Məhkəmə qərarları › İş №1(004)-307/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-307/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-307/2024 19.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 -cü maddəsi ilə ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsindən daxil olmuş cinayət işinin materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yeraltı piyada keçidində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi qızıl-zinət əşyalarının satışı mağazasının qarşısında sonuncu ilə zinət əşyalarının alqı-satıqısı barədə aralarında apardıqları söhbət əsnasında Zərərçəkmiş şəxs satışı ilə məşğul olduğu əşyaları aldığı qiymətdən ikiqat baha qiymətə sataraq insanları aldatmasını iddia etmiş, nəticədə yaranmış sözlü mübahisənin daha da böyüməməsi üçün ona mülayim şəkildə öz iradını bildirən Zərərçəkmiş şəxs işlətdiyi mağazada işçi kimi fəaliyyət göstərən Şahid6 sözlərinə əhəmiyyət verməyərək daha sonra görüşüb münasibətlərinə aydınlıq gətirmək üçün təkidlə Şahid6 mobil telefon nömrəsini deməsini tələb etdiyi anda Zərərçəkmiş şəxs nalayiq ifadə işlətmədən ona irad tutmasını bəhanə edərək öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə mübahisəyə ara verib həmin keçidin digər tərəfində yerləşən dükandan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağını alaraq geri qayıtdıqdan sonra həmin bıçağı sağ əlində tutmaqla ictimai yer hesab edilən yeraltı keçiddə olan metronun sərnişinləri, orada işləyən və piyada hərəkət edən digər şəxslərin normal iş fəaliyyətinə və hərəkətinə mane olmaqla müxtəlif yaş qrupundan olan çoxsaylı insanların gözü qarşısında heç bir əsaslı səbəb olmadan kobud şəkildə uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə həmin bıçaqdan istifadə edərək qəsdən Zərərçəkmiş şəxs sol qoluna və üzünün sağ nahiyyəsinə bir neçə dəfə zərblə vurub sonuncuya sağ yanağın, orta sinirin posttravmatik neyropatiyası ilə müşayiət edilən sol bazu və sol saidin kəsilmiş yaraları ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmçinin sol saidin xətvari cızıqları ilə nəticələnən və sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xüsusilə qərəzli xuliqanlıq cinayəti törətmişdir. İşin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə bağlı fikir ayrılığı yaranır. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarıında məhkəmə tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş “elektron xəritə”dən əldə olunmuş məlumata istinad edilərək, “20 Yanvar” dairəsinin bütövlüküdə, o cümlədən bu dairənin altında yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yeraltı piyada keçidi həmin rayonun inzibati ərazisinə aid olması nəticəyə gəlinmişdir. Lakin iş materiallarından görünür ki, cinayət işinin istintaqını aparan Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli sorğusuna əsasən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 313-44- 13/2-1614/2024 saylı məktubunda qeyd olunur ki, hadisənin baş verdiyi yer Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisi hesab edilir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, cinayət işinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün apelyasiya instansiyası məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işinin ərazi aidiyyəti üzrə baxılması ilə əlaqədar məhkəmələr arasında fikir ayrılığı mövcuddur, ona görə də cinayət işinin ərazi aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün cinayət işi Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay, yəni 02 iyun 2024-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 77-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay, yəni 02 iyun 2024-cü il tarixədək uzadılsın. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar