Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-31/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdə işləyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyada olan və ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10100,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2019-cu il tarixli, 2(004)-1262/2019 saylı qətnaməsini icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədən icra etmədiyindən həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli, 3(004)-1998/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə xx xxxxxxxx 2019-cu il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə məlum qətnaməni qərəzli icra etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsə olan borcunu etiraf edir, lakin borcla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməməsi qərəzli şəkildə olmamış və işsiz olmasıyla əlaqədar hazıradək borcunu ödəyə bilməmişdir. O, əlavə olaraq bildirmişdir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində idarə qulluqçusu işləyir və aylıq məvacibi 150 manat təşkil edir. Zərərçəkmiş şəxs 2017-ci ildən tanıyır. xx xxxx 2018-ci il tarixdə ondan qısa müddət ərzində qaytarmaq məqsədi ilə 7000 ABŞ dolları və 1600 manat məbləğində pul vəsaitini notariat kontorunda bağlanmış müqavilə əsasında borc almışdır. Borcu bacısının cərrahiyyə əməliyyatı üçün almış, həmin vaxt Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində inspektor vəzifəsində işlədiyindən və dövlət qulluqçusu kimi yüksək məvacibi olduğundan hesab etmişdir ki, borcunu vaxtında geri qaytarmaq imkanı olacaqdır. Zərərçəkmiş şəxslə aralarında olan razılaşmaya görə 2018-ci ilin sonunadək pulu qaytarmağı düşünmüşdür. Borcun alınmasından təxminən 2-3 ay sonra 2000 ABŞ dollarını qaytarsa da, lakin 2019-cu ilin yanvar ayında barəsində başlanmış digər cinayət işinə görə işdən azad edildiyindən maddi vəziyyəti çətinləşmiş və razılaşdırılmış müddətdə zərərçəkmiş şəxsə borcunun qalan hissəsini qaytara bilməmişdir. Zərərçəkmiş şəxs isə pulunu tələb edərək ona qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(004)-1262/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 10.100 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ona bildirişlər təqdim etməklə qətnamənin icrasını tələb etmişlər, o, isə maddi imkanı olmadığından məhkəmə aktını icra edə bilməmiş, icra məmuru qətnamənin icrasının təmin edilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta borcu ödəmədiyinə görə Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(004)-1998/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra da icra məmuru qətnamənin icrası ilə bağlı ona bildiriş təqdim etməklə yeni müddət təyin etsə də o, maddi imkanı olmadığından məhkəmə aktını icra etməmişdir. İşə düzəlib aldığı ilk 200 manat məbləğini borcuna ödəmişdir. İcra müddətində müxtəlif vaxtlarda hissə-hissə olmaqla 900 (doquz yüz) manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə istintaqı zamanı qalıq borcundan 5000 (beş min) manat bank hesabına və 1000 (bir min) manat isə bilavasitə zərərçəkmiş şəxsə ödəniş etməsinə dair qəbzləri məhkəməyə təqdim etmişdir. O, əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış və qalıq qalan 3200 (üç min iki yüz) manat pul borcunu isə gələcəkdə hissə-hissə ödəmə ilə bağlı öz aralarında razılaşmışlar. Verilmiş suallar əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(004)-1998/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində təyin edilmiş 500 manat məbləğində inzibati cəriməni də hazıradək maddi imkanı olmadığından ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olması, onun maddi vəziyyəti, himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olması, zərərçəkmiş şəxslə barışması, borcundan cüzi məbləğdə qalıq qalması nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə onun Kanadada işləmək üçün viza alınmasında köməklik göstərmək üçün ondan 10.100 manat məbləğində pul vəsaitini almış və pulun verilməsi ilə bağlı notariat kontorunda borc müqaviləsi bağlamışlar. Bir müddət sonra isə Təqsirləndirilən şəxs ona işin düzəlmədiyini, ondan aldığı pul vəsaitini bacısının əməliyyatına xərclədiyini bildirib borcun qaytarılması üçün ondan möhlət istəmiş və onlar bununla bağlı razılaşmışlar. Sonradan Təqsirləndirilən şəxs vədinə əməl etməyərək pulu qaytarmaqdan boyun qaçırdığına görə ilk öncə onun barəsində aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmiş, lakin mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində mülki iddia qaldıraraq pulunu tələb etmişdir. Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(004)-1262/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək Təqsirləndirilən şəxs 10.100 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları məşğul olmuşlar. Bununla əlaqədar borcluya bildiriş təqdim edilməsinə baxmayaraq sonuncu məhkəmə aktını icra etməkdən birmənalı şəkildə imtina etdiyindən həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli, 3(004)-1998/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra da o, məhkəmə aktını icra etməmiş, uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğundan kifayət qədər gəlir əldə etməsinə baxmayaraq borcunu ödəməmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona olan borcundan ibtidai istintaq müddətində müxtəlif vaxtlarda hissə-hissə olmaqla 900 (doquz yüz) manat, məhkəmə istintaqı zamanı iki dəfəyə cəmi 6000 (altı min) manat ödəniş etmiş, qalıq qalan 3200 manat borcunun isə qısa zaman ərzində hissə-hissə ödənilməsi ilə bağlı öz aralarında razılaşmışlar. Zərərçəkmiş şəxs bu halın nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10.100 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-1262/2019 saylı qətnaməsi icra edilməsi ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Həmin icra sənədinin icrası ona həvalə edildikdən sonra o, sənədi icraata qəbul edərək xx xxxx 2019-cu il tarixdə icraata başlanma haqqında qərar qəbul etmiş, tələbin 10 gün müddətində könüllü təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim etmişdir. Məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan Təqsirləndirilən şəxs adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq ondan izahatlar alınmış, qanunun tələbləri və cinayət məsuliyyəti ona izah olunmuş, borclu izahatlarında fərdi əməklə məşğul olduğunu, maddi imkanı yüksək olmadığından qətnamənin icrasını təmin etmədiyini bildirsə də, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərzəli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli, 3(004)-1998/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam edərək qətnaməni icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş və şahidlərin ifadələri və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxx 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs 7000 ABŞ dolları və 1600 manat pulu Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə borc vermiş və borcalan bu borcun ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-1262/2019 nömrəli qətnaməsindən və həmin tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 5000 (beş min) ABŞ dolları, bugünki ekvivalent manat məzənnəsi ilə 8500 (səkkiz min beş yüz) manat və 1.600 (min altı yüz) manat, cəmi 10100 (on min yüz) manat pul vəsaitinin iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılması və borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsi üçün möhlət verilməsi, könüllü təmin edilmədiyi təqdirdə borclunun barəsində məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx xxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 2(004)-1262/2019 nömrəli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi və həmçinin onu gözləyən məsuliyyət barədə xəbərdar olunmuşdur. Bildiriş xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Yasamal rayon icra və probasiya şöbəsinin Təqsirləndirilən şəxs ünvanladığı xx xxxxxxxx 2019-cu il xəbərdarlıqdan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-1262/2019 nömrəli icra sənədində göstərilən tələb yerinə yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimatla müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(004)-1998/2019 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəməyə daxil olmuş Səbail rayon İcra şöbəsinin xx xxxxx 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 3(004)-1998/2019 nömrəli qərarı ilə təyin edilmiş inzibati cəriməni hazıradək ödəməmişdir. İş materiallarında olan məcburi icra tədbirlərinə dair müvafiq sənədlərdən görünür ki, borclu Təqsirləndirilən şəxs tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı, bankda hesabı və digər gəliri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmamış və ona işsizlik müavinəti təyin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli 8(004)-540/2019 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Yasamal rayon icra və probasiya şöbəsinin xx xxxxxxx 2019cu il tarixli təqdimatından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-1262/2019 nömrəli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli TT**********8275000 nömrəli bank qəbzindən görünür ki, Təqsirləndirilən şəxs “Kapital Bank”ın Xətai filialı vasitəsilə Zərərçəkmiş şəxs hesabına 5.000 (beş min) manat pul ödəniş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxx 2021-ci il tarixli yazılı qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı ona ödənilən 1.000 (bir min) manat pulu təhvil almışdır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddət ərzində dəfələrlə ona məsuliyyət barədə rəsmi xəbərdarlıq edilməsinə, məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarının icrası üçün yetərli tədbirləri görməməsi və qərəzli olaraq icra etməməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişin, şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmiş, eyni tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ seriyalı 077907 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında xx xxxxxx 2003-cü il tarixdə nikah bağlanılmışdır. İş materiallarında olan AZE seriyalı 11014498 və 11013929 nömrəli şəxsiyyət vəsiqələrindən və “Elektron məhkəmə bazası”ndan çıxarılmış məlumat vərəqindən görünür ki, Təqsirləndirilən şəxs Qasım-zadə Naibə Ramiz qızı ilə nikahdan iki yetkinlik yaşına çatmayan övladları (xx.xx.2004-cü il təvəllüdlü Qasım-zadə Fuad Fərid oğlu və xx.xx.2006-cı il təvəllüdlü Qasım-zadə Fərhad Fərid oğlu) vardır. İş materiallarında olan Təqsirləndirilən şəxs iş yerindən, yəni “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xidmət üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx xxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona borcundan ümumilikdə 6.000 (altı min) manat ödəmiş, qalıq qalan 3.200 (üç min iki yüz) manatın ödənilməsinə dair aralarında razılığa gəlmişlər. O, ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, evli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, xidmət apardığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə edib ona olan borcun böyük hissəsini ödəməklə qalan hissəsinin ödənilməsinə dair razılıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-83/2019 nömrəli xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Səbail rayon icra və probasiya şöbəsindən xx xxx 2020-ci il tarixdə verilmiş 77114/2019-16-10/233 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Yasamal Rayon Məhkəməsinin 1(004)-83/2019 nömrəli xx xxxx 2019cu il tarixli hökmünün surəti, onun icrası barədə göstəriş xx xxx 2019-cu il tarixdə icraata qəbul edilmiş, məhkuma xx xxx 2019-cu il tarixli 324 saylı bildiriş göndərilmiş, bundan sonra xx xxx 2019-cu il tarixdə məhkum şöbəyə gələrək qeydiyyatdan keçmiş və onun cəza müddətinin əvvəli bu vaxtdan hesablanmağa başlanmışdır. xx xxxxxx 2020-ci il tarixdə məhkuma elektron nəzarət vasitələri komplekti tətbiq edilərək bu barədə eyni tarixli protokol tərtib edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-83/2019 nömrəli xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Qeyd edilir ki, Azərbaycan Respublikasının CM-nin 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 61.2-ci maddəyə əsasən cəza təyin edilərkən Məcəllənin 61.1.1- 61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələbinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1), azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (m.51-2.1) və azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (m. 51-3.1). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-31/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-31/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver