Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-307/2021 29.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi – X9, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Ucar rayonu, Çiyni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Ucar rayonu, Çiyni kəndində qeydiyyatda olan, Xırdalan şəhəri, Abşeron gənclər şəhərciyində yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid13 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, cinayətkar niyyətlərini həyata keçirmək üçün 17 fevral 2021-ci il tarixdə saat 20:30 dəqiqədə "xxxx" ASC-yə məxsus Baki şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanda yerləşən bankomat aparatlarının quraşdırıldığı köşkün qarşısına gəlib aralarında əvvəlcədən əldə olunmuş cinayətkar niyyətə uyğun olaraq özü kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə həmin köşkün yaxınlığında gözləmiş, Şahid13 isə açarseçmə üsulu ilə köşkün kilidini açaraq saxlanc yerinə qanunsuz daxil olaraq qaynaq aparatından istifadə etməklə həmin köşkdə quraşdırılmış dəyəri 24426 manat təşkil edən 780 saylı, «X16 2050XE» markalı bankomat aparatının seyf qapısını kəsib yararsız hala salaraq zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus xeyli miqdarda əmlakı qəsdən zədələyərək məhv etmiş, daha sonra saxlanc yeri hesab edilən həmin bankomatın nəğd pulların saxlanıldığı hissəsinə qanunsuz daxil olmaqla içərisində ümumilikdə 47.425 manat nağd pul vəsaiti olan, bir ədədinin qiyməti 767 manat 50 qəpik olmaqla 03 (üç) ədəd, cəmi dəyəri 2.302 manat 50 qəpik təşkil edən pul kasetlərini gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 49.725 (qırx doqquz min yeddi yüz iyirmi beş) manat 50 (əlli) qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid13 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, cinayətkar niyyətlərini həyata keçirmək üçün 27 mart 2021-ci il tarixdə saat 20:29 dəqiqədə "xxxx" ASC-yə məxsus Baki şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 31/33 ünvanında yerləşən bankomat aparatının quraşdırıldığı köşkün qarşısına gəlib aralarında əldə olunmuş cinayətkar niyyətə uyğun olaraq özü kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə həmin köşkün yaxınlığında gözləmiş, Şahid13 isə bankomatda olan xeyli miqdarda 15.457 manat məbləğində nəğd pul vəsaitini gizli olaraq talama məqsədi ilə əvvəlcədən üzərində gətirdiyi dəmir parçası ilə köşkün qapısında olan kilidi sındıraraq saxlanc yerinə qanunsuz daxil olsa da həmin köşkdə quraşdırılmış təhlükəsizilik kameraları vasitəsilə "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun bu hərəkətləri vaxtında aşkar olunmaqla Azərbaycan Respublikası DİN-nin 102 çağrı mərkəzinə məlumat verilməsinin ardından polis əməkdaşlarının həmin yerə gəlməsi səbəbindən ifşa olunduqlarını anlayaraq hadisə yerindən qaçıb getməklə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə məxsus ümumilikdə 15.457 manat dəyərində nəğd pul vəsaitini gizli olaraq talamağa yönəldilmiş qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli talamağa, yəni oğurluq etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, hadisə yerinin videogörüntülərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir il bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çayxanalardan birində təsadüfən Şahid13 ilə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təkzib edərək hadisə barəsində bildirmişdir ki, 17 fevral 2021-ci il tarixdə Coşqun onun yaşadığı mənzilə gələrək pul çıxarması üçün onunla birlikdə getməsini bildirmişdir. O, yoldaşlıq üçün Şahid13la birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindən keçərkən «N.Nərimanov» metrostansiyasının çıxışı tərəfdə, «X7»nın qarşısında "xxxx"na məxsus 3 ədəd bankomatların qarşısına gəlmişlər. Orada olarkən bilmişdir ki, Şahid13 həmin bankomatların arxasında yerləşən köşkə daxil olub bankomatlardan oğurluq etmək qərarına gəlmişdir. O, Şahid13 köşkə daxil olmasını görsə də, lakin onun bankomatları hansı üsulla açmaq niyyətində olması barədə məlumatı olmamışdır. Şahid13 ona yalnız kənarda gözləməsini təklif etmişdir. O, da Coşqunla razılaşıb kənarda xəbərdarlıq etmək üçün gözləmişdir. Şahid13 köşkdən çıxdıqdan sonra onlar birlikdə oradan uzaqlaşmışlar. Sonra onlar bir qədər aralıda dayanan, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı təsadüfi taksilərdən birinə əyləşərək onları Masazır qəsəbəsində yerləşən «Masazır qəbiristanlığı» adlanan əraziyə aparmasını xahiş etmişlər. Onlar həmin yerə çatdıqdan sonra taksidən düşüb qəbirisitanlığın sağ tərəfində yerləşən meşəlik olan əraziyə keçmiş və orada yenidən yola çıxaraq təsadüfi taksi avtomobili ilə onun yaşadığı Xırdalan şəhəri, Abşeron şəhərciyinə getmişlər. Sonuncu ona 4300 manat pul vermiş, qalan məbləğ barədə məlumatı olmamışdır. Buna baxmayaraq Coşqunun bankomatdan necə, hansı qaydada və məbləğdə pul oğurlaması barədə onun məlumatı olmamışdır. Bu hadisədən bir müddət sonra, yəni 27 mart 2021-ci il tarixdə saat 21 radələrində "xxxx" ASC-yə məxsus Baki şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 31/33 ünvanında yerləşən bankomat aparatının quraşdırıldığı köşkün qarşısına gəlmişlər. Bu dəfə də Coşqun köşkə daxil olmuş, lakin kənar şəxs gəldiyindən o, qorxub qaçmağa nail olmuş, Coşqun isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra isə o, 07 iyul 2021-ci il tarixdə saat 16 radələrində Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının qarşısından keçən zaman Yasamal RPİ-nin 26-cı PB-nin əməlkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilmişdir. Verilmiş suallara əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Şahid13 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən "xxxx"na məxsus 3 ədəd bankomatların və Yasamal rayonu, N.Nərimanov prospekti 31/33 ünvanında yerləşən bankomat aparatının quraşdırıldığı köşklərə qanunsuz olaraq daxil olmasını dərk etmiş, lakin sonuncunun həmin bankomatlara zədə yetirməklə açması barədə məlumatı olmamışdır. Belə ki, Şahid13 ona bankomatdan pul oğurlayacağını desə də, lakin bankomat aparatlarını sındaracağını deməmişdir. O, özünü yalnız hadisə yerinə gedib Coşqunu gözlədiyi və 4300 manat pulu ondan götürdüyü üçün təqsirli bilir. Bundan başqa onlar bankomatdan oğurluq etmək üçün qabaqcadan xüsusi olaraq hazırlamamış, təklif hər dəfə Coşqundan ani olaraq gəlmiş, o da Coşqunla razılaşaraq onunla birlikdə hadisə yerinə getmişdir. O, Şahid13 götürdüyü pulları saymamış, yalnız 3-4 kaset pul götürülməsi barədə məlumatı olmuşdur. İttihamda qeyd edildiyi kimi 49.725 (qırx doqquz min yeddi yüz iyirmi beş) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti onlar arasında bərabər şəkildə bölüşdürülməmişdir. Bundan başqa o, hadisə yerinə birlikdə gedərkən Şahid13 əlində çanta olmasını, həmin çantanın içində dəmir parçası və qaz balonuna oxşar cihazın olmasını görsə də və sonuncu ona həmin əşyaların ona lazım olacağını desə də, əşyalardan hansı üsulla istifadə edəcəyini deməmişdir. Bu barədə ondan soruşduqda isə, bildirmişdir ki, “bankomatdan pul çıxara bilirəm, bu sənlik deyil”. Yasamal rayon ərazisində yerləşən hadisə yerinə getdikdə də həmin alətləri Şahid13 özü ilə birlikdə götürmüşdür. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, Şahid13 göstərişinə əsasən üzərlərində mobil telefon götürməmişlər, yalnız əlaqə saxlamaq üçün ratsiya tipli telefon cihazlarından, yəni portativ radio aparatından istifadə etmişlər. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunu ilə tanış olmadan imzalamışdır. Belə ki, ibtidai istintaq zamanı ifadəsində qeyd edildiyi ki, o, Şahid13la necə oğurluq edəcəklərini, hadisə yerinə necə gedəcəklərini, hər birinin hansı işi görəcəyini və digər halları planlaşdırmamış, onun qaynaq aparatı ilə bankomatın seyf qapısını kəsib pulları götürəcəyini və bununla da bankomat aparatına ziyan vuracağını bilməmişdir. Həmçnin o, «Youtube» internet portalında ayrı-ayrı ölkələrin vətəndaşları olan istifadəçilər tərəfindən yerləşdirilmiş video materiallara baxmamış, bankomatların seyf qapılarını necə kəsməyin mümkün olması haqqında video materiallara rast gəlməmiş və qaynaq aparatı ilə bankomatın seyf qapısını kəsmək təcrübəsini nəzərdən keçirməmişdir. Bununla yanaşı “8ci kilometr” adlanan ərazidə yerləşən bazardan qaynaq aparatı və portativ radio aparatı almamışdır. Hətta Şahid13la hadisə yerinə gedərkən böyük işə gedəcəkləri barədə məlumatı olmamışdır. Hadisədən sonra Şahid13 ona verdiyi 4300 manat pulun məbləğinin azlığını onunla mübahisələndirməmişdir. Yalnız istintaq zamanı öyrənib bilmişdir ki, oğurlanmış ümumi məbləğ 46.000 manat təşkil etmişdir. Sonda Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə yalnız Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələrinə münasibətdə özünü təqsirli bildiyini qeyd etmiş və hazırda əməlindən peşman olmasını, əvvəllər məhkumluğunun olmamasını, əlilliyini, peşəkar paraolimpiya oyunları üzrə Azərbaycan Respublikasını təmsil etməsini və bu sahədə yüksək nəticələrini, eləcə də özünün İİ Vətən Müharibəsində iştirakla bağlı könüllü olaraq səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbəsində qeydə alınmasını, ailə üzvlərindən qardaşının həmin müharibədə fəal iştirakını və digər şəxsiyyətini müsbət xarakterizə edən halları nəzərə alaraq barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəzanın təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsinin ona verilmiş ittamdan xaric edilərək hissəvi bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona qarşı verilmiş mülki iddia üzrə onun payına düşən 4300 manat məbləğ hissəsində iddia tələbini qəbul etdiyini və həmin məbləği gələcəkdə mülki iddiaçı olan "xxxx" ASC-yə ödəməyə hazır olduğunu bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin və eyni zamanda mülki iddiaçının nümayəndəsi X14 bildirmişdir ki, 2021-ci ilin fevral ayının 17-dən 18-nə keçən gecə naməlum şəxslər Bankın Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında 780, 935, 2185 saylı bankomatlar yerləşən plastik materialdan olan köşkün qapısının kilidinə müdaxilə edərək köşkə daxil olmuşlar. Köşkdə 780 saylı bankomatın arxa hissəsi qaynaqla kəsilərək həmin bankomatdan içərisində 47.425 manat məbləğində nəğd pullar olan və hər birinin qiyməti 767 manat 50 qəpik olmaqla 3 ədəd pul kasetləri oğurlanmışdır. 18 fevral 2021-ci il tarixdə saat 09 radələrində Bankın Nəğd vəsaitlərlə iş departamentinin ATM və Ödəmə terminallarına texniki dəstək şöbəsinin əməkdaşı Əliyev X11 MMC-nin teleskop sistemindən məhz həmin bankomatın nasaz olması barədə məlumatı alıb hadisə yerinə yollanmış, saat 10:40 radələrində məlum hadisəni aşkar edib bankın rəhbərliyinə məlumat vermişdir. R.Bəgülov əlavə olaraq bildirmişdir ki, 780 saylı, «X16 2050XE» markalı bankomat kustar üsulla, yəni qaynaq aparatı ilə kəsilərək istifadəyə yararsız hala düşmüşdür. Həmin bankomatın dəyərinin 24.426 manat olması nəzərə alınaraq bankomatın yararsız hala salınması nəticəsində banka əlavə olaraq 24.426 manat maddi ziyan dəymişdir. Bundan başqa, 27 mart 2021-ci il tarixdə "xxxx" ASC-nin Bank Təhlükəsizlik Departamentindən Hüquq Departamentinə verilən məlumatda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 31/33 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankına aid ATM-nə oğurluq cəhdi olunmuşdur. Bununla bağlı hüquqi prosedurların həyata keçirilməsi xahiş olunmuşdur. Hadisə zamanı, yəni 27 mart 2021-ci il tarixdə saat 20 radələrində Azərbaycan Beynəlxalq Bankına aid ATM-nin bankomatında 15.457 manat pul vəsaiti olmuşdur. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən monitor videogörüntü izlənildikdən sonra darhal DİN-nin 102 xidmətinə və Yasamal RPİ-nin 26-cı PB-nə hadisə barədə məlumat verilmiş, hadisə yerinə polis əməkdaşları gələrək həmin şəxsi, adını sonradan bildiyi Şahid13 saxladığına görə o, iradəsindən aslı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmiş və bankomatdan pul vəsaiti oğurlanmamışdır. Zərərçəkmiş və mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X14 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində bankdan oğurlanmış 49.725,50 manat və bankomatın yararsız hala salınması nəticəsində vurulmuş 24.426 manat maddi ziyanın təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvəl Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çayxanalardan birində təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin əvvəllərində o, «Youtube» internet portalında ayrı-ayrı ölkələrin vətəndaşları olan istifadəçilər tərəfindən yerləşdirilmiş video materiallara baxarkən bankomatların seyf qapılarını necə kəsməyin mümkün olması haqqında video materiallara rast gəlmişdir. Bundan sonra o, bir neçə eyni xarakterli videolara baxaraq öyrənmişdir ki, qaynaq aparatı ilə istənilən bankomatın seyf qapısını kəsmək mümkündür. Bununla yanaşı o, qapı qıfıllarını və kilidlərini açmağın üsulları barədə də müxtəlif video materiallara baxaraq bu sahədə xeyli təcrübə toplamış və maddi imkanı pis olduğundan Bakı şəhərində yerləşən bankomatlardan birindən oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Daha sonra o, “8-ci kilometr” adlanan ərazidə yerləşən bazardan qaynaq aparatı və hazırda xatırlamadığı ünvanda yerləşən başqa bir mağazadan isə 2 ədəd portativ radio aparatı almışdır. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün müxtəlif ünvanlara müştəriləri daşıyarkən küçələrdə quraşdırılmış bankomatlara nəzər yetirərək oğurluq etmək üçün əlverişli bankomat axtarmışdır. 2021-ci ilin fevral ayının ortalarında o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindən keçərkən «N.Nərimanov» metrostansiyasının çıxışı tərəfdə, «X7»nın qarşısında "xxxx"na məxsus 3 ədəd bankomatların yerləşməsini və həmin bankomatların arxasında köşkün olduğunu görmüş və məhz həmin bankomatlardan oğurluq etmək qərarına gəlmişdir. Lakin bu tədbirlər barədə o, Rusifə məlumat verməmiş və özü tək planlayıb qərara gəlmişdir. 17 fevral 2021-ci il tarixdə oğurluq etməyi qərarlaşdırmış və bu barədə məlumatı olmayan dostu Rusifə onunla birlikdə gəlməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də onun təklifi ilə razılaşmışdır. Təxminən saat 20:15 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən köşkün qarşısına çatdıqda isə o, Rusifə ətrafa nəzarət etməsini tapşırıb özü köşkə daxil olmuşdur. Köşkə daxil olmaq üçün açarseçmə üsulu ilə qıfılı açmış, daha sonra içəri daxil olmaq üçün qapını açmış, bu zaman köşkün içərisində siqnalizasiya sisteminin olduğunu görüb dərhal qapını bağlamış və siqnalizasiya sisteminin işə düşüb-düşməməsini, hadisə yerinə polis əməkdaşlarının gəlib-gəlməyəcəklərini müşahidə etməyə başlamışdır. Təxminən 20 dəqiqə gözlədikdən sonra hadisə yerinə heç kimin gəlmədiyini görüb başa düşmüşdür ki, siqnalizasiya sistemi işə düşməmişdir. Bundan sonra, yəni saat təxminən 20:30 radələrində o, yenidən köşkə yaxınlaşmış və köşkün qapısını açaraq içəri daxil olmuşdur. Artıq içəri daxil olduqdan sonra o, orada siqnalizasiya aparatından başqa mühafizə kamerasının da olduğunu görmüş, kameraya düşməmək üçün bir əli ilə üzünü tutmuş, digər əli ilə isə həmin mühafizə kamerasını qoparmışdır. Həmin köşkdə üç ədəd bankomat yerləşmişdir. O, həmin bankomatları nəzərdən keçirərək görmüşdür ki, qapıdan daxil olan kimi birinci bankomat onun baxdığı video materiallardakından fərqli bankomatdır, digər iki bankomat isə videolarda gördüklərinə bənzəyir və həmin bankomatların seyf qapılarını necə kəsməyin yolunu bilir. O, həmin üç bankomatın ortasında olan ikinci bankomatı kəsmək qərarına gəlmişdir. Ona görə ki, sonuncu bankomat köşkün divarına yaxın məsafədə yerləşdiyindən düşünmüşdür ki, həmin bankomatın qapısını kəsəcəyi halda gördüyü işin səs-küyü çöldə eşidilə bilər. Ona görə də özü ilə gətirdiyi qaynaq aparatından istifadə etməklə ortadakı bankomatın seyf qapısını kəsməyə başlamışdır. O, bankomatın qapısını kəsdikdə dəmir parçalarının əriyib yerdəki məftillərin üzərinə düşməsi səbəbindən ətrafa yanıq qoxusunun iyi yayılmışdır. Təxminən 10 dəqiqədən sonra o, bankomatdan pul çıxarmağa gələn tanımadığı şəxslərin köşkdən qoxu gəlməsi barədə söhbət etmələrini eşitmiş, buna görə də həmin şəxslərin dövlət orqanlarına məlumat vermələrinin qarşısını almaq üçün işini dayandırıb köşkdən çölə çıxmış və bankomatın qarşısında dayanan tanımadığı şəxslərə müraciət edərək, guya bank əməkdaşlarının içəridə təmirlə məşğul olduqlarını, bu səbəbdən də yanıq iyinin gəldiyini bildirmişdir. Həmin şəxslər də onun həqiqətən də bank əməkdaşı olduğunu və köşkün içərisində təmir getdiyini düşünərək çıxıb getmişlər. Sonra o, yenidən köşkə daxil olaraq işini davam etdirmiş, təxminən 10-15 dəqiqə ərzində bankomatın qapısını kəsib qurtarmış, sonra qapını açaraq bankomatın içərisindəki pul kasetlərini çıxarmağa başlamışdır. Bankomatın içərisində biri kiçik, dördü böyük olmaqla 5 ədəd pul kaseti olmuşdur. O, da ən yuxarıda olan pul kasetinin içərisində az pul olduğunu güman edərək həmin pul kasetini çıxarıb yerə atmışdır. Sonra yuxarıdan aşağı istiqamətdə 3 ədəd pul kasetini çıxararaq qabaqcadan özü ilə gətirdiyi torbaya doldurmuş və torbada yer qalmadığından sonuncu, ən aşağıda olan pul kasetini çıxarmamışdır. Belə ki, həmin pul kasetini də götürsəydi, məcbur olub əlində aparmalıydı və bu da ətrafda olan şəxslərdə şübhə yarada bilərdi. Beləliklə o, 3 ədəd pul kasetini torbaya qoyduqdan sonra qaynaq aparatını da özü ilə gətirdiyi idman çantasına qoyaraq köşkü tərk etmişdir. O, köşkdən çıxarkən Təqsirləndirilən şəxs sağ tərəfdə, təxminən 10 metr aralıda gözlədiyini görüb dərhal ona yaxınlaşmış, içərisində pul kasetləri olan torbanı ona vermiş, idman çantasını özü ilə götürmüş və gəzərək oradan uzaqlaşmağa başlamışlar. Sonra onlar bir qədər aralıda dayanan, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı təsadüfi taksilərdən birinə əyləşib onları Masazır qəsəbəsində yerləşən «Masazır qəbiristanlığı» adlanan əraziyə aparmasını xahiş etmişlər. Qeyd etdiyi ünvana çatdıqdan sonra onlar taksidən düşmüşdür. Orada kasetdən 4000 manat pul götürüb Rusifə verimiş, Rusif az olduğunu dedikdə isə ona əlavə olaraq 300 manat, beləliklə ümumilikdə Rusifə 4300 manat pul vermişdir. Bundan sonra onlar yenidən yola çıxaraq təsadüfi taksi avtomobili ilə hər kəs öz yaşadığı evə getmişlər. Sonra oğurladıqları pulları sayıb cəmi 46.000 manat pul olduğunu müəyyən etmişdir. Sonrakı müddət ərzində o, "xxxx"nın bankomatından etdikləri oğurluq nəticəsində əldə etdiyi pulu öz ehtiyaclarına sərf etmişdir. Belə ki, o, həmin pullardan istifadə etməklə həmin ərəfədə olan müxtəlif borclarını, kreditini ödəmiş, anası xərçəng xəstəsi olduğu üçün onun müalicəsinə və dərmanlarına bir qədər xərc çəkmiş, o cümlədən ehtiyacı olan şəxslərə paylamış, onlara ət, ərzaq məhsulu alıb paylamış, nəticədə həmin pulun hamısını xərcləmişdir. Şahid13 bundan başqa ifadəsində göstərmişdir ki, 27 mart 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxıb Rusifin yaşadığı evə getmişdir. Rusifin evində söhbət edərək qərara gəlmişlər ki, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, bir neçə gün qabaq yerini dəqiqləşdirdikləri “Beynəlxalq Bank”a məxsus bankomat post terminalından oğurluq etsinlər. Bundan sonra o, və Rusiflə birgə taksi ilə həmin bankomatın yerləşdiyi ünvana gəlmişlər. O, ətrafa nəzər saldıqda həmin yerdə heç kəs olmadığını görmüşdür. Bundan sonra Rusifə kənar şəxslərin gələcəyi halda ona xəbər vermək üçün kənarda dayanmasını tapşırmış, o, isə özündə olan dəmir parçası ilə bankomatın yerləşdiyi saxlanc yerinin qapısında olan qıfılı sındırmışdır. Sonra o, içəri daxil olaraq orada olan təhlükəsizlik kamerasını qopartmış və saxlanc yerindən çölə çıxaraq kənarda gözləmişdir ki, əgər gələn olmasa yenidən içəri daxil olub qaynaq aparatı ilə bankomatı kəsib pulları oğurlasın. Lakin bir neçə dəqiqə keçəndən sonra həmin yerə polis əməkdaşları gəlmiş və onları saxlamaq istəyəndə Rusif oradan qaçıb getmişdir. Lakin polis əməkdaşları onu saxlamışlar, o, da heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı PBnə gəlmişdir. Polis bölməsinsdə olarkən o, etdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Daha sonra barəsində başlanmış cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 24.06.2021-ci il tarixli 1(004)-227/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə təqsirli bilinərək barəsində qəti olaraq 04 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Verilmiş suallar əsasında Şahid13 əlavə olaraq ifadəsində bildirmişdir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs ilkin olaraq onunla birlikdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən bankomatların qarşısına gələrkən onun köşkdə nə etməsini görməmiş və xəbəri olmamışdır. Sonradan əldə etdiyi 4300 manat pul məbləğini isə digər ehtiyacı olan şəxslərə olduğu kimi Rusifə də ehtiyacı olduğu üçün vermişdir. Qalan vəsaiti isə özündə saxlamışdır. Təklif ondan gəlmişdir və Rusif sadəcə onun göstərişi ilə kənarda dayanıb nəzarət etmişdir. Baxmayaraq ki, onun əməlindən məlumatsız olmuşdur. Belə ki, hazırki cinayət əməlinin planı onun özü tərəfindən təşkil edilmiş və planı nə zaman təşkil etdiyini xatırlamır, çünki yaddaş pozğunluğu var. Şahid13 həmçinin qeyd etmişdir ki, köşkə çanta ilə daxil olmuş, bankomatın doğranmasında istifadə etdiyi alətlər çantada olmuş, o, köşkdən çıxarkən çanta ilə yanaşı kasetləri yerləşdirdiyi torbalarla içəridən çıxmış və həmin yükün daşınmasında Rusif ona köməklik göstərsə də, içində nə olması ilə maraqlanmamışdır. İttiham tərəfi şahidə sual ünvanlamışdır ki, onu kənarda gözləyən Təqsirləndirilən şəxs onun əməlindən məlumatsız olduğu halda necə ola bilər ki, onu ətrafda baş verən təhlükə barədə xəbərdar etsin və ya bankomatdan çıxardığı yük barədə maraqlanmasın. Şahid həmin suala cavab olaraq bildirmişdir ki, onun üçün fərq etmirdi ki, kənarda gözləyən şəxsin onun əməlindən xəbəri var, ya yox, onun üçün önəmli olan kiminsə onu çöldən xəbər etməsi idi. Bununla yanaşı Rusif onun işləri barədə ona sual verə bilməzdi. Eləcə də Rusif ona çantada olan alətlər barədə sual verməmiş, o, isə Rusifə həmin alətlərin işi ilə bağlı olduğunu demişdir. Şahid13 Yasamal Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 1(004)-227/2021 nömrəli hökmündə qeyd olunmuş ifadəsinin məzmunu ilə, hazırki məhkəmədə verdiyi ifadəsinin məzmunu arasında mövcud olan kəskin ziddiyyətin səbəbi soruşulduqda o, göstərmişdir ki, onun işinə məhkəmədə baxılarkən istintaqa verdiyi ifadəyə uyğun ifadə vermişdir. Hazırda isə bu cür ifadə vermək istəyir. Belə ki, Rusifi təqsirsiz hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02 iyul 2018-ci il tarixdən oğurluq hadisəsi baş verənədək "xxxx" ASC-nin Təhlükəsizlik Departamentinin Mühafizə və Rejim şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmişdir. Həmin departamentin nəzdində 4 şöbə fəaliyyət göstərir ki, onlardan biri onun işlədiyi Mühafizə və Rejim şöbəsi, ikincisi Texniki dəstək şöbəsi, üçüncüsü isə Təhlil şöbəsidir. Əvvəllər işlədiyi Mühafizə və Rejim şöbəsi Beynəlxalq bankın baş ofisinin inzibati binasının 5-ci mərtəbəsində yerləşməklə iki otaqdan ibarət olmuşdur. Hər iki otaq təhlükəsizliyə nəzarət işi ilə məşğul olur. Lakin birinci otaqda bankın filiallarının və şöbələrinin açılıbbağlanmasına, həmin filiallarda və şöbələrdə siqnalizasiya sistemlərinin vaxtında açılıbbağlanmasına, filiallar bağlandıqdan sonra kənar şəxslərin daxil olmamasına, bank əməkdaşlarının nizam-intizamına nəzarət olunur, ikinci otaqda isə sırf inkasasiya avtomobillərində quraşdırılmış mühafizə kameralarına, bankomatlarda, ATM və ödəmə terminallarında quraşdırılmış siqnalizasiyalara, hərəkət sensorlarına, mühafizə kameralarına nəzarət edilir. Əməkdaşların normal iş saatları saat 09:00-dan 18:00-dək davam edir. Lakin hər gün hər bir otaqda növbə ilə şöbənin işçiləri qalırlar. Növbə rejimi özü-özlüyündə iki hissəyə bölünür. Səhər növbəsində olan əməkdaş səhər saat 08:00-dan axşam saat 19:00-dək, axşam növbəsində olan əməkdaş isə saat 19:00-dan səhər saat 08:00-dək növbədə qalıb monitorlara nəzarət edirlər. O, şöbənin ikinci otağında, yəni inkasator avtomobillərinə, bankomatlara və ödəmə terminallarına nəzarət olunan otaqda işləmişdir. "xxxx" ASC-nin Bakı şəhərində quraşdırılmış bütün bankomatlarına mühafizə kameraları və hərəkət sensorları quraşdırılmışdır. Həmin kameralara və sensorlara şöbənin onun işlədiyi otaqda quraşdırılmış monitorları vasitəsi ilə nəzarət olunur. Hər hansı bir bankomata və ya bankomat yerləşdirilmiş köşkə müdaxilə olunduğu təqdirdə hərəkət sensorları işə düşür, dərhal bu barədə onların monitorinq otağına məlumat ötürülür, həmin yerdə quraşdırılmış mühafizə kamerasının görüntüləri otaqdakı monitorlarda önə çıxır və xüsusi siqnallar vasitəsi ilə təxminən 1 dəqiqə ərzində xəbərdarlıq olunur. 1 dəqiqədən sonra xüsusi siqnal dayanır və monitorun yan tərəfindən müdaxilə olunmuş bankomatın adı, nömrəsi, yerləşdiyi ünvan barədə məlumat saxlanılır. Lakin başqa bir bankomatdakı nasazlıqla və ya müdaxilə ilə bağlı növbəti siqnal daxil olduğu halda həmin məlumatlar monitordan itir. Təlimata əsasən növbədə olan əməkdaş bankomatlara müdaxilə barədə siqnalı qəbul edən kimi dərhal bu barədə həmin bankomatın yerləşdiyi ərazi üzrə polis bölməsinə və ya DİN-nin 102 xidmətinə məlumat verməlidir. Şahid2 hadisə barədə bildirmişdir ki, 17 fevral 2021-ci il tarixdə o, axşam növbəsində olduğu üçün saat 19:00-da növbəni qəbul etmişdir. Həmin gün o, növbəni qəbul etdikdən təxminən 20 dəqiqə sonra bütün binanın təhlükəsizliyini nəzərdən keçirib öz xidməti otağına daxil olmuşdur. Təxminən saat 20:03-də oğlu Polad Həmzəyevin yoldaşı ona zəng edərək Poladın işlədiyi «X8» şirkətinin Gəncə regional şöbəsinin merçendayzer vəzifəsindən çıxarılması barədə məlumat vermişdir. Bu xəbər onu çox həyəcanlandırmış və əsəbləşdirmişdir. Bu səbəbdən o, bir müddət nəzarəti itirərək mobil telefon vasitəsi ilə oğlu Polad Həmzəyevlə danışaraq onun işdən çıxarılması səbəblərini araşdırmağa başlamışdır. O, təxminən 3 saat ərzində oğu Polad Həmzəyevlə, onun işlədiyi şirkətin digər əməkdaşları ilə danışaraq Poladın işdən çıxarılma səbəblərini araşdırmaqla məşğul olmuşdur. Bu müddət ərzində bir neçə dəfə növbədə olduğu monitorinq otağını tərk edib yenidən daxil olmuşdur. Həmin gün xidmətdə tək olmuşdur. Bu səbəbdən otaqda olan 30dan çox monitora nəzarət etməsi diqqətdən yayınmışdır. O, artıq 18 fevral 2021-ci il tarixdə səhər saat 08:00-da növbəni təhvil verərək yaşadığı evə getmiş və növbədən çıxdığı üçün mobil telefonunun səsini alıb yatmışdır. Saat təxminən 12 radələrində anası onu yuxudan oyadaraq bildirmişdir ki, iş yoldaşları ona zəng edərək onu axtarırlar. Bundan sonra o, işlədiyi şöbənin nəzarətçisinə zəng etmiş və ona məlum olmuşdur ki, növbətçi oduğu gecə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən 780 saylı bankomat naməlum şəxs tərəfindən yarılmış və içərisindəki pullar oğurlanmışdır. O, hadisəni təhlil etmək məqsədilə müşahidə kameralarına baxmış və müəyyən etmişdir ki, hadisənin baş vermə anı qeydə alınmışdır. Müşahidə kameralarına baxdıqda görmüşdür ki, bir nəfər köşkə daxil olub bankomat aparatını doğramış, digər bir nəfər isə onu çöldən müşahidə etmişdir. Qeyd olunan hadisə ilə bağlı o, vəzifələrinə səhlənkar yanaşdığından tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19.11.2018-ci ildən hazırki vaxtadək "xxxx" ASC-nin Nağd vəsaitlərlə iş departamentinin ATM və Ödəmə terminallarına texniki dəstək şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir. Onun vəzifəsi "xxxx" ASC-yə məxsus ATM-lərə və ödəmə terminallarına nəzarət etmək, onların təmiri, proqramlaşdırılması, profilaktikası ilə məşğul olmaq, texniki qulluq etməkdən ibarətdir. Onun işlədiyi şöbədə 4 ekipajdan ibarət, hər ekipajda iki nəfər olmaqla mütəxəssislər işləyir və hər ekipajın öz ərazisi vardır. O, Kərəm Həsənov adlı mütəxəssislə bir qrupda çalışır. Onlar Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən və "xxxx" ASC-yə məxsus olan bankomatlara və ödəmə terminallarına nəzarət edirlər. Belə ki, şəhər ərazisində quraşdırılmış bankomatlarda hər hansı bir nasazlıq yarandığı təqdirdə Beynəlxalq bankın törəmə mərkəzi olan Azericard MMC-nin teleskop sisteminə məlumat ötürülür, onlar hər gün səhər saat 09 radələrində işə gəldikdən sonra nasaz bankomatlar barədə teleskop sistemində toplanmış məlumatlar onlara təqdim olunur və onlar da həmin nasazlıqları aradan qaldırmaq məqsədi ilə əraziyə yollanırlar. 18 fevral 2021-ci il tarixdə o, həmişə olduğu kimi səhər saat 09 radələrində Beynəlxalq banka gələrək teleskop sistemindəki məlumatları əldə etmiş, həmin məlumatlara əsasən məlum olmuşdur ki, "xxxx" ASC-yə məxsus olan 780 saylı, «X16 2050XE» markalı bankomatda nasazlıq mövcuddur. Bundan sonra o, iş yoldaşı Kərəm Həsənovla birlikdə həmin bankomatın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanına yollanmışlar. Saat 10:40 radələrində onlar həmin ünvana çatmış, avtomobili Kərəm Həsənov idarə etdiyi üçün avtomobilin parklanması ilə məşğul olmuş, o, isə avtomobildən düşərək bankomatın yerləşdiyi köşkə yaxınlaşmışdır. Həmin ünvanda "xxxx" ASC-yə məxsus olan üç ədəd, 780, 935 və 2185 nömrəli bankomatlar olmuş və hər üç bankomat köşkün içərisinə yerləşdirilmişdi. Köşkün qapısının adi kilidi olmuşdur. Həmin köşkün qapısının açarlarından biri onun işlədiyi texniki şöbədə, biri inkasasiya şöbəsində olmuş, əlavə açarın olub-olmaması, olursa kimdə olması barədə məlumatı yoxdur. O, həmin köşkə yaxınlaşarkən köşkün qapısının aralı olduğunu görmüşdür. Bundan sonra o, qapını aralayanda görmüşdür ki, köşkün içərisindəki bankomatlardan ən ortadakı, yəni 780 nömrəli bankomatın arxa qapısı kəsilmişdir, divert kaset, yəni geri qaytarılan pulların yığıldığı rezerv qutu adlanan kaset yerə atılmışdır, köşkün içərisində quraşdırılmış mühafizə kamerası isə sallanmış vəziyyətdə olmuşdur. O, dərhal mobil telefonla işlədiyi şöbənin müdiri Asəf Şəfiyevə məlumat vermişdir. Bundan sonra o, bankomatlar yerləşən köşkün yanında dayanaraq bankın təhlükəsizlik şöbəsinin və polis əməkdaşlarının gəlməsini gözləmişdir. Təxminən yarım saat sonra həmin yerə əvvəlcə "xxxx" ASC-nin Təhlükəsizlik şöbəsinin əməkdaşları, sonra isə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Naməlum şəxs bankomatlar yerləşən köşkə daxil olduqdan sonra xüsusi vasitələrdən istifadə etməklə məhz 780 nömrəli bankomatın seyf qapısını kəsərək içərisində pul əskinasları olan 03 ədəd pul kasetlərini oğurlamışdır. Belə ki, o, bankomatlar yerləşən köşkə daxil olarkən 780 nömrəli bankomatın divert kasseti köşkün içərisində yerə atılmış vəziyyətdə olmuşdur. Polis əməkdaşları hadisə yerinə gələndən sonra məlum olmuşdur ki, 780 nömrəli bankomatın seyf hissəsindəki 04 ədəd kasetlərdən ən aşağıda olan pul kaseti də oğurlanmamışdır. Həmin pul kasetləri bağlı olduğu üçün onların içərisində hansı məbləğdə pul qalmasını o, bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 29 iyun 2017-ci il tarixdən hazırki vaxtadək "xxxx" ASC-nin Təhlükəsizlik Departamentinin Mühafizə və Rejim şöbəsində qrup rəhbəri vəzifəsində işləyir. Onun rəhbərlik etdiyi şöbə "xxxx" ASC-nin baş ofisinin inzibati binasının 5-ci mərtəbəsində yerləşir, iki otaqdan ibarətdir. Hər iki otaq təhlükəsizlik-nəzarət işi ilə məşğul olur. Lakin birinci otaqda bankın filiallarının və şöbələrinin açılıb-bağlanmasına, həmin filiallarda və şöbələrdə siqnalizasiya sistemlərinin vaxtında açılıb-bağlanmasına, filiallar bağlandıqdan sonra kənar şəxslərin daxil olmamasına, bank əməkdaşlarının nizam-intizamına nəzarət olunur, ikinci otaqda isə sırf inkasasiya avtomobillərində quraşdırılmış mühafizə kameralarına, bankomatlarda, ATM və ödəmə terminallarında quraşdırılmış siqnalizasiyalara, hərəkət sensorlarına, mühafizə kameralarına nəzarət edilir. Əməkdaşların normal iş saatları saat 09:00-dan 18:00-dək davam edir. Lakin hər gün hər bir otaqda növbə ilə şöbənin işçiləri qalırlar. Növbə rejimi də iki hissəyə bölünür. Səhər növbəsində olan əməkdaş səhər saat 08:00dan axşam saat 19:00-dək, axşam növbəsində olan əməkdaş isə saat 17:00-dan səhər saat 08:00-dək növbədə qalıb monitorlara nəzarət edirlər. Birinci otaqda onunla birlikdə 5 əməkdaş işləyir, ikinci otaqda isə şöbənin 4 əməkdaşı işləyirlər. "xxxx" ASC-nin Bakı şəhərində quraşdırılmış bütün bankomatlarına mühafizə kameraları və hərəkət sensorları quraşdırılmışdır. Yuxarıda qeyd etdiyi kimi həmin kameralara və sensorlara şöbənin ikinci otağında quraşdırılmış monitorlar vasitəsi ilə nəzarət olunur. Hər hansı bir bankomata və ya bankomat yerləşdirilmiş köşkə müdaxilə olunduğu təqdirdə hərəkət sensorları işə düşür, dərhal bu barədə şöbənin ikinci otağına məlumat ötürülür, həmin yerdə quraşdırılmış mühafizə kamerasının görüntüləri otaqdakı monitorlarda böyüyərək önə gəlir və xüsusi siqnallar vasitəsi ilə növbədə olan əməkdaş bu barədə məlumatlandırılır. Təlimata əsasən növbədə olan əməkdaş bankomatlara müdaxilə barədə siqnalı qəbul edən kimi dərhal bu barədə həmin bankomatın yerləşdiyi ərazi üzrə polis bölməsinə və ya DİN-nin 102 xidmətinə məlumat verməlidir. Şahid4 hadisə barədə bildirmişdir ki, 18 fevral 2021-ci il tarixdə saat təxminən 11 radələrində o, işdə olduğu zaman "xxxx" ASC-nin Nəğd vəsaitlərlə iş departamentinin ATM və Ödəmə terminallarına texniki dəstək şöbəsinin müdiri Asəf Şəfiyev onlara, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən 780 saylı bankomatın naməlum şəxs tərəfindən yarılması və içərisindəki pulların oğurlanması barədə məlumat vermişdir. O, da öz növbəsində dərhal bu barədə Təhlükəsizlik Departamentinin rəhbərinə məlumat vermiş və onun tapşırığı ilə hadisə yerinə gəlmişdir. O, hadisə yerinə gələndən sonra görmüşdür ki, həqiqətən də 780 nömrəli bankomatın quraşdırıldığı köşkün qapısı açılmış, köşkün içərisindəki üç bankomatdan biri, yəni 780 nömrəli bankomatın seyfi xüsusi vasitələrlə kəsilmiş və içərisindəki pul kasetlərindən üç ədədi oğurlanmışdır. Həmin bankomatın divert kaseti yerə atılmış vəziyyətdə olmuş, bir ədəd pul kaseti isə bankomatın içərisində qalmışdı. Həmin pul kasetləri bağlı olduğu üçün o, onların içərisində hansı məbləğdə pul qalmasını bilməmişdir. O, hadisəni təhlil etmək məqsədilə müşahidə kameralarına baxmış və müəyyən etmişdir ki, hadisənin baş vermə anı qeydə alınmışdır. Müşahidə kameralarına baxdıqda görmüşdür ki, bir nəfər köşkə daxil olub bankomat aparatını doğramış, digər bir nəfər isə onu çöldən müşahidə etmişdir. Müşahidə edən şəxsin əlində isə səhv etmirsə telefon olmuşdur. Lakin həmin şəxslərin üzünü dəqiq görə bilməmişdir. Həmçinin müəyyən etmişdir ki, köşkə daxil olan şəxs elektrik enerjisini kəsdiyindən siqnalizasiya işə düşməmiş, yalnız ikinci gizlin müşahidə kamerası hadisəni qeydə almışdır. Həmin gün növbədə olan Şahid2 isə vəzifəsinə səhlənkar yanaşdığına görə monitor vasitəsilə yaranan texniki nasazlığı və görüntüləri müşahidə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2015-ci ildən özünə məxsus avtomobillərlə Nərimanov rayonu, Təbriz küçəsi 102 saylı ünvanın yaxınlığında yerləşən “X7”nın qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin mart ayından “Chevrolet Cruse” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. 17 fevral 2021-ci il tarixdə saat 21:00 radələrində həmişə dayandığı yerdə, yəni Təbriz küçəsi 102 saylı ünvanda yerləşən “X7”nın yaxınlığında avtomobildə əyləşib müştəri gözləyən vaxt iki nəfər əvvəllər tanımadığı şəxs avtomobilə yaxınlaşıb boş olub-olmamağını soruşmuşdur. O, isə boş olduğunu bildirmişdir. Həmin şəxslərin əllərində yükü olduğundan avtomobildən enib yük yerini açmış, sonuncular isə özləri əllərindəki torbaları yük yerinə qoymuşlar. Həmin torbaların neçə ədəd olmasına, içərisində nə olmalarına fikir verməmiş, ona görə də bu haqda heç nə bilmir. Onlar torbaları yük yerinə qoyduqdan sonra avtomobilə əyləşmişlər. Avtomobildə qabaq sərnişin tərəfdə əyləşən şəxs ona Masazır qəsəbəsinə getməli olduqlarını bildirmişdir. O, onları Masazır qəsəbəsinə 10 manata aparmağa razılaşmışdır. Lakin Ekologiya postu adlanan ərazini keçdikdən sonra yeni tikilmiş tuneldən çıxan kimi Masazıra çatmamış, qarşıda oturan şəxs ondan sağda saxlamağı xahiş etmişdir. Tuneli çıxan kimi yolun sağ tərəfinə sürüb avtomobili saxlamışdır. Hər iki şəxs avtomobildən enmiş və yük yerindən həmin torbaları götürüb onunla sağollaşıb getmişlər. Şahid3 hadisə barədə və eləcə də həmin şəxslərin avtomobilin yük yerinə qoyduqları torbalarda nə olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexində usta işləyir. 1946-cı il təvəllüdlü anası Rəqubət Rəhimova onunla eyni ünvanda yaşayır. 17 fevral 2021-ci il tarixdə o, işə gələrkən anası Rəqubət öz təqaüd kartını ona verərək oradan pul çıxarmağını xahiş etmişdir. Həmin tarixdə saat təxminən 21:00 radələrində o, işdən çıxdıqdan sonra «N.Nərimanov» metrostansiyasının çıxışında, X7nın qarşısında yerləşən "xxxx"na məxsus bankomatlar yerləşən köşkün qarşısına gəlmişdir. Köşkdə 3 ədəd bankomat yerləşirdi. Həmin vaxt köşkün sağ tərəfində və ortasında yerləşən bankomatlar işləməmiş, yalnız sol tərəfdə yerləşən bankomat işləmişdir. Bankomatların qarşısında ondan başqa tanımadığı, biri qadın olmaqla iki nəfər şəxs olmuşdur. Növbə əsasında qadın daha əvvəl işləyən bankomatdan pul çıxarmış, ən sonda o, qalmış və o, da öz növbəsində hesabdan pul çıxarıb oradan uzaqlaşmışdır. Həmin vaxt işləməyən bankomatlardan kəskin yanıq qoxusu gəldiyini hiss etmiş və bu barədə növbə gözləyən oğlanla fikir mübadiləsi aparmışdır. O, bir qədər də bankomata yaxınlaşmış və həqiqətən də yanıq iyinin gəlməsini hiss etmişdir. Sonra o, bankomatların yerləşdiyi köşkün sol tərəfinə boylanmışdır ki, polis və ya hər hansı rəsmi işçi görərsə bu barədə məlumat versin. Lakin ətrafda polis əməkdaşı görməmişdir. Daha sonra içəridən taqqıltı səslərinin gəldiyini eşitmiş və bankomatda təmir işlərinin getdiyini düşünüb geri qayıtmışdır. Növbəsi çatdıqdan sonra o, bank əməliyyatı aparıb anasının təqaüd kartından 286 manat pul çıxarmışdır. Bundan sonra o, yolun əks tərəfinə keçərək yaşadığı evə getmişdir. Verilmiş suallar əsasında Şahid5 əlavə olaraq bildirmişdir ki, o, köşkün ətrafında kiminsə müşahidə etməsinə diqqət etməmiş və kənar şəxsin olmasını görməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən, yəni “köşkün qapısının qarşısında bir nəfər tanımadığı, üzündə tibbi maska olan şəxsin dayanmasını görməsi”nə dair xüsusatla bağlı qeyd etmişdir ki, ibtidai istintaq zamanı ona videogörüntü təqdim edilmiş, həmin vaxt o, görüntülərdə kənarda bir nəfər olmasını müşahidə etsə də, lakin hadisə vaxtı buna diqqət etmədiyindən görməmişdir. İfadəsini oxuyub imzalamasına baxmayaraq bu xususata xüsusi diqqət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 17 fevral 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı ünvandan çıxıb piyada əmək haqqı kartından pul çıxartmaq üçün “Nərimanov” metrostansiyasının çıxışında, “X7”nın qarşısında yerləşən "xxxx"na məxsus bankomatlar yerləşən köşkün qarşısına gəlmişdir. Həmin köşkdə 3 ədəd bankomat olmuşdur. Təxminən saat 21:00 radələrində köşkün qarşısında olarkən sağ tərəfdə və ortada yerləşən bankomatların işləmədiyini görmüşdür. Yalnız sol tərəfdə yerləşən bankomat işləmişdir. O, həmin sol tərəfdəki bankomata yaxınlaşıb əmək haqqı kartını daxil etmiş və bu vaxt köşkün içərisindən qəribə səslər eşitmiş və yanıq iyi gəldiyini hiss etmişdir. Həmin vaxtı onun sağ tərəfində dayanmış tanımadığı şəxsə yanıq iyinin hiss olunmasını və içəridən qəribə səslər gəlməsini demiş, həmin şəxs isə cavabında ona bildirmişdir ki, “burda çoxdan belədir”. O, bank əməliyyatı aparıb kartından 10 manat pul çıxartmış, pulu və kartı cibinə qoyarkən köşkün sol tərəfinə boylananda köşkün qapısının ağzında bir nəfər sifətində maska, çiynində çanta olan şəxsin dayanmasını görmüş, həmin şəxsə də içəridən qəribə səslər gəlməsini deyəndə, həmin şəxs əli ilə içərini göstərib demişdir ki, “burda remont gedir”. Bundan sonra o, oradan uzaqlaşıb piyada birbaşa yaşadığı evə qayıtmışdır. Şahid8 verilmiş suallar əsasında bildirmişdir ki, ona təmir barədə məlumat verən şəxs əvvəllər şahid qismində iştirak etdiyi məhkəmə iclasındakı təqsirləndirilən şəxs, yəni Şahid13 olmuşdur. Hazırki məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs tanımır və hadisə yerində diqqət etmədiyindən onu orada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 17 fevral 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı ünvandan çıxıb özünə məxsus avtomobillə “Nərimanov” metrostansiyasının çıxışında, X7nın qarşısında yerləşən "Azərbaycan Beynəlxalq Bankı”na məxsus bankomatdan pul çıxartmaq üçün metronun ətrafına gəlib avtomobili saxlayaraq avtomobildən enmişdir. Sonra isə piyada klinikanın qarşısındakı bankomatlar yerləşən köşkə yaxınlaşmışdır. Köşkdə 3 ədəd bankomat olmuşdur. Həmin vaxt köşkdə sağ tərəfdə və ortada yerləşən bankomatlar işləməmiş, yalnız sol tərəfdə yerləşən bankomat işləmişdir. O, əmək haqqı kartını sol tərəfdə yerləşən bankomata daxil etmiş, lakin pul olmadığından bank əməliyyatı aparıb pul çıxara bilməmişdir. Yubanmadan oradan uzaqlaşmış və avtomobilinə əyləşib Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən “Günəş” hamamın arxasına gəlmiş və həmin yerdə yerləşən “Beynəlxalq Bank”a məxsus bankomata əmək haqqı kartını daxil etməklə bank əməliyyatı aparıb pul çıxarmışdır. Sonra isə oradan yaşadığı evə getmişdir. Verilmiş suallara əsasən Şahid6 əlavə olaraq bildirmişdir ki, hadisə yerində ətrafa diqqət etmədiyindən kimlərin olmasına baxmamış, ona görə də hazırki məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs tanımır və hadisə yerində görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Yasamal RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. 27 mart 2021-ci il tarixdə saat 20 radələrində o, Yasamal RPİ-nin PPXB-nün polis nəfəri Şahid10lə birlikdə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində xidmətdə olarkən Bakı şəhər BPİ-dən efir vasitəsi ilə bildirmişlər ki, naməlum şəxslər Yasamal rayonu, N.Nərimanov prospekti 31/33 saylı ünvanın qarşısında yerləşən "xxxx"na aid bankomatdan oğurluq edirlər. Onlar hadisə yerinə yaxın olduqları üçün dərhal həmin yerə getmişlər. Tehranla o, öz aralarında danışmışlar ki, həmin yerə hərəsi ayrı-ayrı istiqamətlərdən yaxınlaşsınlar ki, cinayətkarları hadisə yerində tutsunlar. O, həmin yerə ağaclar olan istiqamətdən gedəndə görmüşdür ki, iki nəfər tanımadığı şəxslər ağacın dibində əyilərək gizləniblər. Həmin şəxslər onu görən kimi hərəsi bir tərəfə qaçmağa başlamış, buna görə də onlar hər biri ayrı istiqamətlərə qaçmışlar. O, ikinci şəxsin hansı tərəfə qaçdığını görməmişdir. O, həmin şəxsin arxası ilə qaçan zaman ayağı torpağa ilişmiş və yerə yıxılmış, həmin şəxs qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra hadisə yerinə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları gəlmiş, o, əməliyyatçılara qaçan şəxsin istiqamətini başa salmış və əməliyyatçılar həmin şəxsin arxası ilə getmişlər. Bundan sonra onlar polis avtomobilinə minib ərazini gəzmişdir ki, həmin şəxsləri aşkar etsinlər. Lakin buna baxmayaraq o, həmin şəxsləri aşkar edə bilməmiş və xidmət etdiyi əraziyə qayıtmışdır. Təxminən bir saat keçəndən sonra ona məlum olmuşdur ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməlkdaşları həmin şəxslərdən birini, yəni adını sonradan bildiyi X6 tutub polis bölməsinə aparıblar. Onlar polis bölməsinə gedəndə görmüşdür ki, əməliyyatçılar onun arxası ilə qaçdığı şəxsi tutublar. Həmin vaxt Şahid13 etdiyi cinayət əməlini 26-cı PB-nin əməkdaşlarına danışmışdır. Bundan sonra onlar polis bölməsindən çıxıb xidməti ərazilərinə qayıtmışlar. Şahid7 əlavə olaraq bildirmişdir ki, hazırki təqsirləndirilən şəxsin arxasınca Şahid10 Taryel oğlu qaçdığından onun üzünü görməmişdir. Belə ki, həmin vaxt axşam saatları olduğundan onun üzünü görmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Taryel oğlu eyni məzmunlu ifadə verərək Şahid7 göstərdiyi xüsusatları təsdiq etmişdir. Verilmiş suallar əsasında o, əlavə olaraq bildirmişdir ki, hazırki Təqsirləndirilən şəxs yaxalamaq üçün onun arxasınca qaçsa da tuta bilməmişdir. Bundan başqa həmin vaxt axşam saatları olduğundan, yəni günün qaranlıq saatları olduğundan onun üzünü görmək mümkün olmamışdır. Lakin ümumi görünüş əlamətlərindən onu hazırki Təqsirləndirilən şəxs bənzədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 mart 2021-ci il tarixdə saat 20 radələrində o, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantlı Şahid12lə birlikdə ərazidə xidmətdə olarkən Bakı şəhər BPİ-dən efir vasitəsi ilə bildirmişlər ki, naməlum şəxslər Yasamal rayonu, N.Nərimanov prospekti 31/33 saylı ünvanın qarşısında yerləşən "xxxx"na aid bankomatdan oğurluq edirlər. Onlar da hadisə yerinə yaxın olduqları üçün dərhal özlərinə məxsus olan avtomobillə həmin yerə gəlmişlər. Onlar hadisə yerinə çatanda görmüşlər ki, hadisə yerində Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri dayanıblar. Onlar polis nəfərlərinə yaxınlaşanda, polis nəfəri ona demişdir ki, oğurluq etmək istəyən şəxslər hərəsi bir tərəfə qaçıblar. Bundan sonra onlar avtomobillə ərazini gəzməyə başlamış, Axundov parkına yaxınlaşanda görmüşlər ki, bir nəfər şəxs yolun kənarı ilə gedir. O, avtomaşından düşüb piyada həmin şəxsin arxası ilə getmiş, Musa isə avtomaşını sürüb həmin şəxsin qarşısını kəsmişdir. Bu zaman adını sonradan bildiyi Coşqun adlı şəxs geriyə, yəni ona tərəf qaçmaq istədikdə o, Coşqunu tutub fənd işlədərək yerə yıxmışdır. Sonra onlar Coşqunu avtomobilə mindirib Yasamal RPİ-nin 26-cı PB-nə aparmışlar. Polis bölməsində Şahid13 etdiyi cinayət əməlini etiraf etmişdir. Daha sonra isə onlar Coşqunla birlikdə hadisə yerinə getmiş, Coşqun ağacların dibində gizlətdiyi cinayətdə istifadə etdiyi içərisində qaynaq aparatı və başqa alətlər olan çantanı onlara göstərmişdir. Həmçinin Coşqun hazırki əməlini Rusiflə birlikdə törətməsini etiraf etmişdir. Bundan sonra onlar əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qaydasında Rusifin yaşadığı mənzilə getmiş, lakin Rusif gizləndiyindən aşkar edilməmiş və barəsində axtarış elan edimişdir. Bir müddət sonra o, Yeganə şadlıq sarayının qarşısında aşkar edilərək saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 eyni məzmunlu ifadə verərək Şahid11 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. O, verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, Coşqun hazırki əməlini Rusiflə birlikdə törətməsini etiraf etmiş və onun bütün əlamətlərini, eləcə də gözünün qüsurlu olmasını demişdir. Bir müddət sonra isə Rusifin barəsində elan edilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yeganə şadlıq sarayının qarşısında onun aşkar edilərək saxlanılmasında bilavasitə iştirak etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Şahid9 məhkəmə iclasına gəlməmişdir. Lakin o, 25.11.2021-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib, məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər dinlənilib şahidin ifadəsi elan edilmişdir. Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən müəyyən edildi ki, o, 2016-cı ildən Azərbaycan Beynəlxalq Bankında Mühafizə və rejim şöbəsinin Təhlükəsizlik departamentində aparıcı mütəxəssis vəzifəsində işləmiş, yəni onun işi Banka aid olan bankomatlara kamera vasitəsi ilə nəzarət etməkdən ibarət olmuşdur. Belə ki, bankomata kənardan müdaxilə olan kimi kamera həyəcan siqnalı verir və onlar da bunu görə bilirlər. 27 mart 2021-ci il tarixdə saat 20 radələrində o, işdə olan zaman ünvan 2 ünvanda yerləşən Azərbaycan Beynəlxalq Bankına aid bankomatın köşkünə yerləşdirilmiş videokameradan həyəcan siqnalı daxil olmuş, o, manitora baxanda görmüşdür ki, bir nəfər çiynində çanta, üzündə maska, başında isə gödəkçənin kapşonu olan şəxs köşkə daxil olaraq orada olan kameranı çevirdi, bir nəfər isə kənarda dayanıb nəzarət edir. Bu zaman o, DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Təxminən 2-3 dəqiqə keçəndən sonra onun mobil telefonuna Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları zəng vurub hadisə ilə əlaqədar soruşmuşlar. O, da polis əməkdaşlarına bankomatın yerləşdiyi ünvanı demiş, sonra isə özü də maşınla həmin yerə gəlmişdir. O, hadisə yerinə gələndə bankomatın köşkünün qapısında olan qıfılın sındırıldığını, lakin bankomata müdaxilə olunmadığını görmüşdür. Həmçinin hadisə yerinə gələndə orada polis əməkdaşları dayandıqlarını, lakin oğurluq etmək istəyən şəxslərin oradan qaçıb getdiklərini görmüşdür. Lakin bir neçə dəqiqə sonra polis əməkdaşları oğurluğa cəhd etmiş şəxsi, yəni adını sonradan bildiyi Şahid13 tutub hadisə yerinə gətirmişlər. Həmin vaxt Coşqun ağacın kənarına gizlətdiyi, içərisində qaynaq aparatı və digər əşyalar olan çantanın yerini göstərmişdir. Həmçinin Coşqun səmimi etiraf edərək Nərimanov rayonu ərazisində də bankomatdan oğurluq etməsini bildirmişdir. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getmişlər. Orada məlum olmuşdur ki, Şahid13 bankomat köşkünə daxil olan zaman kənardan müşahidə edən onun tanışı Rusif adlı şəxs olmuş və polis əməkdaşları hadisə yerinə gələn zaman Rusif oradan qaçıb getmişdir. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, eyni zamanda zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 05 may 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə istintaqı aparılan 21090125 nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs eyni maddələrlə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materialları ayrıca icraata ayrılmışdır. Cinayət işinin ayrılmasına səbəb Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməməsi olmuşdur. Şahid13 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qeyd olunan işə məhkəmədə baxılaraq Həsənov X12 Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 1(004)-227/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə təqsirli bilinərək barəsində qəti olaraq 04 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin raportundan və digər müvafiq sənədlərdən müəyyən edilir ki, 27.03.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşı Şahid9 Azərbaycan Respublikası DİN-nin 102 Zəng Mərkəzinə Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospektində yerləşən ATM-də 2 nəfər şəxs tərəfindən oğurluq cəhdinin olması barədə məlumat vermişdir. İş materiallarında olan 27 mart 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və ona əlavə edilmiş foto-cədvəldən müəyyən edilir ki, oğurluğa cəhd hadisəsi ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus köşkdə baş vermişdir. İş materiallarında olan 28 mart 2021-ci il tarixli götürmə haqqında protokolun məzmunundan və fotocədvəldən müəyyən edilir ki, Şahid13 oğurluq cinayətlərini törədərkən istifadə etdiyi 1 ədəd qaynaq aparatı, 01 ədəd qaz balonu, 02 ədəd vint açan, 01 ədəd alışqan, 02 ədəd fanar, 01 ədəd radioqurğu, 01 ədəd maska, 01 ədəd çanta və 03 ədəd gödəkçəni istintaq orqanına təqdim etmiş və həmin əşyalar götürülərək maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolun məzmunundan və ona əlavə edilmiş foto-cədvəldən müəyyən edilir ki, 17 fevral 2021-ci il tarixdəki oğurluq hadisəsi ünvan 4 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus köşkdə baş vermişdir. Protokoldan həmçinin müəyyən edilir ki, baxış zamanı hadisə yerindən iki ədəd müdaxilə olunmamış pul qutusu, əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. Eləcə də, fotoşəkillərdən müəyyən edilir ki, köşkdə olan üç ədəd bankomatdan 2-ci yerdə dayanan bankomatın seyf hissəsinin qapısının gövdə hissəsinin sol yan tərəfi kəsilmiş və köşkdəki kamera küncdə tavandan sındırılmış vəziyyətdə olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Nağd vəsaitlərlə iş departamentinin direktor müavini, ATM-lərin nağd vəsaitlə təminatı şöbəsinin müdiri və şöbənin xəzinadarı tərəfindən tərtib edilmiş 18.02.2021-ci il tarixli aktdan müəyyən edilir ki, 17.02.2021-ci il tarixdə "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanda yerləşən köşkdə quraşdırılmış 780 saylı “Pro Cash 2050 XE” tipli bankomata 126000 (bir yüz iyirmi altı min) AZN nağd vəsait yerləşdirilmişdir. Müdaxilə zamanı bankomatda 48840 (qırx səkkiz min səkkiz yüz qırx) AZN nağd vəsait olmuşdur. Müdaxilədən sonra bankomata baxış keçirilmiş və iki kassetdən ümumilikdə 1415 (bir min dörd yüz on beş) AZN nağd vəsait aşkarlanmışdır. Oğurlanan məbləğ 47425 (qırx yeddi min dörd yüz iyirmi beş) AZN təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 26.02.2021-ci il tarixli 1193 nömrəli arayışından müəyyən edilir ki, "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanda yerləşən köşkdə quraşdırılmış 780 saylı “Pro Cash 2050 XE” tipli bankomata 17.02.2021-ci il tarixdə müdaxilə nəticəsində tam yararsız vəziyyətə düşdüyündən qüsur aktı tərtib edilmişdir. Həmçinin arayışdan müəyyən edilir ki, sözügedən bankomat bank tərəfindən 24426 (iyirmi dörd min dörd yüz iyirmi altı) AZN məbləğinə alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 26.02.2021-ci il tarixli 1192 nömrəli arayışından müəyyən edilir ki, "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanda yerləşən köşkdə quraşdırılmış 780 saylı “Pro Cash 2050 XE” tipli bankomata 17.02.2021-ci il tarixdə müdaxilə nəticəsində oğurlanmış 3 ədəd pul kasetinin hər biri 767,50 AZN olmaqla, ümumi dəyəri 2302,50 (iki min üç yüz iki manat əlli qəpik) AZN təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 29.03.2021-ci il tarixli 42-3776/2021 nömrəli məktubundan müəyyən edilir ki, 27.03.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu Nərimanov prospekti 31/33 ünvanındakı köşkdə quraşdırılmış ABB-yə məxsus olan 1078 nömrəli ATM-də 15457 (on beş min dörd yüz əlli yeddi) manat məbləğində nağd pul vəsaiti olmuşdur. İş materiallarında olan ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus köşkdə quraşdırılmış mühafizə kamerasında qeydə alınmış videogörüntüləri əks etdirən DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən edildi ki, həmin diskdə 03 ədəd fayl vardır, fayllarda olan videogörüntülər 27 mart 2021-ci il tarixdə qeydə alınmışdır. Videoçəkilişdən görünür ki, qeyd edilən mühafizə kamerası Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 31/33 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus köşkün içərisini qeydə almışdır. Mühafizə kamerası ilə qeydə alınmış görüntülər 27 mart 2021-ci il saat 20:29-dan 20:36-dək olan müddət ərzində olan görüntülərdir. Həmin görüntülərə baxış zamanı saat 20:29:40-da "xxxx" ASC-yə məxsus bankomat yerləşən köşkün giriş qapısının açılması, bundan sonra köşkün içərisində əynində qara rəngli gödəkçə, üzündə qara rəngli tibbi maska, çiynində idman çantası, başında qara rəngli idman papağı olan şəxsin daxil olması, saat 20:30:13-də həmin şəxsin mühafizə kamerasını qoparması müşahidə edildi. Saat 20:36-da videogörüntülər başa çatdığı üçün sonradan hadisə yerində nə baş verməsini müşahidə etmək mümkün olmamışdır. İkinci videofayldakı videogörüntü də 27 mart 2021-ci il tarixdə qeydə alınmaqla saat 20:22:04-dən saat 20:41:07-dək olan müddəti əhatə etmişdir. Videogörüntü tədqiq edildikdə müəyyən edildi ki, saat 20:26:26-da bir nəfər üzündə qara rəngli tibbi maska, çiynində idman çantası, başında idman papağı olan şəxs bankomatın qarşısına yaxınlaşır və üzünün kameraya düşməməsi üçün başını əyərək saat 20:27:43-dək hansısa əməliyyatla davamlı olaraq məşğul olur, bu müddət ərzində saat 20:26:50-də daha bir nəfər qara rəngli tibbi maskada olan şəxs çiynində çanta olan şəxsə yaxınlaşır və eyni zamanda ətrafa boylanaraq nəzarət edir. Üçüncü videofayldakı videogörüntü tədqiq edildikdə müəyyən edildi ki, həmin görüntü də 27 mart 2021-ci il tarixdə qeydə alınmaqla saat 20:41:14-dən saat 21:00-dək olan müddəti əhatə etmişdir. Videogörüntünün 20:44:25-ci dəqiqəsində bir nəfər polis əməkdaşının qaçaraq bankomata yaxınlaşması, bir müddət sonra isə digər polis əməkdaşlarının bankomatın qarşısına gəlmələri müşahidə edildi. İş materiallarında olan ünvan 4 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus köşkdə quraşdırılmış mühafizə kamerasında qeydə alınmış videogörüntüləri əks etdirən 02 ədəd fayldan ibarət DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən edildi ki, mühafizə kamerası Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus köşkün giriş qapısının qarşısını qeydə almışdır. Diskdəki görüntülər müşahidə kamerası tərəfindən 17 fevral 2021-ci il saat 20:35-dən saat 21:05dək olan müddət ərzində qeydə alınmış görüntülərdir. Həmin görüntülərə baxış zamanı saat 20:37-də "xxxx" ASC-yə məxsus bankomatlar yerləşən köşkün giriş qapısına iki nəfər şəxsin yaxınlaşması, həmin şəxslərdən birinin əynində qara rəngli gödəkçə, üzündə qara rəngli tibbi maska, çiynində idman çantası, başında qara rəngli idman papağı olması, ikinci şəxsin əynində çəhrayı rəngli kapişonlu uzun gödəkçə, başında qara rəngli papaq və üzündə qara rəngli tibbi maska olması, saat 20:37-də birinci şəxsin, yəni çiynində idman çantası olan şəxsin köşkə daxil olması, digər şəxsin köşkdən aralanması, saat 20:53-də köşkə daxil olmuş şəxsin çıxaraq bankomatın qarşısında dayanan və pul çıxarmaqla məşğul olan şəxslərə müraciət edib nəsə deyərək yenidən köşkə daxil olması və saat 21:04-də köşkün içərisindəki şəxsin əlində bir ədəd torba və bir ədəd idman çantası ilə köşkü tərk edərək hadisə yerindən uzaqlaşması müəyyən edildi. İş materiallarında olan ünvan 4 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus köşkdə quraşdırılmış mühafizə kamerasında qeydə alınmış videogörüntüləri əks etdirən digər DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən edildi ki, mühafizə kamerası Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus köşkün içərisini qeydə almışdır. Mühafizə kamerası tərəfindən 17 fevral 2021-ci il saat 20:30-dan 20:57-dək olan müddət ərzindəki görüntülər qeydə alınmışdır. Həmin görüntülərə baxış zamanı saat 20:46-da "xxxx" ASC-yə məxsus bankomatlar yerləşən köşkün giriş qapısının açılması, bundan sonra köşkün içərisinə əynində qara rəngli gödəkçə, üzündə qara rəngli tibbi maska, çiynində idman çantası, başında qara rəngli idman papağı olan şəxsin daxil olması, saat 20:47-də həmin şəxsin bir əli ilə üzünü tutaraq digər əli ilə mühafizə kamerasını qoparması, bundan sonra həmin şəxsin qaynaq aparatı ilə köşkdəki üç ədəd bankomatdan ortadakı bankomatın qapısını kəsməyə başlaması müəyyən edilmiş, saat 20:57-də videogörüntülər başa çatdığı üçün sonradan hadisə yerində nə baş verməsini müşahidə etmək mümkün olmamışdır. Diskdəki ikinci fayldakı görüntülərə baxış zamanı bankomatın qarşı tərəfində quraşdırılmış kamera ilə qeydə alınmış görüntülərin olması, görüntünün saat 20:40-dan saat 20:57-dək davam etdiyi dəqiqələrində müxtəlif şəxslərin bankomatın qarşısına gələrək əməliyyatlar həyata keçirməsi, bu müddət ərzində isə sağ tərəfdə binanın qarşısında bir nəfər şəxsin gəzişməsi, bəzən isə sağ əlini qulaq nahiyyəsində saxlaması müşahidə edildi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, həmin Məcəllənin 186.1-ci maddəsi üzrə isə özünü təqsirli bilməyərək onun ifadəsində göstərdiyi xüsusatları məsuliyyətdən yayınmaq məqsədi daşıyan özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilmiş suallar əsasında bildirmişdir ki, hadisə yerinə birlikdə gedərkən Şahid13 əlində çanta olmasını, həmin çantanın içində dəmir parçası və qaz balonuna oxşar cihazın olmasını görmüş, bu barədə Coşqundan soruşduqda ona həmin əşyaların lazım olacağını bildirmişdir. Daha sonra o, Şahid13 köşkə daxil olarkən kənardan onu müşahidə etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Şahid13 bankomatların yerləşdiyi köşkdə necə, hansı üsulla daxil olmasını, həmçinin içərisində dəmir parçası olan çanta ilə birlikdə daxil olmasını görmüş, yəni dolayısı ilə sonuncunun köşkə qanunsuz olaraq daxil olmasını və orada yerləşən bankomatlardan pul vəsaitlərini qeyd olunan əşyalar ilə ələ keçirmək niyyətində olmasını, bunun məntiqi nəticəsi olaraq bankomat aparatını məhv edəcəyini şüurlu surətdə dərk etmiş, hətta Şahid13 bu əməlini kimsənin hiss etməyəcəyi şəraitdə təhlükəsiz şəkildə başa çatdırması üçün ona bilavasitə birgə icraçı olaraq köməklik göstərmişdir. Təqsirləndirilən şəxs öz ifadəsində təsdiq etmişdir ki, hadisə yerinə getməmişdən öncə Şahid13 tapşırığına əsasən mobil telefonları özləri ilə götürməmiş və öz aralarında əlaqə saxlanılmaq üçün portativ radio aparatından istifadə etmişlər. Həmçinin hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan da görünür ki, onların birgə oğurluq cinayətlərini törədərkən istifadə etdikləri 1 ədəd qaynaq aparatı, 01 ədəd qaz balonu, 02 ədəd vint açan, 01 ədəd alışqan, 02 ədəd fanar, 01 ədəd radioqurğu, 01 ədəd maska, 01 ədəd çanta aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində Şahid13 ikinci dəfə hadisə yerinə getdikdə də həmin çantanın onun üzərində olmasını gördüyünü bildirmişdir. Bu isə ona dələlət edir ki, Təqsirləndirilən şəxs planlaşdırılan cinayətin törədilməsi mexanizmi barədə kifayət qədər məlumatlı olmuşdur. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən edilmiş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə üçün məcburidir. Hazırki halda isə Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24.06.2021-ci il tarixli 1(004)-227/2021 nömrəli hökmünün məzmunundan görünür ki, Şahid13 məhkəmə baxışı zamanı ibtidai istintaqa verdiyi ifadəni tam şəkildə təsdiq edərək bildirmişdir ki, 2021-ci ilin əvvəllərində o, «Youtube» internet portalında ayrı-ayrı ölkələrin vətəndaşları olan istifadəçilər tərəfindən yerləşdirilmiş video materiallara baxarkən bankomatların seyf qapılarını necə kəsməyin mümkün olması haqqında video materiallara rast gəlmişdir. Bundan sonra o, bir neçə eyni xarakterli videolara baxaraq öyrənmişdir ki, qaynaq aparatı ilə istənilən bankomatın seyf qapısını kəsmək mümkündür. Bununla yanaşı o, qapı qıfıllarını və kilidlərini açmağın üsulları barədə də müxtəlif video materiallara baxaraq bu sahədə xeyli təcrübə toplamış və maddi imkanı pis olduğundan Bakı şəhərində yerləşən bankomatlardan birindən oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Sonra o, dostu Təqsirləndirilən şəxs ilə görüşərək niyyəti barədə ona məlumat vermiş və birlikdə bankomatlardan birindən oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs də onun təklifi ilə razılaşmışdır. Sonra onlar 8-ci KM adlanan ərazidə yerləşən bazardan qaynaq aparatı və hazırda xatırlamadığı ünvanda yerləşən başqa bir mağazadan isə 2 ədəd portativ radio aparatı almışlar. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün müxtəlif ünvanlara müştəriləri daşıyarkən küçələrdə quraşdırılmış bankomatlara nəzər yetirərək oğurluq etmək üçün əlverişli bankomat axtarırmış. 2021-ci ilin fevral ayının ortalarında o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindən keçərkən «N.Nərimanov» metrostansiyasının çıxışı tərəfdə, «X3» qarşısında "xxxx"na məxsus 3 ədəd bankomatların yerləşməsini və həmin bankomatların da inkasatorların və ya arxasında əməkdaşların daxil ola bilmələri üçün köşkün olduğunu görmüş və məhz həmin bankomatlardan oğurluq etmək qərarına gəlmişdir. Daha sonra o, bu barədə Təqsirləndirilən şəxs bildirmiş və onlar 17 fevral 2021-ci il tarixdə oğurluq etməyi qərarlaşdırmışlar. İş materiallarında olan Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan müəyyən edilir ki, o, hazırki cinayət əməlini təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini etiraf etmiş və həmin xüsusatların ifadəsinin yerində yoxlanılması zamanı əyani olaraq göstərmişdir. Göründüyü kimi, Şahid13 qeyd olunan məhkəmə iclasında barəsində verilmiş ittiham üzrə cinayət əməllərini Təqsirləndirilən şəxs ilə birgə törətmək məqsədilə hazırlıq işlərini də birgə aparmalarını tam etiraf etmişdir. Lakin hazırki məhkəmə iclası zamanı cəza çəkən məhkum Şahid13 şahid qismində dindirilərkən qeyd olunan xüsusatları təkzib etmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkum Şahid13 şahid qismində dindirilməsi üçün məhkəmə iclasına etap edilərkən müşayiət taboru tərəfindən Təqsirləndirilən şəxs ilə eyni nəqliyyat vasitəsində gətirilmişdir. Bu isə Şahid13 hazırki məhkəmə iclasında verdiyi ifadəsini kifayət qədər şübhə altına alır. Ona görə də məhkəmə Şahid13 göstərdiyi məlumatları inandırıcı hesab etməyərək, sübut olaraq qəbul etmir və onun Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24.06.2021-ci il tarixli 1(004)-227/2021 nömrəli hökmünün məzmununda göstərilmiş ifadəsini sübut olaraq qəbul edir. Belə ki, həmin hökmlə Şahid13 ifadəsində göstərilən xüsusatlar yoxlanılıb hüquqi qiymət verilmiş və həmin hökmlə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Beləliklə, iş üzrə tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs tamah məqsədilə özgə əmlakını bilavasitə götürmək məqsədilə, cinayətin iştirakçısı olmuş Şahid13 ilə arasında əldə edilmiş razılaşmaya əsasən, onunla birlikdə 17 fevral 2021-ci il tarixdə saat 20:30 dəqiqədə "xxxx" ASC-yə məxsus Baki şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanda yerləşən bankomat aparatlarının quraşdırıldığı köşkün qarşısına gəlib aralarında əvvəlcədən əldə olunmuş cinayətkar niyyətə uyğun olaraq kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə həmin köşkün yaxınlığında gözləmişdir. Şahid13 isə açarseçmə üsulu ilə köşkün kilidini açaraq saxlanc yerinə qanunsuz daxil olaraq qaynaq aparatından istifadə etməklə həmin köşkdə quraşdırılmış dəyəri 24426 manat təşkil edən 780 saylı, «X16 2050XE» markalı bankomat aparatının seyf qapısını kəsib yararsız hala salaraq zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus xeyli miqdarda əmlakı qəsdən zədələyərək məhv etmiş, daha sonra saxlanc yeri hesab edilən həmin bankomatın nəğd pulların saxlanıldığı hissəsinə qanunsuz daxil olmaqla içərisində ümumilikdə 47.425 manat nağd pul vəsaiti olan, bir ədədinin qiyməti 767 manat 50 qəpik olmaqla 03 (üç) ədəd, cəmi dəyəri 2.302 manat 50 qəpik təşkil edən pul kasetlərini gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 49.725 (qırx doqquz min yeddi yüz iyirmi beş) manat 50 (əlli) qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Şahid13 tərəfindən icra edilən cinayətin aşkar edilməməsi üçün onu bilavasitə sığortalayaraq həmin cinayət əməllərinin törədilməsində bilavasitə birgə icraçı kimi iştirak etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2-ci maddəsi ümumilikdə az ağır cinayətlər kateqoriyasına daxil olmaqla 177.2.1-ci maddəyə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin Azərbaycan Respublikasının CM-nin 186.1-ci maddəsi ümumilikdə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 10-cu bəndinə görə özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna isə maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Qərarın 22-ci bəndinin ikinci hissəsinə görə oğurluq, soyğunçuluq və ya quldurluq cinayətləri törədilərkən, talamanın predmeti olmayan zərərçəkmişin əmlakı (məsələn, mebel, məişət texnikası və digər şeylər) qəsdən məhv edilərsə və ya zədələnərsə, bu zaman əməl, buna əsaslar olarsa, əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, hadisə yerinin videogörüntüləri, həmçinin iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi və onun olduğu yeri müəyyən etmək mümkün olmadığından Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Asəf Məmmədov tərəfindən 07.05.2021-ci il tarixdə “cinayət işi üzrə şəxsin barəsində axtarış elan olunması haqqında” qərar qəbul edilərək Azərbaycan Respublikası CPM-nin 150-ci maddəsinə əsasən barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 17.06.2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, Təqsirləndirilən şəxs barəsində “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” həmin tarixli qərar qəbul edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 4(004)-316/2021 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli axtarışda olan Təqsirləndirilən şəxs cinayət prosesinin həyata keçirən orqana təhvil verildiyi vaxtdan hesablanmaqla 2 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin 07.07.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş eyni tarixli protokoldan müəyyən edilir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdə saat 16:40 radələrində Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında saxlanılaraq istintaqa təhvil verilmiş və bundan sonra ona həmin tarixdə “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17.06.2021-ci il tarixli qərar üzrə ittiham elan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 1(004)- 307/2021 nömrəli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan epikrizlərdən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Göz almasının degenerativ vəziyyəti, OS göz almasının subotrofiyası VİZOD=1.0 (vahid), VİZOS=0” diaqnozu ilə 3-cü qrup əlillik dərəcəsi almışdır. Müdafiə tərəfindən təqdim edilmiş Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomundan və eləcə də iş materiallarında olan digər diplomlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs idaman sahəsində keçirilmiş turnirdə, o cümlədən 28 May Respublika günü ilə əlaqədar olaraq Azərbaycan Çoxmübarizəli İdman Döyüş növləri Federasiyasının Sumqayıt və şimal region Nümayəndəliyinin keçirdiyi Açıq Regionlar arası Çempionatında bacarıq göstərərək 1-ci yerə layiq görülmüşdür. Bundan əlavə, Təqsirləndirilən şəxs 71 kiloqram çəki dərəcəsində MMA proqramı üzrə 1-ci yerə layiq görülmüşdür. Müdafiə tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli 906 nömrəli məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 22.07.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda lazım gələrsə müharibəyə qatılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Ucar rayon şöbəsinə gələrək könüllü kimi qeydiyyatdan keçmişdir. Müdafiə tərəfinin təqdim etdiyi ******* nömrəli hərbi bilet və 74763 nömrəli vəsiqədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaxın qohumu statusunda olan qardaşı X1 və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və hazırda Azərbaycan Vətən Müharibəsi X2 üzvüdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sankt-Peterburq şəhərinin Kuybışev Rayon Məhkəməsinin 17.11.2014-cü il tarixli hökmünə əsasən Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin 2-ci hissəsi “A,Q” bəndi ilə (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs halında, həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək təhlükəsi ilə törədildikdə) təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.05.2016-cı il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qüvvədə olan cinayət qanunvericiliyinin tələbinə əsasən məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs peşəkar idman sahəsindəki nailiyyətlərini onun şəxsiyyətini müsbət xarakterizə edən hal olaraq qiymətləndirməklə, özünün 3-cü qrup əlil olmasını, məhkumluğunun olmamasını və ailə üzvünün Vətən Müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 iyul 2021-ci il tarixdən hesablanmalıdır və Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, Şahid13 və Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdikləri və iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlama anbarına təhvil verilmiş 01 ədəd qaynaq aparatı, 01 ədəd qaz balonu, 02 ədəd vint açan, 01 ədəd alışqan, 02 ədəd fanar, 03 ədəd gödəkçə, 01 ədəd raidoqurğu, 01 ədəd çanta və 01 ədəd başa taxılması üçün maskaya Yasamal Rayon Məhkəməsinin 1(004)-227/2021 saylı, 24.06.2021-ci il tarixli hökmü ilə hüquqi qiymət verilərək məhv edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin 31.08.2021-ci il tarixli aktından müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 1(004)-227/2021 saylı, 24.06.2021-ci il tarixli hökmü icra edilərək maddi sübut olan 01 ədəd qaynaq aparatı, 01 ədəd qaz balonu, 02 ədəd vint açan, 01 ədəd alışqan, 02 ədəd fanar, 03 ədəd gödəkçə, 01 ədəd raidoqurğu, 01 ədəd çanta və 01 ədəd başa taxılması üçün maska məhv edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda sadalanan maddi sübutların məhv edilməsi nəzərə alınmalıdır. İş materiallarından və Yasamal Rayon Məhkəməsinin 1(004)-227/2021 saylı, 24.06.2021-ci il tarixli hökmündən müəyyən edilir ki, iş üzrə digər maddi sübut olan "xxxx" ASC-yə məxsus 780 saylı, “Wincor nixdorf Prokash 2050XE” markalı bankomat "xxxx" ASC-nin yararsız bankomatların saxlanılma anbarında saxlanılması üçün təhvil verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 780 saylı, “Wincor nixdorf Prokash 2050XE” markalı bankomatın "xxxx" ASC-nin yararsız bankomatların saxlanılma anbarına saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı, hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktının arayışından müəyyən edilir ki, ünvan 7 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus köşkdə quraşdırılmış mühafizə kamerasında qeydə alınmış və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən 3 ədəd fayldan ibarət DVD disk; ünvan 8 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus köşkdə quraşdırılmış mühafizə kamerasında qeydə alınmış və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən 2 ədəd fayldan ibarət DVD disk maddi sübut olaraq tanınaraq Şahid13 barəsində Yasamal RPİ-nin İŞ-də istintaq edilmiş ********* nömrəli cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarından və Yasamal Rayon Məhkəməsinin 1(004)-227/2021 saylı, 24.06.2021-ci il tarixli hökmündən müəyyən edilir ki, maddi sübut kimi tanınmış və özündə hadisənin görüntülərini əks etdirən videofayllar olan disklər həmin cinayət işinin materiallarında saxlanılmışdır. Hazırki cinayət işi üzrə məhkəmə baxışı zamanı yaranmış zərurətlə əlaqədar olaraq məhkəmənin icraatında olmuş 1(004)-227/2021 saylı cinayət işinin materiallarında saxlanılan disklərə baxış keçirilmiş və həmin disklərdəki görüntülər 2 ədəd diskə köçürülərək iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hadisənin görüntülərini əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" ASC tərəfindən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş və mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X14 məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində bankdan oğurlanmış 49.725,50 manat və bankomatın yararsız hala salınması nəticəsində vurulmuş 24.426 manat maddi ziyana görə digər təqsirləndirilən şəxs Şahid13 barəsində məhkəmə hökmü çıxarıldığını, həmin iş üzrə bankın mülki iddiasının təmin edildiyini nəzərə alaraq, barəsində hökm qəbul edilən zaman Təqsirləndirilən şəxs Bankdan oğurlanmış 49.725,50 manat pulun və bankomatın yararsız vəziyyətə salınması nəticəsində vurduğu 24.426 manat maddi ziyanın müştərək qaydada tutulması, həmçinin mülki iddianın qaldırmasından ötrü ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclaslarında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X14 verilmiş mülki iddianı onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin artıq qanuni qüvvəyə minmiş 24.06.2021-ci il tarixli 1(004)-227/2021 nömrəli hökmü ilə tərəflərindən həmin iş üzrə təqsirləndirilən şəxs Şahid13 qarşı verilmiş mülki iddia tələbi tam təmin edilərək ümumilikdə vurulmuş zərərə görə 74.151,50 manat pul vəsaitinin Şahid13 tutularaq "xxxx" ASC-yə ödənilməsi hökm edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən məhkəmənin icraatında olan 1(004)-227/2021 nömrəli cinayət işi üzrə onlar tərəfindən mülki iddia tələbi yalnız mülki cavabdeh Şahid13 qarşı verilmiş, məhkəmə isə qismən təmin etmişdir. Hazırda isə məhkəmənin 24.06.2021-ci il tarixli 1(004)-227/2021 nömrəli hökmü ilə təmin edilmiş mülki iddia tələbinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs münasibətdə müştərək qaydada ödənilməsinin təmin edilməsini, oğurlanmış 49.725,50 manat pulun və bankomatın yararsız vəziyyətə salınması nəticəsində vurulmuş 24.426 manat maddi ziyanın müştərək qaydada tutulması, həmçinin mülki iddianın qaldırmasından ötrü ödənilmiş 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı mülki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs verilmiş mülki iddia tələbinə etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi2 mülki iddia ilə bağlı məhkəmə çıxışında qeyd etmişdir ki, artıq qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 1(004)-227/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Şahid13 qarşı verilmiş mülki iddia tələbi qismən təmin edilərək mövcud olan vurulmuş zərərə görə ümumilikdə 74.151,50 manat pul vəsaitinin Şahid13 tutularaq "xxxx" ASC-yə ödənilməsi hökm edilmişdir. Hazırda verilmiş mülki iddia təmin ediləcəyi təqdirdə eyni zərər iki ayrı-ayrı şəxslərdən təkrarən tutulmuş olacaqdır ki, bu hal qanunvericiliyin ümumi prinsiplərinə tamamilə ziddir. Bundan başqa, təqsirləndirilən şəxs Şahid13 bankomata vurulmuş zərərə münasibətdə, yəni Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə özünü təqsirli bilmir, cinayət yolu ilə əldə edilmiş ümumilikdə 49.725,50 manat pul vəsaitinə münasibətdə isə özünü qismən təqsirli bilərək yalnız 4300 manat pul vəsaitinin ona çatdırıldığını qəbul edir. Odur ki, müdafiəçisi Müdafiəçi2 verilmiş mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X14 tərəfindəm verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan Yasamal Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 1(004)-227/2021 nömrəli hökmündən müəyyən edilir ki, həmin iş üzrə verilmiş mülki iddia tələbi qismən təmin edilərək ümumilikdə 74.151,50 manat pulun Şahid13 tutularaq "xxxx" ASC-yə ödənilməsi hökm edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 1(004)-227/2021 nömrəli cinayət işi üzrə yalnız Şahid13 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iddia ərizəsi verilmişdir. Məhkəmə tərəfindən isə vurulmuş maddi zərərin, yəni ümumilikdə 74.151,50 manat pulun tam şəkildə Şahid13 tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Hazırda məhkəmənin hökmü qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü preyudisial əhəmiyyət kəsb etdiyindən, eyni zərərlə bağlı verilmiş mülki iddiaya yenidən məhkəmədə baxılması qüvvədə olan qanunverciliyin tələblərinə görə mümkün deyildir. Göstərilənlərlə yanaşı zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, MPM-nin 149.2.2-ci maddəsinə əsasən mülki iddia ərizəsində mülki cavabdehin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar və s. göstərilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Lakin məhkəmə iclasında iştirak edən mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X14 qeyd olunan məlumatların göstərilməməsini onunla izah etmişdir ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən məhkəmənin icraatında olan 1(004)-227/2021 nömrəli cinayət işi üzrə onlar mülki iddia tələbini yalnız mülki cavabdeh Şahid13 qarşı vermişlər, məhkəmə tərəfindən isə qismən təmin edilmişdir. Hazırda isə məhkəmənin 24.06.2021-ci il tarixli 1(004)-227/2021 nömrəli hökmü ilə vurulmuş zərərə münasibətdə tam təmin edildiyindən, əvvəlki iş üzrə Təqsirləndirilən şəxs mülki cavabdeh qismində cəlb edilməsi mümkün olmadığından oğurlanmış 49.725,50 manat pulun və bankomatın yararsız vəziyyətə salınması nəticəsində vurulmuş 24.426 manat maddi ziyanın ona münasibətdə müştərək qaydada ödənilməsini xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, zərərçəkmiş və mülki iddiaçı "xxxx" ASC tərəfindən verilmiş mülki iddiaya cinayət mühakimə icraatının qaydaları çərçivəsində baxılması mümkün olmadığından, həmçinin mülki iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci və CPM-nin 183.3-cü maddələrinin tələblərinə cavab vermədiyindən baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.4-cü maddəyə görə isə cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya baxılmamış saxlanılması haqqında qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 259-cu maddəsinə görə məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 1)məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 2) ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə; 3) ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; 4) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; 5) qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa; 6) işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 7) işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; 8) qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; 9) dövlət qeydiyyatından imtina edilməsi, yaxud boyun qaçırılması barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; 10) hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə 11) iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; 12) ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4; 29,177.2.1; 29,177.2.2; 29,177.2.3; 29,177.2.4 və 186.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4; 29,177.2.1; 29,177.2.2; 29,177.2.3; 29,177.2.4-cü maddələri 03 (üç) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəza təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qaynaq aparatı, 01 ədəd qaz balonu, 02 ədəd vint açan, 01 ədəd alışqan, 02 ədəd fanar, 03 ədəd gödəkçə, 01 ədəd raidoqurğu, 01 ədəd çanta və 01 ədəd başa taxılması üçün maskanın Yasamal Rayon Məhkəməsinin 1(004)-227/2021 saylı, 24.06.2021-ci il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 780 saylı, “Wincor nixdorf Prokash 2050XE” markalı bankomatın "xxxx" ASC-nin yararsız bankomatların saxlanılma anbarına saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" ASC tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-307/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-307/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver