Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-309/2021 18.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, müdafiəçilər Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri X14 və X9, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «Ümüd Yeri» xeyriyyə cəmiyyəti, M.Ə.Sabir küçəsi, ev 88 saylı ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1, 29, 177.2.2 və 234.1-ci maddələri ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad azad edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq etməyə cəhd etmiş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 mart 2021-ci il tarixdə, saat 01 radələrində ünvan 2 ünvanda yerləşən «Yasamal qəbristanlığı» adlanan məzarlıqda dəfn edilmiş X12 məzarının üzərinə mərhumun oğlu Zərərçəkmiş şəxs2 tərəfindən öz şəxsi vəsaiti hesabına alınmaqla düzülmüş hər biri 5 (beş) manat olmaqla 120 ədəd cəmi 600 (altı yüz) manat dəyərində qızılgül güllərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 mart 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 2 ünvanda yerləşən «Yasamal qəbristanlığı» adlanan məzarlıqda dəfn edilmiş X3 məzarının üzərinə mərhumun qohumu X20 tərəfindən öz şəxsi vəsaiti hesabına alınmaqla düzülmüş hər biri 5 (beş) manat olmaqla 76 ədəd cəmi 380 (üç yüz səksən) manat dəyərində qızılgül güllərini gizli olaraq talayıb özləri ilə gətirdikləri çantaya yığaraq həmin yerdən uzaqlaşmaq istəyərkən qəbristanlığın yaxınlığında xidmət aparan Yasamal RPİ-nin və 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirilməsinə görə bilavəsitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən aslı olmayan səbəbdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, 15 mart 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Yasamal rayonu «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəffaf sellofanın içərisində bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,195 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən heroini 7 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 16 mart 2021-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanda yerləşən «Yasamal qəbiristanlığı» adlanan məzarlıqda dəfn edilmiş X3 məzarının üzərinə mərhumun qohumu X20 tərəfindən öz şəxsi vəsaiti hesabına alınmaqla düzülmüş 76 ədəd qızılgül güllərini gizli olaraq talayıb özləri ilə gətirdikləri çantaya yığaraq həmin yerdən uzaqlaşmaq istəyərkən Yasamal RPİ-nin və 28ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq bölmənin inzibati binasına gətirilib orada saat 02:40 dəqiqədə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,195 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 mart 2021-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi, 1 saylı ünvanda yerləşən «Yasamal qəbristanlığı» adlanan məzarlıqda dəfn edilmiş X12 məzarının üzərinə mərhumun oğlu Zərərçəkmiş şəxs2 tərəfindən öz şəxsi vəsaiti hesabına alınmaqla düzülmüş hər biri 5 (beş) manat olmaqla 120 ədəd cəmi 600 (altı yüz) manat dəyərində qızılgül güllərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 mart 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 2 ünvanda yerləşən «Yasamal qəbristanlığı» adlanan məzarlıqda dəfn edilmiş X3 məzarının üzərinə mərhumun qohumu X20 tərəfindən öz şəxsi vəsaiti hesabına alınmaqla düzülmüş hər biri 5 (beş) manat olmaqla 76 ədəd cəmi 380 (üç yüz səksən) manat dəyərində qızılgül güllərini gizli olaraq talayıb özləri ilə gətirdikləri çantaya yığaraq həmin yerdən uzaqlaşmaq istəyərkən qəbristanlığın yaxınlığında xidmət aparan Yasamal RPİ-nin və 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirilməsinə görə bilavəsitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən aslı olmayan səbəbdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 29, 177.2.1, 29, 177.2.2 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, о, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 30 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 27 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Onun daimi yaşayış yeri olmadığı üçün müxtəlif ünvanda bacısı ilə birlikdə kirayədə yaşayırmış, o, 3 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir, son vaxtlar «kakos» adlanan narkotik vasitə olan heroindən istifadə edir, o, özünə iş yeri axtarmağına baxmayaraq iş yeri tapa bilmir, buna görə də heç yerdə işləmir, maddi durumu ağırdır. Bu səbəbdən 2021-ci mart ayının ortalarında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə çörək pulu qazanmaq üçün ünvan 7 ünvanda yerləşən «Yasamal qəbirstanlığı» deyilən məzarlıqdakı qəbir üstündə təzə qoyulmuş gülləri oğurlamaqla, satıb pul əldə etmək qərarına gəlmişlər. Buna görə də, Əli ilə birlikdə 12 mart 2021-ci il tarixdə, saat 01 radələrində həmin qəbirstanlığa gələrək orada təzə gül axtarmaq üçün gəzib qəbirlərin üstünə təzə və bahalı güllər üçün baxarkən orada qəbrin üzərindəki baş daşında «X1» yazılmış qəbirin üzərində çoxlu təzə qızıl güllər olduğunu görmüş və həmin gülləri Əli ilə birlikdə yığaraq götürmüşlər və əvvəlcədən özləri ilə apardıqları iri sellofan torbaya qoyaraq oradan uzaqlaşmışlar. Oğurladıqları həmin güllərin sayı yadında qalmamış, gülləri Yasamal rayonundakı avtomobil yolun kənarında Əli ilə ayrı-ayrı yerlərdə qalıb, yoldan keçənlərə ucuz qiymətə, bir ədədini 2 manata, bəzən 1 manata satmışlar və əldə etdikləri pulları Əli ilə aralarında bölmüşlər. Əldə etdiyi pulları o, şəxsi ehtiyaclarına xərcləmişdir. Onun payına nə qədər pul düşdüyünü də xatırlamır. Həmin oğurluğu etdiklərini heç kim görməmiş və bu barədə heç kimə deməmişlər. Bundan sonra, yenə Əli ilə pula ehtiyacları olduğu üçün 15 mart 2021-ci il tarixdən 16 mart 2021-ci il tarixə kecən gecə saat 02 radələrində həmin qəbirstanlığa gəlmişlər və qəbirlərin üstünə baxaraq təzə bahalı güllər axtarmağa başladıqları zaman, orada baş daşında «X10» yazılmış qəbirin üzərində çoxlu təzə, bahalı qızıl güllərin olduğunu görərək Əli ilə həmin gülləri yığaraq əvvəlcədən özləri ilə gətirdikləri iri zənbilə yığmışlar və hərəsi həmin zənbilin bir tərəfindən tutaraq oradan getmək istədikdə mülki geyimdə olan 3 nəfər kişi onlara yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşlarının təklifi ilə sonuncular ilə birlikdə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gəlmişlər. Polis bölməsində həmin qızılgüllər sayılaraq 76 ədəd olduğu aydın olmuşdur. Sonra o, polis əməkdaşlarına könüllü olaraq etiraf etmişdir ki, üzərində bir büküm «kakos» deyilən narkotik vasitə heroin vardır, bir gün əvvəl, saat 19 radələrində Bakı şəhərində «Kubinka» deyilən yerdən əvvəllər üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 7 manata özü qəbul etmək üçün alaraq cibində saxlamışdır. Bundan sonra onun üçün dəvət edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparıldıqda, o, özü könüllü olaraq hər şeyi səmimi etiraf etmiş və əynindəki göy rəngdə cins şalvarının cibində saxladığı həmin bir büküm heroini özü cibindən çıxararaq masanın üzərinə qoymaqla polis əməkdaşlarına könüllü təqdim etmişdir. Təqdim etdiyi həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngdə toz şəkilli maddə olan heroin aşkar olunmuşdur. Sonra həmin bir ədəd büküm bir ədəd zərfə qoyulmuş və bu barədə sənədləşmə aparılmışdır. Qəbirlərin üstündən gülləri götürərkən heç bir qəbrə ziyan vurmamışlar, yalnız özlərinə çörək pulu qazanmaq üşün həmin gülləri götürüb satmışlar. Onsuz da həmin güllər 3-4 gündən sonra solub yararsız hala düşərək zibilləyə atılacaqdı. O, qəbirlərin üzərindən gülləri götürdükləri mərhum «X1» və «X10» və ya sonuncuların qohumlarını tanımamış, onların sadəcə pula ehtiyacları olduğundan qəbir üstündən təzə qızılgül güllərini oğurlayıb satırmışlar. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik maddələr qəbul etməyinə baxmayaraq, həbsdən azad olduqdan sonra narkotik maddələr qəbul etmir. Özünə iş yeri axtarmağına baxmayaraq iş tapa bilmədiyinə görə heç yerdə işləməmiş, maddi vəziyyəti ağır olmuşdur. Buna görə, 2021-ci mart ayının ortalarında tanışı Təqsirləndirilən şəxs1 təklifi ilə özlərinə çörək pulu qazanmaq üçün Bakı şəhəri, Yasamal rayon, M.A.Şərifzadə küçəsi 1 saylı ünvanda yerləşən «Yasamal qəbirstanlığı» deyilən məzarlıqdakı qəbir üstündə təzə qoyulmuş gülləri oğurlayaraq satıb pul qazanmaq fikrinə gəlmişlər. Buna görə Təqsirləndirilən şəxs1 ilə birlikdə 12 mart 2021ci il tarixdə, gecə saat 01 radələrində həmin qəbirstanlığa gəlmişlər və orada təzə gül axtarmaq üçün gəzib qəbirlərin üstünə təzə və bahalı güllər üçün baxdıqda qəbrin üzərindəki baş daşında «X1» yazılmış qəbirin üzərində çoxlu təzə qızılgül güllərin olduğunu görmüş və həmin gülləri Təqsirləndirilən şəxs1 ilə birlikdə yığaraq götürmüşlər və əvvəlcədən özləri ilə apardıqları iri sellofan torbaya qoyaraq, oradan uzaqlaşmışlar. Oğurladıqları həmin güllərin sayı yadında qalmamış, həmin gülləri Yasamal rayonundakı avtomobil yolun kənarında Elşən ilə ayrı-ayrı yerlərdə duraraq yoldan keçənlərə ucuz qiymətə satmışlar və əldə etdikləri pulları Elşən ilə aralarında bölmüşlər. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Payına nə qədər pul düşdüyünü xatırlamır. Oğurluq etdiklərini heç kim görməmiş və bu barədə heç kimə deməmişlər. Bundan sonra yenə Elşən ilə pula ehtiyacları olduğu üçün 16 mart 2021-ci il tarixdə, gecə saat 02 radələrində həmin qəbirstanlığa gəlmişlər və qəbirlərin üstünə baxaraq təzə bahalı güllər axtarmağa başlayaraq orada baş daşında «X10» yazılmış qəbirin üzərində çoxlu təzə və bahalı qızılgül güllərinin olduğunu görərək Elşənlə həmin gülləri əvvəlcədən özləri ilə gətirdikləri iri zənbilə yığmış və hərəsi həmin zənbilin bir tərəfindən tutaraq oradan getmək istədikdə mülki geyimdə olan 3 nəfər kişi onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarini bildirmişlər. Həmin polis əməkdaşlarının təklifi ilə sonuncularla birlikdə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gəldikdə orada həmin qızılgül gülləri sayılaraq 76 ədəd olduğu bəlli olmuşdur. Həmin zaman Elşənin üstündən bir büküm narkotik vasitə heroin də aşkar olunmuş, lakin onun həmin heroindən xəbəri olmamış, Elşəndə narkotik vasitənin olduğunu bilməmişdir. Qəbirlərin üstündən gülləri götürərkən heç bir qəbrə ziyan vurmamış, yalnız özlərinə çörək pulu qazanmaq üşün həmin gülləri götürüb satmışlar. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərdən birinin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafları ilə yanaşı, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 08 avqust 2020-ci il tarixdə vəfat etmiş və onun ünvan 9 ünvanda yerləşən «Yasamal Qəbristanlığı» adlanan qəbrstanlıqda dəfn etmişlər. Atasının qəbirin üzərinə ara-bir qızılgül və qərənfil güllərindən ibarət gül dəstələri və gül əklillərini qoyaraq, etiramlarını bildirmişlər. 11 mart 2021-ci il tarixdə, saat 14 radələrində Yasamal rayonu ərazisində, yol kənarında satılan təzə, təbii qızıl güllərin 1 ədədini 5 manata olmaqla, cəmi 120 ədəd həmin qızılgüllərdən almış və satıcıya 600 manat vermişdir. Aldığı qızıl gülləri aparıb atasının qəbri üstünə düzmüşdür. Sabahı günü yəni, 12 mart 2021-ci il tarixdə, saat 14 radələrində atasının qəbrini yenidən ziyarət etdikdə qəbrin üstünə düzdüyüm həmin güllərin yerində olmadığını görmüş və güllərin oğurlandığını bilmişdir. Buna görə oradan polisə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Həmin 120 ədəd qızılgüllərin oğurlanması ilə əlaqədar ona 600 manat maddi ziyan dəymişdir. Həmin hadisədən əvvəl 22 yanvar 2021-ci il tarixdə atasının qəbrinin üstünə ümumilidə 90 manata alıb qoyduğu qərənfil gül dəstələri və əklillərin oğurlandığını 24 yanvar 2021-ci il tarixdə qəbri ziyarət etdiyi vaxt aşkar etmiş və həmin tarixdə oğurluq barədə ərizə ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət etmişdir. 24 yanvar 2021-ci il tarixdə atası Qurbanov Xanların qəbri üstünə qoyduğu güllərin oğurlanması ona pis təsir etdiyindən, bundan əsəbləşmiş və həmin güllərin qiymətini bilmədən səhvən 400-500 manat olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, vəfat etmiş xalası X6 Yasamal qəbiristanlığında dəfn etmişlər. Qəbirin üstündə abidə qoyulmasa da, memarlıq işləri tamamlanmaq üzrədir. Ara-sıra o və yaxın qohumları xalası Qaragözün qəbiri üzərində qızılgüllər, qərənfillər, eləcə də dibçəkli güllər alb qoymaqla öz etiramlarını bildirmişlər. 13 mart 2021-ci il tarixdə öz şəxsi pulu ilə aldığı 76 ədəd təzə, təbbi qızıl gülləri həmin tarixdə saat 15 radələrində aparıb xalası Qaragözün qəbri üstünə düzmüşdür. 16 mart 2021-ci il tarixdə, saat 16 radələrində xalasının qəbirni yenidən ziyarət etdiyi vaxt həmin qızıl güllərin yerində olmadığını gördükdə, oğurlandığını bilmişdir. Qəbirin üstündən güllərin oğurlanması ona çox pis təsir etmiş və buna görə dərhal istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş, həmin tarixdə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Xalasının qəbri üstündən güllərin oğurlanması ona pis təsir etdiyindən əsəbləşmiş, əsəbindən, bilmədən qəbrin üzərindən 1 həftə ərzində 1500-2000 manat dəyərində güllərin oğurlandığını bildirmişdir. Ancaq xalası Qaragözün qəbri üstünə 1750 manata aldığı 76 ədəd təzə, təbii qızıl güllərin oğurlanması ilə əlaqədar ona dəymiş maddi ziyan 1.750 manat təşkil edir. Xalası Qaragözün qəbri üstündən güllərin oğurlanması ona çox pis təsir etdiyindən əsəbindən, bilmədən ərizə və izahatında 13 mart 2021-ci il tarixdə xalası Qaragözün qəbri üstünə düzdüyüm müxtəlif növ qızılgüllərin, dibçək güllərin və qərənfil güllərin oğurlandığını, bununla ona 1500-2000 manat maddi ziyan dəydiyini, belə oğurluq hadisələrin son bir ayda dəfələrlə baş verdiyini bildirmişdir. Ərizə və izahatında həmin qeyd etdiklərimi təsdiq etmir, bunların düz olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Yusifov Elburus Əmir oğlu istintaqa verdiyi əlavə ifadəsində bildirmişdir ki, əvvəlki ifadəsində xalası Qaragözün qəbri üstündən güllərin oğurlanmasından əsəbləşdiyi üçün 76 ədəd qızıl güllərin qiymətini səhvən bilmədən 1750 manat olduğunu qeyd etmişdir. Həqiqətdə isə həmin 76 ədəd qızıl güllərin 1 ədədini 5 manata almaqla, həmin 76 ədəd qızıl gülləri 380 manata almışdır. Həmin oğurluq hadisəsi ilə əlaqədar ona 380 manat maddi ziyan dəymişdir. Ekspertizanın verdiyi rəydə 76 ədəd qızıl güllərin ümumi qiymətinin 228 manat olması ilə razı deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 16 mart 2021-ci il tarixdə, saat 01 radələrində iş yoldaşları, Yasamal rayon Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid3 və əməliyyat müvəkili polis mayoru Şahid4 ilə birlikdə inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Yasamal rayonu, M.A.Şərifzadə küçəsi, 1 saylı ünvanda yerləşən «Yasamal qəbirstanlığı»-nda, bir qəbrin üzərindənki güllərin iki nəfər şəxsin götürdüklərini və əllərindəki zənbilə yığdıqlarını gördükdə, həmin qəbirstanlıqdan əvvəllər dəfələrlə oğurluq olduğu üçün, onlardan şübhələndiklərinə görə, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmiş və onları 28-ci Polis Bölməsinə gətirmişlər. Polis Bölməsinə onlar ilə gələrkən onlardan birinin xx xxxxxxxx 1991-ci il təvəllüdlü, ünvan 13 ünvanda qeydiyyatı olan Təqsirləndirilən şəxs1 olduğunu, narkotik vasitə istifadəçisi olmaqla əvvəllər məhkum olduğunu, qəbirstanlıqda gecə vaxtları məzarların üstündən oğurladığı gülləri sataraq əldə etdiyi pulla özünə qəbul etmək üçün narkotik vasitə aldığını, hazırda da üstündə narkotik vasitə heroin olduğunu, digərinin xx xxxx 1992-ci il təvəllüdlü, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, ev 31 ünvanda qeydiyyatı olan Təqsirləndirilən şəxs2 olduğunu, əvvəllər məhkum olduğunu, qəbirstanlıqda gecə vaxtları məzarların üstündən oğurladığı gülləri sataraq pul əldə etdiyini öyrənmişlər. Onların əllərində olan zənbilldəki oğurladıqları güllər sayıldıqda 76 ədəd təzə qızılgül olduğu aydın oldu. Polis Bölməsində onların mərhumə X4 qəbiri üstündəki gülləri oğurladıqları müəyyən olunmuşdur. Polis Bölməsində Təqsirləndirilən şəxs1 üstünə baxış keçirilməzdən əvvəl ona üstündə cinayət xarakteri hər hansı bir əşya varsa, təqdim etməsi təklif edildikdən sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm təqdim edərək içərisində «kokos» deyilən narkotik vasitə heroin olduğunu, onu bir gün əvvəl «kubinka» deyilən yerdən, lakin adını bilmədiyi şəxsdən özünə qəbul etmək üçün aldığını bildirmişdir.Təqsirləndirilən şəxs1 üstündən aşkar edilib götürülmüş həmin 1 ədəd büküm zərfə qoyularaq DİN-nin zərflər üçün olan 167 nömrəli möhürü ilə möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparplarkən «İphone X» markalı mobil telefon ilə video çəkiliş aparılmış və həmin video çəkiliş DVD diskə köçürülərək, tərtib edilmiş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Yasamal rayonu, M.A.Şərifzadə küçəsi, 1 saylı ünvanda yerləşən «Yasamal qəbiristanlğı» deyilən məzarlıqdan 2021-ci ilin ayrı-ayrı vaxtlarda digər məzarlardanda güllərin ogurlanması barədə məlumat vermişlər. imtina etmişdir. Təqsirləndirilən şəxs1 də oğurladıqları həmin gülləri tanımadığı şəxslərə satmaqla əldə etdikləri pulları Əli ilə aralarında böldüklərini, qeyd etmişdir. Təqsirləndirilən şəxs1 kimlərdən narkotik vasitə alması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərmişdir ki, o, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. 16 mart 2021-ci il tarixdə, saat 01 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən Yasamal RPİ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 və Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Yasamal rayonu, M.A.Şərifzadə küçəsi, 1 saylı ünvanda yerləşən «Yasamal qəbirstanlığı» deyilən məzarlığa getmiş və orada bir qəbrin üzərindəki qızıl güllərin iki nəfər şəxsin götürdüklərini və əllərindəki zənbilə yığdıqlarını görmüşdür. Həmin qəbirstanlıqdan əvvəllər dəfələrlə oğurluq olduğu üçün, həmin 2 nəfərdən şübhələndiklərinə görə onlara yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmiş və onları 28-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsinə onlar ilə gələrkən onlardan birinin xx xxxxxxxx 1991-ci il təvəllüdlü, ünvan 13 ünvanda qeydiyyatı olan Təqsirləndirilən şəxs1 olduğunu, narkotik vasitə istifadəçisi olmaqla əvvəllər məhkum olduğunu, qəbirstanlıqda gecə vaxtları məzarların üstündən oğurladığı gülləri sataraq əldə etdiyi pulla özünə qəbul etmək üçün narkotik vasitə aldığını, hazırda da üstündə narkotik vasitə heroin olduğunu, digərinin xx xxxx 1992-ci il təvəllüdlü, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, ev 31 ünvanda qeydiyyatı olan Təqsirləndirilən şəxs2 olduğunu, əvvəllər məhkum olduğunu, qəbirstanlıqda gecə vaxtları məzarların üstündən oğurladığı gülləri sataraq pul əldə etdiyini öyrənmişlər. Onların əllərində olan zənbilldəki oğurladıqları güllər sayıldıqda 76 ədəd təzə qızılgül olduğu aydın olmuşdur. Polis Bölməsində onların həmin qızılgülləri mərhumə X4 qəbiri üstündən oğurladıqları müəyyən olmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 25 may 2021-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Firdovsi Nəsirov tərəfindən icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin hadisə yerində yoxlanması üçün onların hadisə yerinə çıxarılmasında və ifadələrin hadisə yerində yoxlanmasında iş yoldaşı, 28-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə iştirak etmişdir. İfadəsi hadisə yerində yoxlanılan Təqsirləndirilən şəxs2 ünvan 16 ünvanda yerləşən «Yasamal qəbirsitanlığı» adlı məzarlıqda əlini uzadaraq baş daşı üzərində «X1» sözləri yazılmış qəbri göstərib üstündəki gülləri 2021-ci ilin yanvar ayının ortalarında gecə vaxtı tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurldığını, ondan sonra başqa yerdə əlini uzadaraq baş daşı üzərində «X22 « sözləri yazılmış qəbri göstərərək üstündəki gülləri 2021-ci ilin fevral ayında gecə vaxtı tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurldığını, ondan sonra başqa yerdə əlini uzadaraq baş daşı üzərində «X10» sözləri yazılmış qəbri göstərərək üstündəki gülləri 16 mart 2021-ci il tarixdə, gecə saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladığını, ondan sonra baş daşı üzərində «Təvəkkül» yazılmış qəbrin üstündəki gülləri 13 mart 2021-ci il tarixdə, gecə saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladığını, bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 baş daşı üzərində «Təvəkkül» yazılmış qəbrin yerini səbəb göstərmədən, göstərməkdən imtina etmişdir. Əİiyev Əli oğurladıqları gülləri Bakı şəhərində, muxtəlif ünvanlarda tanımadığı şəxslərə Elşən ilə satdığını, əldə etdiyi pulları Elşən ilə aralarında böldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsi hadisə yerində yoxlanılan zaman foto şəkilləri çəkilmiş, müstəntiq Firdovsi Nəsirov tərəfindən bu barədə protokol yazılaraq, ucadan oxunmuşdur. Təqsirləndirilən şəxs2 protokolda qeyd olunanların düzgün yazıldığını bildirməsinə baxmayaraq, səbəb göstərmədən protokolu imza etməkdən imtina etmişdir. Həmçinin ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 da həmin qəbirləri göstərərk tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəbirlərin üstündən gülləri oğurladıqlarını, baş daşı üzərində «Təvəkkül» yazılmış qəbrin üstündəki gülləri 13 mart 2021-ci il tarixdə, gecə saatlarında tanışı Əli ilə birlikdə oğurladığını, bildirməsinə baxmayaraq, həmin qəbrin yerini səbəb göstərmədən, göstərməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 da ifadəsinin yerində yoxlanması barədə müstətiq tərəfindən tərtib edilmiş protokolda qeyd olunanların düzgün yazıldığını bildirməsinə baxmayaraq, səbəb göstərmədən protokolu imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs1 də oğurladıqları gülləri tanımadığı şəxslərə satmaqla əldə etdikləri pulları Əli ilə aralarında böldüklərini, qeyd etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən DİO-da, 2021-ci ilin iyun ayından isə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28ci Polis Bölməsində təhqiqatçı vəzifəsində çalışır, məlum hadisə baş verən zaman o Yasamal RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. Belə ki, 16 mart 2021-ci il tarixdə, saat 01 radələrində o iş yoldaşları əməliyyat müvəkkili polis leytenantı Şahid1 və əməliyyat müvəkili polis mayoru Şahid4 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 11 ünvanda yerləşən «Yasamal qəbirstanlığı»-nda, bir qəbirin üzərindənki güllərin iki nəfər şəxsin götürdüklərini və əllərindəki zənbilə yığdıqlarını gördükdə, həmin qəbirstanlıqdan əvvəllər dəfələrlə oğurluq olduğu üçün, onlardan şübhələndiyimizə görə, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduğuqlarını bildirmiş və onları 28-ci Polis Bölməsinə gətirmişlər. Polis Bölməsinə onlar ilə gələrkən onlardan birinin xx xxxxxxxx 1991-ci il təvəllüdlü, ünvan 13 ünvanda qeydiyyatı olan Təqsirləndirilən şəxs1 olduğunu, narkotik vasitə istifadəçisi olmaqla əvvəllər məhkum olduğunu, qəbirstanlıqda gecə vaxtları məzarların üstündən oğurladığı gülləri sataraq əldə etdiyi pulla özünə qəbul etmək üçün narkotik vasitə aldığını, hazırda da üstündə narkotik vasitə heroin olduğunu, digərinin xx xxxx 1992-ci il təvəllüdlü, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, ev 31 ünvanda qeydiyyatı olan Təqsirləndirilən şəxs2 olduğunu, əvvəllər məhkum olduğunu, qəbirstanlıqda gecə vaxtları məzarların üstündən oğurladığı gülləri sataraq pul əldə etdiyini öyrənmişlər. Onların əllərində olan zənbilldəki oğurladıqları güllər sayıldıqda 76 ədəd təzə qızılgül olduğu aydın oldu. Polis Bölməsində onların mərhumə X4 qəbiri üstündəki gülləri oğurladıqları müəyyən olunmuşdur. Polis Bölməsində Təqsirləndirilən şəxs1 üstünə baxış keçirilməzdən əvvəl ona üstündə cinayət xarakteri hər hansı bir əşya varsa, təqdim etməsi təklif edildikdən sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm təqdim edərək içərisində «kokos» deyilən narkotik vasitə heroin olduğunu, onu bir gün əvvəl «kubinka» deyilən yerdən, lakin adını bilmədiyi şəxsdən özünə qəbul etmək üçün aldığını bildirmişdir.Təqsirləndirilən şəxs1 üstündən aşkar edilib götürülmüş həmin 1 ədəd büküm zərfə qoyularaq DİN-nin zərflər üçün olan 167 nömrəli möhürü ilə möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparplarkən «İphonu X» markalı mobil telefon ilə video çəkiliş aparılmış və həmin video çəkiliş DVD diskə köçürülərək, tərtib edilmiş protokola əlavə edilmişdir. Orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Yasamal rayonu, M.A.Şərifzadə küçəsi, 1 saylı ünvanda yerləşən «Yasamal qəbiristanlğı» deyilən məzarlıqdan 2021-ci ilin yanvar ayının ortalarında, gecə saat 02 radələrində baş daşı üzərində mərhum X11 qəbri üstündən gülləri, 20 fevral 2021-ci il tarixdə, gecə saat 01 radələrində mərhum X17 qəbri üstündən müxtəlif gülləri, 13 mart 2021-ci il tarixdə, gecə saat 03 radələrində mərhum X7 qəbri üstündən müxtəlif gülləri oğurladıqlarını etiraf etmişlər. Cinayət işinin 1-ci cild 84-cü vərəqəsində olan 16 mart 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 141-142-ci vərəqələrində olan 16 mart 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 226-230-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 16 mart 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 221-225-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 16 mart 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 277-278-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 may 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 27.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cild 275-276-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 may 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra isə həmin Məhkəmənin 25.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli qərarı ilə o, vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 2-ci cild 10-13-cü vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.12.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 22-28-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.10.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 166-168-ci vərəqələrində olan Xəzər Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 çəkilməmiş 02 ay 05 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 1-ci cild 100-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2021-ci il tarixli, 6/1059 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs1» yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,195qr qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Qeyd: tədqiqata 0,05 qr sərf edilmiş, qalıq 0,145 qr təşkil etmişdir). Cinayət işinin 1-ci cild 100-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114,00 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2021-ci il tarixli, 1669 saylı ekspert rəyindən görünür ki, 76 ədəd təzə qızılgülün orta bazar qiyməti təxminən 228.0 manat (76 ədəd x 3,0) müəyyən edilir. Həmin güllər ekspertiza tədqiqatına bəzək kompozisiyasında təqdim edilmədiyindən və hal-hazırda qurumuş vəziyyətdə olduğu üçün qiymətsiz müəyyən edilir. Cinayət işinin 2-ci cild 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 şəxsi Ambulator X5 ekspert komissiyasının 20 may 2021-ci il tarixli, 1561 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 şəxsi Ambulator X5 ekspert komissiyasının 20 may 2021-ci il tarixli, 1562 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 106-108-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 16 avqust 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 103-105-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 16 avqust 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 196-214-cü vərəqələrində olan 30 iyun 2021-ci tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 76 ədəd qızılgül gülləri, Təqsirləndirilən şəxs1 götürülərək ekspert tədqiqatından sonra 0,145 qram çəkidə qalmış narkotik vasitə heroin və 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, 76 ədəd qızılgül gülləri və 0,145 qram çəkidə qalmış narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, hazırda onun Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilir ki, bir ədəd DVD diskə həmin tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin bir ədəd videoçəkilişi yazılmışdır. Videogörüntü 8 dəqiqə 10 saniyə davam edir. Videogörüntüdən görünür ki, həmin istintaq hərəkəti təhqiqatçı Murad Soltanov tərəfindən aparılmaqla şübhəli şəxsin müdafiəçisi «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Yasamal RPİ-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 və 28-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 iştirak edirlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 90-cı və 236-cı maddələrinin müddəaları elan edildikdən sonra sonuncuya təklif edilir ki, üzərində hər hansı qanunsuz əşya varsa, könüllü təqdim etsin. Bundan sonra sonuncu üzərində «kokos» deyilən narkotik maddənin olduğunu etiraf bildirərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofanın içərisində gümüşü rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümü çıxararaq təqdim edir, həmin büküm açıldıqda içərisində toz şəkilli qəhvəyi rəngli kütlə aşkar edilir. Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə olduğunu və bir gün əvvəl «Kubinka» adlanan ərzidə öz istifadəsi üçün aldığını səmimi etiraf edir. Həmin bir ədəd büküm zərfə qablaşdırılaraq ağzı möhürlənir, iştirakçılar tərəfindən imzalanır və məlumat verilir ki, ekspertizaya təqdim ediləcək. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə vədigər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1, 29, 177.2.2 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə həmin Məcəllənin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən təqsirini etiraf etməklə əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 27 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq 2 il keçmədən 12 mart 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1, 29, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək o, həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 16 mart 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 şəxsi Ambulator X5 ekspert komissiyasının 20 may 2021-ci il tarixli, 1561 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 12 mart 2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 02 ay 05 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq 2 il keçmədən 12 mart 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək o, həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq 16 mart 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 şəxsi Ambulator X5 ekspert komissiyasının 20 may 2021-ci il tarixli, 1562 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan 0,145 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən məhv edilməli, 76 ədəd qızılgül gülləri isə zərərçəkmiş şəxs E.Y.Yusifova qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 164 (bir yüz altmış dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2ə, məhkəmə iclaslarında isə dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkilləri F.H.Yusubova və L.İ.Hüseynovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 52 saata görə 312 (üç yüz on iki) manat, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili F.H.Yusubova isə məhkəmə iclaslarında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat müvafiq olaraq Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesablarına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2ə ibtidai istintaq dövründə iştirak etdiyi 52 saata görə 312 (üç yüz on iki) manat, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili L.İ.Hüseynovaya isə məhkəmə iclaslarında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat müvafiq olaraq Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1, 29, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarında saxlanılan 0,145 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə digər maddi sübut olan 76 ədəd qızılgül gülləri isə zərərçəkmiş şəxs X31 ogluna qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 164 (bir yüz altmış dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X8, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 52 saata görə 312 (üç yüz on iki) manat, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X18 isə məhkəmə iclaslarında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesablarına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X21 ibtidai istintaq dövründə iştirak etdiyi 52 saata görə 312 (üç yüz on iki) manat, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X15 isə məhkəmə iclaslarında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-309/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-309/2021
18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver