Məhkəmə qərarları › İş №1(004)-309/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-309/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-309/2023 10.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Rzаyеv Аnаr Rövşən oğlunun, müdafiəçilər Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxs Аbbаsоv Nаtiq Nаğı oğlunun iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinin böyük sahə rəisi işləyən, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Аbbаsоv Nаtiq Nаğı oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Аbbаsоv Nаtiq Nаğı oğlu qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinin böyük sahə rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 3 ünvanında yerləşən binanın qarşısında olan ağacların ətraflarının kəsilməsinə (budanmasına) rəsmi qaydada köməklik göstərilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə özünə müraciət etmiş vətəndaş Zərərçəkmiş şəxs özünün Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyində işləməklə Birlik üzrə qərar qəbul etmək səlahiyyətinə malik rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirməklə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Birliyin rəhbər vəzifəli şəxsləri vasitəsilə həmin ünvanda yerləşən binanın qarşısındakı ağacın budanmasına rəsmi qaydada razılıq alınması imkanına malik olduğunu telefonla danışıqları zamanı yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun icarəyə götürəcəyi obyektin qarşısında olan ağacın budanması üçün zəruri olan tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.700 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, sonuncu ilə razılaşmaqla sövdələşərək, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid parkında yerləşən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinə məxsus inzibati binasının içərisində yerləşən xidməti otağında 1.700 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 1.700 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Аbbаsоv Nаtiq Nаğı oğlu özünü yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinin 12 dərəcəli Böyük sahə rəisi vəzifəsində işləyir. 12 nömrəli yaşıllıq sahəsi Yasamal rayon ərazisinin yaşıllıqlarını əhatə etməklə, vəzifəsi həmin rayonda yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağçaların, bağların, istirahət sahələrinin salınması, onların qorunması və onlara ziyan vuran fiziki və hüquqi şəxslər barəsində Birliyə məlumat verilməsindən ibarətdir. 2022-ci ilin təxminən noyabr ayının sonlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xatırlamadığı nömrədən bir nəfər zəng edərək özünü Yasamal rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edib, bir nəfərin ona zəng edəcəyini bildirərək həmin şəxsə kömək etməsini xahiş etmişdir. Səhəri gün bir nəfər zəng edərək xahiş olunan şəxs olduğunu bildirərək onunla görüşmək istədiyini demişdir. O, həmin şəxsi Yasamal rayonu H.Cavid prospektində yerləşən H.Cavid parkının içərisindəki bir otaqdan ibarət xidməti otağına dəvət etmişdir. Adının sonradan Anar olduğunu bildiyi şəxs ilə həmin gün xidməti otağında görüşmüşlər. Anardan nə ilə bağlı müraciət etdiyini soruşduqda, ona Nəsimi rayonu ərazisində obyekti olduğunu, həmin obyektin reklam lövhələrinin qarşısını iki ədəd tut ağacının tutduğunu, həmin ağacları kəsməyə köməklik etməsini xahiş etmişdir. O, Anara ağacların hazırki vəziyyətdə kəsilməsinin mümkün olmadığını, lakin ağacların birinin budanmağına kömək edəcəyini, birinin isə qurudulmasına köməklik edəcək maye halında dərman verəcəyini bildirmiş, ağacın reklam lövhəsinin görünəcəyi halına kimi budanması üçün 1.700 manat, 1 litr maye halında dərman üçün isə 270 manat pul istəmiş və razılaşmışlar. Danışıqlarından iki gün sonra 14 dekabr 2022-ci il tarixdə həmin şəxs bir ağacın budanması üçün 1.700 manat pulu təklikdə xidməti otağında ona vermiş, qohumunun adından Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinə obyektinin qarşısındakı ağacın budanması ilə bağlı tərəfindən ərizə yazılmış, Anar da həmin ərizəni imzalamış, katibəyə göndərməsi görüntüsü yaratmaqla Anarı inandırmaq üçün tabeliyində aqranom işləyən Şahid1 otağına çağıraraq həmin ərizəni və 200 manat pulu sonuncuya verərək yol üstü zərf alıb pulu zərfə qoyub Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinə katibəyə çatdırmasını tapşırmışdır. Lakin, o, əslində həmin vaxt idarədə işləyən Bahar adlı katibəyə bayram qabağı hədiyyə alması üçün zərfdə pul göndərdiyi üçün Yunis vasitəsi ilə guya rəhbərliyə pul göndərmə görüntüsünü yaratmışdır. O, otaqda Yunisə pulu verdiyi zaman sonuncu həmin məbləğin nə qədər olmasını bildirməmişdir. Lakin, o, idarəyə getdiyi zaman Bahar adlı katibə ona bayram qabağı hədiyyə alması üçün içərisində pul və ərizə olan zərfi geri qaytarmışdır. Sonuncu ona bir daha bu kimi halların təkrarlanmamasını xahiş etmişdir. 1-2 gün sonra o, 270 manat alaraq Anara dərman satmışdır. O, Anara 270 manat müqabilində satdığı dərmanı özü sosial şəbəkədə baxıb hazırlamış, həmin məhlulu silitra və korbomidi su ilə həll etməklə əldə etmiş, Anara verdikdən sonra, həmin məhlulun ağacın kökünə töküldüyü zaman tədricən ağacın quruyacağını düşünsə də, sonradan həmin məhlulun ekspertizaya təqdim olunduğunu və məhlulun tərkibində zəhərli maddənin aşkar edilmədiyini öyrənmişdir. Ümumiyyətlə ağacların budanması, yerinin dəyişdirilməsi, əkilməsi və onlara qulluq edilməsi Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən həyata keçirilir, yəni, vətəndaş ərizə ilə Birliyə müraciət etdikdən sonra ərazi nəzarətçiləri tərəfindən həmin ağacın budanmasına zərurət olub-olmaması vizual olaraq baxış keçirilməklə dəqiqləşdirilir, zərurət olduqda bağ fəhlələri tərəfindən budanır, ağacların budanma müddətləri payız və qış aylarında həyata keçirilir, ağacların kəsilməsi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ekspertiza rəyi əsasında Birliyin nümayəndələri tərəfindən həyata keçirilir. Anar özü ona obyektinin qarşısındakı ağacların budanma prosesi üçün zəng edəcəyini bildirmiş, lakin bir ay keçməsinə baxmayaraq zəng etmədiyini görüb özü mobil telefonla əlaqə saxlamış, ondan nə vaxt ağacların budanmasını həyata keçirəcəklərini soruşsa da, Anar yoldaşı xəstə olduğundan təxirə salınmasını və özünün zəng edəcəyini demişdir. O, Anardan pulu aldıqdan sonra Anarın ona göndərdiyi ağacın işarələnmiş fotoşəklini, budanması üçün təklif edilən 1.500 manat pulun məbləğini Birliyin direktoru işləyən Şahid5 istifadəsində olan +994-50-210-76-19 mobil telefon nömrəsinə “Whatsapp” tətbiqi vasitəsi ilə göndərmiş, göndərməkdə məqsədi rəisə həmin ağacın budanması üçün təklif olunan məbləğ barədə məlumat vermək olmuşdur. Lakin, bir neçə gün sonra Şahid5 “Whatsapp” tədbiqi vasitəsi ilə ona zəng edərək həmin ağacın yaş olduğunu və həmin ağacın budanmasına hər-hansı bir zərurət olmadığını və əsas da ağacın Nəsimi rayonu ərazisində yerləşdiyini, onun isə Yasamal rayonuna nəzarət etdiyini əsəbi şəkildə bildirərək ona razılıq verməmişdir. Rəisi əsəbi olduğundan ona Zərərçəkmiş şəxs pul almağı ilə bağlı bir söz deməmişdir. Həqiqətdə də, onun Nəsimi rayon yaşıllaşdırma işçilərinə göstəriş vermə səlahiyyəti olmamışdır. O, Zərərçəkmiş şəxs əldə etdiyi pul vəsaitindən hər hansı bir vəzifəli şəxsə verməmiş, bölüşdürməmiş, həmin məbləği öz şəxsi ehtiyaclarına xərcləmiş, Anarın qohumunun adından yazdığı ərizəni də idarəyə verməyərək cırıb tullamışdır. Daha sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, CD diskdə olan məlumatlar və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin noyabr ayında Bakı şəhəri Nəsimi rayonu X10 küçəsi 3№-li yeni tikili binanın 1-ci mərtəbəsində aptek yerini icarəyə götürmək istədiyi üçün həmin əraziyə gedib- gəlməyə başlamışdır. Obyektin qarşısında iki ədəd tut ağacı olduğundan və il ərzində təxminən 4-5 ay müddətində tut meyvəsinin yerə düşməsi nəticəsində obyektin qarşısının və içərisinin çirklənəcəyini düşünüb ağacların budanması ilə bağlı hansı quruma müraciət etməyini ətrafdan maraqlandıqda, həmin ərazilərə ekologiya şöbəsinin Elman adlı əməkdaşın baxdığını öyrənmiş və mobil telefon nömrəsini tapıb zəngləşərək görüşmüşdür. Elmandan həmin tut ağaclarının budanmasının hansı qayda ilə aparıldığını maraqlandıqda sonuncu həmin ağacları kəsmək və ya budamaq səlahiyyətində olmadığını lakin, həmin işlərin yerinə yetirilməsinin yuxarı vəzifəli şəxslərin tapşırığı ilə aparıldığını və ona Natiq adlı şəxsin mobil nömrəsini verərək sonuncu ilə görüşüb bu məsələni həll edə biləcəyini bildirmişdir. O da Elmandan Natiq adlı şəxsin ***- ***-**-** mobil nömrəsini almış və xx.xx.2022-ci il tarixdə saat 10 radələrində zəng edərək aptekin qarşısında olan ağacın budanmasında köməklik etməsini xahiş etmişdir. Natiq əvvəlcə ona həmin ağacların şəkillərini «WhatsApp» mobil tədbiqi vasitəsi ilə göndərməyi və «WhatsApp» mobil tədbiqi vasitəsi ilə zəng etməyi tapşırmışdır. O, şəkilləri çəkib istifadəsində olan ***-***-**-** mobil nömrəsilə göndərmişdir. Natiq ona rəisi ilə danışıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Natiqin Yasamal rayonu H.Cavid parkında, parkın içərisində yerləşən Yasamal rayon Yaşıllaşdırma idarəsinə aid xidməti otağında görüşmüşdür. Elə həmin otaqda əyləşib söhbətləşmişlər. O, Natiqə yuxarıda qeyd etdiyi ünvanda fəaliyyət göstərən aptekin qarşısında olan Tut ağacının götürülməsini və digər dekorativ ağacın isə budanmasını xahiş etmişdir. Natiq ona həmin ağacların gövdəsinin ölçüsünü ölçüb məlumat verməyi tapşırmışdır. Natiq ağacın ölçüsünə baxıb xərcini deyəcəyini bildirmişdir. O da Natiqə təxminən ağacın ölçüləri barədə məlumat vermişdir. Təxminən xx.xx.2022-ci il tarixdə Natiq onu parkda olan otağına çağırmış və ona 270 manat məbləğində plastik qabda maye halında dərman sataraq həmin dərmanı ağacın dibinə tökməyi tapşırmışdır. Lakin, tələb olunan hava şəraiti barədə ona xəbər verəcəyini, yalnız dediyi təqdirdə dərmanı tökməli olduğunu bildirmişdir. Daha sonra rəisi ilə danışıb ağacın budanması ilə bağlı qiyməti ona xəbər edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Natiq «WhatsApp» mobil tətbiqi vasitəsi ilə ona zəng edərək ağacın budanmasının razılığını aldığını və 1.700 manat müqabilində ağacın budanmasını təşkil edəcəyini bildirmişdir. O da Natiqə razılıq verərək səhəri gün hazır vəziyyətdə gələcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Natiqin Yasamal rayonu H.Cavid parkında yerləşən otağına getmişdir. Otaqda bir nəfər xadiməçi olmuşdur. Natiqlə ağacın hansı qaydada budanması ilə bağlı söhbətlər apardığı zaman Natiq xadiməçiyə otaqdan çıxmasını xahiş etmişdir. Xadiməçi çıxdıqdan sonra o, Natiqə 1.700 manat pulu vermişdir. Natiq həmin məbləği tam olaraq sayıb cibinə qoymuşdur. Daha sonra Natiq xadiməçini çağıraraq onlara çay verməsini tapşırmışdır. Natiq ona öz idarələrinə onun adından ərizə yazılmasını bildirərək özü ərizəni yazmağa başlamışdır. O, Natiqə əvvəlcə obyektin ona məxsus olduğunu dediyi üçün sonuncu onun adından ərizə yazmağa başlamış, lakin o, Natiqə eşitdiyinə görə həmin binada botanika bağında işləyən adını tam olaraq xatırlamadığı şəxsin yaşadığını və evi başqa bir şəxsə sataraq köçəcəyini eşitdiyini, həmin şəxsin ağaca ediləcək müdaxilə ilə bağlı problemlər yarada bilən şəxs ola biləcəyini bildirərək ərizəni guya həmin binada yaşayan xalası oğlu X6 adlı şəxsin adına yazmasını xahiş etmiş, öz adının hallanmamasını düşünmüşdür. Həqiqətdə heç Asif İbrahimov adlı qohumu olmamışdır. Formal olaraq ərizə olduğu üçün Natiqə bu cür ərizə yazmasını xahiş etmişdir. Daha sonra Natiq ərizəni hazırladıqdan sonra Yunis adlı işçisini otağa çağırmış və sonuncuya əvvəlcə təxminən 5-6 manat yol pulu verərək hazırladığı ərizəni fayla qoymuş və əlində bükülü şəkildə məbləğini müəyyən edə bilmədiyi, lakin birinci əskinazın 100 manatlıq olduğunu xatırladığı pulu Yunisə verərək saymadan cibinə qoymağı və yoldan zərf alıb həmin məbləği zərfə qoyaraq idarəyə getməyi və idarəyə daxil olaraq sol tərəfdə otaqda əyləşən katibəyə verməyi tapşırmışdır. Lakin, Natiq katibənin adını çəkməmişdir. Yunis adlı şəxs gedəndən sonra Natiq onun müraciətini rəislə razılaşdırdığını və həmin pulu rəisin katibəsinə göndərdiyini bildirmişdir. O, Natiqin rəisi dediyi şəxsin kim olduğunu bilməmişdir. Daha sonra sağollaşmış və çağıracağı təqdirdə işçilərin gəlmələrini tapşırmışdır. Bir neçə gün sonra dost tanışla söhbət zamanı icarəyə götürmək istədiyi aptekin qarşısında olan ağacın budanması müqabilində 1.700 manat pul verdiyini bildirmişdir. Dostları ona ağacın yaşıllaşdırma idarəsi tərəfindən zərurət yarandığı təqdirdə pulsuz olaraq dövlət qurumu tərəfindən budandığını və ondan yüksək məbləğdə pul alındığını bildirmişlər. Bundan sonra bununla bağlı aldanıldığını düşündüyü üçün qanunamüvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa müraciət edərək görüş zamanı pulu verməsilə bağlı videogörüntünü ərizəsinə əlavə etmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs 270 manat dəyərində olan məhlulu aldıqdan sonra həmin məhlulu Natiq ona hava şəraiti yol verdiyi zaman ağacın dibinə tökməyi ilə bağlı xəbər edəcəyini bildirmiş, lakin, o həmin məhlulu istifadə etməmişdir. O, Natiqin Yasamal rayonu üzrə yaşıllaşdırma sahəsinin rəisi olduğunu bilməmiş, heç o da ona bu barədə hər hansı bir söz deməmişdir. Bundan başqa o, əvvəllər avtomobillərin alqı-satqısı ilə məşğul olduğu üçün bəzi hallarda avtomobili satdıqdan sonra alıcı ilə avtomobildə olan nasazlıqlarla bağlı narazılıqlar yarandığı üçün ümumiyyətlə həmin vaxtlardan sonra pul verəndə də, alanda da, görüşləri gizli olaraq özü üçün, özünü sığortalamaq üçün videolentə almağa başlamışdır. Elə Natiqlə də, aralarında olan görüşü gələcəkdə aldanmaması üçün, pulu həqiqətən verməsilə bağlı videolentə almışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinin aqronomu vəzifəsində işləyir. Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinin böyük sahə rəisi Təqsirləndirilən şəxs tabeliyində işləmişdir. Aqronom olaraq vəzifəsi Yasamal rayon ərazisinin yaşıllıqlarına aqrotexniki qulluqdan ibarətdir. 2022-ci ilin təxminən dekabr ayının ortalarında Təqsirləndirilən şəxs otağının yanında olarkən sonuncu onu səsləyərək otağına çağırmış, otağa daxil olduqda həmin vaxt orada əvvəllər tanımadığı saqqallı kişi cinsli şəxsin əyləşdiyini, Rahilə adlı işçinin də otaqda olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ona məzmununa baxmadığı ərizəni və dəqiq məbləği yadında olmayan təxminən 500-800 manat miqdarda pulu uzadaraq yolda konvertə qoyaraq Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinə aparmağını və katibəyə verməyini bildirmişdir. O da həmin pulu saymadan götürüb yolda konvertə qoyaraq Birliyin inzibati binasına getmişdir. Birliyin inzibati binasına daxil olduqda solda yerləşən otaqda oturan, görünüşü yadında olmayan katibəyə konverti verərək, Təqsirləndirilən şəxs göndərdiyini bildirmiş və otaqdan çıxaraq bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Sonradan həmin katibənin Birliyin rəisi Şahid5 katibəsi olduğunu bilmişdir. Pulun hansı məqsədlə həmin katibəyə verilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. O, Zərərçəkmiş şəxs tanımamış, sonuncunun Təqsirləndirilən şəxs ağac budanması müqabilində 1700 manat, bir ağacın qurumasını təmin edən dərman məhlulunun ona verməsi üçün 270 manat pul verməsindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildən hal-hazıradək Bakı şəhəri 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləyir. Təxminən 2022-ci ilin sonlarında Zərərçəkmiş şəxs adlı şəxs ona zəng edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və Nəsimi rayonu X10 küçəsi 3№-li yeni tikili binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən aptek yerini icarəyə götürmək istədiyini bildirmiş, obyektin qarşısında olan tut ağacının götürülməsində və ya budanmasında köməklik göstərilməsini xahiş etmişdir. O, əvvəllər həmin şəxsi tanımamışdır. Onun nömrəsinin həmin şəxsə kim tərəfindən verilməsini xatırlamır. O, həmin ağaca gedib yerində baxdıqda ağacın aptekin reklam lövhəsinin qarşısını bağladığını görmüş, Anar ona həmin ağacın götürülməsində və ya budanmasında köməklik göstərilməsini xahiş etmişdir. O, Anara həmin ağacın götürülməsinin mümkün olmadığını bildirmişdir. Anar ona heç olmasa həmin ağacın budanmasında köməklik göstərilməsini xahiş etdikdə o, sonuncuya bu kimi işlərin Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən həyata keçirildiyini bildirmişdir. Həmin Birlikdə bu işləri görən bir nəfər şəxslə onu əlaqələndirməyi xahiş etdiyinə görə əvvəllər Birlikdə ağacların budanma şöbəsində nəzarətçi işləyən Təqsirləndirilən şəxs tanıdığı üçün sonuncunun mobil nömrəsini Anara verərək əlaqə saxlamağı məsləhət görmüşdür. Bir neçə gün sonra Anar ona zəng edərək Natiq adlı şəxsin artıq Yasamal rayonu ərazisində fəaliyyət göstərən sahədə işlədiyini bildirərək, Nəsimi rayonu ərazisinə baxan şəxslə tanış etməyi ondan xahiş etmişdir. O da həmin vaxt Natiqin Yasamal rayonuna keçməsini öyrənmiş, lakin, Nəsimi rayonu ərazisinə baxan hər hansı bir şəxsi tanımadığını bildirmişdir. Daha sonra Anar ona bir neçə dəfə zəng etsə də, köməklik edə bilməyəcəyi üçün zənglərinə cavab verməmişdir. O, elə həmin ərəfədə Təqsirləndirilən şəxs Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinin böyük sahə rəisi vəzifəsinə təyin olunduğunu öyrənmişdir. Onun Təqsirləndirilən şəxsla yalnız işçi münasibəti olmuşdur. O, Natiqə Anar adlı şəxsə köməklik etməsi barədə hər hansı bir xahişlər etməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul müqabilində köməklik göstərəcəyi və ya aldığı məbləğdən ona hər hansı bir məbləğdə pul verəcəyi kimi hallar baş verməmişdir. Bundan başqa onun Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ağacın budanması müqabilində 1.700 manat pul alması barədə sosial şəbəkədə xəbərlərə baxdığı zaman məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2021ci il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin Baş direktoru vəzifəsində işləmiş, Birliyin ümumilikdə Bakı şəhəri üzrə 12 rayon sahəsi fəaliyyət göstərir. Hər bir sahənin öz sahə rəisləri, aqranomları, sahə ustaları, bağbanları fəaliyyət göstərir. Sahələrin işləri yaşıllığın inkişaf etdirilməsi, ağaclara və qazonlara aqrotexniki qulluq göstərməklə, suvarılması və ağacların budanması işlərinin təşkil edilməsindən ibarət olmuşdur. Birliyin 12 saylı Yaşıllaşdırma sahəsinin rəisi Təqsirləndirilən şəxs 2022-ci ili aprel ayından həmin vəzifəyə təyin olunmuşdur. Onunla münasibətləri Sahə rəisi təyin olan müddətdən yaranmışdır. Təqsirləndirilən şəxs Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinin rəisi işlədiyi müddətdə Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 3 ünvanında yerləşən binanın altında fəaliyyət göstərən aptekin qarşısında olan ağacların ətraflarının kəsilməsinə (budanmasına) rəsmi qaydada köməklik göstərilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə özünə müraciət etmiş vətəndaş Zərərçəkmiş şəxs özünün Birlik üzrə qərar qəbul etmək səlahiyyətinə malik rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirməklə həmin ünvanda yerləşən binanın qarşısındakı ağacın budanmasına rəsmi qaydada razılıq alınması imkanına malik olduğunu, Zərərçəkmiş şəxs rüşvət qismində 1.700 manat verilməsinin zəruri olmasını bildirib xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid parkında yerləşən xidməti otağında 1.700 manat məbləğində pul vəsaitini ələ keçirdiyi üçün vətəndaşın hüquqmühafizə orqanına etdiyi müraciəti əsasında Natiqin əməllərində cinayət əlamətləri müəyyən olunduğu üçün cinayət məsuliyyətinə cəlb olunmasını xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. O, Zərərçəkmiş şəxs adlı şəxsi tanımır, şikayətçi olduğunu da bilməmişdir. O, Natiqin rəisi olsa da, sonuncu ona Anar adlı şəxsin ağac budanması ilə bağlı müraciət etməsi barədə məlumat verməmişdir. Bundan başqa X2 və ya Zərərçəkmiş şəxs adlı şəxslərin adından hər hansı bir ərizə daxil olmamışdır, Şahid4 onun katibəsi işləmiş, Bahar istintaqa ifadə verdikdən sonra ona bildirmişdir ki, Təqsirləndirilən şəxs bir nəfər vasitəsi ilə bayram qabağı hədiyyə almaq üçün zərfdə məbləğini dəqiq bilmədiyi pul göndərmiş və həmin zərfi Natiqə qaytarmışdır. Natiqlə onun ağac budanması ilə bağlı hər hansı bir məbləğlə bağlı razılaşması və ya sair söhbətləri olmamışdır. Bundan başqa istifadəsində olan +**********19 mobil nömrə ona məxsusdur, həmin nömrəni təxminən 2020-ci ildən istifadə edir. Həmin nömrə ilə “Whatsapp” tədbiqi istifadə edir. Birliyin sahə rəislərinin “Whatsapp” tədbiqində yaradılmış qrup vasitəsi ilə zəruri hallar, tapşırıqlar və hadisələr barədə məlumatlar ötürülür. Təqsirləndirilən şəxs ona 2022-ci ilin noyabr və dekabr ayları ərzində və ya daha əvvəllər Bakı şəhəri ərazisində hər hansı bir ağacın budanması və ya kəsilməsi ilə bağlı onun razılıq verməsi müqabilində özü şəxsən və ya hər hansı bir şəxs vasitəsi ilə pul təklif etməmişdir. Bundan başqa ona baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +994-50-566-33-04 mobil nömrənin “Whatsapp” tədbiqi vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 11:06-da işarələnmiş ağacın və 1500 yazıb ona göndərməsini təsdiq edən fotoşəkil ona təqdim edilmiş, o, fotoşəkildə qeyd olunan nömrənin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda onun istifadəsində olan +994-50- 210-76-19 mobil nömrədə adı “Rəis Vatsap” olaraq qeyd edilmiş, həqiqətən ona işarələnmiş ağac olan fotoşəkil və 1500 manat yazını xx.xx.2022-ci il tarixdə saat 11:06-da göndərilmiş, daha sonra “Whatsapp” tədbiqi vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 11:03də zəng edərək aralarında 0:25 saniyyə danışıq aparılmasını və saat 11:07-də onun Natiqə zəng edərək 1:14 saniyə danışıq aparması görünsə də, ona təqdim olunan fotoşəkili ilk dəfə gördüyünü bildirmiş, Natiqlə və digər sahə rəisləri ilə işlə bağlı mütəmadi olaraq telefon və “Whatsapp” tədbiqi vasitəsilə danışıqlar aparsa da, Natiqlə hər hansı bir ağacın budanması ilə bağlı danışığı və razılaşması olmamışdır. Təqsirləndirilən şəxs hansı səbəbdən Zərərçəkmiş şəxs ağacın budanması müqabilində 1700 manat pul almış və onun mobil nömrəsinə “Whatsapp” tədbiqi vasitəsilə həmin işarələnmiş ağacın fotoşəklini və 1500 yazısını göndərməsi, bundan başqa fotoşəkli göndərdikdən sonra Natiqə “Whatsapp” tədbiqi vasitəsilə zəng edərək 1:14 saniyə danışıq aparması barədə bildirmişdir ki, Təqsirləndirilən şəxs hansı səbəbdən bu kimi hərəkətlərə yol verməsini o da başa düşməmiş, ağacın budanması müqabilində 1.700 manat pul alması barədə hər hansı bir məlumatı olmamışdır. Natiqin onun telefonuna bu cür fotoşəkil göndərməsini görməmiş, ağac budanması ilə bağlı hər hansı bir razılaşması olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, xx.xx.2022ci il tarixdən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin Baş direktoru Şahid5 referenti işləmiş, onun işi, direktorun verdiyi tapşırıqları yerinə yetirmək, iclasların və vətəndaş qəbullarının keçirilməsindən ibarət olmuşdur. Təxminən dekabr ayının ortalarında saat 13-14 radələrində bir nəfər xatırlamadığı şəxs qəbul otağına daxil olaraq ona bir ədəd zərf təqdim edərək həmin zərfin Bakı şəhər Yasamal rayonu üzrə sahə rəisi Təqsirləndirilən şəxs tərəfindən göndərildiyini bildirmişdir. O, həmin zərfi təqdim edən şəxsin kimliyini soruşduğu zaman Natiq müəllim tərəfindən göndərildiyini bildirib, özünü təqdim etməmişdir. Həmin zərfin içərisində nə olduğunu soruşduğu zaman həmin şəxs Natiq müəllimin deməsinə görə rəisin özü bildiyini bildirib çıxıb getmişdir. Həmin zərfin içərisində dəqiq xatırlamadığı məbləğdə pul olduğunu görüb həmin pula toxunmadan zərfi rəfinə qoymuşdur. O, Təqsirləndirilən şəxs Birliyin 12 nömrəli yaşıllıq sahəsinin böyük sahə rəisi kimi işlədiyi və idarəyə gəlib-getdiyi zaman tanımış, lakin, Natiqlə hər hansı bir iş birliyi və hətta telefon danışıqları belə olmamışdır. Bu səbəbdən də, həmin zərfi geri qaytarmaq qərarına gəlmişdir. Bir neçə gün sonra Natiq müəllim idarəyə gəldiyi zaman sonuncuya hansı səbəbdən ona zərfin içərisində pul göndərdiyini bildirib həmin zərfi geri qaytarmışdır. Natiq ona zərfin içərisində bayram qabağı hədiyyə əvəzi pul göndərdiyini bildirmişdir. O da bu kimi halların direktorun qulağına çatmasından qorxduğu üçün təkrarlanmamasını xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs hər hansı bir ərizə və ya digər sənədin tez icra edilməsini təmin etməyini ondan xahiş etməmişdir. Həmçinin zərfi gətirən şəxsi də xatırlamamış və ona Natiq müəllim tərəfindən göndərilməsini dediyi üçün ehtimal etmişdir ki, işçilərindən biridir. Birliyinin Baş direktoru Şahid5 ona Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir məbləğdə pulun və vətəndaş ərizəsinin göndəriləcəyi barədə məlumat verməklə həmin zərflə ərizənin qəbul edilməsinə dair tapşırıq verməmiş və ya əvvəllər də bu kimi tapşırıqlar almamışdır. Cinayət işinin 59-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 127-133-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əsas qətimkan tədbiri qismində xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək “ev dustaqlığı”, həmçinin əlavə qətimkan tədbiri qismində “vəfizədən kənarlaşdırma” seçilmişdir. Cinayət işinin 205-210-cu vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əsas seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 02 (iki) ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 146-cı vərəqəsində olan Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-52-6/2-79/2023 nömrəli məktubdan görünür ki, Birliyə Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 3 ünvanında yaşayan X6 adından müraciət daxil olmamışdır. Cinayət işinin 149-cu vərəqəsində olan Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-52-6/2-80/2023 nömrəli məktuba əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 151-ci vərəqəsində olan Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-52-6/2-80/2023 nömrəli məktuba əlavə olunmuş əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli, 98 saylı əmrlə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinin böyük sahə rəisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 152-153-cü vərəqələrində olan Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-52-6/2-80/2023 nömrəli məktuba əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin Baş direktoru Şahid5 xx.xx.2022-ci il tarixli 15 nömrəli əmrindən görünür ki, Yasamal rayonu yaşıllıq sahəsi - Yasamal rayonu Yasamal yamac yaşıllıq sahəsi, Yasamal rayonu “Meşəpark” yaşıllıq sahəsi, Yasamal-1 və N.Nərimanov heykəli yaşıllıq sahəsi, Yasamal rayon “Mərkəzi park” əmlak kompleksi yaşıllıq sahəsi- 12 nömrəli yaşıllıq sahəsinin ərazi vahidləri müəyyən edilmişdir. Cinayət işinin 156-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 1969 №-li məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmamışdır. Cinayət işinin 168-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/110-7/26 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində plastik qabda maye sözləri olan bir ədəd kağız paketdəki bir ədəd plastik qabda bənövşəyi rəngli mayenin mühiti neytraldır və tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmiş, həmin mayenin bitkilərin məhv edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri isə 141 (bir yüz qırx bir) qəpik təşkil etmişdir. Cinayət işinin 144-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 217-231-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs araşdırmaya təqdim etdiyi, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinin böyük sahə rəisi Təqsirləndirilən şəxs ilə «WhatsApp» mobil tətbiqi vasitəsi ilə yazışması və görüşlərinin videolentə alınması barədə 01 (bir) ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş zərər tam həcmdə ödənilmiş, onunla barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 425 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə proses iştirakçılarının ifadələrini dinləyərək, həmçinin cinayət işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayət əməli baş verən tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinin böyük sahə rəisi vəzifəsində işləmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən dələduzluq cinayətini törətmək üçün istifadə etmişdir. İşin hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əldə etdiyi pul vəsaitini başqa şəxslərə çatdırmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı tam həcmdə, həmçinin məhkəmə baxışı zamanı dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödədiyi üçün, bu hal da onun təqsirini dolayı yolla təsdiq edən sübut kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs irəli sürülən ittihamın dələduzluğa aid hissəsində işin faktiki halları barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün təqsirkarın digər şəxsi vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsi, habelə rüşvət verənin başqa digər vəzifəli şəxsə rüşvət vermək niyyəti mövcud olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müəyyən etdiyi hüquqi mövqeyə görə yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, xx.xx.2022-ci il tarixdən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinin böyük sahə rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 3 ünvanında yerləşən binanın qarşısında olan ağacların ətraflarının kəsilməsinə (budanmasına) rəsmi qaydada köməklik göstərilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə özünə müraciət etmiş vətəndaş Zərərçəkmiş şəxs özünün Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyində işləməklə Birlik üzrə qərar qəbul etmək səlahiyyətinə malik rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirməklə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Birliyin rəhbər vəzifəli şəxsləri vasitəsilə həmin ünvanda yerləşən binanın qarşısındakı ağacın budanmasına rəsmi qaydada razılıq alınması imkanına malik olduğunu telefonla danışıqları zamanı yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun icarəyə götürəcəyi obyektin qarşısında olan ağacın budanması üçün zəruri olan tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1.700 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, sonuncu ilə razılaşmaqla sövdələşərək, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu H.Cavid parkında yerləşən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 12 nömrəli yaşıllıq sahəsinə məxsus inzibati binasının içərisində yerləşən xidməti otağında 1.700 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 1.700 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayətləri törətmişdir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Zərərçəkmiş şəxs aldadaraq onun 1.700 (bir min yeddi yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, lakin həmin pulu kiməsə, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin vəzifəli şəxlərinə vermək niyyəti olmamışdır. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan və işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs əməli Zərərçəkmiş şəxs vəzifəli şəxsə hansısa xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi üçün rüşvət verilməsinə sövq etməyə yönəlməmiş, Təqsirləndirilən şəxs Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin rəhbər vəzifəli şəxslərinə verəcəyi bəhanəsi ilə və guya Zərərçəkmiş şəxs aldığı pul vəsaitini həmin vəzifəli şəxsə verəcəyini bildirməklə və bununla da Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul vermək niyyəti olmadan, özünün şəxsi ehtiyaclarına xərcləmək məqsədilə onun 1.700 (bir min yeddi yüz) manat məbləğində pul vəsatini dələduzluq yolu ilə ələ keçirdiyinə görə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin vəzifəli şəxslərinin adından istifadə edilməsi yalnız dələduzluq cinayətinin üsulu kimi çıxış etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1.700 (bir min yeddi yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi, habelə ələ keçirdiyi pulu hər hansı vəzifəli şəxsə vermək niyyətində olmaması, rüşvət vermək üçün vəzifəli şəxslərlə ünsiyyətə girməməsi, belə təkliflə çıxış etməməsi işdə olan mötəbər sübutlarla təsdiq olunur. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yalnız dələduzluqdan ibarət olan bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarında göstərildiyi kimi, vəzifəli şəxsə rüşvət vermək niyyəti olmadan, rüşvət alan vəzifəli şəxslə ünsiyyətə daxil olmadan yalançı vasitəçilik etməklə başqasının əmlakını və ya əmlaka olan hüquqlarını ələ keçirmə yalnız dədəduzluq kimi qiymətləndirilə bilər. Belə hallarda yalançı vasitəçilik, yəni başqa vəzifəli şəxsə rüşvət vermək üçün pulun ələ keçirilməsi yalnız dələduzluğun üsulu kimi çıxış edir və müstəqil cinayət hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlini yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tövsif etməli olduğu halda əsassız olaraq, səhvən həm də həmin Məcəllənin 32.4,312.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.2-ci maddəsinə əsasən bir hərəkətlə bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulan iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vəzifəli şəxsə vermək adı ilə pul istəməsi və alması ikinci cinayət əməli kimi qiymətləndirilməməli, dələduzluq cinayətinin obyektiv tərəfinə aid olan cinayətin törədilmə üsulu kimi qəbul edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə irəli sürülən ittiham ümumi ittihamdan xaric edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 141 (bir yüz qırx bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili C.Q.Bayramova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili C.Q.Bayramova məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Аbbаsоv Nаtiq Nаğı oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Аbbаsоv Nаtiq Nаğı oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Аbbаsоv Nаtiq Nаğı oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Аbbаsоv Nаtiq Nаğı oğluna verilən ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi xaric edilsin. Аbbаsоv Nаtiq Nаğı oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 141 (bir yüz qırx bir) Аbbаsоv Nаtiq Nаğı oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Аbbаsоv Nаtiq Nаğı oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar