Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-308/2023 07.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Femida” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6 İzzət oğlu, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: xx.xx.1990-cı il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsili, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib, sonuncunun oğlu X1 Türkiyə Respublikasının ali təhsil müəssisəsinə qəbul edilməsində və orada təhsil almasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, ünvan 2 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində 13 avqust 2019-cu il tarixdə 4500 manat 2019-cu ilin oktyabr ayında 3000 manat, 2019-cu ilin noyabr-dekabr aylarında 850 manat, 30 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs13 Göyçay şəhərindən poçt vasitəsi ilə göndərdiyi 2000 manat, 08 aprel 2020-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş 600 manat və 21 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs13 “e-manat” ödəniş terimanlı vasitəsi ilə göndərdiyi 550 manat pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs13 ümumilikdə 11550 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib, sonuncunun Türkiyə Respublikasının ali təhsil müəssisəsinə qəbul edilməsində və orada təhsil almasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 2019-cu ilin avqust ayının əvvəlində 900 manat, 2019-cu ilin sentyabr ayının əvvəlində ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində 240 manat, 2020-ci ilin mart ayında həmin ünvanda 240 manat və 2020-ci ilin sentyabr ayının əvvəlində Zərərçəkmiş şəxs12 “Zolotaya korona” pul köçürmə sistemi ilə göndərdiyi 250 manat pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs12 ümumilikdə 1630 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs20 etibarından sui-istifadə edib, sonuncunun qızı X3 Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbul edilməsində və orada təhsil almasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 02 avqust 2019-cu il tarixdə 1000 manat, 19 avqust 2019-cu il tarixdə 6000 manat, 2020-ci ilin avqust ayının sonlarında 2800 manat və 2020-cu ilin yanvar ayında 7000 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs20 ümumilikdə 16800 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, sonuncunun Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 25 noyabr 2019-cu il tarixdə 1750 manat, 2020-ci ilin yanvar ayında 200 manat və 20 iyul 2020-ci il tarixdə 1870 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 3820 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs10 özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib, sonuncuya Kanada Respublikasına gedə bilməsi üçün turist vizası alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 18 dekabr 2019-cu il tarixdə 2000 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X7 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 25 dekabr 2019-cu il tarixdə həmin dövr üçün Azərbaycan manatına nisbətdə 1020 manat təşkil edən 600 ABŞ dolları və 24 fevral 2020-ci il tarixdə həmin dövr üçün Azərbaycan manatına nisbətdə 1190 manat təşkil edən 700 ABŞ dolları pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs16 ümumilikdə 2210 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs22 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X7 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 2019-cu ilin dekabr ayının sonlarında 1666 manat və 2020-ci ilin mart ayının əvvəllərində 1666 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs22 ümumilikdə 3332 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edib, sonuncunun qızı X8 iş və səyahət proqramı üzrə X7 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 30 dekabr 2019-cu il tarixdə həmin dövr üçün Azərbaycan manatına nisbətdə 1105 manat təşkil edən 650 ABŞ dolları və 2020-ci ilin fevral ayının sonlarında həmin dövr üçün Azərbaycan manatına nisbətdə 1105 manat təşkil edən 650 ABŞ dollar pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs18 ümumilikdə 2210 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib, sonuncunun Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına və orada oturum vizası alacağına dair yalan vəd verib aldadaraq, 2020-ci ilin yanvar ayının əvvəlində 600 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib, sonuncunun Rusiya Federasiyasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 09 yanvar 2020-ci il tarixdə 400 manat və 03 mart 2020-ci il tarixdə 400 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 800 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edib, sonuncunun Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 11 fevral 2020-ci il tarixdə 750 manat və 12 may 2020-ci il tarixdə 750 manat pulunu ünvan 2 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs15 ümumilikdə 1500 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X7 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 22 fevral 2020-ci il tarixdə 1666 manat və 2020-ci ilin mart ayının əvvəllərində 1666 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs11 ümumilikdə 3332 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X7 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 24 fevral 2020-ci il tarixdə həmin dövr üçün Azərbaycan manatına nisbətdə 850 manat təşkil edən 500 ABŞ dolları pulunu ünvan 3 ünvan “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X7 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 06 mart 2020-ci il tarixdə 3200 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X7 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 06 mart 2020-ci il tarixdə 1600 manat və 17 aprel 2020-ci il tarixdə 1600 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs5 ümumilikdə 3200 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X7 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 08 mart 2020-ci il tarixdə 1600 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs21 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X7 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 09 mart 2020-ci il tarixdə 1600 manat və 22 mart 2020-ci il tarixdə 1660 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs21 ümumilikdə 3260 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X7 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 15 mart 2020-ci il tarixdə 1600 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, sonuncunun Rusiya Federasiyasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 19 mart 2020-ci il tarixdə 625 manat və 21 iyul 2020-ci il tarixdə 700 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 1325 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs19 etibarından sui-istifadə edib, sonuncuya Kanada Respublikasına gedə bilməsi üçün iş vizası alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 09 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs19 Xaçmaz şəhərindən poçt vasitəsi ilə göndərdiyi 2000 manat pulu alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs25 etibarından sui-istifadə edib, sonuncunun oğlu Şahid3 Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 25 may 2020-ci il tarixdə 250 manat, 23 iyun 2020- ci il tarixdə 700 manat və 13 iyul 2020-ci il tarixdə 350 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs25 ümumilikdə 1300 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, sonuncunun qızı X5 Macarıstan Respublikasının “PECS” Universitetinə qəbul olunmasında və orada təhsil almasında kğməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 25 may 2020-ci il tarixdə 1350 manat, 02 iyun 2002-ci il tarixdə 1216 manat və 21 iyul 2020-ci il tarixdə 882 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 3448 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək Zərərçəkmiş şəxs24 etibarından sui-istifadə edib, sonuncunun həyat yoldaşı X4 Türkiyə Respublikasının İstanbul Universitetinə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 03 iyul 2020-ci il tarixdə 1800 manat və 10 iyul 2020-ci il tarixdə 1100 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs24 ümumilikdə 2900 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X22” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib, sonuncunun və qızı X6 Rusiya Federasiyasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 21 iyul 2020-ci il tarixdə 1219 manat pulunu ünvan 3 ünvanda “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Həmin əməlin törədilməsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmişdir, barəsində Yasamal RPİ-nin İŞnin müstəntiqi X9 tərəfindən xx.xx.2023-cü il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir, cinayət işinin nömrəsi ********* olmuşdur. Cinayət işi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə iclasında bildirdi ki, müdafiəçi qismində işlə tanış olarkən, habelə təqsirləndirilən şəxs ilə ünsiyyət zamanı ibtidai araşdırmanın ciddi qanun pozuntuları ilə aparıldığını və yekunlaşdığını aşkar etmişdir. Belə ki, iş materiallarında bəzi protokollar, o cümlədən təqsirləndirilən şəzsin cinayət işinin materialları ilə tanışetmə barədə protokol təqsirləndirilən şəxs tərəfindən imzalanmamış, habelə onun təqsirsizliyinə və ya az cəza verilməsinə, məsuliyyətinin yüngülləşdirilməsinə təsir edə bilən məqamlar, dəlillər, sübutlara müstəntiq tərəfindən layiqli hüquqi qiymət verilməmişdir. CPM-nin 303-cü maddəsində qeyd edilən ciddi prosessual pozuntulara rast gəlindiyinə görə cinayət işi materiallarının ibtidai araşdırmaya qaytarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs bildirdi ki, dövlət ittihamçısının və müdafiəçinin vəsatətlərinə hər hansı bir etirazı yoxdur. İstindan dövrü 1 dəfə vəkil görmüşdür. Bəzi sənədlərə isə vəkil olmadan müstəntiq qol çəkdirmişdir. İş materialları ilə tanış olmamışdır, tanışetmə protokolunda imzası yoxdur. bəzi boş blanklara qol çəkmişdir. Vəkilin vəsatətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı bildirdi ki, Təqsirləndirilən şəxs 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair qeyd olunan cinayət işi üzrə müdafiəçisi tərəfindən verilmiş cinayət işinin ibtidai araşdırmaya qaytarılması barədə vəsatətlə əlaqədar bildirmək istəyir ki, müəyyən olunmuşdur ki , cinayət işi ilə tanış olmaq üçün Təqsirləndirilən şəxs və onun müdafiəçisi birlikdə dəvət olunmuşlar , lakin qeyd olunan protokolda təqsirlədirilən şəxsin imzası yoxdur. Qeyd olunan işin araşdırılması ilə əlaqədar həqiqəti müəyyən etmək məqsədi ilə istintaq zamanı iştirak etmiş Təqsirləndirilən şəxs müdafiəçisi Xəyalə Babayeva məhkəmə iclasına dəvət olunaraq qeyd olunan hissədə izahatı alınması zəruridir. Qeyd edir ki , müdafiə tərəfindən təqdim olunmuş vəsatətdə müdafiə hüquqlarının pozulması ilə bağlı hər hansı qeyd olmasa da, bununla əlaqədar hesab edir ki, tanış olmaq protokolu imza edən məhkəmə tərəfindən həmin xüsusatlar araşdırılarsa, ümumiyətlə istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ pozulub-pozulmaması ilə araşdırmaqla müəyyən etmək olar. Hesab edir ki, ittiham tərəfi olaraq mövqeyini müdafiə tərəfinində mənafeyinə uyğun olduğundan vəsatəti təmin edilməlidir, həmçinin qeyd edir ki, məhz bu vəsatətinin təmin edilib araşdırma aparıldıqdan sonra cinayət işinin məhkəmə baxışına təyin edilməsinin mümkünlüyünə münasibət bildirmək olar. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin pozuntular aşağıdakılardan ibarətdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanışetməyə dair CPMnin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokoluna əsasən cinayət işi ilə tanış olmaq üçün Təqsirləndirilən şəxs və onun müdafiəçisi birlikdə dəvət olunmuşlar, lakin qeyd olunan protokolda təqsirlədirilən şəxsin imzası yoxdur. Təqsirləndirilən şəxsin protokolu imzalamaqdan imtina etməsinə dair protokolda müvafiq qeyd də aparılmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin 51.5. Məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Oxşar münasibət üzrə CPM-nin 134.5-ci maddəsinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Bununla da təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış etməyə dair CPM-nin müəyyən etdiyi tələbləri pozulmuşdur. Faktiki olaraq göstərilən hallarda, yəni təqsirləndirilən şəxs tərəfindən protokolun imzalanmaması halı hər bir halda pozuntudur. Belə bir vəziyyətdə müdafiəçinin və ya hər hansı bir şəxsin dəvət edilərək, təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olub-olmamasının aydınlaşdırılması üçün həmin şəxsin izahatının alınması, protokoldakı natamamlığın aradan qaldırılmasıyna bu vasitə ilə yol verilmir. Təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olmaq, öz qeydlərini vermək, protokola cinayət işinin materialları ilə tanış etmədən sonra şifahi vəsatətlər vermək, qeyd və vəsatətləri ilə birlikdə protokolu imzalamaq hüququ vardır. Cinayət-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir: 284.1.1. ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; 284.1.2. cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. CPM-nin 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-nin 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. CPM-nin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. CPM-nin 286.4-cü maddəsinə əsasən protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. CPM-nin 286.5-ci maddəsinə əsasən protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi vəsatətlər daxil edilir. Bununla da cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış edilməmiş, formal olaraq təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanışetməyə dair protokol tərtib edilmiş, həmin protokolda da təqsirləndirilən şəxsin imzası olmamışdır və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddəyə əsasən məhkəməyədək icraat zamanı yol verilmiş və aradan qaldırılmayan kobud pozuntuları məhkəmə aradan qaldırmamalıdır. Məhkəmə həmin pozuntuları özü aradan qaldırmamalıdır. Həmin maddəyə əsasən imperativ norma kimi müəyyən edilmişdir ki, həmin pozuntuların aradan qaldırılması üçün məhkəmə işin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. İşin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas olan kobud pozuntuların siyahısı CPM-nin 303.3-cü maddəsində ilə dəqiq müəyyən edilmişdir. Hazırkı iş üzrə CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud pozuntu kimi qiymətləndirilmişdir. Bundan əlavə iş üzrə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli “ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və axtarış elan edilməsi haqqında” qərarda, ona qarşı verilmiş ittihamdakı epizodlardan zərərçəkmiş Zərərçəkmiş şəxs8 ilə bağlı epizodda 1600 manat məbləğində dələduzluq etməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün xx.xx.2021-ci il tarixli müstəntiqin vəsatətində və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatında, həbs qətimkan tədbirinin seçilməsi barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında da zərərçəkmiş Zərərçəkmiş şəxs8 ilə bağlı epizodda 1600 manat məbləğində dələduzluq etməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xəlilov X12 əməkdaşları tərəfindən Makedoniya Respublikası Skopae şəhər hava limanında tutularaq, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Lakin hazırda təsdiq edilərək məhkəməyə verilmiş ittiham aktında zərərçəkmiş Zərərçəkmiş şəxs8 ilə bağlı epizodda 3200 manat məbləğində dələduzluq etməsi qeyd edilmişdir. CPM-nin 498.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının razılığı olmadan verilmiş şəxs onun verilməsindən əvvəl törədilmiş, lakin törədilməsinə görə verilmədiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən verilən şəxs verilmədən əvvəl törətdiyi və verilməyə əsas olmayan cinayətə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan məsuliyyətə cəlb oluna, yaxud üçüncü dövlətə verilə bilməz. Verilmə haqqında sorğuda nəzərdə tutulmayan əmələ görə şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına yalnız bu Qanunun 2-ci maddəsinin tələbləri nəzərə alınmaqla razılıq verilə bilər. Belə olduğu təqdirdə şəxsə hazırda verilmiş ittihamdakı zərərçəkmiş Zərərçəkmiş şəxs8 ilə bağlı epizod, ekstrpdisiadan əvvəlki, yəni verilməyə qədərki ittihama münasibətdə ağırlaşdırılmış, lakin bu barədə müvafiq razılıq yoxdur. Hazırkı iş üzrə CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud pozuntu kimi qiymətləndirilmişdir. CPM-nin 301.1.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, həmçinin CPM-nin 301.1.2-ci maddəsinə əsasən ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə və CPM-nin 301.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəməyədək icraat həmin Məcəllənin 303.3cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparıldıqda, məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Lakin hazır cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular olduğundan, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Çünki yuxarıda sadalanan maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntuya yol verildikdə CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Hazırkı iş üzrə müəyyən edilir ki, məhkəməyədək icraat zamanı, ibtidai istintaq dövründə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, xx.xx.2022-ci il tarixdə barəsində xx.xx.2022-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, sonuncu qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.5, 303, 306-cı maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-308/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-308/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver