadiq ona məxsus ***- ***-**-** telefon nömərsinə özünə məxsus 055- ***-**-** telefon nömrəsindən zəng vuraraq "xxxx" ASC-nin prezidenti Qorxmazın işdən çıxarıldığını və "xxxx"da aləmin bir-birinə dəydiyini demişdir.O da Sadiqə demişdir ki, «bu barədə zəng vur Mehmana de». Bu barədə Sadiq Mehmanla da danışıb məlumat vermişdir. Bir müddət sonra Sadiq ona zəng vurub işlə bağlı dəqiq vaxt deyə bilmədiyini və alisində arvadı ağır yataq xəstəsi olduğu üçün ona 100 manat borca pul verməyini xahiş etmişdir. O da ürəyi ağrıdığı üçün Sadiqə əvvəlcə 100 manat, sonrakı günlərdə isə hissə-hissə olmaqla ümumilikdə 400 (dörd yüz) manat borca pul vermişdir. Onun Sadiqə borca pul verməkdə məqsədi Sadiqin onun işə düzəlməyinə kömək etməsi üçün əlindən gələnləri etməsi üçün olmuşdur.Yay ayları olsa da,imtahan baş tutmamış və artıq Günel mütəmadi olaraq ona zəng vurub işlə əlaqədar maraqlanmağa başlamışdır.O isə Günelə Mehmanın pulu Sadiqə verdiyi üçün onunla danışmaqlarını deyirdi. O özü də hər dəfə Sadiqlə işlə əlaqədar maraqlanmış və Sadiq hər dəfə onu müxtəlif bəhanələrlə aldadaraq yaxın günlərdə imtahan olacağını deməklə vaxtı uzadırdı.Nəhayət Sadiqin onu aldadaraq dələduzluq etdiyini görüb Günelə və atası Mehmana da zəng vurub onunla birgə Sadiqdən şikayət etmək üçün polisə getmələrini demişdir. Onlar isə heç biri gəlməmişlər və o "xxxx" ASC-in Yasamal rayonu ərazisində yerləşdiyi üçün şikayət etmək məqsədi Yasamal rayon polis idarəsinə getmiş və oradan onu Yeni Yasamalda yerləşən 29-cu PŞ-nə gedib ərizə verməyini demişlər. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində o 29-cu PŞ-nə gedib Sadiqin Mehmandan aldığı 2000 manat və ondan aldığı 400 manat, yəni ümumilikdə 2400 manat barəsində şirkayət ərizəsi yazmışdır.Onun ərizəsi həmin bölmənin təhqiqatçsı Elçin müəllim araşdırmış və Sadiqi bölməyə çağırmışdır. Sadiq bölməyə gəlmədiyindən Elçin onu bölməyə gətizdirmişdir. Elçin onu da bölməyə çağırmışdır.O da şöbəyə getmiş və orada Sadiqin izahat verdiyini görmüşdür.Qeyri-rəsmi üzləşmə zamanı Sadiq Mehmandan 2000 manat, ondan isə 400 manat aldığı təsdiq etmiş və yaxın günlərdə 2400 manatı qaytaracağını söz vermişdir.Yasamal RPİ-nin 29-cu PŞ-dən çıxdıqdan sonra Sadiq onun istifadəsində olan plastik kartına 500 (beş yüz) manat göndərmiş və o da həmin 500 (beş yüz) manatı öz prlastik kartından çıxarıb Mehmana dəfələrlə zəng vursa da, Mehman onun telefon zənglərinə cavab verməmiş və o da Günelə zəng vurmuşdur. Günelə Sadiqin 500 manatı onun kartına vurduğunu və həmin pulu atasına vermək üçün dəfələrlə telefonla əlaqə saxladığını, lakin zənglərə cavab vermədiyindən ona zəng vurduğunu demişdr. Günel də ona demişdir ki,«həmin 500 manatdan 160 manatını bacım Mehribanın Respublika banka olan kredit borcunu ödə, qalan 340 manatı isə evə gələndə bizə verərsən».O da elə etmişdir. 160 manatı Respublika bankda hesab nömrəsini bildiyi üçün ödəniş etmiş və qəbzi almışdır. Daha sonra isə evə getmiş, Günellə məhlədə kanalın üstündə görüşmüş və 340 manatı elə oradaca ona vermişdir. Bundan sonra o Sadiqlə borcu olduğu 400 manatını verməsi üçün bir neçə dəfə əlaqə saxlamış və nəticədə Sadiq ona borclu olduğu 400 manatdan 300 manatını qaytarmış və o də Sadiqin pis vəziyyətdə olduğunu nəzərə alıb 100 manatı keçmişdir.Daha sonra isə onda olan məlumata görə Sadiqlə mütəmadi olaraq Mehriban əlaqə saxlamış və hətta bildiyinə görə Sadiq 1500 manatı da Mehribana qaytarmışdır. Mehman ona pul verməmiş, Sadiqlə çayxanada Mehman özü danışıb razılaşaraq onun yanında 2000 manatı Sadiqə əlbə-əl vermişdir. O da Sadiqin öz deməsinə görə onu "xxxx" ASC-nin vəzifəli şəxsi kimi tanımışdır. Onun telefon zənglərinə Mehman cavab vermədiyi üçün qızı Günelə zəng vurmuş və o da pulu ona verməyini və banka ödəməyini demişdir.O heç kimi zorla işə düzltməmiş, söhbət əsasında Sərdarın bacısı Günel onun işə düzəlmək istəməyi barədə məlumat aldıqdan sonra ondan xahiş etmiş, o da özünü ona "xxxx" ASC-nin vəzifəli şəxsi kim təqdim edən Təqsirləndirilən şəxsla tanış etmişdir. Sadiq aldığı puldan və ümumiyyətlə ötən müddət ərzində ona pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, tanışları Aidə Qasımovanın tanışı Təqsirləndirilən şəxs onu Azərsu ASC- də sürücü kimi işə düzəldəcəyi vədi ilə 2021-ci ilin aprel ayında Bakı şəhəri Yasamal rayonu, metronun 20 Yanvar stansiyası yaxınlığında Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs məxsus 2000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərsu ASCdə şöbə müdiri işlədiyini, kadr məsələlərini həll etmək imkanına malik olduğunu bildirmişdir. Bu yolla Sadiq onu və atasını aldadıb inandırmaqla etibarlarını qazanmışdır. Aidə Qasımova atası Zərərçəkmiş şəxslə aralarında olmuş mobil telefon damşığı zamanı 2021-ci ilin aprel aymm ortalarında görüşüb 2000 manat gətirməsini dediyi üçün atası ilə birlikdə görüşə hazırlıqlı getmişlər.Qeyd olunan vaxtda Bakı şəhəri, Yasamal rayonu, metronun 20 Yanvar stansiyası yaxınlığında Aidə Qasımova və sonuncunun tanışı Təqsirləndirilən şəxsla görüşüb onu Azərsu ASC-də sürücü kimi işə düzəltməsi üçün Təqsirləndirilən şəxs 2000 manat pul vermişlər. Buna baxmayaraq, Sadiq onu işə düzəltməmişdir. Atası Zərərçəkmiş şəxs onun işə düzəlməyi üçün iştirakı ilə konkret olaraq 2000 manat pulu onun yanında Sadiqə vermişdir. Bütün görüşlərdə Aidə iştirak edib və atası pulu Sadiqə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, təxminən 2021-ci ilin mart ayında onunla yaşadığı Binə qəsəbəsində qonşu olan və övladı onun az yaşlı qızı Mədinə ilə bir məktəbdə oxuyan Aida ilə söhbət zamanı Aida ona bildirmişdir ki, «mənim üçün "xxxx" ASC-də bir nəfər tanışım tərəfindən münasib iş təklif olunub, lakin işə düzəlmək üçün 1000 (min) manat dövlət rüsumu tapa bilmirəm». O da Aidaya demişdir ki, «qardaşım Sərdar işsizdir, əgər həmin adam ona işə düzəlməyə kömək edə bilərsə bu barədə atam Mehmana deyəcəm». Aida da onun yanında adı Sadiq olduğunu dediyi müəllimə zəng vurmuş və Sərdarın işə düzəlmək istədiyini ona demişdir. Sadiq də Aidaya demişdir ki, «bir qədər gözlə, mən danışıb sənə deyərəm». Təxminən 10-15 dəqiqə sonra Sadiq onun yanında Aidaya zəng vurmuş və qardaşı Sərdarın yaşını, təhsilini, iş təcrübəsini soruşmuşdur.Aida da telefon danışığı zamanı ondan suallara cavab verməsini demiş, o da Aidaya demişdir ki, «qardaşım Sərdar orta təhsillidir, sürücülük vəsiqəsi var və yaxşı avtomaşın idarə edir». Aida da bu barədə Sadiqə demişdir. X8 demişdir ki, Sərdar orta təhsilli olduğu üçün yüksək əmək haqqı ilə sürücü kimi işə düzəlməsi üçün imtahanda iştirak etməsindən ötrü 2000 manat dövlət rüsumu ödəmək lazımdır.Bu söhbəti eşidəndən sonra o Aidaya demişdir ki, «heç bir problem yoxdur, atam Mehmanın pulu var və mən onunla danışıb sənə məlumat verərəm».Təxminən bir ay sonra o Aidaya zəng vurmuş və demişdir ki, «biz pulu düzəltmişik». Aida da bu barədə zəng vurub Sadiqə məlumat vermişdir.Sadiqlə onun atası Mehmana uyğun günü atası Mehman təyin etmiş və onda olan məlumata görə 28 aprel 2021-ci il tarixdə saat 11-də 20 Yanvar metrosu yaxınlığında "xxxx" ASC-nin sağ tərəfində yerləşən çayxanada atası Mehman, Sadiq, qardaşı Sərdar və Aida görüşmüşlər. Həmin görüş zamanı Sadiq işlə əlaqədar atası Mehmana məlumat vermiş və qardaşı Sərdarla atası Mehman Sadiqlə razılaşmışlar.Elə oradaca atası Mehman 2000 manat pulu Sadiqə vermişdir.Sadiq də onlara yaxın günləridə imtahanla əlaqədar məlumat verəcəyini demişdir.Sadiq atası Mehmanın yanında onlara onu da demişdir ki,«çalışacam ki, bu 2000 manatın içində Aidananm də işini düzəldim,əgər Aidanın da bu 2000 manat pula işə düzəldə bilsəm,gələcəkdə Aida sən Mehmana 1000 manatı qaytararsan». Hətta atası Mehman Aidaya demişdir ki, «kaş elə sənin də işin düzəlsin 1000 manatı mənə qaytararsan». Sadiq 21 may 2021-ci il tarixdə imtahan olacağını desə də,imtahan baş tutmadı.Yay ayları olsa da,imtahan baş tutmadığından artıq o mütəmadi olaraq Aidaya zəng vurub işlə əlaqədar maraqlanmağa başlamışdır.Aida isə ona atası Mehmanın pulu Sadiqə verdiyi üçün onunla danışmaqlarını deyirdi. Bir müddət sonra Aida ona zəng vurmuş və Sadiqin 500 manatı onun kartına vurduğunu və həmin pulu atası Mehmana vermək üçün dəfələrlə telefonla əlaqə saxladığını, lakin zənglərə cavab vermədiyindən ona zəng vurduğunu demişdr.O da Aidaya demişdir ki, «həmin 500 manatdan 160 manatını bacım Mehribanın Respublika banka olan kredit borcunu ödə, qalan 340 manatı isə evə gələndə bizə verərsən».Aidada elə etmişdir. Aida 160 manatı Respublika bankda hesab nömrəsini bildiyi üçün ödəniş etmiş və qəbzi almışdır. Daha sonra isə evə getmiş, onunla məhlədə kanalın üstündə görüşmüş və 340 manatı elə oradaca ona vermişdir. Daha sonra isə Sadiq aldığı pulun hamısını atası Mehmana tam şəkildə qaytarmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4900 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə cərimə cəzasından azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CPMnin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir və hökm xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir (cild 1, səh. 148-151). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-nin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixindən “Abonentlərlə iş şöbəsi”nin ödənişin təşkili qrupunda mühəndis vəzifəsində işləyir (cild 1, səh. 66). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və protokoldan görünür ki, Yasamal RPİ tərəfindən xx.xx.2023-cü il tarixdə açılmış 91197/23 saylı axtarış işi üzrə axtarışda olan xx.xx.1962-ci ildə Qazax rayonu, Yenikənd kəndində anadan olmuş Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00 da Yasamal RPİ-nin 29-cu PB-nə gətirilmiş və daha sonra Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (cild 1, səh. 86). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir və o, Yasamal RPİ-nin MSY-dən dərhal azad edilmişdir (cild 1, səh. 142-143). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 144). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə şikayətində qeyd etdiyi halları bir daha təsdiq etmişdir (cild 1, səh. 154-158). Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir, hazırda şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü olaraq tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda Təqsirləndirilən şəxs 61 yaşının olmasını da nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdən 29 mart 2023cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi üzrə azadlığın məhdudlaşdırılması növündə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası da təyin etməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt Bələdiyyəsi, “ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhəri, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək bardə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(004)-306/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 25 may 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları”Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdən 29 mart 2023-cü tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt Bələdiyyəsi, “ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək bardə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar