Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-307/2023 20.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1977-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu, Eldəniz Sadıqov 55 ünvanında qeydiyyatda olan, ünvan 2ə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 04 dekabr 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində “ABC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, X4 məxsus “Mersedes Benz E200” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə Kənar dairəvi yolla Bakı şəhəri,Yasamal rayonu, Yeni Yasamal qəsəbəsindən 40-50 km/saat sürətlə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən "xxxx" MTK-nın qarşısında Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni sürücü ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədən boş olmasını və iki nəqliyyat vasitəsinin nisbi surəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bu tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozub, qarşısında hərəkətdə olan nəqliyyat vasitəsini soldan ötüb keçmək istəyərkən qarşı hərəkət zolağına çıxıb Kənar dairəvi yolla Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsindən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Kia Sportage” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi avtomobilin qabaq ön hissəsi ilə toqquşaraq həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sol daban sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı, sol əlin əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına AZ AĞİR zərər, idarə etdiyi avtomobildə qabaq oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 sol tərəfli minimal hemopnevmotoraksla müşaiət olunan solda 1-ci qabırğanın yerldəyişmiş, solda 2-6, 8-ci qabırğaların yerdəyişməyən, sağda birinci qabırğanın yerdəyişməyən sınıqları, sağ üst göz qapağından başlayaraq gözün bayr bucağından burunun sağ qanadından keçərək dodağın sağ yarısının görünən selikli qişasına kimi davam edən, alt dodağın mərkəzi hissəsinin görünən selikli qişası nahiyəsinin əzilmiş yaraları, sağ qaşın içəri yarısının səthi əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 sağlamlığına AZ AĞİR zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozub, yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, himayəsində üç uşağı var, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini saxlayır. 04 dekabr 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində idarə etdiyi “Mersedes E200” markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonunun ərazisində olan Dadaş Bünyatzadə küçəsindən Babək adlı müştərini götürmüşdür. Bundan sonra o, X8 qəsəbəsi istiqamətinə getmək məqsədi ilə Kənar dairəvi yola daxil olmuş və Biləcəri istiqamətində 40-50 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt qarşısında hərəkətdə olan avtomobil qarşısında az sürətlə hərəkət etdiyindən həmin avtomobili soldan ötmək qərarına gəlmişdir. Həmin avtomobili keçmək məqsədi ilə ötmə əməliyyatı həyata keçirmiş və qarşıdan gələn qara rəngli “Kia Sportage” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Sonradan ayılıb görmüşdür ki, xəstəxanadadır. Həmin vaxt onun avtomobilinin qabaq sağ oturacağında sərnişin qismində əyləşmiş Babəkdə xətəxanada olmuşdur. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələblərinin olmamasını, Zərərçəkmiş şəxs2 xəstəxana xərclərini ödəməsini və hazırda maddi imkanı olmadığı üçün onun tələb etdiyi məbləği ödəyə bilmədiyini, himayəsində üç uşağının olmasını, nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində idarə etdiyi “Kia Sportage” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, X9 qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıdan ani olaraq “Mersedes E200” markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobil sürətlə ötmə əməliyyatı həyata keçirməyə başladığını görmüşdür. O həmin “Mercedes” markalı avtomobili 50 metr məsafədən onun yoluna çıxdığını görmüşdür. Bu zaman nə qədər avtomobilinin işıqlarını yandırıb söndürsə də, həmin avtomobillə toqquşmamaqdan ötrü ayağını asta-asta əyləcə bassa da hadisənin qarşısı ala bilməmişdir. Həmin “Mercedes” markalı avtomobilin sürücüsü onun hərəkətlərinə heç bir reaksiya vermədiyindən gəldiyi sürətlə də onun avtomobilini vurmuşdur. O hadisə nəticəsində bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Hadisədən sonra ətrafda olan insanlar “Mercedes” markalı avtomobilin sürücüsünü və sərnişini huşsuz vəziyyətdə avtomobildən çıxararaq Təcili Tibbi yardımla 01 nömrəli Kliniki tibbi Mərkəzə aparmışlar. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 04 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonunun ərazisində olan Dadaş Bünyatzadə küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi "Mersedes" markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobilə sərnişin qismişdə əyləşmişdir. Bundan sonra sürücü X8 qəsəbəsi istiqamətinə getmək məqsədi ilə Kənar dairəvi yola daxil olmuşdur. Yolda olan zaman o görmüşdür ki, Sadiq qarşıda olan avtomobili ötmək istəyir, bu zaman o Sadiqə qarşıdan avtomobil gəldiyi üçün ötmə əməliyyətini etməməsini tövsiyyə etmiş, lakin Sadiq onun bu sözünə məhəl qoymadan qarşıda olan avtomobili ötmək məqsədi ilə əks istiqamətdən gələn avtomobilin yoluna cıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. O, baş vermiş yol nəqliyyat hadisəsindən sonra təcili yardım vasitəsi ilə aparıldığı Bakı şəhəri Semaşko adına 1 X12 Mərkəzdə müalicə olunmuş, cərrahi əməliyyat olunaraq üz nahiyəsinə tikişlər qoyulmuş və ağ ciyərinə yığılan su çəkilmişdir. Həmin yol-nəqliyyat hadisəsi zamanı onun üz nahiyəsinin kəsilərək eybəcərləşməsi, 5 qabırğasının sınması və ağ ciyərimin deşilməsi ilə müşaiyət olunan ağır dərəcəli bədən xəsarətləri almışdır. Hazırda müalicəsini ambulator qaydada davam etdirir. Onun müalicəsi üçün 20.500 manat tələb olunur. Bundan əlavə o üzün müddətdir ki, işləməmiş və bu səbəbdən ona 5000 manat zərər dəymişdir. İki az yaşlı uşağı və həyat yoldaşı onun himayəsindədir və o ailədə yeganə gəlir gətirən şəxsdir. Yekun olaraq o mülki iddia tələbini müdafiə edərək Təqsirləndirilən şəxs 25.500 manat tutularaq ona ödənilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 04 dekabr 2022-ci il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, kənar dairəvi yolda yerləşən "xxxx" MTK-nın qarşısıdır. Hadisə yeri düz, quru və hamar vəziyyətdə olmaqla asfalt-beton örtüklüdür, yaşayış məntəqəsidir və icazə verilən maksimum hərəkət surəti 60 km/saatdır. (i.v. 5-11) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, “Mercedes” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön qabaq və yan hissələrində ciddi əzilmə, cırılma kimi zədələr vardır. (i.v. 12-15) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, “Kia Sportage” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön qabaq və yan hissələrində ciddi əzilmə, cırılma kimi zədələr vardır. (i.v. 16-23) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi 04 dekabr 2022-ci il tarixli 2/30936 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolununun görünür ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. (i.v. 25) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 30 dekabr 2022-ci il tarixli 1273 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - sol tərəfli minimal hemopnevmotoraksla müşaiət olunan solda 1-ci qabırğanın yerldəyişmiş, solda 2-6,8-ci qabırğaların yerdəyişməyən, sağda birinci qabırğanın yerdəyişməyən sınıqları, sağ üst göz qapağından başlayaraq gözün bayır bucağından burunun sağ qanadından keçərək dodağın sağ yarısının görünən selikli qişasına kimi davam edən,alt dodağın mərkəzi hissəsinin görünən selikli qişası nahiyəsinin əzilmiş yaraları, sağ qaşın içəri yarısı kimi xəsarətlər küt əşyanın təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. (i.v. 59-62) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 30 dekabr 2022-ci il tarixli 1286 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər-sol daban sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı, sol əlin əzilmiş yarası kimi xəsarətlər küt əşyanın təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. (i.v. 63- 66) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2023-cü il tarixli 8/848 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, “Mersedes Benz E200” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 122-125) “Sübutların qiymətləndirilməsi barədə” 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, “Mercedes Benz E200” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (i.v. 173-179) Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, ona məxsus “Mercedes Benz E200” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobili məhkəmə hökmü çıxarılanadək saxlama şərti ilə duracaqdan qəbul etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, ona məxsus “Kia Sportage” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili məhkəmə hökmü çıxarılanadək saxlama şərti ilə duracaqdan qəbul etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır xəsarət yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Quluoğlu X6 şəhərində yaşadığı müddətdə ictimaiyyət arasında özünü səmimi aparmış, qonşuları və yoldaşları arasında hörmət qazanmışdır. Təqsirləndirilən şəxs barəsində Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə şikayət xarakterli məktub daxil olmayıb. (i.v. 52) Zərərçəkmiş şəxs2 tərəfindən Yasamal rayon polis idarəsinin istintaq şöbəsinə ünvanlanmış 28 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 1400 manat ödənilmişdir. (i.v. 94) Qətimkan tədbirinin seçilməsi barədə 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. (i.v. 150-151) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v. 171) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim etdiyi ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvəllər məhkum olmamasını, Zərərçəkmiş şəxs1 dəymiş zərəri ödəyərək onunla barışmasını, Zərərçəkmiş şəxs2 dəymiş zərəri qismən ödəməsini qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Mercedes Benz E200” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4, “Kia Sportage” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 128 (bir yüz iyirmi səkkiz) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq - iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması barədə qərar qəbul edə bilər. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia araşdırma tələb etdiyindən baxılmamış saxlanılmalı və ona mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron Rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlansın və ona mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunsun. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E200” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4, “Kia Sportage” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-307/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-307/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver