Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-309/2022 22.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 10:05 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1995-ci ildə Xaçmaz rayonunda anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqına iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalannı pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 06 fevral 2022-d il tarixdə saat 18:09 radələrində etibarnamə ilə idarə etidyi “Toyota Prius" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı, saz vəziyyətdə olan avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 157 ünavanın qarşısında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1d hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vastəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək avtomobili 40-50 km/saat sürətlə hərəkət etdirərkən avtomobilin qabaq sağ hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ körpücük sümüyünün orta qapalı, qəlpəli yerdəyimiş, sağda 3,4,5-ci qabırğaların yerdəyişmiş sınıqları, sol diz oynağının əzilmiş yarası kimi, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “Toyota Prius" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə Asan Xidmət istiqamətində 40-50 km/saat sürətlə hərəkət edən zaman “Baku Elektronics” mağazasının qarşısında yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən Zərərçəkmiş şəxs və onun qızı Şahid onun avtomobilinin qarşısına çıxmış və o, dərhal əyləcdən istifadə etməyinə baxmayaraq avtomobilin sağ hissəsi ilə onları vurmuş və Elnurə yerə yıxılmış, Fatimə isə ayaq ustə qalmışdır. Budan sonra o, dərhal avtomobildən düşərək onlara kömək etmiş və təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım gəlib onları “Semaşko” adalanan xəstəxanaya aparmış, o isə polis əməkdaşlarının gəlməsini gözləmişdir. O. Elnurənin və Fatimənin xəstəxanada müalicə olunmasına maddi yardım etmişdir. Həmin vaxt onun avtomobilinin sağ qabaq farası və alın şüşüəsi qırılmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 06 fevral 2022-ci il tarixdə təxminən saat 19:30 radələrində qızı Fatimə Səmədova ilə birlikdə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Baku Electronics” adlı mağazasının qarşısından yolun əks istiqamətinə keçən zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “Toyota Prius” markalı **-EY-*** markalı avtomobilin qabaq hissəsi ilə onları vuraraq yerə yıxmışdır. Bundan sonra onun xatırlamadığı şəxs təcili tibbi yardım çağırmış və təcili tibbi yardım xidməti onları “Semaşko” adalanan xəstəxanaya aparmışdır. Hadisə zamanı o az ağır, qızı isə yüngül xəsarət almışdır. Yekun olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənilmişdir. Hazırda onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanın qarşsında baş vermişdir. (i.v. 8-13) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, “Toyota Prius’ markalı 99- EY-125 dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə olmuş və avtomobilin xarici zədəsi alın şüşəsi olmuşdur. (i.v. 14-15) “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2022-ci il tarixli 2/4508 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, onun tərəfindən alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. (i.v. 17) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 canlı şəxsin ekspertizası ilə bağlı 17 fevral 2022-ci il tarixli 165 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağ körpücük sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerdəyişmiş, sağda İİİ, İV, V qabırğaların yerdəyişməyən sınıqları, sol diz oynağının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. (i.v. 36-39) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” ilə bağlı 15 mart 2022-ci il tarixli, 8/558 nömrəli rəyindən görünür ki, “Toyota Prius" markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 47-50) “Video-görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin xx.xx.2022-cu il tarixdə Yasamal RPİ-nə təqdim etdiyi TŞ-2-010 nömrəli video müşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2022-ci il tarixli saat 18.09-dən 18.11-dək olan müddətdəki video görüntüsünə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində idarə etdiyi Toyota Prius markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilim qabaq hissəsi ilə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində hərəkətdə olan zaman piyada Zərərçəkmiş şəxs və Şahid vurduğu müəyyən olumuşdur. (i.v. 51) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixdək etibarlıdır) AE 618299 nömrəli “BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. (i.v. 67) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 68) “Qətimkan tədbirinin seçilməsi barədə” 11 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 88-89) “Sübutların qiymətləndirilməsi haqqında” 14 may 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təhlükəsiz Şəhər Xidmətinin təqdim etdiyi TŞ-2-010 nömrəli video müşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2022-ci il tarixli saat 18.09-dən - 18.11-dək olan müddətdəki video görüntülər olan 1 (bir) ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məxsus “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə ilkin materiallar, məhkəmə tibbi ekspertizasının və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələri sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 103-107) Təqsirləndirilən şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə özünə məxsus “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X1 üçün almışdır. (i.v. 117) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hadisə zamanı və hadisədən sonra yardım və qayğı göstərmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyann tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, hazırki qərar qanuni qüvvəyə mindiyi gündən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 85 (səksən beş) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-309/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-309/2022
22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver