Məhkəmə qərarları › İş №1(004)-31/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-31/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-31/2022 09.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və X6 iştirakları ilə, 04 avqust 1989-cu il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, evvəllər məhkum olunmamış, Neftçala şəhəri, məhəllə 5 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.2.2 və 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq talamaqla təkrarən soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 25 may 2021-ci il tarixdə saat 16 radələrində əvvəllər tanımadığı küçədə piyada hərəkət edən Zərərçəkmiş şəxs3 boynunda qızıl boyunbağı olmasını gördükdə onu bir neçə metr təqib etmiş, sonuncu ünvan 2 ünvanda yerləşən yaşayış binasının qarşısına çatdıqda arxadan ona yaxınlaşıb boynunda olan 150 manat dəyərində 2 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağını əli ilə dartıb qopararaq açıq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 150 (yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o. təkrarən tamah niyyətilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 07 iyun 2021-ci il tarixdə saat 17:45 dəqiqədə əvvəllər tanımadığı küçədə piyada hərəkət edən Zərərçəkmiş şəxs2 boynunda medalyon ilə birlikdə qızıl boyunbağı olmasını gördükdə onu bir neçə metr təqib etmiş, sonuncu ünvan 3 ünvanda yerləşən yaşayış binasının qarşısına çatdıqda arxadan ona yaxınlaşıb boynunda olan bir ədəd 2.500 manat dəyərində 25 qram çəkidə 585 əyarlı qızıl boyunbağını və həmin boyunbağıdan asılmış bir ədəd 5 qram çəkidə 583 əyarlı qızıl medalyonu əli ilə dartıb qopararaq açıq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2.500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 15 iyun 2021-ci il tarixdə saat 18:10 dəqiqədə əvvəllər tanımadığı küçədə piyada hərəkət edən Zərərçəkmiş şəxs1 boynunda xaç formalı medalyonla ilə birlikdə qızıl boyunbağı olmasını gördükdə onu bir neçə metr təqib etmiş, sonuncu Bakı şəhəri. Yasamal rayonu. Hüseyn Cavid prospekti 91 A ünvanda yerləşən yaşayış binasının qarşısına çatdıqda arxadan ona yaxınlaşıb əli ilə Tamara Petrovnanın itələyib divara sıxaraq sonuncuya həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib boynunda olan bir ədəd 292 manat dəyərində 2.7 qram çəkidə 750 əyarlı qızıl boyunbağını və həmin boyunbağıdan asılnvs 83 manat dəyərində 585 əyarlı 1.11 qram çəkidə xaç formalı qızıl medalyonu əli ilə dartıb qopararaq açıq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 375 (üz yüz yetmiş beş) manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq elmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o həyat yəldaşı və 2 azyaşlı qızları ilə birlikdə kirayə yaşayır, bir müddət Bakı şəhər 24 saylı Mənzil Kommunal İstismar sahəsində fəhlə işləsədə son zamanlar heç bir yerdə işləməmiş və bu səbəbdən maddi cəhətdən çətinliklər çəkmişdir. 25 may 2021-ci il tarixdə saat 16 radələlərində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Daş dövrü" restoranının yaxınlığında olan 50 nömrəli beşmərtəbəli binanın qarşısı ilə piyada gedərkən, yolun əks istiqamətində yaşlı, ağ saçlı, kök bədənli, alçaq boylu sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs3 əlində bazar zənbili ilə getdiyini görmüşdür. O həmin qadına yaşınlaşaraq onun boynuna diqqət yetirdikdə onun boynunda nazik toxunuşlu qızıl boyunbağı olduğunu görmüşdür. Həmin vaxt maddi vəziyyəti pis olduğundan o, Zərərçəkmiş şəxs3 yaxınlaşıb sağ əli ilə boynundan boyunbağını dartıb qopararaq oradan qaçmışdır. O qaçan zaman Zərərçəkmiş şəxs3 onun arxasınca qışqırıb boyunbağını qaytarmağını tələb etməsinə baxmayaraq o buna əhəmiyyət verməyərək oradan qaçıb getmişdir. Bundan sonra o Şərifzadə küçəsində yerləşən “QOLD" lombarda gədib həmin boyunbağının özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Onun bu təklifindən sonra satıcı qız onun təqdim etdiyi bir ədəd boyunbağını tərəzidə çəkmiş və qızıl boyunbağının çəkisi 1.7 qram olmuş və ona 97 manat pul verərək boyunbağını götürmüşdür. O həmin boyunbağının satışından əldə etdiyi pulu evinə ərzaq alaraq xərcləmişdir. Bundan sonra 07 iyun 2021-ci il tarixdə, saat 17:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti “Daş dövrü" restoranının yaxınlığında olan 40 nömrəli binanın qarşısı ilə piyada gedərkən orada hərəkət edən təxminən 60 yaşlarında istintaq dövründə tanıdığı Zərərçəkmiş şəxs2 görmüşdür. Həmin qadının boynunda olan qızıl boyunbağı onun diqqətini çəkdiyi üçün ətrafda heç kimin olmadığını görüb həmin qızıl zinət əşyasını oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o Zərərçəkmiş şəxs2 arxasınca gedib onu izləmiş və cəld addımla ona arxadan yaxınlaşmış, sağ əli ilə Zərərçəkmiş şəxs2 boynunda olan qızıl boyunbağı qoparıb qaçmışdır. Zərərçəkmiş şəxs2 geri dönüb arxasınca qaçıb boyunbağını qaytarmasını qışqıraraq tələb etsə də ona əhəmiyyət verməyərək oradan uzaqlaşıb piyada Şərifzadə küçəsində yerləşən İran Klinikasının yanında olan qızıl zinət əşyalarının alış və satışı lombardına gələrək orada işləyən satıcı qıza özunə məxsus olan boyunbağını satmaq istədiyini bildirmişdir. Satıcı qız onun təqdim etdiyi bir ədəd boyunbağını tərəzidə çəkmiş və qızılın çəkisi 6 qram olmuşdur. Qızıl boyunbağını satıcı qız qiymətləndirib ona 310 manat pul vermişdir. Əldə etdiyi 310 manat pulu ev kirayəsinə və şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs2 boynundan boyunbağını dartıb qoparan zaman medalyonu götürməmiş, boyunbağını dartıb qoparan zaman medalyonun yerə düşməsini güman edir. Bundan əlavə 15 iyun 2021-ci il tarixdə, saat 18:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 91 A nömrəli binanın qarşısı ilə piyada gedərkən milli mənsubiyyətinə görə rus milliyətinə oxşar ağ saçlı, təxminən 70-80 yaşlı ucaboy hal hazırda şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs1 boynunda qızıl boyunbağı və “xaç” formalı medalyon olduğunu görmüşdür. Bundan sonra o həmin qadının qızıl boyunbağısını və medalyonunu ələ keçirmək məqsədi ilə onun arxası ilə binanın birinci mərtəbəsində girişə daxil olub pilləkən meydançasına çatdıqda arxadan Zərərçəkmiş şəxs1 boynundakı qızıl boyunbağını medalyonu ilə birlikdə dartaraq qopardıb oradan qaçmışdır. Tamara Petrovna onun arxasınca qışqırsa da ona əhəmiyyət verməyərək Şərifzadə küçəsində yerləşən 3 saylı “Asan” xidmətlə üzbəüz olan “QOLD” lombarda gəlmişdir. Lombardda işləyən satıcı qıza özünə məxsus olan boyunbağını satmaq istədiyini bildirmiş və satıcı həmin boyunbağını və medalyonu tərəzidə çəkərək, qızıl zinət əşyalarını qiymətləndirərək ona 278 manat pul vermişdir. Əldə etdiyi həmin məbləğdə pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Yekun olaraq o etdiyi əməllərdən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 07 iyun 2021-ci il tarixdə, saat 17:45-də yaşadığı Yasamal rayonu, Mətbuat prospekti 46 nömrəli binanın qarşısında olan zaman qəfildən kiminsə əlini arxa tərəfdən onun boynuna ataraq boynuda olan 583 əyarlı 25 qram çəkisi olan el arasında “dağlı kəndçi" boyunbağısı kimi adlanan qızıl boyunbağını və həmin boyunbağıda asılmış at başı həkk olunmuş üzəri tünd göy rənglı minalanmış halda çəkisi 5 qram olan medalyonu ilə birlikdə dartıb qopartmışdır. O geri dönüb baxanda görmüşdür ki, həmin şəxs təxminən 30-32 yaşlarında bir kişidir və o avtomobil təmiri emalatxanası istiqamətində qaçmışdır. O həmin kişinin arxasınca qaçsa da artıq kişi gözdən itmişdir. Ətrafda heç kimin olmadığını, soyğunçuluq edən şəxsin isə qaçıb getməsini görüb evinə gəlmişdir. Bundan sonra Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gədərək naməlum şəxsin ona qarşı soyğunçuluq etməsi barədə şikayət ərizəsi yazmışdır. 17 iyun 2021-ci il tarixdə Polis bölməsindən ona və digər şəxslərə qarşı soyğunçuluq cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu bildirmişdir. Həmin hadisə nəticəsində ona ümumilikdə 2.500 manat məbləğində ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 25 may 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış binasının qarşısına olan zaman qəfildən kimsə əlini arxa tərəfdən onun boynuna ataraq boynunda olan 583 əyarlı, 2 qram çəkidə qızıl boyunbağını dartıb qopartmışdır. Geri dönüb baxanda həmin şəxsin təxminən 30-32 yaşlarında bir kişi olduğunu görmüşdür. O həmin kişinin arxasınca qışqıraraq boyunbağını qaytarmasını tələb etsədə həmin şəxs qaçıb gözdən itmişdir. Bundan sonra o Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gələrək boyunbağının naməlum şəxs tərəfindən ələ keçirilməsi haqqında ərizə yazmışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 150 manat məbləğində ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 29-32-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx xxxxxx 1937-ci il tarixdə Bakı şəhərində anadan olmuş, milli mənsubiyyəti rusdur. Orta məktəbi rus dilində oxumuş, əvvəllər Səhiyyə Nazirliyinin Məhkəmə X9 Təsərrüfat müdirinin müavini vəzifəsində işləmiş və təqaüdçüdür. ünvan 5 ünvanda yerləşən beşmərtəbəli evin birinci mərtəbəsində birotaqlı mənzildə tək yaşamışdır. 15 iyun 2021-ci il tarixdə saat 17:50 radələrində yaşadığı binanın yaxınlığında olan meyvə tərəvəz mağazasına gedərək mağazadan tərəvəz məhsulları: kartof, soğan və pomidor alaraq əlində bazar çantası piyada yaşadığı binanın qarşısına gəlmiş, binanın 1-ci girişində pilləkən meydançasına çıxdıqda arxasınca kiminsə gəldiyini ayaq səsindən hiss etdiyindən dönüb geri baxdıqda təxminən 30 yaşlarında bir kişinin arxadan yaxınlaşaraq qəfildən əlini alaraq onun boynundan qızıl boyunbağını “xaç” formalı medalyonu ilə birlikdə dartıb qopardaraq qaçmışdır. Naməlum şəxsin arxasınca boyunbağını qaytarmasını qışqırıb tələb etsə də həmin şəxs ona əhəmiyyət verməyib qaçıb getmişdir. Ona qarşı baş vermiş soyğunçuluq hadisəsi ilə bağlı olaraq ünvan 6 ünvanda yaşayan qızı X7 telefonla zəng vuraraq hadisə barədə xəbər vermişdir. Sevdanın əri X8 da baş vermiş soyğunçuluq hadisəsi barəsində Azərbaycan Respublikası DİN-nin 102 Zəng Xidmətinə məlumat verdiyindən polis əməkdaşları onun mənzilinə gəlmişlər. Hadisə barədə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə ərizə yazmışdır. Bundan sonra polislər üə hadisə yerinə baxış keçirmişlər. Hadisə zamanı naməlum şəxs ona qarşı heç bir zorakı hərəkətlər etməmiş, hadisə zamanı xəsarət almamışdır, naməlum şəxsin əlində lıəı hansı bir predmct, əşya olmamışdır. 27 iyun 2021-ci il tarixdə Yasamal RPİ-nin 28-cı polis bölməsindən ona qarşı soyğunçuluq cinayətini törədən Təqsirləndirilən şəxs tutulub saxlanılmasını və ona məxsus qızıl boyunbağını və medalyonu lombardda satmasını xəbər vermişlər. İstintaq zamanı ona məxsus qızıl zinət əşyaları lombarddan götürülmüşdür. Sonradan Təqsirləndirilən şəxs ondan başqa digər iki qadına qarşı da soyğuçuluq cinayət əməlini törətməsini eşitmişdir. Zərərçəkmiş şəxs qismində verdiyi ifadəsini tam təsdiq edir. Həmin hadisə nəticəsində ona ümumilikdə 1.500 manat məbləğində ziyan dəymişdir. Belə ki, cinayət yolu ilə ələ keçirilmiş boyunbağımın çəkisi 3,7 qram, medalyonun çəkisi 1,11 qramdır. Boyunbağı 750 əyarlı, medalyon isə 585 əyarlı olmuşdur. Boyunbağını və medalyonu 10-15 il əvvəl 500 manata almışdır. Ona qarşı cinayəti törətmiş şəxs onu vurmamış və hədə-qorxu gəlməmişdir. Həmin şəxs boyunbağını dartaraq boynundan qoparmışdır. Boyun nahiyəndə ağrı hiss elmiş, ona görədə xəsarət almasını bildirmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır, ona dəymiş ziyanın məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən götürülməsinə etirazı yoxdur. Ona dəymiş ziyan ödənilmiş və şikayəti yoxdur. Boyunbağı və medalyon hər ikisi tam yararlı vəziyyətdə olmuş, belə ki, hər hansı bir hissələrində əzik və sınıq olmamışdır. Təqsirləndirilən şəxs yalnız arxadan boyunbağını boynundan dartaraq qoparıb qaçmış, sonuncu onu vurmamış, hədə-qorxu gəlməmiş və xəsarət yetirəcəyi ilə hədələməmişdir. Həmin şəxs yalnız ona qarşı zor tətbiq etmiş və boyunbağını ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 iyun 2021-ci il tarixdən ünvan 7 ünvanda yerləşən lombardda qeydiyyatçı menecer vəzifəsində işləyir. 06 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs lombarda gələrək bir ədəd qızıl boyunbağını ona göstərib özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl boyunbağının əyarı 585 əyarlı olan 6 qram çəkidə olduğundan qiyməti 310 manat olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs anket məlumatlarını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və qızılın çəkisi və əyarını alqı satqı kitabçasında qeyd etmiş və qızıl boyunbağını qiymətləndirib 310 manat pulu ona vermişdir. Təqsirləndirilən şəxs aldığı qızıl zinət əşyasının boyunbağı qırıq olmuş, lakin Məhəbbət ona boyunbağının nə səbəbə görə qırıq olmasını bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında icarə əsasında götürdüyü obyektdə lombard işlədir. Lombardın əsas fəaliyyəti qızıl zinət əşyalarının alqı satqısından ibarətdir, X5 isə həmin lombartda satıcı işləyir. 06 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs lombarda gələrək satıcı Şahid2 şəxsiyyət vəsiqəsini təqdim etməklə bir ədəd 585 əyarlı olan 6 qram çəkidə qızıl boyunbağını 310 manata satmışdır. Satıcı Şahid2 ondan qızıl zinət əşyasını alan zaman alqı-satqı qəbzi tərtib edərək Təqsirləndirilən şəxs imza etdirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 69-71-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 74 ünvanda icarə əsasında götürdüyü obyektdə lombard fəaliyyəti ilə məşğul olur. 25 may 2021-ci il tarixdə saat 15 radələrində sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs maddi vəziyyətinin çətin olduğunu həmin səbəbdən özünə məxsus qızıl boyunbağını satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl boyunbağı 1.7 qram çəkidə və 585 əyarlı olduğundan ona 95 manat pul vermişdir. Təqsirləndirilən şəxs ikinci dəfə 15 iyun 2021-ci il tarixdə lombarda gələrək 1 ədəd qızıl boyunbağını və xaç formalı qızıl medalyonu satmaq istədiyini bildirmişdir. Onun təqdim etdiyi qızıl boyunbağının çəkisi 3,7 qram, 750 əyarlı və xaç formalı qızıl medalyonun çəkisi 1.11 qram və 585 əyarı olduğundan hesablayıb 278 manat pulu Təqsirləndirilən şəxs vermiş, qızıl zinət əşyanı alan zaman alqı satqı qəbzi tərtib edərək Təqsirləndirilən şəxs imza etdirilmişdir. Onun satmış olduğu qızıl zinət əşyalarının soyğunçuluq yolu ilə ələ keçirildiyini əvvəlcədən bilməmişlər. ünvan 8 ünvanda yerləşən və 3 saylı Asan xidmətlə qarşı-qarşıya olan obyekyi icarəyə götürmüş və orada lombar müdiri işləyir. Bu barədə həmin ünvanın sahibi ilə müqaviləsi vardır və buna görədə vergidən VÖEN-i olmaqla dövlətə vergidə ödəyir. Mağazada satış meneceri kimi Şahid3 işləyir. Lakin Nuranənin əmək müqaviləsi yoxdur. İstintaq zamanı şahid qismində dindirilmiş və Təqsirləndirilən şəxs qızıl-zinət əşyaları almağı ilə əlaqədar ətraflı ifadəsində qeyd etmişdir. Ona görədə şahid qismində ifadəmdə göstərdiklərini təsdiq edir. Məhəbbət Zetnalovdan qızıl-ziııət əşyalarını satış meneceri işləyən Şahid3 onun iştirakı ilə almışdır. Təqsirləndirilən şəxs lombarda bir ədəd 1.7 qram 585 əyarlı qızıl boyunbağını 95 manata, sonra bir ədəd 3,7 qram çəkidə 750 əyarlı qızıl boyunbağı və bir ədəd xaç formalı 1.11 qram çəkidə 585 əyarlı qızıl kulonu 278 manata satmışdır. Qızılların satılma tarixlərini ilkin ifadəsində göstərmişdir. Təqsirləndirilən şəxs alınmış boyunbağıları qırıq olmuş, lakin sonuncu onlara boyunbağının nə səbəbə görə qırıq olmasını bildirməmişdir. Onlar Məhəbbətdən qızılları onun şəxsiyyət vəsiqəsi əsasında və qəbz tərtib olunmaqla almışlar. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 188-190 vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 74 ünvanda yerləşən qızıl alqı satqısı fəaliyyəti ilə məşğul olan lombardda qeydiyyatçı menecer vəzifəsində işləyir. Lombardın müdiri isə Şahid4dur. 25 may 2021-ci il tarixdə saat 15:00 radələrində şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs lombarda gələrək özünə məxsus olan qızıl boyunbağını satmaq istədiyini bildirmişdir. Onun təqdim etdiyi qızıl boyunbağını qəbul edərək tərəzidə şəkdikdə qızıl boyunbağının çəkisi 1,7 qram, əyarı isə 585 olduğundan qiymətləndirib 95 manat pul vermişdir. Təqsirləndirilən şəxs qızıl zinət əşyalarını aldıqda onun şəxsiyyət vəsiqəsinin surətini alaraq alqı satqı qəbzi tərtib etmiş və qəbzə imza etdirmişdir. 15 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs təkrar olaraq lombarda gələrək özünə məxsus olan 1 ədəd qızıl boyunbağını və qızıl medalyonu satmaq istədiyini bildirmişdiı Onun təqdim etdiyi qızıl boyunbağının çəkisi 3.7 qram. 750 əyarlı və xaç formalı qızıl medalyonun çəkisi 1.11 qram və 585 əyarı olduğundan qiymətləndirib Təqsirləndirilən şəxs 278 manat pul vermişdir. Təqsirləndirilən şəxs qızıl zinət əşyalarını aldıqda onun şəxsiyyət vəsiqəsinin surətini alaraq alqı satqı qəbzi tərtib etmiş və qəbzə imza etdirmişdir. 16 iyun 2021-ci il tarixdə Yasamal RPİ-nin Polis Bölməsinin əməkdaşları Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutub lombarda gətirən zaman o satdığı qızıl zinət əşyalarını qadınlardan soyğuçuluq yolu ilə əldə edib lombardda satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdə satdığı qızıl boyunbağını başqa müştəriyə satmış, 15 iyun 2021-ci il tarixdə satdığı 1 ədəd boyunbağı və bir ədəd xaç formalı medalyonu isə lombardın müdiri Elçin İsmayilov istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 91 nömrəli binada baş vermişdir. Ümumi yaşayış binası 5 mərtəbəli olmaqla binaya 4 giriş vardır. Hadisə yerinə baxışda iştirak edən Zərərçəkmiş şəxs1 binanın birinci girişini göstərərək bildirdi ki, 15 iyun 2021-ci il tarixdə saat 17:50 radələrində evində imiş və bazarlıq etmək üçün yaşadığı binanın yaxınlığında olan meyvə tərəvəz mağazasına getmişdir. O mağazadan kartof, soğan və pomidor alaraq piyada yaşadığı binaya gəlmişdir. Binanın qarşısında və ətrafda heç kim yox idi. O yaşadığı binanın 1-ci girişində pilləkənlə meydançaya çıxdıqda arxasınca kiminsə gəldiyini ayaq səsindən hiss etdiyindən dönüb geri baxdıqda arxasınca pilləkənlə qalxan təxminən 30 yaşlarında bir kişinin gəldiyini görmüşdür. Həmin kişi ona yaxınlaşaraq qəfildən əlini ataraq boynundan qızıl boyunbağını “xaç” şəkilli medalyonu ilə birlikdə dartıb qopardaraq qaçıb getmişdir. O, onun arxasınca qışqırıb boyunbağını qaytarmasını desə də o, ona əhəmiyyət verməyib qaçıb getmişdir. Hadisəni qonşular və digər kənar şəxslər görməmişlər. Hadisə yerinə baxış zamanı binanın birinci girişində sağ tərəfdə 1 nömrəli mənzildə Zərərçəkmiş şəxs1 yaşayır. Onun mənzilinin qapısı tam və bütövdür qapıda hər hansı bir sındırma əlamətin izləri yoxdur. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən əşya və dəlil aşkar edilməmişdir. Həmçinin binada və hadisə yerinin yaxınlışında video müşahidə kameraları quraşdırılmamışdır.(Cild İ, i.v. 6-12) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yeri ünvan 9 ünvan beş mərtəbəli üç girişli yaşayış binasıdır. Binanın qarşısında yalnız bir maşın saxlamaq üçün yol vardır və həmin yolun əks tərəfi daş hasardır. Vətəndaş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 25.05.2021-ci il tarixdə mağazadan bazarlıq edib evə gələn zaman binanın qarşısında əlində bazar torbaları gedərkən arxadan ona yaxınlaşan naməlum şəxs boynunda olan qızıl sepi dartaraq gəldiyi istiqamətdə qaçmışdır. (Cild İ, i.v. 42-43) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 12.06.2021-ci il tarixdə Yasamal RPİ-nin, 28-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 07.06.2021-ci il tarixdə yaşadığı Mətbuat prospekti 46 ünvanına gedərkən yaşadığı binanın blokuna yaxınlaşan zaman naməlum şəxs arxadan boynunda olan 25 qramlıq 583 əyarlıbağlı boyunbağısını və boyunbağının üzərindəki 5 qramlıq klonu dartıb naməlum istiqamətə aparmasını bildirmişdir. (Cild İ, i.v. 63-65) “Götürmə və baxış keçirilməsi haqqında” 17 iyun 2021-ci il tarixli protokoldan görünür ki, X1 Məhəbbət Bəybala oğlunun satmış olduğu üzərində xaç formalı qızıl medalyon olan qızıl boyunbağını könüllü olaraq istintaqa təqdim etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid4 təqdim etdiyi 1 (bir) ədəd zəncir toxunuşlu, üzərində 750 əyar damğası vurulmuşdur. 1 (bir) ədəd qızıl materialdan xaç və xaçın üzərində İsa peyğəmbərin çarmıxa çəkilməsi təsviri əks olunmuş medalyondur. Həmin qızıl zinət əşyaları götürülərək zərfə qoyulmuş və zərfin üzəri DİN-nin arayışlar üçün möhürü ilə möhürlənərək götürmə protokoluna əlavə edilmişdir. (Cild İ, i.v. 74-78) “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 24 iyun 2001-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 özünə məxsus 1 ədəd qızıl boyunbağını toxunuşundan və qızıl xaçın üzərində İsa peyğəmbərin çarmıxa çəkilməsi təsvir olunan medalyonu əlamətlərinə görə tanıyaraq ona məxsus olduğunu bildirmişdir. (Cild İ, i.v. 159-160) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X16 Sağlamlığa zərər vurmanın təyini ilə bağlı 18.06.2021-ci il tarixli 529 nömrəli ekspert rəyinə əsasən 1937-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. (Cild İ, i.v. 161-163) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli 6/3108-9/5177 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd sarı rəngli metaldan boyunbağı (qırıqdır)-üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur çəkisi 3.7 qramdır; 1 ədəd sarı rəngli metaldan xaç formalı kulonmelalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1.11 qramdır. Ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 375.00 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim olunmayan məmulatların 2021-ci ilin may və iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2400,00 manat müəyyən edilir. (Cild İ, i.v. 223-227) “Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 50 nömrəli binanın qarşısına gəldikdə Təqsirləndirilən şəxs həmin ünvanda binanın qarşısını göstərərək bildirmişdir ki, o ilk dəfə 25 may 2021-ci il saat 16 radələlərində Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Daş dövrü” restoranının yaxınlığında olan 50 nömrəli binanın qarşısı ilə piyada gedərkən həmin vaxt əks istiqamətdə onunla əvvəllər tanımadığım yaşlı, ağ saçlı, kök bədənli, alçaq boylu bir qadın, hal hazırda şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs3 Sədrəddi qızı əlində zənbil gəlmişdir. O baxdıqda Zərərçəkmiş şəxs3 boynunda nazik toxunuşlu qızıl boyunbağı olmuşdur. O qadının boyunbağısını ələ keçirmək qərarına gəlmiş və geri qayıdıb Zərərçəkmiş şəxs3 boynunda olan boyunbağını sağ əliylə dartıb qopararaq qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs3 arxasınca qışqırıb boyunbağını qaytarmağını tələb etsə də o oradan Şərifzadə küçəsində yerləşən 3 saylı Asan xidmətlə üzbə üz olan “Qold” lombarda gəlmişdir. Həmin lombardda boyunbağını 97 manata satmışdır. Soyğunçuluq yolu ilə əldə etdiyi 97 manat pula ərzaq alaraq xərcləmişdir. (Cild İ, i.v. 233-237) “Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 46 nömrəli binanın qarşısına gəldikdə Təqsirləndirilən şəxs həmin ünvanda binanın qarşısını göstərərək bildirdi ki, 07 iyun 2021-ci il tarixdə saat 17:45 dəqiqədə Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti “Daş dövrü” restoranının yaxınlığında olan 40 nömrəli binanın qarşısı ilə piyada gedirkən onun qarşısında isə yaşı 60 yaşlarında orta köklükdə, qırmızımtıl saçlı şəxsiyyəti hal hazırda ona məlum olan Zərərçəkmiş şəxs2 əlində bazar çantası, boynunda qızıl boyunbağı binaya doğru getdiyini görmüşdür. O ətrafa baxdıqda ətrafda heç kim olmamışdır. O Zərərçəkmiş şəxs2 izləmiş və onun boyunbağısını ələ keçirmək qərarına gəlmişdir. O cəld addımla Zərərçəkmiş şəxs2 yaxınlaşmış arxadan sağ əliylə onun boynunda olan qızıl boyunbağını qoparıb qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs2 arxasınca qaçıb qışqıraraq boyunbağını qaytarmağını tələb etsə də o oradan uzaqlaşıb piyada Şərifzadə küçəsində yerləşən İran Klinikasının yanında olan lombarda gəlmişdir. Orada Lombardda bir ədəd boyunbağını 310 manata satmışdır. O soyğunçuluq yolu ilə əldə etdiyi 310 manat pulu ev kirayəsinə və şəxsi ehtiyacları üçün xərcləmişdir. (Cild İ, i.v. 238-241) “Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 91 A nömrəli binanın qarşısına gəldikdə Təqsirləndirilən şəxs həmin ünvanda binanın qarşısını göstərərək bildirdi ki, 15 iyun 2021-ci il saat 18:10 radələrində o piyada Avropa Məktəbinin yaxınlığında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti bina 91 A binanın qarşısı ilə piyada gedərkən rus milliyyətinə oxşar ağ saçlı, 70-80 yaşlı ucaboy hal hazırda şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs1 Pavlovna boynunda qızıl boyunbağı və “xaç” şəkilli medalyon əlində bazar çantası getdiyini görmüşdür. O Zərərçəkmiş şəxs1 arxasınca gətmiş və Zərərçəkmiş şəxs1 binanın birinci mərtəbəsinin girişinə girib pilləkənlə mənzilin qapısına çatdıqda o arxadan Zərərçəkmiş şəxs1 qızıl boyunbağını medalyonu ilə birlikdə dartaraq qoparmış və binadan çıxmışdır. Zərərçəkmiş şəxs1 arxasınca qışqırsa da o Zərərçəkmiş şəxs1 əhmiyyət verməyərək Şərifzadə küçəsində yerləşən 3 saylı Asan xidmətlə üzbə üz olan “QOLD” lombarda gəlmişdir. Lombardda bir ədəd boyunbağını və medalyonu ilə birlikdə 278 manata satmışdır. O da həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. (Cild İ, i.v. 242-247) “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim edilən şəxsləri nəzərdən keçirərək Təqsirləndirilən şəxs göstərərək 07 iyun 2021-ci il tarixdə Yasamal rayonu, Mətbuat prospekti 46 nömrəli binanın qarşısında boynunda asılmış vəziyyətdə olan qızıl boyunbağını və medalyonu ilə birlikdə soyğunçuluq yolu ilə ələ keçirən şəxs olduğunu, məhz həmin şəxsin orta köklükdə olmasından, boyundan, sifət cizgilərindən, saçından və ümumi görünüşündən tanıdğını göstərmişdir. (Cild İ, i.v. 248-250) 30 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki,zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 251-253) 30 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki,zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 254-256) 31 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki,zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 257-259) “Cinayət işi üzrə sübutlara qiymət verilməsi haqqında” 31 avqust 2021-ci il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 Pavlovnaya məxsus olan 3,07 qram çəkidə, 1 ədəd 750 əyarlı qızıl boyunbağını və 1,11 qram çəkidə 1 ədəd üzərində xaç formalı 583 əyarlı qızıl medalyon maddi sübut kimi tanınmış və məhkəmə hökmü qanuni qüvvəyə minənə kimi Yasamal RPİ-nə məsul saxlanca verilmişdir. Cinayət işinin başlanılmasına əsas olmuş ilkin təhqiqat materialları, Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən ifadələri, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirmə və maddi sübut qızıl zinət əşyalarına baxış keçirmə protokolları, üzləşdirmələr, tanınma üçün təqdim etmə, ifadələrin yerində yoxlanılması, kompleks məhkəmə əmtəəşünaslıq ekspertizasının 29 iyul 2021-ci il tarixli 6/3108-9/5177 nömrəli rəyi, maddi sübutlar, arayışlar, protokollar və mühüm əhəmiyyət kəsb etməklə ziddiyyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qiymətləndirilmişdir. (Cild İ, i.v. 260-273) 03.09.2021-ci il tarixli ******* nömrəli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Yasamal RPİ-də saxlanılan maddi sübutlar: 3.07 qram çəkidə, 01 ədəd qızıl boyunbağı və 1.11 qram çəkidə 01 ədəd üzərində xaç formalı qızıl medalyon Yasamal RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. (Cild İ, i.v. 300) Məmmədbəyova Tamar tərəfindən verilmiş qəbzdən görünür ki, Yasamal RPİ-nin İstintaq Şöbəsindən ona məxsus bir ədəd qızıl boyunbağını və xaç formalı medalyonu götürərək qəbul etmişdir və qızıl zinət əşyalarını məhkəmə hökmü qüvvəyə minənədək saxlamağı öhdəsinə götürmüşdür. (Cild İ, i.v. 307) “Sübutların qiymətləndirilməsi haqqında” 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təqsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri, məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X20 verdiyi 18 iyun 2021-ci il tarixli 529 saylı rəyi, məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2021-ci il tarixli 6/3108-9/5177 saylı rəyi, hadisə yerlərinə baxış, təqdim etmə və götürmə, tanınmaya təqdim etmə, ifadənin yerində yoxlanılması, üzləşdirmə protokolları iş üzrə sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi Zərərçəkmiş şəxs1 məxsus bir ədəd qızıl boyunbağı və bir ədəd medalyon iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. (Cild İİ, i.v. 47-61) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 180.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə; CM-nin 180.2.4-cü maddəsinə əsasən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.2.2 və 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 17 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:25 dəqiqədə tutulmuşdur. (Cild İ, i.v. 90-91) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 4(004)-311/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 iyun 2021ci il tarixdən hesablanmaqla 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs qətinmkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 150-154) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli 4(004)-528/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay yəni 15 noyabr 2021-ci il tarixədək uzadılmışdır. (Cild İİ, i.v. 21-22) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 24.06.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild İ, i.v. 157) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 13.07.2021-ci il və 07.02.2022-ci il tarixli notarial təsdiqli ərizələrdən görünür ki, ********* nömrəli cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmayacaqdır. (Cild İ, i.v. 196) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 24.08.2021-ci il tarixli notarial təsdiqli ərizədən görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə bu barədə məhkəmə və hüquq orqanlarına müraciət etməyəcəkdir. (Cild İ, i.v. 202) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 25.11.2021-ci il tarixli notarial təsdiqli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iddia tələblərindən imtina edir. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsinin 01 avqust 2021-ci il tarixli 74/x nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 01.04.2009-cu il tarixdən, 16.06.2021-ci il tarixinə qədər Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin briqadasında küçə süpürgəçisi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs özünü yaxşı işçi kimi göstərib, verilən tapşırıqları vaxtı vaxtında və keyfiyyətlə yerinə yetirib işinə məsuliyyətlə yanaşmışdır. Ailə və məişətdə ciddi mənəviyyatca düzgün özünü göstərmişdir. İşçilər arasında hər zaman dərin hörmətə malik olmuşdur. (Cild İ, i.v. 204) AZ-İİİ № 697272 nömrəli doğum haqqında şəhadətnamədən və AA2227308 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X2 atası Təqsirləndirilən şəxsdur. (Cild İ, i.v. 206, 210) AZ-İV № 423793 nömrəli doğum haqqında şəhadətnamədən və AA1910060 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, 22.06.2020-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. (Cild İ, i.v. 205, 209) Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət əməlini törətməsini Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 109.50 (bir yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qızıl boyunbağı və 01 ədəd kulon qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.2 və 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 180.2.2 və 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 17 iyun 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qızıl boyunbağı və 01 ədəd kulonun qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 109.50 (bir yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar